Baki biznes universiteti SƏRBƏst iŞ TƏLƏBƏ: İXTİsas: kafedra: kurs


İnsan resurslarının idarə olunmasına təsir edən əsas amillər



Yüklə 397,91 Kb.
səhifə3/4
tarix31.12.2021
ölçüsü397,91 Kb.
#82282
1   2   3   4
Insan resursları

1.3 İnsan resurslarının idarə olunmasına təsir edən əsas amillər

1. Müəssisə və təşkilatların getdikcə böyüməsi. Mexanikləşdirmə və Avtomatlaşdırma sayəsində müəssisələr həcmcə böyümüş və nəticədə vahid mərkəzdən idarə edilən irihəcmli qurumlar meydana gəlmişdir. 2. Qlobal rəqabətin artması. Ticarət və istehsal fəaliyyətləri ölkələrin sərhədlərini aşaraq, beynəlxalq əhatə dairəsinə girmiş, istehsal faktorlarının çatışmamazlığı, texniki tərəqqi, müəssisələrarası rəqabəti daha da gücləndirmişdir. Gündən-günə artan rəqabət nəticəsində müəssisə və təşkilatlar öz varlıqlarını qorumaq və inkişaf etdirmək üçün İnsan Resurslarının əhəmiyyətinin fərqinə varmışlar. 3. Texniki tərəqqinin inkişafı. Müəssisə və təşkilatlarda kompyuter dəstəkli istehsal sisteminin istifadə edilməsi, yeni texnologiyanın istehsal proseslərində meydana gətirdiyi dəyişikliklər İnsan Resurslarının əhəmiyyətini artıran faktorlar arasında yer alır. İstifadə olunan texnologiya və proseslərdə baş verən dəyişikliklərlə ayaqlaşacaq işçiləri inkişaf etdirmək, bu gün müəssisə və təşkilatların əsas vəzifələrindəndir. 4. İşçi qüvvəsinin quruluşundakı dəyişikliklər. İşçi qüvvəsinin demoqrafik xüsusiyyətləri gündən-günə dəyişməkdədir. Buna görə də insan resurslarının idarə edilməsindəki məsul olan şəxs və ya şəxslər bu dəyişiklikləri izləyə bilməli və lazımi tədbirləri vaxtında həyata keçirməlidir. Məsələn, qadın işçilərin artması, kənd təsərrüfatı sahəsində işləyənlərin bir hissəsinin sənaye sektoruna axını bu dəyişikliklərdən bəziləridir. 5. İnsanların təhsil səviyyələrinin yüksəlməsi. Sənayedə baş verən inqilab, insanların oxuyub-yazma qabiliyyətlərinin və təhsil səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Bununla əlaqədar olaraq insanlarm elmi səviyyələri artmış, tələbatlan dəyişmişdir. İstehsalatın texnoloji inkişafı, təhsil səviyyəsinin yüksəlməsinə və inkişafına zəmin yaratmışdır. Artıq işçi qüvvəsini meydana gətirən insanlar müstəqil qərar vermək, bacarıq və qabiliyyətlərini inkişaf etdirmək və istehsal prosesində bütün biliklərini nümayiş etdirmək istəyirlər. 6. Çalışma həyatının keyfiyyəti və hüquqi normalar. Ölkələr Konstitusiyalara və hüquqi normalara uyğun olaraq işçi-işəgötürən arasında münasibətləri tənzimləyir. İşçilər keçən dövr ərzində çalışma və ya iş şərtləri ilə bağlı çoxlu sayda haqlar əldə etməyə nail olmuşdur. Son 20-30 ildə İnsan Resurslarında sürətli dəyişikliklər baş vermiş, işi icra edən şəxslərdə axtarılan bəzi keyfiyyətlər dəyişmiş və həyata keçiriləcək işçilərin xüsusiyyətləri də dəyişikliyə məruz qalmışdır. Bu dəyişikliklər zamanı getdikcə inkişaf edəcək insan resurslarının idarə edilməsi ilə bağlı bir sahənin formalaşmasına zəmin yaratmışdır. 1990-cı illərə qədər işləyən insanın psixoloji tərəflərini ortaya qoyan çoxlu tədqiqatlar həyata keçirilsə də, şirkətlərdə insan amili ilə maraqlanan tək şöbə olan Kadrlar Şöbəsi hələ də ancaq işləyənlərin maaş və digər şəxsi işlərini görən bir şöbə mahiyyətində idi. Hətta, bəzi flrmalarm heç kadrlar şöbəsi belə yox idi və işləyənlərin bütün şəxsi işləri bir mühasib tərəfindən idarə edilirdi. 1990-cı illərdən başlayaraq ən alt səviyyədən ən üst səviyyəyə qədər keyfiyyətin yayılması fikrini ortaya qoyan Keyfiyyət İdarə Sistemi anlayışı sayəsində şirkətlərdə insan amili daha çox ön plana çıxmağa başladı. Kadrlar Şöbələri adlarını yavaş-yavaş İnsan Resursları Şöbəsi olaraq, dəyişdirsələr də, ancaq hələ də bir çox şirkətin fəaliyyəti işləyənlərin şəxsi işlərini idarə etməklə məhdudlaşırdı. Ancaq funksiyalan sırasına mükafatlandırma, perform uns, qiymətləndirmə, karyera idarəsi kimi yeni məfhumlar da meydana gəlməyə başladı. Artıq insan anlayışnın əhəmiyyəti vaxt keçdikcə artmağa və doğru iş üçün doğru insanın seçilməsi İnsan Resursları Şöbəsinin ən ümdə vəzifələrindən biri olmağa başladı. İşçilərinə qoyulan sərmayənin əslində şirkətin məqsədlərinin həyata keçirilməsi istiqamətində məhsuldarlığın artırdığını başa düşən idarəçilər təlim və tərbiyəyə əhəmiyyət verməyə başladılar. Hətta daha sonralar bəzi böyük şirkətlərdə Təlim-Təhsil Şöbəsi daha da inkişaf edərək İnsan Resursları İdarəsinin aparıcı şöbəsi kimi fəaliyyət göstərdi. Günümüzdə artıq bir çox şirkətlər rəqabətdə geri düşməmək üçün insanı idarə edilməli olan bir resursdan çox, investisiya qoyulması lazım olan bir sərmayə olaraq görməyə başlamışdır. Bu düşüncə tərzi İnsan Resursları idarəsinin şirkətlərin ən əsas şöbələrindən biri səviyyəsinə çevrilməsinin ən ümdə göstəricisidir.


Yüklə 397,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə