Baki döVLƏt universiteti SƏRBƏst iŞ №3



Yüklə 192,45 Kb.
səhifə2/3
tarix29.11.2023
ölçüsü192,45 Kb.
#139704
1   2   3
Abbasilər xilafətində xalq hərəkatları və onların nəticələri.

Xürrəmilər hərəkatı
Feodal asılılığın güclənməsi, antifeodal üsyanlara gətirirdi. Ən məşhurları –Xorasandakı (755), Orta Asiyada Muğannanın(776–783), və Azərbaycanda xürrəmilərin(816–837), Təbəristanda Məzyərin(839) və b. üsyanları idi. Bu hərəkatlar çox vaxt, hakim sinfin rəsmi ideoloqiyası olan ortodoksal islama müxalif təriqətçilik formasını alırldılar. Təriqətçilərin üsyanlarında rəyyətlə birlikdə, şəhərin aşağı təbəqələri də iştirak edirdi, bəzən isə köçərilər də.
Zəncilərin üsyanı
Əsasən xarici mənşəli qul əməyindən, ancaq sənətkarlıqda deyil, əkinçilikdə və xüsusi ilə suvarmada yararlanırdılar. Abbasi xilafətinin ən inkişaf etmiş razyonu olan Cənubi İraqda, və Xuzistanda geniş buğda tarlalarında, suvarma kanallarının çəkilməsində, pambığın və çuğundurun becərilməsində, Şərqi Afrikadan gətirilmiş zəncilər məşğul idi. 869–883-cü illərdə çox böyük çətinliklə yatırılan zəncilərin güclü üsyanı baş verir. Bundan sonra quldarlıq quruluşunun qalıqlarının aradan qalxması sürətləndi. Suvarmada qul əməyinin azalması kəndlilərin istismarının güclənməsi ilə müşayət olunurdu, keçmiş azad icma kəndlilərin təhkimliləşdirilməsi sürətləndi. Bununla əlaqədar sayı artmaqda olan, və mərkəzi hakimiyətdən getdikcə az asılı olan feodalların – muqtaların iqtisadi önəmi artmağa başladı. Bu, iqtisadi inkişafın müxtəlif pillələrində olan və etnik cəhətdən fərqli olan və bir biri ilə zəif bağlı olan ayrı ayrı vilayətlərdən ibarət Abbasi xilafətinin dağılmasına gətirdi.
İqtisadiyyat
Şəhərin aşağı təbəqəsi, xırda ticarətlə bağlı müxtəlif sənətlərlə məşgul idi. Toxuculuq, dəri emalı və dəridən məmulatların istehsalı ilə bir sırada dəmirçi və zərgər emalı da yüksək inkişaf etmişdir. Sənətlərin və ticarətin inkişafı şəhərlərin inkişafına yol açırdı. Abbasi xilafətinin Bağdaddan sonra ən böyük şəhərləri Bəsrə, Dəməşq və Qahirə idi. Başqa ölkələrlə ticarət varlı tacirlərin əlində idi. Artıq 8-ci əsrin sonunda ərəb və iranlı dənizçilər İndoneziya və Malaya sahillərinə yan alırdılar, Sinqapur boğazı vasitəsilə, Sakit okeana daxil olurdular və çinlilərlə ticarət edirdilər; Quançjouda(Kanton) Abbasilər xilafətindən gəlmiş müsəlman tacirlərinin məskunlaşdığı məhəllələr vardı. Daimi ticarət əlaqələri həm də Şərqi Avropa ölkələri ilə qurulurdu. Abbasilər xilafətinin səciyyəvi xüsusiyəti, uzun müddət (10-cu əsrə qədər) quldarlıq, eləcə də patriarxal (bədəvilərdə və başqa köçərilərdə) quruluşun əlamətlərinin mövcud olmasıdır.

Yüklə 192,45 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə