Baki döVLƏt universiteti



Yüklə 425,5 Kb.
səhifə1/5
tarix17.09.2018
ölçüsü425,5 Kb.
#69230
  1   2   3   4   5


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsi, əyani şöbəsinin Iqtisadi nəzəriyyə ix­ti­sası üzrə IV kurs tələbəsi Smile-in bakalavr ixtisas dərəcəsi almaq üçün


ƏDV VƏ ONUN AZƏRBAYCAN RESPUBLİKASININ VERGI SİSTEMİNDƏ ROLU”



mövzusunda
B U R A X I L I Ş İ Ş İ


B A K I – 2 0 1 2

MÜNDƏRICAT
GİRİŞ.........................................................................................................................3 - 4
Fəsil I. DOLAYI VERGİLƏRİN SOSİAL-İQTİSADİ MAHİYYƏTİ

VƏ BU SİSTEMDƏ ƏDV-NİN YERİ


1.1. Dolayi vergilərin sosial-iqtisadi mahiyyəti......................................................5 - 10

1.2. ƏDV-nin mahiyyəti və dolayi vergilər

sistemində rolu.................................................................................................10 - 14

1.3. Beynəlxalq təcrübədə ƏDV-nin tətbiqi

xüsusiyyətləri...................................................................................................14 - 32

Fəsil II. ƏDV-NİN AZƏRBAYCANDA TƏTBİQİ VƏ SOSİAL-İQTİSADİ

İNKİŞAFIN TƏMİN EDİLMƏSİNDƏ ROLU
2.1. Azərbaycanda ƏDV-nin tətbiqi və inkişaf xüsusiyyətləri.............................33 - 48

2.2. ƏDV sosial-iqtisadi inkişafın təminati kontekstində.....................................48 - 53


NƏTİCƏ ...............................................................................................................54-55
ƏDƏBİYYAT SİYAHISI.....................................................................................56-57
GİRİŞ
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və yeni iqtisadi sistemə, bazar iqtisadiyyatına keçdikdən sonra iqtisadiyyatda islahatlar aparılmış, iqtisadiyyatın bir çox sahələrində olduğu kimi dövlətin əsas maliyyə planı olan dövlət büdcəsi də yenidən işlənib hazırlanmışdır.

Bazar iqtisadiyyatı şəraitində dövlət büdcəsinin gəlirlərinin öyrənilməsi ən vacib məsələlərdən biridir. Büdcə gəlirləri dövlət gəlirlərinin yaranmasında yaxından iştirak edir. Büdcə gəlirlərindən başqa dövlət gəlirlərinə büdcədənkənar fondlar və dövlət sektorunun vəsaitləri də daxildir. Odur ki, büdcə gəlirləri dövlət gəlirlərindən fərqli olaraq dar məna kəsb edir.

Dövlət bir sıra tədbirləri həyata keçirmək üçün lazimi miqdarda maliyyə vəsaiti ilə təmin olunmalıdır. Dövlətin xərclərinin tam maliyyələşdirilməsini təmin etmək üçün vəsait lazımdır. Deməli, büdcə gəlirləri dövlətin funksiyalarını yerinə yetirilməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitləridir. Bu baxımdan büdcə gəlirləri çox mühüm əhəmiyyətə malikdir. Onlar pul vəsaitləri fondunun formalaşması prosesində yaranmış iqtisadi münasibətləri əks etdirir və müxtəlif səviyyəli hakimiyyət orqanlarının fəaliyyətinin həyata keçirilməsinə xidmət edir.

“Büdcə sistemi haqqında” Azərbaycan Respubllikası Qanununun IX maddəsinə əsasən büdcə gəlirləri aşağıdakı bölmələr hesabına formalaşır:



  • Vergilərdən daxilolmalar;

  • Vergi olmayan gəlirlər;

  • Əsaslı gəlirlər;

  • Rəsmi qaydada alınan vəsaitlər(transfertlər)

Vergilərdən daxilolmalar büdcə gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir. Vergilər – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişlərdir.

Vergi siyasəti dövlətin həyata keçirdiyi iqtisadi siyasətin tərkib hissəsi olmaqla, ölkədə bazar münasibətlərinə keçirilməsində, onun dünya iqtisadiyyatına inteqrasiya olunmasmda, iqtisadiyyatın inkişaf etməsində və əhalinin həyat səviyyəsinin yük­səl­dilməsində mühüm əhəmiyyət kəsb edir. Vergi siyasətinin bu tələblərə uyğun ola­raq həyata keçirilməsi, onun nəzəri-metodoloji əsaslarının dəqiq müəy­yən­ləş­di­ril­mə­sini, müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsini, aparılan iqtisadi is­la­hat­la­rın apa­rıcı qüvvəsi kimi iqtisadiyyatın hazırki strukturunu və beynəlxalq standartlara uyğun qurulmasını tələb edir. Müasir dövrdə vergitutmanın bütün sahələrinin tədqiqinə və dərindən öyrənilməsinə böyük ehtiyac vardır. Bu, dolayı vergilərə də aiddir. Dolayı vergilər içərisində isə ƏDV xüsusi yerə malikdir. ƏDV-nin Azərbaycan Res­pub­li­kasının vergi sistemində roluna həsr etdiyimiz buraxılış işinin mövzusunun aktuallığını da məhz bununla əsaslandırmaq olar.

Buraxılış işi girişdən, 5 paraqrafı əhatə edən iki fəsildən, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

Girişdə mövzunun aktuallığı əsaslandırılmış və tədqiqinin əhəmiyyəti vurğulanmışdır.

Birinci fəsildə dolayı vergilərin və ƏDV-nin sosial-iqtisadi mahiyyəti açıq­lanmış, beynəlxalq təcrübədə ƏDV-nin tətbiqi xüsusiyyətləri nəzərdən keçirilmişdir.

İkinci fəsil ƏDV-nin Azərbaycanda tətbiqi və sosial-iqtisadi inkişafin təmin edilməsində rolunun təhlilinə həsr olunmuşdur.

Nəticə hissəsində təhlilin gedişində əldə olunan müddəalar ümumiləşdirilmiş və tövsiyə xarakterli təkliflət irəli sürülmüşdür.

Sonda isə istifadə edilmiş ədəbiyyat siyahısı verilmişdir.



FƏSİL I. DOLAYI VERGİLƏRİN SOSİAL-İQTİSADİ MAHİYYƏTİ VƏ BU SİSTEMDƏ ƏDV-NİN YERİ


    1. Dolayi vergilərin sosial-iqtisadi mahiyyəti

Bazar iqtisadiyyatının tələblərinə uyğun vergi sisteminin qurulması tətbiq edilən vergilərdən əhəmiyyətli dərəcədə asılıdır.Vergilər müxtəlif xüsusiyyətlərinə görə təsnifatlandırılır ki, bunlardan da əsas hesab olunan tutulma üsuluna görə təsniflandırmanın üzərində dayanaq.

Tutulma üsuluna görə vergilər birbaşa və dolayı vergilərə ayrılırlar. Maddi sərvətləri toplanması prosesində vergi ödəyicilərinin gəlir və əmlakından bilavasitə tutulan vergilər birbaşa vergilərdir və bu vergilərin dəqiq məbləği məlumdur.Dolayı vergilər isə əmtəə, iş və xidmətin qiymətindən tutulan və qiymətlərin üzərinə dövlət tərəfindən qoyulan əlavə kimi tətbiq olunan vergilərdir.Dolayı vergilərə əlavə dəyər vergisi, aksiz vergisi və mədən vergisi aid edilir. Tutulma obyektinə görə dolayı vergilər:


Məsələn, əlavə dəyər vergisi dolayı universal vergi hesab olunur. Yəni bu vergi qanunvericiliklə tətbiq olunması qadağan edilməyən bütün məhsullara, işlərə və xidmətlərə tətbiq edilir. Aksiz vergisi isə dolayı fərdi vergi hesab olunur. Çünki bu vergi fərdi qaydada xüsusi müəyyən olunmuş mal və xidmətlərə tətbiq edilir.

Birbaşa vergilərlə dolayı vergilər arasındakı nisbət ölkənin inkişaf səviyyəsindən asılıdır. Çünki dolayı vergilər üzrə daxilolma vergi aparatının inkişafını tələb etmir. Azərbaycan iqtisadiyyatında hər il növbəti inkişaf səviyyəsinə nail olduqca, ümumi vergi daxilolmalarında dolayı vergilər üzrə daxilolmaların xüsusi çəkisi tərs mütənasib qaydada azalır. Birbaşa vergilər bir qayda olaraq fərdi qazanc və mülkdən ödənilən vergi sayılır, dolayı vergilərin əksəriyyəti isə real vergilər sayılmır. İri məbləğdə pul vəsaitlərinin yığılması məqsədi daşıyan dolayı vergilər, dövlət xəzinəsinin və büdcədən kənar dövlət fondlarının doldurulmasında son dərəcə dayanıqsızlığı ilə fərqlənir. Dolayı vergilər üzrə daxilolmalar təsərrüfat dövriyyələrinin həcmi ilə müəyyən olunduğuna görə sənaye, ticarət və xidmət sferasında işgüzar fəallığın artması və ya azalması amilindən asılı olaraq dəyişir. İqtisadi fəallığın aşağı olduğu dövlətin daha çox maliyyə vəsaitlərinə ehtiyacı olduğu bir vaxtda dolayı vergilər üzrə daxilolmalar azalır.

Dolayı vergilərin ən böyük nöqsanlarından biri onun dövlətin fiksal tələbatlarına görə qeyri-elastik olmasıdır. Dolayı vergilərin dərəcələrini qaldırmaqla və yığım şərtlərini kəskinləşdirməklə dövlətin büdcə gəlirlərinin gözlənilən artımına həmişə nail olmaq mümkün olmur. Dolayı vergitutma mexanizmi iqtisadiyyatdakı maliyyə gərginliyini artırır, istehsalı və əmtəə dövriyyəsini sıxışdırır, sahibkarlığın inkişafına mane olur.

Dolayı vergilər təsərrüfat subyektlərindən onların fəaliyyətlərinin nəticələrindən asılı olmayaraq tutulur. Dolayı vergilər bilavasitə istehlakçının xərclərinə əhəmiyyətli təsir göstərdiyi üçün, bu cür vergilərin, xüsusi ilə də ƏDV-nin təhlilinə vətəndaşın güzəranına təsiri müstəvisində daha ciddi yanaşılmalıdır.

Azərbaycan Respublikası ərazisində tətbiq edilən vergilər içərisində dolayı vergi statusuna sahib olan əlavə dəyər vergisi, aksizlər və mədən vergisi üzərində dayanaq. Öz mahiyyətinə görə ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəllənin müddəalarina uyğun olaraq verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Bu vergi növü üzrə vergitutma obyekti kimi isə malların satışı, istehsal və qeyri-istehsal xarakterli xidmətlərin dəyəri əsas götürülür.

Dolayı vergilər içərisində ƏDV-dən sonra geniş tətbiq sahəsinə malik olan vergi növü aksizlərdir. İqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən, yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması məqsədilə çıxış edirsə, digər tərəfdən, sosial cəhətdən zərərli malların istehlakıınn məhdudlaşdırlımasında dövlət üçün iqtisadi tənzimləmə aləti rolunu oynayır.ƏDV kimi aksizlər də əmtəənin qiymətini artıran dolayı vergi hesab olunur və buna görə də istehlakçı tərəfindən ödənilir. Aksizlərin tətbiqi ilk baxışda ƏDV-ni xatırlatsa da, yəni məhsulun qiymətinə əlavə formasında çıxış etsədə, onlarında ƏDV-dən fərqli, özünəməxsus xüsusiyyətləri vardır.Düzdür hə iki vergi növünün tətbiq sahəsi istehlak malların üzərinə düşür və faktiki olaraq hər iki verginin ödəyicisi istehlakçılardır.

Ümumilikdə isə həm ƏDV, həm də aksizlər nəticə etibarilə qiymət formalaşdıran bir komponent kimi çıxış edir. Aksizlərin çox az sayda məhsullara tətbiq edilməsi, bu vergi növünün iqtisadi inkişafda o qədərdə aparıcı rol oynamadığını göstərir və faktiki olaraq iqtisadiyyatın tənzimlənməsi üçün çoxda mühüm əhəmiyyət daşımır. Aksiz- aksizli malların satış qiymətinə daxil edilən vergidir.

Dolayı vergilər qrupuna aid edilən digər bir vergi növü mədən vergisidir. Düzdür, bəzi iqtisadçılar mədən vergisini birbaşa vergi kimi göstərməyə çalışırlar. Fikrimizcə, mədən vergisi ƏDV və aksizlər kimi dolayı vergidir. Çünki, dolayı vergilər malın, işin və ya xidmətin üzərinə əlavə kimi çıxış edir və onların qiymətini artırır.Bildiyimiz kimi nə mənfəət vergisi, nə gəlir vergisi, nə də digər birbaşa vergilər bilavasitə qiymət artırıcı rolunu oynamır. Mədən vergisi isə məhz dolayı fərdi vergi olaraq xüsusi təyinatlı faydalı qazıntılara tətbiq edilir, deməli həmin faydalı qazıntıların qiymətinə əlavə kimi çıxış edir və onların qiymətii artırır. Zənnimizcə, ölkəmizdə mədən vergisi üçün geniş vergitutma obyekti mövcuddur və bu vergi növü üzrə büdcə gəlilərində daxilolmaların artımına yaxin illərdə nail olmaq olar.

Dolayı vergilər içərisində həmçinin ixracat vergisini, gömrük rüsumlarını və nəqliyyat vergisini də göstərmək olar.

Əmək dəyər nəzəriyyəsinin müəllifi, məşhur ingilis iqtisadçısı U.Petti özünün «Vergilər və yığımlar haqqında» traktında dolayı vergitutmanın üstünlükləri haqqında yazmışdı. O, dolayı vergilərin üstünlükləri haqqında aşağıdakıları qeyd edirdi:



  • Birincisi, ədalət tələb edir ki, hər bir şəxs istehlak etdiyi qədər vergi ödəməlidir;

  • İkincisi, əgər bu vergi müntəzəm yığılırsa, qənaətçiliklə sərf edilirsə millətin varlanmasına gətirib çıxarır;

  • Üçüncüsü, heç bir şəxs bir dəfə istehlak etdiyi şeyə görə iki dəfə və ya ikinci dəfə vergi ödəmir.

  • Dördüncüsü, ödənişin belə bir forması hər an ölkənin inkişafı, iqtisadi artımı, sənayesi haqqında məlumat almasına imkan verir.1

Vergitutmanın təcrübəsi onun nəzəriyyəsi ilə birgə inkişaf etmişdir. Belə ki, 1769-cu ildə Fransanın dövlət xadimi Abbat Terre dolayı vergilərə üstünlük verərək dolayı vergilərin diferensiallaşdırılmasını məqsədəuyğun hesab edirdi: «İlkin tələbat malları (taxıl) vergidən azad olunmalıdır, heyvanlar çox cüzi vergiyə cəlb olun­malıdır, çaxır nisbətən çox, kobud parçalar çox az, zinət əşyaları çox yüksək və s.»

Müasir şəraitdə birbaşa vergilər üzrə daxilolmaların artması müsbət hal kimi dəyərləndirilə bilər. Çünki, birbaşa vergilər üzrə daxilolmalar artırsa, deməli hüquqi və fıziki şəxslərin gəlirləri də artır. Bu isə həm sosial, həm də iqtisadi inkişaf deməkdir. Görünür ki, dolayı vergilər dövlət büdcəsinin gəlirlərinin formalaşmasında mühüm rol oynayır və budcə gəlirlərinin artımı məhz vergi daxilolmalarınm artımından asılıdır. Lakın burada belə bir məsələyə diqqət yetirilməlidir: vergi daxilolmalarının artımı vergi yükünün ağır­laş­dı­rılması hesabına baş verməməlidir.

Fikrimizcə, dolayı vergilər üzrə daxilolmaların artırılması istiqamətində deyil, dolayı vergilərin səmərəliliyinin yüksəldilməsi istiqamətində islahatlar aparılmalı, ilk növbədə regionlarda vergi nəzarəti gücləndirilməli, vergidən yaymma halları aradan qaldınlmalı, inflyasiyanın qarşısını almaq şərtilə və vergi yükü ağırlaşdırmadan səmərəli vergi siyasəti həyata keçirilməlidir. Büdcə gəlirlərinin tərkibində vergilər üzrə daxilolmaları, onlarm da tərkibində dolayı vergilər üzrə daxilolmaları təhlil edərək qiymətləndirmək daha effektiv nəticə verərdi. Bunun üçün aşağıdakı məlumatlardan istifadə etmək məqsədəuyğun olardı. Göründüyü kimi, vergi daxilolmaları dinamik sürətlə inkişaf edir və vergi daxilolmalarının tərkibində dolayı vergilər xüsusi olaraq diqqəti cəlb edir.

Dövlətin həyata keçirdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsi vergi siyasətidir. Vergi siyasəti dövlətin və cəmiyyətin ayrı –ayrı sosial qruplarının maliyyə ehtiyaclaının təmin olunması, həmçinin milli iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə ölkənin vergi sisteminin formalaşdırılması üzrə dövlət tərəfindən işlənib hazırlanan və həyata keçirilən iqtisadi və hüquqi tədbirlərin həyata keçirilməsinə xidmət edir.

Vergi siyasəti dövlətin həyata keçirdiyi iqtisadi siyasətin tərkib hissəsi olmaqla, ölkədə bazar münasibətlərinə keçirilməsində, onun dünya iqtisadiyyatına inteqrasiya olunmasmda, iqtisadiyyatın inkişaf etməsində və əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Vergi siyasətinin bu tələblərə uyğun olaraq həyata keçirilməsi, onun nəzəri-metodoloji əsaslarının dəqiq müəy­yən­ləş­di­ril­mə­sini, müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsini, aparılan iqtisadi is­la­hat­ların aparıcı qüvvəsi kimi iqtisadiyyatın hazırki strukturunu və beynəlxalq standartlara uyğun qurulmasını tələb edir. Bu gün vergitutmanın bütün sahələrinin tədqiqinə və dərindən öyrənilməsinə böyük ehtiyac vardır. Yalnız bütün vergi nəzəriyyələri dərindən öyrənildıkdən, bu sahədə iqtisadçıların fıkirləri araşdırıldıqdan sonra vergi sahəsində inkişafa nail olmaq olar.

Müasir şəraitdə vergi siyasətinin əsas məqsədi büdcə gəlirlərini təmin etməklə yanaşı, ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək, əlverişli investisiya mühiti yaratmaq və sahibkarlıq fəaliyyətini stimullaşdırmaqdan ibarətdir. Hazırda həyata keçirilən vergi siyasətinin əsas istiqaməti vergi dərəcələrinin aşağı salınması, vergi məkanının, vergitutma bazasının genişləndirilməsi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkarlar arasında vergi yükünün ədalətli tarazlığının qorunması, iqtisadiyyata investisiya qoyulmasının stimullaşdırılması, sahibkarlıq fəaliyyətinin inkişafı üçün şəffaf mühitin formalaşması və bunalrın nəticəsi kimi əhalinin sosial rifah halının yüksəldilməsidir.Vergi siyasəti həyata keçirilən zaman iqtisadiyyatın tənzimlənməsində dövlətin iştirakı vergi dərəcələri, vergitutma bazası, vergi güzəştləri və digər bu kimi alətlərinköməyi ilə reallaşdırılır.

Adətən dövlət istənilən prosesə təsir göstərmək üçün bir sıra metodlardan istifadə edir ki, bu da vergi islahatları vasitəslə həyata keçirilir.İstənilən vergi növü sahəsində azadolma və güzəştlərin tətbiqi birbaşa tənzimlənən və ya stimullaşdırma prosesinə təsir edir. Son illərdə Vergi məcəlləsində edilən əsaslı dəyişiklər əsasən vergi ödəyicilərinin yükünun yüngülləşdirilməsi istiqamətində edilən dəyişikliklərdir ki, bunun da cəmiyyətin sosial-iqtisadi inkişafına müsbət və mənfi təsirlər də mövcuddur.

Hazırda isə Azərbaycan Respublikasında həyata keçirilən vergi siyasəti vergi sisteminin normativ-hüquqi bazasının təkmilləşdirilməsi,vergi mədəniyyətinin formalaşdırılması, modernləşdirilmiş istehsal-mülkiyyət sistemi əsasında sabit iqtisadi artım üçün şərait yaradılması, vergi ödəyicilərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və vergi ödəyicilərinin hüquqlarının maksimum qorunması, vergi yükünün optimal səviyyədə azaldılması, dövlət vergi xidməti orqanlarının əməkdaşlarının fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, onların sosial müdafiəsinin təmin olunması, sahibkarlıq və investisiya fəallığını təsdiq edən, sadə və vegi ödəyicisi tərəfindən daha tez başa düşülən vergi sisteminin yaradılması, vergi qanunvericiliyinə əməl edilməsinin praktiki cəhətdən rahat olması və minimum inzibati xərclər cəlb etməsi üçün müvafiq şəraitin yaradılması prinsipləri üzrə aparılır.

Fikrimizcə, vergi siyasətinin təkmilləşdirilməsi və səmərəli vergi sistemini qurulması istiqamətində vergi sahəsində olan bütün nöqsanlar aradan qaldırılmalı, xərci daxilolmaları üstələyən vergi növləri ya ləğv edilməli, ya da bu problemin həlli ilə bağlı tədbirlər həyata keçirilməli, vergidən yayınma halları minimuma endirilməli. Inflasiyadan müdafiə olunmaq üçün tədbirlər planı işlənib hazırlanmalı, Vergi Məcəlləsinə edilən dəyişikliklərin cəmiyyətin sosial-iqtisadi həyatına təsiri qabaqcadan ətraflı öyrənilməli, iqtisadi inkişafla nəticələnəcək vergi siyasəti həyata keçirilməlidir.


    1. ƏDV-nin mahiyyəti və dolayi vergilər sistemində rolu

ƏDV dolayı vergi olmaqla məhsulun qiymətinə əlavə formasında çıxış edir. Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalan mənfəətin, gəlir vergisi işçilərə ödənilən əmək haqqının həcmini azalmasına səbəb olursa, ƏDV isə müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki o, məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir. Əlavə dəyər vergisinin iqtisadi mənası ondan ibarətdir ki, o, istehsalın və dövriyyənin bütün mərhələlərində yaradılmış və satılmış malların, işlərin, xidmətlərin dəyəri ilə istehsal və dövriyyə xərclərinə aid edilmiş material xərcləri arasındakı fərq kimi müəyyən edilən əlavə edilmiş dəyərin bir hissəsindən tutulur. Bu vergi hüquqi və fiziki şəxslərin fəaliyyəti prosesində yaranan dəyər artımının qanunvericiliklə müəyyən olunmuş kəmiyyətinin dövlət büdcəsinə ayrılan hissəsidir.



ƏDV-nin tətbiqi sferası iqtisadi subyekləri deyil, daha çox iqtisadi əməliyyat və fəaliyyətləri əhatə edir. Buna görə də, ölkənin hüdudlarından kənarda satılan mallar, göstərilən xidmətlərin ƏDV üzrə vergitutma obyekti olub-olmamasını müəyyən etmək üçün vergi qanunvericiliyində ƏDV-nin tutulması prinsipinə diqqət yetirmək lazımdır. Ümumiyyətlə, beynəlxalq praktikada əməliyatların ƏDV-yə cəlb olunmasının iki prinsipindən istifadə olunur:

  • Mənşə ölkəsi (malların, işlərin və xidmətlərin istehsal olunduğu ölkə) prinsipi;

  • Təyinat ölkəsi (malların, işlərin və xidmətlərin istehlak olunduğu ölkə) prinsipi.

Məqsədəuyğundur ki, mənşə ölkəsi prinsipinə əsasən daxili və ya xarici bazarda təqdim olunmasından asılı olmayaraq, mallar ölkə ərazisində qismən və ya tam təqdim edilibsə, onda həmin əməliyyat ƏDV-yə cəlb olunmalıdır. Onu da qeyd edək ki, Sovetlər Birliyi dağıldıqdan sonra yeni formalaşan müstəqil dövlətlər (Baltikyanı dövlətlər istisna olmaqla) öz aralarında ticarəti mənşə ölkəsi prinsipinə əsaslanan vergi rejimində ƏDV-yə cəlb edirdilər. Bu prinsipə uyğun vergiyə cəlbetmə zamanı vergitutma bazası müsbət ticarət balansı olan ölkələrin xeyrinə hərəkət edir. Digər tərəfdən, postsovet ölkələri ilə ticarətin mənşə ölkəsi prinsipi, yerdə qalan, yəni uzaq xarici ölkələr ilə təyinat ölkəsi prinsipi ilə aparılması daha çox ƏDV-nin iqtisadi mahiyyətinin deformasiyasına gətirib çıxarırdı. Həmçinin, bu halda yalnız ixracın dəyərinin ƏDV üzrə vergitutma obyekti kimi müəyyən olunması baş verir ki, bu da iqtisadi cəhətdən zəif inkişaf etmiş, xüsusilə beynəlxalq bazarda rəqabət qabiliyyəti aşağı olan ölkələr üçün demək olar ki, qəbul edilməzdir. Bunu da qeyd etməliyik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi 1 yanvar 2001-ci il tarixindən qüvvəyə mindikdən sonar Respublikamızda bu prinsip əsasında vergiyə cəlb etməyə son qoyuldu. Təyinat ölkəsi prinsipinə görə, mallar ölkə daxilində istehlak üçün nəzərdə tutulduğu halda, əməliyyat ƏDV üzrə vergitutma obyekti hesab olunur. Bu prinsip tətbiq olunduqda yalnız ölkə ərazisində istehlak olunan bütün malar (işlər və xidmətlər) ƏDV-yə cəlb olunur. Belə ki, təyinat prinsipi mal, iş və xidmətin ƏDV-yə cəlb olunmasının istehlak ölkəsində aparılması ilə xarakterizə olunur. Bu, beynəlxalq prinsipdir və hər bir ölkəyə öz daxili istehlakını ƏDV-yə cəlb etməyə imkan verməklə yanaşı, həm də həmin ölkələrə mövcud vəsaitlərin paylanmasında daha böyük nailiyyətlər əldə etməyə və daha az neqativ nəticələrin yaranmasına şərait yaradır. Tutaq ki, A və B ölkələrinin müxtəlif əmtəə qrupları üzrə ticarət münasibətləri var. A ölkəsi öz ərazisində ƏDV-nin mənşə prinsipini tətbiq edir. B ölkəsi isə təyinat ölkəsi prinsipindən istifadə edir. A ölkəsi B-yə mal ixrac edərkən həmin malları gömrük məntəqəsində ƏDV-yə cəlb edir. Çünki, mənşə ölkəsi prinsipində ixrac ƏDV üzrə vergitutma obyektidir. B ölkəsi də öz növbəsində idxal olunan mallara ƏDV tətbiq edir. Beləliklə, B ölkəsi ərazisində satılan həmin mallar iki dəfə ƏDV-yə cəlb olunur. Deməli, idxal olunan malların qiyməti hər iki ölkədə tətbiq olunan ƏDV dərəcəsi həcmində artmış olur. Bu da idxal olunan malların yerli bazarlarda realizə olunmasını çətinləşdirir. Belə bir vəziyyətin aradan qaldırılması üçün ölkələr arasında qarşılıqlı razılaşma müqaviləsi imzalanır. Eyni zamanda, çox vaxt belə bir vəziyyətin yaranmaması üçün dünya ölkələrinin əksərində təyinat ölkəsi prinsipindən istifadə edilməsi məqsədəuyğun hesab edilir. Bununla əlaqədar beynəlxalq təcrübəni təhlil etdikdə, məlum olur ki, ƏDV tətbiq edilən ölkələrin əksəriyyətində təyinat ölkəsi prinsipindən istifadə edilir. Azərbaycan qanunvericiliyinə gəldikdə isə ölkəmizdə də dünyanın əksər ölkələrində olduğu kimi təyinat ölkəsi prinsipindən istifadə olunur. ƏDV-ni digər vergilərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də vergi əvəzləşdirilməsi mexanizminin mövcud olmasıdır. Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDV-ni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır. Ümumiyyətlə beynəlxalq səviyyədə Əlavə Dəyər Vergisinə regional inteqrasiya çərçivəsində vergi sisteminin inkişafı və transformasiyası baxımından vergi harmonizasiyasının əsas aləti kimi baxılır. Vergi harmonizasiyası vahid Avropa İqtisadi məkanının yaradıldığı zaman yaranmışdı və dövlətlərarası regional əməkdaşlıq zamanı inkişaf etmişdi. Bu qlobal məsələnin həyata keçirilməsi məqsədilə ƏDV-nin və digər dolayı vergilərin hesablanması və dərəcələrin eyni həddə qəbul edilməsi yolunda işlər aparılır.

ƏDV-ni digər vergilərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də vergi əvəzləşdirilməsi mexanizminin mövcud olmasıdır. ƏDV-nin tutulması prоsesində vergi əvəzləşdirməsi meхanizmini Cədvəl 1.1-də əкs etdirilən misal əsasında daha aydın başa düşməк оlar.



Yüklə 425,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə