Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə137/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   129   130   131   132   133   134   135   136   137

XIV mühazirə 
 
 
535
Milli Məclisi açıldı. Məclisdə 76 deputat iştirak edirdi. Milli 
Məclisin axşam iclasında Azərbaycan Milli hökuməti 
formalaşdı. Azərbacyan Milli Məclisi S.C.Pişəvərini 
Azərbaycan Milli Hökumətinin baş naziri təyin etdi. 
Beləliklə, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının 
birinci mərhələsi – hakimiyyətin ələ alınması prosesi başa çatdı. 
Milli Hökumət cəmi bir il davam etsə  də 20 maddədən 
ibarət iş proqramı çox zəngin oldu. Hər  şeydən  əvvəl dövlət 
vəzifələrinə  ədalətli adamlar təyin edildi. Yanvarın 2-də yeni 
valilər təyin olundu. 1946-cı il yanvarın 6-da Azərbaycan 
türkcəsi rəsmi dövlət dili elan olundu. Təbrizdə Azərbacyan 
Dövlət Universitetinin təşkili, yetim və sahibsiz uşaqların 
tərbiyəsi haqqında tarixi qərarlar qəbul edildi. Artıq 1946-cı il 
iyunun 12-də Azərbaycan Dövlət Universiteti rəsmən açıldı. 3 
yaşından 14 yaşına qədər olan sahibsiz uşaqlar Milli 
Hökumətin təsis etdiyi tərbiyəxanalara top-lanmalı idi. 
Yanvarın 8-də Milli Məclis vilayət, mahal, bölük 
əncümənlərinin seçkiləri haqqında qərarlar qəbul etdi. Ölkənin 
20 yaşına çatmış bütün vətəndaşları seçkilərdə iştirak edə, 20-
75 yaşlı vətəndaşları isə əncümənlərə seçilə bilərdilər.  
1946-cı ilin aprelində  Məclis tərəfindən məhsulun mül-
kədar və  kəndlilər arasında bölüşdürülməsinin yeni qaydaları 
haqqında qanun qəbul edildi. Mülkədarlara kəndlidən məhsul 
vergisindən başqa bir şey almaq qadağan edilirdi. Qanun torpaq 
və su üzərində xüsusi mülkiyyəti saxlasa da, kəndlilərin 
mülkədar asılılığından azad olunması üçün şərait yaradırdı. 
Hökumətin qərarı ilə 8 saatlıq iş günü müəyyən edildi. Əmək 
və sosial sığorta haqqında qanunlar və s. qəbul olundu. Bir 
sözlə, demokratik dövlət aparatı yaradıldı. 
Lakin Azərbaycanın muxtariyyatına və  İranda sovet 
nüfuzunun azalmasına qarşı olan qüvvələrin – şah, İran irticası, 
Amerika və  İngiltərə imperializmi, sovet rəhbərliyindəki anti-
azərbaycan qüvvələrinin narahatlığı artırdı.  İran ABŞ  və 
Cənubi Azərbaycan 1917-ci il  
XXI əsrin əvvəllərində 
 
536
İngiltərənin təhriki ilə Sovet ordusunun İrandan çıxarılması, 
Sovetlərin  İranın daxili işlərinə qarışması haqda BMT 
Təhlükəsizlik Şurasına şikayət etdi.  
İranın  şimal neft yataqlarının birgə istismarı üzrə Sovet-
İran  şirkətinin yaradılması haqqında 1946-cı il aprelin 4-də 
Tehranda müqavilə bağlandı. Sovet rəhbərliyi 15-ci Məclisə 
seçkilərin «rahat və dinc» keçirilməsi, burada neft 
müqavilələrinin sovetlərin xeyrinə  həll edilməsi üçün 
qoşunların çıxarılmasına icazə verdi. Bununla da «21 Azər» 
hərəkatına xəyanət etmiş oldu. Aprelin 24-dən qoşunların 
çıxarılmasına başlandı. Mayın 8-də Azərbaycan və 
Kürdüstandan son hərbi hissələr çıxarıldı.  
Sovet Azərbaycanının siyasi işçiləri və ziyalılırı isə böyük 
təəssüf hissi ilə Cənubi Azərbaycanı tərk etdilər. 
S.C.Pişəvəri isə Milli Hökumətin mövqeyindən dönmədi 
– Milli Məclisin, Milli Ordunun mərkəz tərəfindən tanınmasını 
israr edirdi. Təbrizdə 1946-cı il iyunun 13-də Tehran 
nümayəndələri ilə müqavilə imzalandı. 
Bu müqaviləyə görə  Mərkəzi hökumət «21 Azər» 
hərəkatını Azərbacyan xalqının demokratik hərəkatı kimi 
tanıdı,  İranda demokratik dəyişikliklər edəcəyinə söz verdi. 
Əvəzində isə Azərbaycan ostandarlığı və Milli Məclisin Əyalət 
Əncüməni ilə  əvəz edilməsinə, fədai dəstələrinin, xalq 
qoşununun mərkəzi dövlət qoşunlarının tərkibinə daxil 
olmasına və s. razılıq verdi. 
ABŞ  və Böyük Britaniyanın təhriki ilə Azərbaycan Mə-
sələsi bir neçə dəfə BMT-də müzakirəyə çıxarıldı. S.C.Pişəvə-
rinin BMT Baş Assambleyasına müraciəti isə cavabsız qaldı.  
İran qoşunları dekabrın 4-də səhər saat 7-də Azərbaycana 
hücuma başladı. Moskva mətbuatı Azərbaycan böhranını İranın 
sırf daxili işi kimi şərh etdi. Dekabrın 11-də Pişəvəri Təbrizi 
tərk etdi. Dekabrın 14-də günorta İran qoşunları Təbrizə daxil 
oldu. Dekabrın 20-də  İran ordusu Azərbaycanı tam nəzarətə 


XIV mühazirə 
 
 
537
götürdü. 
Milli hökumət süqut etdi. Bir ildə əldə edilmiş nailiyyətlər 
məhv edildi. Azadlıq mücahidləri zindanlara atıldı, dəstə-dəstə 
edam edildi. M.C.Bağırovun təkidi ilə Moskva dekabrın 12-də 
sərhədi açdı. Dekabrın 19-dək dekmokratik hərəkatın bir neçə 
min iştirakçısı Sovet Azərbaycanına keçdi. S.C.Pişəvəri də 
məcburən vətəndən uzaqlaşmalı oldu.  
«21 Azər» XX əsrdə  Cənubi Azərbaycanda baş vermiş 
mili azadlıq hərəkatının zirvəsi oldu. Azadlıq ocağı söndürülsə 
də, kül közərməyə başladı: 
Mən sənin dilinə dəymirəm cəllad, 
Gəl sən də bu ana dilimə dəymə. 
Yan- deyib, od vurdun bədənimə sən, 
Altımda atəş var, külümə dəymə. (Süleyman Rüstəm) 
 
 
3. 1950-ci illərin sonu – 60-cı illərin əvvəllərində  
İranda sosial-iqtisadi və siyasi böhranın dərinləşməsi.  
Cənubi Azərbaycan «Ağ inqilab» illərində 
 
Cənubi Azərbaycandankı müasir sosial-iqtisadi və siyasi 
vəziyyətin ilkin şərtləri 60-70-cı illərdə feodalizmdən 
kapitalizmə keçid mərhələsində yarandı. İranın ən böyük aqrar 
rayonlarından biri olan Cənubi Azərbaycanda sosial-siyasi və 
iqtisadi böhran kəskinləşdi.  Şah rejimi yaranmış  təhlükənin 
qarşısını almaq üçün «yuxarıdan islahatlar keçirmək yolunu 
seçdi. Qan axıdılmadan həyata keçirilən bu islahatlar «ağ 
inqilab» adlandırıldı. Cənubi Azərbaycanda  İranın digər 
rayonlarına nisbətən iri yarımfeodal torpaq mülkiyyəti geniş 
yayılmışdı. Burada sosial ziddiyyətlər daha da kəskinləşmişdi. 
Bütün bunlar islahatın Cənubi Azərbaycandan başlanmasını 
şərtləndirirdi. 
İran dövlət və hökumət rəhbərləri 1947-49-cu illərdə 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
538
Azərbaycanda istədikləri  şəxsəri güllələdilər, sürgun etdilər, 
onlara divan tutdular. Həmin illər  İran qəzetləri yazırdı ki, 
Azərbaycanda görünməmiş bir qəhətlik, dərin bir iqtisadi 
böhran hökm sürür. 
Azərbaycanın bir sıra  şəhərlərində aclığa qarşı kütləvi 
nümayişlər oldu. Təbrizin fabrik və zavodlarında fəhlə tətilləri 
baş verdi. Onlar əmək haqqının artırılmasına nail oldular. 
1948-ci ilin payızında Azərbaycanın bir sıra kəndlərində 
kəndlilərlə mülkədarlar arasında münaqişələr baş verdi, 
nəticədə onlar məhsul bölgüsündə öz paylarının artırılmasına 
nail oldular. 
24 oktyabr 1949-cu il tarixdə 16-cı çağırış İran məclisinə 
seçkilər zamanı Milli Cəbhə yaradıldı. O, İngiltərə-İran Neft 
Şirkətinin milliləşdirilməsi uğrunda hərəkata rəhbərlik edirdi. 
Tərkibinə isə «İran partiyası», «İslam mücahidləri təşkilatı» və 
b. daxil idi. Cəbhə milli burjuaziyanın mənafeyini əks etdirirdi. 
İranda 1953-cü il avqustun 19-da Müsəddiq hökuməti 
devrilmiş, Milli Cəbhənin fəaliyyəti qadağan edilmişdi. 
Təşəbbüs yenə  də ölkənin kapitalistcəsinə yüksəlməsi 
istiqamətini davam etdirən şahın əlinə keçmişdi. 
 1953-59-cu  illərdə hakim dairələr hər vəchlə 
demokratiyanı boğmağa çalışır, aqrar çıxcışları, fəhlə tətillərini 
yatırır, yüzlərlə ziyalını  işdən götütür, bir sıra mətbuat 
orqanlarını bağlayırdılar.  
1957-ci ildə paytaxtda və bəzi rayonlarda hərbi vəziyətin 
ləğv edilməsi ilə yanaşı, SAVAK- təhlükəsizlik və  məlumat 
təşkilatı yaradıldı. Monarxiyanın mövqelərinin 
möhkəmləndirilməsi tədbirləri görülürdü. 
1955-ci ildə dövlət torpaqlarının bölgü və satışı üzrə 
qanun qəbul edildi. Yarımfeodal torpaq sahibliyi kökündən 
pozulur və ölkənin tarixi inkişafında yeni mərhələ açılırdı. ABŞ 
şahı inandırırdı ki, hakim zümrələrin iqtisadi və siyasi 
mövqeyni laxlatmadan sosial-iqtisadi islahatlar keçirsinlər. O, 


XIV mühazirə 
 
 
539
istiqraz və kreditlərlə köməyi davam etdirər. 
1960-cı ilin oktyabrında  şah bir müsahibəsində demişdi 
ki, mən ölkədə  dəyişiklik etmək istəyirəm. Lakin inqilabsız, 
yuxarıdan başlayaraq. Qan tökmədən, «ağ inqilab». 
1961-ci ilin payızında milli burjuaziyanı  təmsil edən 
«Milli Cəbhə» yenidən fəallaşdı. Ölkədə siyasi mübarizə  kəs-
kinləşdi. 
İnkişaf üçün böyük imkanlara malik olmasına baxma-
yaraq, 60-cı illərin  əvvəllərində Azərbaycan iqtisadi cəhətdən 
İranın geridə qalmış bölgələrindən biri idi. Şah burada inkişaf 
planını həyata keçirməyə çalışmır, bu çətinliyi «ölkənin şimali-
qərbində» etnik və dil fərqlərinin mövcudluğu»nda görürdü. 
1961-ci ilin yaz və yayında demokratik azadlıqlar uğ-
runda tələbə  hərəkatı başlandı. Milli siyasətə qayıdış, 20-ci 
məclisə azad seçkilər tələb edilirdi. 1962-ci ilin yanvarında 
Təbriz və  Şirazda tələbə mitinqləri baş verdi. Malikanələr 
yandırılır, yerli hökumət dairələrinə qarşı hərəkat artırdı. 
Aydın oldu ki, sosial-iqtisadi strukturda əsaslı dönüş 
odmadan, ölkənin qarşısında duran problemi, iqtisadi və siyasi 
stabillik yaratmaq mümkün olmayacaq. Monarxiya ya siyasi 
aləmdən getməli, ya da burjua monarxiyasına çevrilməli idi.  
Aqrar islahat layihəsi.  İslahatlar proqramında  ən vacibi 
aqrar islahat idi. Bu 1962-ci ilin 9 yanvarında qəbul edildi. 
İslahatlar üçün qanun layihələri 1963-cü ilin 26 yanvarında 
keçirilmiş referendumda təsdiq edildi.  
Aqrar islahatın birinci mərhələsinin (mart 1962-1963) 
həyata keçirilməsi 1962-ci il martın 2-də Marağada (Şərqi 
Azərbaycan) başlandı. 
Birinci mərhələ iri mülkədarların torpaq 
mülkiyyətçiliyinin bir kəndlə  məhdudlaşdırılmasını, qalan 
torpaqların dövlət tərəfindən alınmasını  və onların kəndli-
icarəçilərə satılmasını nəzərdə tuturdu. Bu mərhələ üzrə 1978-
ci ilin əvvəlində Azərbaycanda cəmi 3444 kənd və 85 tarlanın 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
540
torpaqları 197 min icarəçi-kəndli arasında bölüşdürülmüşdü. 
İslahatın ikinci mərhələsi (1963-1969) üç şərtdən ibarət 
idi: 1) torpağı uzunmüddətli dəyişməz  şərtlərlə  kəndlilərə 
icarəyə vermək; 2) kəndli icarəçilərə razılaşma  əsasında 
satmaq; 3) əvvəllər mövcud olmuş  məhsul bölgüsündə 
mülkədar və kəndli paylarına uyğun olaraq torpağı icarədarlara 
satmaq. Lakin bu mərhələnin əsas xüsusiyəti ondan ibarət oldu 
ki, torpaq kəndlilərə uzun müddətə icarəyə verildi.  
Növbəti üçüncü mərhələyə görə (1969-1974) xırda və orta 
mülkədarların və özəl vəqflərin torpaqları rehtası on qat nəqd, 
yaxud 12 qat uzunmüddətli möhlətlə ödənilməsi  şərti ilə 
satılmalı oldu. Azərbaycan kəndliləri islahatın üçüncü 
mərhələsi üzrə bütün ölkədə torpaq almış kəndlilərin 23,9%-ni 
təşkil edirdi. Cənubi Azərbaycan üzrə göstəricilər bir qədər 
şişirdilmişdi. Məsələn, göstəricilərdən belə  çıxırdı ki, Şərqi 
Azərbaycan ostanında kənd sakinlərinin təqribən 83%-i islahata 
qatılıb. Ancaq nəzərə almalıyıq ki, torpaq sahələrini yalnız 
«zare» adlanan kəndli ailələri ala bilərdilər. Onların payları isə 
kənd əhalisinin yarısından çox deyildi. 
Ancaq aqrar islahatın sosial effekti partlamaq ərəfəsində 
olan kəndli həyəcanlarının qarşısını almaqdan ibarət oldu. 
İqtisadi nəticələr isə sosial nəticələrə nisbətən çox da böyük 
olmadı. Azərbaycan kənd təsərrüfatının  əsas sahələri  əkinçilik 
və heyvandarlıq idi. 60-70-ci illərdə bu struktur əsaslı  şəkildə 
dəyişmədi.  
Sərmayənin kənd təsərrüfatından sənayeyə axını, 
yarımfeodal mülkədarların kapitalistlərə çevrilməsi, yəni aqrar 
islahatın təbii nəticəsi ölkənin mərkəzi bölgələrindən fərqli 
olaraq Azərbaycanda o qədər də böyük vüsət almadı. 
 
4. 1978-79-cu illər  
İran inqilabı və Cənubi Azərbaycan 
 


XIV mühazirə 
 
 
541
70-ci illərin sonunda İranda Azərbaycan məsələsinin 
həllini tələb edən qüvvələr zəhmətkeşlərin marağını təmsil edən 
sollar və xırda burjuaziyaya mənsub solçu demokrat təşkilatlar 
idi (İXP və ADF 60-cı illərin əvvəllərində birləşdi, aralarındakı 
ziddiyyətlər milli çəkişməyə çevrildi. Xalq ona inamını itirdi). 
Vəziyyət sosial partlayışa doğru aparırdı. 1977-ci ilin 
payızından Cənubi Azərbaycanda tələbə  və  şagirdlərin 
nümayişləri başlandı.  Ən böyük çıxış 1977-ci il Milli 
Hökumətin ildönümü günü oldu. 
1978-ci ilin yanvarında Qumdakı  çıxışlarda artıq  şah 
rejiminin ləğv edilməsi tələb edilirdi. Fevralın 18-də (29 
bəhməndə) Təbrizdə Şəriətmədarinin çağırışı ilə dini başçıların 
müraciəti  əhalini üsyana qaldırdı. Bu üsyanda 100 min nəfər 
iştirak etdi. Ordu yeridilməsinə baxmayaraq üsyan ertəsi gün də 
davam etdi. 
Təbriz üsyanında  İranda gizli fəaliyyət göstərən «İran 
xalq fədailəri» təşkilatının üzvləri də  iştirak edirdilər. 
Təbrizdəki cəza tədbirlərinə cavab olaraq Yəzd, Çöhrəm, 
Tehran, Qum, Zəncan və b. şəhərlərdə  çıxışlar oldu. Həmin 
gündən başlayaraq mitinq və nümayişlər İranın demək olar ki, 
bütün iri şəhərlərini bürüdü. Xaricdə olan Ayətullah Xomeyni
*
 
Təbriz  əhalisinə müraciət göndərdi. Artıq Təbriz üsyanı bütün 
İranda baş verəcək inqilabın başlanğıcı hesab edilirdi. Mayın 9-
19-da baş vermiş  çıxışlar  İranın 20-dən çox şəhərini  əhatə 
edirdi.  
Sentyabrdan inqilabın 2-ci mərhələsi başlandı. Bütün 
                                                 
*
 Айятуллащ Хомейни- Рза шащ сийасятиня гаршы чыхдыьына эюря дяфя-
лярля  щябс  едилиб  вя  юлцмя  мящкум  едилмишди.  Ирага  мцщаъирят  етмяйя 
мяъбур олмуш, 1978-ъи илдя Ираг щюкумятинин тякиди иля юлкяни тярк едиб 
Парися  эетмишди.  Онун  шащлыьын  деврилмяси  чаьырышы  иля  халга 
мцраъиятляри мясъидлярдя ящалийя чатдырылырды. Ингилабын гялябясиндян 
сонра  онун  тяряфдарлары  цмумхалг  ряй  сорьусу  кечирмяйя  вя  апрелин 1-дя 
юлкядя Ислам принсипляриня ясасланан теократик дювлят – Иран Ислам Рес-
пуликасы елан етмяйя наил олдулар.  
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
542
sosial təbəqələr hərəkata qoşuldu. Tətilçilər SAVAK-ın ləğv 
edilməsini, demokratikləşməni tələb edirdilər.  
1978-ci il dekabrın 30-da təbrizlilər yenidən nümayişə 
başladılar.  Şah 1979-cu il yanvarın 16-da İrandan qaçdı. 
Yanvarın 19-dan isə nümayişlər «Allahu əkbər, Xomeyni 
rəhbər» şüarı ilə keçirilirdi. 
1979-cu il fevralın 1-də A.Xomeyninin Parisdən Tehrana 
gəlməsi münasibətilə  Təbrizdə nümayişlər geniş vüsət aldı. 
Fevralın 11-də nümayişçilər gülləbaran edildilər. Nümayişçilər də 
polis qüvvələrinə hücum etdilər. Xeyli insan həlak oldu. 
Fevralın 11-də paytaxtda şah tərəfdarları üzərində qələbə 
çalınmasına baxmayaraq əksinqilabi qüvvələr xüsusən, 
Təbrizdə müqavimət göstərirdilər. Lakin fevralın 16-da 
Azərbaycanın başqa  şəhərlərində  də  şahpərəst qüvvələr 
zərərsizləşdirildi, nəzarət xalqın əlinə keçdi. 1978-79-cu illərin 
İran inqilabı dövründə azərbaycanlılar 25 min nəfərə yaxın 
qurban verdilər. Şahlıq üsul-idarəsi devrildi. 1979-cu il aprelin 
1-də İran İslam Respublikası elan edildi. 
Əsas siyasi və sosial qüvvələr  şahlığın devrilməsindən 
sonra 2-ci mərhələni – milli-demokratik istiqamətdə inkişafı 
gözləyirdilər. Milli məsələnin ədalətli həlli gözlənilirdi. 
1979-cu il dekabrın 2-3-də  İran  İslam Respublikası 
Konstitusiyanı qəbul etmək üçün referendum keçirdi. «Millətin 
hüququ» adlı III fəslin 19-cu maddəsində deyilirdi: «İran xalqı 
hansı etnik qrup və  qəbilədən olmasından asılı olmayaraq 
bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər 
kimsəyə üstünlük vermir», 15-ci maddədə isə deyilirdi: «İran 
xalqının rəsmi müştərək dili və  xətti farsdır. Sənədlər, 
məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və xətlə 
olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı 
işlənməsi, mətbuat, kütləvi informasiya vasitələrində  və milli 
ədəbiyyatın məktəblərdə tədrisində azaddır». 
Ancaq bu nailiyyətlər türk dilinin 1945-46-cı illər milli-


XIV mühazirə 
 
 
543
demokratik hərəkat dövründəki mövqeyindən çox aşağı oldu. Az 
bir müddətdə türk dilində  təxminən 30 adda qəzet və jurnal nəşr 
olundu, yazıçılar ittifaqı yarandı, dərs vəsaitləri hazırlanmasına 
başlandı. Amma, hazırda «Varlıq» jurnalından başqa türk dilində 
heç bir mətbuat orqanı  nəşr edilmir. Dövlət orqanları  tərəfindən 
yasaq edilməsindən (əsasən ideya-siyasi yönümünə görə) başqa, 
onların bağlanmasının  əsas səbəblərindən biri də  qəzet və 
jurnalların maddi korluq çəkməsi oldu. 
İnqilabın qələbəsindən sonra siyasi partiya və  təşkilatlar 
milli zülmün ləğvinin yeganə yolunu İranda ictimai həyatın 
həqiqi federalizm əsasında yenidən qurulmasında görürdülər. 
Dekabrın 20-də müvəqqəti hökumətin 14 bənddən ibarət 
«Nahiyyə özünüidarəsinin hüquq və  vəzifələri» adlı qanun 
layihəsi xalqın müzakirəsinə verildi. Özünüidarə nahiyyələri 
orqanları ölkənin istiqlaliyyəti, bütövlüyü, İran əhalisinin milli 
vəhdətini təmin etməli idilər.  İranın ilk prezidenti Bənisədr 
göstərirdi ki, «biz muxtariyyətin  əleyhinə deyilik, lakin 
müxtariyyəti bizdən olmayanlara verməyəcə-yik». («Keyhan» 
20.04.1980). 
1980-ci ilin dekabrından  İraqın  İrana müdaxiləsi hakim 
rejimə demokatik qüvvələri əzmək üçün əlverişli şərait yaratdı.  
Bütün çoxmillətli dövlətlərdə olduğu kimi İranda da milli 
məsələnin həlli ölkənin demokratikləşməsi ilə  sıx bağlıdır. 
İranın demokratikləşməsi burada Azərbaycan məsələsinin 
təkamül yolu ilə həllini sürətləndirir. 
İnqilabın qələbəsindən sonrakı illərdə iqtisadi dur-ğunluq 
keçirən ölkə yavaş-yavaş bu vəziyyətdən çıxdıqda və  İran-İraq 
müharibəsindən (1980-1988) sonra iqtisadiyyatın bərpası 
başlandıqda Cənubi Azərbaycan da sənaye və kənd təsərrüfatının 
inkişafında müəyyən sürət götürdü. Burada neftayırma zavodu, 
traktor, maşınqayrıma, dəzgahqayırma zavodları, kənd təsərrüfat 
maşınları üçün mühərriklər istehsal edən zavodlar, lampa 
zavodu, xalça fabrikləri, qənd zavodları, tütün fabrikləri, 
Cənubi Azərbaycan 1917-ci il  
– XXI əsrin əvvəllərində 
 
544
toxuculuq fabrikləri və s. kimi yüzlərlə yüngül sənaye 
müəssisələri fəaliyyət göstərir. Taxılçılıq, bostançılıq, 
heyvandarlıq məhsulları qismən də İranın digər rayonlarına ixrac 
olunur. Aqrar ölkə olan Cənubi Azərbaycan kənd təsərrüfatının 
inkişafı üçün böyük imkanlara malikdir. 
1999-cu ilin avqust ayında Cənubi Azərbaycan Milli 
Azadlıq Hərəkatı Analitik İnformasiya mərkəzinin mətbuatda 
çap olunmuş  məlumatına  əsasən  İranda yaşayan  əhalinin milli 
tərkibi belə olmuşdur: 
 
№ Milli 
vahidlər Sayı (mln. nəfər) Ölkə əhalisinin sayına  
görə nisbəti (faizlə) 
1.
 
Azərbaycanlılar 29.0 
41.42 
2.
 
Farslar 22.0 
31.42 
3.
 
Kürdlər 7.5 
10.71 
4.
 
Ərəblər 3.5 
5.0 
5.
 
Türkmənlər 3.0 
4.28 
6.
 
Bəluclar 2.4 
3.42 
7.
 
Qaşqaylar 2.0 
2.85 
8.
 
Yəhudi, aysori, erməni 0.6 
0.85 
9.
 
Başqaları  
0.035 
0.05 
Cəmi  
70.0 
100.0 
 
Ədəbiyyat 
1.
 
Иванов М.С. Новейщая история Ирана. М.: 1965 
2.
 
Həbibov Ə. Cənubi Azərbaycanda azadlıq hərəkatı. Bakı: 1988 
3.
 
Tağıyeva Ş. 1920-ci il Təbriz üsyanı. Bakı: 1990 
4.
 
Nəsibzadə N. Bölünmüş Azərbaycan, bütöv Azərbaycan. Bakı: 1997 
5.
 
Nəsibzadə N. İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci 
illəri). Bakı: 1997 
6.
 
Иванов М.С. Иран в 60-70-х годах ХХ века. М.: 1977 
7.
 
Abdullayev Z.Z. Ağasi N.N. Müasir İran. Bakı: 1976 
8.
 
Almaz  Əliqızı. Cənubi Azərbaycan «Ağ inqilab» dönəmində // 
«Araz» jurnalı, 1997, №1(2) 
9.
 
Агаев С.Р. Иран в прошлом и настоящем. М.: 1981 
10.
 
Pişəvəri S.C. Seçilmiş əsərləri. Bakı: 1984 
11.
 
Çeşmazər M.M. Azərbaycan Demokratik Partiyasının yaranması 
və fəaliyyəti. Bakı: 1986 
12.
 
Həsənli C. Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında 
(1939-1945). Bakı: 1998 


XIV mühazirə 
 
 
545
13.
 
Həsənli S. Soyuq müharibənin başlandığı yer – Güney 
Azərbaycan. 1945-1946. Bakı: 1999 
14.
 
Tağıyev Ş., Rəhimli Ə., Bayramzadə S. Güney Azərbaycan (mə-
lumat kitabı). Bakı: 2000 
15.
 
Rəhimli Ə. Güney Azərbaycanda milli demokratik hərəkat. Bakı: 2003 
16.
 
Агаев С. Иран-рождение республики. М.: 1984 
17.
 
Демин А.И. Современная Иранская деревня. М.: 1977 
 
 
Çapa imzalanmışdır 04.100.2010. Kağız formatı 60x84 1/16. Sayı 200. 
«Bakı Universiteti» nəşriyyatı, Bakı – 370148, Z.Xəlilov, 23.
 

Document Outline

  • obloshka
  • I movzu
  • II movzu
  • III movzu
  • IV movzu
  • V movzu+++++
  • VI movzu
  • VII Movzu
  • VIII movzu
  • IX movzu
  • X  movzu
  • XI movzu
  • XII movzu
  • XIII movzu
  • XIV movzu

Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə