Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə3/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
11 
ya, həm də İran hökmdarlarının ölümü bu dövlətlər arasındakı 
münasibətlərə, onların Azərbaycana qarşı siyasətinə müəyyən 
təsir göstərdi. Rusiyanın yeni çarı I Pavel və yeni İran hökmdarı 
Fətəli  şah sələflərinin açdığı savaşlardan strateji məqsədlərinə 
siyasl yol ilə çatmaq siyasətinə keçdilər. 
I Pavel öz siyasi xəttini Qafqaz qoşunları komandanı 
general Qudoviçə 1797-ci il 5 yanvar fərmanı ilə bildirdi. 
Orada Rusiyaya "xeyirxah olan" Azərbaycan və Dağıstan ha-
kimlərinin bir federativ dövlət halında birləşməsi təklif edilirdi. 
Bildirilirdi ki, ali hakim və himayəçi olmaqla, bu hakimlərdən 
özümüzə  sədaqətdən başqa bir şey ummuruq, onların idarə 
üsuluna qarışmaq, onlar üçün ağır ola biləcək bac və ya digər 
mükəlləfiyyətlər tələb etmək istəmirik. 
Çarın bu yeni siyasi baxışı iki il sonra Kaxet çarlığında II 
İraklinin yerinə keçən XII Georgiyə göndərilən başqa bir 
fərmanda inkişaf etdirilmişdi. 
I Pavelin Rusiyanın himayəsi altında federativ dövlət 
yaratmaq istəməsi təsadüfi deyildi. Bu zaman Rusiyanın iç 
durumu olduqca ağır idi, dövlətin maliyyə  işləri büsbütün 
pozulmuşdu. Federasyon birləşmə yolu ilə bu ölkələrin  İranın 
nüfuzu altına keçməsinə yol verməmək, yumşaq davranışla 
onları Rusiyaya daha sıx bağlamaq nəzərdə tutulurdu. Əslində 
belə bir siyasət onların Rusiyanın tərkibinə qatılması üçün özül 
hazırlamalı idi. 
I Pavel öz təklifinin gerçəkləşməsi üçün addım atdı. O, 
Qafqaz ordusunun yeni komandanı E.F.Knorrinqə Azərbaycan 
xanlıqları və Dağıstan hakimlərinin nümayəndələrini istədikləri 
yerdə toplayıb danışıqlar aparmağı tapşırdı. Rus komandanı, öz 
hökuməti adından yerli hakimləri və yaxud onların 
nümayəndələrini dəvət edib rəqabət aparmağın zərərini və 
əmin-amanlıq  şəraitində yaşamağın xeyrini başa salmalı, 
aralarında baş verən çəkişməni adət, qanun və ya münsiflər 
məhkəməsi vasitəsi ilə  həll etməyə çağırmalı idi. Bu da 
I mühazirə
 
 
 
12
mümkün olmasa, onlar Rusiya imperatoruna müraciət 
etməliydilər. Yerli hakimlər  İran basqını  və  şahın niyyətinə 
qarşı birləşməli, bu ittifaqa Şamxalın, Üsminin və Tabasaran 
qazısının təbəələrini də  cəlb etməli, öz təbəələrini qarət 
etməkdən əl çəkəcəklərinə and içməli idilər.  
Fətəli  şah 1797-ci ildə  İranda taxta çıxdıqdan sonra onun 
başlıca qayğısı  mərkəzdən qaçma qüvvələri qırmaq, öz 
hakimiyyətini möhkəmləndirmək oldu. Buna görə Rusiya ilə 
münasibətləri də nizama salmağa çalışdı. 1797-ci ilin sonunda I 
Pavelin yanına elçi göndərdi. Lakin o, şah elçisi kimi deyil, 
sərdar Baba xanın elçisi kimi qəbul edildi. Elçiliyin ticarət 
haqqındakı təqdimatına Rusiya hökuməti müsbət yanaşdı. Ancaq 
bildirildi ki, Baba xan Gürcüstana, Tarku şamxalına, Dərbənd, 
Bakı xanlıqlarına, Xəzər dənizi ilə Gürcüstan arasında yerləşən 
torpaqlara iddialarından əl çəkməlidir. 
Gerçək durum o zaman Fətəli  şahı da Azərbaycan xanları 
ilə yumşaq davranmağa məcbur edirdi. Bu, Quzey Azərbaycan 
xanlıqları ilə barışıq yaratmaq istənilməsində öz əksini tapmışdı. 
Əslində hər iki tərəf buna can atırdı. Mirzə Camal yazır: "Qarabağ 
vilayətinin vəziyyəti olduqca çətin olduğundan...  İbrahim xan 
mülayimlik etməyi məsləhət bilərək, Ağa Məhəmməd  şahın 
cənazəsini böyük ehtiramla Tehrana göndərdi. Fətəli şah İbrahim 
xanın belə hərəkətini özü üçün xoşbəxtlik sanıb onun, adamlarını 
xələt və  ənamla geri qaytardı. Ona xələt, qılınc göndərib, 
Qarabağın hökumətini bütün mədaxili ilə İbrahim xana bağışladı... 
O tərəfdən  şah böyük tədarük görüb, yüksək xanları  (İbrahim 
xanın) yanına göndərdi. Böyük hörmət və izzətlə  Ağabəyim 
ağanın (İbrahim xanın qızı – Red.) kəbinini kəsdirdi; onu qadınla-
rının möhtərəmi və hərəmbaşısı etdi. İbrahim xanın oğlu Əbülfət 
ağanı öz yanına apartdırıb yüksək xanlar sırasında, öz məclisində 
oturtdu... Bu vəziyyət (İran və Qarabağ xanlığı arasındakı "müla-
yimlik" – Red.) yüksək Rusiya dövlətinin böyük imperatorunun 
sərdarı qoşunla Gürcüstan vilayətinə gələrək müstəqil halda Tiflis 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
13 
şəhərinə yerləşdiyi günə qədər davam edirdi". 
Gəncə, Şəki və Quba xanları da Fətəli şahı taxta çıxması 
ilə  təbrik edib, onunla münasibətləri kəskinləş-dirmək 
istəmədilər. Yalnız  şirvanlı Mustafa xan Fətəli  şahın elçisini 
"Ağanıza deyin ki, mənim də  əlimdə  şah qələmi var", - deyə 
qovdu. 
Şah hökuməti Azərbaycanın quzey xanlıqlarının tabeliyə 
gətirilməsinə çox güc verir, bununla yanaşı  cənub xanlıqlarını 
da unutmurdu. Urmiya xanlığı tabe edildi. Ancaq bu işi iki 
yönümdə aparmaq üçün Fətəli sahın gücü yetmirdi. 
I Pavel 1801-ci ilin yanvarında Gürcüstan çarlığının Ru-
siyaya birləşdirilməsi haqqında manifest verdi. Ancaq o, sui-qəsd 
nəticəsində öldürüldü. Rusiyada I Aleksandr (1801-1825) çar oldu. 
Transqafqaz ölkələri böyük sarsıntı qarşısında idi. 
Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi və Azər-
baycan.  Aleksandr hakimiyyətə  gəldikdən sonra ikinci dəfə, 
1801-cı il sentyabrın 12-də Gürcüstanın Rusiyaya birləşdiril-
məsi haqqında manifest və Knorrinqin adına fərman verdi. 
Baqrationlar sülaləsi hakimiyyətdən uzaqlaşdırıldı, Kartli-
Kaxet çarlığı  ləğv edildi. Lakin devrilmiş sülalənin bir qolu 
bununla barışmayıb Rusiyaya qarşı mübarizəyə başladı. 1803-
1804-cü illərdə Meqrel, Quriya və  İmereti də Rusiyanın 
himayəsinə qəbul edildi. 
Şərqi Gürcüstanla birlikdə Azərbaycanın Qazax, Borçalı 
və  Şəmşədil sultanlıqları da Rusiyaya qatıldı. Azərbaycan 
torpaqları barədə yeni Rusiya çarının siyasəti onun ayrıca bir 
göstərişində bu şəkildə bildirilməkdə idi: "Ətraf hökmdarlar və 
xalqlarla  əlaqə saxlayaraq, Rusiya tərəfdarlarının sayını 
artırmağa çalışmalı, xüsusən hələ Baba xanın (Fətəli  şahın) 
hakimiyyəti altına düşməmiş  və buna görə  də, belə bir şəraitdə 
əlbəttə, özlərinin təhlükəsizliyi naminə Rusiyaya daha çox meyl 
göstərəcək  İrəvan, Gəncə,  Şəki,  Şirvan, Bakı  və başqa 
xanlıqların xanlarını tərəfimizə cəlb etməli". 
I mühazirə
 
 
 
14
Şərqi Gürcüstanın  ələ keçirilməsinə beynəlxalq səpgidə 
baxış eyni olmadı. 1799-cu il müqaviləsi üzrə Rusiya ilə itti-
faqda olan Osmanlı dövləti buna açıq etirazını bildirmədi. Ru-
siya bunun qarşılığında Türkiyənin vassal asılılığında olan 
torpaqlarda ehtiyatla davranmağı üstün tuturdu. Transqafqaz 
vasitəsilə Rusiyanın Anadoluya yaxınlaşması Babıali (Osmanlı) 
hökuməti tərəfindən böyük əndişə ilə qarşılansa da, bunu 
durdurmaq yolunda Türkiyə ilə  İran arasında heç bir iş birliyi 
yaranmadı. 
İran isə bu siyasətlə razılaşmaq istəmədi. Avropa döv-
lətlərinin köməyinə arxalanaraq Gürcüstanı Rusiya hökm-
ranlığından qoparmağa çalışır, Rusiyaya qarşı çıxışlara yardım 
göstərirdi. Azərbaycan xanlıqları ilə dil tapmağa, Rusiya 
təcavüzünə qarşı müvafiq strateji meydan hazırlamağa xüsusi 
diqqət verirdi. 1802-ci ildə Qarabağ və Bakı xanlıqlarına İrana 
tabe olmaq təklif edilmişdi. 
Rusiya  Şərqi Gürcüstanın birləşdirilməsi ilə Azərbaycan 
xanlıqlarına dair proqramını  həyata keçirməyə çalışırdı. 
P.D.Sisianovun Qafqaza baş komandan göndərilməsi ilə bu iş 
sürətləndi. 
1802-ci il Georgiyevsk müqaviləsi. Çar Aleksandr, atası 
I Pavel kimi, ilk illər Rusyanın himayəsi altında Quzey Qafqaz 
birliyi yaratmağa çalışırdı. Onun tapşırığı ilə Sisianov xanlarla 
danışıqlar aparmağa başladı. Görüş yeri üçün Georgiyevsk 
şəhəri seçildi. Burada Quba, Bakı, Talış xanları, Dağıstan 
hakimlərindən Tarku şamxalı, Qaraqaytaq usmisi, Tabasaran və 
b. yerlərin başçıları toplanmalı idi. 1802-ci il sentyabr ayının 2-
nə  təyin edilmiş görüş baş tutmadı. Onu yalnız dekabr ayında 
keçirmək mümkün oldu. Bakı xanı görüşə  gəlmədi. Dekabrın 
26-da hakimlər arasında müqavilə imzalandı. Giriş  və 12 
maddədən ibarət olan bu sənəd üzrə onu imzalayan xanlar və 
hakimlər söz verirdilər ki, onların arasında olan düşmənçilik, 
narazılıq və  çəkişmələri bir tərəfə qoyacaq, bir-birilə savaş 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə