Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə4/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
15 
aparmayacaq (maddə 1), mübahisələri dinc yolla həll edəcəklər 
(maddə 2). İranın hücum edəcəyi halda ona qarşı birgə  çıxış 
etmək (maddə 3), ticarəti, dənizçilik işini yoluna qoymaq da 
(maddə 5-10) nəzərdə tutulurdu. 
Çar hökuməti Bakı xanlığının bu birliyə qoşulmaması ilə 
razılaşa bilmirdi. Gürcüstanın Rusiyaya qatılması ilə bu xanlığa 
çox böyük diqqət verilməkdə idi. Çünki Dəryal dərəsindən 
keçən hərbi Gürcüstan yolu təlabatı ödəyə bilmirdi. I 
Aleksandrın 12 sentyabr 1801-ci il tarixli, baş komandan 
Knorrinqin adına göndərilən buyruğunda bu barədə yazılmışdı: 
"Ətraf hakimlər və xalqlarla əlaqə yaratmaqla Rusiyaya meyl 
edənlərin sayını çoxaltmaq gərəkdir... (Kür çayının) töküldüyü 
yerə  və özəlliklə  Xəzər dənizində  ən yaxşı limana sahib olan 
Bakı xanı vasitəsilə.çalışmalı ki, Gürcüstandakı qoşunlarımız 
üçün Qafqazın çətin dağ yolu ilə deyil, Həştərxandan su yolu 
ilə yüklərin çatdırılması imkanı əldə edilsin". Buna görə 1803-
cü ildə ayrıca Bakı xanlığı ilə də müqavilə bağlandı. 
Georgiyevsk bağlaşması ilk günlərdən dəyərsiz bir kağıza 
çevrildi. "Birliyə" qoşulan tərəflər tezliklə  İranın deyil, məhz 
Rusiyanın təcavüzünə  məruz qaldılar. Çünki 1803-cü ildən 
yerli xanların nazı ilə oynayan "Pavel siyasəti"nin kortəbii 
davamına son qoyuldu. Onun yerini I Aleksandrın "öz" siyasəti, 
açıq təcavüzçü bir siyasət tutdu. 
 
3. Rusiya işğalının başlanması  
Baş komandan general Sisianov 
 
Çarlıq Rusiyası boyunduruğunun Transqafqaz xalqları 
üzərinə yüklənməsındə general-leytenant Pavel Dmitriyeviç 
Sisianov (1754-1806) böyük yer tutur. Onun soyağacı  əski 
gürcü  əsilzadə ailəsi ilə bağlıdır: babası knyaz Paata Çiçişvili 
hələ 1725-ci ildə Kartli çarı VI Vaxtanq ilə Rusiyaya 
köçmüşdü. Sonuncunun nəvəsi olan Pavel Sisianov 1787-91-ci 
I mühazirə
 
 
 
16
illər Rusiya-Türkiyə savaşında ordu xidmətində yüksəlmiş, 
1794-cü il Polşa üsyanının amansızcasına yatırılmasında 
seçildiyi üçün imperatriçadan Georgi ordeni, Minsk 
quberniyasında 1500 təhkimli kəndli ilə böyük bir mülk al-
mışdı. "Qızılayaq yaranalın" (V.Zubovun) yürüşündə  iştirak 
etmlş, 1796-1797-ci illərdə Bakı qalasının komendantı ol-
muşdur. 
1803-cü illn fevralında Tiflisə Qafqazın baş komandanı 
kimi varan Sisianov, Həştərxan general-qubernatoru və 
Gürcüstanın baş hakimi vəzifələrini tuturdu. Onun gəlişi ilə 
Qafqaz xalqlarına qarşı  ən qaba hərbi-sümürgəc siyasəti 
yeridilməyə başlandı. XIX yüzilin rus hərb tarixçisi N.F.Dub-
rovin onun aşağıdakı sözlərini örnək olaraq almışdır: "Asiyada 
bütün andlaşma və danışıqlar heç, güc isə hər şeydir". Qafqaz 
Arxeoqrafiya Komissiyası aktlarının ikinci cildində onun 1803-
cü il 31 mart tarixli (Car camaatının silah gücü ilə 
çökdürülməsindən bir gün sonra) "Bütün Car camaatına  əmri" 
verilmişdir. Bu yazı yalnız çar baş komandanın  şəxsiyyətinin 
deyil, çarlıq siyasətinin açıqlanması baxımından fövqəladə 
dəyərə malikdir: "Dinsiz alçaqlar! Mən sizi çox dilə tutdum, siz 
isə dağıstanlıları [köməyə] çağırdınız, sonra da ürəklənib elə bir 
şey yazırsınız ki, ləyaqətimə toxunur. Siz doğru deyirsiniz, mən 
gürcüyəm, amma nə  ağızla bunu yazmağa cəsarət edirsiniz? 
Mən Rusiyada doğulmuş, orada böyümüşəm, ruhum da rus 
ruhudur. Gözləyin, qoy gəlib ora çıxım, onda evlərinizi deyil, 
sizin özünüzü oda yaxacaq, çocuq və qadınlarınızın içalatını 
çəkib çıxaracağam. Siz taxıl yığımına kimi sakit oturmağı düşü-
nürsünüz, ancaq Tanrıya and içirəm, tələb olunanı (3520 kq 
ipək ödəncini – Red.) verməyincə siz Car çörəyi yeməyəcək-
siniz. Budur siz xainlərə mənim axırıncı sözüm". 
Car-Balakən torpagının işğalı. Quzey Azərbaycanın bu 
bölgəsində turklər, avarlar, inqloylar yüzillər boyu yanaşı 
yaşayırdılar. Avarların (onlar özlərini baqualal adlandırır-lar) 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
17 
toplu halında burada yerləşməsi XV yüzilin sonunda başladı. O 
zaman kaxetlilər özlərini qorumaq üçün onları bu yaxın 
bölgəyə köçürüb qulluq işinə götürürdülər. Məhəmmədhəsən 
bəy Baharlıya görə, bu axın 1616-cı ildə şah Abbasın səyləri ilə 
başa çatdı. 
XIX yüzilin başında rus rəsmi araşdırmaları üzrə "Car-
Balakən azad camaatları" adlanan bölgədə 35 kənd, 5191 
kəndli həyəti (orta sayım ilə hər 10 həyətdə 15 ailə) yerləşirdi. 
Onlardan Car icması 20 kənd, 1861 həyət; Balakən icması 3 
kənd, 800 həyət; Talı icması 5 kənd, 1410 həyət; Muxax icması 
3 kənd, 1030 həyət tuturdu. Bununla yanaşı bölgədə "heç bir 
icmaya mənsub olmayan və bu icmalarda heç bir tabe kəndi 
olmayan" daha doqquz kənd (Katex, Matsex, Qaracalı  və b.) 
var idi. "Tabe kəndlər" dedikdə, ingiloy və muğalların yaşayış 
yerləri nəzərdə tutulurdu. Birinci ad türkləşərək islama keçmiş 
kaxetlilərə, ikincisi isə türkləşmiş moğollara aid edilirdi. 
Azərbaycan türkləri haqqında isə rus rəsmi qaynağında 
bildirilirdi: "Düzənlikdə yerləşən bütün kəndlər ingiloy adlansa 
da, sonradan məskunlaşan və tatar (türk - Red.) dilində danışan 
kəndlərdə yaşayanlar onların (ingiloyların - Red.) sayından 
çıxılmalıdır". Bunlar aşağıdakı kəndlər idi (qaynaqda yer adları 
təhrif olunmuş, yüngülcə "gürcüləşmiş"  şəkildə yazıya 
alınmışdır): Çobanqolu (30 həyət), Keymur (50), Bazar (30), 
Almalı (360), Lələli (300), Göglər (20), Katalparax (?), 
Göndərqala (30), Boymatlu (8), Patara Lahıc (60), Didi Lahıc 
(15), Kürdəmir (20), Padar (30), Paidar (?), Muğanlı (300), 
Babalı (8), Qarabaldur (30). Başqa sözlə, bölgənin 35 
kəndindən 17-i və onlarda olan 5191 kəndli həyətindən 1233-ü 
türkcə danışan toplum idi. 
Car-Balakən bölgəsinə qoşun yeritmək üçün Sisianov 
Gürcüstanda gedən iç çəkişməni, mərhum çar İraklinin oğlu 
Aleksandrın gəlib buraya sığınmasını  bəhanə etdi. Rusiya 
qulluğunu öz ata yurdunun və millətinin mənafeyindən uca 
I mühazirə
 
 
 
18
tutan Sisianov, Kartli çar nəslini Gürcüstandan yox etməyi 
qarşısına məqsəd qoymuşdu. O, gürcü çar ailəsini bütünlüklə 
Peterburqa köçürdü (zor işlədildiyi üçün çarın arvadı Deda 
Vala ermənilərdən olan general-mayor Lazarevi xəncərlə vurub 
öldürmüşdü). Yalnız İraklinin oğlu Aleksandr ələ keçməmişdi. 
O, Azərbaycan xanlarının və  İran  şahının yardımı ilə Kartli-
Kaxet çarlığını  bərpa etmək, dədə-baba hakimliyini özünə 
qaytarmaq istəyirdi. Buna görə kiçik bir döyüş  dəstəsinin 
başında, Gəncəli Cavad xanın araçılığı  və yardımı ilə Car 
torpağına sığınmışdı. 
Sisianov kobudcasına carlıları suçlayaraq, çar oğlu 
Aleksandrın dərhal ona verilməsini tələb etdi. Mirzə Adıgözəl 
bəyə görə: "Knyaz (Sisianov) ənbər iyli qələmi ilə  məktublar 
yazdı, onlara (carlılara – Red.) nəsihət edib bildirdi..." İş isə 
Rusiya monarxı qarşısında nökərçiliyi üstün tutan XIX yüzil 
tarixçimizin yazdığı kimi deyildi. Car camaatının başçıları 
Sisianova təmkinlə dolu bir cavab göndərmişdilər. Burada 
deyilirdi ki, çar oğlu Aleksandr onların çağırışı ilə deyil, özü 
gəlib qonaq kimi bizdən yer istəmişdir, ancaq qonağın, ona 
düşmən olan bir kimsəyə verilməsi bizim adətimizdə yoxdur. 
Özü gəldiyi kimi, özü də gedər. 
1803-cü il martın başında sayca böyük olmayan rus 
əsgəri qüvvəsi beşminlik gürcü qoşunu ilə Car torpağına 
soxuldu. Qoşuna iki general-mayor (Orbelian və Qulyakov) 
başçılıq edirdilər, amma keçmiş tarixçilər Sisianovun da burada 
olduğunu yazırlar. Carlılar Qanıq çayı üstündə çadırlarını qurub 
düşmənlə qarşılaşdılar. Sisianovun qoşunu çayın keçidində 
carlıları  əzdi, aramsız yüyürüb onların "möhkəm aman evi və 
ümidgahı olan Balakəni dağıtdılar. Onlara gözəl bir 
qulaqburması verdilər..." (Mirzə Adıgözəl bəy). Amma 
tarixçinin "gözəl qulaqburması" kimi qələmə verdiyi iş əslində 
Balakənin bütünlüklə dağıdılması demək idi. Rusiyanın o 
zamankı  hərb tarixçiləri döyüş taktikası baxımından buna heç 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə