Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə8/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
31 
qoşunlarının" ciddi dirənişlə qarşılaşacağını düşünmürdülər. 
İlk döyüslər.  Fətəli  şahın oğlu  Güney Azərbaycanın 
hakimi  şahzadə Abbas Mirzənin 50 minlik ordu ilə  İrəvana 
yaxınlaşması Sisianov üçün gözlənilməz olmadı. O, bütün qışı 
qoşun hazırlamaq və  səfər tədarükü görməklə keçirmişdi. 
İrəvan hakimi Məmməd xanın onu "vaxt itirmədən"  İrəvana 
çağırması  nəzərə alındı, 1804-cü il iyunun sonunda 3600 
piyada, 3 eskadron atlı və 300 kazakdan ibarət olan rus qoşunu 
12 top ilə artıq İrəvan yaxınlığında idi. Üçkilsə (Eçmiədzin) və 
Qəmərlidə olan ilk döyüşlərdə Sisianov üstünlük qazandı. 
İrəvan şəhərini mühasirəyə aldı. Gənc oğlunun (Mirzə Adıgözəl 
bəy Abbas Mirzəni bu zaman "kiçik bir uşaq" adlandırır) 
uğursuzluğunu eşidən Fətəli  şah özü də buraya gəldi.  İkiqat 
çevrə yarandı: ruslar İrəvanı, iranlılar isə rusları arxadan araya 
aldı. Bütün giriş-çıxış yolları sonuncuların üzünə qapandı. 
Sisianovun ağır durumda olması dərhal onun ötəri (yerli) 
müttəfiqləri arasına pozuntu saldı.  İlk öncə onunla yürüşə 
çıxmış gürcü knyazları döyüş yerini buraxıb qaçdılar. Ancaq 
qapalı yol keçidlərində  İran  əsgərləri onları tutub əsir etdi. 
Fətəli  şah yanında olan çar oğlu Aleksandrı gizli tapşırıqla 
Tiflisə göndərdi. Qazax və Borçalı türkləri Rusiyadan üz 
çevirib itaətdən çıxdılar. Mirzə Adıgözəl bəy yazır: "Şəm-
səddinli mahalı, Tiflis şəhəri yə  Nəsib bəydən başqa (Borçalı 
Nəsib bəy Gəncə savaşında mayor Lisaneviçin əlaltısı idi – 
Red.) bütün elat, kəndlər, hətta Başaçığa qaçan (gürcü) va-
lizadələr də  gəlib valiyə (çar oğlu Aleksandra – Red.) qo-
şuldular və üsyan etdilər". Pənbəkli türkər də belə etdilər. 
Korluq çəkən qoşun üçün Sisianov azuqə  gətirtməyə 
çalışdı. Ancaq onun göndərdiyi 150 əsgər Qara mayor 
(Montrezor – Red.) başda olmaqla üsyan etmiş  pənbəklilər 
tərəfindən məhv edildi. Rus qoşunu içinə  qızdırma-titrəmə 
(tropik malyariya) azarı düşdü. 1804-cü il sentyabrın 4-də 
Çiçişnov aradan çıxıb Tiflisə döndü. Üsyan etmiş "Borçalı  və 
I mühazirə
 
 
 
32
sair Gürcüstan elatı" (M.Adıgözəl bəy) yenidən Rusiya 
təbəəliyinə keçdi. 
Qarabağ xanlığının Rusiyaya tabe edilməsi. Kürəkçay 
andlaşması. Gəncə xanlığı işğal edilən kimi Sisianov Qarabağ 
xanlığına təzyiqi gücləndirdi. O, mayor Lisaneviçi Gəncədən 
birbaşa  İbrahim xanın yanına göndərib, Rusiya tabeliyinə 
keçməyi təklif etdi. Xan "mayora xoş cavablar verərək, onu 
böyük ehtiramla və hörmətlə yazılmış  məktublarla yola saldı" 
(Mirzə Camal Cavanşir). Təbii, Gəncə faciəsi göz önündə idi. 
Bu zaman Qarabağda vəziyyət olduqca mürəkkəb idi. 
Əhmədbəy Cavanşir yazır: "... Şuşada  əyanlar bir-birinə 
düşmən olan iki dəstəyə bölünmüşdülər. Bu dəstələrdən biri 
rusların Zaqafqaziyanın işlərinə qarışmasını gözləyərək heç bir 
vəchlə  İrana tabe olmaq istəmir, digəri isə...  İran hökmdarını 
hər vasitə ilə razı salmağa çalışır". 
Son anda Qarabağda ruslara rəğbət bəsləyən Məhəm-
mədhəsən ağanın dəstəsi üstün gəldi.  Əhməd bəy Cavanşir 
burada ayrıca qeyd edir ki, "o zamankı İran sərkərdələrinin və o 
cümlədən  şahın özünün rəyinə görə, alınmaz qala olan Şuşa 
şəhəri iranlılar üçün Zaqafqaziyanın açarı, ruslar üçün isə İranın 
qapısı hesab edilirdi". İrəvandan döndükdən sonra Fətəli  şah 
Qarabağ xanlığını  ələ keçirməyi qarşıya qoydu. Gəncə 
tutulduqdan sonra ruslar üçün Qarabağa yol açıq idi. Şah öz 
sarayında  əmanət olan Əbülfət xanı beşminlik bir qoşunla 
"atasına yardım və kömək göstərmək adı ilə" (M.Camal 
Cavanşir) Qarabağa göndərdi. Tapşırdı ki, Məhəmmədhəsən 
ağanı  və  İrana qarşı olan bir neçə Qarabağ  bəylərini  şahın 
hüzuruna göndərsin.  İbrahim xan şahın yardımını  qəbul 
etməyib, oğlu  Əbülfət xana ağır cavab göndərdi, Qarabağ 
torpağına girməyi ona yasaq etdi. Ancaq oğlu bu yasağı pozdu. 
Dizaq mahalının Tuğ  kəndində olan İbrahim xan və 
Məhəmmədhəsən ağa  şah qoşununu burada qarşılayıb məğlub 
etdilər. Qoşunun bütün at və heyvanı ələ keçirildi, sərbazlardan 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
33 
çoxu öldürüldü, bir çoxu əsir düşdü. 
Fətəli  şah özünü sındırmayıb, qulluğunda duran üç xanı 
Qarabağa göndərdi. Şah "bu elçiləri mülayim və şəfqətli sözlər, 
möhkəm təəhhüdlər və  qəliz andlarla dolu fərman ilə  İbrahim 
xanın yanına göndərib söz verdi ki, bütün Qarabağ mahalını, 
şah xəzinəsinə çatmalı olan mədaxili ilə birlikdə  əbədi olaraq 
mərhum İbrahim xan nəslinə verəcək; övladlarından iki nəfərini 
də  Şuşa qalasına,  İbrahim xanın yanına girov göndərəcəkdir" 
(M.Camal Cavanşir). Bu eşidilməmiş güzəşt (şahlar və çarlar 
adətləri üzrə Azərbaycan xanlarından oğlanlarını girov 
alardılar) qarşılığında Gəncə və Tiflis yolu üstündə çox önəmli 
yer tutan Əsgəran qalası İran qoşununa təhvil verilməli idi. 
İbrahim xan şahın fərmanını cavabsız buraxdı. Tiflisə elçi 
göndərib Sisianovdan yardım istədi. Mayor Lisaneviç rus əsgəri 
bölüyü ilə Qarabağa göndərildi. 
1805-ci ilin yazında Sisianov İranı qabaqlayıb Azər-
baycan xanlıqlarını tabe etmək üçün Gəncəyə  gəldi. Buradan 
İbrahim xana məktub yazıb, Rusiya ya İran dövlətlərindən 
hansına tərəf olduğunu açıq bildirməyi ötkəmliklə  tələb etdi. 
Yazdı ki, bu iki yoldan "sizə yalnız yaxşısını seçmək qalır". 
Onun anlayışında "yaxşı yol" Rusiya idi. Söz yox, səksəni 
haqlamış Qarabağ xanı yaşamında belə bir kəskin vaxt azlığı ilə 
üz-üzə gəlməmişdi. 
Sisianov Gəncənin gündoğarında, Kürəkçay üzərində 
düşərgə salmışdı. İbrahim xan oğlanları Məhəmmədhəsən ağa, 
Mehdiqulu ağa, Xanlarağa və Qarabağın başqa  əyanları ilə 
birlikdə buraya gəldi. Adam göndərib kürəkəni,  Şəki hakimi 
Səlim xanı da əyanları ilə "böyük sərdarın" yanına çağırdı. 
Sonra andlaşma oldu: xanlar"Andlı öhdəlik" ("Klətvennoe 
obehanie") adlanan müqaviləyə möhürlərini basdılar, Sisianov 
isə qol qoydu. 1805-ci il 14 may Kürəkçay andlaşması 11 
maddədən ibarət idi. Qarabağ xanı Rusiya çarının vassalı 
olmağına razılıq verir (maddə 1), müstəqil xarici siyasət 
I mühazirə
 
 
 
34
hüququndan çarın xeyrinə imtina edir (maddə 4), çar xəzinəsinə 
hər il 8000 çervon bac verməyi öhdəsinə götürürdü (maddə 8). 
Rusiya dövləti də üzərinə müəyyən təəhhüdlər götürür, daxili 
idarəetmə ilə bağlı hakimiyyət işlərinin xanın öhdəsində 
qalacağına söz verilirdi. Rusiya çarı özünün və  vəliəhdlərinin 
adından "zati-alilərinin (İbrahim xanın – Red.) və onun 
varislərinin ölkəsinin (Qarabağ xanlığının – Red.) 
bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir" 
(maddə 2); söz verirdi ki, xanın varis və davamçılarının 
"Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz sax-
lanılacaq", daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məh-
kəmə və divanxana, ölkədən yığılan gəlir "zati-alilərinin (xanın 
– Red.) səlahiyyətində qalacaqdır" (maddə 5). Lakin bu, 
xanlığın iç idarəçiliyinin olduğu kimi saxlanılması, bir çar 
vassalı kimi xana tam iç siyasi muxtariyyəti verilməsi demək 
deyildi. Çünki general-leytenant (oğlanları Məhəmmədhəsən və 
Mehdiqulu – general-mayor, kiçik oğlu Xanlar isə polkovnik) 
rütbəsi alan Qarabağ xanı artıq Qafqaz komandanlığının 
əmrlərini də yerinə yetirməli idi. Bununla yanaşı, mayor 
Lisaneviç başda olmaqla 500 rus əsgərinin qalaya bitişik 
Xanbağı adlanan yerdə yerləşdirilməsi də xanın davranışına 
hüdud qoyurdu. 
Şəki xanlığının Rusiya tabeliyinə keçməsi.  Sisianov 
əski Şəki hakimi Məhəmmədhəsən xana çox inamsız yanaşırdı. 
Gəncənin çökdürülməsindən altı gün sonra (9 yanvar 1804) o, 
Məhəmmədhəsən xana təhqirlə dolu bir məktub göndərdi. Xanı 
milçək, öz dövlətini isə qartal adlandıran Sisianov burada 
yazırdı: "Əmin ol, mənim yalnız bir buyruğum yetər və onda 
Nuxa xanlığı da Gəncə xanlığı kimi yox olacaq". Ancaq bu 
xanın yerinə göz dikmiş olan Səlim xanın da başına "ağıl 
qoyurdu". Səlim xan xanlığın ona verilməsi barədə Sisianovun 
and içib söz verməsini xahiş etmişdi. Baş komandan bu 
məktuba cavab verməmiş, onun yerinə polkovnik Karyagin 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə