Baki döVLƏt universiteti


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə9/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   137

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
35 
xana belə bir öyüd vermişdi: "ona (Sisianova – Red.) çoxmu 
gərəkdir siz Nuxada xan olasız? Axı, gerçəyi budur ki, mərmi 
və güllə havası altında o, hər hansı bir xanı oynamağa məcbur 
edə bilər; siz əgər Nuxa xanlığına bərpa olunmaq istəyirsinizsə, 
fars bicliyi ilə möhürsüz axmaq məktublar yazmalı deyil, onun 
(Sisianovun – Red.) çağırışı ilə Tiflisə yanına gəlib rica 
etməlisiniz..." 
Dolğun siyasi dərslərdən sonra xanlığa çıxarılan Səlim 
xan, təbii,  İbrahim xanın "köməyilə  mərkəzi hökumətə 
(Rusiyaya – Red.) arxalanırdı" (M.Adıgözəl bəy). Şəki xanlığı 
əslində Qarabağ xanlığı ilə bir gündə, Kürəkçay görüşlərində 
tabe edildi. M.Adıgözəl bəy də, M.Camal Cavanşir də bunun 
belə olduğunu yazırlar: "Kürəkçayın qırağında bir neçə gün 
bayram,  şənlik və qonaqlıq oldu. Sonra traktat və  əhdnamə 
yazıldı.  İbrahim xan və  Şəki hakimi Səlim xan ona möhür 
basdılar, böyük sərdar (Sisianov) isə qol çəkdi". Ancaq 
siyasətçilik işlədərək, Şəki xanlığı haqqında andlaşmanın tarixi 
bir həftə sonraya çəkildi: 21 may 1805-ci il. Hər iki andlaşma 
bir-birinə  əkiztayı  qədər bənzəyişli idi. Şərtləri də eyni. Səlim 
xan da bir gündə rus ordusunun general-leytenantı oldu, çara 
baş komandanın vasitəçiliyi ilə ərizə yazıldı. "Dörd aydan sonra 
(hər iki xana) bu iltifat və daimi məvacibli dərəcələrin verilməsi 
haqqında fərman gəlib çatdı" (M.Camal Cavanşir).  Şəki 
xanlığına da 500 rus əsgəri göndərildi. Rus qoşunu üçün ayrıca 
bir qala tikilməsi nəzərdə tutulurdu. (Ancaq bu qala 
tikilmədiyindən memarlıq incisi olan Şəki xan sarayı 
kazarmaya çevrilmişdi). Yalnız bir fərq vardı. Bu xanlıq 
üzərinə qoyulan bac ödənişi 7000 çervon idi. 
Rusiya-İran savaşının 1805-cı ıl doyüşlərı. 1805-ci ilin 
yazında  şah hökuməti rusların irəliləyişini saxlamaq və onları 
Quzey Azəbaycandan vurub çıxarmaq istəyirdi. 
İyun ayının birinci yarısında Abbas Mirzə on min əsgər 
ilə Qarabağ üzərinə hərəkətə başladı. Arazın suyu qalxdığı üçün 
I mühazirə
 
 
 
36
Xudafərin körpüsündən keçərək, Cəbrayıl bağları yaxınlığında 
Məhəmmədhəsən ağanın Qarabağ qoşunu və mayor 
Lisaneviçin yeger alayı üzərində üstünlük qazandı. Sonuncular 
Şuşa qalasına sığınmalı oldular. Qızılbaş ordusu iki qola 
ayrıldı. Biri Şuşanın dörd ağaclığında Ağoğlanı tutdu, o biri 
yarısı Əsgəran, Şahbulağı qalalarını tutdu. 
Baş komandan bir alayı onlara qarşı  çıxardı. On bir 
günlük davada qoşunun yarısı  qırıldı, polkovnik Karyagin və 
podpolkovnik Kotlyarevskı yaralandılar. Rus qoşunu Şahbulağı 
alsa da, çəkilib Gəncəyə getməli oldu. 
Fətəli  şah da qalan İran ordusu ilə  Ağoğlana gəlmişdi. 
Ancaq Xəzər dənizi ilə Talış  və  Rəşt vilayətlərinə rus qoşunu 
çıxarılması barədə xəbər alan kimi geriyə dönüb Ərdəbilə getdi. 
Baş komandan Sisianov isə bu zaman qoşunla Tiflisdən 
Azərbaycana yollandı. Bunu eşidən Abbas Mirzə onunla 
qarşılaşmadan öz növbəsində Tiflis üzərinə yol aldı, Sisianovun 
orada olmamasından faydalanmaq istədi. Amma Zəyəm 
yaxınlığında onun ardınca qoşan Karyaginə üstün gələ bilmədi. 
İran qoşunu burada böyük itki verib, Qazax sultanlığına 
soxuldu. Abbas Mirzə, ayrıca bir fərman və çar oğlu gürcü 
Aleksandrın vasitəsilə qazaxlılardan onun tərəfinə keçməyi, 
Tiflis üzərinə yürüşdə ona yardımçı olmağı  tələb etdi. 
Qazaxlılar isə bu zaman artıq Rusiya komandanlığına sadiq 
qalmağa söz vermişdilər. Onlar Əliağa Avçı oğlu adlı bir bəyi 
Abbas Mirzə  və Aleksandrın yanına guya, danışıq üçün 
göndərib vaxtı uzatdılar. Qazağın dinc əhalisini Sənain və 
Əhlatda erməni monastırlarına köçürüb, rus komandanlığından 
yardım istədilər və yalnız bundan sonra Abbas Mirzənin sözünü 
rədd etdiklərini bildirdilər.  İran qoşunu yuxarı yol ilə Qazağa 
yetişdikdə hazırlıq görmüş yerli qoşun çəkinmədən onunla 
döyüşə girdi. Fars tarixçisi Mirzə Feyzullahın yazmasına görə: 
"Qazax  əhli onların (İran qoşunlarının – Red.) İrəvana sarı 
gedişinə dirəniş göstərdi. Demək olar hərfərsəxdə, bunların isə 


Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
37 
İrəvan düzənliyinin başlanğıcına kimi toplu sayı 18-dir, 
qazaxlılar pusqular qurur və o dərəcədə qorxu bilmirdilər ki, 
şahzadə Abbas Mirzəyə güllə atmışdılar". 
Döyüşlərdən sonra Qazax hakimi rus komandanlığına 
ayrıca raport göndərdi. Qafqaz Arxeoqrafiya Komissiyası 
aktlarının II cildində çap edilmiş (N 1118) bu yazıda deyilirdi: 
"Biz bütün qoşunları toplayaraq, öz piyada və atlı 
(döyüşçülərimizlə) onların üzərinə getdik, ... onları əzərək üzər-
lərində  zəfər qazandıq, ... bir çoxunu öldürdük, falkonet, silah 
və barıtlarını, güllə, yeyim ehtiyatını və başqa şeyləri, çoxlu at, 
qatır və dəvələrini əllərindən aldıq". 
İran ordusunun Tiflis yürüşü Zəyəm və Qazax döyüşləri 
ilə pozuldu. Abbas Mirzə Dilican dərəsi ilə çıxıb getməli oldu. 
1805-ci ilin yaz-yay döyüşləri Qarabağ, Gəncə, Qazax bölg-
ələrində təsərrüfata böyük ziyan vurdu, əkin-biçin işləri, məhsul 
yığımı pozuldu. 
Şirvan xanlığının tabe edlməsi.  Fətəli  şah çıxıb getmiş 
olsa da, Sisianov Qarabağda Honaşen və Şuşaya kimi irəlilədi. 
İbrahim xanın yanına göndərilmiş üç İran elçisini özü llə 
götürüb, buradan "böyük hörmət və razılıqla" Tiflisə getdi. 
Yenl yürüş hazırlığına son verib 1805-ci ilin noyabrında 
Mingəçevir yaxınlığında Kürü keçdi, "Şirvan, Bakı, Quba və 
Dərbəndi tutmaq üçün Şəkiyə tərəf hərəkət etdi" (Mirzə Camal 
Cavanşir). Bu zaman onun əli altında 10 topu olan 1500 piyada 
və bundan az olmayan atlı qoşun var idi. Şirvan torpağına 
girdikdən sonra Sisianovun tələbi ilə 1500 Qarabağ atlısı da 
general-mayor Mehdiqulu ağanın başçılığı ilə bu qoşuna 
qoşuldu.  
Sisianov bu yürüşü çox önəmli sayırdı. İrəvan və Meqreli 
tutmaq, bütün Transqafqazda bərkimək üçün Şamaxı-Bakı-
Dərbənd yollarını  ələ keçirmək, bununla da Rusiyaya çıxış 
açmaq onun başlıca istəyi idi. Mirzə Adıgözəl bəy də bunu 
yazır: "Onun əsas fikiri bu idi ki, iki dəniz arasında sahə əldə 
I mühazirə
 
 
 
38
edilsin və  hər iki dənizdən xalqın gediş-gəlişi təmin edilsin". 
Bununla bağlı Qara dənizə doğru qoşun göndərsə  də, Xəzər 
dənizi üzərinə  çıxmağı başlıca iş sayırdı. Yürüşə  çıxmazdan 
öncə (1805-ci il oktyabrın 29-da) general-mayor 
P.D.Nesvetayevə yeni qoşun verməkdən boyun qaçıraraq 
yazırdı:"... Mən onları (qoşunları – Red.) Şirvan xanını  və 
Bakını qorxu altında tutmaq üçün burada saxlamışam...  əgər 
Bakı alınsa və  Şirvan  əyaləti traktat ilə Rusiya təbəəliyinə 
keçsə, mən elə bu qış bircə Sevastopol alayı  və 200 yegerlə... 
İrəvan üzərinə gedəcəyəm; indi isə, görünür Bakı üzərinə 
getmək gərək olacaq". 
Şirvan hakimi Mustafa xan yola gəlmək istəmirdi. 
Köləlik gətirən "dəmir geyimli alayları" öyməkdən yorulmayan 
o zamankı tarixçimiz yazır: "Şirvanlı Mustafa xanın ölkəsi, 
zəfər nişanəli rus qoşunlarının yolu üstündə idi. Buna bax-
mayaraq o, böyük dövlətin itaətini qəbul etməkdən boyun 
qaçırdı. Düşmənçilikdən dəm vurub ədavət yolunda sabitqədəm 
durdu. Cənab sərdar (Sisianov) onu cəzalandırmağı  və  qəflət 
yuxusundan oyatmağı lazım bildi" (M.Adıgözəl bəy). 
Mustafa xan yaxın adamlarını, "öz elat və  təbəələrini" 
yığıb qoşunla Lahıc yaxınlığındakı Fit dağına çəkildi. Möhkəm 
sığnaq olan bu dağda səngər qurub düşərgə saldı. Bir neçə kiçik 
çarpışmalar sayılmazsa, iş davasız-savaşsız başa çatdı. Mustafa 
xan Rusiya komandanlığının tələblərini qəbul etdi. Amma rus 
ordusu düşərgəsinə gəlməkdən boyun qaçırdığı üçün, andlaşma 
bu düşərgə ilə Fit dağı arasında, düzənlikdə dekabrın 27-də 
imzalandı. Kürəkçay andlaşmasının bəndləri burada da təkrar 
edildi:  Şirvan xanlığı başqa dövlətlərlə  əlaqə saxlamaq 
hüququndan imtina edir, öz xəzinə  gəlirindən 8 min çervon 
Rusiyaya bac verməyi, rus ordusunun ərzağını ödəməyi və 
Şirvandan keçən yollarda əmin-amanlıq yaratmağı öhdəsinə 
alırdı. Rus qoşunlarının  Şamaxıda yerləşdirilməsinə Mustafa 
xan razılıq vermədi. Bunun qarşılığında Cavad bölgəsində, Kür 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə