Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə63/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   59   60   61   62   63   64   65   66   ...   137

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
245
yerləşən ermənilər, ingilis və amerkanlardan yardım alaraq türk 
qüvvələrinə müqavimət göstərməyə çalışırdı. 
I Qafqaz Türk Ordu qrupu Kazım Qarabəkir paşanın 
rəhbərliyi altında Culfanın  şimalından hərəkətə keçərək, er-
məniləri bu bölgədən çıxardı. Bununla da Araz çayının cənubu 
ermənilərdən təmizlənmiş oldu. 
1918-ci il iyulun 14-də Andranik Naxçıvana gəlib, 
Azərbaycan kəndlərinə qarşı kütləvi qırğınlar törətməyə baş-
ladı. Türk Ordu komandanlığı  tərəfindən Naxçıvanın er-
mənilərdən azad olunması tapşırığı II Qafqaz Türk Ordu 
qrupuna həvalə olundu. 
Naxçıvan 3000 piyada, 500-600-ə  qədər erməni atlı 
silahlı dəstəsinin işğalı altında idi. 
1918-ci il iyul ayının 19-da II Qafqaz Türk Ordu qrupu 
və 35-ci piyada alayı Naxçıvana doğru hərəkətə keçdi. Türk 
hərbi birləşmələri 1918-ci il iyulun 20-də Naxçıvana girdi. 
Andranikin dəstəsi darmadağın edildi. 
Beləliklə, Naxçıvan erməni işğalı  və zülmündən azad 
oldu. Bundan sonra, Kazım Qarabəkir paşa, 1918-ci ilin 
avqustunda qərargahını Naxçıvana göçürdü. 
Brest-Ltovski sülhünün şərtinə uyğun olaraq, 1918-ci il 
iyulun 14-də Qars, Ərdahan və Batum əhalisi plebistit 
(səsvermə) keçirdi. Əhali Osmanlı dövlətinə birləşmək qərarını 
verdi. 1918-ci il avqust ayının 15-də Sultan Vahidəddin Qars, 
Ərdahan və Batumun Osmanlıya birləşməsi haqqında fərman 
imzaladı. 
Osmanlı hökuməti, 1918-ci il sentyabr ayının 14-də 
Batumi və Qars vilayətlərinin təşkili haqqında qərar verdi.  
Naxçıvan Qars nahiyyəsinə daxil oldu.  
I Dünya müharibəsinin Osmanlı dövlətinin məğlubiyyəti 
ilə nəticələnəcəyini hiss edən İttifaq və Tərəqqi Partiyası istefa 
vermək məcburiyyətində qaldı.  Əhməd  İzzət Paşa kabineti
Türk Ordusunun Qafqaz ərazilərini 1918-ci il dekabr ayının 3-ə 
VII mühazirə 
 
 
246
kimi tərk etməsi qərarını imzaladı. Bu birbaşa (30 oktyabr 
1918) Mudros barışığı ilə bağlı idi. 
Türk ordusu Naxçıvanı da tərk etməli idi. 
1918-ci il oktyabr ayının 21-də Baş nazir Əhməd  İzzət 
paşa Gümrü, İğdır və Naxçıvan qəzalarında olan hərbçilərin hə-
min  ərazilərdən çəkilməsini istədi. Bu addım regionun mü-
səlman-türk  əhalisini dəhşətli təhlükə, erməni işğalı ilə üz-üzə 
qoydu. 
Belə olan halda Naxçıvan  əhalisi 9-cu Ordu komandanı 
Yaqub Sevgi paşaya müraciət etdi. 
Müraciətdə aşağıdakı istəklər irəli sürüldü. 
1.
 
Osmanlı ordusu geri çəkilməsin; 
2.
 
Əgər  əsgərlərin geri çəkilməsi zəruri isə, onda 
əhalinin mühafizəsi üçün hər qəzada bir qisim əsgər qalsın; 
3.
 
Qəzalara gələcək xristianlar tərəfindən 
müsəlmanların məhv edilməsinin qarşısı alınsın. 
Müsəlman-türk  əhalisinin narazılığını haqlı hesab edən 
Yaqub Sevgi Paşa, durumu İstanbula bildirməyi lən-gitmədi. 
Lakin İstanbuldan müsbət cavab alınmadı. 
Erməni silahlı birləşmələri, yaranmış vəziyyətdən istfadə 
edərək 27 dekabr 1918-ci il tarixdə Yaponun nəzarətində olan 
dəstə ilə Naxçıvanın qərbindəki Auş  kəndinə hücum edərək 
2000 nəfər dinc əhalini öldürdü. 
Qarsın güneyindən Ordubada qədər olan bölgə 
ermənilərin təhdidi altında idi. 
Müsəlman-türk  əhalisi özünü erməni təcavüzündən 
qorumaq üçün Naxçıvan başda olmaqla, Şərur, Eçmiəzdin, Sür-
məli və İrəvanın cənubunda yaşayan müsəlman-türklər Qəmərli 
kəndinə toplaşdılar. Qızğın müzakirələrdən sonra, mərkəzi 
İğdır olmaqla sədr və 6 üzvdən ibarət olan bir hökumət 
qurdular. Hökumətin sədri Əmir bəy Əkbərzadə, Hərbi nazir – 
Qarslı Cahangirzadə İbrahim, Maliyyə naziri- Qəmbər Əli bəy 
Bənanyarlı, Mülkiyyət naziri –Bakir bəy Rizazadə, Xarici işlər 


Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
247
naziri –Həsən ağa Səfazadə,  Ədliyyə naziri-Məhəmməd 
Bəyzadə idi. 
Araz Türk hökuməti  əhalinin təhlükəsizliyini təmin et-
mək məqsədi ilə ciddi tədbirlər gördü. 9-cu Ordu komandanı 
Yaqub Sevgi paşanın yardımı ilə 20 tabur təşkil edildi. Könüllü 
olaraq bu bölgədə qalan türk əsgər və zabitləri də bu taburlara 
daxil oldular. 
Ermənilərin törətdikləri qətliam, işgəncə  və zülmlərin 
qarşısını  mərdliklə alan Araz Türk hökuməti, erməni silahlı 
dəstələrini Naxçıvandan çıxarmağa müvəffəq oldu. 
1918-ci il noyabr ayının 30-da Qars şəhərində böyük bir 
konqres toplandı.  
Ordubad, Naxçıvan, Sərdərabad, İğdır, Qəmərli, Ahiska, 
Ahılkelek bölgələrindən millət vəkili sifəti ilə 70 nəfər nü-
mayəndə konqresə qatılmışdı. Konqresin qəbul etdiyi qərara 
görə, mərkəzi Qars şəhəri olmaqla Batumdan Ordubada, Ağrı 
dağından Qara dəniz sahillərinə kimi uzanan müsəlman türk 
ərazilərində Milli Şura hökuməti yarandı. Ahıska hökuməti və 
Araz Türk hökuməti Milli Şura hökumətinə birləşdi. 
12 nazirdən ibarət olan hökumətin başçısı  İbrahim bəy 
Cihangiroğlu idi. 
1918-ci il noyabr ayının 11-də Almaniyanın təslim 
olması ilə I Dünya müharibəsində hərbi əməliyyatlar dövrü ba-
şa çatdı. Bundan sonrakı  mərhələdə Naxçıvan daha mürəkkəb 
vəziyyət ilə üz-üzə qaldı. Erməni komitələri, ingilis, amerikan 
və bolşevik yardımı sayəsində Naxçıvan torpaqlarını  ələ 
keçirmək istədi. Lakin qəhrəman Naxçıvan  əhalisi, mərdliklə 
vuruşaraq öz torpaqlarını erməni işğalından qurtara bildi. 
Birinci Dünya müharibəsi nəticəsində Osmanlı dövlətinin 
ərazisinin Avropa dövlətləri tərəfindən bölüşdürülməsi, dünya 
neftinin 66%-nə malik olan Yaxın  Şərqin Avropa dövlətləri 
tərəfindən zəbt olunmasıdır. 
Bu müharibə Rusiya və Avropa üçün də itkisiz ötüşmədi. 
VII mühazirə 
 
 
248
Rusiyada bolşeviklərin hakimiyyətə  gəlməsi ilə Rusiya 
və Almaniya arasında bağlanan Brest-Litovski sülhünün şərt-
lərinə uyğun olaraq Rusiyanın  əlindən 3 mln km

–ərazi, 62 
milyonluq  əhali çıxdı. Rusiyanın sərhədləri paytaxt şəhəri 
Sankt-Peterburqa yaxınlaşdığı üçün paytaxt Moskva şəhərinə 
köçürüldü. 
Birinci Dünya müharibəsinin  ən önəmli sonuclarından 
biri Avropanın XVIII əsrdən bəri uzun sürən uzunmüddətli 
dəniz və ticarət üstünlüyü təhlükəyə düşdü. Dünya 
iqtisadiyyatında «Avropa üstünlüyü dönəmi» sona çatdı. 
Avropa ABŞ-dan asılı vəziyyətə düşdü. 
Birinci Dünya müharibəsi Avropaya 350 milyard dollar 
həcmində  zərər vurdu. Avropada 10 milyon insan öldü, 20 
milyon yaralanaraq şikəst oldu. Təkcə Fransada 20-32 yaş 
həddində əhalinin yarısı müharibənin qurbanı oldu.  
Bütövlükdə Birinci Dünya müharibəsinin sonunda 
formalaşan Versal sistemi dünyaya sülh gətirə bilmədi. 
 
Ədəbiyyat 
1.
 
Baharlı (Vəlili) M.H. Azərbaycan. Bakı: Azərnəşr, 1993, 203s. 
2.
 
История  Азербайджана  по  документам  и  публикациям.  Под 
ред. акад. З.М.Буниятов. Баку: Элм, 1990, 382с. 
3.
 
Əliyev H.Z. Türkiyə Birinci Dünya müharibəsi dövründə. Bakı: 
Azərb SSR EA, 1965, 168s. 
4.
 
Həsənov C. Azərbaycan Beynəlxalq münasibətlər sistemində. 
1918-1920. Bakı: Azərnəşr, 1993, 362s. 
5.
 
Kurat A.H. Türkiyə  və Rusiya. Ankara Üniversitesi. Basım evi, 
1970, 755s. 
6.
 
Qasımov M. Birinci Dünya müharibəsi illərində böyük dövlətlə-
rin Azərbaycan siyasəti (1914-1918-ci illər). Bakı: Adiloğlu, 
2001, 406s.  
7.
 
Musayev  İ.  Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət (1907-
1920-ci illər). Bakı: 1992 
8.
 
Musayev  İ. Azərbaycanın Naxçıvan və  Zəngəzur bölgələrində 
siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə