Baki döVLƏt universiteti



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
1   2   3   4   5   6   7   8   9   ...   14

 

Uzaq  keçmişdən  1870-ci  illərə  qədər»

1

 dərsliyində  «Səfəvi 



imperatorluğu 

(XVI-XVII 

yüzillər)» 

fəslinin 

«Səfəvilərin 

hakimiyyətə  gəlməsində  sosial-siyasi  bidətçiliyin  yeri,  Qızılbaş 

təlimi»  bölümündə  səfəvişünaslıqda  Qızılbaş  ideologiyası,  hərəkatı, 

onlara  arxa  olan  zümrələr  haqqında  elmi  konsepsiyanın  əsası 

qoyulmuşdur.  Müəllifin  bu  konsepsiyası  ilə  yanaşı,  əski  türk 

dövlətçilik tarixi  ilə  bağlı araşdırmaları dissertasiyanın  yazılmasında 

elmi istiqamət kimi qəbul edilərək istifadə olunmuşdur. 

Mövzu  ilə bağlı  bəzi  məsələlər R.Məmmədov, Ş.Məmmədova, 

M.X.Nemətova, 

S.B.Aşurbəyli, 

H.Ciddi, 

M.X.Heydərov 

və 

S.A.Məmmədovun əsərlərində



2

 də öz əksini tapmışdır. 

Qərb  tədqiqatçılarından  V.F.Minorski  «Təzkirət  əl-müluk» 

əsərinə  şərh  və  əlavələrində  Səfəvilərin  dövlət  və  idarə  quruluşu  ilə 

yanaşı,  bəylərbəyiliklərdən  də  qısa  bəhs  etmişdir.

3

 Alman  alimi 



Röhrbörn  isə  «Səfəvilər  dövründə  əyalətlərin  quruluşu»

4

 adlı 



yazısında ilk qaynaqlara əsasən Azərbaycan bəylərbəyilikləri, onların 

inzibati,  hərbi  və  iqtisadi  hüquqları  ilə  bağlı  məsələlərə  müəyyən 

qədər  toxunmuşdur.  Təəssüflə  demək  lazımdır  ki,  müəllif  əsərində 

müəyyən  qüsurlara  da  yol  vermişdir.  Vilayətlərdə  sədr  ilə  şeyx  ül-

                                         

1

 Azərbaycan  tarixi.  Uzaq  keçmişdən  1870-ci  ilə  qədər.  Redaktor:  tarix 



elmləri  doktoru,  professor,  əməkdar  elm  xadimi  Süleyman  Əliyarlı,  Bakı: 

«Azərbaycan» nəşriyyatı, 1996. 

2

 Məmmədov  R.  Naxçıvan  şəhərinin  tarixi  oçerki.  Bakı:  «Elm» 



nəşriyyatı,  1977;  Məmmədova  Ş.  Xülasət  ət-təvarix  Azərbaycan  tarixinin 

mənbəyi kimi. Bakı: Elm, 1991; Nemətova M.X. Şirvanın XIV-XVI əsrlər 

tarixinin  öyrənilməsinə  dair.  Bakı:  Azərbaycan  SSR  EA-nın  nəşriyyatı, 

1959;  Ашурбейли  С.Б.  Очерк  истории  средневекового  Баку  (VIII- 

начало  XIX  вв.).  Баку:  Изд.  АН  Азерб.  ССР,  1964;  Джидди  Г.А. 

Средневековый  город  Шемаха  IX-XVII  века.  Баку:  Изд.  «Элм»,  1981; 

Гейдаров  М.Х.  Города  и  городское  ремесло  Азербайджана  XIII-XVII 

вв.  Баку:  Изд.  «Элм»,  1982;  Мамедов  С.А.  Азербайджан  по 

источникам в XV-первой половине XVIII вв. Баку, 1993. 

دا نﺎﻣزﺎﺳ

 ﺐﺟر دﻮﻌﺴﻣ ﮫﻤﺟﺮﺗ ،کﻮﻠﻤﻟا ةﺮﮐﺬﺗ ﺮﺑ ﯽﮑﺳرﻮﻨﯿﻣ نﺎﻘﯿﻠﻌﺗ ﺎﯾ یﻮﻔﺻ ﺖﻣﻮﮑﺣ یرا

ناﺮﮭﺗ ،رﺎﯿﻧ

 :

 ،ﺮﯿﺒﮐ ﺮﯿﻣا تارﺎﺸﺘﻧا



1368

 

 



  

3

  



    

4

،یراﺪﻧﺎﮭﺟ سووﺎﮑﯿﮐ ﮫﻤﺟﺮﺗ ،ﮫﯾﻮﻔﺻ هرود رد تﻼﯾا مﺎﻈﻧ ،نﺮﺑ ﺮﺣر



 

ناﺮﮭﺗ


 :

 ،ﻦﻤﮭﺑ ﮫﻧﺎﺨﭘﺎﭼ

1349

 

 




 

islamın  sinonim  kimi  işlənməsini  göstərməklə  yanaşı,  o,  vilayət 

sədrləri haqqında ümumiyyətlə çox az və səthi məlumat vermişdir.  

Rocer  M.Seyvori  də  yazılarında

1

 Səfəvilərin  idarə  quruluşu 



haqqında  olduqca  az  məlumat  vermişdir.  Amma  onun  xəlifət  əl-

xüləfa haqqında məlumatı çox maraqlıdır. O, mürşüd-i kamilin naibi 

olan  xəlifət  əl-xüləfanı  haqlı  olaraq  «yarım  kral»  adlandırır.  Bu 

təşkilatda  Qızılbaş  türklərin,  türkmanların  aparıcı  rola  malik  olması 

haqqında  ətraflı  məlumat  versə  də,  Türk  və  Türkman  tayfalarının 

eyni kökdən olmasını nəzərdən qaçırmışdır.  

Bir  çox  rus  tədqiqatçıları  Səfəvi  dövlətinin  tarixinə  aid 

araşdırmalarında dövlət quruluşu, əyalət və şəhər idarə sisteminə yeri 

gəldikcə  toxunmuşlar.  Xüsusilə  İ.P.Petruşevskinin  əsərlərində

2

 



Azərbaycan  Səfəvi  dövlətinin  idarə  sistemi  ilə  bağlı  daha  maraqlı 

qeydlər  vardır.  Müəllifin  məqsədi  idarə  sistemini  tədqiq  etmək 

olmasa  da,  əsərlərində  idarə  quruluşuna  dair  elmi  əhəmiyyətə  malik 

bir  çox  məsələlərin  şərhi  verilmişdir.  1949-cu  ildə  nəşr  olunmuş 

monoqrafiyasında Səfəvilər dövründə xəlifət əl-xüləfa, əmir əl-üməra 

institutları ilə bərabər Azərbaycan, Şirvan, Qarabağ, Çuxur-Səd bəy-

lərbəyilikləri  və  onların  idarə  quruluşu  barədə  də  qısa  məlumat 

verilir.  Bu  məlumatlar  Azərbaycan  Səfəvi  dövlətinin  idarə 

quruluşunu öyrənmək üçün çox böyük elmi əhəmiyyətə malikdir.  

V.V.Bartold və A.P.Novoseltsevin tədqiqatlarında

3

 Səfəvi döv-



lətinin  tarixinin  müəyyən  məsələləri  öz  əksini  tapmışdır.  P.P.Buşev, 

                                         

1

 

Roger Savory. İran under the Safavids. London: Cambridge University 



Press, 1980; The  office  of  khalifat al-khulafa under the safavides// Journal 

of the American Oriental Society. Vol.85., n.4, Baltimore, 1965.  

 

2

 Петрушевский  И.П.  Вакфные  имения  Ардебильского  мазара  в 



XVII  веке  //  Труды  Института  Истории  им.  Бакиханова,  т.1,  Баку: 

Изд.АН Азерб.ССР, 1947; Очерки по истории феодальных отношений 

в  Азербайджане  и  Армении  в  XVI  начале  XIX  вв.,  Ленинград:  Изда-

тельство ЛГУ, 1949. 

3

 Bartold  V.V.  Müsəlman  dünyası  tarixində  Xəzəryanı  bölgələrin  yeri. 



Azərbaycan  dilinə  çevirənlər  akademik  Z.M.Bünyadov  və  tarix  elmləri

 

namizədi  N.R.Ağayeva,  Bakı:  «Elm»  nəşriyyatı,  1999;  Новосельцев  А.Г. 



Города  Азербайджана  и  Восточной  Армении  в  XVII-XVIII  вв.//  «Ис-

тория СССР», Москва, 1959, №7.  




Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə