Baki döVLƏt universiteti



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
1   2   3   4   5   6   7   8   9   ...   14

 

M.S.İvanov,  K.K.Kutsiya,  Ş.A.Mesxia  və  N.N.Tumanoviçin  əsər-

lərində  də  Səfəvi  dövlətinin  quruluşuna  aid  məlumatlara  təsadüf 

edilir.


1

 Ancaq  qeyd  etdiyimiz  kimi,  Səfəvilər  dövrü  ilə  məşğul  olan 

tarixçilərdən  heç  biri  sırf  dövlət  quruluşunda  Qızılbaş-Türk 

əyanlarının  rolu  mövzusunu  tədqiq  etmədiyindən  bu  məsələyə  əsər-

lərində az yer vermişlər. Lakin onların  əsərlərində dövlətin quruluşu 

ilə  bağlı  tədqiq  edilən  məsələlər  mövzunun  işlənməsi  üçün 

istiqamətverici əhəmiyyətə malik olmuşdur. 

Türkiyə  tarixçilərindən  Faruk  Sümər  «Safevi  devletinin 

kuruluşu  və  gelişmesində  Anadolu  türklerinin  rolu»  adlı  əsərini

2

 



Səfəvi  dövlətinin  yaranmasında  və  inzibati  idarə  quruluşunda 

Qızılbaş-Türk  etnosunun  həlledici  roluna  həsr  etmişdir.  Tarixçilikdə 

Azərbaycan  Səfəvi  dövlətinin  tarixi  ilə  bağlı  olan  «yanlış 

konsepsiya»  Faruk  Sümərin  əsərində  ciddi  elmi  dəlillərlə  təkzib 

edilir.  O,  yazır:  «Səfəvi  dövlətinin  «milli  bir  İran  dövləti»  olduğu 

görüşünün  indi ciddi elm  adamları arasında tərəfdarı qalmamışdır»

3



F.Sümərin  əsəri  tədqiq  etdiyimiz  mövzu  ilə  birbaşa  bağlı  olub, 



səfəvişünaslıqda  ciddi  elmi  əhəmiyyət  kəsb  edir.  Lakin  o,  əsərində 

dövlətin  mərkəzi  idarə  quruluşunda  türk  əsilzadələrin  rolu  ilə  bağlı 

məsələlərə ötəri toxunur. Həm də Dərbənddən Həmədana, Xəzərdən 

Kayseri  və  Sivasa  qədər  Oğuz-Səlcuq  etnosunun  yayılma  arealını 

nəzərə  almamış,  burada  eyni  dilə,  düşüncə  və  təfəkkürə  sahib  olan 

                                         

1

 Бушев  П.П.  История  посольства  и  дипломатических  отношений 



Русского и Иранского государств в 1586-1612 гг. (по русским архивам). 

Москва:  «Наука»,  1976;  Иванов  М.С.  История  Ирана.  Москва: 

Издательство  Московской  Университета,  1977;  Куция  К.К.  Центральная 

власть  и  эволюция  института  садра  в  Сефевидском  государстве: 

Духовенство  и  политическая  жизнь  на  Ближнем  и  Среднем  Востоке  в 

период феодализма. Москва: Издательство  «Наука», 1985; Месхиа Ш.А. 

Города  и  городской  строй  феодальной  Грузии  XVII-XVIII  вв.  Тбилиси: 

Изд.  Тибилисского  Государственного  Университета,  1959;  Туманович 

Н.Н. Европейские державы в Персидском заливе в XVI-XIX вв. Москва: 

Изд. «Наука», 1982. 

2

 Faruk  Sümer.  Safevi  devletinin  kuruluşu  ve  gelişmesinde  Anadolu 



türklerinin rolu. Ankara: Türk Tarih Kurumu Basımevi, 1977. 

3

 Yenə orada, s.2



 


 

türkləri  İran  və  Anadolu  türklərinə  bölüb,  dövlətin  yaranmasında 

Anadolu türklərinin rolunu şişirtməklə nöqsanlara da yol vermişdir. 

Dissertasiyanın  yazılmasında  müasir  İran  tarixçilərinin  də 

əsərlərindən  istifadə  olunmuşdur.  Nəsrullah  Fəlsəfi

1

 I  Şah  Abbasın 



həyat  və  fəaliyyətinə,  daxili  və  xarici  siyasətinə  həsr  etdiyi  əsərində 

«Təzkirət  əl-müluk»dan  əldə  etdiyi  materiallara  istinad  edərək 

Səfəvilərin dövlət quruluşu haqqında məlumat vermiş, ancaq mərkəzi 

və  yerli  idarələrdə  türk  əsilzadələrinin  roluna  toxunmamışdır.  Lakin 

o, tarixi gerçəkliklə hesablaşmış, Səfəvi dövlətinin meydana gəlməsi 

və  quruluşunda  türk  etnosunun  üstün  mövqeyini  qəbul  etmişdir. 

N.Fəlsəfi və Bastani Parizi

2

 istisna olmaqla, Səfəvi tarixini araşdıran 



İran  tarixçilərinin  çoxunun,  o  cümlədən  Əhməd  Tacbəxş

3

,  Niza-



məddin  Mücir  Şeybani

4

,  Məhəmməd  Cavad  Məşkurun  əsərlərində



5

 

millətçilik mövqeyi, «İrançılıq konsepsiyası» üstünlük təşkil edir. 



Tədqiqatın  məqsəd  və  vəzifələri:  Bu  araşdırmada  məqsəd 

dövlət hakimiyyəti orqanlarının strukturu, onların arasında səlahiyyət 

bölgüsü,  mərkəzi  və  yerli  idarəetmədə  Qızılbaş-Türk  əsilzadələrinin 

rolunu  ilk  qaynaqlar  və  tədqiqat  əsərlərindən  əldə  edilən  faktiki 

materialın  müqayisəli  təhlili  əsasında  işıqlandırmaqdan  ibarətdir. 

Qarşıya  qoyulmuş  məqsədə  uyğun  olaraq  aşağıdakı  vəzifələrin 

reallaşdırılması nəzərdə tutulmuşdur: 

Dövlətin 



mahiyyətini 

dərindən 

araşdırmaqla 

etnik 


mənsubiyyəti məsələsinə aydınlıq gətirmək; 

-  Mənbələrdən  əldə  edilən  yeni  faktların  müqayisəli  təhlili 

əsasında 

dövlətin 

yaranmasında, 

qorunub 


saxlanmasında, 

hakimiyyətin  həyata  keçirilməsində  –  türk  etnosunun  rolunu 

müəyyən etmək; 

-  Mərkəzi  hakimiyyət  orqanlarının  statusunu  araşdırmaq  və 

onların arasında səlahiyyət bölgüsünü müəyyən etmək; 

- «Tarix-i aləm aray-i Abbasi» adlı qaynaqda türk və qeyri-türk 

                                         

1364 


ناﺮﮭﺗ ،ﯽﻔﺴﻠﻓ ﷲا ﺮﺼﻧ

 :

،ترﺎﮭﻣ ﮫﻧﺎﺨﭘﺎﭼ



5-1 ج ،لوا سﺎﺒﻋ هﺎﺷ ﯽﻧﺎﮔﺪﻧز ، 

.

1



 

ناﺮﮭﺗ ،یﻮﻔﺻ ﺮﺼﻋ دﺎﺼﺘﻗا و ﺖﺳﺎﯿﺳ ،یﺰﯾرﺎﭘ ﯽﻧﺎﺘﺳﺎﺑ

 :

 ،نﺎﯾوﺎﮐ ﮫﻧﺎﺨﭘﺎﭼ



1348

 

2



 

ﺰﯾﺮﺒﺗ ،ﮫﯾﻮﻔﺻ نﺎﻣز رد ناﺮﯾا ،ﺶﺨﺒﺟﺎﺗ ﺪﻤﺣا

 :

 ،ﻖﻔﺷ ﮫﻧﺎﺨﭘﺎﭼ



1340

.

 3



 

ﺎﺸﻨھﺎﺷ ﻞﯿﮑﺸﺗ ،ﯽﻧﺎﺒﯿﺷ ﺮﯿﺠﻣ ﻦﯾﺪﻟا مﺎﻈﻧ

ناﺮﮭﺗ ،ﮫﯾﻮﻔﺻ ﯽھ

 :

 ،هﺎﮕﺸﻧاد ﮫﻧﺎﺨﭘﺎﭼ



1346

 

 



4

 

 



ناﺮﮭﺗ ،نﺎﺠﯾﺎﺑرذآ ﺦﯾرﺎﺗ ﮫﺑ یﺮﻈﻧ ،رﻮﮑﺸﻣ داﻮﺟ ﺪﻤﺤﻣ

 :

 ،ﻦﻤﮭﺑ ﮫﻧﺎﺨﭘﺎﭼ



1349

 

 



5

 



Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə