Baki döVLƏt universiteti



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
1   2   3   4   5   6   7   8   9   ...   14

 

elləri və onların mərkəzi və yerli idarələrdə qulluqda olan əmirlərinin 

sayı  haqqındakı  iki  siyahını dövrün digər  mənbələrindən əldə edilən 

yeni  faktlarla  müqayisəli  şəkildə  təhlil  edib  gerçəklikləri  üzə 

çıxarmaq; 

-  XVI  əsrin  sonu-XVII  əsrdə  ali  dövlət  hakimiyyəti 

orqanlarında,  inşa  divanında  dövləti  quran  və  yaşadan  Qızılbaş 

türklərinin öz üstün mövqelərini qoruyub saxladıqlarını qaynaqlardan 

əldə edilən yeni faktlarla işıqlandırmaq; 

-  Qızılbaş  türklərin  əsgəri  təşkilatda  yeri  və  rolunu  ətraflı  şərh 

etmək; 

-Dini  divanda  rəhbər  vəzifələrə  fars  ünsürlərinin  deyil, 



Qızılbaşlarla  bağlı  mötəbər  seyidlərin  təyin  olunması  ilə  bağlı 

məsələni açıqlamaq; 

-  İnzibati  idarəetmədə  hətta  XVII  əsrdə  də  Qızılbaş-Türk 

əsilzadələrinin  üstünlüklərini  qoruyub  saxladıqlarını  ilkin  qaynaqlar 

əsasında sübut etmək. 

Tədqiqatın  metodoloji  əsası:  Dünya  tarix  elminin  və  vətən 

tarixşünaslığının  son  nailiyyətləri  nəzərə  alınaraq  tədqiqatda  nəzəri 

yanaşma,  qarşılıqlı  müqayisə  və  ümumiləşdirmədən  istifadə 

olunmuşdur. 



Mövzunun  mənbəşünaslığı:  İ.P.Petruşevski,  O.Ə.Əfəndiyev, 

Ə.Ə.Rəhmani, 

M.X.Heydərov, 

S.M.Onullahi, 

Ş.F.Fərzəliyev, 

Ş.K.Məmmədova  Səfəvilər  dövrünün  qaynaqlarını  araşdırıb,  onların 

haqqında  ətraflı  məlumat  verdikləri  üçün  biz  ayrı-ayrı  mənbələr 

haqqında geniş söhbət açmağı lüzumsuz sayırıq. Buna görə də, ancaq 

mövzu  ilə  birbaşa  bağlı  olan  mənbələrin  qısa  icmalını  verməklə 

kifayətlənirik.  

Səfəvilər  dövrünün  farsdilli  narrativ  qaynaqlarından  Sədrəddin 

Sultan İbrahim əl-Əminin «Fütuhat-i Şahi»

1

 adlı əsərində Səfəvilərin 



şəcərəsi,  I  Şah  İsmayılın  uşaqlıq  illəri,  onun  hakimiyyət  uğrunda 

mücadilələri,  hakimiyyətə  keçdikdən  sonra  hərbi  yürüşləri  (1514-cü 

ilə qədər), apardığı döyüşlər haqqında  müfəssəl  və elmi  əhəmiyyətli 

                                         

 

1

 



،ﯽھﺎﺷ تﺎﺣﻮﺘﻓ ،ﯽﻨﯿﻣﻻا ﻢﯿھاﺮﺑا نﺎﻄﻠﺳ ﻦﯾﺪﻟارﺪﺻ

 

   Azərbaycan MEA A.A. Bakıxanov adına Tarix İnstitutu arxivi, inv.



 

 



4105 


 

məlumatlar  vardır.  Qaynaqda  Səfəvi  dövlətinin  yaranması,  I  Şah 

İsmayılın 

dövlət 


hakimiyyətini 

möhkəmləndirmək 

uğrunda 

mücadiləsi  tədqiq  olunan  mövzu  üçün  xüsusi  elmi  əhəmiyyət  kəsb 

edir.  

Tarixçi  Xondəmirin  (1475-1536)  «Həbib-üs-siyər  fi  əxbar-i 



əfrad əl-bəşər», «Name-yi nami» adlı əsərlərində

1

 də mövzu ilə bağlı 



məlumatlar  az  deyildir.  Onun  «Həbib-üs-siyər»  əsərində  dövlətin 

mərkəzi  idarəçiliyi  barədə  geniş  məlumat  verilməsə  də,  vəzir,  sədr, 

qazı,  şeyx  ül-islam,  xəlifət  ül-xüləfa, kələntər,  darğa  barədə  müəyyən 

qədər material vardır. Xondəmirin «Name-yi  nami»  əsərində verilmiş 

fərmanların  surəti  araşdırılan  mövzu  ilə  bağlı  olub,  böyük  elmi 

əhəmiyyət  kəsb  edir.  I  Şah  İsmayılın  1522-ci  ildə  Kəmaləddin 

Behzadı  Təbrizdəki  saray  kitabxanasına  kələntər  təyin  etməsi 

haqqında fərmanın surəti də bu qaynaqda öz əksini tapmışdır.  

XVI  əsrin  tarixi  qaynaqları  içərisində  «Şah  Təhmasibin 

təzkirəsi»

2

 adlı  əsərin  də  xüsusi  yeri  vardır.  1524-1560-ci  illərdə 



Səfəvi  dövlətində  baş  vermiş  hadisələri  əks  etdirən  həmin  əsərdə 

dövlətin  inzibati  quruluşu,  vilayətlərə  hakim  təyinatı  ilə  bağlı  elmi 

əhəmiyyətli məlumatlar üstünlük təşkil edir.  

Xacə Zeynalabidin Əli Əbdi bəy I Şah Təhmasibin qızı Pərixan 

xanıma  ithaf  etdiyi  «Təkmilətül-əxbar»

3

 adlı  əsərini  1570-ci  ildə 



Ərdəbil  şəhərində  yazmışdır.  Ümumtarix  əsəri  olan  bu  kitab 

dünyanın  yaranmasından,  yəni  Adəmdən  1570-ci  ilə  qədər  geniş  bir 

dövrü əhatə edir. Əsərdə I Şah İsmayıl və I Şah Təhmasib dövründə 

mərkəzi  və  yerli  idarələrdə  müxtəlif  vəzifələrə  təyinatlar,  Qızılbaş 

əmirlərinin dövlət idarələrində roluna aid qiymətli materiallar vardır.  

                                         

 

1

 



ﺮﯿﺴﻟا ﺐﯿﺒﺣ ﺦﯾرﺎﺗ

 ﻮﻋﺪﻤﻟا ﯽﻨﯿﺴﺤﻟا ﻦﯾﺪﻟا مﺎﻤھ ﻦﺑ ﻦﯾﺪﻟا ثﺎﯿﻏ ﻒﯿﻟﺎﺗ ،ﺮﺸﺑ داﺮﻓا رﺎﺒﺧا ﯽﻓ 

 ،هﺎﮕﺸﻧاد تارﺎﺸﺘﻧا ،ناﺮﮭﺗ ،مرﺎﮭﭼ ﺪﻠﺟ ،ﺮﯿﻣا ﺪﻧاﻮﺧ ﮫﺑ

1333


;

،ﯽﻣﺎﻧ ﮫﻣﺎﻧ ،ﺮﯿﻣا ﺪﻧاﻮﺧ

 

 MEA  M.Füzuli  adına  Ədəbiyyat  İnstitutunun  arxivi,  inv.  №  M-



209/3583 

2

 Şah  Təhmasibin  təzkirəsi.  Fars  dilindən  tərcümə  və  müqəddimə 



Ə.H.Rəhimovundur. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1996. 

3

 Xacə  Zeynalabdin  Əli  Əbdi  bəy  Şirazi.  Təkmillətül-Əxbar.  Fars 



dilindən tərcümə Əbülfəz Haşım oğlu Rəhimlinindir, Bakı: Elm,

 1996. 



 

Mir Yəhya Qəzvininin (1481-1585) «Lübbət-təvarix»

1

, 1565-ci 



ildə  Hindistanda  vəfat  etmiş  Xurşah  ibn  Qubad  əl-Hüseyninin 

«Tarix-i  elçi-ye  Nizamşah»

2

,  Qəzvin  qazısı  Əhməd  ibn  Məhəmməd 



əl-Qaffarinin 1562-ci ildə yazıb qurtardığı və 1564/6-cı illərə qədərki 

hadisələri  özündə  əks  etdirən  «Tarix-i  cahanara»

3

,  əsərlərində  Azər-



baycan və ona qonşu ölkələrin dövlət quruluşu  haqqında  maraqlı  və 

həm  də  olduqca  dəyərli  məlumatlar  vardır.  Bu  əsərlərdə  dövrün  bir 

çox dövlət məmurlarının qısa tərcümeyi-halı da verilmişdir.  

Budaq  Qəzvininin  «Cəvahir  əl-əxbar»

4

   adlı  ümumtarix 



əsərində də  mövzu  ilə əlaqədar  maraqlı  materiallar az deyildir.  Əsər 

Adəmdən  1576-cı  ilə  qədərki  dövrü  əhatə  edir.  Həmin  əlyazmanın 

nadir  nüsxəsi  Saltıkov-Şedrin  adına  Peterburq  Kütləvi  Dövlət 

Kitabxanasında Dornun katoloqunda mühafizə olunur.  

Mövzuya aid mühüm mənbələrdən biri də Azərbaycanın Rumlu 

elindən  olan  Həsən  bəy  Rumlunun  «Əhsən  ət-təvarix» 

5

 əsəridir.  Bu 



əsərin sonuncu cildində 1494-1577-ci illər arasında baş vermiş tarixi 

hadisələr  əks  olunmuşdur.  Mənbədə  Səfəvilərin  Osmanlı,  Babur  və 

Şeybanilərlə  qarşılıqlı  münasibətləri  və  münaqişələri  təsvir 

olunmuşdur. Eyni zamanda Osmanlı, Babur və Şeybani dövlətləri və 

onların fəthləri haqqında da məlumatlar verilmişdir. 

«Əhsən ət-təvarix»də Azərbaycan Səfəvi dövlətinin mərkəzi və 

yerli  idarə  quruluşunda  müxtəlif  vəzifələrdə  olmuş  Qızılbaş-Türk 

əsilzadələri  haqqındakı  məlumatların  tədqiq  olunan  mövzu  üçün 

mühüm  elmi  əhəmiyyəti  vardır.  Əsərin  «ölüm  hadisələri» 

bölümlərində  illər  üzrə  vəfat  etmiş  əmirlər,  din  xadimləri  haqqında 

da  məlumatlar  verilmişdir.  Əsərin  elmi  əhəmiyyəti  ondan  ibarətdir 

ki,  müəllifi  şahidi  olduğu  hadisələrlə  yanaşı,  dövrün  qaynaqlarından 

                                         

 

1



 

 ،ﺦﯾراﻮﺘﻟا ﺐﻟ ،ﯽﻨﯾوﺰﻗ ﻒﯿﻄﻠﻟاﺪﺒﻋ ﻦﺑ ﯽﯿﺤﯾ

ناﺮﮭﺗ

 :

 ،ﺎﯾﻮﮔ و دﺎﯿﻨﺑ تارﺎﺸﺘﻧا



1

363


 

 

 



2

 

ﺎﯿﻧﺎﺘﯾﺮﺑ هزﻮﻣ ﯽﻄﺧ ﮫﺨﺴﻧ ،هﺎﺷ مﺎﻈﻧ ﯽﭽﻠﯾا ﺦﯾرﺎﺗ ،ﯽﻨﯿﺴﺤﻟا دﺎﺒﻗ ﻦﺑ هﺎﺷرﻮﺧ



 

 

3



 

ناﺮﮭﺗ ،ارآ نﺎﮭﺟ ﺦﯾرﺎﺗ ،یرﺎﻔﻏ ﺪﻤﺣا ﯽﺿﺎﻗ

 :

 ،هﺎﮕﺸﻧاد تارﺎﺸﺘﻧا



1343

 

 



4

 

 ،رﺎﺒﺧﻻاﺮھاﻮﺟ ،ﯽﻨﯾوﺰﻗ قادﻮﺑ



 

M.E.Saltıkov-Şedrin 

adına 

Sankt-Peterburq 



Dövlət 

Kütləvi 


Kitabxanasının Əlyazmalar Şöbəsi, B. Dorunun kataloqu, N: 288 

  

5



 

ناﺮﮭﺗ ،نﺪﯿﺳ ﻦﻣرﺎﻧ ﺲﻟرﺎﭼ ﺢﯿﺤﺼﺗ و ﯽﻌﺳ ﮫﺑ ،ﻮﻠﻣور ﻦﺴﺣ ﻒﯿﻟﺄﺗ ،ﺦﯾراﻮﺘﻟا ﻦﺴﺣا

 :

 زا


 ،رﺪﺻ ﮫﻧﺎﺨﺑﺎﺘﮐ تارﺎﺸﺘﻧا

1342


 


Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə