Baki döVLƏt universiteti



Yüklə 476,16 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix03.08.2018
ölçüsü476,16 Kb.
#60694
1   2   3   4   5   6   7   8   9   ...   14

 

əldə etdiyi məlumatları da çatdırmağa səy göstərmişdir. 

Dövrün ən maraqlı qaynaqlarından biri də Mahmud Nətənzinin 

1599-1600-cü  illərdə  yazıb  bitirdiyi  «Nəqavat  əl-asar  fi  zikr-ül-

əxyar»  əsəridir

1

.  Mahmud  Nətənzi  həmin  əsərində  siyasi  hadisələri 



sadalamaqla  kifayətlənməmiş,  həm  də  onların  səbəblərini  dəqiq  və 

yığcam  aydınlaşdırmağa  çalışmışdır.  Bu  əsərdə  mövzu  ilə  əlaqədar 

elə materiallar vardır ki, onlar dövrün digər mənbələrində yoxdur.  

Mövzu  ilə  bağlı  ən  dəyərli  qaynaqlardan  biri  də  Fəzli 

İsfahanınin 1617-ci  ildə  bitirdiyi  «Əfzəl ət-təvarix» əsəridir

2

.  Əsərin 



II cildi Şah I Təhmasibin  hakimiyyətinin  ilk günlərindən 1587-ci  ilə 

qədərki dövrü əhatə edir. Hələlik bu əsərdən tədqiqatçılar az istifadə 

etmişlər  və  qaynaqda  surəti  olduğu  kimi  verilmiş  fərmanların  bəzisi 

arxivlərdə,  muzeylərdə  yoxdur.  Müəllif  əsərin  bir  hissəsini 

Qarabağda olarkən yazmışdır.  

Qazi  Əhməd  Quminin  (1546-1617)  «Xülasət  ət-təvarix» 

əsərində

3

 də  Səfəvilərin  dövlət  aparatı,  əyalət  və  şəhərlərdə  idarə 



sistemi,  yüksək  vəzifəli  şəxslər,  o  cümlədən  vilayət  bəylərbəyi, 

kələntərlər,  darğalar,  qazılar,  sədrlər,  şeyx  ül-islamlar,  möhtəsiblər 

barədə məlumat vardır. O, özü də müəyyən müddət qazı vəzifəsində 

işləmişdir.  Qazı  Əhməd  ibn  Mir  Münşi  Şərəf  əd-Din  1546-cı  ildə 

Qumda  anadan  olmuş,  on  yaşında  ikən  atası  ilə  birlikdə  Məşhədə 

getmiş,  orada  səkkiz  il  yaşamış,  xəttatlıq  öyrənmiş,  1566-cı  ildən 

sarayda  yüksək  vəzifələrdə  çalışmışdır.  1605-ci  ildən  ömrünün 

sonuna  qədər  isə  Hindistanda  yaşamışdır.  Vəfat  tarixi  dəqiq  məlum 

deyildir.  

Azərbaycanın  mərkəzi  idarələrində  çalışan  məmurlar,  vilayət 

və  şəhər  hakimləri,  dini  təsisatlar  barədə  çox  qiymətli  məlumatlarla 

zəngin olan qaynaqlardan biri də İsgəndər bəy Münşinin (1560-1634) 

«Tarix-i  aləm  aray-i  Abbasi»  əsəridir

4

.  Bu  əsər  dövrün  digər 



                                         

 

1



 

ناﺮﮭﺗ ،رﺎﺒﺧﻻا ﺮﮐذ ﯽﻓ رﺎﺛﻵا ةوﺎﻘﻧ ،یﺰﻨﻄﻧ ﮫﺘﺷﻮﻓا ﷲا ﺖﯾاﺪھ ﻦﺑ دﻮﻤﺤﻣ

 :

ﮫﻧﺎﺨﭘﺎﭼ


 ،ﻦﻤﮭﺑ 

1350


.

 

 



2

 

ﺎﯿﻧﺎﺘﯾﺮﺑ هزﻮﻣ زا ﯽﻄﺧ ﮫﺨﺴﻧ ،ﺦﯾراﻮﺘﻟا ﻞﻀﻓا ،ﯽﻧﺎﮭﻔﺻا ﯽﻠﻀﻓ



 

 

3



ج ،ﺦﯾراﻮﺘﻟا ﺔﺻﻼﺧ ،ﯽﻤﻘﻟا ﻦﯿﺴﺤﻟا ﯽﻨﯿﺴﺤﻟا ﻦﯾﺪﻟا فﺮﺷ ﻦﺑ ﺪﻤﺣا ﯽﺿﺎﻗ

 .

1



-

2

ناﺮﮭﺗ ،



 :

 ﮫﺴﺳﻮﻣ


پﺎﭼ و تارﺎﺸﺘﻧا

 ،هﺎﮕﺸﻧاد 

1363

.

 



 

4

 



 ﺪﻠﺟ ،ﯽﺳﺎﺒﻋ یارآ ﻢﻟﺎﻋ ﺦﯾرﺎﺗ ،نﺎﻤﮐﺮﺗ ﮓﯿﺑ رﺪﻨﮑﺳا

1

-



2

 ،ﻦﺸﻠﮔ پﺎﭼ ،ناﺮﮭﺗ ،

1350

.

 




 

mənbələrindən 

fərqlənir. 

İsgəndər 

bəy 

Münşi 


Səfəvi 

hökmdarlarından  I  Şah  İsmayıl,  I  Şah  Təhmasib,  II  Şah  İsmayıl, 

Sultan  Məhəmməd  və  I  Şah  Abbasın  hakimiyyətləri  dövründəki 

hadisələrin bəhsinə  yekun vurduqdan sonra, dövrün  müxtəlif dini  və 

dünyəvi  vəzifələrində  çalışmış  şəxslərin  soykökü  ilə  yanaşı,  qısa 

tərcümeyi-halını  da  vermişdir.  İsgəndər  bəy  Münşinin  Azərbaycan 

Səfəvi  dövlətinin  idarə  quruluşu  ilə  yaxından  tanışlığı  onun  Təbriz, 

Ordubad  və  başqa  şəhərləri  gəzməsi,  hadisələrin  əksəriyyətinin 

iştirakçısı və müşahidəçisi olması ilə bağlıdır.  

I  Şah  Abbasın  sarayında  baş  münəccim  olmuş  Cəlaləddin 

Məhəmməd  Münəccim  Yəzdinin  «Tarix-i  Abbasi»

1

 əsəri  I  Şah 



Abbas  (1587-1629)  dövrünün  çox  böyük  elmi  əhəmiyyət  kəsb  edən 

mənbələrindəndir.  Əsərdə  1576-1611-ci  illərin  tarixi  hadisələri  öz 

əksini  tapmışdır.  Mənbədə  dövlətin  mərkəzi  və  yerli  idarələrində 

müxtəlif  vəzifələrdə  çalışan  Qızılbaş-Türk  əsilzadələri  haqqında 

qiymətli məlumatlara təsadüf edilir. 

Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadi «Əz Şeyx Səfi ta 

Şah  Səfi»

2

 adlı  əsəri  dövrün  qiymətli  məxəzlərindən  olub,  adından 



göründüyü  kimi  Şeyx  Səfiəddin  İshaqdan  (1252-1334)  Şah  Səfiyə 

(1629-1642)  qədər  geniş  bir  dövrün  siyasi  tarixi  hadisələrinə  həsr 

olunmuşdur. Əsərdə I Şah Abbas və I Şah Səfinin hakimiyyətinin ilk 

illərində  dövlət  quruluşunda  müxtəlif  vəzifələrdə  çalışmış  türk 

əsilzadələri haqqında dəyərli materiallara təsadüf edilir. Müəllif I Şah 

Abbas dövründə Hatəm  bəy Ordubadinin  və ondan sonra oğlu Talıb 

xan bin Hatəm bəy Nəsiri Ordubadinin baş vəzir olması, Talıb xanın 

I  Şah  Səfinin  hakimiyyətinin  altıncı  ilində  qətli  barədə  müfəssəl 

məlumat verir. 

Cəlaləddin  Məhəmməd  Münəccim  Yəzdinin  oğlu  Molla 

Kamalın  «Zübdət  ət-təvarix»

3

 adlı  əsəri  dövrün  siyasi  tarixi 



                                         

 

1



 

ناﺮﮭﺗ ،لﻼﺟ ﻼﻣ ﮫﻣﺎﻧزور ﺎﯾ ﯽﺳﺎﺒﻋ ﺦﯾرﺎﺗ ،یدﺰﯾ ﻢﺠﻨﻣ ﺪﻤﺤﻣ ﻦﯾﺪﻟا لﻼﺟ ﻼﻣ

 :

 تارﺎﺸﺘﻧا



 ،ﺪﯿﺣو

1366


 .

 

 



2

 

 ،ﯽﻔﺻ  هﺎﺷ  ﺎﺗ  ﯽﻔﺻ  ﺦﯿﺷ  زا  ﯽﻧﺎﻄﻠﺳ  ﺦﯾرﺎﺗ  ،یدﺎﺑآﺮﺘﺳآ  ﯽﻨﯿﺴﺣ  ﯽﻀﺗﺮﻣ  ﻦﺑ  ﻦﯿﺴﺣ  ﺪﯿﺳ



ناﺮﮭﺗ

 :

 ،ﻦﻤﮭﺑ ﮫﻧﺎﺨﭘﺎﭼ



1358

 



 

3

 



 ،ﺦﯾراﻮﺘﻟا ةﺪﺑز ،ﻢﺠﻨﻣ ﺪﻤﺤﻣ ﻦﯾﺪﻟا لﻼﺟ ﻦﺑ لﺎﻤﮐ ﻼﻣ

 ﺲﯿﻔﻧ بﺎﺘﮐ ود ﻦﯿﻨﭽﻤھ ؛ﯽﻄﺧ ﮫﺨﺴﻧ

 ﺦﯾراﻮﺘﻟا ﺔﺻﻼﺧ ،نﺎﯾﻮﻔﺻ ﺦﯾرﺎﺗ ﮫﯿﻟوا کراﺪﻣ زا

 ،کارا ،لﺎﻤﮐ ﻼﻣ ﺦﯾرﺎﺗ 



1334

.

 




Yüklə 476,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə