Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 461,98 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü461,98 Kb.
#80786


 

 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 



ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 09 APREL (NİSAN) 2008




Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair 

367 


 

 

ERKƏN İSLAM DÖVRÜNDƏ VƏHY-AĞIL 



MÜNASİBƏTLƏRİNƏ DAİR 

 

Məmmədov Elvüsal Nurullah oğlu 

AMEA-nın Z. Bünyadov adına Şərqşünaslıq 

 institutunun Din və İctimai fikir şöbəsinin aspirantı 

 

 

İslam düşüncəsi tarixində  vəhy qarşısında ağlın mövqeyi bu 

formasiyanın təşəkkül tapdığı dövrdən etibarən beyinləri düşündürən bir 

məsələ olmuşdur. Bu məsələ müasir dövrdə  də istər müsəlman, istərsə  də 

müsəlman olmayan alim və mütəfəkkirləri bu yöndə yeni-yeni araşdırmalara 

baş vurmağa vadar edir. Tarix boyu ağıl-vəhy, ağıl-iman, nəql

*

-əql, xəbər



**

-

ağıl, hədis-rəy



***

, nəss


****

-qiyas


*****

  və  bəyan

******

-bürhan


*******

 kimi 


müxtəlif adlandırılmaların  şahidi olan din-ağıl münasibətləri barədə 

sələfiyyə, kəlam, sufilik və fəlsəfə kimi fərqli istiqamətlər yeknəsəq olmayan 

görüşlər irəli sürmüşdür. Peyğəmbərin vəfatı ilə  İslamın hadisə  və  əşyalara 

münasibətində  vəhy kimi əvəzsiz mənbə itirilmiş, onun hələ  həyatda ikən 

münasibət bildirmədiyi məsələlərin izahında mütləq, həlledici, nəhai 

                                                 

*

 Nəql dini termin olub islam alimlərinin din elmləri adlandırdıqlarında biliyin əldə 



edilməsinin əsas metodu sayılır və “vəhydən gələn, ötürülən” mənasını verir.  

**

  Xəbər “mərfu”, “məvquf” və “məqtu” hədis deyilən anlayışları özündə ehtiva 



edən geniş  mənalı dini termindir. Belə ki mərfu hədislər Peyğəmbərin özünə, 

məvquf hədislər səhabələrə, məqtu hədislər isə tabiinlərə aid edilir. 

***

  Rəy  İslamda  əşya və hadisələrə ilk rasional yanaşma olub Peyğəmbərin və 



səhabələrin zamanında da özünü bu və ya digər şəkildə göstərirdi. 

****


  Nəss hər hansı bir məsələ haqqında Quranda və Sünnədə açıq  şəkildə  əksini 

tapmış məlumat, dini mətnlərin ümumi adı kimi başa düşülür.  

*****

 Qiyas islam fiqhində termin olub Quran və Sünnədə barəsində münasibət 



bildirilməyən dini bir məsələ barəsində nəssdə izahını tapmış digər oxşar məsələ 

ilə analogiya əsasında hökm çıxartmaq deməkdir. 

******

  Bəyan Allahın bildirdiyi hökmləri insanların başa düşəcəyi bir dildə onlara 



çatdırma mənasına gələn fiqhi istilah. 

*******


 Bürhan şəriətlə əlaqəli hər hansı bir məsələdə rasional yanaşma ilə gətirilən, 

heç bir şübhə doğurmayan dəlil, sübut . 




 Məmmədov Elvüsal Nurullah oğlu 

368 


xarakterə malik, irrasional, fövqəlşüur məziyyətli vəhyin yerini rasional 

təfəkkürə  əsaslanan, ancaq Quran və Sünnənin qoyduğu çərçivədən kənara 

çıxmayan rəy tutmuşdu. Bir şeyi qeyd edək ki, şəxsi ictihad və  rəy hələ 

Peyğəmbərin zamanında mövcud olsa da ancaq “... hər hansı bir ictihad və 

yozumun onun (Peyğəmbərin – M.E.) təsdiqləyici münasibəti olmadan 

davamlı hökm olması mümkün deyildi”

1



 Peyğəmbərin vəfatından sonra dinin məsələlərinə itaətkar dindarlıq, 



şəksiz imanla səciyyələnən yanaşma ilə  bərabər, dialektik münasibət 

bildirmə  tərzi də ortaya çıxdı. Buna səbəb olan faktorlar çox idi. “...bu 

faktorlardan olan xəlifəlik məsələsi, Hz. Osmanın  şəhid edilməsi, 

müsəlmanlar arasında ortaya çıxan daxili çəkişmələr (Cəməl və Siffin 

döyüşləri), fərqli din və mədəniyyətə malik xalqlarla ünsiyyətə girmə halları 

düşüncədə  fərqlənmələrə  gətirib çıxartmışdı”

2

. Xilafətin genişlənməsi ilə 



müsəlmanların dövlət idarəçiliyi, vəzifə bölgüsü kimi yeni problemləri 

ortaya çıxmış  və bu zaman geniş  mənada Allah qarşısında məsul olan 

insanın eyni zamanda dövlət qarşısında da məsuliyyət daşımalı olmuşdu. 

Belə bir insanın öz iradəsi baxımından pislik və yaxşılıq məsələsində hansı 

statusa sahib olması  ətrafında cərəyan edən fikri çəkişmələrin nəticəsində 

Quran  ətrafında dialektik bir fəlsəfənin təzahürləri sezilməyə başladı. 

Xaricilərin “böyük günah”, “Hökm Allahındır!” kimi məsələlərlə bağlı 

iddiaları, VII əsrin axırlarında Suriyada yaranmış və Əməvi xanədanına haqq 

donu geydirməyə çalışan Mürciə cərəyanının “iman-əməl” konsepsiyası ilkin 

dövrlərdə islam təfəkkür tarixinin şahidi olduğu din-fəlsəfə münasibətlərinin 

ibtidai təzahürü idi. Bütün bu proseslər haqqında dəqiq təsəvvürün  əldə 

edilməsi üçün Peyğəmbərin zamanında ağıl-vəhy münasibətlərinə yenidən 

nəzər salmağı münasib hesab edirik. 

 

İslam  əqidəsinə görə, Məhəmməd bir rəsul, bir elçi kimi Allahın 



dediklərini insanlara çatdırmaq missiyasını daşıyır və bu zaman Allahın 

peyğəmbərinə bildirdikləri vəhylə gerçəkləşirdi. “Vəhy (isə) hər hansı bir 

peyğəmbərə nazil edilən Allahın sözüdür”

3

. Peyğəmbərin həyatına dair 



yazılmış erkən mənbələrdən aydın olur ki, bəzən vəhy lazım olan anda 

                                                 

1

 Hayreddin Karaman. İslam hukuk tarihi. Kadıköy, 1989, səh. 69. 



2

 Ramazan Altıntaş. İslam düşüncesinde işlevsel akıl. Sivas, 2003, səh. 17. 

3

 Mehmet Erdoğan. Vahiy-akıl dengesi açısından sünnet. İstanbul, 2001, səh. 13. 




Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair 

369 


gəlmir, insanlar isə peyğəmbərlərindən cavab gözləyirdilər. Bu zaman “...o 

(Məhəmməd peyğəmbər – M.E.), özünə ünvanlanmış suallara cavab vermək, 

yaxud ortaya çıxan hər hansı bir problemi həll etmək, onları hüquqi cəhətdən 

əsaslandırmaq kimi hallarla qarşılaşırdı”

4

. Elə isə Peyğəmbər bu kimi hallar 



səbəbi ilə daşıdığı məsuliyyətdən, qeybi bilməməsi

*

 və vəhyi gözlədiyi halda 



onun gecikməsindən dolayı  nə etməli, Allahın bildirdiyi mütləq biliyin – 

vəhyin yerini nə ilə doldurmalı idi? Bu zaman onun köməyinə ortaya çıxan 

problemə öz əqli nöqteyi-nəzərindən münasibət bildirməsi gəlsə  də ancaq 

bu, yenə də tam şəkildə vəhyi əvəz edə bilmirdi. Bu səbəbdən Peyğəmbərin 

şəxsi rəyinə əsaslanaraq verdiyi hökmlər bəzən vəhyin tənqidinə tuş gəlirdi. 

Peyğəmbərin inzibati, siyasi və iqtisadi məsələlərə dair şəxsi görüşünü 

bildirməsi bütün islam alimləri tərəfindən yekdilliklə  qəbul edilmiş 

məsələdir. Dini məsələlərə  gəlincə, Peyğəmbərin onlara rasional münasibət 

bəsləyib-bəsləməməsi xüsusunda islam alimləri arasında fikir ayrılığı 

mövcuddur

. Peyğəmbərin dini məsələlərdə öz şəxsi fikrini bildirərkən 



əsaslandığı prinsiplərin nədən ibarət olması bu fikir ayrılığının  əsas 

səbəbidir. Ancaq qəti surətdə məlum olan budur ki, irrasional, mütləq biliyin 

– vəhyin gəlmədiyi hallarda Peyğəmbər rasional yanaşma metoduna baş 

vurmuşdur. O, “...vəhyi gözləməsinə baxmayaraq, onun gəlməyəcəyi 

qənaətinə vardıqdan sonra, əlbəttə ki, sonsuza qədər gözləməyəcək, 

(düşdüyü) vəziyyət,  şərait nəyi tələb edirdisə, onu edəcəkdi”

5

. Bu zaman 



Peyğəmbər ya susur, ya da Cahiliyyə dövründən qalan prinsiplərə üz tutur 

(İslam alimlərinə görə Peyğəmbərin müraciət etdiyi bu prinsiplər  İbrahim 

peyğəmbərdən qalma hənifliyin qalıqları idi. Onların bu mövqeyi Quran 

ayələrinə əsaslanır, bax: Quran, XXII/78), məşvərətçi qrup (şura) təşkil edir 

(Peyğəmbər yenə də bu kimi addımı Qurana əsaslanaraq atırdı, bax: Quran, 

III/159), səhabələrini ictihada ruhlandırır və  nəhayət öz şəxsi rəyi və 

                                                 

4

 Yenə orada, səh. 142. 



*

  İslam  ənənəsinə görə, Məhəmməd peyğəmbər olmasına rəğmən, istədiyi zaman 

qeybi bilmir, yalnız Allahın istədiyi təqdirdə ona qeybdən xəbər verilə bilərdi. 

Bax: Quran, VII/188; VI/50; LXX/26-27. 

 Ətraflı məlumat üçün bax: Hayreddin Karaman. İslam hukukunda ictihad. İstanbul, 



1996, səh. 37-38. 

5

 



قﻟﺎﺧﻟا دﺑﻋ ﻲﻧﻐﻟا دﺑﻋ

 .

ﺔﻧﺳﻟا ﺔﻳﺟﺣ



 .

 ،نودﻧرﻳﻫ

ﻟا راد

،ءﺎﻓو


 

1993


ص ،

.

202



.

 



 Məmmədov Elvüsal Nurullah oğlu 

370 


ictihadını bildirirdi

6

. Vəhyin olmadığı hallarda Peyğəmbərin ağla müraciət 



etməsi  İslamın mahiyyət etibarı ilə insan ağlına verdiyi əhəmiyyətin 

göstəricisidir. Ancaq rasional metoduna görə  bəzən Peyğəmbər Quranın 

xəbərdarlıqları ilə üz-üzə gəlirdi (bax: Quran, VIII/67-68; IX/43).  

Vəhyin gəlmədiyi zamanlar Peyğəmbərin müraciət etdiyi üsullar sırf 

rasional təfəkkürün məhsulu idi. Belə olmasa idi, vəhyin olmadığı və ya ona 

lüzumun görülmədiyi təqdirdə bu və ya digər hadisə ilə bağlı  məsələlərə 

şəxsi fikri, rəyi əsasında münasibət bildirdiyi zaman buraxılan xətalara görə, 

Peyğəmbərin ilahi əmrin “məzəmmətinə” tuş gəlməsi

∗∗

 absurd olardı. Onun 



zamanında vəhyin münasibət bildirmədiyi məsələlərə diqqət yetirsək görərik 

ki, burada tətbiq edilən  əqli yanaşma özündə bir çox anlayışı – analogiya 

(qiyas), sillogizm (istinbat, istidlal, istihsan), konsensus (şura) və sairi 

birləşdirir. Burada çox mühüm bir şeyi qeyd etməyi unutmamalıyıq ki, 

Peyğəmbərin nəzdində yeni dinin mənbəyi kimi irrasional olan (vəhy) 

rasional olanla (ağıl) müqayisədə böyük üstünlüyə malik idi. Bu qeyri-

bərabər bölgüyə baxmayaraq, yeni din ağılın  əhəmiyyətini heçə 

endirməmişdi. Ancaq yenə  də dini prinsiplərlə bağlı  şəxsi rəy və  əqli 

yanaşmalar vəhyin nəzarəti altında idi.  

Yuxarıda Peyğəmbərin bir-sıra rasional metoddan istifadə etdiyini qeyd 

etmişdik. Bunlardan biri də çoxluğun baş verənə rasional münasibət tərzini 

öyrənmək idi. İslam hüququnda şura adlandırılan bu metod bəzən dini, bəzən 

ailə-məişət, bəzən də idarə etmə və inzibati məsələlərlə bağlı olurdu. Burada 

biz misal olaraq yeni dinin erkən mənsublarının gündəlik beş vaxt ibadətə - 

namaza toplanmasını asanlaşdırmaq üçün çağırıcı bir vasitənin təyin 

edilməsi xüsusunda Peyğəmbərin səhabələrinin rəyini soruşması (azan 

məsələsi)

7

, üzərinə zina (qeyri-qanuni cinsi əlaqə) böhtanı atılan, ancaq 



Quranın qəti münasibəti ilə (bax: Quran, XXIV/11-12) təmiz olduğu 

                                                 

6

 Mehmet Erdoğan. Vahiy-akıl dengesi açısından sünnet. İstanbul, 2001, səh. 142-



160. 

∗∗

  Bədir döyüşündə  əsir düşmüş  məkkəlilər barəsində  çıxarılmış “rasional” qərara 



görə Quranın Peyğəmbəri məzəmmətləməsi (bax: Quran, VIII/67-68), Təbuk 

səfəri zaman Peyğəmbərin ondan izn istəyən bir-neçə münafiqə izn verməsindən 

dolayı töhmətləndirici vəhyin enməsi (bax: Quran, IX/43) və s. bu qəbildəndir. 

7

 Buxari. Came əs-Səhih. “Azan” bölməsi. Hədis № 318; Tirmizi. əs-Sünən. 



“Namaz” bölməsi. Hədis № 189 və s. 


Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair 

371 


bildirilən həyat yoldaşı Aişə ilə bağlı  bəzi səhabələri (Əli ibn əbu Talib, 

Üsamə ibn Zeyd və s.) ilə  məşvərət qurması

8

, Bədir, Uhud və  Xəndək 



döyüşlərindən qabaq səhabələri ilə  məşvərət keçirməsi

9

  və digər faktları 



göstərə bilərik. Eyni zamanda Peyğəmbər baş vermiş olanlar xüsusunda 

vəhy gecikdiyi zaman şəxsi rəy və ictihadı ilə  hərəkət edərdi. Bu təqdirdə 

onun “...ictihadının vəhyə əsaslanması şərt deyildi”

10

. Ancaq Peyğəmbər heç 



vaxt vəhyin nəzarətindən kənarda qalmamışdır. Yeri gəlmişkən biz onun 

vəhyin olmadığı zaman ortaya çıxan hadisələrə rasional baxımdan münasibət 

bildirməsində iki mühüm cəhəti nəzərdən qaçırmamalıyıq: Peyğəmbər 

tərəfindən rasional münasibət bildirilən elə məsələlər var idi ki, onlar məişət 

xarakterli olub gündəlik həyata, inzibati işlərə aid idi. Bu zaman 

Peyğəmbərin ictihadı yerinə yetirilməsi, əməl olunması zəruri, mütləq hökm 

xarakterində deyildi. Məsələn, buraya Bədir döyüşündən qabaq Peyğəmbərin 

seçdiyi mövqe ilə bağlı  şəxsi rəyi

11

, bitkiləri süni tozlandırmaqla məşğul 



olan topluluğun yanından keçdikdə onların etdikləri ilə razılaşmaması

12

 və s. 



daxildir. Digər bir cəhət isə budur ki, barəsində Peyğəmbərin öz şəxsi rəyini, 

ictihadını bildirdiyi məsələlər dinin bu və ya digər hökmləri ilə bağlı 

məsələlər idi. Bu zaman Peyğəmbər verdiyi ictihadda yanılırdısa, vəhyin 

məzəmmətedici münasibəti ilə üz-üzə  gəlirdi. Bu tip ictihada dair faktlar 

çoxdur. Məsələn, Bədir döyüşündə  əsir düşmüş  məkkəlilər barəsində 

çıxarılmış “rasional” qərara görə Quranın Peyğəmbəri məzəmmətləməsi 

(bax: Quran, VIII/67-68), Təbuk səfəri zaman Peyğəmbərin ondan izn 

istəyən bir-neçə münafiqə izn verməsindən dolayı töhmətləndirici vəhyin 

enməsi (bax: Quran, IX/43), həyat yoldaşı Zeynəbin otağında nisbətən çox 

qaldığı üçün digər əyalları tərəfindən guya ağzından Zeynəbin yanında ikən 

baldan hazırlanmış şərbəti içdiyindən pis qoxunun gəlməsi kimi uydurmadan 

sonra bir daha ballı  şərbət içməyəcəyinə dair and verməsi və bu səbəbdən 

                                                 

8

302 



ﻲطوﺑﻟا نﺎﺿﻣر دﻳﻌﺳ دﻣﺣﻣ

 .

ةرﻳﺳﻟا ﻪﻘﻓ



 .

رﻛﻔﻟا راد

 .

 ،قﺷﻣد


1991

 .

ص



.

 

9



 Yenə orada, səh. 233-234; 255-256; 313. 

10

 Şah Veliyullah ibn Abdirrahim. Huccetullahil baliğa. (Türkçesi: Mehmet 



Erdoğan). İstanbul, 1994. səh. 471. 

11

 



ﻲطوﺑﻟا نﺎﺿﻣر دﻳﻌﺳ دﻣﺣﻣ

 .

ةرﻳﺳﻟا ﻪﻘﻓ



 .

رﻛﻔﻟا راد

 .

 ،قﺷﻣد


1991

 .

ص



 .

233


 

12

 Müslim. əs-Səhih. “Fəzilətlər” bölməsi. Hədis № 140/2362; Həmçinin, bax: Kadir 



Gürler. Rey kavramının etimolojik düzeni ve kavramsal gelişimi. Çorum İlahiyat 

fakültesi dergisi, 2002/2. səh. 183. 




 Məmmədov Elvüsal Nurullah oğlu 

372 


Allahın tənbehinə tuş gəlməsi (bax: Quran, LXVI/1) və sair bu qəbildəndir. 

Peyğəmbərə aid elə ictihad faktları mövcuddur ki, sırf şəkildə əqli xarakterə 

malikdir. Məsələn, həcc etməyi niyyət edən, lakin öldüyü üçün onu yerinə 

yetirə bilməmiş anasının  əvəzinə  həcc etməyin mümkün olub-olmamağını 

Peyğəmbərdən soruşan bir qadına Peyğəmbərin: “Əlbəttə, həcc et, ananın bir 

borcu olsa idi, onu sahibinə qaytarmazdınmı?” – deyə cavab verməsi

13

, oruc 


ikən həyat yoldaşını öpən və Peyğəmbərdən bunun orucu pozub-pozmaması 

barəsində soruşan Ömər ibn əl-Xəttaba: “Su ilə ağzını yaxalasaydın, orucun 

pozulardımı?” – kimi rəyini bildirməsi

14

  və digər faktlar buraya daxildir. 



Sezmək heç də  çətin deyildir ki. Peyğəmbər burada müqayisəyə – 

analogiyaya (qiyasa) əsaslanmışdır.  

Peyğəmbərin şəxsi rəyi, ictihadı barəsində yekun olaraq onu deyə bilərik 

ki, o, peyğəmbərliyi zamanı sadəcə vasitəçi – vəhyi alıb insanlara ötürən 

olmamış, müxtəlif məsələlərə dair şəxsi görüşə, ictihada sahib olmuşdur. Bu 

kimi ictihad xüsusunda peyğəmbərliyin bəxti onda gətirmişdi ki, rəy və 

ictihad vəhylə üst-üstə düşmədiyi təqdirdə ilahi əmr ona düzəliş verirdi.  

Quranın münasibət bildirmədiyi və ya səthi, ümumi olaraq toxunduğu 

məsələlərin rasional izahında Peyğəmbərin çiyinlərinə düşən yük onun 

məsləkdaşlarından da yan keçmədi. Peyğəmbər vəhyin qoyduğu sabit, ciddi 

qaydaların  şamil olunmadığı  məsələlərdə  səhabələrinə rasional düşünmə 

azadlığı vermişdi. “O, din və gündəlik həyatın ortaya qoyduğu zərurət olan 

ictihad məsələsində  səhabələrini də yetişdirmək, (bu işdə onlara) rəhbərlik 

etmək üçün həm özünün iştirakı, həm də  iştirakı olmadan (onların) ictihad 

etməsinə icazə verir, onları bu işə ruhlandırırdı”.

15

 Ancaq səhabələrin ictihad 



etmələri o zaman qəbul edilə bilərdi ki, ya bu ictihadı doğuran hadisə və ya 

məsələ Peyğəmbərin olmadığı zaman ortaya çıxsın, ya da məsələnin 

mahiyyətində öyrənmək, təcrübədən keçirmək dursun. Peyğəmbərin 

hüzurunda müstəqil olaraq çıxarılmış rasional nəticə onun təsdiqi olmadığı 

təqdirdə hökm etmə  məziyyəti daşımırdı. Onun zamanında səhabələrin 

ictihad etmələrinə misal kimi, Əli ibn əbu Talibin Yəməndə ikən yanına 

                                                 

13

 Buxari. Came əs-Səhih. “Tövsiyələr” bölməsi. Hədis № 19. 



14

 İbn Macə. Sünən. “Oruc” bölməsi. Hədis № 19. 

15

 Hayreddin Karaman. İslam hukukunda ictihad. İstanbul, 1996. səh. 40. 




Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair 

373 


gələn və bir uşağın ataları iddia edilən üç nəfərin arasında verdiyi hökm

16



Əmr ibn Asın cünub (cinsi əlaqə  və ya pollyusiyadan sonra yuyunaraq 

təmizlənməyi zəruri edən hal) ikən namazda imamlıq etməsi

17

, Xəndək 



döyüşü zamanı  səhabələrin bəni-Qüreyzə  qəbiləsinin olduğu  əraziyə 

çatmadan əsr namazını qılmamaq barəsində Peyğəmbərin göstərişi ətrafında 

fikir ayrılığına düşmələri

18

, su olmadığı üçün təyəmmüm edib namaz qılan 



iki səhabədən birinin su tapdıqdan sonra dəstəmaz alaraq namazını yenidən 

qılması, digərinin isə  qılmaması

19

, bəni-Qüreyzə  qəbiləsinin sülh şərtlərini 



pozmasından sonra onlara dair hökmün verilməsində Sə`d ibn Muaz adlı bir 

səhabənin verdiyi rəyin Peyğəmbər tərəfindən qəbul edilməsi

20

, gecə 


pollyusiya nəticəsində cünub olmuş  Əmmar ibn Yasir və Ömər ibn əl-

Xəttabın təyəmmümlə namazın qılınıb-qılınmayacağına dair fərqli 

görüşləri

21

  və sairi göstərmək olar. Aydın olur ki, Peyğəmbərin sağlığında 



məsələ  və hadisələrə rasional yanaşma tərzi – ictihad mövcud olmuşdur. 

Ancaq bu dövrdə ictihad dini biliyin əsas mənbəyi sayılmır, ona az-az 

hallarda müraciət olunur, ondan çıxarılan nəticə dinin ehkamları nizamlayan 

hökm rolunu oynamır və yalnız vəhy və Peyğəmbərin təsdiqindən sonra şər`i 

status kəsb edirdi. 

Peyğəmbərin vəfatından sonra Quranın və onun özünün münasibət 

bildirmədiyi problemlərin həlli üçün vəhyə müraciət qeyri-mümkün oldu. 

Ancaq yeni vəziyyət səhabələrin hələ Peyğəmbərin sağlığında müstəqil 

rasional yanaşma metoduna alışmalarından dolayı iman-ağıl qarşıdurmasına 

yol açmadı. Peyğəmbərdən sonra onun məsləkdaşları praktiki məziyyətə 

malik məsələlərlə bağlı olan qeyri-stabil vəziyyətlərdə ictihada (rəy) 

müraciət edir, ortaya çıxan problemləri bu yolla aradan qaldırmağa çalışırdı-

lar. Onların zamanında da rəy (ictihad) “Kitab və Sünnənin hökmünü açıq-

lamadığı  məsələlər üzərində  nəsslərin (müqəddəs mətnlərin) hissə-hissə  və 

                                                 

16

 



مﻳﻘﻟا نﺑا

 .

نﻳﻣﻟﺎﻌﻟا بر نﻋ نﻳﻌﻗوﻣﻟا مﻼﻋإ



.

 ،ضﺎﻳرﻟا


1423

ـﻫ 


 .

ﻝوﻷا دﻠﺟﻣﻟا

 .

ص

.



203

 

17



 Buxari. Came əs-Səhih. “Təyəmmüm” bölməsi. Hədis № 7. 

18

 



204

 

مﻳﻘﻟا نﺑا



 .

نﻳﻣﻟﺎﻌﻟا بر نﻋ نﻳﻌﻗوﻣﻟا مﻼﻋإ

.

 ،ضﺎﻳرﻟا


1423

ـﻫ 


 .

ﻝوﻷا دﻠﺟﻣﻟا

 .

ص

.



 

19

 Yenə orada. 



20

.Müslim. Came əs-Səhih. “Cihad” bölməsi. Hədis № 168; Buxari. Came əs-Səhih. 

“əl-Məğazi” bölməsi. Hədis № 38. 

21

 Əbu Davud. Sünən. “Təmizlik” bölməsi. Hədis № 124. 




 Məmmədov Elvüsal Nurullah oğlu 

374 


ya tam olaraq verilmiş  şərhlərinə  əsaslanaraq düşünməklə hökm çıxaran”

22

 



vasitə idi. Sonralar “istihsan”, “istislah” və “qiyas” kimi terminlərlə 

adlandırılacaq rasional təfəkkür formaları o dövrdə “rəy” məfhumunun 

ehtiva etdiyi anlayışlar sayılırdı. “Bu dövrdə sistemli şəkildə olmasa da təbii 

və fitri adlandırılması mümkün olan fikir yürütmə və qiyas (analogiya) növü 

mövcud idi”

23

. XX əsrin məşhur Misir alimi Əli Sami ən-Nəşşar bu dövrü 



belə xarakterizə edir: “Quran insanları varlıq və yaradılış haqqında 

düşünməyə çağırır, fərqli hadisə  və  şeylər arasında analogiya (qiyas) 

aparmağa səsləyir, qiyasla düşünməyə  rəğbət yaradırdı. Bu cür qiyasa 

əsaslanan düşüncə tərzini ...praktik metod adlandırmaq mümkündür”

24

.  


Bir sözlə, Peyğəmbərin vəfatından sonra onun ardıcılları ortaya çıxan 

yeni problemlər qarşısında təqlidçi, mühafizəkar mövqe tutmadılar. Əgər bu 

və ya digər məsələyə  ənənəvi iki mənbə - Quran və Sünnə konkret 

münasibət bildirmirdisə, rasional həll metodunda – rəydən istifadə edilirdi. 

Son olaraq varılan rasional çıxarış  və  nəticələrə  nəhai, yekun münasibətin 

bildirilməməsi – əvvəllər bu vəzifə Peyğəmbərin üzərinə düşürdü və 

Peyğəmbər isə artıq həyatda yox idi – bəzən hədsiz fikir ayrılığı ilə müşayiət 

edilirdi. Bunun üçün ilk xəlifələr  Əbu Bəkir və Ömər fikir ayrılıqlarının 

qarşısını almaq üçün məşvərət xarakterli rəy, ictihad şurası çağırırdılar. Fərdi 

rasional yanaşma tərzi kollektiv olaraq çıxarılmış hökmlər (icma) ilə 

müqayisədə qanuni təsir qüvvəsini itirdi. Göründüyü kimi, kollektiv əqli 

yanaşma (konsensus) tərzi də ilkin islam rasionallığının xarakterik cizgisi 

idi. Artıq  şuranın (induktiv metod) toxunduğu məsələlərin məzmunu da 

dəyişmişdi. Əgər Peyğəmbərin dövründə şura siyasət və məişət problemləri 

ilə maraqlanırdısa, səhabələrin zamanında isə  şəriət məsələləri də  şurada 

müzakirə edilməyə başlandı. Bu isə təbii idi: peyğəmbərlik dini məsələlərin 

həllində heç kəsə güzəştə gedə bilməzdi. Çünki, Peyğəmbər bu iş üçün 

göndərilmişdi. Ancaq onun vəfatı ilə labüd olan fiziki yoxluq bir boşluğa 

səbəb oldu. Bu zaman insanlar yeni vəhy və peyğəmbərin gəlişini gözləyə 

bilməzdilər. Peyğəmbərlik və  vəhy arxada qalmışdı  və bu səbəbdən yeni 

problemlər vəhyin deyil, əqlin diktəsi ilə  hərəkət edən insan – səhabə 

                                                 

22

 İslam ansiklopedisi. Türkiye Diyanet Vakfı İstanbul, 1991. c. XIII, səh. 5. 



23

 Şükrü Özen. İslam Hukuk düşüncesinin aklileşme süreci. İstanbul, 1995, səh. 179. 

24

 

رﺎﺷﻧﻟا ﻲﻣﺎﺳ ﻲﻠﻋ



 .

مﻼﺳﻻا ﻲﻓ ﻲﻔﺳﻠﻔﻟا رﻛﻔﻟا ةﺄﺷﻧ

 .

 ،ةرﻫﺎﻘﻟا



1962

 .

ﻝوﻻا دﻠﺟﻣﻟا



 .

 ص

4



-

5

.



 


Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair 

375 


tərəfindən rasional olaraq həll edilməli idi. Ancaq bu rasionallıq özlüyündə 

mütləq müstəqilliyə malik deyildi. Quran və Sünnə bu rasional düşüncə 

tərzində fundamental bazis rolunu oynayırdı. Lakin buna rəğmən, yenə  də 

burada ağılın rolu sezilir. Bu barədə XII əsrin fəqih alimlərindən olan Əbu 

İshaq əş-Şirazi yazır:  

 “...səhabələr üçün fiqhin qaynağı Allah və Onun rəsulunun (Allahın 

salamı  və xeyir-duası ona olsun!) müraciətləri və bu müraciətlərdən ağlın 

çıxardığı məna və hökmlər, Peyğəmbərin (Allahın salamı və xeyir-duası ona 

olsun!) davranışları və ağılın bu davranışlardan əxz etdiyi hökmlərdir... ”

25



Yeri gəlmişkən, mühüm bir məsələni qeyd etmək yerinə düşərdi: bu dövr 

üçün nəzəri rasionallıq xarakterik deyildi və  səhabələrin ictihadı daha çox 

praktiki olub bu və ya digər hadisənin ortaya çıxdığı an özünü göstərirdi.  

Bu dövrün rasional təfəkkür səhnəsində bəzən əsaslı səbəblərdən dolayı 

ilahi əmrlərə fərqli yanaşmalara da rast gəlinirdi. Vəhyin qoyduğu ehkamlar 

ümumi olaraq şamil olunma gücünü saxladığı halda rasional yanaşmanın 

nəticəsi olaraq xüsusi hallarda tətbiq edilmirdi. Məsələn, II xəlifə Ömər ibn 

əl-Xəttab Quranın Kitab əhlindən olan qadınlarla evlənməsinə icazə 

verməsinə

*

  rəğmən, xilafətin Mədaindəki valisinə yazdığı  məktubda bunu 



qeyri-müsəlman olanlarla evlənildiyi halda müsəlman qadınların  ərsiz 

qalacaqları təhlükəsindən dolayı qadağan etmış

26

, aclıq illərində oğurluqdan 



dolayı  oğrunun  əlinin kəsilməsi cəzasını  tətbiq etməmişdi

27

. Həmçinin, 



mütləq biliyin – vəhyin fərqli sahələrdə  tətbiqi zamanı müxtəlif rasional 

yanaşmalar özünü göstərirdi. Bu da son nəticədə  səhabələr arasında fikir 

müxtəlifliyinə səbəb olurdu.  

Səhabələrin dövründə  ağıl-vəhy münasibətlərini aşağıdakı  bəndlərdə 

yekunlaşdırırıq: 

a) Xilafətin sərhədlərinin genişlənməsi və  fərqli formasiyalara mənsub 

toplumlarla qarşılaşma səbəbindən yeknəsəq olmayan bir mədəniyyət 

formalaşırdı. Bundan dolayı Peyğəmbərin zamanında olmayan hadisələr 

                                                 

25

 



يزارﻳﺷﻟا قﺎﺣﺳإ وﺑأ

 .

ءﺎﻬﻘﻔﻟا تﺎﻘﺑط



 .

 ،تورﻳﺑ


1970

 .

ص



 .

35

 



*

 Bax: Quran, V/6. 

26

 Hayrettin Karaman. İslam hukuk tarihi. Kadiköy, 1989, səh. 117. 



27

 Muhammed Yusuf Musa. Fıkhı islam tarihi. İstanbul, 1983, səh. 94. 




 Məmmədov Elvüsal Nurullah oğlu 

376 


ortaya çıxır, səhabələr Quran və Sünnə ilə yanaşı, rasional həll metoduna – 

rəyə (ictihad) də əl atırdılar.  

b) Sonrakı dövrlə müqayisədə sözügedən müddətdə fikir ayrılığına səbəb 

olacaq hadisələr az idi və rasional metod geniş vüsət almamışdı. 

v) Rasional düşüncə öz təsirini yalnız praktiki sahədə göstərirdi və 

yuxarıda dediyimiz kimi, rasionalizmin nəzəri aspektləri hələ  işlənib 

hazırlanmamışdı. Bunu sonralar ictihad, rəy, qiyas, istihsan və s. kimi 

terminlərlə adlandırılacaq məfhumların o dövrdə müvafiq istilahlarla maddi 

qabığını tapmaması kimi faktdan da sezmək çətin deyildir. 

q) Rasional yanaşmada fərdiyyətçilikdən daha çox kollektivçilik özünü 

göstərirdi. Fərdi ictihad şura ictihadı ilə müqayisədə təsir etmə baxımından 

“kəsərli” deyildi. Şura induktiv metod kimi, verdiyi yekun rəyə (icma) görə, 

vəhyi bilikdən sonra əsas rasional məziyyətə malik yanaşma hesab edilirdi. 

Səhabələrdən sonrakı dövr islam təfəkkürü tarixində tabiin dövrü 

adlandırılır. Tabiin adlandırılan nəsil Peyğəmbərin deyil, onun səhabələrinin 

müasirləri sayılırdı. Bu dövrün özündə  də rasionallıq Quran və Sünnə ilə 

müqayisədə daha az təsirə malik idi. Ortaya çıxmış bu və ya digər məsələnin 

həlli ilk öncə Quranda, sonra Sünnədə, daha sonra isə  səhabələrin verdiyi 

rasional qərarlarda - ictihadlarda axtarılırdı. Son nəticədə bir şey hasil olmaz 

idisə, ictihada müraciət etmək olardı. Bu dövrdə də rasional induktiv metod 

(şura) vaz keçilməz bir zərurət sayılırdı. Bu dövrün sonuna yaxın islam 

düşüncə tarixində əql-vəhy “qarşıdurmasının” ilk təzahürləri özünü göstərdi. 

Daha çox Qurana və Sünnəyə üstünlük verən, hədis  əhli adlandırılan firqə 

arasından rasional metodu – rəyi qətiyyən qəbul etməyən bir qrup ortaya 

çıxdı. Digər tərəfdən isə Quran və Sünnə ilə yanaşı, ictihadı da özlərinə bir 

metod seçmiş, rəy  əhli adlandırılan cərəyan nümayəndələri arasında ifrat 

dərəcədə rasional həll yollarına üstünlük verənlər tapıldı. Təxminən 70-80 il 

davam edən vəhy-əql “yoldaşlığı” öz yerini daha sonralar sistemli şəkildə 

vəhy-ağıl qarşıdurmasına səbəb olacaq ibtidai ziddiyyətlərə verdi. Beləliklə, 

“...tabiin və ondan sonrakı dövrdə bu ibtidai rasional düşünmə  tərzi 

dərinləşərək daha da sistematik bir hal alacaq, xüsusi nizama malik sistemli 

düşüncə  tərzinə - kəlama zəmin hazırlayacaq idi”

28

. Fərqli düşüncə 



                                                 

28

 Montoqomeri Vatt. İslam düşüncesinin teşekkül devri (çev. Ethem Ruhi Fığlalı). 



İstanbul, 1998, səh. 228. 


Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair 

377 


sistemlərinin ortaya çıxmasında “biliyin mənbəyi vəhydir” deyən bir qrupun 

“olanla yetinmə” konsepsiyası ilə yanaşı, digər qrup insanın fərdlər və 

cəmiyyətin həqiqəti  əldə etmək və yeni dəyərlərin bazasını möhkəmlətmək 

üçün ağlın işə yarayacağını israr etməsi səbəb rolunu oynamışdı. Ancaq 

ortaya bir sual çıxır: Peyğəmbərin və ondan sonrakı  səhabə  və tabiin 

dövründə irrasional mütləq biliklə yanaşı, məlum hallarda tətbiqində  hər 

hansı bir qəbahət görülməyən ağılın birdən-birə  işə yaramayacağını irəli 

sürənlər nə  dərəcədə haqlı idilər? Burada biz maraqlı bir təzadın  şahidi 

oluruq: ya ağıl zaman məfhumuna tabe olmayaraq birinci mərhələdə olduğu 

kimi, sonrakı dövrdə də qəbul edilməli idi. Bu zaman ikinci mərhələdə onu 

inkar edənlərin irəli sürdükləri  əks konsepsiyaları yenidən nəzərdən 

keçirtmək lazım gələcəkdi; ya da mütləq sabitlik xüsusiyyətinə malik 

olmayan ağılın rolu süni şəkildə artırıldığından onun vəhyin ortaya qoyduğu 

ehkamlarda özünün ikinci dərəcəli izahedici statusundan yeganə, əsas təhlil 

vasitəsi “mərtəbəsinə” yüksəlməsi nəticəsində qarşı  tərəfin  əsaslı narazılığı 

və  nəhayət optimal müdafiə üçün kortəbii olaraq rasional yanaşmanı 

“lənətləməsi” əsas götürülməli idi. Bu zaman isə lənətlənməyə səbəb olan bu 

ağıl “təkamülünün” keçdiyi yolu aydınlatmaq zəruri hala gələcəkdi. Bu 

proseslər ətrafında ortaya çıxan suallara münasib, qaneedici cavaba tapmaq 

üçün isə öncə bu proseslərin səbəblərini, daha sonra onların baş vermə 

ardıcıllığını araşdırmaq zəruri hesab olunur.  

 

 



 


 Məmmədov Elvüsal Nurullah oğlu 

378 


 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 

 

Türk dilində 

 

1. Hayreddin Karaman. İslam hukuk tarihi. Kadıköy, 1989. 

2. Hayreddin Karaman. İslam hukukunda ictihad. İstanbul, 1996. 

3. Ramazan Altıntaş. İslam düşüncesinde işlevsel akıl. Sivas, 2003. 

4. Mehmet Erdoğan. Vahiy-akıl dengesi açısından sünnet. İstanbul, 

2001. 


5. Muhammed Yusuf Musa. Fıkhı islam tarihi. İstanbul, 1983. 

6. Montoqomeri Vatt. İslam düşüncesinin teşekkül devri (tərcümə edəni: 

Ethem Ruhi Fığlalı). İstanbul, 1998. 

7. Şah Veliyullah ibn Abdirrahim. Huccetullahil baliğa. (tərcümə edəni: 

Mehmet Erdoğan). İstanbul, 1994.  

8. Kadir Gürler. Rey kavramının etimolojik düzeni ve kavramsal 

gelişimi. Çorum İlahiyat fakültesi dergisi, 2002/2.  

9. İslam ansiklopedisi. Türkiye Diyanet Vakfı. cild XIII. İstanbul, 1991.  

10.  Şükrü Özen. İslam Hukuk düşüncesinin aklileşme süreci. İstanbul, 

1995. 


 

 

Ərəb dilində 

1

 .

 قاحسإ وبأ



يزاريشلا

 .

ءاھقفلا تاقبط



 .

 ،توريب


1970

 

2



 .

ميقلا نبا

 .

نيملاعلا بر نع نيعقوملا ملاعإ



 .

لولأا دلجملا

 .

 ،ضايرلا


1423

ـھ 


.

 

3



 .

قلاخلا دبع ينغلا دبع

 .

ةنسلا ةيجح



 .

 ،نودنريھ

،ءافولا راد

 

1993



 

4

 .



راشنلا يماس يلع

 .

ملاسلاا يف يفسلفلا ركفلا ةأشن



 .

لولاا دلجملا

 .

 ،ةرھاقلا



1962

 

.



 

5

 .



يطوبلا ناضمر ديعس دمحم

 .

ةريسلا هقف



 .

ركفلا راد

 .

 ،قشمد


1991

 

 



 

 

 




Erkən İslam dövründə vəhy-ağıl münasibətlərinə dair 

379 


 

 

XÜLASƏ  

 

Erkən islam dövründə vəhy-ağıl münasibətlərinə dair 

 

Məqalədə erkən islam dövründə  ağıl-vəhy münasibətlərinə dair dolğun 



təsəvvürün əldə edilməsinə cəhd edilir. Bildirilir ki, ağıl İslamın inkar etdiyi 

mücərrədlik deyildir. Ancaq o, vəhylə müqayisədə irrasional məlumatların 

şərhedicisi rolunu oynaya bilmir. Peyğəmbərin  əşya və hadisələrə 

münasibətdə ağıla müraciət etməyinə gəlincə, bu, daha çox vəhyin gəlmədiyi 

və ya gecikdiyi zamanlara təsadüf etmişdir. Müəllifin gətirdiyi faktlar onu 

göstərir ki, Peyğəmbər bu və ya digər problem xüsusunda rasional həll 

üsullarını inkar etməmiş, məsləkdaşlarını da yeri gəldikcə bu işə 

ruhlandırmışdır. Onun zamanında vəhy  əşya və hadisələrə münasibətdə 

prioritetlik baxımından üstün status kəsb etmiş, ağıla isə  vəhyin lüzum 

görülmədiyi təqdirdə müraciət edilmişdir. Müəllif həm Peyğəmbərin, həm də 

səhabələrin dövründə Quranın  əsas istinad mənbəyi kimi qəbul edilməsini 

göstərməklə yanaşı, rasional düşüncəyə müraciətin də mövcud olmasını 

dolğun dəlillərlə əsaslandırmağa çalışmışdır.  

 

 



SUMMARY 

 

About revelation - mentality relations at the early age of Islam 

 

In the article it`s attempted to get full imagination about revelation-



mentality relations at the early age of Islam. It`s notified that mentality is not 

the abstraction that Islam denies. But in comparison vith revelation it can`t 

appear as the interpreter of irrational information. As for the Prophet`s 

address to mentality in respect to things and events, it`s mostly found when 

the revelation stopped comeing or was late. The author`s facts show that the 

Prophet didn`t deny rational solution methods in respect with any problem, 

even encouraged his followers to this work. In his time revelation had 

prevalent degree for priority in regard with things and events, but it was 

addressed to mentality when there wasn`t need to revelation. Showing that 



 Məmmədov Elvüsal Nurullah oğlu 

380 


the Quran was accepted as the main source of reference at both the Prophet`s 

and companion`s time, he equally tried to substantiate the presence of 

address to rational thought with appropriate arguments. 

 

 



РЕЗЮМЕ 

 

Об отношение к откровению – мыслям в ранний исламский период 

 

В статье автор попытался дать полное представление об отношении 



к  откровения-мыслям  раннего  периода  Ислама,  было  показано  что 

мысли (умозаключения) – не отвергаемая абстракция Ислама. И только 

лишь в сравнении с откровениями он не может играть роль коммента-

риев иррациональней информаций. Что касается обращения Пророка к 

разуму,  то  это  было  в  большой  степени  в  отсутствие  откровений  или 

его задержки. В приведелных автором фактах видно, что Пророк не от-

вергал  методы  рационального  решения  тех  или  иных  проблем  и  даже 

вдохновлял на это своих сподвижников. В его время Откровения в от-

ношение того или иного случая было приоритетным, к разуму обраща-

лись когда не было нужды в откровениях. Автор попытался обосновать 

фактами,  что  имело  место  обращения  к  рациональному  умозаключе-

нию, несмотря на того что и Пророк и сподвижники принимали Коран 



как главный источник для обращения.  

 

Yüklə 461,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə