Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 454,56 Kb.
Pdf görüntüsü
tarix07.08.2018
ölçüsü454,56 Kb.
#61035


 

 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 



ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 05 (05) МАРТ (МАРТ) 2006




Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri  

179 


 

 

AZƏRBAYCANDA XIII-XV ƏSRLƏRDƏ TƏTBİQ EDİLƏN 



İSLAM HÜQUQUNDA MÜHARİBƏLƏR ZAMANI 

İNSAN HÜQUQLARININ QORUNMASI MƏSƏLƏLƏRİ 

 

Samir Hüseyn oğlu Məmmədov

1

 

 

 

SUMMARY 

The issues of protection of human rights during wars in 

Islamic law applied in Azerbaycan in XIII-XV centuries. 

 

In the Islamic right gives the large value to protection both 

ensuring of the various rights and individual liberties and the 

basis of ensuring them is Koran and «sunna», in which is 

advanced Islamic rule about of the man as most best essence 

created by Allah on ground, in this connection his rights and 

freedom should be inviolable, that is why are protected by the law. 

Therefore to begin war without need, and thus, without need to 

spill human blood was considered as a grave sin and categorically 

was provided against.  

Islamic right did not suppose application of torture, assault 

and ordeals and during wage of wars too.

 

The norms of Islamic right laid under obligation to concern 

with owing respect to the representatives «ahl al Kitab» - (to the 

Christians, Jews) and pagans and to build relation with them on 

the basis of goodwill and philanthropy, including at wage wars 

period, and it was a duty everyone Muslims. The analysis of 

medieval sources shows, that according to the specified rules of 

law, the relation to «zimmies» on all Islamic East was as a whole 

benevolent both their right and freedom were protected and were 

provided practically by the all Muslims states, including 

Azerbaijan.

 

One of major institutes in the Islamic right is the military-

legal institution «aman», used in waging wars is, that surrendered 

                                                 

1

 AMEA Fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutunun dissertantı. 




 Samir Hüseyn oğlu Məmmədov 

 

180 



warrior have the particular right consisting in safety him and his 

family as the warranties of life, health and freedom, inviolability 

of their asset, in grant of legal status not attracting captivity, 

slavery both infringement of the rights and freedom of the person 

is given to the person, and also his native and close, and if the 

person was captured, was subject to immediate release from a 

captivity. «Aman» in XIII-XV centuries was widely applied in all 

East, including in Azerbaijan during war, and till now has not lost 

the urgency and all legal capabilities, in it pledged. Taking into 

account, that the international armed conflicts especially in Near 

East till now do not calm down, where are living the plenty of 

Muslims, the application of this military-legal institution in 

aggregate of other measures directed on settlement of the 

conflicts, ensuring of the rights, freedom and lawful interests both 

Muslims, and no Muslims is quite possible. Actuation "aman" in 

area of international law would create the additional effective 

gear of settlement the international conflicts.  

 

İslam dinində əsas müddəalardan biri dÿ odur ki, insan Allah tərəfindən 



yaradılmış  ən böyük varlıq olduğuna görə, onun hüquq və azadlıqları 

toxunulmaz olmasıdır.  İnsan hüquqlarının, o cümlədən müharibələr zamanı 

təmin edilməsi və qorunmasının hüquqi əsasları Quran və sünnədə  təsbit 

edilmişdir. 

Hz.Peyğəmbərin və  məkkəlilərin Mədinə  şəhərinə mühacirət etdikdən 

sonra, 624-cü ildə «Mədinənin Konstitusiyası» adlanan mühüm əhəmiyyət 

kəsb edən hüquqi sənəd qəbul edilmişdir. Məlumdur ki, dövlətin ictimai və 

inzibati quruluşunu hakimiyyət orqanlarının yaradılma prinsiplərini, 

vətəndaşlarının əsas hüquq və vəzifələrini ümumi şəkildə müəyyən edən əsas 

qanun konstitusiya adlanır. Göstərilən sənəd bu tələblərə cavab verdiyinə 

görə, elmi ədəbiyyatda konstitusiya adlandırıldı

2

. Təxminən 50 maddədən 



ibarət olan bu sənəd insan hüquq və azadlıqlarının təminini özündə  əks 

etdirmişdir

3

. Nəcran xristianları ilə bağlanan sülh müqaviləsində onların 



hüquq və azadlıqları eyni qayda ilə  əks edilməklə, Hz.Peyğəmbər bunların 

                                                 

2

 Hayreddin Karaman. Anahatlarıyla İslam hukuku. Giriş və amme hukuku., cilt 1, 



İstanbul: Ensar neşriyat TİS. A.Ş., Süleymaniye, 1979, s.167; Словарь 

иностранных слов. М.: Русский язык, 1987, с. 247  

3

 Hayreddin Karaman. Yenə orada. 




Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri  

181 


müddətsiz qorunmasını tələb etmişdi.

4

 İnsanların təbii və ayrılmaz hüquqları 



ilə yanaşı digər hüquqları, o cümlədən qanun və  məhkəmə qarşısında 

bərabərlik, şəxsi toxunulmazlıq, imkan bərabərliyi, şəxsi azadlıq, dini etiqad, 

inanc və ibadət azadlığı, iş azadlığı, mülk əldə etmə azadlığı, ictimai 

yardımdan istifadə etmə haqqı və bir çox başqa haqlar islam hüququnda elə 

islamın ilk çağlarından elan edilmişdir

5

.  



İslam hüququnun müxtəlif hərbi-hüquqi normalarının təhlilindən 

göründüyü kimi, müharibə aparılan zaman qanun çərçivəsində  hərəkət 

edilməsi, qanuni həddi aşmaması  tələbi kəskin  şəkildə  əks edilmişdir. Bu 

müddəalar ümumiyyətlə müharibə faktından yaranan hüquqi məsələləri 

islam normalarına uyğun həll edilməsinin təməlini qoyurdu. Zərurət olmadan 

adam öldürmə, dağıtma, məhv etmə və s. bu kimi hərəkətlərə yol verilmirdi. 

İlk növbədə adam öldürmə qadağası mühüm əhəmiyyət kəsb edir, çünki 

islamda  əsas müddəalardan biri adam öldürmənin qadağası  və insanın 

təqsirsizliyidir

6

 5/32. İslam hüquqçularının göstərdikləri kimi, ümumiyyətlə 



insan qanının axıdılması yasaqlanmışdır

7

. Hüquqi əsaslar olmadığı halda, 



müharibə başlamaq, insan öldürmək, qan tökmək qanunla qəti qadağan 

edilmiş  və müvafiq olaraq cəzalandırılırdı. Müharibə zamanı,  şəxsən 

döyüşlərdə  iştirak etməyən və döyüşçü olmayan müxtəlif mülki şəxslər, 

qadınlar, uşaqlar, kəndlilər, əlillər, yaşlılar, xəstələr və din adamları heç bir 

halda öldürülməməli, onlara xəsarət də yetirilməməli idi. Bu qrupa 

hənəfilərə görə, ağır, o cümlədən iflic olan xəstələr, fiziki və ruhi cəhətdən 

əlillər, kəmağıllılar, zahidlər və çox sərxoş olanlar aid edilmişdir. Burada 

fiziki əlillər qrupuna sağ qolu kəsilən və xaçvari olaraq bir qolu və bir ayağı 

kəsilmişlər də  nəzərdə tutulur. Eyni zamanda belə kateqoriyalı  şəxslərdən 

kimsə müsəlman ordusuna qarşı  hər hansı bir formada vuruşursa, sünnü 

                                                 

4

 Hayreddin Karaman. İslam hukuk tarihi. İstanbul: Kadıköy, 1976, s.99-100; 



Панова В.Ф., Вахтин Ю.Б. Жизнь Мухаммеда. М.: Изд-во полит. лит-ры., 1990, 

с. 308-309 

5

 Hakkı Aydın. İslam ve modern hukukta işkence. Ankara. İstanbul: Cağaloğlu.1995, 



s.31-43. 

6

 Qurani-Kərim. Tərcüməsi: Z.Bünyadovun və V.Məmmədəliyevindir., Ön söz 



V.Məmmədəliyevindir. Bakı: Azərnəşr, 1991, s. 93; Öztürk Yaşar Nuri. Kurandakı 

İslam., İstanbul.: Yeni Boyut, 2000, s. 676 

7

 Ahmet Yaman. İslam devletler hukukunda savaş. İstanbul., 1998, s.73-74 




 Samir Hüseyn oğlu Məmmədov 

 

182 



məzhəblərinin ümumi fikrinə  əsasən, o, təqib və öldürülə bilər

8

. Müharibə 



zamanı sərkərdələr mülki şəxslərə ziyan yetirməməyə çalışırdılar. Məhz bu 

səbəbdən dövrün bir çox salnaməçiləri müqavimət göstərmiş  məntəqənin 

yaşından asılı olmayaraq bütün əhalisini monqol qoşunları  tərəfindən 

qılıncdan keçirməsini vəhşilik nümunəsi kimi qiymətləndirirdi.  

634-cü ildə  Əbu Bəkr müsəlman qoşununu yürüşə yola salaraq, 

sərkərdəyə aşağıdakı göstərişləri vermişdir: «Düşmənlə qarşılaşdığın zaman 

Allah sənə  qələbə verərsə, acığa düşüb, düşmənlərin bədənlərini eybəcər 

hala salma, namərdlik etmə  və qorxma. Uşağı, qocanı, qadını öldürmə. 

Palma ağaclarını yandırmayın, onun qabığını soymayın, meyvə  ağaclarını 

vurmayın və heyvanı lazım olandan artıq kəsməyin. Təkiyədə olan insanları 

görüb, onlardan «Biz özümüzü Allaha həsr etmişik» sözləri eşidərkən 

onlarla işiniz olmasın…»

9

. Azərbaycan dövlətlərinin sərkərdələri  əksər 



hallarda mülki əhaliyə ziyan vurulmamasına çalışır, bununla bağlı xüsusi 

fərmanlar da verirdilər. Belə ki, Cahanşah Qaraqoyunlu Herat ərazisində 

gedən döyüşlər zamanı yerli əhali və onun əmlakına ziyan vurulmasına ciddi 

qadağa qoymuşdur. Təsadüfən  əkin sahəsinə girən mal-qara müsadirə 

olunmaqla, onların sahibləri cəzalandırılmışdır

10



Quranda qanunla nəzərdə tutulmuş həddlərin aşmaması, müharibəyə aid 

olmayan  şəxslərlə yaxşı  və  ədalətlə davranma tələbi bir sıra ayələrdə 

buyrulmuşdur: «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan 

çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlara ədalətlə  rəftar etməyi sizə 

qadağan etməz. Allah ədalətli olanları sevər!», «Allah sizə ancaq sizinlə din 

yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və  çıxartmağa kömək edən 

kimsələrlə dostluq etmənizi qadağan edər…»

11

 60/8-9.  



Qadınların hüquqları qanunla qorunurdu. Hz.Peyğəmbər buyurmuşdu 

ki: «Qadın haqlarının qorunmasında Allahdan qorxun. Onları Allahın 

əmanəti olaraq aldınız. Allahın qanunu əsasında onlarla ər-arvad oldunuz və 

doğru yoldan dönməyib azmamanız üçün sizə Allahın Kitabı göndərildi» və 

                                                 

8

 Ahmet Yaman. İslam devletler hukukunda savaş, s.71-72 



9

 Большаков О.Г. История халифата, в З-х томах. Том ÛÛ, М.: Восточная лите-

ратура, 2000, с.18 

10

 Tehrani Əbubəkr. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz, 



göstəricilər və şərhlərin müəllifi R.Şükürovadır. Bakı: Elm, 1998, s.188 

11

 Qurani-Kərim, s. 568 




Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri  

183 


bir sıra başqa hədislərdə əks edilmiş normalar qadına qarşı olan münasibətin 

hüquqi  əsasını  təşkil edirdi

12

.  Əsir düşən düşmən qadınlarının zorlanması, 



onlara hər hansı bir formada təcavüz edilməsi cəza ilə nəticələnirdi

13

.  



Mülki  əhalini - qadın və  uşaqları, həmçinin  əsir düşmüş  şəxsləri, o 

cümlədən hərbi  əsirləri qalxan kimi istifadə edilməsi islam hüququnda 

qətiyyətlə qadağan edilmişdir. Məhz bu səbəbdən monqollar tərəfindən 

tətbiq edilən bu kimi hərəkətlər müasirlər tərəfindən böyük qəzəb və hiddətlə 

qarşılanırdı

14

. Göstərilən müddəa müasir qanunvericilikdə  də öz əksini 



tapmışdır. Belə ki, Azərbaycan Respublikasının cinayət məcəlləsinin (AR 

CM) 115.2-ci maddəsinə  əsasən  əsirləri, beynəlxalq humanitar hüquqla 

müdafiə olunan digər  şəxsləri öz qoşunlarını  və ya obyektləri hərbi 

əməliyyatlardan qorumaq məqsədilə onlardan sipər kimi istifadə etmə, yaxud 

belə  şəxsləri girov kimi saxlama cinayət hesab edilərək, ciddi 

cəzalandırılır

15

.  Əgər düşmən mülki əhalini, o cümlədən qadın və  uşaqları, 



həmçinin  əsir düşmüş müsəlmanları qalxan kimi istifadə edirdisə  və ya 

onları mancanik və s. başqa atıcı mexanizm vasitəsi ilə mərmilənəsi mühüm 

yerlərdə yerləşdirirdisə, islam hüquqçularının bu məsələ ilə  əlaqədar 

fikrincə, imkan daxilində atəş açılmamalı, əgər döyüş şəraiti ilə əlaqədar bu 

mümkün deyildirsə, döyüş mümkün qədər dar çərçivədə aparılmalı idi

16



Düşmənin girov saxlanılan  şəxslərini öldürmək qeyri-qanunidir. Hətta 

düşmən müsəlman girovlarını öldürsə  də, qarşılıqlı olaraq girovların 

öldürülməsi qəti qadağan idi. Şihab əd-din Muhəmməd ən-Nəsəvi (XIII əsr) 

öz  əsərində xarəzmşah Muhəmmədin anası Türkan Xatun haqqında xoş 

kəlmələr deyir, lakin 1220-ci ildə baş verən hadisəni təsvir edəndən sonra, 

                                                 

12

 Hayreddin Karaman. İslam hukuk tarihi. İstanbul: Kadıköy, 1976, s.99, 100 



13

 Ahmet Yaman. Göstərilən əsər, s.146 

14

  Армянские  источники  о  монголах.  Извлечения  из  рукописей XIII-XIV в.в. 



Пер. с древнеарм., предисл. и прим. А.Г.Галстяна. М.: Изд-во восточной лите-

ратуры, 1962, 154 с.  Гандзакеци  Киракос.  История  Армении.  Пер.  с  древне-

арм., с предисл. и коммент. Л.Ханларяна. М. Наука, 1976, 357 с. Ибн ал-Асир 

Ал Камил фи-т тарих. Пер. П. К. Жузе. Материалы по истории Азербайджана. 

Б.: АзФАН, 1940, 183 с.  

15

 Azərbaycan Respublikası Cinayət məcəlləsi. 1999-cu il 30 dekabr tarixli qanunla 



təsdiq edilmiş, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Bakı: Hüquq 

ədəbiyyatı, 2000, 350 s. s. 100 

16

 Ahmet Yaman. Göstərilən əsər, s.140 




 Samir Hüseyn oğlu Məmmədov 

 

184 



onun bu qadına münasibəti tamamilə dəyişir. Belə ki, Türkan Xatun Xarəzm 

qalasında saxlanılan 22 nəfər müsəlman girovlarını (əvvəllər Xarəzmşahlara 

qarşı vuruşmuş  və  əsir götürülmüş  əyanlar) edam etdirmişdir

17

. Bu misal 



hətta  ən ağır anlarda belə girovların öldürülməsinin qadagan olunduğunu 

göstərir. 

İnsan özünün Allah yolunda şəhid olunması üçün dua edib, bunu arzu 

edilməsinə icazə verilirdi, çünki bu yasaqlanmış ölüm arzusu deyildir. 

Hz.Peyğəmbərin müasiri Abdullah b.Cahşın dediyi kimi: «Allahım, məni 

müşriklərdən yaxşı kafir və çox təcrübəli bir adamla qarşılaşdır, onunla 

vuruşum, məni Sənin uğrunda öldürsün, soysun, sonra burnumu və 

qulaqlarımı  kəssin və  Sənə qovuşanda: «Ey Abdullah b. Cahş! Nəyin 

uğrunda kəsildin, biçildin?» sualına, mən də: «Sənin uğrunda ya Rəbb!» 

deyəydim»

18

. Hz.Peyğəmbər Uhud savaşında ağır yaralanan və yarası daha 



da ağırlaşdığı halda özünü intihar edən Kuzman adlı döyüşçü haqqında: «O 

cəhənnəmliklərdəndir» buyurulması özünə hətta ağır vəziyyətdə, əzabına son 

qoyulması  məqsədilə  də  qəsd edilməsi yasaqlandırıldığını  və bu kimi 

hərəkətlərin haram hesab olduğunu göstərir

19

. Burada evtanaziya, yəni 



xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə 

tezləşdirmə və onun həyatının davam etməsinə kömək edən süni tədbirlərin 

dayandırılması da haram hesab edilməsi barədə fikir söyləmək olar

20

.  



Sülh və müharibə zamanı başqa dinlərin nümayəndələri ilə hörmətlə 

davranması, onlarla münasibəti mehribançılıq və xeyirxahlıq  əsasında 

qurulması vacib hesab edilirdi. Kitab əhlinə olan sülhpərvər münasibəti 

özünü aşağıdakı ayədə tapmışdı: «Kitab əhlinin zülm edənləri istisna 

olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: «Biz həm 

özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allahımız, 

sizin də Allahınız birdir. Biz yalnız ona itaət edirik!»

21

 29/46. Bu mövqe bir 



çox başqa hədislərdən də görünür və bunların ümumi tezisini Hz.Peyğəm-

                                                 

17

  Шихаб  ад-Дин  Мухаммад  ан-Насави.  Жизнеописание  султана  Джалал  ад-



Дина Манкбурны. Баку: Элм, 1973, с.83 

18

  İbn Kayyim el-Cevziyye. Rahmet Peyqamberi «Zadu`l-Mead», Cilt: 3, İstanbul, 



1989, s. 255 

19

 Yenə orada, s. 255-256 



20

 Azərbaycan Respublikası Cinayət məcəlləsi, s.118 

21

 Qurani-Kərim, s. 393 




Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri  

185 


bərin sözləri ilə ifadə etmək olar: «Kim zimmini incidirsə, məni incitmiş 

olur»


22

. Mənbələrdə müsəlman Şərqində orta əsrlərdə Kitab əhli olan qeyri-

müsəlmanlarla böyük hörmətlə yanaşması göstərilir. Hətta müsəlman 

ölkələrində çoxlu sayda xristianlı məmur olduğuna görə, bəzən müsəlmanlar 

öz ölkələrində faktiki xristianlara tabe olmuşlar. Hətta IX əsrdə Ərəb Xilafə-

tində xristianlar iki dəfə hərbi nazir vəzifəsinə təyin edilmişdilər.

23

 Azərbay-



canda göstərilən dövrdə  yəhudi və xristianların hüquqları necə qorunub 

təmin olunmasını  aşağıdakı misaldan görmək olar. 1487/88-ci ildə  Ərdəbil 

şeyxi Heydər Ağqoyunlu hökmdarı sultan Yaqubdan çərkəzlərə qarşı cihad 

edilməsinə icazə almış, bunu bir bəhanə kimi istifadə edərək, Bərdə 

vilayətində yaşayan və hökmdara müvafiq müqavilə  əsasında cizyə  və  uşr 

(vergi növü) verən zimmiləri talan etmişdir. İslam hüquq normalarına əsasən 

bu və digər cinayətlərinə görə, o, ittiham olunmuş, ona qarşı cihad başlanmış 

və o, cəzalandırılmışdır

24

. Lakin zimmilərin ehtiyac yaranan zamanlarda 



İslam yurdundan çıxarılıb sürgün edilməsinə icazə verilə bilərdi

25

.  



Müharibə zamanı insanların dini hüquqlarının da qorunması  zərurəti 

hüquq norması kimi hədislərdə göstərilmişdir. Belə ki, Hz.Peyğəmbər 

Heybəri fəth etdikdən sonra ələ keçən bütün Tövrat nüsxələrini yəhudilərə 

qaytarılmasını əmr etmişdi

26

. Amma islam dininə qarşı çıxış edən və üsyan 



ocaqları  və günah mərkəzləri olan müşriklərin türbələri və bütlər olan 

yerlərin dağıdılması, burada aşkar edilmiş malların cihada və müsəlmanların 

ehtiyacına sərf edilməsi qanuni hesab edilirdi. Döyüş zamanı qarşı  tərəfdə 

düşmən arasında olan qeyri-müsəlman qohum-əqrəbanın öldürülməsi bəzi 

hüquqçular tərəfindən qanuni hesab edilsə  də, Hz.Peyğəmbərdən öz 

qohumlarını öldürmək üçün izn istəmiş  bəzi müsəlmanlara belə icazə 

verilməmişdir

27

 



                                                 

22

  Хунджи  Фазлуллах  ибн  Рузбихан.  Тарих-и  Алам-Ара-йи  Амини.,  Пер.  с 



перс. на англ., введ., предисл., коммент. В.Ф. Минорского, пер. с англ. на рус-

ский Т.А. Минорской. Вступит. статья З.М. Буниятова, О.А.Эфендиева, Баку: 

Элм, 1987, с.86. 

23

 Адам Мец. Мусульманский ренессанс. М.: Наука, 1973, с. 54 



24

 Hakkı Aydın.  İslam ve modern hukukta işkence. Ankara. İstanbul: Cağaloğlu. 

1995. s. 83, 6.  

25

 İbn Kayyim el-Cevziyye. Yenə orada, s. 107. 



26

 Ahmet Yaman. Göstərilən əsər, s. s.145. 

27

 Yenə orada, s.140, 143; İbn Kayyim el-Cevziyye. Göstərilən əsər, c. 4, s. 1431 




 Samir Hüseyn oğlu Məmmədov 

 

186 



İslam hüququnda mühüm əhəmiyyət kəsb edən və insanpərvərlik 

prinsipinə  əsaslanan «aman» hərbi-hüquq institutudur. Müasir beynəlxalq 

hüquqda yalnız XX əsrin sonlarında «aman» məfhumunun analoqu olan 

anlayışdan istifadə olunmağa başlanılsa da, bu islamdakı «aman» məfhumun 

mahiyyətini tam şəkildə ehtiva etmir. Belə ki, Beynəlxalq Silahlı 

münaqişələrdə  tələfatların qorunmasına dair 12 avqust 1949-cu il tarixli 

Cenevrə Konvensiyalarında və bu Konvensiyalara 08 iyun 1977-ci il tarixli 

Əlavə Protokolunda (protokol I) rus tərcüməsində «Pohada» adlanan 40-cı 

maddə «heç kimi sağ qoymamaq əmrinin verilməsi qadağası  və  hərbi 

əməliyyatların bunun əsasında aparılmasının qadağan edilməsi» mənasını 

bildirir. Növbəti, 41-ci maddə isə münaqişədə  əsir düşənə  təminat 

verilməsindən bəhs edir

28

.  İslamdakı aman anlayışı isə daha geniş  və  hərbi 



əsirliyə səbəb olmayan hüquqi vəziyyətdir. Müharibə prosesində və ya döyüş 

zamanı aman verilməsinin hüquqi əsasları Quran və Sünnədə göstərilmişdir. 

Quranda bu əsaslar aşağıdakı kimi buyurulmuşdur: «Əgər (basqına uğrayan) 

müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını 

(Quranı) dinləsin. Sonra (islamı  qəbul etmədiyi təqdirdə) onu əmin olduğu 

(müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir 

tayfadır!»

29

 9/6. Aman verilən şəxslərin təhlükəsizliyi təmin edilməli, onların 



özləri, arvad-uşaqları öldürülməməli,  əsir alınmamalı, mallarına, namus-

larına təcavüz edilməməli idi. Bu qanun normasına riayət etməyən  şəxs 

cəzalandırılırdı.  Əgər müharibə vaxtı müsəlman  əsgərlərindən kimsə  hər 

hansısa qeyri-müsəlmanlara aman vermişdirsə, bunu digər  əsgər dəstəsi 

bilməyərək, həmin şəxslərə təcavüz edib mallarını almış, qadın və uşaqlarını 

əsir götürmüş, kişilərini isə öldürmüşdürlərsə, belə halda, malları, qadın və 

uşaqları qaytarılmalı, öldürülmüş kişilərin isə diyələri verilməli idi

30



İslamda hər bir şəxsiyyətin aləmlərdə böyük dəyəri və qiyməti olması 

mühüm əhəmiyyət kəsb edən mövqedir. Ona görə də aman hər bir müsəlman 

tərəfindən verilə bilərdi. Səhih bir hədisdə göstərildiyi kimi, Hz.Peyğəmbər 

buyurmuşdur ki: «Müsəlmanların amanı birdir, status baxımından ən aşağıda 

                                                 

28

 Женевские Конвенции от 12 августа 1949 года и дополнительные Протоколы 



к ним. Международный комитет Красного Креста. М.: 1994, с. 239 

29

 Qurani-Kərim, s.158. 



30

 İbn Kayyim el-Cevziyye. Göstərilən əsər, c. 3, s. 382 




Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri  

187 


olan müsəlman da aman verə bilər. Kim bir müsəlmanın amanına təcavüz 

edərsə, Allahın, mələklərin və bütün müsəlmanların lənəti onun üzərinə 

olsun…»

31

. Bu normaya əsaslanan hüquqçular hesab edirdilər ki, əgər 



hansısa bir müsəlman kiməsə aman vermişdirsə, bu aman hüquqi qüvvəli 

olaraq, tam şəkildə etibarlı hesab edilirdi. Aman verən müsəlman, anlaqlı, 

həddi-büluğa çatmış şəxs olmalı idi. Onun qadın və ya kölə olması heç bir 

əhəmiyyət kəsb etmirdi

32

. Eyni zamanda, müharibə zamanı qalmaqalın 



qarşısını almaq məqsədilə aman verilmə hadisələri müvafiq qaydada dövlət 

tərəfindən tənzimlənə bilərdi. Aman üç formada elan edilə bilərdi. Birincisi, 

hər hansı bir sözlə deyilməsi, ikincisi hər hansı bir işarə ilə bildirilməsi və 

üçüncüsü, «aman-namə» adlanan sənədin göndərilməsi formalarında. Burada 

amanın hansı dildə elan edilməsi rol oynamırdı. Əsas şərt amanın mahiyyəti 

düşmənə aydın olmalı  və eyni zamanda aman istəmənin real imkanı da 

nəzərə alınmalı idi. Məsələn, müsəlman  əsgərləri düşmən  əsgərləri ilə bir-

birlərindən uzaq məsafədə olduqlarından, düşmən  əsgərinin səsi uzaqdan 

eşidilmədiyi halda o, səs eşidiləcək məsafəyə yaxınlaşıb aman istəyirdisə, 

ona aman verilməli idi.

33

 Amanlar müddət etibarilə «aman-i müvaqat», yəni 



müvəqqəti, hansısa bir müddət ərzində etibarlı olan, «aman-i mütləq», yəni 

tam ixtiyarlı  və «aman-i müəbbəd», yəni daimi, vaxt etibarilə müddətsiz 

olanlar kimi səciyyələndirilirdi. Aman verilənlərə müəyyən və məhdud olub-

olmamaları etibarilə də aman «aman-i has» (xüsusi aman) və «aman-i am» 

(ümumi aman) növlərinə bölünürdü

34

. Bəzən aman verilən zaman onu verən 



şəxs and içirdi. Belə ki, xarəzmşah Cəlaləddin feodal Qiyasəddinə amanı 

verərkən «öz sözünü and içməklə təsdiqlədi»

35

. Lakin bu bir qayda deyildi, 



təsadüfi xarakter daşıyırdı. Sülh və aman verilməsi hər hansı bir şərtlə  də 

bağlana bilərdi. Nəsəvi 1225-ci il Təbriz  ətrafında xarəzmşahla döyüş 

haqqında xəbər verərkən qeyd edir ki, şəhərin hökmdarı «Toğrulun qızı özü, 

öz qulları  və qulluqçuları, həmçinin  əmlakı üçün» Xarəzm qoşununun 

                                                 

31

 Yenə orada, s. 163. 



32

 Ömər Nasuhi Bilmən. «Hukuki İslamiyye ve Istılahatı Fıkhiyye» kamusu. 3 Cilt, 

İstanbul.: Bilmen yayımevi, 1968, s.379 

33

 Yenə orada, s. s. 384. 



34

 Yenə orada, s. s. 378-379 

35

  Шихаб  ад-Дин  Мухаммад  ан-Насави.  Жизнеописание  султана  Джалал  ад-



Дина Манкбурны., с.190 


 Samir Hüseyn oğlu Məmmədov 

 

188 



komandanından aman istəmişdir. O, şəhəri bu şərtlə  təhvil verir və xahiş 

etmişdir ki, Xoy şəhəri onun əmlakı olsun

36

. Bir sıra hallarda sərkərdələr 



amanı onu istəyənlərin mallarını müsadirə edilməsi şərtilə verirdilər: sultan 

Cəlaləddin tərəfindən Tiflis şəhərinin işğalı belə amanın nümunəsidir

37

. Eyni 


hadisə Qaq və Kavazin qalalarının mühasirəsi zamanı baş vermişdi

38

. Aman 



verən tərəf bəzi hallarda amanla yanaşı, eyni zamanda aman verilən tərəfi 

təhlükəsizlik və  sığınacaqla təmin edirdi

39

. Sultan Cahanşah Qaraqoyunlu 



qoşunla Herat şəhərinə  gəldikdə,  şəhərin və vilayətin amanda olacağı  və 

qorunacağı barədə elan edilmişdi

40

. Digər bir epizodda göstərildiyi kimi, 



aman bəzi hallarda qeyri-müsəlmanlara onların islam dinini qəbul edilməsi 

şərtilə verilirdi

41

. Lakin bu qeyri-qanuni idi, çünki islamı qəbul etmiş şəxsin 



amanda ehtiyacı yox idi. Müharibə zamanı hər hansı bir şəhəri döyüşlə ələ 

keçirən və yaxud şəhər  əhalisindən narazı qalan hökmdar onlardan aman 

malı kimi böyük məbləğdə pul, qiymətli əşyalar və s. tələb edirdi. 1453/54 - 

ci ildə Cahanşah  İsfahan  şəhərini azyaşlı  oğlu Muhəmməd Mirzəyə vermiş 

və onun əvəzinə  şəhəri idarə etməkdən ötrü lələsini göndərmişdi. Lələ  və 

isfahanlılar arasında narazılıq yarandığına görə hökmdar şəhər  əhalisinin 

üzərinə 3000 tümən aman malı qoymuşdu

42

.  İslam hüquqçuları  tərəfindən 



verilən aman anlayışını təhlil edib aşağıdakı kimi təqdim etmək olar: «Aman 

- Allah haqqı olaraq, təslim olan şəxsə və onun yaxınları üçün həyat və tam 

təhlükəsizlik təminatının vəd etməsi və bunun dürüst icrası, aman altında 

olan  şəxs(lər)  əsir düşürsə,  əsir vəziyyətindən qanunla nəzərdə tutulmuş 

qaydada azad olunması  təminatıdır». «Allah haqqı olaraq» ifadəsi verilən 

amanın Allah haqqı olduğunu, Allahın adı ilə verildiyini, bu səbəbdən buna 

qəti şəkildə riayət edilməsi zəruriliyini göstərir. Aman hərbi-hüquqi institutu 

                                                 

36

 Yenə orada, s.156 



37

 Yenə orada, s.168 

38

 Yenə orada, s. 226 



39

  Шихаб  ад-Дин  Мухаммад  ан-Насави.  Жизнеописание  султана  Джалал  ад-

Дина Манкбурны., с. 152. 

40

 Tehrani Əbubəkr. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz, 



göstəricilər vəşərhlərin müəllifi R.Şükürovadır. Bakı: Elm, 1998, 336 s. s.188 

41

  Шихаб  ад-Дин  Мухаммад  ан-Насави.  Жизнеописание  султана  Джалал  ад-



Дина Манкбурны., ñ.171 

42

  Fərzəliyev  Ş. Azərbaycan XV-XVI əsrlərdə. (Həsən bəy Rumlunun «Əhsən  ət-



təvarix» əsəri əsasında). Bakı: Elm, 1983, s. 84 


Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri  

189 


XIII-XV  əsrlərdə bütün Şərqdə  və, o cümlədən Azərbaycanda müharibələr 

zamanı geniş  tətbiq olunmuş  və öz aktuallığını hal-hazıradək itirməmişdir. 

Ona görə  də, beynəlxalq silahlı münaqişələrin mövcüdluğunu, onların bir 

çoxunun  əsasən müsəlmanlar yaşayan Yaxın  Şərqdə baş verməsini nəzərə 

alaraq, bu institutun beynəlxalq hüquqa daxil edilməsini məqsədəmüvafiq 

hesab etmək olar. Fikrimizcə, aman institutunun beynəlxalq hüquq sisteminə 

gətirilməsi və islam hüququndakı prinsiplərə uyğun tətbiqi silahlı 

münaqişələr zamanı insan həyatının qorunması, münaqişələrin sülh yolu ilə 

həll edilməsi, sülhün bərqərar olunması istiqamətində böyük rolu olardı.  

Əsir düşmüş  əsgərlərə mülahim və insani rəftar qaydaları  qədim 

dövrlərdən etibarən tədricən formalaşmağa başlamışdı. Belə ki, artıq Manu 

qanunlarında (II əsr) silahsız, yatmış,  əsir düşmüş, yaralı olan düşmən 

əsgərlərinin öldürülməsi qadağan edilmişdir. Qələbə çalmış  tərəf 

uduzmuşlara qarşı öz tələblərində mötədil olmalı idi. Bu kimi normaların 

bəziləri Qədim Yunanıstanın  şəhər-dövlətlərində  də  tətbiq olunurdu

43



Hüquq tarixində ilk dəfə islam hüququnda əsirlərin hüquqi vəziyyəti qanunla 

insanpərvər şəkildə ətraflı tənzimlənmiş və XIII-XV əsrlərdə Azərbaycanda 

bu normalar dövrə uyğun olaraq tətbiq edilmişdir. Əsirlərin öldürülməməsi, 

onlarla insani rəftar edilməsi, hüquqlarının qorunması və s. bu kimi mühüm 

müddəalar beynəlxalq hüquqda 1899 və 1907-ci illərdə Haaqa Konvensiya-

larında, daha sonra təkmilləşdirilmiş  şəkildə yuxarıda göstərilən Konven-

siyalarda və  Əlavə Protokolda (protokol I) öz əksini tapmışdır

44

.  Əsirlərin 



hüquqi statusu Quran və sünnədə  təsbit edilmişdir. Hərbi  əsir müsəlmanlar 

tərəfindən canlı olaraq ələ keçirilən və kişi cinsindən olan düşmən 

döyüşçüsü hesab edilirdi

45

. Quran ayələrində əsirlərə qarşı mülayim və yaxşı 



rəftar edilməsi bəyan edilmişdir

46

 8/71. Hədislərdə  də  əsir düşənlərlə 



mülayim rəftar edilməsi tələb edilirdi. İbn Qayyim göstərir ki, Hz.Muhəm-

                                                 

43

  Права  человека  и  вооруженные  конфликты.  Учебник  для  вузов.  Отв.  ред. 



В.А.Карташкин. М.: Норма, 2001, с.22. 

44

 Женевские Конвенции от 12 августа 1949 года и дополнительные Протоколы 



к  ним.  с. 57-135; Àùìåò Þçåë. Èñëàì äåâëåòëåð ùóêóêóíäà ñàâàø åñèðëåðè. Àíêàðà.: 

Òöðêèéå äèéàíåò âàêôû éàéûíëàðû, 1996, ñ. 98 

45

 Vehbe Zunaylı. İslam fıkhı ansiklopedisi. Tercumesi: Ahmet Efe ve başqaları. 10 



Ciltdə., İstanbul, Risale Vasın Yayın ltd, Cilt 8., 1994, s. 226 

46

 Коран. Пер.И.Ю.Крачковского. М.: НПО «Вектор СП», 1991, с. 115 




 Samir Hüseyn oğlu Məmmədov 

 

190 



məd əsirlərin əksər hissəsini şərtsiz və qarşılıqsız azad edir, bir qismini fidyə 

olaraq mal alıb azadlığa buraxır, bir qismini əsir düşmüş müsəlmanlarla 

dəyişirdi. Ölümlə cəzalandırılanlar isə başqa cinayətlər törətmiş şəxslər idi. 

Bu qərar ümumi məsləhətləşmə  nəticəsində bütün müsəlmanların 

maraqlarına uyğun olaraq qəbul olunmuşdu

47

. Bu da ki, islamın 



humanizmini göstərən bir amil olaraq, islam dininin yayılmasına daha bir 

təkan verirdi. İslam hüququnda əsirlər haqda olan normaların təhlili bu 

sahədə  aşağıdakı  əsas müddəaları irəli sürməyə imkan verir. Birincisi, əsir 

öldürülməməli idi. Quranda əsirlərin öldürülməsi barədə heç bir norma 

yoxdur,  əsir öldürülə bilməzdi və bu barədə Quran ayələrinə  və 

Hz.Peyğəmbərin iştirak etdiyi müharibələrdə əsirlərlə davranış nümunələrinə 

əsaslanan ümumi fikir birliyi mövcud idi. Məsələn, Məkkənin fəthi zamanı 

Hz.Peyğəmbər qaçanların təqib edilməməsini, heç bir yaralı  və  əsirin 

öldürülməməsini  əmr etmişdir. Fəthdən sonra isə onun özünə  və 

ümumiyyətlə müsəlmanlara etdikləri zülm və  əziyyətlərə baxmayaraq, o, 

məkkəlilərin hamısını bağışlamışdı

48

. Bu və digər çoxsaylı nümunələrdə 



əsirlərin öldürülməməsi,  əksinə, onlara qarşı  əsl mənada insani rəftarın 

vacibliyi göstərilir. Düşmən  əsgəri  əsir götürüldükdə onun taleyini, əsirin 

barəsində hər hansı bir hökm yalnız dövlət başçısı tərəfindən verilə bilərdi. 

Əsiri öldürən müvafiq qaydada məsuliyyət daşıyırdı.  Əsirin malları da onu 

əsir kimi tutana yox, dövlətə  təhvil verilməli idi

49

. Dörd sünni məzhəbinin 



hüquqçularına görə, düşmən əsgəri əsir düşdükdən əvvəl islamı qəbul etmiş 

olarsa, onun həyatı və azadlığına tam təminat verilir, onun öldürülməsi və ya 

kölələşdirilməsi qeyri-qanuni hesab edilirdi

50

. Lakin əgər  əsir tabe olmasa, 



qaçmağa cəhd etsə  və onun bu kimi hərəkətləri təhlükə yaratsa idi, onun 

öldürülməsi məğbul hesab edilirdi. Quranda bu aşağıdakı kimi 

buyurulmuşdur: «Əgər  əsirlər sənə  xəyanət etmək istəsələr, (bilsinlər ki,) 

bundan (Bədr vuruşundan)  əvvəl Allaha xəyanət etmişdilər…»

51

 8/71. 


                                                 

47

 İbn Kayyim el-Cevziyye. Göstərilən əsər, c. 3, s. 143 



48

  İslam Ansiklopedisi. Türkiye Diyanet vakfı.  İstanbul.: Ali Riza Vaskan Güzel 

Sanatlar Matbaası A.S., Yenibosna, Cilt 9, 1994, 560 s.; s.384  

49

 Ahmet Özel. İslam hukukunda ülke kavramı: Darulislam, Darulharb. İstanbul.: 



İklim yayınları, 1991, s.56 

50

 Yenə orada, s.382 



51

 Qurani-Kərim, s.157 




Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri  

191 


Burada xəyanət dedikdə ilk növbədə  əsirin qaçması  nəzərdə tutulur. Əsir 

qaçmaq istəsə və ya tabe olmayaraq, savaşsa, digər təhlükəli hərəkətlər etsə, 

təhlükənin dərəcəsindən asılı olaraq onun öldürülməsinə icazə verilirdi. Eyni 

zamanda o, öz ordusuna və ya öz olkəsinə çatmağa nail olduğu halda, artıq 

azad hesab edilir və onun heç bir məsuliyyəti yaranmır. Bədr döyüşündən 

sonra  əsir düşən Süheyl b. Amr qaçmış, Hz. Peyğəmbər onu kim tutarsa, 

öldürməsini buyurmuş, lakin həmin şəxs yaxalanıb gətirildikdə, ona heç bir 

cəza verilməmişdir. Hətta Hz.Ömər onun dişlərini çıxartmağı  təklif etmiş, 

amma bu təklifi Hz.Peyğəmbər qətiyyətlə  rədd etmişdir. Əsirlikdən qaçmış 

əsir ikinci dəfə yenə  əsir düşdüyü halda qaçdığına görə  cəzalandırılmırdı. 

Əgər o, qaçmazdan əvvəl hər hansı bir başqa cinayət törədirdisə, bu halda 

cəzalandırılırdı

52

. Bu müddəalar göstərilən Konvensiyanın 91-94-cü 



maddələri ilə uyğun gəlir

53



Nəsirəddin Tusi (XIII əsr) yaşadığı dövrün əsirlərə olan baxışı nümayiş 

etdirərək, aşağıdakıları bildirir: «Diri əsir tutmaq mümkün olanı 

öldürməməlidir, çünki əsirdən çox fayda götürmək olar, məsələn: biyar 

işlətmək, girov qoymaq, mal ilə  dəyişmək, bağışlayıb boynuna minnət 

qoymaq və s., öldürməkdən isə heç bir xeyir olmaz»

54



İkincisi,  əsirlərin qida ehtiyacları, paltar və s. məsələlərinin təmin 

edilməsinin  əsiri götürən dövlət tərəfindən icra edilməsinin  əsasını 

Hz.Peyğəmbər Bədr döyüşündən sonra təyin etmişdir.  Əsirləri götürən 

müsəlman dövləti onlarla yaxşı rəftar etməli, onların yeməyi-içməyini vaxtlı-

vaxtında təmin etməli idi. Müsəlman ordularında  əsirlərin qida ehtiyacının 

müsəlmanlar tərəfindən necə ödənilməsi və ümumiyyətlə onlarla necə rəftar 

edilməsi qaydasını Quranın aşağıdakı ayəsi göstərir: «Onlar öz iştahaları 

çəkdiyi, özləri yemək istədikləri halda, yeməyi yoxsula, yetimə  və  əsirə 

yedirərlər»

55

 76/8. Beləliklə,  əsiri götürmüş  tərəf hətta özünün ərzaq 



problemləri olsa da, əsirin qida, digər məişət problemlərini təmin etməyə 

borclu idi. İslam hüququnda əsirlərin yaşamaq və sosial hüququnun 

                                                 

52

 Ahmet Özel. İslam devletler hukukunda savaş esirleri. Ankara.: Türkiye diyanet 



vakfı yayınları, 1996, s. 69-70.  

53

 Женевские Конвенции от 12 августа 1949 года и дополнительные Протоколы 



к ним. ñ. 98-99 

54

 Xacə Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. B.: Elm, 1998, s.218 



55

 Qurani-Kərim, s.606; Ahmet Özel. Göstərilən əsər, s. 57 




 Samir Hüseyn oğlu Məmmədov 

 

192 



təminatının vacibliyini göstərən müddəalar müasir beynəlxalq hüquqda 

yalnız 12 avqust 1949-cu il tarixli «Hərbi əsirlərlə rəftar haqqında» Cenevrə 

Konvensiyasının 3, 15, 20, 26 - 28-ci maddələrində öz əksini tapmışdı

56



İslam dövlətinin bu vəzifənin icrasında hərbi əsirlərin dini mənsubiyyəti rol 

oynamırdı. Hətta kafirlərin yeməyi-içməyinin vaxtlı-vaxtında təmin edilməsi 

böyük savab hesab edilirdi

57

.  



Üçüncüsü, düşməndən  əsir almaq, sonra onları satıb mal qazanmaq 

məqsədilə müharibə aparmaq da mənfi qarşılanır və bu öz əksini Quranda 

tapmışdır

58

 8/67. XIII-XV əsrlərdə müsəlman ordularında hərbi əsirlərə olan 



münasibət  Əmir Teymurun tüzüklərində  əks edilmişdir. O göstərirdi ki: 

«…Əmr elədim ki, düşmənin tərəfindən hər kim əsir düşüb, bizim tərəfimizə 

keçsə, öldürməsinlər, onlara sərbəstlik verilsin. Əgər hərbi xidməti qəbul 

eləsələr, qoşuna götürsünlər, qəbul eləməyən  əsirləri azadlığa buraxsınlar. 

Buna misal, Qeysər ilə müharibədə bizə təslim olan dörd minlik rum əsgərini 

azad elədim…»

59

.  


Dördüncüsü, Quran ayələrində insana işgəncə verilməsi mənfi və çirkin 

əməl kimi qiymətləndirilməklə, cinayətin araşdırılması prosesində  təhqiqat, 

istintaq orqanı tərəfindən, müharibə zamanı tətbiqi qadağan edilirdi

60

 33/48, 



57-59; 3/195, 6/34, 29/10, 9/61, 14/11-12, 4/135. Bu qanun müddəası 

hədislərdə  də öz əksini tapmışdır. Məsələn, işgəncələrin qəti  əleyhinə  çıxış 

edən Hz.Muhəmməd bir ordu komandanını  səriyyəyə yola salaraq 

işgəncələrin tətbiq edilməməsi haqqında göstəriş vermişdi

61

 [23, s.76]. Başqa 



bir məsələdə Hz.Muhəmməd düşməni ələ keçirərək, onlar tərəfindən edilən 

işgəncələrə cavab kimi, eyni yolla cəzalandırılmasını istəməmişdir

62

. Ümumi 


                                                 

56

 Женевские Конвенции от 12 августа 1949 года и дополнительные Протоколы 



к ним. ñ. 58, 64, 67, 70, 71 

57

 İslam Ansiklopedisi. c. 9, s.384 



58

 Qurani-Kərim, s.156 

59

  Əmir Teymurun vəsiyyətləri. Özbəkcədən çevirəni M. Osmanoğlu. Bakı: 



Azərnəşr, 1991, 112 s. s.75 

60

  Петрушевский  И.П.  Ислам  в  Иране  в VII-XV веках.  Л.:  ЛГУ, 1966, с.164; 



Ùàêêû Àéäûí. Èñëàì âå ìîäåðí ùóêóêòà èøêåíúå. Àíêàðà. Èñòàíáóë: Úàüàëîüëó.1995. 

ñ. 72-74 

61

 Hakkı Aydın.  İslam ve modern hukukta işkence. Ankara. İstanbul: 



Cağaloğlu.1995. s. 76 

62

 Ahmet Yaman. İslam devletler hukukunda savaş. İstanbul., 1998, 192 s. s. 29.  




Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri  

193 


işgəncə qadağası  əsirlərə  də  şamil edilirdi

63

. Bədr döyüşündən  əvvəl bir 



müsəlman iki nəfər qureyşini su götürən zaman yaxalamışdı. Bunlar sorğu-

suala çəkilən zaman Hz.Peyğəmbər namaz qılırdı. Səhabələr bu iki şəxsin 

Əbu-Sufyanın adamları olduqlarını  zənn edərək, onların adi su daşıyan 

olmaları sözlərinə inanmamış  və onları döymüşlər. Həqiqətdə su daşıyan 

olan iki şəxs döyülmənin nəticəsində  Əbu-Sufyanın adamları olduqlarını 

etiraf etməyə  məcbur olmuşlar. Hz.Peyğəmbər namazını bitirdikdən sonra: 

«Doğru söyləyəndə döydünüz, yalan danışanda buraxdınız!»: buyurmuş  və 

bununla da əsirin döyülməsinin, ona işgəncə verilməsinin nə qədər insafsız 

və insaniyyətdən kənar olmasını göstərmişdir. Hz.Peyğəmbər əsirlərlə yaxşı 

rəftar etməyi təkidlə tələb etmiş, isti vaxtı onlara sərin yerdə istirahət etmək 

imkanı verilməsini buyurmuşdu: «Onların üzərində günəş və silahın atəşini 

birləşdirməyin»

64

. Beləliklə,  əsirlərə insani münasibət göstərilməsi, onlarla 



yaxşı  rəftar edilməsi, onların döyülməməsi tələb edilmiş  və  işgəncələr 

verilməsi qəti qadağan edilmişdir. Hətta döyüş prosesində  təslim olmuş 

düşmən  əsgəri oldürülməməli, tutulduqdan sonra işgəncələrə  məruz 

qalmamalı, ona insani münasibət göstərilməli idi

65

. Bu hüquq norması 



hazırda qüvvədə olan cinayət qanunvericiliyində də öz əksini tapmışdır (AR 

CM-nin 116.0.13. maddəsi)

66



Beşincisi, islam hüququnda hərbi  əsirləri sipər kimi istifadə etmək - 



qoşun arxada, onları isə qabağa buraxmaq kimi hərəkətlər qadağan olunmuş 

və bu hüquqi norma müasir azərbaycan cinayət qanunvericiliyitndə  də öz 

əksini tapmışdır (AR CM-nin 115.2-ci maddəsi)

67



Altıncısı,  əsir düşmüş müsəlman  əsgəri hər bir üsulla əsirlikdən 

qurtarılmalı idi. Belə ki, əsgərin son nəfəsinə  qədər vuruşması  və  təslim 

olmaması daha üstün mövqe kimi qəbul olunmuşdur. Lakin onun çarəsiz 

qalıb təslim olması cinayət hesab edilmirdi. Düşmən  əsirliyində olan 

müsəlmanın fidyə verib və yaxud başqa əsirlə dəyişdirilib qurtarması vacib 

idi. Bu Hz.Peyğəmbərin buyruğudur: «Əsiri qurtarın, acı doyuzdurun və 

                                                 

63

 İbn Kayyim el-Cevziyye. Göstərilən əsər, c. 3, s. 139 



64

 Ahmet Özel. İslam devletler hukukunda savaş esirleri. Ankara.: Türkiye diyanet 

vakfı yayınları, 1996, s.60 

65

 İbn Kayyim el-Cevziyye. Yenə orada 



66

 Azərbaycan Respublikası Cinayət məcəlləsi. s. 102 

67

 Yenə orada, s. 101 




 Samir Hüseyn oğlu Məmmədov 

 

194 



xəstəni ziyarət edin»

68

. Bu tələbə XIII-XV əsr Azərbaycan dövlətlərində 



ciddi riayət edilirdi. Məsələn, 14 avqust 1472-ci il tarixdə baş verən Bəyşehr 

döyüşündə 200 ağqoyunlu döyüşçüsü osmanlılar tərəfindən  əsir götürülüb, 

geriyə qaytarılmırdılar. Ağqoyunlu hökmdarı sultan Həsən hər bir döyüşçüyə 

görə onun çəkisi qədər qızıl ödəmiş və beləliklə də, döyüşçülərini azad edə 

bilmişdir

69

. Bu və digər nümunələr azərbaycan ordularında  əsirlərin azad 



edilməsi məsələsində islam hüquq normalarının böyük ciddiliklə riayət 

edilməsini göstərir

70

.  



XIV əsr azərbaycan şafii hüquqçusu Yusif Ərdəbiliyə görə, əsir düşmüş 

müsəlman bütün imkanlardan istifadə edib, əsirlikdən qaçmasına cəhd 

göstərməlidir

71

. Düşmən əsirliyində olan müsəlman əsgəri sərbəst buraxıldığı 



və ona aman verildiyi hallarda, onun tərəfindən düşmənin canına və malına 

zərər yetirilməsi haram hesab edilir və bu barədə islam hüquqçuları ümumi 

razılığa gəlmişlər

72

. Yusif Ərdəbili geyd edir ki, əgər kafirlər  əsir düşmüş 



müsəlmanı  şərtsiz buraxıblarsa, həmin müsəlman qayıdıb onlarla müharibə 

etməməlidir.  Əgər  əsir müsəlman  əsirlikdən buraxılıb vətənə qayıdarkən 

başqa kafirlərin hücumuna məruz qalırsa, bu təqdirdə onlarla vuruşmalıdır. 

Əgər əsir yaşadığı ərazidən köçmək şərti ilə buraxılıbdırsa o, bu şərti qəbul 

etməli idi, çünki məcburiyyət qarşısında qalmışdır. Ancaq buraxıldıqdan 

sonra bu şərtə sadiq qalmaq vacib deyildi, çünki şərt məcburi  şəkildə 

qoyulmuşdur. Yaşadığı  ərazidən köçməyə dair and içirdisə, azadlığa 

buraxıldıqdan sonra bu and həqiqi sayılmırdı, çünki məcburiyyət qarşısında 

verilmişdir. Lakin köçməyə arvadını boşamasına and içirdisə, bu and 

qüvvədə qalan hesab edilirdi və ona görə  də, köçməsə, yəni andını yerinə 

yetirməsə, bu halda həmin arvad ona haram hesab edilirdi.  Daha bir 

xüsusiyyət nəzərə alınırdı: kafirlər tərəfindən qayıtmaq və ya pul 

göndərilməsi şərti ilə buraxılmış əsirin qayıtması haram buyurulmaqla, pulun 

                                                 

68

 Sahih-i Buhari muhtasarı tecrid-i sarıh tercemesi ve Şerhi. 6 cilt. Ankara.: Diyanet 



işleri başkanlığı yayınları, Türk Tarih Kurumu Basımevi, 1993, s. 404 

69

 Ал – Халаби Мухаммед. Поход эмира Йашбека. Пер. с арабского языка З.М. 



Буниятова, Т.Б. Гасанова. Баку: Элм, 1985, 97 с. с.45. 

70

  Əhmədov S.Ə. XIII-XV əsrlərdə Azərbaycanda hərb sənəti tarixi. T.e.n. 



dissertasiyasının əlyazması. Bakı: 2001 

71

  Ərdəbili Cəmal  əd-Din Yusif. Əl-Ənvər li əməl ul-Əbrar. Azərbaycan EA 



Əlyazmalar institutu. D-417/10394-20661. s.258 

72

 İslam Ansiklopedisi. c. 9, s.388 




Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri  

195 


da verilməsi düzgün hesab edilmirdi. Amma kafirdən borc pul alıb əsirlikdən 

azad edilən bu borcu qaytarmalı idi

73

.  


Əgər əsirlikdə olan müsəlmanın sağ olması məlum idisə, onun mirasçısı 

müəyyən edilir və payı saxlanılırdı. Əgər sağ olması məlum deyildisə, onun 

əmlakı haqda miras hökmü tətbiq edilmir və xanımları başqalarına ərə gedə 

bilməzlər

74

. Şafiilərə görə itkin düşmüş, müharibədən qayıtmamış və yaxud 



hər hansı bir təhlükəli hadisədən sonra ölməsi güman edilən  şəxsin ölməsi 

qazı fitvası ilə  təsdiq edilməlidir

75

.  Əmir Teymur bir sıra hallarda əsir 



düşmüş müsəlmanları  nəinki azadlığa buraxır, hətta onlara «qızıl, paltar və 

xələt» verir, sonra onlara bir rəhbər təyin edərək, məmləkətlərinə 

göndərirdi

76



Kölələrin hüquqi vəziyyəti birbaşa müharibə ilə bağlı olmuşdur, çünki 

islam hüququna görə köləliyin yeganə  mənbəyi müharibə idi. XIII-XV 

əsrlərdə Azərbaycanda mövcüd olan qaydaya əsasən əsirlər hərb qənimətinə 

aid edildiyinə görə ordu komandanı əsirlərin qənimət kimi paylaşdırılmasına 

əmr versəydi,  əsirlər kölə olunurdu. Lakin qeyd edilməlidir ki, əsirlərin 

kölələşdirilməsi heç də vacib şərt deyildi. Çünki islam hüquqçularına görə 

əsirin kölələşdirilməsi qaydası orta əsrlərdə mövcüd olmuş müharibə 

adətlərinə  əsaslanır və islamla əlaqəsi müvəqqəti xarakter daşımışdır. 

Quranda isə  əsirlərin kölə  vəziyyətinə  gətirilməsi və yaxud bu köləlik 

institutunu tənzimləyən heç bir müddəa ümumiyyətlə yoxdur. Hz.Peyğəmbər 

daima müharibəsiz köləliyə qarşı  qəti olaraq çıxış etmiş  və azad insanları 

kölə  vəziyyətinə  gətirilməsini  şiddətlə yasaqlamışdı Eyni zamanda islam 

hüququnda köləlik institutu dövrə uyğun olaraq tam rədd edilməmiş, 

qanuniləşdirilərək tədricən hüquqi cəhətdən humanistliyə doğru hərtərəfli 

tənzimlənmiş  və ümumiyyətlə zaman-zaman tamamilə  ləğv edilməsinə 

yönəldilmişdir. Ona görə  də müharibə zamanı  əsarətə alınma prosesi 

tədricən zəiflədilmiş,  əsirlikdən azadedilmə proseduru isə get-gedə 

yüngülləşdirilmişdir. Köləlik olan dövrdə də kölələrə müvafiq olaraq mühüm 

                                                 

73

 Ərdəbili Cəmal əd-Din Yusif, Göstərilən əsər, s.258 



74

 Tehrani Əbubəkr. Kitabi-Diyarbəkriyyə, s.95-96 

75

  Cəlilov E. Azərbaycanın dövlət və hüququ (XIII-XIV yüz illər). Bakı: Dövlət 



kitab palatası. 1995, s. 295  

76

  Şami Nizaməddin. Zəfər-namə. Azərbaycanın və qonşu ölkələrin tarixinə dair 



iqtibaslar. Türk dilindən tərcümə Z.M.Bünyadovundur. Bakı: Elm, 1992, s. 11 


 Samir Hüseyn oğlu Məmmədov 

 

196 



və  əhəmiyyətli hüquqlar verilmiş  və ümumiyyətlə bu institut islah 

edilmişdir

77

. Kölələrin azad edilməsinə dair bir çox qanunlar məcburi 



xarakter daşımışdır. Məsələn, Quranda zəkat gəlirlərindən sərf ediləcək 

yerlər sadalanarkən «köləlikdən azad etmə» də xüsusilə göstərilmişdir 

(9/60). Ehtiyatsızlıqdan adam öldürənin (4/92), verdiyi andı pozanın (5/89), 

arvadına «sən mənim anam kimisən» tərzində sözləri deyənin (58/3) cəzası 

kəffarə idi ki, iki ay oruc tutmaqla yanaşı bir köləni azadlığa buraxılması 

olmuşdur. Hz.Peyğəmbər də Ramazan ayında qəsdən orucu pozan bir 

müsəlmandan bir köləni azadlığa buraxılmasının imkanı olub-olmamasını 

soruşmuş  və köləni azadlığa buraxanın bunun qarşılığında cəhənnəmdə 

oddan qorunacağını bildirmişdir

78

. Əsirin azad edilməsi məsələlərində qanun 



çərçivəsində  hər hansı bir tərəddüdlü məqamlar yaranırdısa, bu zaman 

əsirlərin azad edilməsi meylinə daha çox üstünlük verilirdi

79

. Müasir dillə 



bunu «kölə azadlığı prezumpsiyası» kimi xarakterizə etmək olar. Kölə 

sahibləri onlarla yaxşı davranmalı, özünün yeyib-içdiklərini, geyindiklərini 

onlara da yedirib, içdirib, geyindirməli idilər, onlara ağır iş verməməli, 

versələr də kömək etməli, onlara «qul», «kölə» kimi sözlər deyilməməli, 

onlar nəinki döyülməməli, hətta onlara sillə də belə vurulmamalı idi. Qadın 

kölələr (cariyələr) sahiblərinin eyni zamanda arvadları kimi idilər, yəni 

onlarla cinsi əlaqədə olub, uşaq sahibi olurdular

80

. Bu uşaq atası tərəfindən 



tanılanda bütün hüquqlara malik bir şəxs hesab edilirdi. Sahibindən olan və 

onun tərəfindən tanılan bir uşaq anası bundan sonra satılmazdı  və sahibi 

öləndən sonra azad sayılırdı

81

. Cariyə ilə ayrıca nikah müqaviləsinin 



bağlanmasına ehtiyac yox idi.  

Kölələr müşriklərdən qaçıb müsəlmanlara qatılanda azad hesab 

olunurdu. Hz.Peyğəmbər kölə və onun sahibi haqqında iki hökm vermişdi: a/ 

kölə darül-hərbdən sahibindən əvvəl qaçıbsa, o, azaddır, sahibi ondan sonra 

                                                 

77

 Hayreddin Karaman. Anahatlarıyla İslam hukuku. s.288-289 



78

 Müslim, es-Sahih, Beyrut, Daru ihyai-t-turasi-l-arabi, cilt 2, s. 782. s.782, 1147; 

Hayreddin Karaman. Anahatlarıyla İslam hukuku. s.288 

79

Sabri Şakir Ansay. Hukuk tarihinde İslam hukuku. Ankara: Acans-Türk Matbaası, 



1958, s. 70 

80

 Hayreddin Karaman. Anahatlarıyla İslam hukuku. s.289 



81

 Sabri Şakir Ansay. Göstərilən əsər, s. 70. 




Müharibələr Zamanı İnsan Hüquqlarının Qorunması Məsələləri  

197 


çıxıb gəlmişsə, kölə ona qaytarılmır; b/ sahibi köləsindən  əvvəl çıxarsa, 

sonra da köləsi gələrsə, bu halda kölə ona qaytarılır

82

.  


XIII-XV  əsrlərdə Azərbaycanda mövcüd olan dövlətlərdə müharibələr 

zamanı qadın və  uşaqlar  əsir alınarkən onların hüquqi vəziyyəti  əsgər 

əsirlərdən fərqlənirdi. Belə ki, əsir qadın və uşaqlar öldürülməməli, onların 

hətta həbs edilməsi qadağan idi

83

. Bu məsələdə islam hüquqçularının 



mövqeləri eyni idi. Qadın və  uşaqların Kitab əhli və ya bütpərəst olmaları 

əhəmiyyət kəsb etmirdi. Hz.Peyğəmbər əsir götürülən ananı və onun həddi-

büluğa çatmamış  uşağını ayırmağa icazə verməmiş, bunun ağır günah 

olduğunu buyurmuşdur: «Kim bir ananı uşağı ilə ayırırsa, Allah da qiyamət 

günü onunla sevdiyini ayırsın»

84

. Hənəfi və hənbəlilərə görə, ikisi də və ya 



biri həddi-büluğa çatmamış iki qardaşı  və bacı-qardaşı da bir-birindən 

ayırmaq haram hesab edilir. Ümumiyyətlə göstərmək olar ki, əsir alınmış 

ailələr haqqında onların qənimət payı olaraq ayırılması yasaqlanmış, ailənin 

bölünməməsi prinsipi mövcüd olmuşdur

85

. Qadın öz köləsini azad etməmiş, 



ona  ərə gedə bilməzdi

86

.  Ərli qadını almaq haram buyurulmuş,  əsir sübay 



qadınları qənimət kimi paylaşdırılmazdan əvvəl onlarla cinsi əlaqədə olmaq 

qadağan olunmuşdur 4/24. Bu və digər hüquqi normalar əsir düşmüş qadınla 

münasibətləri tənzimləyirdi. Ümumiyyətlə  də islam hüququnda «yetim 

qızlar, aciz uşaqlar və yetimlərlə  ədalətlə  rəftar» edilməsi buyurulmuşdur 

4/127. Quranın başqa ayələrində yeni doğulmuş  uşaqların öldürülməsi, 

yetimlərin malını  mənimsənilməsi, uşaqların hüquqlarına digər təcavüz 

formaları qəzəblə lənətlənmişdir

87

 6/137, 152 və s. 



Müsəlman iqtidarına qarşı üsyan qaldıranlar, silahlı qiyam edənlər  əsir 

götürülsə də, onların qadın və uşaqları əsir götürülə bilməzdilər

88

. Hənəfilərə 



görə, siyasi əsirlər döyüşdən sonra sərbəst buraxıldıqları zaman birləşib 

dövlət üçün hər hansı bir təhlükə yaratsalar, onlar yenidən yaxalanaraq, ölüm 

cəzasına məhkum edilə bilərdilər. Şafiilərə və hənbəlilərə görə, siyasi əsirlər 

                                                 

82

 İbn Kayyim el-Cevziyye., c. 4, s. 1427. 



83

 İslam Ansiklopedisi. c. 9, s. 387 

84

 Ahmet Özel. İslam devletler hukukunda savaş esirleri. S. 57 



85

 Ahmet Özel. İslam devletler hukukunda savaş esirleri. s. 58-59 

86

 Sabri Şakir Ansay. Göstərilən əsər, s. 68 



87

 Qurani-Kərim, s. 69, s.82,120, 123 

88

 El-Marqinani Ebu l-Hasen Ali, el-Hidaye. cilt 3, İstanbul, 1987, s. 170-171 




 Samir Hüseyn oğlu Məmmədov 

 

198 



öldürülə bilməz, öldürüldüyü təqdirdə diyələri verilməlidir. Bu məzhəblərin 

siyasi  əsirlərlə bağlı hüquqi görünüşləri Hz.Peyğəmbərin qaçan əsirlərin 

təqib edilməyəcəyini, yaralı olanlara toxunulmayacağını  və  əsirlərin 

öldürülməyəcəyini, onların  əmlakının qənimət kimi alınmayacağı kimi 

hökmlərinə  əsaslanırdı

89

. Siyasi əsirlər itaət etmələri təqdirdə  sərbəst 



buraxılır,  əgər itaət etmirlərsə, döyüş sona çatana qədər həbs edilirdilər. 

Sonra isə döyüşməmək  şərtilə azadlığa buraxılırdılar. Hənbəlilərin bir 

mövqeyinə görə, qadın və  uşaqlar bu məsələdə toxunulmaz olmalı idilər. 

Digərlərinə görə isə, təqsirkar  şəxslərə psixoloji təzyiq göstərmək üçün 

onların qadın və uşaqları həbs edilib, döyüşdən sonra buraxıla bilərdilər

90

.  



Beləliklə, XIII-XV əsrlərdə Azərbaycanda mövcüd olmuş dövlətlərdə 

islam hüququnun tərkibində olan hərbi-hüququ normalar müharibə zamanı 

insan hüquqlarının qorunması  məsələlərini hərtərəfli və çox dolğun  şəkildə 

tənzimləmişdir.  İslam hüququnun insan hüquqlarının qorunmasına dair 

hərbi-hüquqi normaları hal-hazıradək öz aktuallığını itirməmişdir ki, bunun 

bariz nümunəsi «aman» hərbi-hüquq institutudur. Fikrimizcə, bu və insan 

hüquqlarının qorunmasına dair digər islam hüququnun institutları hazırda 

xüsusilə  də Yaxın  Şərqdə baş verən silahlı münaqişələr zamanı 

müvəffəqiyətlə tətbiq oluna bilərdi. 

                                                 

89

 İslam Ansiklopedisi. c. 9, s. 387 



90

 Ahmet Özel. İslam devletler hukukunda savaş esirleri. s. 90-91 



Yüklə 454,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə