Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 465,29 Kb.
Pdf görüntüsü
tarix19.10.2018
ölçüsü465,29 Kb.
#74702


 

 



 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 

ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 14 SENTYABR (EYLÜL) 2010




Qur’an baxımından insan təkamülünün ictimai davranış normaları

 

237 


 

 

QUR’AN BAXIMINDAN İNSAN TƏKAMÜLÜNÜN  

İCTİMAİ DAVRANIŞ NORMALARI  

 

Məryəm Zarei Əqdəm 

AMEA M.Füzuli adına  

Əlyazmalar İnstitutunun doktorantı 

 

Açar sözlər:  Qur’an, insan, ictimai davranış,  əqli və  mənəvi 

təkamül 



Key words: Koran, man, social behavior, intellectual and 

spiritual evolution 

Qur’an insan və  cəmiyyət həyatına olan öz məntiqi və  əxlaqi ba-

xışları ilə ictimai davranış normaları sahəsində böyük bir mədəniyyət 

yaratmış, müsəlmanlara mükəmməl etiqad və  mənəvi kimlik bəxş 

etmişdir. Burada eyni istiqamətə yönələn ümumi ideal və  hədəflər 

toplumda anlaşma, müxtəlif sahələrdə, xüsusilə intellekttual, elmi və 

ictimai yönlərdə təkamülə yetişmək üçün zəmin yaradır.  

İslam bir mədəniyyət fenomeni kimi sabitləşəndən sonra tarixi 

miqyasda bütün ideoloji məktəbləri  əqli-mənəvi dəyərlər baxımdan 

sıxışdırmış, ümumbəşəri din olaraq insan həyatının qalan tarixi kəsi-

mində  zəngin və yeniləşən məktəb kimi tanınmış, insan yaşamının 

bütün cəhətlərini həm maddi, fərdi və ictimai baxımdan, həm də 

axirət və  mənəviyyat baxımından tənzimləyə bilən dəyərlər müəy-

yənləşdirmişdir. 

İslam bütün ilahi dinləri qəbul etməklə dinlər və xalqlar arasında 

anlaşma və  vəhdətə  dəvət edir. Qur’ana görə, Allah tərəfindən 

göndərilmiş bütün peyğəmbərlərin  əsas missiyası  tovhidə  dəvət 

(Nəml: 36), axirəti tanımaq (Ənam: 130),  hikmət (Ali – İmran: 158), 

paklıq və  təqva (Şüəra: 107), insanların nicatı  və  azadlığı  (Ə’raf: 

156),  ədalətli münasibətin bərqərar olması (Hədid: 25) və s. ali 

məqsədləri güdür. 




 Məryəm Zarei Əqdəm 

 

238 


Monoteist dünyagörüşündə varlığın tanınması prinsipal məsələ 

olaraq ictimai təkamül prosesinin mahiyyətini dərk etmək baxımın-

dan önəmlidir. Burada bir neçə məqam diqqəti cəlb edir: 

A. Mütləq hakimiyyətin Allaha məxsus olması. 

Tovhid anlamına Allah istər varlıq aləminə xas həqiqətlərdə, istər 

şəriət hökmlərində iradə sahibidir. Deməli, Xaliq həm varlıq düzə-

ninin xilqətində, həm də  bəşər cəmiyyətinin qanunlarla idarəsində 

hikmətlə, heç bir məhdudiyyət olmadan əməl etmiş, öz elçi və 

qanununu göndərmişdir. 

B. İnsanın ictimai həyatda vəhyə ehtiyacı. 

İnsan tarixi təcrübədən anlayır ki, onun həyatı  nə  qədər çox 

çətinliklərlə üzləşərsə, ali qanunlara olan ehtiyacı da bir o qədər çox 

olar.  İctimai həyatın tənzimlənməsində isə  vəhydən doğan ictimai – 

əxlaqi qaydaların bərqərar olmasına ehtiyac duyulur. Böyük mütə-

fəkkir E.Karl bu barədə belə deyir: “İnsanları doğru yola yönəltmək 

üçün dövrün problemlərini tanıyan, təbabəti bilən, filosof intellektinə 

və ruhani vicdanına malik şəxslərə ehtiyacımız vardır”. (2.s.134). O, 

belə bir missiyanı  İsa peyğəmbərin qanunlarında tapır və yazır: “İsa 

Fələstinin ucqar bir kəndində dedi ki, biz qeyri – maddi və qüdrətli 

bir varlığı sevirik. Biz onu hər  şeydən artıq sevməliyik, insanları bir 

– birinə bağlıyan ilahi varlığı görə bilməsək böyük xətaya yol vermiş 

olarıq. Bu gün bəşərin ilahi qanunlardan üz döndərməsi həmin 

xətadan doğur”. (2.s. 69 – 82) 

İctimai həyatı yaxşılaşdırmaq baxımından bəşərin ilahi vəhyə 

ehtiyacına dəlil olaraq aşağıdakıları göstərmək olar: 

1.  İnsan həmişə hadisələr arasında olan əlaqəni bilməklə  və 

burada düzgün seçimlə  həyatın doğru yolunu müəyyənləşdirə bilər, 

ancaq gerəkliyin mürəkkəbliyi onun hərtərəfli dərkinə mane olur. 

Belə bir əhatəli elm peyğəmbərlərə  vəhy ilə  gəlir. Allah həkimdir və 

varlığın ehtiyacını  məsləhətə görə  təmin edir, ictimai həyat qanunları 

da bu qəbildəndir. 

2.  İnsanın dünyada tələbatı tam ödənilmir və o, həyatın sıxıntı  və 

çətinlikləri ilə qarşılaşarkən iztirab çəkir və belə bir psixoloji 

durumda peyğəmbərlərin təlimi onu tovhid etiqadına, mənəvi bir 




Qur’an baxımından insan təkamülünün ictimai davranış normaları

 

239 


aləmə xas geniş  əbədiyyət vadisinə qovuşdurur, onu sarsıntı  və 

şaşqınlıqdan xilas edir. 

3.  İnsan ictimai varlıq olduğundan onun həyatı  təkcə  fərdi müstə-

vidə  məhdudlaşmır, onun fərdi və ictimai davranış normaları diqqət 

mərkəzində dayanır.  Şəriət qaydaları ictimai həyatı  tənzimləmək 

üçün formalaşır.  İnsanların toplumda xoşbəxtliyi üçün ictimai rəftar 

normaları müəyyən bir düzənə düşməlidir. 

C. Axirət düşüncəsi insanın tərbiyəsində önəmli psixoloji amil 

kimi. Axirətə inam, Allahın dərgahında öz əməllərinə görə hesabat 

vermək, savab və  cəza, insan rəftarını  tənzumləyir, onu öz niyyət və 

fikrini, söz və    əməlini islah etməyə  və naqislikdən kamala doğru 

səsləyir. Bu isə insanı başqasına zülm etməkdən, kimsənin hüququnu 

tapdalamaqdan çəkindirir.  

İnsanın ictimai kamillik istəyi də peyğəmbərlərin gəlişi ideyası 

ilə bağlıdır. Burada bir neçə prinsip diqqəti cəlb edir: 

*  birinci prinsip: peyğəmbərlərin gəlişi insanın kamala doğru 

yüksəlişi üçün zəmin rolunu oynayır. Qur’ana görə dünyada heç nə 

əbəs yerə yaranmayıb, deməli, insanın xilqəti də hədəfsiz ola bilməz. 

*  ikinci prinsip: insan vahid varlıq kimi özündə iki həqiqəti 

birləşdirir: maddi və  mənəvi. Onun cismani varlığı dünyəvi yöndə 

təkamül tapır, deməli, onun ruhi kamalı üçün dünya, bərzəx və 

yenidən oyanış kimi mərhələlər keçmək lazım gəlir. 



*  üçüncü prinsip: insan bütün potensial gücünü təklikdə  işə sala 

bilməz, onun istedadının büyük bir qisminin təzahürü və  səmərə 

verməsi üçün başqa insanlarla birlikdə çalışması lazım gəlir. Deməli, 

insanın təkamülü cəmiyyət içində gerçəkləşə bilər. 



*  dördüncü prinsip:  İnsan ictimai həyatda qanunlara dəyər 

verməsə, belə bir toplum sağlam ola bilməz, ictimai əlaqələr mənəvi 

– dini dəyərlərlə  uğurlu ola bilər. Fərdi və ictimai əlaqələrin 

dialektikasını qura bilməyən bir çox sosioloji məktəblər bəşərin 

təkamülünə sağalmaz zərər vurdular. 

*  beşinci prinsip: dünya həyatı  və axirət arasında  əlaqə  məsələ-

sində insanın mənəvi aləminə önəm vermək peyğəmbər təliminə xas 

cəhətdir. Allah bir yandan maddi həyatdan bəhrələnməyə  təkid edir 

(Qəsəs: 77), o biri tərəfdən isə dünya həyatını  əyləncə  və oyuncaq 




 Məryəm Zarei Əqdəm 

 

240 


kimi qələmə verir, axirəti isə  əbədi bilir. (Ənkəbut: 62). Bununla 

insana anlatmaq istəyir ki, dünya onun ehtiyacının bir qismini təşkil 

edir, onun həqiqi insani – mənəvi tələbatının ödənilməsi daha 

önəmlidir. Beləliklə, bütün peyğəmbərlər ümumi qaydada, islam 

peyğəmbəri isə xüsusi olaraq insan ruhunun kamilliyini önə  çəkir. 

İnsanın mənəvi təkamülü dünyəvi qəlibdə gerçəkləşə bilmir, onun 

vəzifəsi dini əxlaq və  ədəb qaydalarından bəhrələnərək öz dünyasını 

abadlaşdırmaq və axirətini təmin etməkdir. 

Bəziləri islamın təlim və qanunlarının indiki dövrdə  işə yarama-

dığını iddia edirlər, guya bəşər yüz illər öncə olan qaydalardan 

yararlana bilməz. Bunlar məsələnin zahirinə baxır, ona dərindən 

yanaşanlar isə başqa cür düşünürlər. Buna Volteri nümunə  gətirmək 

olar. O deyir: “Məhəmmədin gətirdiyi din, şübhəsiz ki, xristianlıqdan 

üstün idi. Belə ki, islam İsanı Allah, Məryəmi isə Allahın anası kimi 

qəbul etmir. O, heç vaxt xaçpərəstlər kimi bir Allahı üç yerə ayırmır, 

onun dinində kimsə öz tanrısını dişləri ilə  xırdalamır. Bu dində  əsas 

prinsip yeganə Allaha olan imandır”. (3.s.87,193). Buradan görünür, 

insanın mənəvi təkamülündə ilkin şərt vəhdətdir.  Əgər iman tovhid 

əsasında gerçəkləşərsə, bu amil insanları ictimai yöndə  vəhdətə 

yetirə bilər. Fransız tarixçisi yazır: “Doğrusu, bütün məzhəblər 

içərisində  təkcə islam xalis vəhdət ideyasını dünyada yaya 

bilmişdir.” (4.s.143). 

İslam təliminin yeniliyinin səbəbi ondan qaynaqlanır ki, heç vaxt 

xırda hədəflərin ardınca getmir. Kiçik hədəflər üzərində qurulan hər 

bir hərəkat tezliklə ötüb keçir, ancaq böyük hədəflər məhdud deyil və 

bəşər nə  qədər qabağa getsə  də onu göz önündə saxlar. Bu baxımdan 

Qur’an təlimi həmişə canlıdır. Səmavi kitabda deyilir, hər  şey insan 

üçün, insan isə Allah xatirinə yaradılıb, ona görə  bəzi insanlar baş-

qasını özünə Tanrı  və ixtiyar sahibi kimi qəbul etməli deyil (Ali – 

İmran: 64). Beləliklə, zaman və  məkan baxımından məhdudlaşmayan 

ali hədəflər islam təlimini 1400 ildən sonra yeni saxlamışdır  

(5.s.73-76). 

Ümumiyyətlə, islamın gəlişi yeni və  təzə bir təfəkkürün təzahürü 

sayılır. Bu təlim öncə insanın dünya və varlıq aləminə baxışını islah 

etdi ki, bununla kainatı  və onun ilkin başlanğıcla  əlaqəsini düzgün 



Qur’an baxımından insan təkamülünün ictimai davranış normaları

 

241 


öyrənə bilsin və  həmin yolla özünü və öz varlığının hikmətini 

tanısın. Bu isə  bəşəri nihilizmdən qurtararaq həyat, zaman və  hərəkət 

fəlsəfəsini anlamağa yönəltdi.  İnsanın fərdi və ictimai hərəkətini 

tənzimləmək üçün kainatın bu ümumi düzənli hərəkətini dərk etmək 

lazımdır. 

Bununla anlayırıq ki, Qur’an dünyaya hakim kəsilən zülmət 

yerinə nur, təcavüz və zülm yerinə  ədalət və insaf, zorakılıq yerinə 

yardım və lütf, cəhalət yerinə elm, bütpərəstlik yerinə tovhid irəli 

sürür, bəşərin bir ailədən olduğunu söyləyir: “[Ya Rəsulum] Biz səni 

bütün insanlara [möminlərə  Cənnətlə] müqidə verən, [kafirləri isə 

cəhənnəm  əzabı ilə] qorxudan bir peyğəmbər göndərdik. Lakin 

insanların  əksəriyyəti bilməz”. (Səba: 28) Dərindən yanaşdıqda çağ-

daş dünyada nə zorakılıq və  qəsbkarlıq, nə  də bütpərəstlik bitməyib. 

Bəşər cəhalət və  nəfsin zülmətindən xilas ola bilməyibsə, deməli, o 

hələ  də Qur’anın həyati təlimindən uzaq qalmışdır. Vüktor Hüqo 

demişdir: “Bizim qanunçu, geniş  və yazıçı kimi hər birimizin vəzi-

fəsi bütün ictimai qüvvələri xalqın çətinliklərini yüngülləşdirməyə 

sərf etməkdir, biz onu gələcək şərəfli həyata yönəltməliyik” (4.s.17). 



Təkamülün meyarı. Öncə bu məfhuma aydınlıq gətirmək üçün onu 

həqiqi və  məcazi olaraq iki qismə bölürük. İnsana olan baxışlarda bu 

məfhumun yanlış qavramı    səhvlərə  səbəb olub. Həqiqi təkamüldə bir 

şey naqislikdən kamilliyə doğru hərəkət edir və onun mahiyyətində 

dəyişiklik baş verir; məs, toxumun gülə çevrilməsi. Məcazi təkamül 

odur ki, naqis bir şey məhv olur və kamil bir şey onu əvəzləyir; məs, 

modern təyyarələrin köhnələri əvəz etməsi (6.s.517-518).  

Birinci meyar: güc. Güc amilinin təkamülü insanın təbiətə hakim 

olması  və elmi inkişafla bağlıdır. Bu yöndə Qur’an bəşərin elmi 

tərəqqisinə aid çoxlu dəlillər gətirir. 

İkinci meyar: Bilgidə  təkamül insanın təbiət, özü və tarixə 

baxışında yaranan ayıq münasibəti  əhatə edir. İslam sivilizasiyasına 

aid çoxsaylı kitablarda həmin mədəniyyətin yüksəldiyi elmi zirvə  və 

keçirdiyi çiçəklənmə  mərhələsi öz əksini tapıb. Bəllidir ki, bu 

sivilizasiyanın sonrakı  mədəniyyətlərin formalaşması  və inkişafına 

təsiri heç bir şübhə doğurmur və bunu təkcə müsəlmanlar deyil, 

Cürci Zeydan, Vil Durant, Qustav Lobon, Fustel Dokulanş  və başqa 



 Məryəm Zarei Əqdəm 

 

242 


qeyri – müsəlman müəlliflər təsdiq etmişlər. Z. Hunke “Avropada 

islam mədəniyyəti” adlı kitabında yazır: “İnsan Mərkəzi Avropanın 

95 faizinin ІX-XІІ  əsrlərdə savadsızlığını düşünərkən, böyük Karlın 

yazmaq kimi çətin peşəni öyrənmək istəyi yada düşür. O zaman və 

yüz il ondan sonra Avropa əyanları yazı bilmədiklərinə görə  fəxr 

edirdilər. Yalnız bir neçə rahib yazmağı bacarırdı. Həmin dövrdə 

minlərlə islam mədrəsəsində 6-11 yaşında oğlanlar və  qızlar dizi üstə 

oturub yazı yazır, Qur’an ayəsini hecalayırdılar. Halbuki İsanın mü-

qəddəs kitabı yalnız keşişlərlə danışırdı. Mədrəsələrin  əsas hədəfi bu 

idi ki, hər kəs savadlanaraq islama gəlsin və  Şərq ilə  Qərb arasındakı 

fərqin keçmişi buradadır” (7. s. 399-400). 

Qur’an dəfələrlə göy aləmi, ulduzlar və varlıq aləminin başqa 

sirləri barədə düşünməyə  dəvət edir, burada dünya düzəni, bitki, 

heyvanat aləmi və  bütün xilqətinin qanunauyğunluqları, xalqların və 

cəmiyyətlərin vəziyyəti barədə verilən arqumentlər bir daha göstərir 

ki, Qur’an insanları  təkamül prosesini və onun meyarlarını izləməyə 

yönəldir (8.s.124). 

Üçüncü meyar: azadlığın təkamülü. Bu növ təkamül insanın tə-

biətdən, eqoizmdən və başqalarının  əsarətindən azad olmasını  nəzər-

də tutur. Bütün ilahi dinlər, xüsusilə islam insanların azadlığını  və 

əqidə seçimini irəli sürür. (Kəhf: 29, Bəqərə: 285). 

Peyğəmbərlər bəşəri öz düşüncəsini hərəkətə  gətirməyə  və intel-

lektə çağırırlar.  İngilis  şairi Milton deyir: “Fikir azadlığı insanları 

bilik toplamağa yönəldir, islam varlıq üfüqlərini insan düşüncəsinin 

üzünə açdı, onu azadlığa və çalışmağa dəvət etdi. (9.s.35). 

Qur’anın ictimai təkamül ideyası bir neçə baxımdan diqqəti cəlb 

edir: 


A. Qur’anın ictimai qaydaları  işığında intelleketual inkişaf. 

Qur’anda aydın  şəkildə deyilir ki, Peyğəmbərin gəlişi insanı zülm 

zindanından azad edərək onun həyatının bütün sahələrini sarıyan 

batil xurafat zəncirlərini sındırdı: ”Peyğəmbər onlara yaxşı  işlər 

görməyi buyurar, pis işləri inkar edər, təmiz nemətləri halal, murdar 

şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər, üstlərindəki 

buxovları açar...”(Ə’raf:157). Ağıl insan mahiyyətinin  əsası, onu 

başqa canlılardan fərqləndirən  ən fəzilətli dəyərdir. Ağıl  ən dəyərli 




Qur’an baxımından insan təkamülünün ictimai davranış normaları

 

243 


gövhər, sərvət və nemətdir ki, onun gerçək qiymətini və  təkamül 

yolunu tanımaq gərəkdir. (10.c.1.s.370). Ağılın dəyəri onunla 

müəyyən edilir ki, insan onunla idarə olunur, doğrunu yalandan seçir. 

Bəşərin fərdi və ictimai həyatının tənzimlənməsində intellekt əsas 

yer tutur. Həyatın çətinlikləri nə  qədər çox olarsa, ağılın praktiki 

əhəmiyyəti bir o qədər çox olar. İbtidai çağlarda onun fəaliyyət 

çevrəsi fərdi qəbilə maraqları ilə  məhdudlaşırdı, bu gün intellektin 

ictimai funksiyası olduqca genişdir. “İnsanın insaniyyəti,  şəxsiyyəti, 

kamalı  və onun varlığının dəyəri ağılla ölçülür.” Ağıl və 

intellektualizm o zaman faydalı olur ki, bəşər həyatının müxtəlif 

tərəflərini, xüsusilə, ictimai həyatını  əhatə etməklə onun qarşısına 

çıxan sual və  çətinliklərə cavab verə bilsin. “Ağıl bütün işləri islah 

etməyə qadirdir, ona görə xalqın və  cəmiyyətin maraqları  ağıl ilə 

təmin oluna bilər.” (10.c.1.s.110;c.2.s. 210). Öncə  işarə etdiyimiz 

ayədə  “əsr” – zindan sözü işlənib. Burada zəncir sözünün cəmi 

(iqlal) işlənib və bu da insanın  əl – qolunu bağlayır. (11.c.1. s.61). 

İslamdan öncə bütün dünya bölgələrində – Yunan, Roma, İran, Hind 

və s. ayrıseçkilik, bütpərəstlik, kəskin ictimai təbəqələşmə, irtica, əx-

laqi düşgünlük, ekstremizm hökm sürürdü. Qur’an nurunun şöləsi 

təkcə  Ərəbistan yarımadasına deyil, bütün qaranlıq dünyaya yayılma-

ğa başladı. Bəşərin keçmiş  həyat üfüqləri cəhalət və xurafat buludları 

ilə örtülərkən islam və Qur’an günəşi insanlar arasındakı  təbəqələş-

mələri bir kənara qoydu, insanlığa zidd olan batil meyarları elm və 

təqva dəyərləri ilə  əvəzlədi, bununla da ən yüksək  əxlaqi və  məfku-

rəvi bir hərəkatın bünövrəsini qoydu. İslam ağıl nuruna söykənərək 

insanlar arsında xurafatdan uzaq qardaşlıq peymanı qura bildi. Hal-

buki cahiliyyə dövründə  qəbilə qanunları hökm sürürdü və burada 

intellekt deyil, təəssüb əsas götürülürdü, qadınlar hüquqsuz idi. 

İslam icmasında toplumun üzvləri arasında qardaşlıq, qarşılıqlı 

ülfət və yardım önə  çəkilir: cahiliyyə  və traybalizm ünsürləri üzərin-

də qurulan bir icmadan əqli dəyərlərə  əsaslanan bir topluma keçid 

islamın ictimai təkamül qanununun əhəmiyyətini göstərir. Vəhy 

məktəbi cəmiyyətin təkamülünü  əqli inkişaf işığında mümkün sayır, 

çünki intellektual tərəqqi yolunda hərəkət edən insan qlobal 

səviyyədə  fəzilətli cəmiyyətə doğru yüksələ bilər. Belə bir 



 Məryəm Zarei Əqdəm 

 

244 


cəmiyyətin fərdləri daima kamilliyə doğru yüksəliş pillələrini bir – 

birinin ardınca keçə bilir. (10.c.1.s.578).  

B. Qur’anın ictimai qanunları  işığında insanın elmi inkişafı. 

Elmin bəşər həyatının təkmilləşməsindəki funksiyası köklü və 

inkaredilməz bir məsələdir. 

İslam mədəniyyətində elmlərin 

öyrənilməsinə maraq daha güclüdür və burada biliyə  təkan verən 

amilləri belə ümumiləşdirmək olar: 

1. Qur’an və sünnətdə elmə həvəsləndirmə. 

Alimin cahildən üstünlüyü vurğulanır və ritorik sual ilə  məsələ 

belə qoyulur: “Bilənlər və bilməyənlər bərabər olarmı?” (Zumər: 9). 

Peyğəmbər belə buyurmuşdur: “Dünya ardınca gedən elm ardınca 

getsin, axirət ardınca gedən  elm ardınca getsin, hər ikisini istəyən də 

elm ardınca getsin.” Həzrəti – Əli buyurub ki, elmi həyatdan 

bəhrələnmək üçün qazanmışlar. Qur’an ayələrində elmə  dəvət 700 

yerdə vardır ki, bunlar müxtəlif sahələri – kosmologiya, geologiya, 

biologiya, təbabət, botanika, antropologiya, psixologiya, sosiologiya, 

hüquqi məsələlər, iqtisadiyyat, idarəetmə  və siyasəti  əhatə edir. Bu 

səbəbdən müsəlmanlarda müxtəlif elmi istiqamətlərdə araşdırma 

aparmağa maraq yaranmışdı. Corc Sarton elm tarixinə yazdığı 

girişdə belə bir sual verir: Əgər elmlərin Qur’anda təmərküzləşdiyini 

dərk etməsək müsəlmanların elmi inkişafı barədə  nə cür düzgün 

məlumat ala bilərik? (12.s.101). 

2. Qur’anın təbiəti öyrənməyə çağırışı. 

Bu səmavi kitabda təbiət və onun xilqətindəki hikmət barədə 

dərindən düşünmək təkidlə vurğulanır: “De ki: “bir gör göylərdə  və 

yerdə (Allahın birliyini və qüdrətini nümayiş etdirən) nələr var!” 

(Yunus:101) “məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə 

baxmırlar ki, necə ucaldılmışdır? Dağlara baxmırlar ki, necə dikəldil-

mişdir? Və yerə baxmırlar ki, necə döşədilmişdir?” (Qaşiyə: 17-20). 

İslam sivilizasiyada elm və  mərifətə verilən böyük əhəmiyyət 

başqa mədəniyyətlərdə çox az müşahidə edilir. Qur’an təlimi xilqətin 

başlanğıcı  və sonu, dünyanın yaranması  və idarə olunması, insan və 

onun taleyi barədə çox dəyərli və ibrətamiz bilgilər verir, insanı bu 

və ya digər məsələlərin mahiyyəti barədə düşünməyə sövq edir. 

3. Elmi mənbələrdən bəhrələnməyə həvəsləndirmə. 




Qur’an baxımından insan təkamülünün ictimai davranış normaları

 

245 


Bir sıra dini – ideoloji məktəblərdə elmi fəaliyyət üçün məh-

dudluq və  hətta qadağa olmuşdur, ancaq Qur’ani – şərifdə bu yöndə 

heç bir məhdudluq yoxdur. Bir ayədə deyilir: “O kəslər ki sözü 

(ibrəti) dinləyib onun ən gözəlinə meyl edərlər. Onlar Allahın doğru 

yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır.” (Zumər: 

18). Nəbəvi hədisdə deyilir: “Elmi Çində  də olsa, arayıb tapın!” 

(13.c.1.s.18). “Elm öyrənmək qadınlar və kişilər üçün vacibdir.” 

(14.s.83). Başqa yerdə “Elmi beşikdən qəbrədək axtarın” deyir. 

Beləliklə, elm üçün coğrafi, cinsi, dini – milli və yaş  məhdudluğu 

qoyulmur. Mömin bütün hallarda elm öyrənməlidir. 

C.  İnsanın ictimai ədalət və  bərabərliyə doğru təkamülü. 

Peyğəmbərin gəlişi bəşər tarixinin sosial çöküş dövrünə  təsadüf edir 

və  bəşər onun islam tarixində  gətirdiyi  ədaləti hələ  təcrübə 

etməmişdi. Qur’anın  ən mühüm və  əhatəli konsepsiyalarından biri 

cəmiyyətin təkamülü məsələsi idi; Peyğəmbər özü ilə başqaları 

arasında fərq qoymadan ictimai ədalətin bariz nümunəsini göstərdi: 

savaşda və sülhdə, səfərdə  və sükunətdə, ibadət və ailə  işlərinin 

tənzimlənməsində heç vaxt özü üçün imtiyaz istəmədi.  Əli (ə) də 

islam bölgələrinə  rəhbərlik edərkən onun beytül – maldan olan payı, 

geyimi, yeməyi başqalarından fərqlənmədi, özü əkinçilik etdi, 

məhkəmənin onun əleyhinə  çıxardığı  qərara hörmətlə yanaşdı. 

İslamın ictimai qaydalarına  əməl etməklə toplumda tovhid və birlik 

ruhiyyəsini canlandırmaq, hamını ilahi hüdudların çərçivəsində 

ədaləti saxlamağa yönəltmək mümkündür. Qur’an bu barədə belə 

buyurur: “Bunlar Allahın qoyduğu sərhədlərdir. Hər kəs Allaha və 

peyğəmbərə itaət edərsə, Allah onu ağaclar altından çaylar axan 

cənnətlərə  əbədi olaraq daxil edər ki, bu da böyük uğur və 

qurtuluşdur!” (Nisa: 13). 

Qur’an iman əhlini  ədalət tərəfdarı bilir, qəbilə, etnik və ailə 

münasibətini önəmli hesab etsə  də,  ədalətin icrasını  hər  şeydən zəruri 

sayır. Volterə görə, islam ciddi bir təlim olaraq əxlaqi paklıq 

baxımından haram işləri rədd edir, insana yardım etməyi tövsiyə 

edir. Bu din insanların birgə yaşayış qaydalarını  tənzimləyir. 

(3.s.87,193,244-245). Cəmiyyətdə sabitlik və xatircəmliyin təminatı 

üçün burada ədalət və hüquqların qorunması olduqca zəruridir. 



 Məryəm Zarei Əqdəm 

 

246 


Məmləkət və  şəhərlərin  əmin – amanlığı  fəzilətli cəmiyyətin  əsas 

şərtlərindəndir. Qur’an bu mənada Məkkəni möhtərəm və  əmin – 

amanlıq məskəni kimi təqdim edir. (Ənkəbut: 67, Bəqərə: 125). Yəni 

fəzilətli toplumda onun üzvləri nə  qədər çox imanlı olsalar, burada 

əmin – amanlıq və xatircəmlik daha çox olar. İnsanın dəyəri onun 

imanı ilə ölçülür, ona görə Qur’an çox halda iman əhlinə xitab edir. 

Əmin – amanlığın kökü qorxusuz və xatircəm həyat tərzidir.  

Qur’an ictimai yöndə imanlı bir toplum istəyini ortaya qoyur və 

iman isə  ədalətlə birləşir, qorxu və iztirabı aradan qaldırır.  İslamın sosial 

məsələlərə qayğısını önə  çəkən Bertran Rassel deyir ki, islam monteizmi 

aydındır və bu dinin yaratdığı sivilizasiya üstün mövqeyə malikdir, onun 

əhəmiyyətini kiçiltmək olmaz. Müsəlmanlar bir çox elm və  mədəniyyət 

nümunələrini Avropaya ötürmüşlər. (15.s.213-234). 

Sonda belə  nəticəyə  gələ bilərik ki, islamın ictimai proqramı 

dərin və  hərtərəfli bir təlim  əsasında formalaşmış, elm və 

mədəniyyətin inkişafına səbəb olmuşdur. Bu təlimin  əsas prinsipi 

təcavüz və zülmə qarşı yönəlib. 

A.  İslam insanın fiziki və maddi inkişafı, sağlam qidalanması ilə 

yanaşı, onun əxlaqi – mənəvi tərbiyəsini önə  çəkir, yetim və başqa 

ehtiyac içində olan təbəqəyə qayğı ilə yanaşmağı, cəmiyyətin harmo-

nik inkişafını əngəlləyən natarazlıqların qarşısını almağı təkid edir. 

İctimai münasibətlərdə başqalarının 

şəxsiyyətini aşağılayan 

amillər rədd edilir, çünki bu sayaq hərəkətlər toplumun mənəvi 

dayaqlarını sarsıdır. (Nisa: 148). 

B. Toplumun üzvləri arasında insani duyğuları genişləndirməklə, 

qarşılıqlı yardım və toplumun islah edilməsini diqqət mərkəzində 

saxlayır. 

C. Toplumun üzvləri bir – biri qarşısında məsuliyyət daşıyır, bir 

– birinin maddi və  mənəvi hüquqlarını  təmin edir, problemləri 

məşvərət yolu ilə həll edirlər. 

D. Ayə  və  hədislərdə söhbət eyni zamanda insan əməlinin 

cavabından gedir, ən kiçik zülm və haqsızlığa yol verilmir. Qiyamət 

və axirətdəki haqq – hesab məsələsi insanları psixoloji baxımdan öz 

əməllərini islah etməyə, eyni zamanda onlara daxildən və xaricdən 

edilən təcavüzlərə qarşı mübarizəyə səsləyir.  




Qur’an baxımından insan təkamülünün ictimai davranış normaları

 

247 


 

ƏDƏBİYYAT 

 

1.Qur’ani-kərim. 



2. Rah o rəsme-zendegi. Aleksis Karl. Tərcome: Pərviz Dəbiri. 

Tehran. Çapxaneye-Ferdovsi. 1354 

3. Eslam əz nəzəre-Volter. Cəvad Hədidi. Tehran. Tus.1379 

4. Tarixe-təməddone-Eslam və  Qərb. Qustav Lubon. Tərcome: 

Məhəmməd Təqi Fəxrdai Gilani. Tehran. Enteşarate-mətbuat.1380  

5. Xatəmiyyət. Murtəza Mütəhhəri. Tehran.Sədra. 1376 

6. Məcmumeye-asare-Murtəza Mütəhhəri. Tehran. Sədra. 1380 

7. Tarixe-təməddon. Vil Durant. Tərcome: Neman Sarimi, 

Payənde Tahiri. Tehran. Enteşarate-amuzeş.1379 

8. Qor’an dər eslam. Məhəmməd Hüseyn Təbatəbai. Qum. 

Dəftəre- enteşarate-eslami. 1378 

9. Nəqşe-pəyambəran dər təməddone-eslam. Fəxrəddin Hicazi. 

Tehran. Enteşarate-Bəsət. Tarixsiz. 

10.  Şərhe-qürərül-hikəm və dürərül-kiləm. Cəmaləddin Məhəm-

məd Xansari. Daneşqahe-Tehran.1373  

11. Müfrədat. Rağib  İsfəhani. Tehran. Enteşarate- Murtəzəvi. 

Tarixsiz. 

12.  Əz elme-sekular ta elme-dini. Mehdi Qolşəni. Tehran. 

Pəjuheşqahe-olume-ensani. Tehran.1377  

13. Biharül-ənvar. Məhəmməd Baqır Məclisi. Beyrut. Darül-

ehyaüt-Tiras.1403  

14. Nəhcül-fəsahə.  Əbülqasım Payənde. Tehran. Enteşarate-

Cavid.1382 

15. Tarixe-fəlsəfeye-Qərb. Bertrand Rassel. Tərcome: Nəcəf 

Dəryabəndəri. Enteşarate-cibi. 1365  

 



 Məryəm Zarei Əqdəm 

 

248 


 

СОВЕРШЕНСТВО ЧЕЛОВЕКА В СВЕТЕ 

ОБЩЕСТВЕННЫХ НОРМ ПОВЕДЕНИЯ КОРАНА 

(Резюме)  

 

В  статье  проанализирован  вопрос  о  совершенства  человека  в 



свете  общественных  норм  поведения  Корана.  В  священной 

книге  ислама  морально-нравственные  качества  индивида  всегда 

связаны  с  окружающим  его  обществом,  его  личные  интересы  не 

отделимы от интересов общества.  

По  Корану  каждый  член  общества  несет  ответственность 

перед  другим  и  все  нравственные  призывы  направлены  на 

интеллектуальное  и  духовное  совершенство  человека.  А  также 

формирование цивилизированных общественных отношений.   



Ключевые 

слова: 

Коран, 

человек, 

общественное 

поведение, интеллектуальное и духовное совершенство  

 

 



THE MAN’S EVOLUTION IN KORANIC  

SOCIAL NORM OF BEHAVIOR  

(Summary)  

 

Main aspects of Koranic conception about the genesis and Man’s 



evolution  in social norm of behavior have been analyzed in this paper.  The 

Holy Koran  expresses interdependence between the individual and social 

values of man and society, whose interests are inseparable.  

Every member of society have bear responsibility for others, the all 

ethical-spiritual messages of Holy Koran are directing for intellectual and 

spiritual evolution of man and society, for the  formation of civilized relations 



also.  

 

Təqdim etdi: 

f.e.d. N.Göyüşov 

Tövsiyyə etdi:  

AMEA-nın M.Füzuli adına Əlyazmalar  

 

 

 

İnstitunun Elmi Şurası, Protokol No 12, 

tarix 5.11.2010 

 

Yüklə 465,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə