Gender ölçüsündə din
395
qadın öz ərindən ayrılsa və başqasına getsə, (o) zina edir» (Mark, 10,12).
İisus qadının kişi ilə bərabərləşməsinə tərəfdar idi.
Ancaq İisusun qadınla bağlı fikirləri Xristianlıqda yayılmadı və bu
məsələdə əks mövqedə duran apostol Pavelin görüşləri isə Xristianlıqda
qərarlaşdı. Pavel qadına münasibətini qəti şəkildə bildirirdi: «Sizin arvad-
larınız kilsələrdə sussunlar» (I Kor.14,34). Xristian icmasında qadınlar ümu-
miyyətlə, bütün hüquqları bölüşürdülər. Onlara tam dəyərli Xristian kimi
baxılırdı. Ancaq dini təcrübədə onlar ikinci yerə sıxışdırıldı. Xütbə (moizə)
ilə çıxış etmək, dini mətnin-Yazının teoloji şərhi ilə məşğul olmaq üçün
qadınlara izin verilmirdi, yəni onlar «öyrədə» bilməzdilər. Pavel deyirdi:
«Arvad öyrədə bilməz, ərinə hökm edə bilməz, amma səssiz dura bilər. Çün-
ki öncə Adəm yaradılıb, sonra isə Həvva və Adəm yolunu azmayıb, arvadı
yoldan çıxaraq cinayətə yuvarlanıb» (I Tim.2,12-14); «…Kişi arvaddan de-
yil, arvad kişidəndir; kişi arvad üçün deyil, arvad kişi üçün yaradılıb» (11.3
və s).
Xristianlıq ailə-nikah məsələsinə İudaizmdən fərqli şəkildə baxdı. Pavel
kişi və qadına ayrı-ayrılıqda yaşamağı tövsiyə edir, nikahın isə yalnız «zəruri
şər» olduğunu söyləyirdi. O, nikahı yalnız «ehtirasdan yananlar», nəfs
istəklərini, şəhvət istəklərini iradə gücünə boğa bilməyənlər üçün məsləhət
görürdü, ancaq onlar da instinktlərini ağılla, mənəviyyatla tarazlamalı idilər.
Yaxşı olardı ki, insanlar könüllü olaraq qardaş və bacı kimi yaşasınlar, çünki
«bədən zina üçün deyil, tanrı üçündür» (I Kor 6,13). Pavel göstərirdi ki,
nikah nəsili davam etdirmək üçün deyil, yalnız şəhvəti ödəmək üçündür.
Sevgi «zina»dır, əxlaqsızlıq və günahdır.
Bir qədər sonra Pavelin fikirləri, göstərişləri xristianlığın dəyişməz
qanunlarına, ehkamlarına çevrildi. Xristianlıq tərəfindən qadın qəti şəkildə
şər qaynağı, günah təcəssümü sayıldı. Xristianlığın hökmünə görə qadının
günahı üzündən bəşəriyyət, insanoğlu fəlakətə sürükləndi. Bu düşüncə orta
çağda daha kəskin xarakter aldı, qadına əcinnə, cadugar, sehrbaz timsalı kimi
baxıldı. Fransanın xalq qəhrəmanı Janna D
\
Arkın kilsə məhkəməsində
sehrbazlıqda, din dönüklüyündə ittiha edildi, yandırılması saysız örnəklərdən
biridir. Qadın iyrənc məxluq sayıldığı üçün o, İngiltərədə XVI yüzilə qədər
İncilə əl vura bilməzdi.
10
Kilsənin mehrab yerləşən hissəsinə qadınların
girməsinə yasaq qoyuldu və bəzi protestant kilsələri istisna olmaqla qadınlar
rühani rütbəsi də ala bilmədilər.
11
Aygün EYVAZLI
396
Xristianlıq ailə-nikah məsləsində İudaizmlə müqayisədə qadınların
xeyrinə bəzi dəyişiklik etdi. Belə ki, o nikaha girənlərin (kişi və qadının)
qarşısına daha yüksək etik tələblər qoydu. Ancaq qadının sosial statusunda,
durumunda ciddi bir yenilik yarada bilmədi. İsaya tamamilə sədaqətli olan
və onun uğrunda bəkarətini, əxlaqını qoruyub saxlayan şəxsiyyət dindar
xristianların idealı sayılırdı.
12
Roma katolik kilsəsinin ruhaniləri qarşısında
qoyulan nikahsızlıq və cinsi əlaqələrdən qəti şəkildə çəkinmə tələbi, kişi və
qadın rahibliyinə, tərkdünyalığına Xristianlıqda xüsusi yer verilməsi buradan
irəli gəlirdi. XX yüzildə bu tələblər bir qədər mülayimləşdi. Bununla belə,
Xristianlıq həm də cinsi asketizm və nikahsızlıq meyli ilə xarakterizə olu-
nur
13
.
Beləliklə, Xristianlıq qadının sosial həyatında ciddi bir dəyişiklik etmədi,
ona yalnız ailə və dini icmada yeni bir mövqe tutmaq imkanı verdi.
Buddizm qadının sosial statusu ilə bağlı olaraq İudaizm və Xristianlıq-
dan bir qədər fərqlənsə də, əslində qadını tabeçilik durumundan, kişi asılı-
ğından qurtara bilmədi. Budda öncə qadınları öz dininə qəbul etmək istəmə-
mişdi. Yaxın silahdaşının tövsiyəsi ilə buna razılıq verdikdən sonra təəssüf-
lənmiş, qadınların iştirakının dinin davamlılığına mənfi təsir göstərəcəyini
bildirmişdi.
14
Tanrının birliyinə, təkliyinə, onun ortağı olmamasına inam, etiqad demək
olan monoteizmi heç bir din İslam qədər incəliklə və ardıcıllıqla təfsir
etməyib.
15
Nə də heç bir dində gender münasibətləri İslamda kimi dəqiq və
aydın şəkildə müəyyənləşməyib. İslam qadına heç bir dində olmayan yeri
vermiş, dəyərini yüksəltmişdir. Qurani-Kərim cinslərarası münasibətləri heç
bir dində görünməmiş dəqiqlik və aydınlıqla tənzimləmişdir. Burada qadına
münasibət olduqca qəti və ətraflı şəkildə ifadə edilir, ailə-nikah (kəbin)
münasibətləri hərtərəfli müdaxilə ilə nizama salınır, gender rolları incədən
incəyə təsvir edilir.
Bibliyada, Xristianlıqda insanın yaradılışına, Adəm və Həvvanın cən-
nətdən yerüzünə endirilməsinə dair irəli sürülən fikir Qurani-Kərimdə təs-
diqini tapıb. İlk öncə Adəm ilk insan, ilk peyğəmbər olaraq, sonra isə onun
qabırğasından Həvva yaradılıb. Ancaq Bibliya və Xristianlıqdan fərqli olaraq
qadın «günah» anlayışı ilə alçaldılmır, kişi və qadın qarşılıqlı hörmət və sev-
gi əsasında bir-birinin tamamlayıcısı kimi təqdim edilir. Allah-Təala insan-
lara: «Hamınız bir-birinizdənsiniz» (ən-Nisa, 25) buyurur.
16
Hz. Peyğəmbər
Gender ölçüsündə din
397
bir hədisində qadınlara böyük həssaslıqla, anlayışla yanaşmağı kişilərin
qarşısında bir vəzifə, borc kimi qoyarkən deyir: «Qadınlara yaxşılığı tövsiyə
edin. Çünki qadınlar əyri qabırğa süsüyündən yaradılıblar…Düzəltməyə ça-
lışsan onu qırarsan, olduğu kimi buraxsan əyri qalar».
17
Başqa bir rəvayətdə
isə «Ondan ancaq əyri olaraq faydalanarsan» buyurur.
18
Qadının kişidən yaradılması, yaxud onların ilk öncə bir mahiyyət olması
haqqında ideya mütəfəkkürlərin, sənət adamlarının diqqətini daim çəkmişdir.
Feminist hərakatın əsasını qoyanlardan olan Simona de Bovuar «İkinci cins»
adlı kitabında bu yaradılışa ateist ekzistensialist J.P. Sartrın təsiriylə yanaşa-
raq onu çox dərin məna və məzmunundan soyundurub cılızlaşdırırdı: «Həv-
va…ilk kişinin qabırğasından çıxmışdır. Onun doğulması özü avtonom
olmamışdır.
19
Əslində bu növ yaradılışda kişi və qadının daim bir-birinə can atması,
bir-birinə sevgisi və bu sevgi yolu ilə yenidən birləşib bir tam olmaq istəmə-
ləri qaynaqlanır. Platon sevgidə, bütünlüyə (tamamlığa) can atmada yeni hə-
yatı yarada biləcək yaradıcı bir qüvvəni görürdü.
20
Görkəmli rus şairi Anna Axmatova bu yaradılışın mahiyyətini həssaslıq-
la duyaraq, onu poetik şəkildə belə ifadə edir:
Долгим взглядом твоим истомленная,
И сама научилась томить.
Из ребра твоего сотворенная,
Как могу я тебя не любить?
21
(Sənin yorğun, uzun baxışlarınla,
Özüm də öyrəndim usandırmağı.
Mən ki, sənin qabırğandan yarandım,
Necə sevməyə bilərəm səni mən?)
Kişi ayrılıqda yarımçıqdır. Buna görə də bu yarımçıqlığı aradan qaldır-
maq, tam olmaq, bütün olmaq üçün vaxtilə bir olduğu hissəsinə-qadına doğ-
ru can atır. Eyni zamanda onun keçmiş hissəsi-qadın da bütünlüyə, birliyə
can atır.
Qurani-Kərimin bir çox ayəti ata və anaya qarşı olduqca sayğılı davran-
mağı övlad üçün borc bilir, bu davranışı iman fəzilətindən sonra ən fəzilətli
Dostları ilə paylaş: |