Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 336,37 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü336,37 Kb.
#75965


 

 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 



ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 10 SENTYABR (EYLÜL) 2008




 Mehman İSMAYILOV 

230 


 

Dinlərarası Barışın Qurani Təməlləri 

 

Mehman İSMAYILOV 

 

Müxtəlif dinlərin birlikdə yaşamalarını  təmin edən  əsas amillərin başında 



onların qaynaqlarının eyni kökdən olması  gəlir. Rocer Qarodi İbn  Ərəbinin: 

Hər peyğəmbər bizə Allahın iradəsindən bir şey öyrətdi” sözündən yola çıxaraq 

onu, mədəniyyətlər dialogunun atası hesab edir.

1

 Ancaq bu Qurani ifadəni İbn 



Ərəbiylə məhdudlaşdırmaq doğru deyildir. Çünki Quranın ilk dəvəti, məhz belə 

bir dialoq idi. Hətta, mədəniyyətlər arasında qurulacaq möhkəm dialoq üçün ən 

əsaslı və ən möhkəm zəminin Quranda olduğunu söyləyə bilərik .

2

 



İlahi dinlərdə dəyişməyən ortaq prinsiplər; ilk əvvəl tövhid, ondan sonra 

isə əxlaqi prinsiplər olub, bunlar beynəlmiləl dəyərlər hesab edilir. Bu prin-

siplər bütün peyğəmbərlər tərəfindən qorunan dəyərlərdir.

 

Bəqərə surəsinin 213-cü ayəsi dinlərin birliyini göstərən  ən önəmli 



Quran ayəsidir: 

İnsanlar bir ümmət idi. Allah onlara müjdə verən və  xəbərdarlıq edən 



peyğəmbərlər göndərdi, onlarla birlikdə haqqı [doğrunu] göstərən kitab en-

dirdi ki, ixtilaf halında olduqları  məsələlərdə insanlar arasında hakim olsun 

[ixtilafları ayırd etsin]. İxtilafa düşənlər kitab verilənlərdən başqası deyildi; o 

açıq-aydın dəlillər gəldiyi halda, bir-birinin haqlarına göz dikirdilər. Sonra 

Allah onların ixtilafa düşdükləri həqiqətə onun izni ilə iman gətirənlərə haqqı 

[doğrunu] göstərdi. Allah istəyəni doğru yola istiqamətləndirər”

 

Dinlərin birliyini göstərən digər bir prinsip də İslamın və onun təbliğat-

çısı olan Hz. Peyğəmbərin nizamlayıcı (musahhih) olmasıdır. Quran, bütün 

dini mətinləri qəbul edərkən, Hz. Peyğəmbər də bütün nəbilər üçün “qarda-

şım” ifadəsini işlətmişdir.

3

 



İslam insanların müxtəlif inanclara sahib olmalarını tolerantlıqla qarşıla-

mış, hətta bu ayrılığı fitri bir zərurət olaraq qəbul etmişdir: 

                                                 

1

 Roger Garaudy, İnsanlığın Medeniyet Destanı, (tərc: Cemal Aydın), Pınar 



Yayınları, İstanbul: 1995, s. 127. 

2

 Orhan Atalay, Doğu ve Batı Kaynaklarında Birlikde Yaşama, Gazetecəler ve 



Yazarlar Vakfı, İstanbul: 1999, s. 195. 

3

 Yaşar Nuri Öztürk, Din ve Fıtrat., Yeni Boyut Yayınları, İstanbul: 1992, s. 233. 




Dinlərarası Barışın Qurani Təməlləri 

231 


Əgər Rəbbin, istəsəydi bütün insanları (eyni dində olan) tək ümmət 

edərdi. Onlar hələ də ixtilafdadırlar”.

4

 



Bu ayə ilə Yunus surəsindəki “İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət 

idilər. Sonra (aralarına ixtilaf düşdüyü üçün) ayrıldılar

5

 



ayəsi ilk baxışda 

bir-birlərinə zidd görünür. Ancaq burada hər hansı bir ziddiyyət yoxdur. 

Belə ki, Yunus surəsində insanların bir fitrət üzrə yaratıldığı bildirilmişdır. 

İxtilaf və fərqliliklər bu fitrətdə deyildir. Bu ayədə isə bu fərqlilik və ixtilaf-

ların səbəbindin bəhs olunmuşdur. 

Burada Quran bir daha işarə edir ki, insanların bir-birindən fərqli görüş-

lərə sahib olmaları, fərqli düşüncələrin ardından getmələri bir təsadüf deyil, 

əksinə Allahın elm və iradəsinin bir nəticəsi olan insan varlığının əsas ünsür-

lərindən birinin təzahürüdür. Əgər Allah bütün insanların eyni inanca bağlı 

olmasını iradə etsəydi-ki bu onun üçün heç də çətin olmazdı - o zaman zehni 

inkişaf tamamilə dayanar və “insanların hamısı yaradılışları etibarıyla Haqqa 

inanıb Allaha itaət edərək mənəvi cəhətdən bəlkə də mələklər kimi olardılar, 

lakin, insan kimi sahib olduqları üstün və  fərqləndirici xüsusiyyətlərdən 

məhrum olub ictimai cəhətdən qarışqalara və yaxud da arılara oxşayardılar.

6

 

Bu da insanın, onun doğru ilə əyrini seçməsini təmin edən və həyatına, onu 



digər bütün canlılardan fərqləndirən əxlaqi bir məna, mənəvi bir şəkil qatma 

imkanı verən sərbəst iradə  və seçmə hürriyətindən məhrum buraxılması ilə 

nəticələnərdi.

7

  



Qurani-Kərim, bir tərəfdən insanları bir Allaha qulluq ətrafında toplaş-

mağa çağırarkən, digər tərəfdən də, başqa din mənsublarını da birləşməyə 

dəvət edir: 

“(Ya Rəsulum!) De: “Ey kitab əhli, sizinlə bizim aramızda (mənası) eyni 

olan bir kəlməyə tərəf gəlin-“Allahdan başqasına ibadət etməyək. Ona şərik 

qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!”

8

 

                                                 

4

 Hud, 11/118. 



5

 Yunus, 10/19. 

6

 Məhəmməd Rəşid Rıza, Təfsirul-Quranil-Həkim, Darul-Marifə, Beyrut: 1935, 



XI/328;  Muhammed Esed, Kur`an Mesajı, (tərc: Cahit Koytak-Ahmet Ertürk), 

İşaret, İstanbul: 1999, I/451. 

7

 Esed, e.a.ə., I/451. 



8

 Al-i İmran, 3/64. 




 Mehman İSMAYILOV 

232 


Bunun üçün isə hər şeydən əvvəl digər dinlərə qarşı tolerantlı olmaq və 

onlara hörmət bəsləmək lazımdır. Buna görə  də Quran, digər din mənsub-

larına tolerantlıqla yanaşmamızı öyrədir. Hər  şeydən  əvvəl bilinməlidir ki, 

dində məcburiyyət yoxdur.

9

 Burada qəsd olunan məna, “başqasının haqsız-



lıqlarına dözmə” deyil, o və ya bu şəkildə “başqasını qəbul etmədir”. Qəbul 

etmədə isə iki fərqli inanc sistemi arasında azda olsa uzlaşma vardır.

10

  

Dində məcburiyyəti qadağan edən ayə, həm teoloji həm də psixoloji cə-



hətdən insanları  məcbur etməyi qadağan edir. Çünkü məcburiyyət sevgi ilə 

qəbul etməyi, nəticədə “təslim olmağı” deyil, diksinməni, nifrəti ortaya çıxa-

rır. Bunlarla iman kimi qəlbin sükunətini istəyən anlayış isə əsla bir-birlərinə 

uyğun deyildir.

11

  

Din termini ümumiyyətlə, həm əxlaqi olaraq əmr edici qanunları, həm də 



onlara uyğun davranmağı ifadə edir və  nəticədə, terminin ən geniş  məna 

çərçivəsini  əks etdirir. Yəni,  əhatə etdiyi əqidəvi prinsipləri və bu prinsip-

lərin praktiki təzahürləri ilə yanaşı, insanın ibadət etdiyi obyektə baxışını, 

nəticədə “etiqad” qavramını da içərisinə alır. Bunun “din”, “inanc” və yaxud 

da “əxlaq sistemi” olaraq tərcümə edilməsi, terminin hansı konteksdə işlədil-

məsi ilə bağlıdır. İnanc və din ilə əlaqəli hər mövzuda məcburiyyətin (ikrah) 

qəti olaraq qadağan edilməsinə əsaslanan bütün İslam hüquqçuları (fukaha), 

istisnasız olaraq, zorla din dəyişdirmənin istənilən halda yanlış  və  təməlsiz 

olduğu və inanmayan bir şəxsə  İslamı zorla qəbul etdirmənin böyük bir 

günah olduğu görüşünü qəbul etmişlər. Bu, İslamın, inanmayanların önünə 

“ya  İslam ya da qılınc” alternativi qoyduğu  şəklindəki uydurmanı ortadan 

qaldıran bir hökümdür.”

12

 Etiqad və iman qəlblə bağlı məsələlərdir. Qəlb isə 



məcburəyyəti qəbul etməz. Çünki məcburiyyətin təsiri sadəcə zahiri əməllər, 

bədən hərəkətləri üzərində görülə bilər. Qəlbi inanclara gəlincə, burada 

etiqad və idrak kimi qəlbi səbəblər rol oynayar. Cəhalətdən elmin doğması 

                                                 

9

 Bəqərə, 2\256. 



10

 Mehmet S. Aydın, “Hoşgörünün Dini Temelleri”, Mehmet S. Aydın İle İçe Kritik 



Bakış-Din-Felsefe-Laiklik, (ed. Mehmet Gündem), İstanbul, 1999, s. 172. 

11

 Mehmet Aydın,  e.a..m., s. 174. 



12

 Esed, a.g.e., I/78. 




Dinlərarası Barışın Qurani Təməlləri 

233 


qeyri-mümkündür. Elmi olmayan teoriyalardan elmi təsdiqə varmaq müm-

kün deyildir.

13

 

İslam ona müxalif əqidələrə sahib olan insanlara tolerantlıqla baxar. Heç 



bir zaman onları, İslamı qəbul etməyə məcbur etməz. Onların dinləri təhqir 

oluna bilməz. Canları və malları mühafizə edilər. Dinimiz, əqidəvi məsələ-

lərdə  açıq-aşkar ona müxalifətdə olduqlarını  təsdiq edənlərə belə bu qədər 

tolerantlıq sahibidir. 

Qurani-Kərim, qarşı tərəfə suallar verərək onun sahib olduğu görüşlərin 

qaynağını və dəlillərini birbaşa “qarşı tərəfin” dilindən təsbit etmək yolu ilə 

onu dinlədiyini, ona hörmət etdiyini ortaya qoymuş və bunu qarşı tərəfə hiss 

etdirib onun ehtiramını qazanacaq bir üslub mənimsəmişdir. O, qarşı tərəfin 

yanlışlarını onun özünün düşünməsini və zehnindəki fikirləri məhz onun 

özünün etiraf etməsini istəyir.

14

 

  Fərqli inanclara sahib insanların birlikdə yaşamalarını Quran bu ayə ilə 



əsaslandırmışdır: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar 

da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncə-

sinə söylərlər.”

15

 Bu ayə, din və vicdan hürriyətinin ifadəsidir. Bir cəmiyyət-

də çox fərqli inanclardan insanlar ola bilər. Bu ayədə belə bir toplumda yaşa-

yan insanların, bu şüurla hərəkət edərək öz inandıqları kimi inanmayanlarla 

hər hansı bir problem olmadan yaşaya bilmələri nəzərdə tutulmuşdur.

16

 



Tarixdə bir çox mədəniyyət və din mənsubları fərqli mədəniyyət və dinə 

mənsub dövlətlərin hakimiyyəti altında yaşamışlardır. Ümumiyyətlə  fərqli 

din və mədəniyyətlər üzərində hakimiyyət təsis edən dövlətlərin digər millət-

ləri özlərinin din və mədəniyyətlərinə tabe etməyə çalışdıqları, onların inanc 

və dəyərlərini zorla dəyişdirməyə cəhd göstərdikləri danılmaz bir həqiqətdir. 

Hətta, bəzən bir dinin digər bir dinə qarşı  hər hansı bir tolerantlıq göstər-

mədiyi və ona sadəcə zülm pəncərəsindən baxdığı da tarixin danılmaz həqi-

qətlərindəndir.  

                                                 

13

 Məhəmməd Hüseyin Təbətəbai, əl-Mizan fi Təfsiril-Quran,  Müessesetü'l-A'lemi 



Li'l-Matbu, Beyrut: 1981, II/347. 

14

 Yusuf Şevki Yavuz, Kur`an-ı Kerim`de Tefekkür ve Tartışma Metodu,  İlim 



Kültür Yayınları, Bursa: 1983, s. 175. 

15

 Ənam, 6/108. 



16

 Süleyman Ateş, Yüce Kuranın Çağdaş Tefsiri, Yenə Ufuklar Neşriyatı, İstanbul: 

1997. III/ 218-219. 



 Mehman İSMAYILOV 

234 


İslamiyyət, tarix səhnəsində ortaya çıxan bu zülm pərdələrini örtmək 

üçün cəhd göstərdi. Əvvəlcə digər din və mədəniyyətlərə sahip insanların ha-

kimiyyət altına aldıqları zaman müsəlmanların necə bir metoddan istifadə 

edəcəkləri təməl prinsipləri ilə ortaya qoyuldu. Quranı-Kərim tərəfindən or-

taya qoyulan bu yeni metod, qeyri-müsəlmanların zimmi statusunda İslam 

hakimiyyətini mənimsəmələrini və ödəyəcəkləri cüzi bir vergi qarşılığında 

onların haqq və hürriyətlərini qorumağı  təmin edirdi. Quranı-Kərimin bu-

nunla geyri- müsəlmanları İslam dini içərisində əritməyi və yaxud da onlara 

zülm etməyi hədəflədiyini söyləmək mümkün deyildir. Onların varlıqlarını 

və inanclarını garantiya altına alan prinsiplər bunu açıqca göstərir.

17

 Hz. 


Peyğəmbər Mədinəyə hicrət etdikdə oranın əhalisinin yarısını yəhudilər təş-

kil edirdi.

18

 Hz. Peyğəmbərin burada etdiyi ilk işlərdən biri, birlikdə yaşama-



nın mümkün layihəsi olan Mədinə konustitusiyasını tərtib edib tətbiq etmək 

olmuşdur. Bu konustitusiyanın 2-ci və 25-ci maddələrində  yəhudilərlə mü-

səlmanlar, vətəndaşlıq və siyasi birlik baxımdan bir toplum (ümmət) qəbul 

edilmiş, hər iki cəmiyyətin dinlərinin təminat altına alındığı bildirilmişdir.

19

 

Bu müqavilə, qan, din, irq və ya sinif ayrılıqlarına  əsaslanmayan, yeni bir 



ictimai kimliklə ortaya çıxan bir cəmiyyətin varlığını elan etmişdir. 

Bu konustitusiyanın formalaşdırdığı  cəmiyyətin xüsusiyyətlərini bu şə-

kildə açıqlaya bilərik: fərqliliklərin qarşılıqlı müqaviləsinə dayanan, ədalət 

və haqq ölçülərinə bağlı, hüquqa və bərabərliyə əsaslanan, sosial, plülarist və 

tövhidi (unitar) bir siyasi mərkəzdə toplanan, qarşılıqlı  mənfəətləri göz 

önündə tutan bir cəmiyyət.

20

 

Bekir Karlığa İslamın digər din və düşüncələrə qarşı baxışını belə açıq-



layır: “İntellektual baxımdan İslam bütün mədəniyyətləri əzəli hikmət çərçi-

vəsi içində ələ alır. Hikmət qavramı İslam düşüncəsində əsas qavramlardan 

biridir. Belə ki, Qurani-Kərim və müsəlmanlar, hikməti nübüvvətlə birlikdə 

müsəlmanların  əsas qaynağı kimi ələ alır və qiymətləndirirlər. Hikmət  Rə-

                                                 

17

 Levent Öztürk, İslam Toplumunda Birarada Yaşama Tecrübesi, İnsan Yay., 



İstanbul, 1995, s. 417. 

18

 Muhammed Hamidullah, İslam Peygamberi, (tərc: Salih Tuğ), İstanbul: 1993, 



I/570. 

19

 Mehmet Okuyan-Mustafa Öztürk, “Kur’an Verilerine Göre “Öteki”nin Konumu”, 



İslam ve Öteki, (red: Cafer Sadık Yaran), Kaknüs, İstanbul: 2001, s. 177. 

20

 Orhan Atalay, Doğu ve Batı Kaynaklarında Birlikte Yaşama, s. 384. 




Dinlərarası Barışın Qurani Təməlləri 

235 


sulullahın ifadəsiylə desək mömünün itən malıdır. Onu harda taparsa gö-

türər. Quranın ifadəsiylə, “Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbə-



di səadət) verilmişdir”.

21

 Quran, yeddi ayəsində müsəlmanların hikməti öy-

rənmələrini və onu mənimsəmələrini vurğulayır. Bu hikmət anlayışına bağlı 

olaraq müsəlmanlar, özlərindən əvvəlki bütün mədəniyyətlərə sahib çıxmış, 

onları mənimsəmiş və hətta onları öz mədəniyyəti kimi qəbul etmişlər.”

22

 



İslam dini sadəcə  əhli-kitabla deyil, dünya həyatında inanlarla inanma-

yanların istər eyni toplumlar olaraq, isətrsə də eyni toplum içərisində birlikdə 

yaşamaları üçün də lazımi tədbirlər görmüşdür

.

 Dövlətlər hüququnun ən əsas 



istinad nöqtəsi olan beynəlmiləl cəmiyyət fikri ilk dəfə Quranda səslənmiş 

və Hz. Peyğəmbərin zamanından başlayaraq beynəlxalq münasibətlər hüquqi 

prinsiplərə əsaslandırılmışdır.

23

  



Beynəlxalq münasibətlərin barış içərisində davam etdirilməsi və bunun 

möhkəm təməllərə oturması üçün qarşılıqlı zəmanəti təmin etmək və haqq və 

hüquqlara ehtiramla yanaşmaq böyük əhəmiyyət kəsb edir. Buna görə  də 

İslamiyyət, istər özəl, istərsə də beynəlxalq əlaqələrdə müsəlmanlara, verdik-

ləri sözləri tutaraq qarşılıqlı zəmanəti sarsıdacaq davranışlardan uzaq durma-

larını,


24

 insanlar arasında heç bir fərq qoymadan ədalətlə davranmalarını, kin 

və düşmənçilik səbəbiylə zülm və haqsızlığa yönəlməmələrini əmr edir.

25

  



Aşağıda məalını verəcəyimiz ayə müsəlmanların geyri-müsəlman dövlət 

və toplumlara qarşı təqib edəcəyi siyasəti ortaya qoyur: 

Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan 

kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə  rəftar etməyi sizə qadağan 

etməz. Allah ədalətli olanları sevər! Allah sizə ancaq sizinlə din yolunda 

vuruşan, sizi yurdunuzdan çıxardan və  çıxartmağa kömək edən kimsələrlə 

dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!”

26

 

Rəvayətə görə bu ayə Hz. Əbu Bəkrin qızı  Əsmanın müşrik olan anası 



onu ziyarət etmək istədikdə nazil olmuşdur. Əsma, gətirilən hədiyyələri qə-

                                                 

21

 Bəqərə, 2/269. 



22

 Bekir  Karlığa, “Hoşgörünün Dini ve Entelektüel Temelleri”, Osmanlı’da Hoş-



görü, Gazeteciler ve Yazarlar Vakfı Yay.,  İstanbul: 2000, s. 104.   

23

 Ahmet Özel, “Gayri Müslim”,  DİA, XIII/419. 



24

 Maidə, 5/1; Nəhl, 16/91, 92, 94 

25

 Nisə, 4/58; Maidə, 5/2,8 



26

 Mümtəhinə, 60/8-9. 




 Mehman İSMAYILOV 

236 


bul etməmiş və eyni zamanda müşrik olan anasını evə buraxmaq istəməmiş-

dir. Məsələ Hz. Peyğəmbərə çatdıqda bu ayə nazil olmuş və sülh içərisində 

ikən müşriklərlə normal münasibətlər qurula biləcəyi hökmü gətirilmişdir. 

Beləliklə müsəlmanlarla onları öz dinlərindən üz çevirmək və ya yurdların-

dan çıxarmaq üçün savaşmayan, savaş  əsnasında düşmənə yardım etməyən 

geyri- müsəlmanlarla ədalət və doğruluğa əsaslanan əlaqələr qurula biləcəyi 

bildirilmiş və bu prinsip tətbiq edilmişdir.

27

 



Təbəri ayədəki “din yolunda sizinlə vuruşmayanlar” ifadəsinin bu 

xüsusiyyəti daşıyan bütün toplumlara şamil olduğunu söylər. Ayədə göstəri-

lən mənfi xüsusiyyətləri daşımadıqca hansı dinə mənsub və hansı etnik qrup-

dan olursa olsun bütün toplumlarla doğruluq və  ədalətə  əsaslanan  əlaqələr 

qurula bilər.

28

 Bundan başqa, müsəlmanlarla müharibə etmədikləri müddətcə 



geyri-müsəlmanlara qarşı müharibə elan edilməz.

29

 



Qurani-Kərimin müşriklərə, kafirlərə  və  İslam dinindən üz çevirənlərə 

belə tolerantlıqla yanaşdığının şahidi oluruq: 

Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndə-

rib mö'minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) 

yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir”

30

 ayəsinin 

təfsirində  Əsəd, mürtəd də olsa, burada inanc kontekstində insanların iradə 

hürriyətinə işarə edildiyini söyləyir.

31

 

Hz. Əbu Bəkrin dindən üz çevirənlərə müharibə etməsi məsələsinə gəlin-

cə, bu onların, “biz, zəkat vermək üçün səninlə (Hz. Əbu Bəkr) deyil, Hz. 

Məhəmmədlə müqavilə bağladıq, buna görə  də  sənə  zəkat verməyəcəyik” 

demələri səbəbiylə baş vermişdir.

32

 Onsuz da Quran qiyamət günündə 



Allahın, fərqli din və insanlar arasındakı ayrımı edərək hansının doğru və 

hansının səhv yolda olduğu hökmünü verəcəyini bəyan etmişdir:  “Həqi-

                                                 

27

 Əbul-Fida İmaduddin İsmayıl b. Ömər İbn Kəsir, Təfsirul-Quranil-Əzim, Dəru 



İhyail-Kutubil-Ərəbiyyə, Qahire : t.y., IV/374. 

28

 Əbu Cəfər İbn Cərir Mühəmməd b. Cərir b. Yəzid Təbəri, Camiu'l-bəyan fî 



təfsiri'l-Quran , Dəru'l-Mərifə, Beyrut,1986, XIV/84. 

29

 Əbu Abdullah Fəxrəddin Mühəmməd b. Ömər Fəxrəddin RaziMəfatihu’l-Ğayb



Dəru’l-Kutubu’l-İlmiyye, Beyrut,1411/1980, XXIX/263. 

30

 Nisa, 4/115. 



31

 Esed, a.g.e., I/167 

32

 Muhammed Abid Cabiri, İslam’da Siyasal Akıl, (tərc. Vecdi Akyüz), Kitabevi, İs-



tanbul: 1997. s. 330-340. 


Dinlərarası Barışın Qurani Təməlləri 

237 


qətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəst-

lər), xristianlar, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə 

batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahid-

dir! (Onların nə etdiklərini və nəyə layiq olduqlarını çox gözəl bilir!)”

33

 Bu 


ayə, bütün inanc sistemlərini ələ alaraq bizə Allah-Təalanın, dünyada sadəcə 

müsəlman və  əhli-kitabı deyil; eyni zamanda digər geyri-səmavi din mən-

sublarını, inanan ya da inanmayan hər kəsi eyni şərtlərlə qiymətləndirdiyini 

və onların hamısına eyni imkanı verdiyini bildirir.

34

  

Başqa bir ayədə də “Onların hamısı eyni deyil. Kitab əhli içərisində düz-



gün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları  səcdə edərək 

Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, (insanlara) 

yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli iş-

lər görməyə  tələsirlər. Onlar əməlisaleh  şəxslərdəndirlər. Onların yaxşılıq 

naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhə-

siz ki, Allah müttəqi olanları tanıyır!

 

35



 buyurularaq kitab əhlinin hamısını 

eyni kateqoriyada ələ almayacağımız ifadə edilir.  

Uca Allahın səmimi şəkildə iman edən əhli-kitaba belə lütüfkar davran-

ması İslamın beynəlmiləl olması baxımdan çox əhəmiyyətlidir. Çünki özlə-

rini Allahın uşaqları və sevimliləri sayan,

36

 axirət yurdunu başqaları üçün de-



yil sadəcə özləri üçün hazırlanmış bir yurd kimi görən yəhudilər və ya xristi-

yanlardan başqa heç kimin cənnətə girməyəcəyini iddia edən

37

  əhli-kitabın 



egoiziminə qarşı Quran, onlardan səmimi iman sahibi olanların işləyəcəyi ən 

kiçik bir xeyrin belə qarşılıqsız buraxılmayacağını xəbər verir.

38

 

                                                 



33

 Həcc, 22/17. 

34

 Ömer Aslan, Kur`an ve Hoşgörü, Avrasya Yayınları, Ankara: 2005, s. 223. 



35

 Al-i İmran, 3/113-115. 

36

 Maidə, 5/18 



37

 Bəqərə, 2/111 

38

 Heyət . Kur’an Yolu Türkçe meal ve tefsir : Türkçe meal ve tefsir, Diyanet İşleri 



Başkanlığı, Ankara: 2006, I/486. 


 Mehman İSMAYILOV 

238 


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

Aslan, Ömer, Kur`an ve Hoşgörü, Avrasya Yayınları, Ankara: 2005. 

Atalay, Orhan, Doğu ve Batı Kaynaklarında Birlikte Yaşama, Gazeteci-

ler ve Yazarlar Vakfı, İstanbul: 1999. 



Ateş, Süleyman, Yüce Kuranın Çağdaş Tefsiri, Yenə Ufuklar Neşriyatı, 

İstanbul: 1997. 



Aydın, Mehmet, “Hoşgörünün Dini Temelleri”, Mehmet S. Aydın İle İçe 

Kritik Bakış-Din-Felsefe-Laiklik, (red. Mehmet Gündem), İyi Adam, İstan-

bul: 1999. 



Esed, Muhammed, Kur`an Mesajı, (tərc: Cahit Koytak-Ahmet Ertürk), 

İşaret, İstanbul, 1999. 



Karlığa, Bekir, “Hoşgörünün Dini ve Entelektüel Temelleri”, Osmanlı’-

da Hoşgörü, Gazeteciler ve Yazarlar Vakfı, İstanbul: 2000.  

İbn Kəsir,  Əbul-Fida  İmaduddin  İsmayıl b. Ömər,  Təfsirul-Quranil-

Əzim, Dəru İhyail-Kutubil-Ərəbiyyə, Qahire : t.y.   

Heyət.  Kur’an Yolu: Türkçe meal ve tefsir, Diyanet İşleri Başkanlığı, 

Ankara: 2006. 



Garaudy, Roger, İnsanlığın Medeniyet Destanı, tərc. Cemal Aydın, Pı-

nar, İstanbul: 1995 



Yavuz, Yusuf Şevki, Kur`an-ı Kerim`de Tefekkür ve Tartışma Metodu

Öztürk, Levent, İslam Toplumunda Birarada Yaşama Tecrübesi, İnsan 

Yay., İstanbul, 1995. 



Okuyan, Mehmet – Öztürk, Mustafa, “Kur’an Verilerine Göre “Öteki”-

nin Konumu”, İslam ve Öteki, (ed: Cafer Sadık Yaran), Kaknüs, İstan-

bul:2001. 

Zengin, Ali İslam Bilim ve Felsefe, Akabe Yayınları., İstanbul, 1990. 

Cabiri, Muhammed Abid, İslam’da Siyasal Akıl, tərc. Vecdi Akyüz, Ki-

tabevi, İstanbul: 1997. 



Razi, Əbu Abdullah Fəxrəddin Mühəmməd b. Ömər Fəxrəddin, Məfati-

hu’l-Ğayb, Dəru’l-Kutubu’l-İlmiyye, Beyrut,1411/1980. 

Rıza, Məhəmməd Rəşid, Təfsirul-Quranil-Həkim, Darul-Marifə, Beyrut: 

1935. 


Təbəri, Əbu Cəfər İbn Cərir Mühəmməd b. Cərir b. Yəzid, Camiu'l-bə-

yan fî təfsiri'l-Quran , Dəru'l-Mərifə, Beyrut,1986. 


Dinlərarası Barışın Qurani Təməlləri 

239 


Təbətəbai, Məhəmməd Hüseyin, əl-Mizan fi Təfsiril-Quran, Müəssəsə-

tu'l-Aləmi Li'l-Mətbu, Beyrut, 1981. 



Özel, Ahmet “Gayri Müslim”, DİA, XIII 

Zəməxşəri,  Əbu’l Qasım Cərullah Mahmud b. Ömər,  əl-Kəşşaf  an 

haqaiqi qavamizit-tənzil və uyunil-əqavil fî vücuhit-təvil, Dəru’l-Marifə, 

Beyrut, ty. 

 



 Mehman İSMAYILOV 

240 


RESUME 

 

It wouldn’t be mistake to claim that interreligious dialogue is the impor-



tant factor in supplying peace of the world. Thus, it is impossible that the re-

ligion which its main aim to show the right way to inspire wrong things 

which hinde 

r peace of humanity. In spite of there are many important differencies be-

tween religions at the same time there are important common points between 

them. In the Koran which main sourse of Islam, there are many important 

principles provide this peace and our article aims to point these principles. 

 

 



РЕЗЮМЕ 

 

Для обеспечение мирового сосушествования самым главным факто-



ром  является  сосушествование  религий.  Невозможно  представить  ре-

лигию  главным  критерием,  которого  является  показание  правильного 

пути, мешаюшим мировому сосушествованию в мире. Несмотря на то, 

что  между  религиями  сушествует  множество  различий,  в  то  же  время 

они  имеют  много  общих  точек  зрения.  В  Коране,  котороя  является 

главным  источникам  Ислама,  есть  много  важных  принципов,  которые 

обеспечивают это мирное сосушествования, которая найдёт отражение 

и в нашей статье. 



Yüklə 336,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə