Бакы дювлят университети



Yüklə 3,12 Mb.
səhifə5/6
tarix08.07.2018
ölçüsü3,12 Mb.
#53830
1   2   3   4   5   6

DEDİM-DEDİ
Dedim: «Aşiqlər şahı!» Dedi: «De ərzin, mehman!».

Dedim: «Keç günahımdan!» Dedi: «Ötdüm damla qan».

Dedim: «Təxtin bərqərar!» Dedi: «Bənzər, bipayan».

Dedim: «Sənin tək şahlar...» Dedi: «Yoxdur bigüman».

Dedim: «Gəldim. Qulun mən».

«Dur get, - dedi, - müsəlman!».


Dedim: «Ol nə püstədir?» Dedi ki: «Dəhan olar».

Dedim: «Ol nə qumrudur?» Dedi ki: «Zəban olar».

Dedim: «Ağ üzdə xallar...» Dedi ki: «Reyhan olar».

Dedim: «Bu necə dondur?» Dedi: «Zərəfşan olar».

Dedim: «Ölsəm ərman yox...» Dedi: «Tökmə nahaq qan».
Dedim: «Zülflər ovsunçu...» Dedi: «Dağdan gəldi mar».

Dedim: «Nə qoşa alma?» Dedi: «Ağ köksümdə nar...».

Dedim: «Ol nə əncirdir?» Dedi ki: «Bağda ənar».

Dedim: «Çillə qarıdır...» Dedi: «Onda gül-güzar».

Dedim: «Yoxdur günahım». Dedi: «Çoxlarda ərman».
Dedim: «Bir busə vergil!» Dedi: «Verim, güldürsən».

Dedim: «Haqq aşığıyam». Dedi: «Karın bildirsən».

Dedim: «Əziz mehmanam». Dedi: «Gəlib öldürsən»,

Dedim: «Bu nə sözdür, ey!...» Dedi: «Gəlib qaldırsan».

Aldım dərhal qoluma. Dedi: «Görəcək bağban...».
Qolum saldım boynuna, gəldi tavusum uçub,

Dedim: «Gəl indi tutum». Dedi: «Gül tək çulğaşıb...».

Dedim: «Vüsalın yetir». Dedi ki: «Ağlın çaşıb».

Çıxdı ürək yerindən, getdi qərar sıçraşıb,

Aşıq Nəfəs bu gecə sürdü belə çox dövran.

İSTƏYİB GÖZƏL YARI
İstəyib gözəl yarı, gördüm ki səlamətdir,

Baş qoydum ayağına, «Dur! - dedi, - nə halətdir?»

Durdum, dedim: «Ərzim var», - «Ərz eylə, ədalətdir!»

Dedim: «Sənə aşiqəm», «Qoy, - dedi, - nə hacətdir?»

Dedim: «Pərilər xanı,

Sənsiz nedirəm canı?»

Dedi: «Bu sözün bizə yalançı hekayətdir».
Dedim: «Gözün öldürdü, qəmzən ki qılıb xəstə».

«Şəksiz ölərsən, - dedi, - bir qeyri vətən istə».

Dedim ki: «Özüm getsəm, canım sənə vabəstə!»

Dedi: «Nə əlac edim, sən bir aşiq şikəstə?»

Dedim ki: «Əlac eylə,

Hüsnün mənə tac eylə»,

Güldü əlin dişləyib, dedi: «Nə zərafətdir?»
Dedim: «Nə tütündir bu?» - «Zülfi-kakilim» dedi.

Dedim: «Nə əlifdir bu?» Ol: «İncə belim» dedi.

Dedim: «Nə şəkərdir bu?» - «Şərbətli dilim» dedi.

Bir busə tələb qıldım, - «Lazımdır ölüm» dedi.

Dedim: «Məni ya öldür,

Ya busə mürüvvət qıl!»

Ağzıma barmaq qoydu: «Sus, - dedi, - qəbahətdir».
Ümmidi-vüsal ilən qapını kiçik açdım,

Gözlədi əl altından, göz eylədi, mən düşdüm,

Düşmənlərdən gizlincə bir ləhzə xəbərləşdim,

«Pünhan yerə var» dedi, vardım ki qucaqlaşdım,

Dedim ki: «Eşqində, ah,

Yandırma məni, ey şah!»

Dedi ki: «Yanıb - ölmək aşiqlərə adətdir».
Dedim ki: «Gülü-cənnət,

Bir dəm sürəlim işrət...».


Dedi ki: «Səhər oldu...», durdu, dilədi rüxsət.

«Rüxsəti verək desəm, araya düşər firqət»,

Ağlayıb əlim tutdu. «Sən çəkmə, - dedi, - həsrət»,

Dedim ki: «Məni öldür,

Bu - ayrılıq, ey dildar!»

Dedi: «Sənə bu işrət hər gecə ziyafətdir...»


Çağırdı, sual etdi. «Yanına varaq» dedim.

Dedi ki: «Kəsbin nədir?» - «Qulluqda duraq» dedim.

Pərdə ilə sözləşdi. «Aç üzün, görək» dedim.

Dedi ki: «Nə gətirdin?» - «Canımı verək» dedim.

Dedi: «Bu nə divanə?»

Dedim: «Sənə pərvanə».

Dedi: «Sənə görmək yox, can təndə əmanətdir».
Dedim ki: «Mənim könlüm,

Almazmısan, ey zalım?»

Dedi ki: «Nə axmaqsan, xalq deyir sənə alim».

Dedim: «Nə günahım var, söylə, nədir amalım?»

Dedi ki: «Pünhan sirrim xalq içrə qılıb məlim».

Dedim ki: «Günahkaram,

Möhnətə giriftaram».

Dedi mənə ol yarım: «Möhnət sonu rahətdir».


«Nədən bu gözün yaşı giryan varadır?» dedi.

«Firqət ki yaman» dedim, «Sinəm yaradır» dedi.

Boynuna qolum saldım, «Düşmən görədir» dedi.

Öpdüm yanağın, «Ey, vay, bəxtim qaradır» dedi.

Dedim: «Bu nə təşvişdir?»

Dedi ki: «Bu nə işdir?»

Mən dedim: «Əcəb işdir». Yar dedi: «Məlamətdir».
Yatanda güli-gülşən,

Bir gecə gələrək mən,

Duraraq qulaq verdim, uyğuda yatmış ikən,
Vararaq üzün açdım, oyandı qəzəb ilən,

«Kimsən?» dedi. Dedim: «Mən». Dedi ki: «Nəfəsmisən?»

Dedi ki: «Gəlibsən xoş!», «Xoşbəxt olasan» dedim.

Aşiq ilə məşuqdan bir-birnə xoşaməddir.



DOSTMƏMMƏD

(1815 -1865)
Dostməmməd (Dostməhəmməd) 1815-ci ildə Aşqabadın Ənəv kən­dində do­ğulmuşdur. Bu kənd 860-cı ildə inşa edilmiş Seyid Cə­maləddin məs­cidi və Ənəv qalası ilə ünlüdür. Şair bü­tün ömrünü öz doğma kən­dində keçirmişdir. Onun törəmələri hazırda Aşqabad­da ya­şa­yırlar.

Dostməmməd hələ uşaqlıqdan şeirə, saza-sözə bö­yük ma­raq göstər­miş, bəxşiləri və sazəndələri dinləmişdir. Şeir yazma­ğa da gənc­­lik illərində başlamışdır. O, bir müddət öz dövrünün tanınmış bəxşisi Durdu ilə birlikdə olmuş, onun şeirlərini saz­la ifa etmişdir.

Dostməmmədin həyatı da bir çox türkmən şairi kimi əsrar pərdəsinə bürünmüşdür. Rəvayətə görə, o, öz kəndindən Ayca­mal adlı bir qızı sevmiş, lakin ona qovuşa bilməmişdir. Ayca­malı günü ola­raq zorla yaşlı bir adama ərə vermişlər. O, daim Dost­məmmədə sadiq qalmış, onun adını dilindən dü­şürməmiş, buna görə də əri tə­rə­findən qətlə yetirilmişdir. Nakam şair sa­diq sevgilisi­nə bir çox şe­ir həsr etmişdir.

Dostməmmədin ölümü də əsrarlıdır. Yenə rəvayətə görə, Xivə xanı Ənəv qalasına hücum etmiş, onu mühasirəyə almış­dır. Şairin bir qardaşı savaşda həlak olmuş, özü isə kömək gə­tir­mək üçün qo­yun dərisinə girərək qaladan çıxmış, lakin düş­mənlər bunun fər­qinə vararaq onu öldürmüşlər. Bu hadisə təx­minən 1865-ci ildə baş ver­mişdir.

Dostməmməd də digər türkmən şairləri kimi ən çox eşq­dən, məhəbbət­dən, ayrılıqdan, vətəndən, dostluqdan, mərdlik­dən yaz­mış­dır. Şeirlərinin çoxu xalq mahnısına çevrilmişdir.

QURBANQULU – DOSTMƏMMƏD
Qurbanqulu:
Bir söz deyim, sənin halını sorum,

Dinlə sözüm əvvəl başdan, Dostməmməd!

Belə bivəfaya könlünü vermə,

Doldurma gözlərin yaşdan, Dostməmməd!


Dostməmməd:
Qulaq verin, xilaf yoxdur sözümdə,

Mail oldum belə yara mən, ata!

İxtiyarım olsa indi özümdə,

Eylərdim dərdimə çara mən, ata!


Qurbanqulu:
Gəl, atam, haqqımı yetir halala,

Batildən güzəşt et ləli camala,

Sonda, oğlum, yetişərsən kamala,

Çək əlini bu təlaşdan, Dostməmməd!


Dostməmməd:
Ata, haqqın məndən əda olunmaz,

Neylək, canım sənə fəda olunmaz,

Bu eşq adı məndən cüda olunmaz,

Ta yetməsəm nazlı yara mən, ata!


Qurbanqulu bu sözdən sonra oğlu Dostməmmədə baxıb ürək ağrısı ilə dedi: - Ey oğlum, Dost­məmməd, sən gözəl bir qı­­za aşiq olubsan. Gəl belə işlərə baş qoşma. Sən cavansan, belə işləri bil­mirsən. O qızın eşqi ilə bağrın yanıb kabab olsa da, bil ki, onu sənə verməzlər. Gəl, ondan əl çək, bu yol­dan dön, uy­ğun yer­dən bir gö­zəl tapıb sənə alaq. Dostməmməd bir şey de­mədi, onlar qarşılıqlı şəkildə deyişmə­yə davam etdilər.
Qurbanqulu:
Haq yolunda zarın-zarın ağla sən,

Eşq oduna ciyər-bağrın dağla sən,

Öz sidqini öz yarına bagla sən,

Fayda yoxdur gözdən-qaşdan, Dostməmməd!


Dostməmməd:
Öz yarım çox yaxşı, dursun bu yanda,

Onun çox həsrəti vardır bu canda,

Məqsədə yetməsəm fani cahanda,

Heç baxmanam namus-ara mən, ata!


Qurbanqulu:
Qismətin budursa, nə gələr əldən,

Sən keçmə bu cürə narahat yoldan,

Oğul olsan tutgil yaxşı könüldən,

Çək əlini bu təlaşdan, Dostməmməd!


Dostməmməd:
Zahir oldum həm ağıldan, həm huşdan,

Soruşun halımı tay ilə tuşdan,

Ölsəm ayrılmanam belə gənəşdən,

Düşmüşəm ataşa-nara mən, ata!


Qurbanqulu:
Qurbani der, aqil özün xar etməz,

Görən bivəfaya özün yar etməz,

Nə balasan, sözüm sana kar etməz,

Məğər sənin bağrın daşdan, Dostməmməd!


Dostməmməd:
Dostməmmədəm, haqqa boyun əyərəm,

Dönə bilsəm, mən bu yoldan dönərəm,

Hər sübhi-şam yar deyibən yanaram,

Düşmüşəm ataşa-nara mən, ata!



ANNAQILINC MÖHTACİ

(1824 – 1884)
Gerçək adı Annaqılınc, təxəllüsü Möhtaci olan şair 1824-cü il­də Aşqa­badın Köşi kəndində dünyaya gəlmişdir. XIX əsrin gör­kəm­li şairlərindən bi­ridir. Xallı Bəxşi ilə eyni kənddən ol­ması və qon­şuluğu onun şeirlərinin mahnı kimi xalq içində ya­yılmasını tə­min etmişdir.

Möhtaci kənd məktəbini bitirmiş,ənənəvi türkmən mə­də­niy­yətini, xalq dastanlarını dərindən öyrənmişdir. Gənc­liyində sevdiyi və qovuşa bilmədiyi Annagülün həsrəti onu saza-sözə bağ­lamış, şa­irliyə sövq etmişdir.

Annaqılınc Möhtaci bir müddət İranda əsirlikdə qalmış, 1879-81-ci illərdə baş verən Göy­təpə faciələrinin şahidi olmuş, 1884-cü ildə Köşi kəndində qızılca xəs­təliyindən vəfat etmiştir. Onun çoxlu övladı olmuş, atası ki­mi şair olan oğlu Molladurdu maarif naziri və­zifəsində işləmiş­dir. Nəvəsi Murad da şair ol­muşdur. Törəmələri Aş­qabadda ya­şayırlar.

Şairin eşq, vətən sevgisi və sosial mövzularda qoşduğu şe­ir­ləri bugün də bəxşilərin repertuarında mühüm yer tutur.

Möhtacinin öz əlilə yazdığı şeir dəftərləri hazırda Türk­mə­nistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutun­da qoru­nur. Şairin zəngin irsi tədqiq edilmiş, şeir kitabları dəfə­lərlə nəşr olunmuşdur.

GƏLİNLƏ İGİDİN DEYİŞMƏSİ
Gəlin:
Gəlib-keçəndən vəhm eylə,

Gözləmə, oğlan, gözləmə.

Şirin canına rəhm eylə,

Gözləmə, oğlan, gözləmə.


İgid:
Mən bu sözlərə baxmaram,

Gözlərəm, gəlin, gözlərəm.

Heç bir kimsədən qorxmaram,

Gözlərəm, gəlin, gözlərəm.


Gəlin:
Mənimlə olmasın işin,

Sədəfdən bac alar dişim,

Qanını tökər qardaşım,

Gözləmə, oğlan, gözləmə.


İgid:
Sənin ilə vardır işim,

Gözlərəm, gəlin, gözlərəm.

Sədəfdən bac alar dişin,

Gözlərəm, gəlin, gözlərəm.


Gəlin:
Bülənd dağların qarısan,

Güldən bal çəkən arısan,

Utanmaz, üzün qurusun,

Gözləmə, oğlan, gözləmə.


İgid:
Aşiq məşuquna gəlməz,

Gəlsə də oynayıb-gülməz,

Düz aşiqdə həya olmaz,

Gözlərəm, gəlin, gözlərəm.


Gəlin:
Qaşım cəllad, gözüm yağı,

Ürəyimə çəkdin dağı,

Üzdən öpüş al uzağı,

Gözləmə, oğlan, gözləmə.


İgid:
Sabah olar, qonşun yatmaz,

Sevən muradına yetməz,

Öpüş ilə bu iş bitməz,

Gözlərəm, gəlin, gözlərəm.


Gəlin:
Sallanıban gəl oynuma,

Qolunu dola boynuma,

Olmasa gəl gir qoynuma,

Gözləmə, oğlan, gözləmə.


Möhtaci der, aydın gecə,

İncə belin quca-quca,

Bir dərdim yox ta ölüncə,

Gözlərəm, gəlin, gözlərəm.


AMAN XAN – SÖYEQ BATIR
Aman xan:
Ərəb atı sürən igid,

Düz bura gəl, düz bura gəl.

Cəzirədə duran igid,

Düz bura gəl, düz bura gəl.


Söyeq batır:
Qadir Allahı çağırıb,

Yalnız çıxdım düzə bu gün,

Məgər kəlləmi alasız,

Yaxın gəlməm sizə bu gün.


Aman xan:
Altından qaçar qayalar,

Ənsənə nizə dayanar,

Paltarın qana boyanar,

Düz bura gəl, düz bura gəl.


Söyeq batır:
Savaşda yoldaş yoxlanar,

Düşmən yolu bərk saxlanar,

Bir oxla min quş oxlanar,

Dov gələrəm yüzə bu gün.


Aman xan:
Gərək igid ola hər bab,

Qılınc iti, donu zərbab,


Cavan ömrü etmə xarab,

Düz bura gəl, düz bura gəl.


Söyeq batır:
Kəsilərsə əgər başım,

Yasım tutar tayım-tuşum,

Bu meydana düşsə leşim,

«Aman!» deməm sizə bu gün.


Aman xan:
Çaqqallara şam edərəm,

Ac qurdlara yem edərəm,

İgid, səni ram edərəm,

Düz bura gəl, düz bura gəl.


Söyeq batır:
Ərəb atı qaşovlaram,

Ac börü tək ov ovlaram,

Ləşkərini tək qovlaram,

Yayaram bu düzə bu gün.


Aman xan:
Dünyada «mən» deyən xandır,

İgidlərim sanbasandır,

Mənim adım Aman xandır,

Düz bura gəl, düz bura gəl.


Söyeq batır:
Möhtaci, tərifin yetir,

Birbaşa meydana gətir,

Bizə derlər Söyeq batır,

Qan dolubdur gözə bu gün.



MİSKİN QILINC

(1845 - 1905)
A.N.Samoyloviçin fikrincə, XIX əsrin son görkəmli şa­ir­lə­rin­dən biri olan Miskin Qılınc 1845-ci ildə Xivə şəhərində, di­­gər alim­lərin fikrincə, 1850-ci ildə Gürgəndə doğulmuşdur. Bu fərqin səbə­bi odur ki, 1836-cı ildə İran şahı Türkmənistana hücum edərkən 9 min türkmən Xivəyə köç etmiş, onların əksə­riy­yəti 20 il sonra geri qayıtmışdır. Rus aliminin fikrincə, şair Xivədə qalan ailədə, türk­mən alimlərinin fikrincə, geri qayı­dan ailədə dün­ya­ya gəlmiştir. Mis­kin Qılınc 1905-ci ildə Gürgənin Qılıncişan kəndinndə vəfat et­miştir.

Miskin Qılınc əvvəlcə mollaxanada, sonra mədrəsdə oxu­muş, təhsilini başa vurduqdan sonra müəllim işləmiş, əkinçılik­lə məşğul olmuşdur. Şair 32 yaşında evlənmiş, iki qızı, bir oğlu olmuşdur. Öl­düyü zaman oğlu yeddi yaşında imiş. Törəmələri hazırda Qarrı­qa­lada və Gürgəndə yaşayırlar.

Miskin Qılınc öz böyük sələfləri Məxdumqulu və Zəli­li­nin sə­­nət anla­yışını davam etdirmiş, lirik-pastoral poe­zi­yaya, ictimai-so­sial məzmunlu şeirə böyük töhfələr vermişdir. Onun əsərləri ara­sında təbiətə dair şeirlər də az deyil.

Şair «Batır Nəfəs» adlı bir mərsiyə-dastan və «Bəyzadə Qur­ban» adlı bir mənzum hekayə də qələmə almışdır.

Miskin Qılıncın heç də bütün əsərləri bizə gəlib çatma­mışdır. Onların yalnız bir qismi Türkmənistan Elmlər Akademiyasının Mil­li Əlyazmalar İnstitutunda saxlanır.

Əsərləri kitab halında dəfələrlə nəşr edilmişdir.



HİKMƏTLİ
Aləmi geşt edib, bir gözəl gördüm,

Hekayətli, əfsanəli, hikmətli,

Hüsnün görüb, tən verdim,

Aftab deyib, can verdim,

Dəydi mana cilvəsi, sərdən keçib can verdim,

Bir təzə can verdi, yerimdən durdum,

İsa kimin dəmli, əcəb hümmətli.
Saqi verdi, mey-məhəbbət içildi,

Könlüm xüruc etdi, dilim açıldı,

Məhbub donu biçildi.

Gözüm yaşı saçıldı,

Dedi dilbər: «Ey aşiq, söylə, halın nə oldu?»

Mən dedim: «Könlümə çox söz keçildi»,

Yar dedi: «Bəyan et, dilin rüxsətli».
Mən dedim: «Görmədim sənin tək dildar,

Kəkilləri çil-çil, zülfləri tar-tar».

Dedi: «Nə xəyalın var?»

Mən dedim: «Visal dərkar.

Boynunda qolum olsa, qoynunda məskənim var».

Yar dedi: «Səbr eylə, olma biqərar,

Əlbət, olar möhnət sonu rahətli».
Dedim: «Səbr etməyə yoxdur məcalım».

Qucaraq, boynuna doladım qolum,

Dedi: «Çəkil, ey zalım,

Yetər sana zavalım,

Bu iş sana layiqmi, özün övladi-alim»,

Mən dedim: «Görürəm, sormursan halım,

Bura sana məkan, mana yox dəxli.
Qəhərlənib durdum qolumu çəkib,

Tutdu ətəyimdən bir gülüb baxıb,


Yar dedi qaşın dartıb:

«Hara vararsan çıxıb?

Bu sana bir nazımdır, saqın duymasın rəqib».

Miskin Qılınc ol dəm kinini töküb,

Sarmaşıb yar ilə oldu işrətli.

LÜĞƏTÇƏ
A

Ab – su.

Abdal – dərviş, qələndər; Allah bəndəsi.

Abid – qulluq edən; mömin.

Abtər – gözü yaşlı, nəmli.

Adəm –yoxluq, yox olma; Adəm peyğəmbər.

Afaq – dünya, aləm, cahan; üfüq.

Afəriniş – yaradılış, yaratma, varlıq, dünya.

Afət – təbii fəlakət; məcazi: gözəl.

Aftab (afitab) – günəş. Afitabi-aləm ara–aləmi bəzəyən günəş; Mə­həmməd peyğəmbərin epiteti.

Ağaz – başlanğıc, ön. Ağaz eyləmək, qılmaq – başlamaq.

Ahənrüba – maqnit; özünə cəzb edən.

Ahi-dil – ürək naləsi, qəlb ağrısı.

Ahəstə – yavaş

An – o. An su – o tərəf.

Aram – dinc, rahat, arxayın.

Aramgah – dincəlmə yeri; düşərgə; məzar, qəbristan.

Asal – bal.

Astan(a) – eşik, dərgah, qapının önü, girəlgə; şah guşəsi.

Asi – üsyan edən, üsyankar; tabe olmayan, boyun əyməyən.

Aşüftə – özünü itirmiş, həyəcanlı; qarışıq; dəlicəsinə vurğun, aşiq.

Avazə – şan, şöhrət; şayiə; mahnı.

Ayaq – piyalə, kasa, qədəh, içki içilən cam.
B

Bad – yel, hava, külək. Badi-xəzan – xəzan yeli, soyuq payız yeli, badi-səba – sərin səhər yeli.

Bağrı biryan – bağrı yanıq.



Baqi – həmişəlik, müdam, daim, baqi.

Bal – qanad.

Bal – yetişən, yetkinlik yaşına çatan; layiq, münasib.

Baş – baş, kəllə; yara.

Beyt – ev, yer. Beytül-əqsa – ən uzaq ev (Qüdsdəki məşhur cami, Məkkə­dən uzaqda yerləşdiyi üçün belə adlanmışdır). Beytül-mü­qəd­dəs–Qüds, Ye­ru­səlim. Beytül-hərəm–müqəddəs ev, yer, Məkkə. Bey­tullah – Allahın evi, Kəbə.

Bəhr – dəniz, ümman. Bəhrü bərr – dəniz və quru yer.

Bərhəm – dağınıq, qarışıq, pozulmuş.

Bərstə – məşhur, görkəmli, ali dərəcəli.

Bərkamal – bütünlüklə, nöqsansız, qüsursuz.

Bəzm – toy, məclis, keyfi-səfa. Bəzmara – toy-məclisin bəzəyi.

Bikəran – saysız, çox; sahilsiz.

Bimar – naxoş, sayru, xəstə.

Bina – göz, görmə, qəlb gözü açıq; ayıq-sayıq; bina.

Binagah – qəfil, qəflətən, birdən.

Binəva – biçarə, fağır, qərib.

Birivar – Allah.

Biriya – riyasız, üz görməyən, doğruçul.

Biyaban – çöl, səhra, susuz yer.

Bünyad – dib, özül, kök, təməl.

Büryan – bişirmə, qovrulan.
C

Ca(y)– yer, məkan.

Cah – mərdəbə, dərəcə.

Cahan – dünya, aləm.

Cəbrayıl – Allah kəlamını Məhəmməd peyğəmbərə yetirən mə­lək.

Cəla – şölə, nur, parlaklıq; görk, görmək.

Cəla – yurdu tərk etmək, vətəndən ayrı düşmək, köçüb getmək.

Cənnət – behişt, uçmaq. Cənnətil-məva – cənnət evi, asudə cən­nət.

Cərcis – Müqəddəs Georgi, dini rəvayətə görə, kəramətli peyğəm­bərlər­dən biri olmuş, düşmənləri onu yüz para edib öldürsələr də o hər dəfə di­rilir­miş. Məzarı Azərbaycandadır.

Cında – cır-cındır, dərvişlərin geyimi.
Ç

Çah – quyu.

Çahar (çar) – dörd.

Çakər – xidmətçi; şagird.

Çaki-giriban – yaxa yırtmaq, yaxa yırtıb ağlamaq.

Çərik –qoşun, ləşkər, ordu.

Çün – səbəbilə, üçün.

D

Dad – ədalət.

Dam – duzaq, tələ.

Damağ (dimağ) – beiyn, ilik, burun.

Damən – ətək.

Daniş – elm, ağıl.

Dar – ev, yer. Darül-fəna – yoxluq evi, bu dünya, fani dünya.

Dar – heyf, vah.

Dəmsaz – yaxın dost.

Dərgah – qapı, işıq; qəbul edilən yer.

Dərya – bu söz çay mənasında da işlənir.

Dəst – əl.

Dəstgir olmaq – dəstəkləmək, yardım, kömək etmək.

Dəşt – çöl, səhra; geniş meydan.

Dəhr – dünya, aləm, cahan.

Didə – göz. Didə pürnəm – gözü yaşla dolu.

Dil – ürək, qəlb.

Dur – uzaq, uzaqlıq.

Dürud – salam, salam vermə.

Düruğ – yalan, qəlp, saxta, aldatma.

Dürc – sandıqca, qutu, mücrü; məc. sevgilinin ağzı.
E

Eyş – yaşayış, həyat, şadlıq, kef, nəşə.

Ecaz– möcizə, kəramət.
Ə

Əbr – bulud, duman. Əbri-neysan – yaz buludu, yaz yağışı.

Əbru – qaş.

Əda – tərz; işvə, naz; davranış; həlak etmə, fəda olma; ödəmə; bə­­yan; kö­mək, yardım; yerinə yetirmə.

Əcəm – ərəb olmayanlar; iranlılar.

Əli – Əli ibn Əbutalıb (600-661). Məhəmməd peyğəmbərin əmisi oğ­lu və kürəkəni, dörd səhabədən biri. Peyğəmbərdən sonra dör­dün­cü xəlifə (656-661). Şahimərdan (mərdlərin şahı), Əsədulla (Al­lahın şiri), Mürtəza (razı olunan), Səftər (səfpozan) kimi ləqəbləri var.

Əfkar – fikir, qayğı.

Əlan – indi, bu anda.

Ələm –əzab, qayğı, kədər, qəm, qüssə.

Əlhan – (təki: ləhn) avazlar, səslər; oxuma.

Ərş – asiman, göy, asimanın ən uca yeri, yuxarı qatı; ucalıq, bö­yük­lük; təxt. Ərşi-əzəm – böyük ərş.

Ərz – yer, torpaq; ölkə, diyar.

Əmri-məhal – mümkün olmayan iş.

Ənbiya – nəbilər, peyğəmbərlər.

Əngiz – cazibə, özünə çəkmə; -lı, -li, -lu, -lü.

Ənm – ulduzlar.

Əncümən – məclis, yığınaq, yığıncaq.

Ərk – qala, köşk, qəsr, qalanın içi.

Əsrar – sirr, gizlin.

Əşk – göz yaşı. Əşki-qəltan – gözdən axan damla.
F

Fəna – yox olma, ölmə.

Fəraq – həsrət, ayrılıq.

Fərar eyləmək – qaçmaq, qaçıb getmək.

Fərib – aldatma, hiylə.

Fə – döşək.

Firqət – ayrılıq.
G

Gənc – xəzinə, var-dövlət.

Giryan – ağlar, ağlayan.

Gur – qədim bir şəhər, bir vilayət adı.

Gur – çöl eşşəyi, qulan.
H

Hatəm – Hatəm ibn Abdulla ibn Səəd, ərəblərin tay qəbiləsindən olan ta­ri­xi şəxsiyyət, səxavət simvolu, 605-ci ildə vəfat etmişdir.

Həft puşt – yeddi arxa.

Həftüm rəvaq – göyün yeddinci qatı.

Həmra – qızılı rəng.

Həmra(h) – yoldaş.

Həşəm – nökər, yasavul, xanın yaxın adamları.

Həş(ə)mət – heybət; böyüklük.

Hövzi-Kövsər –cənnətdə axan Kövsər çeşməsinin hovuzu.
X

Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə