Бакы дювлят университети


Xab – uyğu, yuxu. Xabi-qəflət – qafillik yuxusu. X



Yüklə 3,12 Mb.
səhifə6/6
tarix08.07.2018
ölçüsü3,12 Mb.
#53830
1   2   3   4   5   6

Xab – uyğu, yuxu. Xabi-qəflət – qafillik yuxusu.

Xamə – qamış qələm; ipək.

Xatəm – üzük, möhür; məşuqənin ləbi.

Xeyl – ilxı, süvari qoşun.

Xeymə – çadır.

ndan – gülər üzlü. Xəndan-xəndan – gülə-gülə.

Xirəd – fəhm, ağıl; huş.

Xotən – Kaşğara yaxın tarixi bölgə, müşk ceyranı ilə məşhurdur.

Xun – qan.
İ

İadə – qaytarma, geri vermə, cavab vermə.

İməs (əməs) – deyil, yox.

İraq – dış, uzaq; Orta Şərqdə ölkə.

İsndər– Makedoniyalı İskəndər (e.ə. 356-323). Şərqdə İskəndər Zül­qər­neyn adı ilə məşhurdur.

İsmal – İbrahim peyğəmbərin oğlu. Rəvayətə görə, İbrahim öz oğ­­lu İsmayılı Allah yolunda qurban etmək istəmiş, bu zaman göy­dən bir qoç na­zil olmuş, onu qurban kəsmişdir.

İşvə – naz, qəmzə.

İzhar – bəyan etmə.
K

Kan – xəzinə, sərvət.

Kəttə – böyük.

Kişvər – ölkə, yer, yurd.

Kövsər – cənnət çeşməsi, hovuz.

Kuh – dağ.

Külbeyihzan – qəm evi.
Q

Qanun – simli çalğı aləti, Fərabi (IX əsr) təkmilləşdirmişdir.

Qəmər – Ay

za – üzə çəkilən qızılı rəng, ənlik; hadisə, qəza; cahad, mühari­bə.

Qəzal– körpə ceyran; sevgili.

Qulam – xidmətçi.
L

Ləli-Bədəxşan – Bədəxşanda çıxan qiymətli daş, rubin.

Ləli-meygün – qırmızı şərab rəngində ləl.

Ləli-nəf – saf, xalis ləl.

Ləhzə – göz açıb-yumuncaya qədər keçən vaxt, bir an.

Liqa – üz, camal.
M

Mehr– gün. Mehr-məh – günəş və ay.

Meygün – al şərabın rənginə yaxyn qızılı rəng.

Meykədə – mey içilən yer, meyxana.

Məğrib – qərb.

Məhcub – utancaq, həyalı.

Məhliqa – ayüzlü.

Məhvəş – ay kimi, aya bənzər.

Məhzun – hüznlü, qayğılı.

Mətlub – istək, məqsəd, mətləb, arzu.

Mərğub – rəğbət olunan, sevilən.

Məşriq – şərq.

Mina – şüşə, billur.

Mişkin – müşk kimi.

Mustafa – sayılan, sevilən. Məhəmməd peyğəmbərin ləqəbi.

Mühit – okean, ümman, dəniz.

Mürəssə – qiymətli daşlarla bəzədilən.

Müşk – qara rəngli, xoş ətirli maddə.
N

Nagahan – birdən, qəfil, qəflətən.

Nahan/nihan – gizlin, oğrun.

Nar – od, alov, atəş; cəhənnəm.

Nəbi – pəyğəmbər. Nəbiullah – Allahın peyğəmbəri.

Nəhr – arx, çay, irmaq.

Nilgun – mavi, göy, lacivərd.

Nisar – saçma, dağıtma; şabaş; qurban.

Nuh – 50 yaşında özünü peyğəmbər elan edən ağac ustası. Alla­hın əmri ilə daşqından əvvəl bir gəmi düzəltmiş, içinə hər heyvan­dan bir cüt və insanları almış, daşqından sonra Ağrı dağına çıxar­mışdır. Nuh çox uzun ömür sürmüşdür, ona ikinci Adəm də deyilir.

Nun – ərəb əlifbasında bir hərf.

O – Ö

Ovqat – vaxtlar; durum, vəziyyət.

Övc – yuxarı, ən yuxarı.

Övraq – vərəqlər, səhifələr.

Övsaf– vəsflər, təriflər.
P

Peyvəstə – bağlı, bitişik; həmişə, müdam, daim.

Pər – qanad, lələk.

Pəyam (peyğam) – xəbər.

R

Rah – yol.

Rast – doğru, dürüst; sağ.

Ravi – rəvayət edən.

Rəxşan – parlaq, cilalı, işıqlı.

Rəşk – qısqanclıq, paxıllıq.

Rəvan – axma, axıtma; yola düşmə; can, ruh.

Riya – iki üzlülük.

Rizvan – cənnət qapıçısının adı; cənnət, behişt.

Rövşən – işıqlı, nurlu.

Rüxsar – üz, çöhrə.
S

Salar – başçı, rəis, sərdar.

Saqi – şərab paylayan.

Sarsar – güclü, şiddətli soyuq, yel.

Səbz –yaşyl, göy ot, səbzə.

Səhabə – Məhəmməd peyğəmbərin yaranları.

Səna – dua, alqış, öygü, tərif.

Səra – ev, saray. Dü səra – iki cahan, o dünya və bu dünya.

fid – qara.

Sərvər – başçı, rəis.

Sima – üz, görk, sifət.

Simin – gümüş kimi ağ.

Sirac – çıraq, işıq.

Sirat – cəhənnəmin üstündən keçən qıldan incə, qılıncdan iti kör­pü.

Sitəmgər – zalım.

Subhü şam – gəcə-gündüz, sabah-axşam.

Suz – yaxısı, yandırıcı.

Sücud – səcdə, təzim.

Süleyman – Davudun oğlu, yəhudi peyğəmbəri. Rəvayətə görə, tə­bi­­ətdəki bütün canlıların dilini bilirmiş, yelə-suya hökm edirmiş. E. ə. 1001-ci (bəzi bilgilərə görə, 1016) ildə taxta çıxmış, 962 və ya 976-cı ildə ölmüşdür.

Süxən – söz.
Ş

Şahab – şölə, alov.

Şan – xasiyyət, qılıq; şan-şöhrət, dərəcə, mərtəbə; ehtiram; iş, kar, hü­nər, bir işə sərəncam vermə; hakimiyyət, güc, qüvvət; nişanə.

Şayəstə – layiq, münasib.

Şeyda – aşiq, eşqə düşən, dəli.

Şəcər – ağac.

Şəddad – ərəb hökmdarlarından biri. Rəvayətə görə, İrəm bağını saldır­mış­dır. Hut pəyğəmbəri hüzuruna qəbul etmədiyi üçün bütin qövmü ilə bir­­likdə məhv olmuşdur.

Şərabi-feyz – bərəkət (eşq bərəkətinin) şərabı.

Şərar – od, alov, qığılcım.

Şəridini qayda, şətiətə uyğun.

Şikəstə xatir – könlü sınıq.
T

Taət – tabe olma, boyun əymə, qulaq asma.

Talib – tələb edən.

Tarac – talan, yağma, çapovulçuluq.

Təfsir – şərh.

Təqrir – bəyan etmə, iqrar etmə.

Tələt – gözəllik, xarici görünüş.

Tifl – çağa.

T – qılınc.

Tir – ox, peykan.

Tuba – behiştdə bitən ağac.

Tümən – on min; diviziya; vilayət; pul vahidi.

Tün – gecə, qaranlıq.

Türrə – alına tökülən saç, qıvrım tel. Türreyi-tərrar–alın saçı.
Ü

Üftadə – biçarə, yıxılan; düçar, mübtəla.

Üqba – axirət, qiyamət, məhşər, o dünya.

Üqubət – cəza, əzab, cəbr, sitəm.

Üləma – alimlər.
V

Vabəstə – bağlı, asılı, kömək, arxa.

Var(ı) – hamı, hamısı.
Y

Yaqub – Yusif peyğəmbərin atası.

Yasinü təha – Qurandakı iki surənin adı.

Yavuq – yaxın.

Yəhya –Zəkəriyyə peyğəmbərin oğlu, o da peyğəmbərdir.

Yəzdan – Allah, tanrı, xuda.

Yunus – pəyğəmbər, rəvayətə görə, delfinin qarnında gizlən­miş­dir.

Yusif – Yaqub peyğəmbərin ikinci əyalı Rəhildən olan yeddinci oğ­lu. Gözəllik simvolu. Rəvayətə görə, dünyadakı gözəlliyin onda doq­qu­zu his­səsi onda cəmləşmişdir. Züleyxa ona aşiq olmuş, bu eşq haq­qında dünya ədəbiyyatında yüzdən çox poema yazılmışdır.
Z

Zaifə – qadın, naçar.

Zəban – dil.

Zəbərt – qiymətli daş.

Zəlil – aciz, fağır, yazıq.

Zəhra – Məhəmməd pəyğəmbərin qızı Fatimənim ləqəbi.

Zər – qızıl.

Ziba – gözəl.

Zinhar – agah ol, aman, xəbərdar ol!

Zöhrə – Venera.

Züllal –Allahın epiteti.

Zülfüqar – Əlinin qılıncı.

Zümərrəd – zümrüd.

Zünnar – qurşaq; xristianların bağladığı qurşaq.
R a m i z Ə S K Ə R

10 yanvar 1954-cü ildə Amasiya ra­yo­nu­nun Qaraçanta kəndində müəl­lim ailə­sin­də ana­dan olmuş­dur. M.V.Lomo­nosov adına Mos­kva Döv­lət Universi­te­tinin jur­nalistika fakültəsini bitir­mişdir (1978).

Azərbaycan radiosunda redaktor (1978-83), Azərbay­can, türk, ərəb, fars, in­gilis, fran­sız və alman dil­lərində çı­xan «Azər­bay­can bugün» jurnalının baş re­dak­toru (1983–84), kiril, latın və ərəb əlifbaları ilə nəşr olu­nan «Od­lar yur­du» qəzetinin baş redaktoru (1984-91), «Hür­riyet» qəzetinin (İstanbul) Azər­bay­can üzrə xüsusi müxbiri (1991-93), Xari­ci Tu­rizm Şu­rasının idarə rəisi (1993-94), «XXI əsr» qə­ze­­ti­nin baş re­dak­toru (1994–96), «Yeni Fo­rum» jurnalı­nın (Ankara) Bakı təmsilçisi (1993-97) olmuş­dur. 1997-ci il­dən Azər­baycan Jurna­listlər Birli­yinin baş katibidir. Bakı Dövlət Uni­ver­si­teti­nin bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri, AMEA Folklor İnstitutunun baş elmi işçisidir. Filo­logiya elmləri doktorudur.

«Qızıl qələm», «Həsən bəy Zərdabi», «Humay», Küveytin «İs­lama xid­mət», Türkiyə­nin «Yeni Orhun» və «Türk dünyasına xid­mət», Türk­mənistanın «Altın əsr» mü­ka­fatları laureatıdır. Azər­bay­can Yazıçılar və Jurnalistlər Birliklərinin, Bey­nəlxalq Mətbuat İns­titutunun (İPİ, Vyana) üzvü­dür. Azərbaycanın Əməkdar jur­na­listidir. Tür­ko­logiya, ədəbiyyat, tarix və jurna­listikaya dair kitablar yaz­mış, türk, rus, özbək, uy­ğur, türk­mən, qaqauz, tatar dillərin­dən tər­­cü­mələr et­miş­dir. Avrasiya Tərcü­məçi­lər Birliyinin (Ankara) sədri seçilmişdir (2010).


Əsas əsərləri:

1. İqlimdən-iqlimə, təqvimdən-təqvimə. Bakı, İşıq, 1987, 104 s.

2. Qutadğu bilig. Bakı, Elm, 2003, 320 s.

4. Mahmud Kaşğari və onun «Divanü lüğat-it-türk» əsəri. Bakı, MBM, 2008, 432 s.

5. Mahmud Kaşğarinin 1000 illik yubileyinə 1000 biblioqrafik göstə­ri­ci. Bakı, MBM, 2008, 96 s.

6. Mahmud Kaşğarinin «Divanü lüğati-it-türk əsəri üzrə biblioqrafik və qrammatik göstərici. Bakı, MBM, 2008, 192 s.

7. Mahmud Kaşğari və onun «Divanü lüğat-it-türk» əsəri. Bakı, MBM, 2009, 532 s.

8. Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərinin tədrisi. Bakı, MBM, 2010, 112 s.


Əsas tərcümələri:

1. Azərbaycan Masalları. Bakı, Yazıçı, 1982, 196 s.

2. M.B.Məmmədzadə. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1991, 248 s.

3. Faruq Sümər. Oğuzlar. Bakı, Yazıçı, 1992, 432 s.

4. Yusif Balasağunlu. Qutadğu bilig. Bakı, Azərnəşr, 1994, 492 s.

5. Murad Tağı. Həyatım. Bakı, Oka Ofsət, 1998, 92 s.

6. Erik Fichtelius. Jurnalistikanın on qızıl qaydası. Bakı, AJB, 2002, 192 s.

7. Bahəddin Ögəl. Türk mifologiyasi. Bakı, Səda, 2004, I cild, 626 s.

8. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, I cild,512 s.

9. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, II cild, 400 s.

10. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, III cild, 400 s.

11. Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, IV cild, 752 s.

12. N.Ozerov. İlham Əliyev: Mən Azərbaycanıma inanıram. Bakı, Azərnəşr, 2007, 376 s.

13. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, I том, 512 с.

14. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, II том, 400 с.

15. Махмуд Кашгарский. Дивану лугат ит-тюрк. Баку, МБМ, 2009, III том, 492 с.

16. Oraz Yağmur. Qarabağlı ananın ağısı. Bakı, MBM, 2009, 84 s.

17. XX əsr özbək şeiri antologiyası. Bakı, MBM, 2009, 96 s.

18. Molla Nəfəs. Bu məkana gəlmişəm. Bakı, MBM, 2010, 160 s.

19. Molla Nəfəs. Seçilmiş əsərləri. Bakı, MBM, 2010, 240 s.

20. Todur Zanet. Ana dilim. Bakı, MBM, 2010, 104 s.

21. Məxdumqulu Fəraqi. Seçilmiş əsərləri. Ankara, 2010, 448 s.

22. Türk ədəbiyyati tarixi. Bakı, MBM, 2010, I cild, 602 s.

23. Türk ədəbiyyati tarixi. Bakı, MBM, 2010, II cild, 658 s.

24. Nurməhəmməd Əndəlib. Şeirlər, poemalar, dastanlar. Bakı, MBM, 2011, 292 s.

25. Zəhirəddin Məhəmməd Babur. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 328 s.

26. Sultan Hüseyn Bayqara. Divan. Bakı, MBM, 2011, 248 s.

27. Abdulla Tukay. Millətim. Bakı, MBM, 2011, 268 s.

28. Mehri Xatun. Divan. Bakı, MBM, 2011, 368 s.

29. Zəhirəddin Məhəmməd Babur. Baburnamə. Bakı, BXQR, 2011, 432+32 s.

30. Qurbanqulu Berdimühəmmədov. Axaltəkə atı–iftixarımız və şöhrətimiz. Bakı, CBS, 2011, 232 s.

31. Türkmən şeiri antologiyası. Bakı, MBM, 2011, 400 s.

32. Abdulla Şahbəndə. Seçilmiş əsərləri. Bakı, MBM, 2011, 104 s.
Türkcə, rusca, almanca və ermənicə bilir.

e-mail: ramizasker@gmail.com



İÇİNDƏKİLƏR:

Möcüzəli poeziya (Ramiz Əskər) 3



Nurməhəmməd Əndəlib 14

Tahirlə İgidin deyişməsi 18

Tahirlə Zöhrənin deyişməsi 21

Yusiflə Züleyxanın deyişməsi 23

Abdulla Şahbəndə 25

Qırx 28

Beş 30

Nədir 31


Bilinməz 33

Hansıdır – budur 35

Pəri ilə Şah Bəhramın deyişməsi 37

Balahüsn ilə Şah Bəhramın deyişməsi 39

Məxdumqulu Fəraqi 41

Oturmuş 45



Yaşıl zümürrüd 47

Onda var 49

Vardır 50

Gördüm 51

Nəsən sən 52

Neçə yaşındadır 53



Durdu şair – Məxdumqulu 54

Məxdumqulu – Durdu Şair 57

Məxdumqulu – Oraz xan 59

Azadi – Məxdumqulu 60

Kimdədir 62

Gedibdir 63

Nədəndir 64



Nədir 65

Üçü övladdan 66

Kəfarət etdi 67

Durubdur 68

Dedim – dedi 70



Bir neçə misal 71

Yetdin 73

Məna bilməz yaşında 76

Gərək 78

Gəldin 80

Qurbanəli Məğrubi 82

Tutuldu – bitildi 83



Molla Nəfəs 86

Səraxslı Şair – Molla Nəfəs 90

Hansıdır 92

Qızla gəlinin deyişməsi 93

Cahana gəldi 95



Dedim – dedi 98

İstəyib gözəl yarı 99

Dostməmməd 102

Qurbanqulu – Dostməmməd 103

Annaqılınc Möhtaci 106

Gəlinlə igidin deyişməsi 107

Aman xan – Söyeq Batır 109

Miskin Qılınc 111

Hikmətli 112



Lüğətçə 114



TürkSOY kitabxanası seriyası: 15
Тərtib edən,

türkməncədən uyğunlaşdıran

və ön sözün müəllifi:

Prof. Dr. Ramiz ƏSKƏR
Redaktor:

AMEA-nın müxbir üzvü,

Prof. Dr. Tofiq HACIYEV
Məsləhətçi:

Prof. Dr. Annaqurban AŞIROV
Türkmən müəmmaları və vücudnamələri.

Bakı, MBM, 2011, 128 s.

Korrektor: Leyla

Texniki redaktor: Ülvi Arif

Kompüterdə yığdı: Solmaz Əskərova

Dizayner: Ceyhun Əliyev

________________________________________


Çapa imzalandı: 20.08.2011

Formatı: 60x84

Həcmi: 8 çap vərəqi

Tirajı: 500 ədəd

MBM MMC mətbəəsində

çap olundu.



1 Zillə – (burada) zil (bəmin zili).

2 Hüllə – paltar.

3 Nil – lülə.

1 Qalla – taxıl.

2 Ütün – xəcalət, utanma.

3 Sillə - çalma, sarıq, əmmamə.

1 Baydalığı – bayda, varlıda olması.

2 Saydalığı – dayaz yerdə olması.

3 Qarkı – kərgədan.

4 Dörd de-nin bir ze-də olduğu.

2 Əbdan – bədənlər.

2 Cuyi-ab – su yolu, arx.

3 Həblül-vərid – qan damarı; İbrahim.

4 Köyi-büzürg – böyük kənd.

5 Pənc sədü bistü həşt – beş yaz iyirmi səkkiz.

6 Kari-gəran – iş görənlər, işçilər.

7 Üstüxan – sümük.

1 Müxal – mümkün olmayan.

2 Ücb – ücubə, mənfur.

3 Fasid – fəsad verən.

1 Vildan – behiştdəki oğlanlar.

1 Deyişmənin ilk bəndləri əlyazmada yoxdur.

1 Əlyazma yarımçıqdır.

1 Puşt – pul.

2 Quşt – ət.

3 Hışt – kərpic.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə