Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elml



Yüklə 77,93 Kb.

tarix01.07.2018
ölçüsü77,93 Kb.


43 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

 

UOT 82-3 

 

HÜSEYN İBRAHİMOVUN POVESTLƏRİNDƏ  

KONFL

İKT VƏ XARAKTER 

 

S.Ş.QULİYEVA 

Bakı Dövlət Universiteti 

samiraquliyeva@mail.ru 

 

Az

ərbaycan  yazıçılarının  orta  nəslinə  mənsub olan xalq  yazıçısı  Hüseyn  İbrahimov 

müasir 

ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır. 

Yaradıcılığa  şeirlə  (1944)  başlayan  yazıçı  sonralar  daha  irihəcmli  əsərləri ilə 

m

əşhurlaşmışdır.  

H.İbrahimovun  zəngin  yaradıcılığında  povestlərinin özünəməxsus  yeri  vardır.  50-ci 

ill

ərdən xeyli sayda povestlər  yazan  istedadlı  yazıçı  onların  hər birində  öz sənətkarlıq 

mövqeyini qoruyub saxlaya bilmişdir.  

M

əqalədə  bu povestlərin mövzu və  ideyasından,  xarakter  obrazlar  aləmindən söhbət 

açıldığı kimi eyni zamanda qadın ləyaqəti, qadın mənəviyyatı, qadın ucalığı və s. problemlərin 

h

əlli yollarından da söhbət açılır. 

 

Açar sözl

ər: povest, janr, konflikt, obraz 

 

Ədəbiyyata orijinal nasir kimi qədəm qoyan və  məhz  bu  orijinallıq 



say

əsində də hadisələrin mahiyyətinə nüfuz etməyi bacaran Hüseyn İbrahimov 

yaradıcılığında yığcam və lakonik məişət povestlərinin öz yeri vardır. “Bu janr 

romana yaxındır, lakin bir çox xüsusiyyətləri ilə ondan fərqlənir. Burada bir 

çeviklik, dinamiklik özünü göst

ərmişdir, ədib elə həyati hadisə seçməlidir ki, o 

h

əcminə və məzmununa görə povest çərçivəsinə yerləşə bilsin” (7, 186). 



H.İbrahimovun povestləri az deyil. II Dünya müharibəsi illərindən ədə-

biyyata g

ələn yazıçı povestlərində sənətkar mövqeyini və yaradıcılıq xislətini 

qoruyub s

axlamışdır. İstedadlı yazıçı öz povestlərində həyatın, demək olar ki, 

bir çox sah

ələrini əhatə edir, müxtəlif xarakterlər yaradır. Onun povestlərinin 

başlıca  məziyyətlərindən biri cəmiyyət və  insan üçün son dərəcə  vacib olan 

humanizm ideyalarını sənətkarlıq və cəsarətlə əks etdirməsidir. İlk variantlarda 

hekay


ə  kimi təqdim  olunan  “Baharın  hekayəsi”, “Göyərçinin məhəbbəti”, 

“S

əhv edəndə” – povest tələblərinə tam cavab verən ədəbi əsərlərdir.  



“Baharın hekayəsi”, “Göyərçinin məhəbbəti”, “Səhv edəndə”, “Kamalın 

ad günü”, “Qu quşları öləndə oxuyurlar”, “Ölməz mahnılar” kino-povesti və 




44 

başqa əsərlərində dövrün və sosial mühitin ağrı-acısını dadan insanlarla rastla-

şırıq. 

T

əsadüfi  deyil  ki,  yazıçının  ilk  qələm təcrübələrindən  olan  “Baharın 



hekay

əsi”  haqqında  ilk dəfə  povest  sözünü  işlədən Rəsul  Rza  yazırdı:  “Bu 

povest  ciddi  yaradıcılıq  işinin  məhsuludur.  Buradakı  hadisələrin həyatiliyi, 

ayrı-ayrı obrazların inandırıcılığı və əsərin ümumi ruhundan doğan tərbiyəvi 

m

ənası  bizə  bu povesti nəsr  əsərlərimizin  ən yaxşı  nümunələri  sırasına 



qoymağa haqq verir” (8, 12). 

Qadın ləyaqəti, qadın mənəviyyatı, qadın ucalığı H.İbrahimov hekayələ-

rind

ə və povestlərində aparıcı meyl kimi özünü göstərmiş, “Qu quşları öləndə 



oxuyurlar” povestind

əki Bəhriyyə  obrazı  ilə  özünün kulminasiya nöqtəsinə 

çatmışdır.  

H.İbrahimovun  nəsrindən bəhs edən müəlliflərin  əksəriyyəti onun 

müasirliyini, h

əyatı dinamik inkişaf prosesində təsvir etmək cəhətlərini həmişə 

yüks

ək qiymətləndirmişlər. Bu inkişaf ədibin əsərlərində çılpaq şəkildə, hazır 



modell

ərlə  göstərilmir, ziddiyyət və  nöqsanlarla birlikdə  götürülür və  təhlil 

olunur. Ümumiyy

ətlə,  yazıçının  dil  mədəniyyəti, bədii  axtarışlarının  bir çox 

müsb

ət və rəğbət doğuran cəhətləri, təbliğ etdiyi humanizm, mənəvi gözəllik, 



saf m

əhəbbət,  yalnız  şairanə  lövhələrlə  əks etdirilməsi bu povesti bədii 

n

əsrimizin dəyərli nümunələrindən biri kimi qiymətləndirilməyə haqq verir. 



Yazıçı  “Baharın  hekayəsi”ndə  maraqlı  bədii priyomdan istifadə  edərək 

qatarda görüşdüyü qızın ona verdiyi dəftərdən hadisələri təfərrüatı ilə səciyyə-

l

əndirir. Hekayədə gənc və təcrübəsiz qadının qeyri-insani keyfiyyətlərə malik 



olan S

əlim kişi alçağa inanıb gözəl ailəsini dağıtması təsvir olunur.  

Povestd

ən göründüyü kimi, Bahar və Ramiz səmimi bir ailə qurmuşlar. 



H

ər ikisi sənaye institutunu bitirmişdir. Əli qabarlı, sağlam düşüncəli Ramizin 

müq

əddəs ailəsini  dağıtmaq  istəyən Səlim mənən  pozğun,  sabahı  görməyən 



g

əncdir. Ramiz və Səlim eyni cəmiyyətin, eyni mühitin adamları olmasalar da, 

xarakter etibaril

ə, düşüncə tərzi baxımından başqa-başqa adamlardır. O, Baharı 

tovlayıb, ailəsini dağıtmaq istəsə də, istəyinə nail ola bilmir, ailə bərpa olunur. 

T

əsadüfən  onları  dəniz kənarında  görən Vahid müəllim  indi  Baharın 



dodaqlarındakı təbəssümdə heç bir gizli kədər görmür. Bahar onların xoşbəxt-

liyinin b

ərpasında  böyük  rolu  olan  Vahid  müəllimə  minnətdarlığını  bildirib, 

onu ail


əsi ilə  tanış  edir.  Vahid  müəllimin sözlərinə  fikir verək:  “Həyat çox 

şirindir, Bahar! Ondan üz döndərmək olmaz. Ləyaqətli insanlar həyatın enişli-

yoxuşlu  yollarında  büdrəsələr  də,  ruhdan  düşmürlər. Sən də  ruhdan  düşmə, 

Ramiz s


əni axtarıb tapar” (5, 130). 

əllif bu povestdə həyati hadisələr və real obrazlar vasitəsilə müasir gənc-



l

ərimizin mənəvi gözəlliklərini, saf məhəbbət duyğularını qələmə almış, cəmiy-

y

ətimizdə olan yad meylləri, mənəvi əxlaqsızlığını qəzəblə damğalamışdır. 



H.İbrahimovun  epik  təhkiyəsində  nəzərə  çarpan sakit, təmkinli təsvir 

hekay


ədən povestə keçidi bədii baxımdan əsaslandırmışdır. Bu mənada müəl-

lifin “Göy

ərçinin məhəbbəti”, “Baharın hekayəsi, “Kamalın ad günü”, “Səhv 



45 

ed

əndə” povestləri təsvir  üslubundan  tutmuş,  həll etdiyi problemlərə, 



canlandırdığı  obrazlaradək hekayələrdə  toxunulan məsələlərin  inkişaf  etdiril-

miş forması da hesab edilə bilər. “Göyərçinin məhəbbəti” povestində isə ha-

dis

ələr bir  qədər  əksinədir. “Göyərçinin məhəbbəti”nin  əsas konflikti ömür 



yoldaşının  təmiz sevgisini qiymətləndirməyi bacarmayan, nəcib bir kənd 

qızının saf məhəbbətini Qızxanım kimi ləyaqətsiz qadının fitnə - fəsadına qur-

ban ver

ən Yusifin xarakteri məharətlə  açılır. Yusif bənnalıq  kursunu  bitirib 



k

əndə qayıdır. O bir az dəlisov, bir az qısqanc gəncdir. Bənnalıq kursun həyat 

yoldaşı  Göyərçinin və  dostu Dilavərin köməkliyi ilə  bitirmişdir.  Ailədə  ya-

ranan dedi-qodular, Yusifin h

əddən ziyadə  qısqanclığı  bu  izdivacı  pozur. O, 

şəhərə  gəlir,  qısa  müddətdə  yüngültəbiətli  Qızxanımla  evlənir. Bu ailə  hə-

yat

ında da heç bir şey qazana bilmir. Belə bir məqamda yaxın dostu Dilavər 



ona köm

əklik edərək  əvvəlki  ailəsinə  qovuşdurur.  Öz  əməllərindən kor-

peşman  olan  Yusif  narahatlıq  hissi  keçirir,  doğma  həyətlərinə  çəkinə-çəkinə 

daxil  olur. O,  ağır sınaq  qarşısında  tərəddüd  edir... “Qapını  döyür.  Göyərçin 

kims

ən? – soruşub səsi tanıyandan sonra qapını açır. Onun lal sükutu Yusifə 



ölümd

ən betər idi. Yusif divanda əyləşir. Onun günahlarını göz yaşları yuya 

bil

ərdi” – yazır müəllif (4, 108).  



H.İbrahimov birinci əsərdə qızların həyatın ağır sınaqlarında uğursuzlu-

ğunu təbliğ edirdisə, ikinci povestdə isə seçdiyi hədəf oğlanlardır. Yusif kimi 

tora düşüb gözəl ailələrini dağıdan, sonra ömrü boyu əzab çəkən gənclərimiz 

m

əgər həyatda azdırmı? 



G

ələcək nəsillərə  bu həyatı  arzulamayan  müəllif  onları  ayıq  –  sayıq 

olmağa, ailə səadətini və qədrini bilməyə çağırır. Əsərdə, qəhrəmanın dediyi 

kimi,  “bu  ill

ər ərzində onlarla binalar tiksəm də, əllərimlə yıxdığım öz evimi 

nec


ə bərpa etməyi bacarmadım” (4, 108). 

Hekay


ələrində olduğu kimi, yazıçının bu mövzuda yazdığı povestlərində 

d

ə  fəal mənəvi təmizlik məsələsinə  geniş  yer  verilmişdir.  Bu,  müasir həyatı 



h

ərtərəfli və  dərindən həqiqi bədii boyalarla əks  etdirmək istiqamətində 

aparılan  yaradıcılıq  axtarışları  ilə  bağlıdır.  Təhlilə  cəlb edilən povestlər bu 

meylin aydın təzahürlərindən biridir. 

Hüseyn  İbrahimov  müasirliklə  nəfəs alan sənətkardır.  Müasirlik  geniş 

anlayış  olub,  mövzu ilə  yanaşı,  yazıçının  qələmə  aldığı  hadisə  və  obyektə 

münasib

əti ilə bağlıdır. Sənətdə və ədəbiyyatda müasirlik ən mühüm keyfiy-



y

ətlərdən biridir. “Hər hansı növdə və janrda yaradılmasından, hansı mövzuya 

h

əsr edilməsindən asılı olmayaraq həqiqi sənət nümunəsi bədii əsər müəllifinin 



öz z

əmanəsi ilə  təmasını  əks etdirir, bütövlükdə  öz müəllifinin müasirliyə 

xidm

ət cəhdlərinin və səylərinin nəticəsi kimi yaranır” (3, 5). 



Hüseyn İbrahimov, bir sıra əsərlərində olduğu kimi, burada da əxlaq və 

t

ərbiyə  mövzusunu ön plana çəkmiş,  müasirlərinin portretini yaradarkən 



onların başlarına sığal çəkməmiş, Baharların, Göyərçinlərin, Yazgüllərin, Qız-

ların mürəkkəb, dolanbac, çətin sınaqlardan keçən yollarını izləyə-izləyə işığa 

doğru  aparmışdır.  Bu  bədii portretlər  –  qüsurları,  nöqsanlı  cizgilərilə  bizim 



46 

müasirl


ərimizdir.  Biz  onların  səhv  addımlarına  acısaq  da,  nöqsanlarını  başa 

düşdükləri  üçün  bağışlayırıq.  Çünki  yazıçı  onların  qanadlarını  sındırmır, 

sabaha ümidl

ə yaşadır. 

Bu m

ənada müəllifin “mən”ində  bütöv bir maarifçilik ruhu, təlim və 



t

ərbiyə  sistemi mövcuddur. Bu əslində  yazıçı  məramı,  yazıçı  qayəsidir. Elə 

s

ənətkarlar var ki, mənfi tipləri islah etmək  əvəzinə,  onları  ölümə  doğru 



sürükl

əyir,  heç  bir  işıq  yolu  qoymurlar.  Lakin  H.İbrahimov  təbiətən  işıqlı 

s

ənətkar olduğu üçün mürəkkəb təbiətli, ziddiyyətli, uğursuz xarakterləri belə 



aydın sabaha yönəltməyi bacara bilirdi. 

Yazıçı qayəsini şərtləndirən vacib anlardan biri də məhz budur. Bu amil 

söz  ustasının  adi  insanlardan  fərqləndirən məziyyətlərdir.  Çünki  yazıçının 

yaratdığı ən kamil portretlərin arxasında yazıçı özü dayanır. 

H.İbrahimov fəal müşahidəçi, axtaran və öyrənən sənətkarlardan biri idi. 

Onun mövzularda müxt

əlifliyi və rəngarəngliyi ilə seçilirdi. Belə povestlərdən 

biri d


ə “Səhv edəndə”dir. Bu povestdə onu əvvəlkilərdən fərqləndirən süjetlər 

var. Bahar ail

əli olduğu halda, bu əsərin qəhrəmanı Qızlar sevgi nə olduğunu 

bilm


əyən bir gənc  qızdır.  Atasız-anasız  böyüyən bu sadəlövh təbiətli  qız  bir 

fırıldaqçının toruna düşür. Ona görə də, təsadüfən tanış olduğu oğlanı yaxın-

dan tanımadan, bərkə-boşa salmadan onunla evlənməyə razı olur. Halbuki ilk 

tanışlıqdan oğlanda olan bəzi cəhətlər onun xoşuna gəlmir. Bununla da, Qızlar 

sad

əlövhcəsinə  faciəyə  doğru  sürüklənmiş  olur.  Qızlar  oğlanın  bir  sıra 



qüsurlarını, o cümlədən əlinin üstündə döydürdüyü oxlanmış ürək şəkli, tülkü 

cildin


ə girərək yalandan özünü yetim kimi qələmə verməsini də, təbii edir. O, 

oğlanı sevdiyi üçün bu qüsurlara göz yummalı olur. Halbuki, ikinci görüşdən 

oğlanın baxışlarını “ov üstünə atılmağa hazırlaşan pələngin gözlərinə bənzət-

m

əsi onun gözüaçıqlığına dəlalət etsə də sevgisi naminə hər şeyi unudur. Gələ-



c

əkdə  düzələcəyi ümidi ilə  sevgisi xətrinə  bu  fırıldaqçıya  inanıb  onun  evinə 

g

əlin köçür, yenicə ailə quran bu fırıldaqçı iki həftədən sonra yenə də Qızları 



aldadaraq ezamiyy

ətə  gedəcəyini söyləyir. Bir neçə  müddətdən sonra qanun 

keşikçilərinin köməyi nəticəsində  məlum olur ki, bu aspirant Cabir yox, 

d

ələduz, Həcər adlı bir qadınla birləşərək rayonda külli miqdarda pulu mənim-



s

əyib, cavan arvadı və körpəsini atıb qaçan Səməd Nəzər oğludur. 

Bu iyr

ənc  tip  şəhərə  gəldikdən  sonra  kassanı  yarıb  pul  oğurlayır  və 



göz

ətçini yaralayıb qaçır: “Cabir”in şəklini onların əllərində görən Qızlar bü-

tün 

əməllərinin dərin peşmançılığını çəkir.  



H.İbrahimovun  adı  çəkilən povestlərinin başlıca  cəhətlərindən biri də 

konfliktin 

əsasını təşkil edən situasiyaların mahiyyətini ictimai-siyasi problem-

l

ərə  və  əxlaqi problemlərə  əsaslanaraq  real  şəkildə  əks etdirməsidir. Bu 



povestl

ər maraqlı quruluşda, səlis, sadə və bədii dildə yazılmışdır. “Bədii dil, 

b

ədii əsərlərdə həyatı, varlığı şairanə bir şəkildə, lövhələr vasitəsilə əksetdirmə 



vasit

əsidir” (7, 80). 

İlk variantlarda birpərdəli pyes kimi işlənmiş “Kamalın ad günü” poves-

tind


ə  meşşan,  harın  bir  ailənin  başdan-başa  səhvlər üzərində  kökləndiyi 


47 

göst


ərilmişdir. Anbardar Hacıağa, onun meşşan arvadı Mələk xanım, ərköyün 

qızı  Toma,  mənəviyyatsız  əlaltısı  Əsəd,  əxlaq  normalarına  zidd  olan  cinayət 

xarakterli s

əhvlərə  yol  vermişlər.  Əsərdə  hadisələr təkcə  bir ailə  məsələsi 

ç

ərçivəsində  qapanıb  qalmır,  rüşvətxorluq, korrupsiya xəstəliyinə  tutularaq 



dövl

ət,  xalq  malına  xor  baxanların  acınacaqlı,  uğursuz  taleyi  ustalıqla  təsvir 

olunur. M

əsləksiz,  şəxsiyyətsiz  tip  olan  Hacıağa  kimi  üzdəniraq müdirlərin 

ail

ədə də rəhbərlik səriştəsinin olmaması ucbatından iflasa uğramasını məha-



r

ətlə  göstərən  H.İbrahimov,  bir  qədər qeyri-real görünsə  bu ailənin yeganə 

z

əhmətkeş  nümayəndəsi  Kamalın  zəngin mənəviyyatını,  ruhi  təmizliyini bu 



nat

əmizlərə qarşı qoyur. Toma kimi “mamasının gül balası”ndan fərqli olaraq 

bu  ağıllı,  tədbirli gənc uzaqgörənliklə  ailəsinin  acınacaqlı  təbiətini görür və 

x

əbərdarlıq edir: 



“B

əzən  yolunu  azmış  bir  gəmi,  balaca  qayığın  köməyi ilə  sahilə  çıxa 

bil

ər” – fikrini əsas tutan Kamal, onları islah edə bilmir və ailəsindən üz dön-



d

ərib halallıq axtarışına çıxır. Halallığın haramlıq, düzgünlüyün əyrilik üzərin-

d

ə qələbəsinə bir ailə daxilindəki konfliktlər zəminindən ictimai plana çıxaran 



əllif, rüşvət və korrupsiyanın acı nəticələrinin nəinki bir ailəni, hətta bütöv 

c

əmiyyəti iflasa aparacağını  təlaşla  söyləyir. Azərbaycan  Respublikasının 



Prezidenti  İlham  Əliyevin  dərin məzmunlu  çıxışında  bu  barədə  oxuyuruq: 

“Rüşvətxorluğa  və  korrupsiyaya  qarşı  mübarizə  daha  da  ciddi  aparılmalı, 

ictimai n

əzarət gücləndirilməlidir” (1). 

H.İbrahimovun nasirlik bacarığı və istedadı onun müharibə mövzusunda 

yazdığı  povestlərində  də  aydın  görünür.  Yazıçının  povestləri dərin məzmun, 

ideya saflığı, zəngin yaradıcı təxəyyül tərzi, fikrin tam dolğun ifadəsi, həyati 

süjet x


ətti ilə  diqqəti cəlb  edir.  H.İbrahimov  müharibə  mövzusunda çox 

yazmışdır. Bu mövzuda ədibin yazdığı hekayələri “Qu quşları öləndə oxuyur-

lar” (1985) adlı kitabında toplanmışdır. “Müharibənin dəhşətləri bizdən uzaq-

laşsa da, ədəbiyyat müharibə  mövzusuna yenidən, daha böyük diqqət və 

h

əssaslıqla  müraciət edir. Tarixi qələbələrin tarixi səbəbləri ilə  yanaşı,  onun 



m

ənəvi – psixoloji kökləri daha geniş miqyasda bədii tədqiqata cəlb olunur” 

(2, 

38).  Yazıçının  1985-ci ildə  oxuculara təqdim  etdiyi  “Qu  quşları  öləndə 



oxuyurlar” povestind

ə qəhrəmanların keçirdiyi həyəcan və iztirabları təbii və 

inandırıcı boyalarla təsvir edilmişdir. Onun mövzusu müharibədən götürülmüş 

povestl


ərinin demək  olar  ki,  hamısının  qəhrəmanları  gənc  azərbaycanlı 

qızlardır. Bu povestlərdə Böyük Vətən Müharibəsi cəbhələrində şücaət göstə-

r

ən Azərbaycanlıların  şərəfli  yollarından  səhifələr verilir. Bu səhifələr həm 



q

əhrəmanlarımızın  döyüş  portretini  canlandırır,  həm də  böyük qələbəmizin 

əsas səbəblərindən olan mənəvi birliyimizi bədii lövhələrlə əks etdirir. Şəhid 

qızlarımızın xatirəsinə həsr olunmuş bu povestdə cəbhədəki əsgərlərin mənəvi 

dayağı olan Bəhriyyə kimi namuslu, qeyrətli qadınlarımızın dəyanəti, mətanəti 

t

ərənnüm olunur. Bəhriyyə obrazı ilə müəllif Azərbaycan qadınlarını – o cüm-



l

ədən şəhidlik səviyyəsinə yüksəlmiş Salatınları, Gültəkinləri yenidən qızışma-

ğa başlayan Qarabağ müharibəsinə hazırlamışdır. Povestdən gördüyümüz kimi 



48 

artıq müharibə başa çatmış, əhdinə, sədaqətinə etibarı olan Bəhriyyə ilk sev-

gisinin  yadigarı  olan  Vahidi  evləndirmiş  və  dünyaya  Azad  adlı  nəvəsi gəl-

mişdir. Həyat yoldaşı Cəlalın qayıdacağına ümidini itirməyən bu vəfalı qadın 

onun ölümünd

ən  sonra  “Qızıl  ulduz”  ordeninə  layiq görülməsi xəbərini 

laqeydl

ə  qarşılayır.  Bəhriyyə  ordeni mayora  verməyə  qoymayıb  və  ötkəm 



s

əslə - deyir: “yalandı!” Mən inanmıram, Cəlal sağdı. Qayıdar özünə verərsi-

niz” (6, 33). 

H.İbrahimovun  qiymətli  əsərlərindən  sayılan  “Ölməz  mahnılar”  kino-

povesti m

ədəniyyət tariximizdə  misilsiz xidmətləri olan dahi bəstəkarımız 

Üzeyir Hacıbəyova həsr olunmuşdur.  

“Ölm


əz  mahnılar”  povestində  Qarabağın,  onun  döyünən ürəyi olan 

Şuşanın  keçmişi,  keçdiyi  tarixi  mərhələləri,  Xan  qızı  Natəvandan  başlamış 

Ü.Hacıbəyovadək olan dövr müasirlik baxımından diqqətlə işlənmiş, obyektiv 

varlığın indiki həqiqətinə çevrilə bilmişdir.  

Əsərdə  Zülfüqar bəy  Hacıbəyov H.Sarabski, Bülbül kimi sənətkarları-

mızın Üzeyir bəylə əlaqə və münasibətləri, təqiblərə davam gətirməyib bəzən 

ruh

dan düşən bəstəkara dayaq olan anası Şirinxanımın, etibarlı dostları, ömür 



yol

daşı Məleykə xanımın dayaq olması və s. kimi sahələr reallığı ilə diqqəti 

c

əlb edir.  



Bir sözl

ə, deyə bilərik ki, yazıçı bu əsəri yaratmaq üçün müxtəlif mənbə-

l

əri  araşdırmış,  Ü.Hacıbəyovun həyat yolunu öyrənmiş  və  bunu sənət dilinə 



çevir

ə bilmişdir. Vaxtilə xalq yazıçısı S.Rəhimov bu əsərin məziyyətlərindən 

danışarkən haqlı olaraq yazırdı:  

“H.İbrahimov bu əsərində Üzeyir haqqında yazmaqdan artıq Üzeyirdən 

öyr

ənməyə  getmişdir.  Biz  həyəcanla oxunan bu əsəri  kino  ekranlarında 



görm

ək istərdik” (9, 14). 

Ümumiyy

ətlə, keçən  əsrin 40-50-ci illərinin  Azərbaycan  ədəbiyyatının 



aktual probleml

əri, ideya-mövzu və əsas istiqamətləri haqqında ümumiləşdiri-

ci fikir söyl

əmək, məhz bu nəsrdə sosial-psixoloji və mənəvi etik problemlərin 

qal

dırılması  və  həlli  baxımından  Hüseyn  İbrahimovun  bədii  yaradıcılığı 



maraqla izl

ənilir.  



 

ƏDƏBİYYAT 

1.

 



Əliyev  İ.  Korrupsiya  və  rüşvətxorluğa  qarşı  mübarizə  barədə  (Qazax  rayonundakı 

çıxışından). Bakı, “Azərbaycan” qəz., 2011, 19 may 

2.

 

Ədəbi proses (1981-1982). Bakı: Elm, 1987, 192 s. 



3.

 

Hüseynoğlu T. Söz tarixinin yuvası. Bakı: Azərnəşr, 2000, 182 s. 



4.

 

İbrahimov H. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1974, 205 s. 



5.

 

İbrahimov H. Nəciblik. Bakı: Yazıçı, 1979, 316 s. 



6.

 

İbrahimov H. Qu quşları öləndə oxuyurlar. Bakı: Azərkitab, 1998, 204 s. 



7.

 

Mir C



əlal, P. Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Azərnəşr, 2005, 312 s. 

8.

 



R.Rza. Xalqın istəyincə. Bakı: Azərnəşr, 1981, 196 s. 

9.

 



R

əhimov S. Yazıçı və həyat. Bakı: Azərnəşr, 1974, 211 s. 



 


49 

КОНФЛИКТ И ХАРАКТЕР В ПОВЕСТЯХ ГУСЕЙНА ИБРАГИМОВА 

 

C.

Ш.КУЛИЕВА 

 

РЕЗЮМЕ  

 

Представитель  среднего  поколения  азербайджанских  писателей  Гусейн  Ибраги-



мов  имеет  особые  заслуги  в  развитии  современной  литературы.  Начавший  свою 

творческую  деятельность  поэзии  (1944)  он  позднее  стал  известен  своими  крупными 

произведениями.  В  творчестве  Г.Ибрагимова  особое  место  занимают  его  повести.  В 

каждой  повести  автор  смог  сохранить  свою  профессиональную  позицию.  В  данной 

статье наряду с тематикой и идеей каждой повести говорится также о женской морали и 

достоинстве.  



 

Ключевые слова: повесть, жанр, конфликт, образ 

 

CONFLICT AND CHARACTER IN HUSEYN İBRAHIMOV’S NOVELS  



 

S.Sh.GULIYEVA  

 

SUMMARY 

 

Public writer belonging to the middle generation of Azerbaijan writers Huseyn 



Ibrahimov is one of the craftsmen who has non – substitutive services in the development of 

our modern literature. 

Starting his creativity in 1944, later on he became famous with bigger works. 

Novels have  a  specific place in H.Ibrahimov’s rich creativity. In 50-s he wrote some 

novels and in each of them he could keep his mastery. 

The article deals with the subjects and ideas of his novels, characters and images and 

ways of solution of such problems as woman dignity, woman morality and so on. 

 

Key words: story, genre, conflict, character



 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə