Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elml



Yüklə 84,79 Kb.
Pdf görüntüsü
tarix12.03.2018
ölçüsü84,79 Kb.
#31273


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

UOT 904 

 

II RUS

İYA-İRAN  MÜHARİBƏSİ VƏ  

“ERMƏNİ VİLAYƏTİ”NİN YARADILMASI 

 

E.Z.

ƏLİYEV  

AMEA 

A.A.Bakıxanov adına Tarix İnstitutu 

elmir0880@gmail.com 

         

 

M

əqalədə  II Rusiya-Qacar müharibəsindən  sonra  İrəvan və  Naxçıvan  xanlıqları  əra-

zisind

ə  “Erməni vilayəti”nin təşkil  olunması  və  bu  əraziyə  Qacarlar və  Osmanlı  imperiya-

larından  ermənilərin köçürülməsi prosesindən bəhs  olunur.  Çar  Rusiyası  erməniləri bu 

torpaqlarda m

əskunlaşdırmaqla  Cənubi Qafqazda geosiyasi mövqeyini möhkəmləndirmiş,  öz 

müst

əmləkəçilik siyasətini həyata keçirmək üçün erməni amilindən istifadə etmişdir. Bununla 

da C

ənubi Qafqaz ərazisində və Türkiyədə ermənilərin ərazi iddiaları ilə bağlı olan müxtəlif 

mi

lli münaqişə ocaqları meydana gəlmişdir. 

 

Açar sözl

ər: müharibə, müqavilə, vilayət, qoşun, köçürülmə 

 

Şimali  Azərbaycan  xanlıqlarının  Rusiya  tərəfindən  işğal  olunmasından 

sonra erm

ənilərin kütləvi surətdə torpaqlarımıza köçürülməsi prosesi baş ver-

mişdi. Rusiya ilə Qacarlar arasında Türkmənçay sülh müqaviləsinin  bağlanıl-

masından  (10  fevral  1828-ci il) dərhal  sonra    İrəvan və  Naxçıvan  xanlıqları 

ərazisində yaradılan “Erməni viulayəti”ndə ermənilərin sayı süni şəkildə artırıl-

mışdı.  


H

ələ 1813-cü ildə Rusiya ilə Qacarlar İranı arasında imzalanmış Gülüstan 

sülh müqavil

əsindən sonra da bu dövlətlər  arasındakı  münasibətlər gərgin 

olaraq  qalırdı.  Rusiya  qacarlardan  yeni  torpaqlar  qoparmaq  məqsədindən  əl 

ç

əkməmişdi. Hər iki dövlət məxfi şəkildə müharibəyə hazırlaşırdı [1,143].   



Gülüstan müqavil

əsi bölgədə  müvəqqəti sakitliyə  səbəb olsa da, onun 

n

əticələri nə Rusiyanı, nə də Qacarlar İranını qane etmirdi. İran tərəfi  müha-



rib

ənin əsassız yerə uduzulduğunu,  Rusiya tərəfi isə qarşıya qoyulan məqsədin 

tam sur

ətdə  həyata keçirilmədiyini hesab edirdi. Müqavilə  Rusiyanın  Cənubi 



Qafqazdakı hərbi uğurlarını təsdiq etsə də, bu dövlət bölgədə hələ də lazımınca 

möhk


əmlənə bilməmişdi. Başlıca məqsəd - iki dövlət arasındakı sərhəd xəttini 

Arpaçay v

ə Araz çaylarından müəyyənləşdirməklə Naxçıvan və İrəvan xanlıq-

larının Rusiyaya birləşdirilməsi planı hələ də reallaşmamışdı [2, 325-326]. 

İrəvanın işğalı rusların Qafqaza gəlişinin ilk günlərindən gündəmdə olsa 

 

177 




da, İrəvan  yürüşləri ya məğlubiyyətlə nəticələnir, ya da təxirə salınırdı. I Ni-

kolay da öz s

ələfi  kimi  İrəvanın  tutulmasını  səbirsizliklə  gözləyir,  bu  işin 

vacibliyini tez-

tez  Yermolova  xatırladırdı.  İrəvan  xanı  isə  əsrin  əvvəlində 

itirilmiş əraziləri geri qaytarmaq niyyətində idi və hətta Tiflisə hücum etmək 

üçün 

əlverişli  məqam da gözləyirdi. Beləliklə, hər iki tərəf müharibəyə 



hazırlaşır, qüvvələrinin sayı artırılır və münasibətlər kəskinləşirdi [3,162].  

H

ələ 1826-cı ilin yazında rus komandanlığı Şirəkə hücum etməyi qərara 



almış və bununla da Rusiya İrəvan xanlığına qarşı yeni hücum kampaniyasına 

başlamışdı.  1826-cı  il  iyulun  16-da  İrəvan  xanının  qoşunları  əks hücuma 

keç

ərək Şirəkə, qardaşı Həsən xanın qüvvələri isə Şörəyelə daxil oldular. Rus 



qoşunları xeyli itki verərək geri çəkilməyə məcbur oldular. Rusiya qoşunlarının 

işğal  etdikləri  Balıqçay,  Sadağaçay,  Qarakilsə  və  digər  keşikçi  məntəqələri 

darmadağın edildi. Həsən xanın qoşunları Gümrü yolunu nəzarətə götürdülər. 

Bel


əliklə,  qısa  müddət  ərzində  Pəmbək və  Şörəyel  işğalçılardan  təmizləndi. 

Bundan bir neç

ə  gün sonra -  1826-cı  il  iyulun  19-da II Rusiya-Qacar müha-

rib


əsi başlandı [4, 327-329].   

Rusiya ordusunun Qafqazda

kı baş komandanı general Yermolov əvvəlki 

mövqel


ərin itirilməsi və xan qoşunlarının Gürcüstan sərhədlərinə yaxınlaşması 

il

ə barışmaq istəməyərək Balıqçay məntəqəsinə yeni dəstə göndərdi. Lakin 166 



n

əfərdən ibarət olan bu hərbi dəstə  iyulun 26-da xan süvariləri tərəfindən 

mühasir

əyə alınaraq, demək olar ki, tamamilə məhv edildi. Onlardan 113 nəfəri 



öldürüldü,  başda  dəstə  komandiri olmaqla 18 nəfər  əsir götürüldü, qalan 40 

n

əfər isə döyüş meydanından qaçmağa məcbur oldu. Ruslar bu məğlubiyyətin 



s

əbəbini dəstədəki rus xidmətinə girmiş qazaxlılarla bağlayaraq, bildirirdilər ki, 

onların bir hissəsi rus dəstələrinə qarşı çıxmış, digərləri isə, guya, ilk atəşdən 

sonra qaçmışdılar [4, 329].    

Çar I Nkolay xanlıqlarda başlanan müharibə və rusların həmin ərazilər-

d

ən  qovulması  barədə  hələ  məlumat  almadığına  görə, avqustun 1-də  İrəvan 



üz

ərinə  yürüşə  çıxmaq  barədə  fərman verdi. Lakin Yermolov bu göstərişi 

yerin

ə yetirə bilmədi [3, 164]. Çünki artıq müstəmləkəçilərə qarşı xalq azadıq 



h

ərəkatının başlanması nəticəsində bütün Şimali Azərbaycan xanlıqları üzərin-

d

ə nəzarət itirilmişdi və rus qoşunlarının İrəvana doğru hərəkət etməsi mümkün 



deyildi. Buna gör

ə də Rusiya imperatorunun fərmanı ilə nəzərdə tutulan yürüş 

t

əxirə salınmışdı [4, 330-331].    



Yermolov is

ə  mövcud qüvvələrlə  İrəvan  xanlığını  tutmaqla  kifayət-

l

ənməyi, qalalarda rus qoşunlarına dəstək olan ermənilərdən istifadə etməklə, 



onların hamısını müsəlmanlara qarşı silahlandırmağı təklif edirdi. Daha sonra 

Meşkin vilayətindən keçməklə Ərdəbil, Xalxal və Güney Azərbaycanın başqa 

vilay

ətləri tutulmalı, Lənkəran xanlığı isə əsarət altına alınmalı idi. Çar I Niko-



lay Yermolovun 

əsas zərbənin İrəvan xanlığına endirilməsi fikrini bəyənmiş və 

planı təsdiq etmişdi [4, 331-332].     

Lakin  çar  I  Nikolay  Qafqazın  baş  hakimi  Yermolova o qədər də  etibar 

etmirdi. Yermolov dekabristl

ərlə  əlaqə  saxlamaqda  şübhəli bilinirdi. Buna 

 

178 



müvafiq olaraq I Nikolay Yermolovu 

əvəz etmək  üçün  öz  sevimli  generalı 

İ.F.Paskeviçi  Tiflisə  göndərmişdi.  Paskeviç  Tiflisə  gəldikdən sonra öz 

ixtiyarındakı qoşunlarla birlikdə Gəncəyə doğru irəlilədi. 1826-cı il sentyabrın 

10-

da Paskeviç artıq Gəncədə idi [5, 194]. Onun sərəncamında 10391 nəfər (7 



batalyon, 1 draqun v

ə 2 kazak alayı, 300 gürcü atlısı) və 24 top var idi [3,s.154]. 

Bir q

ədər irəli gedərək bildirək ki, Yermolovun əvəzinə  Paskeviçin 



Qafqazdakı qoşunların baş komandan təyin edilməsi rəsmi surətdə 1827-ci il 

martın sonlarında baş vermişdi. Yeni baş komandan İrəvan xanlığının strateji 

m

əntəqə kimi böyük əhəmiyyətə malik olduğunu başa düşür və ilk zərbəni bu 



xanlığa endirməyi qərara almışdı [4, 332].   

1826-


cı ilin sonunda Yermolov və Paskeviçin rəyi əsasında baş qərargah 

növb


əti hərbi kampaniya ilə  bağlı  iki  layihə  işləyib  hazırlamışdı.  Paskeviçin 

b

əyəndiyi ikinci layihəyə əsasən düşmənə qəflətən zərbə endirilməli, İrəvan və 



Naxçıvan vilayətləri Azərbaycanın başqa yerlərindən tamamilə təcrid olunmalı, 

əsas hədəf isə Təbriz olmalı idi [3, 165].   

Qeyd ed

ək ki, G.Nəcəfli öz məqaləsində rus tədqiqatçısı İ.Şopenin 1826-



cı  ildə  İrəvan  xanlığında  apardığı  hesablamalara istinadən bildirir ki, həmin 

vaxt 


əhalinin 80 %-dən çoxu Azərbaycan türklərindən, təxminən yalnız 20 %-i 

is

ə  ermənilərdən ibarət idi. Müəllif  bu  faktın  erməni müəllifi  Q.Bornotyanın 



əsərində də təsdiq olunduğunu qeyd edir [6,s.84].   

Rusiyanın  İrəvan üzərinə  yürüşlərində  bir neçə  mərhələni qeyd etmək 

vacibdir: 1827-ci il aprelin 16-17-d

ə Rusiya işğalçıları tərəfindən Sərdarabad 

qalasının birinci mühasirəsi və qalanın qəhrəmancasına müdafiəsi; 27 aprel-23  

iyun 1827-ci ild

ə İrəvan qalasının üçüncü mühasirəsi və qala qəhrəmanlarının 

Rusiya  işğalçılarına  təslim  olmaması;  1827-ci  il  sentyabrın  14-20-də  Sərdar-

abad  qalasının  rus  qoşunları  tərəfindən ikinci mühasirəsi,  qalanın  qəhrəman-

ca

sına müdafiəsi və süqutu; 1827-ci il sentyabrın 24-dən oktyabrın 1-dək İrə-



van qalasının dördüncü mühasirəsi, erməni xəyanəti və İrəvan qalasının süqutu 

[4, 333-352].    

İrəvan qalasının dördüncü mühasirəsi zamanı ermənilər Paskeviçlə əlaqə-

y

ə girə bilmiş və azərbaycanlıların qalanın hansı hissəində yerləşdiklərini, top 



at

əşlərini hansı istiqamətlərə yönəltməyin lazım olduğunu ruslara bildirmişdilər. 

Rus qoşunları erməni xəyanətindən istifadə edərək qalaya daxil olmuş və on-

larla qalanın qəhrəman müdafiəçiləri arasında qanlı döyüş baş vermişdi. Həsən 

xan Qacar 200 n

əfərədək əyanla birlikdə qaladakı məscidlərin birinə çəkilərək 

müqavim

ət göstərməkdə  yenə  də  davam  etmişdi.  Lakin  axşama  yaxın  İrəvan 



qalası işğalçıların əlinə keçmiş, Həsən xan Qacarla bərabər qalanın komendantı 

Sübhanqulu xan, xüsusi tabor komandiri Qasım xan, Mərəndli  Cəfərqulu xan

T

əbrizli Əlimərdan xan, Əhərli Aslan xan, Fətəli xan və başqaları ələ keçiril-



mişdi [4, 348-350].  Fars qoşunlarının tərkibində iştirak edən ermənilər də İrə-

van  qalası  uğrunda  aparılan  döyüşlərdə  daha çox casusluqla, bələdçiliklə  və 

x

əyanətkarlıqla  məşğul  olmuşdular  [2,  337]. Qeyd edək  ki,  ruslar  İrəvan qa-



lasını  alanda  şəhərdəki  əhalinin 70 %-dən çoxunu azərbaycanlılar  təşkil 

 

179 




edirdil

ər [7, 9].  

Rus  qoşunları  İrəvanı  aldıqdan  sonra  müxtəlif istiqamətlərdə  cənuba 

doğru yürüşə başlamışdılar. Tezliklə Mərənd, Təbriz, Xoy, Səlmas və Marağa 

da z

əbt  olunmuşdu.  Dehqarağandakı  danışıqlarda  Paskeviçin  ultimatumu 



yerin

ə yetirilmədiyinə görə hərbi əməliyyatlar yenidən başlamışdı. Urmiya və 

Ərdəbil də  rusların  əlinə  keçmişdi.  Ərdəbildəki nadir  əlyazmalar  kitabxanası 

ruslar t


ərəfindən qarət edilmişdi. Tehran üçün yaranan birbaşa təhlükə şahı sülh 

müqavil


əsi bağlamağa sürükləyirdi [3, 170]. 

Naxçıvanın  işğalı  ilə  bağlı  onu  bildirək ki, 1827-ci ilin iyununda Nax-

çıvana yürüş etməyi qərarlaşdıran Paskeviç qoşunlarını Gərniçaydakı düşərgə-

y

ə toplamışdı. İyunun 19-da qoşunlar hərəkətə başlayıb, əvvəlcə Dəvəli kəndi-



n

ə  girdilər. Sərdar  əvvəlcədən  əhalini  İrəvana köçürdüyünə  görə, kənd bom-

boş idi. V.U.Umudlu öz əsərində Naxçıvanda ruslara qarşı hər hansı müqavi-

m

ət göstərilməsi barədə  məlumatın  olmadığını  qeyd  edir  və  ehtimal edir ki, 



K

ərim xan müqavimət göstərə  bilməyəcəyini zənn  edib  xanlığı  tərk  etmişdi. 

İyunun 26-da Naxçıvan ələ keçirilmişdi [3, 167]. 

1828-


ci il fevralın 9-dan 10-na keçən gecə Türkmənçay kəndində Rusiya 

il

ə Qacarlar arasında müqavilə imzalandı. 16 maddədən ibarət olan müqavilə-



nin üçüncü madd

əsi İrəvan və Naxçıvan xanlıqlarının da Rusiyaya keçməsini 

n

əzərdə  tuturdu. Dördüncü maddə  iki dövlət  arasındakı  sərhəd xəttini müəy-



y

ənləşdirir, səkkizinci maddə  isə  Xəzər dənizində  yalnız  Rusiya  hərbi 

g

əmilərinin üzməsinə icazə verirdi və sairə [3, 170].    



Bel

əliklə, Türkmənçay müqaviləsinə əsasən Azərbaycan torpaqları Azər-

baycan  xalqının  iradəsi nəzərə  alınmadan  iki  imperiya  arasında  ikinci dəfə 

bölüşdürüldü. Şimali Azərbaycan çar Rusiyasının əsarəti altına düşdü,  Cənubi 

Az

ərbaycan isə Qacarların əlində qaldı [4, 351]. 



Türkm

ənçay müqaviləsi 1828-ci il martın 20-də təsdiq edildi, onun ertəsi 

günü  – 

martın  21-də  isə  I  Nikolayın  “Erməni vilayəti”  yaradılması  haqqında 

imzaladığı  fərmanda  deyilirdi:  “İranla  bağlanmış  müqaviləyə  əsasən,  İrandan 

Rusiyaya birl

əşdirilən İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra “Erməni 

vilay


əti” adlandırmağa hökm edir və titulumuza daxil edirik. Həmin vilayətin 

q

uruluşu və onun idarə edilməsi qaydası haqqında Ali Senat lazımi fərmanları 



öz vaxtında alacaqdır” [4, 379].  

İrəvan və  Naxçıvan  xanlıqlarının  torpaqları  hesabına  yaradılan  “Erməni 

vilay

əti” İrəvan və Naxçıvan əyalətlərinə, habelə Ordubad dairəsinə bölünmüş-



dü.  İrəvan  əyalətinə,  keçmiş  İrəvan  xanlığında  olduğu  kimi,  15  mahal,  Nax-

çıvan əyaləti və Ordubad dairəsinin hər birinə 5 mahal daxil idi. İmperatorun 

f

ərmanı  ilə  “Erməni vilayəti” təşkil  olunan  zaman  İrəvan  əyalətində  İrəvan, 



S

ərdarabad, Şərur və Sürməlidən ibarət olan 4 dairə də yaradılmışdı [4, 379].   

Bel

əliklə, Qafqazda, həm də Azərbaycan torpağında ilk dəfə olaraq ermə-



nil

ərin fiziki-coğrafi ərazisi – “Erməni vilayəti” yaradıldı [8, 257]. Bununla da 

Az

ərbaycan  torpaqlarında  sonralar  erməni dövlətinin  yaradılmasının,  həm də 



C

ənubi Qafqaz regionunda yeni gərginlik ocağının əsası qoyuldu [4, 352].  

 

180 



1826-1828-ci ill

ər Rusiya-Qacar və  1828-1829-cu illər Rusiya-Osmanlı 

müharib

əsinin Rusiya imperiyası üçün uğurla başa çatması ermənilərin Şimali 



Az

ərbaycan  ərazisinə  kütləvi surətdə  köçürülməsi üçün əlverişli  şərait 

yaratmışdı. Türkmənçay sülh müqaviləsinin imzalanması “Erməni vilayəti”nin 

yaradılmasından əlavə, bir sıra digər vəzifələrin də həyata keçirilməsinə zəmin 

hazırlamışdı.  Rusiya  imperiyası  Şimali  Azərbaycanda  İran  və  Türkiyə  ermə-

nil


ərinin yerləşdirilməsi  işinə  başlamışdı  ki,  bu  da  onun  Cənubi  Qafqazdakı 

mövqel


ərini möhkəmləndirirdi. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə 

əsasən İrandan ermənilərin Rusiyaya sərbəst surətdə keçməsinə icazə verilirdi 

[8, 257-258]. 1 il 

ərzində köçənlərə İranın hökumət və yerli hakimiyyət orqan-

larının  heç  bir  maneçiliyi  olmadan,  onların  satlıq  malına  və  ya  əmlakına, 

əşyalarına hər hansı  gömrük və vergi qoyulmadan daşınan əmlakını aparmaq 

v

ə satmaq hüququ verilirdi [9, 130]. Müqaviləyə görə, həmin ailələrin əmlakı 5 



il müdd

ətində  onların  ixtiyarında  qalırdı  və  bu müddətdə  ermənilərə  öz 

mülkiyy

ətini satmaq və  ya onunla istədikləri kimi davranmaq hüququ 



verilmişdi  [2,  371]. 1829-cu  il  sentyabrın  2-də  Ədirnədə  Osmanlı  və  Rusiya 

arasında  bağlanmış  müqavilənin 13-cü maddəsi isə  Osmanlı  imperiyasında 

yaşayan  ermənilərin kütləvi  şəkildə, 18 ay müddətində  daşınan  əmlakları  ilə 

birlikd


ə  Azərbaycan  torpaqlarına  köçürülməsini rəsmiləşdirmişdi.  Qeyd  edək 

ki, bu müqavil

ənin 13-cü maddəsinin işlənilib hazırlanmasında Rusiya tərəfinin 

t

əkidi böyük rol oynamışdı [10, sənəd 818, 830].  



Bel

əliklə, Rusiya imperiyasının erməniləri İrandan Şimali Azərbaycanın 

q

ərb bölgələrinə  və  Qarabağa  köçürməsi siyasəti azərbaycanlıları  öz  doğma 



yurdlarından  sıxışdırıb  çıxarmaq  məqsədinə  xidmət edirdi və  “erməni dövlə-

ti”nin  yaradılmasına  hazırlıq  idi.  Tarixi  hadisələrin  sonrakı  gedişi  də  sübut 

etmişdi ki,  İran erməniləri Şimali Azərbaycana onlara “yeni vətən” yaratmaq 

m

əqsədilə köçürülmüşdülər [4, 390]. 



Erm

ənistan azərbaycanlılarının  tarixi  coğrafiyasına  aid  monoqrafiyada 

ABŞ  professoru  Castin  Makkartinin  məlumatına  istinadən göstərilir ki, hələ 

1828-ci ild

ə ruslar Şərqi Anadoluya hücum edərkən, geri qayıtdıqda özləri ilə 

b

ərabər 100 min ermənini də Qafqaza gətirmiş və onları qovulmuş müsəlman-



ların evlərində yerləşdirmişdilər [7, 27]. 

1826-1828-ci ill

ər Rusiya-Qacar və  1828-1829-cu illər Rusiya-Osmanlı 

müharib


ələrindən sonra kütləvi köçürmələr zamanı “Erməni vilayəti”nin İrəvan 

v

ə Naxçıvan xanlıqlarının ərazisinə  İran və Osmanlıdan 10631 ailədən ibarət 



olan 57226 n

əfər erməni  köçürülmüşdü.  Köçürmələrdən  əvvəl həmin  ərazidə 

c

əmi 25151 nəfər erməni 4428 ailə yaşayırdı ki, onlar da əsrin əvvəlində baş 



ver

ən I Rusiya-Qacar müharibəsi zamanı köçürülmüşdülər. Müharibələr nəticə-

sind

ə İrəvan və Naxçıvan xanlıqları ərazisindən xeyli sayda Azərbaycan türkü 



qaçqın  düşmüş,  orada  yalnız  81749  nəfər azərbaycanlı  16078  ailə  qalmışdı. 

Kütl


əvi köçürmələrdən sonra “Erməni vilayəti”ndəki ermənilərin  sayı  82377 

n

əfərə  (15059  ailə)  çatmışdı.  Nəticədə  vilayətdə  erməni  əhali müsəlmanları 



sayca, cüzi d

ə  olsa, üstələmişdi.  Bununla  da  çar  Rusiyası  və  erməni siyasət-

 

181 



çil

əri öz çirkin məqsədlərinə nail olmuşdular [4, 403].  

İrəvan  xanlığının  işğalına  aid  müştərək  monoqrafiyada  N.N.Şavrovun 

Rusiyanın  Cənubi  Qafqazdakı  müstəmləkəçilik siyasəti ilə  bağlı  yazdıqlarına 

istinad

ən göstərilir ki, 1828-ci ildən 1830-cu ilə qədər Cənubi Qafqaza 40 min 



İran və 84 min Türkiyə ermənisi köçürülmüş və onlar erməni əhalisinin cüzi 

olduğu  Quzey  Azərbaycan  torpaqlarında  yerləşdirilmişdilər. Onlar həmçinin 

Ahıska  və  Ahalkələk bölgələrində  də  yerləşdirilmişdilər.  Onların  yerləşdiril-

m

əsi üçün 200 min desyatindən artıq xəzinə torpağı ayrılmış, müsəlmanlardan 



2 milyon  rubldan artıq məbləğdə xüsusi mülkiyyət torpaqları satın alınmışdı. 

R

əsmi köçürülən 124 min nəfər erməni ilə  yanaşı,  qeyri-rəsmi  şəkildə 



köç

ənlərin də sayı çox olmuş və ümumilikdə köçürülənlərin və köçənlərin sayı 

200 min n

əfərdən çox idi [4, 404].  

Bel

əliklə, XIX əsrin  əvvəllərində Rusiya imperiyası Qacarlar  İranını və 



Osmanlı Türkiyəsini məğlubiyyətə uğradıb, zor gücünə bu meqabölgənin etnik 

m

ənzərəsini dəyişdi. Çar Rusiyası Qacarlar və Osmanlılara qarşı müharibələri 



udaraq, C

ənubi Qafqazda yeni imperiya sərhədləri boyunca ermənilərdən ibarət 

xristian kordonu yaratmaq üçün kütl

əvi surətdə erməniləri İran və Türkiyədən 

Şimali  Azərbaycan  torpaqlarına  –  keçmiş  İrəvan,  Naxçıvan,  Qarabağ  xanlıq-

larının ərazisinə və digər yerlərə köçürdü [4, 405].   

Bununla da XIX 

əsrin 20-30-cu illərindən etibarən Cənubi Qafqazda yeni 

toplum  –  erm

əni toplumu meydana gəldi. Ermənilər Cənubi Qafqazda daimi 

münaqişə ocağı yaradaraq, Qacarlar və Osmanlılara qarşı müharibələrdə Rusi-

yaya h


ər cür köməklik göstərir və  Azərbaycan,  Gürcüstan,  Osmanlı  əraziləri 

hesabına  özlərinə  dövlət  yaratmağa  çalışırdılar.  Bütün  Cənubi Qafqazda və 

Şərqi Anadoluda ermənilərin və  onların  havadarlarının  əli ilə  soyqırımlar  və 

deportasiyalar tör

ədilməyə  başlandı.  Bu  qanlı  siyasətin  əsas hədəfi isə 

Az

ərbaycan və Türkiyə idi [4, 405-406]. 



1840-

cı ildə “Erməni vilayəti” ləğv edilmiş, onun əvəzində İrəvan qəzası 

yaradılmış və bu qəza Gürcü-İmeretiya quberniyasının tərkibinə daxil edilmişdi. 

Bununla da Az

ərbaycanın  dövlətçilik  ənənələrinə  növbəti zərbə  vurulmuş  və 

İrəvan  xanlığının  ərazisində  erməni dövləti  yaratmaq  üçün  daha  bir  addım 

atılmışdı [4,  403]. Köçürülən ermənilərin  sayının  intensiv surətdə  artması  ilə 

bağlı olaraq [8, 260] 1849-cu ildə İrəvan, Aleksandropol (Gümrü), Naxçıvan, 

Ordubad v

ə Novo-Bəyazid (Göyçə mahalının şərq hissəsi) qəzalarından ibarət 

İrəvan  quberniyası  təşkil  edilmişdi  [4,  403]. Belə  ki, 1822-1826-cı  illərdə 

Şimali Azərbaycan əhalisinin ümumi sayı 550 min nəfərə bərabər olduğu halda 

v

ə onların 51530 nəfərini (9,37 %) ermənilər təşkil etdiyi halda, artıq XIX əsrin 



40-

cı illərində ölkə əhalisinin sayı 750 min nəfərə qədər, ermənilərin sayı isə 

159086-ya (21 %) q

ədər artmışdı [8, 260]. İrəvan quberniyasının təşkil olun-

ması  Şimali  Azərbaycan  ərazisində  erməni dövləti  yaradılması  istiqamətində 

daha bir addım olmuşdu [4, 403].   

 

 

182 




M

ƏNBƏ VƏ ƏDƏBİYYAT 

1.

 



Hacıyev F.V. Borçalılar İkinci Rus-Qacar müharibəsində // Bakı Universitetinin Xəbərləri, 

Humanitar elml

ər seriyası, №4, 2013, s.143-149. 

2.

 



Süleymanov M.S. Erm

əni millətçiliyi və təcavüzkarlığı tarixindən. Bakı: Hərbi nəşriyyat, 

2008, 400 s. 

3.

 



Umudlu  V.U.  Şimali  Azərbaycanın  çar  Rusiyası  tərəfindən  işğalı  və  müstəmləkəçilik 

əleyhinə mübarizə. Bakı: Elm, 2004, 184 s. 

4.

 

İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. 



Bakı: Azərbaycan, 2009, 576 s. 

5.

 



Əsədov N.C. Azərbaycanın  Qarabağ  bölgəsində  Rusiyanın  müstəmləkəçilik siyasətinin 

h

əyata keçirilməsində erməni amili (1813-1828-ci illər) // Bakı Universitetinin Xəbərləri, 



Humanitar elml

ər seriyası, №1, 2011, s.191-196. 

6.

 

Наджафли  Г.  Первоначальные  факторы,  способствовавшие  попыткам  создания  ар-



мянского  государства  на  территории  Азербайджана  //  «Кавказ  и  Мир»,  Между-

народный  научный журнал, 2013, №16, с.81-86. 

7.

 

Erm



ənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik, 1995, 464 s. 

8.

 



Гусейнзаде Р.А. Кавказ и армяне. Баку: Печатный дом «Апострофф», 2014, 486 c. 

9.

 



Полное  собрание  законов  Российской  Империи  (ПСЗРИ),  собр.  второе,  т.III,  1828. 

СПб:, 1830, 1648 с. 

10.

 

 



АКАК, т.VII. Тифлис, 1878, 1011 с. 

 

II 



РУССКО-ИРАНСКАЯ ВОЙНА И ОБРАЗОВАНИЕ «АРМЯНСКОЙ ГУБЕРНИИ» 

 

Э.З.АЛИЕВ 

 

РЕЗЮМЕ 

 

В статье обсуждается образование “Армянской губернии“ на территории Иреванского 

и Нахичеванского ханства после II русско-гаджарской войны и процесс переселения армян 

на эту территорию из гаджар-иранской и Османской империй. Царская Россия заселяя эти 

земли  армянами,  укрепила  геополитическую  позицию  на  Южном  Кавказе,  использовала 

армянский фактор для проведения в жизнь своей колонизаторской политики, таким образом 

на  территории  Южного  Кавказа  и  Турции  возникли  различные  очаги  национальных  кон-

фликтов, связанные с территориальными претензиями армян. 

 

Ключевые слова: война, договор, губерния, войска, переселения 

 

II RUSSIAN-

İRANIAN WAR AND ESTABLISHMENT  

OF “THE ARMENIAN PROVINCE” 

 

E.Z.ALIYEV 

 

SUMMARY 

 

The presented article deals with the  establishment  of “the  Armenian Province” in the 

territory of  Iravan and Nakhchivan khanates and resettlement of Armenians from Gajar Iranian 

and Ottoman empires after the II Russian-Gajar war. 

By resettling Armenians in these lands tsarist Russia strengthened its geopolitical posi-

tion in Southern Caucasus and used the Armenian factor for realizing its colonial policy. 

So, different national conflicts connected with the territorial claims of  Armenians over 

Turkey and Southern Caucasus became rather evident.  

 

Key words: war, contract, province, troop, resettlement 

 

183 



Yüklə 84,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə