Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elml



Yüklə 76,25 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü76,25 Kb.
#32546


65 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

 

UOT 82.0; 82-94 

 

OSMANLI TƏZKİRƏLƏRİNDƏ AZƏRBAYCANIN  

ŞƏHƏR VƏ QƏSƏBƏLƏRİNİN TƏSVİRİ 

 

V.A.MUSALI 

Bakı Dövlət Universiteti 

tezkireshinas@gmail.com 

 

Türkiy



ə ədəbiyyatında təzkirələrin tərtib olunması ənənəsinin əsası XVI əsrdə qoyulmuş 

v

ə  XX  əsrin  ortalarınadək  davam  etmişdir.  Bu  əsərlərdə  istər həmin dövrə  aid Azərbaycan 

ədəbiyyatı  nümayəndələrinə  (xüsusilə  də  Türkiyədəki Azərbaycan mühacirət  ədəbiyyatına), 

ist

ərsə  də  ölkəmizin tarixinə  dair qiymətli məlumatlara təsadüf etmək  mümkündür.  Hazırkı 

m

əqalədə  Osmanlı  təzkirələrində  Azərbaycanın  Təbriz,  Şirvan,  Naxçıvan,  Əbhər, Həmədan, 

Qarabağ,  Şuşa,  Şəki və  Qəbələ  kimi tarixi vilayətlərinin,  şəhərlərinin və  qəsəbələrinin 

haqqında verilmiş məlumatların təhlilinə cəhd göstərilmişdir. 

 

Açar sözl



ər: Osmanlı, təzkirə, Azərbaycan, şəhər, qəsəbə  

 

XVI 



əsrdən etibarən qələmə alınan və dövrünün ədəbiyyat tarixi funksi-

ya

sını yerinə yetirən Osmanlı şair təzkirələri Azərbaycan ədəbiyyatı tarixini, 



xüsusil

ə Türkiyəyə mühacirət etmiş şairlərimizin yaradıcılığını öyrənmək ba-

xımından da böyük əhəmiyyətə malikdir.  

Osmanlı  təzkirələrini  araşdırdığımız  zaman  bu  əsərlərdə  Azərbaycan 

ədəbiyyatı  məsələləri ilə  yanaşı,  ölkəmizin ictimai-siyasi tarixi və  tarixi 

coğrafiyası ilə əlaqədar məlumatlara da rast gəldik. Təzkirələr hər zaman ədəbi 

m

ənbə  kimi tədqiqata cəlb  olunmuş,  buradakı  tarixi  məlumatlar çox zaman 



diqq

ətdən kənarda qalmışdır. Bu səbəbdən məqaləmizdə Azərbaycanın şəhər 

v

ə bölgələrinin Osmanlı təzkirələrindəki təsviri üzərində duracağıq. Tədqiqat 



zamanı XVI əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər yazılmış Osmanlı 

t

əzkirələri  –  Səhi, Lətifi,  Aşıq  Çələbi,  Qınalızadə, Bəyani, Riyazi, Rza, 



Kafzad

ə Faizi, Salim, Səfayi, Bəliğ, Ramiz, Fatin, Mahmud Kamal İnal, Nail 

Tuman  v

ə  başqaları  bir-bir nəzərdən keçirilərək  Azərbaycan  şəhərləri və 

q

əsəbələri haqqında verilən məlumatlar seçilmiş və təhlil olunmuşdur. 



XVI 

əsr təzkirəçisi Aşiq Çələbinin əsərində Azərbaycanın tarixi paytaxtı 

kimi  T

əbrizin  Şərq  dünyasının  ən  mühüm  şəhərlərindən  olduğu  diqqətə 



çatdırılmışdır.  Belə  ki, Osmanlı  saray  şairi  Xəyali, Sultan Səlimin sayəsində 

İstanbulun  “manəndi-Təbriz”  olduğunu,  yəni  Osmanlı  paytaxtının  Təbrizə 




66 

b

ənzəməyə  başladığını,  mədəni və  iqtisadi cəhətdən onun səviyyəsinə 



çatdığını dilə gətirmişdir (13, 866). Bu fakt, XVI əsrin əvvəllərinə kimi Təbri-

zin bütün Yaxın və Orta Şərqdə ən önəmli mədəni və iqtisadi mərkəz olduğu 

v

ə hətta bu sahələrdə İstanbulu da qabaqladığı bir Osmanlı müəllifi tərəfindən 



s

əmimi etirafıdır (19, 17). 

Sonrakı yüzilliklərdə Təbriz şəhəri iqtisadi tənəzzülə uğrasa da, mədəni 

v

ə  ədəbi mərkəz  kimi  şöhrətini mühafizə  etməkdə  idi. XIX əsr təzkirəçisi 



Fatin Əfəndi, Təbrizdən “ariflər mərkəzi və şairlər məskəni olan şöhrətli şə-

h

ər” deyə bəhs edir (9, 370). 



M

əlumdur ki, orta əsrlərdə  və  yeni dövrdə  Şirvan  sufi  məktəbləri və 

şirvanlı  təsəvvüf öndərləri Anadolu üzərində  dərin təsir və  nüfuza sahib 

olmuşlar  (26,  162). Bu məsələni nəzərə  alan XVIII əsr təzkirəçisi  Mustafa 

S

əfayi Şirvanı «iqlimi-irfan» adlandırır (20, 399). 



Yen

ə həmin təzkirəçinin məlumatından bəlli olur ki, H. 1110 / M. 1698-

99-cu ild

ə Osmanlı sultanı II Mustafa tərəfindən Səfəvi şahı Sultan Hüseynə 

gönd

ərilən elçilərin  arasında  şair  Süleyman  Nahifi  də  vardı.  Bu  şair  səfər 



zamanı  İrəvanda, Təbrizdə,  Naxçıvanda  və  Azərbaycanın  digər  şəhərlərində 

olmuş,  buradakı  şairlər,  ədiblər və  alimlərlə  görüşüb  söhbətlər  etmişdir.  O, 

Naxçıvan gözəllərinin tərifi haqqında bu beyti demişdir: 

“Ol ğəbğəb ilə baxdım xubani-Naxçıvana, 

Hüsn d

əyər vermiş çah-i zənahi-cavana” (20, 650). 



 

Az

ərbaycanın  bəzi digər  şəhər və  bölgələri də  Osmanlı  təzkirələrində 



m

ədh  olunmuşdur.  XVI  əsr müəllifi  Qınalızadə  öz təzkirəsində  Əbhər 

q

əsəbəsini bu şəkildə mədh edir: “Qəzvinün müzafatından qəsəbə-yi Əbhər di-



m

əklə şöhrə-yi dəhr olan şəhr…” (“Qəzvinə bağlı olan və Əbhər qəsəbəsi adı 

il

ə  dünyada  şöhrət  tapan  şəhər”). Təzkirəçi  oranı  “diyar-i  behişt-nijad” 



(“c

ənnət mənşəli diyar”) və  “guşe-yi  İrəm-misal”  (“İrəm  bağına  oxşayan 

guşə”) adlandırır (7, 913). 

H

əmin müəllif Həmədanı da tərifləyir: “Diyar-i Əcəmdə qayət-i hüsn ü 



m

əlahətlə büldan-i cahandan mümtaz və gülşən-i məmalik-i İran u Turan içrə 

s

ərv-i rəna gibi cümlədən sərəfraz olub, əksər-i xəlqi dəqiqəşinas u nüktədan 



olan q

əsəbə-yi Həmədan”( 7, 468). 

Qarabağ  xanı  Pənah xan tərəfindən  salınmış  Şuşanın  məşhur  bir  şəhər 

olduğu  XIX  əsr təzkirəçisi Arif Hikmət tərəfindən  qeyd  edilmişdir.  Onun 

əsərində Vaqifin Qarabağ haqqında bu beyti yer almışdır (6, 109): 

 

 



 

“Qarabağ ali behişt bağıdır, 

Onun 

samanı gülə bənzəyir, gülləri ənbər qoxuyur”.  



 

 

Osmanlı təzkirələrində tariximizlə əlaqədar dəyərli məlumatlarla yanaşı, 



Az

ərbaycanın tarixi coğrafiyasını təhrif edən faktlara da rast gəlirik. Bu kimi 




67 

yan


lışlıqların təzkirəçilərin coğrafi məlumatsızlığından irəli gəldiyi şübhə do-

ğurmur. Belə ki, təzkirəçi Arif Hikmət kobud səhvə yol verərək, öz əsərinin iki 

yerind

ə  XVIII  əsrin  ikinci  yarısında  yaşamış  Şəki  xanlarından  bəhs  edərkən 



Az

ərbaycanın Şəki bölgəsini Dağıstana aid edir: «Həsən Məhəmməd xan ibni 

Hüseyn xan ibni H

əsən bəy ibni Hacı Çələbi Dağıstanda Şəki xanı idi» (6, 43); 

«Hüseyn  xan  ibni  H

əsən bəy ibni Hacı Çələbi Dağıstanda Şəki xanı idi» (6, 

44).  Halbuki 

Şəki  tarixən  Azərbaycan  coğrafi  anlayışına  daxil  olmuş  və 

v

ətənimizin tarixi coğrafiyasının ayrılmaz tərkib hissəsi hesab edilmişdir. Bu 



tarixi  gerç

əklik  bir  sıra  mötəbər  qaynaqlarda  öz  əksini  tapmışdır.  Belə  ki, 

Elxanil

ər (Hülakülər) dövlətinin vəziri olmuş məşhur alim Fəzlullah Rəşidəd-



din ibn 

İmadüddövlə Əbülxeyr əl-Həmədaninin (1247-1318) «Mükatibat-i Rə-

şidi»  adlanan  rəsmi  yazışmalar  toplusundakı  36  saylı  sənəddə  Elxanilər 

dövl


ətinə daxil olan məmləkətlər sadalanarkən Şəki bölgəsinin adı «Azərbay-

ca

nın vilayət və naiblikləri» sırasında çəkilir və Şəkinin Azərbaycana aid oldu-



ğu göstərilir (24, 269-270). Səfəvilərin dövlət quruluşu və inzibati sistemi haq-

qında  ən  müfəssəl  mənbə  sayılan  Mirzə  Səmianın  «Təzkirətül-müluk» 

(«Hökmdarlar  üçün  t

əzkirə») əsərində (1725-1729-cu illər arasında yazılmış-

dır) Azərbaycan ölkəsinin dörd bəylərbəyilikdən (Təbriz, Çuxursəəd, Qarabağ 

v

ə Şirvan) ibarət olduğu göstərilir və bu bəylərbəyiliklərdən hər birinə daxil 



olan  nahiy

ələrin  adları  açıqlanır.  Mirzə  Səmianın  məlumatına  görə,  Şəki  və 

Ərəş  bölgəsi  Azərbaycanın  Şirvan  bəylərbəyiliyinə  daxil  olan  altı  nahiyədən 

birini t


əşkil edirdi (15, 72-78; 16, 39). Rus ordusunun polkovniki S.D.Burna-

şev vəzifə təyinatı ilə əlaqədar olaraq bir müddət Tiflisdə yaşamış, Qafqazın 

v

əziyyəti  ilə  yaxından  tanış  olmaq  imkanı  əldə  etmiş  və  bu  barədə  kitablar 



n

əşr etdirmişdi. O, 1786-cı ildə yazdığı və Azərbaycan xanlıqlarının təsvirinə 

h

əsr  etdiyi  əsərində  Nuxa  (Şəki)  xanlığının  adını  Azərbaycan  vilayətləri 



sırasında çəkmiş, onun  haqqında məlumat vermiş və Şəkini Azərbaycan tor-

pağı  hesab  etmişdir  (22, 7-9).  Bu  faktlar  onu  göstərir  ki,  istər  orta  əsrlərdə, 

ist

ərsə  də  Arif  Hikmətin  söz  açdığı  XVIII  əsrin  ikinci  yarısında  Şəki  Azər-



baycanın tarixi coğrafiyasının ayrılmaz tərkib hissəsi olmuş və bu həqiqət ilkin 

m

ənbələrdə öz əksini tapmışdır.  



Dig

ər  bir  təzkirəçi  Mahmud  Kamal  da  şair  Səbati  haqqında  məlumat 

ver

ərkən onun «Dağıstanda Şəki müzafatından Qutqaşini qəryəsi əhalisindən» 



olduğunu və 1846-cı ildə doğulduğunu yazır (17, 2135). Buradan belə bir səhv 

n

əticə doğa bilər ki, guya Səbati anadan olan zaman, yəni 1846-cı ildə Şəki və 



onun  bir  nahiy

əsi  olan  Qutqaşen  (Qəbələ)  inzibati  baxımdan  Dağıstana  tabe 

imiş. Lakin biz tarixi dəlilləri incələdik və Mahmud Kamalın bu mülahizəsinin 

tamamil


ə  yanlış  olduğunu  gördük.  Belə  ki,  Çar  Rusiyası  zamanında  Nuxa 

(

Şəki) qəzası 1 yanvar 1841-ci ildə yaradılmışdı və o, Nuxa, Xaçmaz, Qəbələ 



v

ə Ərəş məntəqələrindən ibarət idi (1, 305). Nuxa qəzası yaradıldığı vaxtdan 

etibar

ən mərkəzi Şamaxı şəhəri olan və bir sıra Şimali Azərbaycan qəzalarını 



(

Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Dərbənd və Quba) özündə birləşdirən 

«Kaspi  vilay

əti»nin  tərkibinə  daxil  edilmişdi  (2, 291). 1846-cı  ildə  «Kaspi 




68 

vilay


əti»  ləğv  olunduqdan  sonra  Nuxa  (Şəki)  qəzası  Şamaxı  quberniyasının, 

1859-cu  ild

ən  Bakı  quberniyasının, 1868-ci  ildən  isə  Yelizavetpol  (Gəncə) 

quberniyasının  tərkib  hissəsi  olmuşdu  (1, 305).  Buradan  məlum  olur  ki,  nə 

S

əbatinin doğulduğu 1846-cı ildə, nə ondan öncə, nə də ondan sonra Şəki və o 



zamanlar  onun  bir  m

əntəqəsi  sayılan  Qəbələ  Dağıstana  aid  edilməmişlər. 

Onlar Da

ğıstandan deyil, bəzi digər Azərbaycan qəzaları ilə birlikdə Şamaxı-

dan, daha sonralar is

ə Bakıdan və Gəncədən idarə olunmuşlar. 

Göründüyü  kimi,  tarixi  qaynaqlar  v

ə  rəsmi  sənədlər  Şəkinin  əsrlər 

boyunca tarixi, 

coğrafi, mədəni və siyasi cəhətdən Dağıstana deyil, Azərbayca-

na  aid 

olduğunu  təkzibedilməz  şəkildə  ortaya  qoyur.  Belə  olan  halda,  Arif 

Hikm

ətin və Mahmud Kamalın Şəkini Dağıstana aid etmələri onların Qafqazın 



tarixi  v

ə  coğrafiyası  haqqında  səthi  biliklərə  malik  olduğunu  göstərir. Çünki 

el

ə  həmin  müəlliflər  öz  təzkirələrinin  digər  yerlərində  XVIII-XIX  əsrlərin 



şairlərindən bəhs edərkən Qarabağı və ona tabe olan Bərgüşad və Qazaxı da 

əsassız surətdə Dağıstana aid edirlər: «Vaqif Dağıstan qitəsində, Qarabağ nam 

ölk

ədə Qazax tayifəsindən zühur … etmişdir» (6, 109); və ya Mahmud Kamal, 



Nigarid

ən bəhs edərkən «Nigari … Dağıstanda Qarabağa tabe Bərgüşad qəsə-

b

əsində  1220 (1805)-də  doğdu»  şəklində  bilgi verir  (17, 1627). Bu kimi 



m

əlumatlar heç bir mənbənin faktları ilə təsdiqlənmir. Əksinə, tarixi qaynaqlar 

sözüged

ən ərazilərin tarix boyunca Azərbaycan coğrafiyasının tərkibində oldu-



ğunu nümayiş etdirir. Hələ məşhur ərəb tarixçisi Əhməd ibn Əsəm əl-Kufi (ö. 

926) özünün «Fütuhul-buldan» («Ölk

ələrin fəthi»)  əsərində  «Bərdədən 40 

f

ərsəx … aralı olan Qazax adlı məntəqənin» Azərbaycana aid olduğunu bildir-



mişdir (23, 59). Bir sıra orta əsr və yeni dövr müəllifləri (Fəzlullah Rəşidəd-

din, Şərəf xan Bidlisi, Övliya Çələbi, Mirzə Səmia, S.D.Burnaşev, Hacı Zey-

na

labidin Şirvani, İsa Ziyai və başqaları) öz əsərlərində Qarabağın aşkar su-



r

ətdə Azərbaycan ərazisi olduğunu qeyd etmişlər. Yuxarıda adlarını çəkdiyi-

miz Os

manlı təzkirəçilərinin bəhs etdikləri XVIII əsrin sonları - XIX əsrin əv-



v

əllərinə dair ən mötəbər qaynaqlardan biri məşhur səyyah Hacı Zeynalabidin 

Şirvaninin səyahətnamələridir. Bu müəllif özünün «Bustanüs-səyahət»  əsə-

rind


ə yazır: «Qarabağ Azərbaycanın vilayətlərindən biridir, hər yeri fıravandır 

v

ə  əhalisi türkdillidir» (11, 425).  Bütün bunlarla  yanaşı,  Qarabağın  tarixin 



hansısa bir dönəmində Dağıstana bağlı olduğu haqqında heç bir fakt yoxdur.  

Ümumiyy


ətlə, erkən orta əsrlərdən XX əsrin əvvəllərinə qədər müxtəlif 

dill


ərdə  yazılmış  çoxsaylı  Şərq və  Qərb mənbələrində  Həmədanla Dərbənd 

arasındakı bütün ərazi (indiki İran Azərbaycanı, Arran, İrəvan, Göyçə, Zəngə-

zur,  Naxçıvan,  Qarabağ,  Muğan,  Şirvan,  Dərbənd,  Şəki,  Borçalı  və  s. tarixi 

mahallar v

ə vilayətlər) Azərbaycan adı altında tanınmışlar (28, 16-17; 10, 93-

95). Bel


ə olan təqdirdə Arif Hikmətin və Mahmud Kamalın tarixi Azərbaycan 

əraziləri olan Şəkini və Qarabağı Dağıstana aid etmələri təəccüb doğurur. Gö-

nür, Qafqazın tarixi coğrafiyasını yaxşı bilməyən və yuxarıda istinad etdiyi-



miz  tutarlı  mənbələrdən xəbərsiz olan bu müəlliflər Azərbaycanın  Arazdan 

şimaldakı ərazilərini yanlışlıqla Dağıstana aid etmiş və sanki Dağıstan və Qaf-




69 

qaz anlayışlarını eyniləşdirməyə çalışmışlar. Halbuki bütün Qafqaz heç də Da-

ğıstandan  ibarət deyildir və  Cənubi  Qafqazın  əhəmiyyətli bir hissəsi 

Az

ərbaycanın tarixi və bugünkü torpaqlarıdır. Eyni zamanda bəzi təzkirələrdə 



az

ərbaycanlıların  iranlı  kimi  göstərilməsi ilə  də  razılaşmaq  çətindir  (9, 206, 

260, 335, 370, 450).  

Ən acınacaqlısı isə odur ki, bəzi müasir ədəbiyyatşünas alimlər təzkirə-

l

ərin təsiri altında qalaraq, hələ də ölkəmizin tarixi coğrafiyası kimi həssas bir 



m

əsələdə  yanlışlıqlara  yol  verirlər.  Məsələn,  M.A.Beyhan  Şirvanizadə  Meh-

med  Rüşdi  Paşadan  və  şirvanlı  Fateh  Əfəndidən bəhs edərkən  onların  əslən 

Şirvandan olduğunu qeyd edir və mötərizə içərisində Dağıstan yazır (3, 210-

211). Dig

ər bir tədqiqatçı  A.Bilgin  isə  azərbaycanlı  müəllif Nigaridən bəhs 

ed

ərkən təzkirəçilərin  yazdıqlarını  təkrarlamamış  və  Nigarinin  Qarabağda 



dünyaya g

əldiyini qeyd etmişdir (5, 33).  

Buna gör

ə  də  müasir tədqiqatçıların  təzkirələrdən istifadə  edərkən ora-

dakı tarixi, coğrafi məlumatları diqqətlə nəzərdən keçirmələri və bu sahədəki 

daha möt


əbər qaynaqlar və ya tədqiqat əsərləri ilə müqayisə etmələri lazımdır.  

 

ƏDƏBİYYAT 

1.

 

Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, VII c., Bakı: 1984, 608 s.. 



2.

 

Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, V c., Bakı: 1981, 591 s. 



3.

 

Beyhan  M.A.  Şirvanlı  Fatih  Efendi.  Diyanet  Vakfi  İslam  Ansiklopedisi. XXXIX c., 



İstanbul: 2010, 800 s. 

4.

 



Beyhan  M.A.  Şirvanizade  Mehmed  Rüşdü  Paşa.  Diyanet  Vakfi  İslam  Ansiklopedisi. 

XXXIX c., İstanbul, 2010, 800 s. 

5.

 

Bilgin A. Nigari. Diyanet Vakfi İslam Ansiklopedisi. XXXIII c., İstanbul: 2007, 907 s. 



6.

 

Çinarcı  N.  Şeyhülislam  Arif  Hikmet  Beyin  Tezkiretüş-şuarası  ve  trankripsyonlu  metni: 



Yüksek lisans tezi. Gaziantep Üniversitesi. SBE, 2007, V+132 s. 

7.

 



Eyduran A. 

Kınalızade Hasan Çelebi. Tezkiretüş-şuara. - DT. Gazi Üniversitesi, Ankara: 

1999. - 2189 s.  

8.

 



Fatin Davud. Hatimetül-

eşar. - İstanbul: İstihkam Alayları Litoqrafya Destgahları, 1271. 

9.

 

Fatîn Davud - Hâtimetü’l-



Eş‘ar / haz.: Ö.Çiftçi. Ankara, T.C. Kültür ve Turizm Bakanlığı 

Yay. (e-kitap), 452 s. 

10.

 

Gasymov Kh., Musaly N. A fact of falsification of Azerbaijan’s historical geography and 



statehood history // The Presidium of Azerbaijan National Academy of Sciences: 

“Azerbaijan and Azerbaijanis”. Vol. 98, No.5-8. Baku: Nurlan, 2008, p.91-101. 

11.

 

Hacı Zeynalabidin Şirvani. Bustanus-səyahət. Tehran: Çapi-Səngi, 1315, 674 s.  



12.

 

İpekten H., İsen M., Toparlı R., Okçu N. Tezkirelere göre divan edebiyatı isimler sözlüğü. 



Ankara: Kültür ve Turizm Bakanlığı Yayınları, 1988. - 579 s. 

13.

 

Kılıç  F.  Meşairüş-şuara.  İnceleme-tenkitli  metin.  Basılmamış  Doktora  Tezi.  Gazi  Üni-



versitesi, SBE. Ankara, 1994. CLXXIX + 1095 s. 

14.


 

Latifi. 


Tezkiretü’ş-Şu‘arâ  ve  Tabsıratü’n-Nuzamâ / haz.: R. Canım.  –  Ankara: Atatürk 

Kültür Merkezi, 2002. - IX+920 s. 

15.

 

Mirza  Səmia.  Təzkirətül-müluk  (be  kuşişi-Seyid  Məhəmməd  Dəbirseyaqi).  Tehran: 



Müəssiseyi-İntişarati-Əmiri-Kəbir, 1368, 140 s.  

16.


 

Minorsky V. “Tadhkirat al-muluk”: A Manual of Safavid Administration circa 1137 / 

1725. London: Luzac & Co., 1943, 218 p. 

17.


 

Mahmud Kemal 

İnal. Son asır türk şairleri. IVc., Ankara: AKMBY, 2002, 1058 s. 

18.


 

Musalı V. XV-XVII əsrlər Türk təzkirəçiliyi. - Bakı: Nurlan, 2007. - 270 s. 




70 

19.


 

Musalı V. Osmanlı təzkirələrində Azərbaycan şairləri. - Bakı: Nurlan, 2009. - 369 s.  

20.

 

Mustafa Safai Efendi. Tezkire-i Safayi / 



hazır.: P. Çapan. - Ankara: AKMBY, 2005. - 750 s. 

21.


 

Nuri Osman Hanyevi. Girit Şairleri (Tezkire-i şuara-yi Girid) / hazır.: Dr. O. Kurtoğlu. - 

Ankara: Akçağ, 2006. 112 s.  

22.


 

Описание  областей  Адребижанских  в  Персии  и  их  политического  состояния  сде-

ланное  пребывающим  при  его  Высочестве  Царя  Картлинском  и  Кахетинском 

Ираклии Темуразовиче Полковником и Кавалером Бурнашевым в Тифлисе в 1786 г. 

Курск, 1793,  

23.


 

Orta 


əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar (ön söz: F.Əsədov; tərcü-

m

ə  edənlər:  Z.Bünyadov,  C.İskəndərli,  H.Əkbərov,  S.Süleymanova,  E.Ağayeva).  Bakı: 



Nurlan, 2005, s. 59. 

24.


 

Рашид  ад-дин.  Переписка  (перевод,  введение  и  комментарий  А.И.Фалиной). 

Москва: Наука, 1971, 498 с. 

25.


 

Ramiz ve Adab-

ı zurafası / hazır.: S. Erdem. - Ankara: AKMBY, 1994. - XLVII+401 s. 

26.


 

Rıhtım M. Seyid Yəhya Bakuvi və xəlvətilik. Bakı: Qismət, 2005, 252 s. 

27.

 

Salim Efendi. 



Tezkiretüş-şüara. İnceleme-metin / hazır.: A.İnce. - Ankara: AKMY, 2005. - 756 s.  

28.


 

Toqan 


Ə.Z.V. Azərbaycan (hazırlayanlar: M.Ənsərli, T.Nəcəfli). Bakı: Ocaq, 2007, 88 s. 

 

ОПИСАНИЯ ИСТОРИЧЕСКИХ ГОРОДОВ И ПОСЕЛЕНИЙ  



АЗЕРБАЙДЖАНА В ОСМАНСКИХ ТЕЗКИРАХ 

 

В.А.МУСАЛЫ 

 

РЕЗЮМЕ 

 

Начало  традиции  составления  тезкире  в  турецкой  литературе  было  положено  в 



XVI 

в.  и  продолжалось  до  середины  XX  века.  В  этих  сочинениях  можно  встретить 

ценные  сведения  как  о  представителях  азербайджанской  литературы  указанного  пе-

риода  (особенно  азербайджанской  эмигрантской  поэзии  в  Турции),  так  и  по  истории 

нашей страны. В данной статье делается попытка проанализировать сообщения из ос-

манских тезкирах о таких исторических областях, городах и поселениях Азербайджана, 

как Тебриз, Ширван, Нахичеван, Абхар, Хамадан, Карабах, Шуша, Шеки и Кабала. 

 

Ключевые слова: Азербайджан, Османские тезкире, город, поселение  

 

ACCOUNT OF HISTORICAL CITIES AND TOWNS OF AZERBAIJAN  

IN THE OTTOMAN TAZKIRAS 

 

V.A.MUSALI 

 

SUMMARY 

 

In Turkish literature, tradition of tazkira writing began in the XVI century and went on 



to the middle of the  XX century. These works give valuable  information not only about 

Azerbaijani literature of that period (especially on representatives of Azerbaijani emigration 

poetry in Turkey), but also about the history of our country. In this article, we try to analyze 

the facts from  Ottoman tazkiras  about  historical cities and towns of Azerbaijan, such as 

Tabriz, Shirvan, Nakhchivan, Abhar, Hamadan, Garabagh, Shusha, Shaki and Gabala.  

 

Key words: Ottoman, Azerbaijan, city, town 



 

Yüklə 76,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə