Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elml



Yüklə 92,49 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü92,49 Kb.
#48885


206 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

İLAHİYYAT

 

 

 

UOT 2-5 

 

ƏFV HAQQINDA PEYĞƏMBƏR HƏDİSLƏRİ 

 

M.H.

CƏHDİ 

AMEA Əlyazmalar İnstitutu 

abbasova@ada.edu.az  

   


 

 

 



 

 

 



İslam dininin müqəddəs Kitabı Qurani-Kərimdən sonra islam hüquq sisteminin ikinci 

qaynağı olan Peyğəmbər hədislərində də islam hüququnun ayrı-ayrı sahələri ilə bağlı çoxsaylı 

fikirl

ər verilmişdir. Bu fikirlərdən biri də şərəf və əzəmət baxımından islamda böyük və geniş 

yer tutan 

əfv məsələsinin həyata keçirilməsinin qanunauyğunluqlarını işıqlandırır. Məqalədə 

M

əhəmməd peyğəmbərin hədislərindən  verilmiş  ayrı-ayrı  nümunələr  əsasında  əfv və  güzəşt 

m

əsələləri gözəl əxlaqi keyfiyyətlər kimi araşdırılır və onların əsas yolları göstərilir.  

 

Açar sözl



ər: əfv, hədis, günah, peyğəmbər, güzəşt, əxlaq 

 

İslam dinində əxlaqın böyük bir önəmi, dəyəri vardır. İslamın məqsədi 



insanla

rı gözəl əxlaq sahibi kimi kamilləşdirməkdir. İslam gözəl əxlaq demək-

dir. Bir müs

əlmanın  dəyəri onun əxlaqı  ilə  ölçülür. Dinimiz ibadətləri  əmr 

etdiyi kimi, 

əxlaqi vəzifələrin yerinə  yetirilməsini  də  əmr  etmişdir.  İslamda 

ibad

ətlərin bir qayəsi də insanları pis işlərdən çəkindirmək və onları yaxşı əx-



laqi f

ərdlər kimi yetişdirməkdir. 

İslam əxlaqının, islam hüquq sisteminin ikinci qaynağı Peyğəmbərin (s) 

h

ədisləridir (sünnə). Sünnə Peyğəmbərdən (s) nəql olunan deyim, davranış və 



h

ərəkətlərdir. Bunlar Qurani-Kərimin buyurduqları ilə üst-üstə düşür.    

Böyük Allahın Adəm övladını dəvət etdiyi bütün əxlaqi sifətlərin hər bi-

risi bir hikm

ət və məsləhət üzündəndir. Həmin əxlaq bir çox yaxşılığa, habelə 

m

ənafeyə səbəb olur və hər iki dünyada səadət və xoşbəxtlik gətirir. 



Əfv də, onlardan biri olaraq, dəyərli xüsusiyyət, üstün fəzilət və böyük 

üstünlük he

sab olunur. Əfv mehriban, bağışlayan, pak və böyük Allahın əxlaq-

la

rından biridir. Əfv şərəf və əzəmət baxımından islamda böyük və geniş yer 



tu

tur. Quranda olduğu kimi, Peyğəmbər (s) hədislərində də əfv məsələsi öz ge-

niş əksini tapmışdır. Peyğəmbərin (s) hədislərindən birində əfv ilə bağlı belə 

deyilir:  




207 

 

“Allah olduqca 



əfv edəndir və əfvi sevər” (1, 7005). 

Bel


ə rəvayət olubdur ki, bir ərəb Peyğəmbərdən (s) soruşub: - Qiyamət 

nü xalqın əməllərinin haqq-hesabını kim çəkəcək? 



O is

ə cavabında: “Əzəmətli və böyük Allah” buyurmuşdur. 

Ərəb: “And olsun Kəbənin Allahına ki, xilas olduq”.  

Peyğəmbər (s) buyurmuşdur: “Necə yəni ey ərəb?”.  

Ərəb cavab verir: “Çünki mehriban və kəramətli Allah mümkün olan qə-

d

ər əfv edər” (2, 7). 



Bu h

ədisdən aydın olur ki, Allah öz bəndələrinə qarşı olduqca mehriban-

dır. Tövbə edib düz yola gəldikləri zaman onların günahlarını bağışlayar. Nə 

za

man onlar öz günahlarından həm dil, həm də qəlb ilə tövbə edib peşmanlıq 



duysalar, Allahdan 

əfv tələb edib onları bağışlamasını istəsələr, Allah onların 

ha

mısını bağışlayar və günahlarını örtər. Allah öz bəndələrinin belə xislət və 



xüsusiyy

ətini sevir. Bizim üzərimizə onun sevdiklərini sevmək və onun istə-

dikl

ərinə əməl etmək məsuliyyəti düşür.  



Ayişədən (r) belə  rəvayət  edilir  ki,  o,  Peyğəmbərdən  (s):  “Ey  Allahın 

R

əsulu, fikrincə, Qədr gecəsi Allahdan nə istəyim? – deyə soruşduqda o, belə 



buyur

muşdur: “De ki, ey Allah, sən əfv edənsən və əfv etməyi sevirsən, məni 

əfv et!” (3, II, 1265). 

Əgər  peyğəmbər  öz zövcəsinin  günahları  olmasını  qəbul edir və  onun 

ba

ğışlanmasını istəyirsə, deməli yer üzündə günahsız insan yoxdur. Odur ki, 



h

ər birimiz çoxlu dualar etməli, Allah-Təaladan günahlarımızın bağışlanması-

nı diləməliyik. 

Bes


ətdən sonra Allah Rəsulu öz qövmündən çəkdiyini çəkdi və gördüyü-

nü gör


dü. Lakin böyük Allah onu düşmənlərinə qalib edincə onların bütün pis-

likl


ərini açıq üzlə əfv edib, onlara yaxşılıq etdi və intiqam almadan sərbəst bu-

rax


dı. 

Peyğəmbərin (s) Məkkəni fəth etdiyi ərəfədə Əbu Sufyan Peyğəmbərin 

hüzuruna g

əlib dedi: Ya Rəsulullah, Səd ibni İbadənin nə dediyini eşidirsən? 

O bel

ə oxuyur: 



 

“Bu gün savaş günü və qan tökmə günüdür. Bu gün ailələr əsir düşəcəklər”. 

Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Ya Əli, Sədi tap və bayrağı ondan al 

v

ə sən İslam bayrağını Məkkəyə daxil edən ilk şəxs ol və həmin əməli yumşaq 



keçinm

əklə yerinə yetir. Əli (ə) bayrağı aldı və Mustafanın (s) dediyi kimi da-

xil oldu. Allahın Rəsulu (s) Məkkəyə daxil olduğu zaman, müsəlmanların qı-

lınc  zərbələrindən xilas ola bilməyəcəklərini təsəvvür edən  Qureyş  başçıları 

K

əbə  evinin içərisinə  sığındılar.  Peyğəmbər gəldi və  qapının  yanında  durub 



buyurdu: 

“Yegan


ə Allahdan başqa məbud yoxdur, öz vədini yerinə yetirdi, bəndə-

sin


ə dəstək oldu və təkbaşına bütün qrupları məğlub etdi”. 

Daha  sonra  buyurdu:  “Bunu  bilin  ki,  siz  öz  peyğəmbəriniz  üçün  yaxşı 




208 

qon


şu olmadınız: Ona yalançı dediniz, onu didərgin edib, vətəndən qovdunuz 

v

ə ona əziyyət etdiniz. Bundan əlavə, etdiyinizə qənaət etməyib, bir də mənim 



öz v

ətənimdə  mənimlə  savaşmağa  gəldiniz.  İndi  gediniz,  sizi  azad  edirəm”. 

Qureyş kafirləri qəbirdən qalxmış ölülər kimi Kəbə evindən çıxıb, İslama sı-

ğındılar. Halbuki, Allah öz gücü və  qüdrəti ilə  onu onlara qalib gətirmişdi. 

Bundan sonra M

əkkə əhli azad olunmuşlar kimi tanındılar (4, IV, 208). 

Yen

ə də rəvayət olmuşdur ki, Rəsuli-Əkrəm öz əmisi Abbasa buyurdu: 



Əbu Sufyanı gədik başına apar və orada əyləşdir ki, xalqın qaynaşmasını və İs-

lam 


əskərlərinin əzəmətini görsün. Əbu Sufyan həmin mənzərəni görüncə Ab-

basa dedi: Qar

daşoğlunun əcəb böyük padişahlığı vardır! Abbas dedi: Ey Əbu 

Sufyan, bu padi

şahlıq deyil, peyğəmbərlikdir! 

O zaman İslam peyğəmbəri Abbasa əmr etdi ki, irəliyə, Məkkəyə get və 

kafirl

ərə möhlət ver (5, XXI, 119). 



Allahın Rəsulu müsəlmanlarla ilqar bağlamışdı ki, Məkkədə ancaq on-

larla sava

şa  qalxan  bir  neçə  şəxsdən  başqa  kimsəni öldürməsinlər (6,68). 

İmam Sadiqdən (ə) rəvayət olmuşdur ki, Allahın Rəsulu Məkkənin fəthi günü 

M

əscidül-hərama  daxil  olduğu  zaman  Kəbənin  qapısını  açdı  və  oradakı 



bütl

ərin məhv edilməsinə dair əmr verdi. Daha sonra iki əli ilə qapının yanları-

nı tutub buyurdu: “Yeganə Allahdan başqa məbud yoxdur. Öz vədini gerçəyə 

qo

vuşdurdu və  öz bəndəsini qalib etdi. Tək  başına  batil  qrupların  hamısını 



m

əğlub elədi”. Daha sonra yenə  də  buyurdu: “Ey xalq, mənimlə  bağlı  nə 

deyirsiniz v

ə nə təsəvvür edirsiniz?”  

Dedil

ər: “Səninlə bağlı xeyir fikirləşirik və yaxşı sözlər deyirik, sən bi-



zim bö

yük qardaşımız və böyük qardaşımızın oğlusan ki, bizə qalib gəldiniz!” 

Peyğəmbər  buyurdu:  “İndi  mən sizə  qardaşım  Yusif  dediyi  sözü  deyi-

r

əm”. 



 

 

“Bu gün siz



ə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi 

ba

ğışlasın! (Mən Allahdan sizin bağışlanmanızı diləyirəm. O da sizi bağışla-



yar!)” (7, I, 227). 

Qazi Əyaz “Şəfa” kitabında yazır: “Belə rəvayət edirlər ki, Uhud döyü-

şündə Peyğəmbər (s) dörd qabaq dişinin sınması və alnının yaralanması Onun 

ya

xınlarına çox ağır təsir etdi. Ondan xahiş etdilər ki, düşmənlərə qarğış eləsin. 



La

kin Peyğəmbər (s) buyurdu: “Mən xalqa qarğış etmək üçün seçilməmişəm. 

B

əlkə xeyir və rəhmət duası üçün bu məqama təyin olmuşam. Allahım, mənim 



qövmüm

ə rəhbərlik edib, yol göstər ki, onlar heç bir şey bilmirlər” (8, 150). 

Bu alic

ənablıq fəzilət, ehsan və gözəl əxlaq, habelə nəfs böyüklüyü və 



dözümün 

ən ali dərəcəsidir.  O,  xalqın  verdiyi  əziyyət və  əzabına  qarşı  sakit 

qal

mış və onları əfv etmiş, onlara qarşı mehribanlıq və mərhəmət göstərmiş, 



on

lar üçün dua etmiş və onları şəfaət edib demişdir: “Allahım, onları bağışla, 

doğru yola yönəlt!” Daha sonra şəfaətinin səbəbini bildirmək üçün xalqı özün-

d

ən hesab edib “qövmüm” adlandırmışdır. Onların cəhalət və bilməməzlikləri 



üzünd

ən Allahdan üzür istəmişdir.   




209 

Peyğəmbər (s) bir çox qrupların qan tökməni halal qəbul etmələrinə və 

adam öldürm

ə  hokmü vermələrinə  baxmayaraq,  onları    əfv  etmişdir.  Həmin 

şəxslərdən biri Əkrəmə ibn Əbi Cəhil və digəri Sufyan ibni Üməyya ibn Xələf 

idi ki, İslam Peyğəmbərinin (s) sərt və qatı düşmənləri olmuşdular. Üçüncü ba-

ğışlanan şəxs Həbbar ibn Əsvəd idi ki, Allah Rəsulunun qızı Zeynəbi qorxut-

ma

ması xanım həmin qorxu nəticəsində öz uşağını salmışdır. Həzrət buna görə 



onun qanını hədər və halal etmişdir. Lakin belə rəvayət olub ki, o öz xoşa gəl-

m

əz əməlinə görə Allah Rəsulunun hüzuruna üzür istəməyə gəlmiş və: 



“Ey Allahın Rəsulu, biz müşrik idik və böyük Allah sənin vasitənlə bizi 

doğru yola rəhbərlik etdi və həlak olmaqdan qurtardı. Mənim tərəfimdən həm 

d

ə nadanlıq və cəhalət üzündən sənə ziyan gəldi. Mən öz cəhalət və günahları-



mı etiraf edir, səndən üzr istəyirəm, güzəşt et, əfv buyur, bağışla! – deyə üzr 

ist


əmişdir. Peyğəmbər (s) isə cavabında buyurmuşdur: “Səni əfv etdim. Allah sə-

n

ə yaxşılıq edib İslama gətirdi və İslam keçmiş səhv, habelə yanlışlıqları örtər”. 



İslam peyğəmbəri Hind və Əbu Sufyanı da bağışlamışdır. Halbuki, onla-

rın o Həzrətə verdikləri əzab və çəkdirdikləri işkəncəni dil belə deyə bilməz. 

Maraqlı burasıdır ki, Onu zəhərli qoyun əti ilə zəhərləmiş Yəhudi qadını belə, 

günahını boynuna alandan sonra əfv edib bağışladı. 

Bu bar

ədə  Həzrət  Əbu  Cəfər  İmam  Baqir  (ə) buyurur: “Zəhərli qoyun 



ətini Peyğəmbərə (s) yedirdən Yəhudi qadını O həzrətin hüzuruna gətirdilər. 

H

əzrət o qadından soruşdu: “Nə üçün belə bir iş gördün?” 



Cavab verdi ki, öz-özüm

ə dedim: “Əgər o Allahın peyğəmbəri olsa, bu 

z

əhər ona təsir etməz və əgər zülm edici şah olsa xalqı onun şərrindən qurtar-



mış olaram.” Bunun ardınca da Peyğəmbər (s) onu əfv etdi (9, 9). 

M

ərhum Məclisi “Biharül-ənvar”da həmin rəvayəti nəql edəndən sonra 



de

mişdir: “Peyğəmbərin (s) bu əməli onu göstərir ki, hətta kafirin də səhvini 

əfv etmək gözəldir. Baxmayaraq ki, o, öldürmək qərarı vermış və həmin qərar 

üçün yanlış, habelə məntiqsiz yol götürmuşdür. Bir çox rəvayətlərdə o zəhərli 

qoyun 

ətinin təsiri möcüzə nəticəsində qısa müddətdə görünməyib, bəzi rəva-



y

ətlərdə isə uzun illər boyunca o Həzrətin vücudunda qaldığı, nəhayətdə, vəfa-

tına səbəb olduğu, onu şəhadətə çatdırdığı qeyd edilir. Bununla da Allah-Təala 

onda şəhidlik üstünlüyü ilə peyğəmbərlik kəramətini cəmləşdirdi və o Həzrətin 

d

ərəcəsini daha da yüksəltdi (5, 71, 402). 



İmam Rzadan (ə) rəvayət olubdur ki, Allahın Rəsulu (s) onu cadulayan 

Y

əhudi şəxsdən soruşmuşdur: “Nə səbəbə, sən belə bir işə meyil göstərdin? 



O cavab vermişdir: “Bilirdim ki, sən peyğəmbər olsan, sehr və cadu sənə 

t

əsir etməz”. O Həzrət onu əfv edib bağışladı. Beləliklə, onun günahından vaz 



keçdi (10, 229). 

N

əql edirlər  ki,  Peyğəmbər  (s)  döyüş  meydanında  idi.  Kafirlər müsəl-



man

ları  qəflət və  süstlük  halında  gördülər.  Bir  kişi  həmin fürsətdən istifadə 

ed

ərək qılıncını alıb Allah Rəsulunun başı üzərində durdu və dedi: “İndi səni 



m

ənim əlimdən kim qurtara bilər?” 

Peyğəmbər (s) buyurdu: “Allah!” Həmin anda qılınc onun əlindən düş-



210 

dü. H


əzrət  qılıncı  götürüb  eyni  sualı  ona  verdi.  Kafir  cavab  verməyə  söz 

tapmadı. Peyğəmbər (s) buyurdu: De ki, Allahdan başqa məbudum olmadığına 

şəhadət verirəm. Kafir: “Nə səninlə vuruşaram, nə səndən himayə istəyərəm, 

n

ə də sənə qarşı döyüşən qövmlə birlikdə vuruşaram” dedi. Peyğəmbər (s) onu 



s

ərbəst buraxdı. Öz qövmünün yanına qayıdan müşrik onlara ən yaxşı və ən 

göz

əl xalqın  yanından  gəldiyini bildirdi. Buradan da məlum olur ki, Həzrət 



Mustafanın  əfvi  yaxınları,  düşmənləri, xidmətçiləri, müsəlmanlar, yəhudilər, 

n

əsranilər və müşriklərlə etdiyi davranışında da özünü əks etdirir. Peyğəmbər 



(s) Allah-T

əalanın  dünya  xalqlarına  göndərdiyi yeganə  rəhmət hədiyyəsidir. 

Allah-T

əala öz peyğəmbəri barədə buyurur: 



 

 

“S



əni də  (Ya Məhəmməd) aləmlərə  (bütün insanlara və  cinlərə) ancaq 

bir r


əhmət olaraq göndərdik” (11, XXI, 107).  

Bu ay


ədən çıxış edərək demək olar ki, dünya xalqları üçün iki cəhətdən 

r

əhmət hesab olunur: 



1. Allah t

ərəfindən elə bir din gətirib ki, xalq ona əməl etməklə öz dünya 

v

ə axirət səadətini əldə etdi. 



2. Onun qiyamı və xalqları haqqa doğru dəvət etməsi nəticəsində cəmiy-

y

ət arasında yaxşılıq yayıldı (108, XIV, 331). 



O b

əd əxlaq və çətin xasiyyətlilikdən uzaq idi. Bunun tam tərsinə olaraq 

dem

əliyik ki, O ədəbsizləri  əfv  edir,  onlara  yaxşılıq  göstərirdi,  onların  xoşa 



g

əlməz  əməllərinə  göz yumurdu. O bununla da qane olmur, möminlərin gü-

nah

larının  da  əfv edilməsini Allah-Təaladan təvəqqe edirdi. Allah-Təala onun 



ist

əklərini qəbul edirdi. O Həzrət xalqın arasında elə bir rəhmət idi ki, Allahın 

əzabını onların arasından qaldırıb uzaqlaşdırırdı. Quranda bu barədə buyurulur: 

... 


“Halbuki s

ən  onların  arasında  ola-ola Allah (Sənə  hörmət  əlaməti ola-

raq) onlara 

əzab verən deyildir” (11, VIII, 33). 

Bu ay

ədən belə bir məna çıxır ki, Allah-Təala başqa ümmətlər arasında 



da t

əzahür edən göy əzablarını  hz.Məhəmmədin (s) ümmətdən uzaq edirdi. 

Çünki, Allah-T

əalanın özünün seçərək göndərdiyi Peyğəmbər (s) həmin xalqın 

ərisində  idi. Xalq Allahdan əfv, mərhəmət,  bağışlanmaq  və  güzəşt  dilədiyi 



müdd

ətdə  məyusluq onlardan uzaq olurdu və  onlar heç bir müsibətə  məruz 

qal

mayırdılar (12,IX,71). 



Mühüm olanı odur ki, Allah Rəsulunun (s) təbliğatı olmasa idi xalq əfv 

v

ə  bağışlanmaq diləməzdi. Çünki necə  əfv tələb etməyi və  necə  tövbə  edib 



doğru yola getməyi məhz o Həzrət onlara öyrətdi və öz müqəddəs, habelə şə-

r

əfli nübüvvəti boyu özü onları əfv edib bağışladığı kimi, onlar üçün Allahdan 



da 

əfv, güzəşt  və  bəxşiş  diləyərdi. Allah-Təala öz bəndələrinə  Allahın  geniş 

r

əhməti hesab olunan Peyğəmbərə (s) doğru gedib, ona sığınmağı əmr etdi: 



 

“… Onlar (münafiql



ər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanı-


211 

na g


əlib Allahdan  bağışlanmaq  diləsəydilər və  Peyğəmbər (s) də  onlar üçün 

əfv istəsəydi, əlbəttə, Allahın tövbələrini qəbul edənə mərhəmətli olduğunu bi-

l

ərdilər” (11, IV, 64).  



Öz h

əyatlarında səhv, yanlış və günaha batan bir çox şəxslər Allahın Rə-

suluna (s) müraci

ət etmişlər, O isə Allahdan onlar üçün əfv tələb etmişdir. Al-

lah-T

əala həmin istəyin əsasında onları əfv etmişdir. Bir çox azğın və günah-



kar ona müraci

ət etdiyi halda belə, o Həzrət onları əfv, mehribanlıq və rəhmət-

l

ə qarşıladıqdan sonra Allah yolu, yəni haqq yoluna yönəltmişdir. Ən böyük 



yolgöst

ərici olan islam Peyğəmbəri (s) vəhşiliyə bulaşmış bir xalqla çiyin-çiyi-

n

ə yaşayarkən onlara mehribanlıq, yoldaşlıq, güzəşt və xoş davranış göstərdi. 



Cabir n

əql edir ki, Peyğəmbər (s) Hüneyn savaşı günü Bilalın ətəyindəki gü-

müşlərdən ovuc-ovuc götürüb xalqa paylayırdı. Bir kişi dedi: “Ey Allahın pey-

ğəmbəri, ədalətli davran!”. 

H

əzrət buyurdu: “Vay olsun sənə! Əgər mən ədalətli davranmıram, bəs 



kim 

ədalətli davranır? Əgər mən ədalətli olmasaydım, sən indi ümidsiz və zi-

yankar idin”.  

Öm

ər yerindən qalxıb dedi: “Ey Allahın Rəsulu (s), izin verin onun boy-



nunu vurum. Çünki o münafiqdir?!” 

H

əzrət buyurdu: “Allaha pənah, Allaha sığınıram ki, bir gün xalq demə-



sin ki, m

ən öz yaxınlarımı öldürürəm (13,III,390). 

Bir  gün  Peyğəmbərin  (s)  yanına  bir  ərəb gəlir və  ondan sədəqə  tələb 

edir. H


əzrət ona bir pay verib buyurur: “Mən sənə yaxşılıqmı etdim?”. 

Ərəb deyir: “Yox, heç bir yaxşılıq etmədin!”. 

Müs

əlmanlar qəzəblənib ona hücum etdilər. Peyğəmbər (s) onlara işarə 



edir ki, 

əl saxlayın! Peyğəmbər evinə getdikdən sonar, həmin ərəbin dalınca 

adam gönd

ərib onu çağırtdırır. Ərəb gəldikdən sonra Peyğəmbər (s) ona yenə 

n

ə isə verib soruşur: “Mən sənə yaxşılıqmı etdim?” 



Ərəb deyir: “Bəli, Allah sənə, ailənə və yaxınlarına xeyir mükafatı versin!” 

Peyğəmbər (s) buyurur: “Sən mənim yaxınlarımın yanında bir söz dedin 

ki, onlara t

əsir edib, qəlblərini narahat etdi. Məhəbbət göstərib mənə dediyini 

on

ların da yanında desən, narahatlıqları aradan qalxar. Sabahısı gün, ya da hə-



m

ən gecə ərəb Peyğəmbərin (s) yaxınları ilə birlikdə olduğu yerə gəldi. Həzrət 

buyurdu: “Bildiyiniz kimi bu kişi mənə bəzi sözlər dedi. Lakin mən onun payı-

nı artırdım, belə fikir edirəm ki, bizdən razı olmuşdur”. 

Ərəb cavab verdi: “Bəli, Allah sənə ailən və yaxınlarından xeyir müka-

fa

tı versin!”. 



Göründüyü kimi, Peyğəmbər (s) azla qənaətlənməyən bəndəni günahlan-

dırmayır.  Əksinə, sədəqənin  miqdarını  ərəbi  razı  salana  qədər  artırır.  Bu  da 

Pey

ğəmbərimizin (s) əfvedici və mehriban olmağından irəli gəlir. Digər bir hə-



disd

ə buyurulur: İns ibni Malik söyləmişdir ki, bir ərəb kişi Peyğəmbərin əba-

sını çiynindən elə şiddətlə çəkdi ki, mən o Həzrətin boynuna baxdığımda onun 

t

əsirini aydın şəkildə gördüm. Daha sonra ərəb dedi: 



“Ey M

əhəmməd (s), əmr ver ki, sənin  yanında  olan  sərvət və  maldan 




212 

m

ənə də versinlər!”. Həzrət kişiyə baxıb güldü və əmr etdi ki, o maldan ona 



versinl

ər (14, 17). 

Peyğəmbər (s) ailə, xidmətçilər və yaxınları ilə olduqca səmimi və meh-

riban ol


muşdur.  Onların  günah,  səhv və  yanlışlıqlarına  göz  yumar  və  onun 

haq


qında işlətdikləri hər cür qüsur, yaxud səhvi güzəşt edər, günahkarı əfv edər-

di v


ə hər vaxt bir adama qəzəblənsə idi onu yumşaq işarə ilə cəzalandırardı. 

Allah R


əsulunun sifətləri barədə  demişlər: Hər kəsdən gec qəzəblənər, 

h

ər kəsdən tez şad olardı. Xalq üçün hamıdan mehriban olar, onların xeyrini 



h

ər kəsdən çox istərdi... Şad və sevincək olduğu zaman üzünün parlaqlığı ha-

mıdan gözəl  olardı.  Öyüd-nəsihət  verdiyi  vaxt  doğru-düzgün  öyüd verərdi. 

Yal


nız Allah yolunda acıqlı, yaxud qəzəbli olardı. Onun qəzəb, habelə acığın-

dan heç bir ziyan g

əlməzdi... 

Onun könlü nazik, yumşaq və kövrəkdi. Bütün müsəlmanlara mərhəmət 

göst

ərib rəhm edərdi. Kimsəyə onu narahat edən bir söz deməzdi və kimsədən 



intiqam almaz

dı. Əksinə, əfv edib güzəştə gedərdi (15, 25). 

Heç bir zaman özünün q

ələbə və üstün gəlməsi üçün zülüm və günah yo-

lunu tut

mazdı və bu barədə ilahi qayda-qanunların pozulmasına razi olmazdı. 

Bütün hallarda Allaha xatir v

ə onun razılığı üçün qəzəblənib əsəbləşərdi...:  

Bel

əliklə, məlum olur ki, əfv və  güzəşt  islam  Peyğəmbərinin (s) digər 



əxlaqları sırasında aydın və açıq bir nümunədir, onda cəzaların və cəzalandırıl-

ma

ların tərk olunması ümidi vardır. Bu xüsusiyyət və özəllik yalnız onun ailə 



v

ə yaxınlarına qarşı olan münasibətində deyil, düşmənlər, əziyyət edənlər və 

h

ətta onun canına qıymaq istəyənlər üçün də belə idi. 



 

ƏDƏBİYYAT 

1.

 



 

2.

 



 

3.

 



 

4.

 



 

5.

 





 

6.

 



 

7.

 



 

8.

 



 

9.

 



-

 

10.



 

 

11.



 

Qurani-K


ərim. (Z.M.Bünyadov və  V.M.Məmmədəliyevin tərcüməsi.  Bakı:  Qismət, 

2006,XLIV+478+LXVs. 

12.

 



213 

 

13.



 

M

ustafa İslamoğlu. Yürek fethi. IIIc. İstanbul:  Denge yayınları. 1998, 405s. 



14.

 

 



15.

 

 



 

ХАДИСЫ ПРОРОКА О ПРОЩЕНИИ 

 

М.Г.ДЖАХДИ 

 

РЕЗЮМЕ 

 

С  точки  зрения  чести  и  величия  прощение  занимает  обширное место  в  исламе. 



Вопрос  прощения  нашел  свое  отражение  как  в  Коране,  так  и  в  хадисах  Пророка 

(д.б.А.п.).  Прощение  занимает  одно  из  важных  мест  среди  прочих  исламских  нравов. 

Пророк (д.б.А.п.) своими хадисами прощал не только членов своей семьи и близких, но 

в то же время своих врагов, мучителей и покушавшихся на его жизнь. В данной статье 

широко комментируются хадисы Пророка, связанные с прощением.       

 

Ключевые слова: прощение, хадис, грех, Пророк, уступка, нравственность 

 

PROPHET`S (S) HADITHES ABOUT FORGIVENESS 

 

M.H.JAHDI  

 

SUMMARY 

 

Forgiveness, from the point of view of honour and majesty, takes an extensive place in 



Islam. Forgiveness issues are reflected not only in Koran but also in Prophet’s (s) hadithes. 

Forgiveness takes one of the most important places among other Islamic morals. Prophet (s) 

forgave with his hadithes not only members of his family and relatives, but also his enemies, 

people who troubled  and made an attempt on his life. In the given article,  Prophet’s (s) 

hadithes about forgiveness are widely commented.   

 

Key words: forgiveness, hadith, sin, Prophet, concession, morality 



 

 

 

Document Outline

  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • DİLÇİLİK
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
    • Братские связи народов Дагестана и Азербайджана прослеживаются на протяжении многих веков. Нас всегда магически манил Дагестан, его культура, история, гордые люди страны гор и, конечно же, нерушимая твердыня нашей генетической памяти – Дербент, привле...
    • В годы Великой Отечественной войны над народами Дагестана нависла серьезная угроза. Стратегические цели Гитлера были ясны и накануне развязанной им войны: завладеть Баку и прибрать к рукам ресурсы «черного золота», тем самым перекрыть главную арте...
    • По указанию Председателя Государственного Комитета Обороны, Верховного Главнокомандующего Вооруженными Силами СССР И.Сталина от 16 сентября 1942 года, славный сын Азербайджана видный общественно-политический, государственный деятель, большой уче...
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • Krakiewicz, A.D. Conflict and Cooperation in Europe's Eastern Neighborhood, The International Relations and Security Network 2009, in: http://www.isn.ethz.ch/isn/Digital-Library/Publications/Detail/?id=101548&lng=en, 33s.
  • Kremer A.Z. Wozu brauchen wir eine neue östliche Partnerschaft? / in: Dialog: Deutsch-polnisches Magazin 2009 (Berlin), 21, S. 85-86.
  • Ochmann C. R. Die Zukunft der Östlichen Partnerschaft aus deutscher Sicht, in: Bertelsmann-Stiftung, 2010 in: http://www.bertelsmann-stiftung.de/bst/de/media/xcms_bst_dms_31394_31395_2.pdf, 12s.
  • Ochmann C. R. Östliche Partnerschaft – Perspektiven einer europäischen Ostpolitik, in: Polen-Analysen 2010, Nr. 72, in: http://www.laender-analysen.de/polen/pdf/PolenAnalysen72.pdf, 15s.
  • Wagner J.E. Europas Östliche Partnerschaft: Neoliberales Expansionsprojekt mit Energiedimension, Informationsstelle Militarisierung  2009 (IMI), in: http://www.imi-online.de/download/JW-ENP-O-4-09.pdf, 12s.
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012
  • BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
  • №1    Humanitar elmlər seriyası   2012

Yüklə 92,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə