Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elml



Yüklə 112,81 Kb.

tarix24.02.2018
ölçüsü112,81 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

 

 

UOT 94(479.24) 

 

MÜASİR MƏRHƏLƏDƏ DAXİLİ ETNİK KONFLİKTLƏRİN 

REGİONAL DİNAMİKASININ MÜQAYİSƏLİ TƏHLİLİ 

 

A.S.

MƏMMƏDOV  

Az

ərbaycan Milli Elmlər Akademiyası 

adish_mamedov@mail.ru 

 

M

əqalədə  müasir mərhələdə  daxili etnik konfliktlərin regional dinamikası  müqayisəli 

şəkildə araşdırılır. Göstərilir ki, müasir etnik münaqişələr yer üzündə qeyri-sabitliyin aparıcı 

amill

ərindən birinə  çevrilmişdir.  Onlar  daha  mürəkkəb,  dolaşıq,  üzücü  və  çətin həll olunan 

münaqi

şələrə aiddir. İstər Qafqaz regionu, istər Balkan regionu, istərsə də Yaxın Şərq regionu 

üzr

ə  daxili  etnik  münaqişələrin müqayisəli  araşdırılması  göstərir  ki,  bu  tipli  münaqişələr 

əvvəla dövlətin zəifləməsinə gətirib çıxarır. Gərginliyi etibarilə ölkə sərhədlərini aşaraq qonşu 

dövl

ətləri daim təhdid edir, regional sülh və təhlükəsizliyə zərbə vurur. Müqayisəli araşdırma-

lar h

əm onu göstərir ki, bəhs olunan regionlar üzrə etnik münaqişələr özünün inkişafı prose-

sind

ə  bir  sıra  fəsadlara  yol açmışdır.  Belə  fəsadlar  sırasında daxili  etnik  münaqişənin alov-

landığı  ölkə  vətəndaşlarının  təqib,  qırğın,  müharibə  təhlükəsindən  qaçaraq  qonşu  dövlətlərə 

kütl

əvi  axını,  qaçqın  problemləri, müharibənin özü ilə  gətirdiyi iqtisadi problemlər xüsusilə 

qeyd olunmalıdır. 

 

Açar sözl

ər: daxili etnik konflikt, regional dinamika, müasir dövr, Yaxın Şərq, Qafqaz, 

Balkan 


 

Müasir münaqişələr yer üzündə qeyri-sabitliyin aparıcı amillərindən biri-

n

ə  çevrilmişdir.  Mənşəyinə  və  xarakterinə  görə  rəngarəng  olan  münaqişələr 



arasında etniklərarası və millətlərarası münaqişələr xüsusi yer tutur. Onlar daha 

mür


əkkəb, dolaşıq, üzücü və çətin həll olunan münqaşilərə aiddir. Tarix gös-

t

ərir ki, etniklərarası və millətlərarası kolliziyalar bir çox polietnik regionlarda 



miqyasına,  davamlılığına  və  intensivliyinə  görə  sosial-siyasi  münaqişələrin 

dig


ər tiplərini üstələyir. Etnik münaqişələr digər sosial münaqişə növləri kimi 

müxt


əlif təkamül növlərinə  malikdir.  Etnik  münaqişələr  ən çətin nizamlanan 

münaqişələrdən  biridir.  Bu  münaqişələr bir qayda olaraq, çoxillik müqəddi-

m

əyə malik olur, sosial-iqtisadi, siyasi, ictimai-mədəni və etnopsixoloji prob-



leml

ər kompleksi ilə  şərtlənir. Bu halda daxili etnik konfliktlər öz təbiəti 

etibaril

ə çox zaman ölkə sərhədlərini aşaraq, regional dövlətləri də təhdid edir.  

 

167 



Daxili etnik münaqişələrin siyasi və iqtisadi təsirləri 

Daxili  siyasi  münaqişələrin böyük əksəriyyəti  etnosların  status  uğrunda 

mübariz

ələri ilə bağlı olur. Hər bir etnos da hesab edir ki, məhz siyasi haki-



miyy

ətdə təmsil olunmaqla və ya hakimiyyətə hər hansı təsir vasitələrinə malik 

olmaqla maraq

larını təmin edə bilərlər. Əksər hallarda isə etnoslar çıxış yolunu 

birm

ənalı şəkildə “mərkəzdən qopmaqla” “suverenlik” əldə etməkdə görürlər. 



Sözsüz ki, bel

ə suverenlik adətən bütövlükdə etnosun maraqlarına xidmət etmir. 

Tarixi  müşahidələr göstərir ki, qeyd olunan suverenlik müəyyən bir qrupun 

hakimiyy


ətə yiyələnməsinə daha çox yarayır. Etnosların suverenlik uğrundakı 

mübariz


ələrinin əsasını bir qayda olaraq separatçı hərəkatlar təşkil edir [9, 57-

58]. Göründüyü kimi, münaqişə siyasi sistemin bu cür gərgin daxili və xarici 

şərtlər daxilində  fəaliyyət göstərməsinə  səbəb olur. Belə  bir vəziyyətdə  isə 

siyasi sistem n

əinki zəifləyir, hətta onun tamamilə dağılması da baş verir, tez 

bir zamanda ölk

ə sərhədlərini də aşır.  

Dövl


ətlərarası  müharibədə  olduğu  kimi,  xüsusilə  soyuq müharibə  başa 

çatdıqdan  sonra  yayılmış  ağır  və  gözəçarpan beynəlxalq və  vətəndaş  qarşı-

durmasının bir növü hesab edilən etnik münaqişələrə müxtəlif faktorlar zəmin 

yaradır.  Etnik  münaqişələr  dünyanın  müxtəlif  guşələrində  yerləşən  bir  sıra 

ölk

ələrin ərazi bütövlüyünə və hətta onların mövcudluğuna təhlükədir. Təbii ki, 



Sovet  İttifaqının  dağılmasına  aparan  prosesdə  etnik  münaqişələrin  rolu  aydın 

görünürdü. B

əziləri qeyd edir ki, Kvebekdəki fransız separatçıları, İspaniyada-

kı basklar və ya Azərbaycandakı erməni separatçıları bu ölkələrin dağılması ilə 

n

əticələnə biləcək zəncirvarı reaksiyaya səbəb ola bilərlər. Yuqoslaviyada baş 



vermiş ən böyük və acınacaqlı hadisələr haqqında xəbərlərin başlıqlarını tutan 

etnik münaqişədən fərqli olaraq, Ruandada və Azərbaycanın Qarabağ və onun 

ətraf  rayonlarında  münaqişə  görünməmiş  miqyasda  intişar  etdi  və  soyqırımla 

n

əticələndi. 



Etnik münaqişələr həmçinin ona görə beynəlxalq səviyyəyə çıxır ki, mü-

naqişə beynəlxalq ictimaiyyətin digər üzvlərinin iqtisadi, təhlükəsizlik və siyasi 

maraqlarına təsir göstərir və ya onlara humanitar məqsədlərə görə müdaxilə et-

m

ək tələb olunur. Bir çox hallarda etnik azlıqların ayrı-seçkiliyə məruz qalması, 



dövl

ət sərhədlərinin  etnik  qrupların  həqiqi məskunlaşma  arealı  ilə  nadir 

hallarda üst-üst

ə düşməsi etnik münaqişələri virtual epidemiyaya çevirmişdir. 

Son onillikl

ər ərzində ümumi qaydada hesab edilirdi ki, etnik münaqişə, 

əsasən,  zorakılığa  səbəb olur, çünki beynəlxalq ikiqütblü sistemin strukturu 

əsas dövlətlər arasında münaqişəyə qadağa qoymuşdur. Lakin bu, onun digər 

üzvl

ərinə şamil edilmir. Başqa sözlə, soyuq müharibə zamanı bir çox hallarda 



bel

ə  görünürdü ki, super güclər  arasında mövcud olan antaqonizm etnik mü-

naqişələri daha da sərtləşdirirdi. Məsələn, Anqolada Birləşmiş Ştatlar və digər 

Q

ərb dövlətləri ölkənin cənub hissəsindəki  Ovimbundu  tayfasının  sovetlərin 



d

əstəyini alan və hökumətə nəzarət edən Mbundu koalisiyasına qarşı apardığı 

mübariz

ədə  birincinin tərəfində  idi. Nəticədə, ölkədəki vətəndaş  müharibəsi 



ill

ər boyu davam etdi. Bu, onunla izah edilir ki, soyuq müharibə zamanı belə 

 

168 



hallarda super gücl

ər elə  bir beynəlxalq  nizam  qurmağa  çalışırdılar  ki, 

mütt

əfiqlərin və  ticarət tərəfdaşlarının  sayı  və  imkanları  maksimal  dərəcədə 



artsın, xüsusən də üçüncü dünya ölkələri arasında etnik hərəkatlar çoxalsın və 

genişlənsin.  Daxili  etnik  münaqişələrə  kənar  resursların  daxil  edilməsi daha 

böyük, müt

əşəkkil və  zorakı  etnik  hərəkatların  yaranması  ilə  nəticələndi. 

Bunun f

əsadları  münaqişənin  uzanması  və  ağırlaşması,  bir  çox  hallarda 



v

ətəndaş müharibəsinə çevrilməsi və danışıqlar yolu ilə məsələnin həll olunma 

ehtimalının azalması ilə yadda qaldı [5, 103-112]. 

Lakin görünür ki, soyuq müharib

ənin başa çatması dünyadakı etnik mü-

bariz


ə epidemiyasından tam qurtulmaq üçün çıxış yolu olmadı. Əksinə, soyuq 

müharib


ə  və  kommunizmin  iflası  Şərqi Avropa və  keçmiş  Sovet  İttifaqında 

zorakı  münaqişələri  alovlandırdı.  Bununla  belə, super güclər  arasında  qlobal 

r

əqabətin  başa  çatması  əvvəllər məhz bu rəqabətin məhsulu  sayılan  bir  çox 



münaqişələrə  son  qoymadı.  Hal-hazırda  biz  görürük  ki,  hətta super güclərin 

d

əstəyi olmadan etnik münaqişələr Anqola, Sudan, Əfqanıstan, Burundi, Birma, 



İraq,  Suriya,  Türkiyə  və  digər yerlərdə  davam edir  [5, 103-112]. Soyuq mü-

harib


ə  zamanı,  ümumiyyətlə, hesab olunurdu ki,  Birləşmiş  Ştatlarla  Sovet 

İttifaqı  arasındakı  qarşıdurma  etnik  münaqişələri  daha  da  ağırlaşdırır.Soyuq 

müharib

ə artıq mövcud deyil. Lakin bizə yenə də deyilir ki, onun bitməsi etnik 



münaqişələri sərtləndirdi. Eyni zamanda, analitiklər müəyyən dərəcədə əmin-

dirl


ər ki, iqtisadi tərəqqi və müasirləşmə etnik münaqişəni səngidəcək. Bununla 

bel


ə, qlobal iqtisadi inteqrasiya yeni zirvələrə çatıb və görünür, bu proses etnik 

qruplar arasında mübarizənin intensivliyini daha da artırır. 

Daxili etnik konfliktl

ərin regional  dinamikası,  fərqli cəhətlərə  malik 

olmalarına baxmayaraq, digər sosial münaqişələrin regional dinamikası ilə ey-

nilik t


əşkil edir. Yəni bütün digər münaqişələr kimi, daxili etnik münaqişələrin 

d

ə inkişafı zaman və məkan müstəvisində dəyişir və bütün münaqişələr üçün 



universal  olan  inkişaf  mərhələlərini keçir. Sadəcə  siyasi və  sosial-psixoloji 

xüsusiyy


ətlərindən asılı olaraq, müxtəlif münaqişələr bu inkişaf mərhələlərini 

f

ərqli templərlə  keçirlər.  Bu  baxımdan,  daxili  etnik  münaqişələrin  inkişaf 



m

ərhələləri bir çox amillərdən  asılı  olur  [1, 149]. Belə  amillər içərisində  ən 

vacibi kimi münaqişənin baş verdiyi konkret cəmiyyətin tarixi və siyasi-hüquqi 

m

ədəniyyətini göstərmək  olar.  Bundan  başqa,  determinant,  şərait,  zorakılıq, 



geosiyasi v

ə  s. amillər daxili  etnik  münaqişələrin  alovlanması  və  genişlən-

m

əsinə  əhəmiyyətli təsir göstərirlər. Burada determinant amil dedikdə, daxili 



etnik münaqişənin səbəbini və təbiətini müəyyənləşdirən hallar nəzərdə tutulur. 

Şərait  amili  münaqişə  qruplarının  formalaşmasına  təsir edən elementləri 

özünd

ə  əks  etdirir.  Zorakılıq  amili  də  münaqişənin  inkişaf  dinamikasına 



əhəmiyyətli təsir edən amillərdəndir. 

Daxili etnik konfliktl

ər sülh və təhlükəsizliyi təhdid edən amil kimi 

B

əs  daxili  etnik  münaqişənin təsiri  altında  siyasi  sistemin zəifləməsi 



regional münasib

ətlərə necə təsir edir? Biz bunun əyani nümunələrini regional 

sülh v

ə  təhlükəsizliyə  ciddi təhlükə  olan  bir  çox  daxili  etnik  münaqişələrin 



 

169 



fonunda daha aydın görə bilərik. 

Daxili etnik konfliktl

ərin  regional  dinamikasından  danışarkən, regional 

dövl


ətlərin intervensiya (müdaxilə) motivlərinin fərqləndirilməsi olduqca vacib 

nüansdır. Belə ki, bu halda xeyirli niyyətlə edilən müdaxilə, humanitar əzab-

əziyyətlərin azaldılması və yüngülləşdirilməsi, regional sülh və təhlükəsizliyin 

b

ərpası,  eləcə  də  müdafiə  xarakterli və  milli təhlükəsizliyin  qorunmasına 



xidm

ət edən intervensiya əsas kateqoriyalar kimi diqqəti cəlb edir.  

Ümumi  qloballaşma  dövründə  müasir  silahlı  münaqişələrin cizgilərinin 

bütün sisteml

ərə təsiri daha çox narahatlıq doğuran məsələ hesab edilir. Əksər 

daxili münaqişələr bu və ya digər formada qonşu dövlətlərə təsir göstərir, bu 

t

əsirlə  əlaqədar  qonşu  dövləti  müvafıq  addımlara  sövq  edir,  praktiki  olaraq, 



daim regional sabitliyi t

əhdid edir. Paralel olaraq, kommunikasiyanın inkişafı, 

kütl

əvi informasiya vasitələrinin  qloballaşması  etnosların  qapalılığını  dağıdır, 



onların qarşılıqlı təsir və qarşılıqlı asılılıq sferasını genişləndirir, nəticədə etnik 

amilin hakimiyy

ət  uğrunda  mübarizədə  real vasitəyə  çevrilməsinə  zəmin 

yaradır. Məhz bu səbəbdən daxili etnik münaqişələr həm də regional sülh və 

t

əhlükəsizliyi daim təhdid edir. 



Mühakim

ələrimizi müasir mərhələdə  etnik  münaqişələrin  daha  geniş 

vüs

ət aldığı Yaxın Şərq, Cənubi Qafqaz, eləcə də Avropanın bir çox bölgələri 



üzr

ə  davam etdirsək,  daxili  etnik  münaqişələrin  yaratmış  olduğu  fəlakətli 

v

əziyyət bir daha aydın olar.  



XXI 

əsrin  əvvəllərində  etnosiyasi  münaqişələr bəzi  coğrafi  regionlarda 

daha çox diqq

əti cəlb etməkdədir. Çoxsaylı silahlı qarşıdurmalar Yaxın və Orta 

Şərq regionunda, SSRİ-nin süqutundan sonra Şimali və Cənubi Qafqaz regio-

nunda, C


ənub-Şərqi Asiyada, Mərkəzi Afrikada özünə  yer eləyib. Xüsusilə 

M

ərkəzi Afrika bölgəsində  ümumi  aclıq,  yoxsulluq,  dağılmış  infrastruktur, 



texnika  çatışmazlığı,  sənayeləşmənin olmaması  və  zəif hökumət administra-

siyası bu ölkələrdə silahlı münaqişələri kifayət qədər effektli idarə etməyə və 

nizamlamağa  imkan  vermir,  öz  növbəsində  humanitar  böhranların  yaranması 

imkanlarını artırır [3, 14-15]. 

Yaxın və Orta Şərqdə 50 ildən çoxdur ki, ciddi siyasi və hərbi təlatümlər 

baş  verməkdədir. Məhz son bir neçə  ildə  “Ərəb  Baharı”  adlanan  prosesin 

başlaması  da  regionun  özünəməxsusluğunu  göstərir.  Əlbəttə  ki, buraya tarixi 

İsrail-Fələstin problemini, son illərdə  ABŞ  və  müttəfiqləri tərəfindən  İraqın 

işğalını  və  Suriya problemini də  əlavə  etmiş  olsaq,  problemin  dinamikasını 

daha  aydın  şəkildə  canlandırmış  olarıq.  Belə  ki,  “Ərəb  Baharı”  ilə  dəyişən 

Şimali Afrika, Orta Şərqdəki siyasi balans və Fələstinin BMT-yə və beynəlxalq 

c

əmiyyətə  “üzv  olmayan  müşahidəçi dövlət” statusu ilə  qoşulma  yolunun 



açılması, vəziyyəti daha da dəyişmişdir. 

XXI 


əsrin  astanasında  Yaxın  və  Orta  Şərq regionunda daxili etnik mü-

naqişələr  ABŞ-da  11  sentyabr  terror  aktlarından  sonra  yenidən “gündəmə 

g

əlmişdir.” Prezident C.Buş (oğul) terrorçuların ABŞ-a olan hücumunu “XXI 



əsrin ilk müharibəsi” kimi xarakterizə  edərək  bildirmişdir  ki,  “radikal  terror-

 

170 




çular  şəbəkəsi və  onları  müdafiə  edən hər bir hökumət  bizim  düşmənimizdir 

[15].” Onun fikrinc

ə, yeni müharibə  1991-ci ildə  İraqa  qarşı,  1999-cu ildə 

Yuqoslaviyaya qarşı aparılmış müharibələrdən fərqlənəcəkdir: “Qlobal terrorçu 

şəbəkəni dağıtmaq və məhv etmək üçün biz bütün resurslardan, diplomatiyanın 

bütün vasit

ələrindən, kəşfiyyatın  bütün  üsullarından,  bütün  maliyyə  imkan-

larından və müharibənin bütün zəruri vasitələrindən istifadə edəcəyik...” [15]. 

M

əlumatlardan belə  nəticə  çıxır  ki,  “terrorçu  şəbəkələri”nin  əsas  yuvaları 



Yaxın Şərq bölgəsidir və regional sülh və təhlükəsizliyin bərpası, eləcə də milli 

t

əhlükəsizliyin “qorunması” üçün müharibə elementi qaçılmazdır. 



Yaxın Şərqdə baş verən hadisələrin səbəblərinin və mahiyyətinin araşdı-

rılmasına  keçməmişdən öncə, ilk növbədə, hadisələrin  xarakterini  araşdıraq. 

Bel

ə  ki, bir çox elmi və  ictimai-siyasi mənbələrdə  Yaxın  Şərqdəki hadisələr 



inqilab kimi mü

əyyən edilir. Lakin ərəb dövlətlərində  baş  verən xalq etiraz-

larını klassik inqilablardan (Fransa, Rusiya,  Kuba, Çin və s.) fərqləndirən ən 

əsas amillərdən biri inqilablar üçün xarakterik olan subyektin və  irimiqyaslı 

m

əqsədlərin olmamasıdır. Digər bir vacib amil inqilabların ictimai münasibət-



l

ərin sistemində və  yaxud siyasi sistemin xarakterində kardinal dəyişikliklərə 

yol açmasıdır. Lakin nə Misirdə, nə də xalq üsyanları olan digər ərəb dövlətlə-

rind


ə prosesin başa çatmaması, yəni nəticələrin məlum olmaması indiyə qədər 

baş verən hadisələri inqilab adlandırmağa əsas vermir. Başqa sözlə ifadə etsək, 

inqilab keyfiyy

ət dəyişikliyinə  yol  açır,  bu  tip  dəyişiklikləri isə  hələlik nə 

İraqda, nə Suriyada, nə Tunisdə, nə də Liviyada müşahidə etmək olur. Suriya 

istisna olmaqla, bu dövl

ətlərdə yalnız prezidentlər devrilmiş, onların qurduqları 

siyasi sistem is

ə  hələlik  qorunub  saxlanmışdır.  Suriya  və  İraqda  qanlı 

toqquşmalar  isə  artıq  radikal  sünni-şiə  qarşıdurması  fonunda  dini  çalar  kəsb 

etm

əyə başlamış, daxili etnik gərginlik ən pik həddə qədər yüksəlmişdir. 



Ümumiyy

ətlə, Misir, Suriya və İraqda da baş verən ciddi siyasi və hərbi 

çaxnaşmalar  bir  çox  aspektdən təhlil edilməlidir. Qeyd etmək  lazımdır  ki, 

İraqda  mərkəzi  Bağdad  hökuməti ilə  Şimali  Kürdüstan  Əyaləti  arasında 

konfliktl

ər mövcuddur. Nəticədə İraq Ərəb, Türkmən və Kürd etnik kimliyi ilə 

mozaik bir mahiyy

ət daşıyır. Bütün bunları nəzərə almadan İraqdakı siyasi ge-

dişləri anlamaq mümkün deyil. Belə  ki, Beynəlxalq Enerji Agentliyinin he-

sabatına görə İraq gələcək 10 il içində neftdən gələn gəlir ilə ildə 200 milyard 

dollar qazanacaqdır [18, 1-3]. Bax bu aspektdən də mərkəzi Bağdad höküməti, 

hakimiyy


ət mənim  əlimdə  deyərək  Şimali  Kürdistan  Muxtar  əyalətinin neft 

müqavil


ələrində  tək  başına  hərəkət etməsinə  qarşıdır.  Digər tərəfdən,  Yaxın 

Şərqdə  siyasi  böhranların  və  etnik gərginliklərin səbəblərini  araşdırarkən, ilk 

növb

ədə mövcud elmi araşdırmalarda qarşılaşdığımız bir sıra amilləri nəzərdən 



keçir

ək. Ərəb üsyanlarının səbəbləri kimi göstərilən iqtisadi durğunluq, korrup-

siya,  işsizlik,  sosial  qeyri-bərabərlik, yoxsulluq kimi amillərin  araşdırılması 

onların baş verən hadisələri izah etmək üçün yetərli olmadığı məlum olur. Belə 

ki, Misird

ə Mübarəkin hakimiyyəti illərində ölkə iqtisadiyyatı artan xətt üzrə 

inkişaf  etmişdir.  Mübarəkin hakimiyyətinin son illərində, 2004-cü ildə 

 

171 




formalaşdırılan  islahata  meyilli  hökumətin həyata keçirdiyi tədbirlər nəticə-

sind


ə hətta dünya iqtisadi böhranı zamanı da bu inkişaf tempi davam etmişdir. 

Böhran  zamanı  Misirdə  ümumi daxili məhsulun  illik  artımı  4,6  faiz  təşkil 

etmişdir [17] ki, bu rəqəm dünya üzrə ən yaxşı göstəricilərdən biridir. ÜDM-in 

adambaşına düşən həcmi isə 2010-cu ildə 5500 dollar olmuşdur. Oxşar inkişaf 

göst

əriciləri Tunisdə və Liviyada da müşahidə olunur. Belə ki, Liviyada ÜDM-



in adambaşına düşən həcmi 12 min dollara yaxın olmuşdur [16, 2]. Bu mənada 

t

əsvir olunan sosial-iqtisadi durumun təhlilini ümumiləşdirərək belə  nəticəyə 



g

əmək olar ki, dünya iqtisadi böhranının  təsiri nəticəsində  iqtisadi vəziyyəti 

h

əssas olan əhalinin daha da yoxsul vəziyyətə  düşməsi etnik münasibətlərin 



g

ərginləşməsinin və bu gərginliyin nəticəsi kimi regional münasibətləri təhdid 

etm

əsinə gətirib çıxarmışdır. 



Fikrimizc

ə,  Yaxın  Şərqdə  baş  verən hadisələrin ilk səbəbini geosiyasi 

amill

ərdə axtarmaq lazımdır. Əlbəttə ki, Yaxın Şərq həmişə geosiyasi cəhətdən 



mühüm  region  olmuşdur.  Lakin  beynəlxalq sistemin xarakterindən, sistemdə 

inkişaf edən proseslərdən, regional alt sistemdəki münasibətlərin xarakterindən, 

habel

ə regiondaxili inkişafın dinamikasından asılı olaraq, Yaxın Şərqin strateji 



ön

əmi təkamül  etmişdir.  Soyuq  müharibə  bitdikdən  sonra  formalaşan  yeni 

sistemd

ə  Yaxın  Şərqin strateji önəminə  təsir edən  bir  sıra  mühüm  hadisə, 



proses, t

əzahürlər meydana çıxmışdır.  

Dig

ər mühüm amil beynəlxalq münasibətlərdə  islam amilinin xüsusi 



aktuallıq  kəsb etməsi ilə  bağlıdır.  XX  əsrin  əvvəllərində  150-170 mln. insan 

islam dinin

ə mənsub idi. Bu, o zaman dünyanın ümumi əhalisinin ondabiri idi. 

Müasir dünyada 1,5 mlrd. müs

əlman  yaşayır  –  bu, dünya əhalisinin dörddə-

biridir [7, 10-

16]. İran inqilabından (1979) sonra aktuallaşan islam amili müasir 

beyn


əlxalq münasibətlərdə  önəmli  rol  oynayır.  Qərbin siyasi-elmi mühitində 

Yaxın  Şərq, həmçinin beynəlxalq terrorizmin qida mənbələrindən biri kimi 

t

əsnif olunur  və  bu  baxımdan  da  həmin region beynəlxalq siyasi fəallığın 



xüsusi diqq

ət mərkəzinə  keçmişdir.  Nəhayət, daha bir amil Avropaya olan 

miqrasiyanın  mühüm  hissəsinin  Yaxın  Şərqdən olan müsəlman  miqrantların 

t

əşkil  etməsidir.  Avropa  İttifaqı  daxilində  islamın  ideoloji və  sosial-siyasi 



rolunun  artması  da  Yaxın  Şərqə  diqqətin  artırılmasını  zəruri edirdi. Belə  ki, 

Avropaya 

ən yaxın islam bölgəsi kimi Yaxın Şərqdə - xüsusilə Aralıq dənizinin 

c

ənub sahillərində siyasi və iqtisadi rifahın yaranması qabaqlayıcı tədbir kimi 



Afrikadan v

ə Asiyanın digər hissələrindən Aİ-yə yönələn mənfi meyillərin və 

t

əsirlərin mühüm hissəsini bitərəfləşdirərək bufer zonaya çevrilə bilərdi. 



Qeyd olunan amill

ərlə yanaşı, beynəlxalq sistemin strukturunu təşkil edən 

elementl

ərdə də mühüm irəliləyişlərin baş verməsi regiona olan baxışlarda və 

yanaşmalarda  dəyişiklikləri  şərtləndirmişdir.  Avropa  İttifaqında  inteqrasiya 

prosesinin h

əlledici mərhələyə daxil olması və  dünyada analoqu olmayan bir 

fövq


əlqurumun formalaşması İttifaqın qonşuluğunda olan regionlara münasibə-

tin d


əyişməsini, daha sıx iqtisadi-siyasi əlaqələr qurmaqla bu ölkələrdə siyasi 

islahatların dəstəklənməsini və genişləndirilməsini tələb edirdi. Ətrafda qeyri-

 

172 



demokratik v

ə iqtisadi cəhətdən geri qalmış dövlətlərin mövcud olması Aİ-nin 

davamlı  inkişafına  təhlükələrin və  təhdidlərin  artmasına  səbəb  olurdu.  Aİ 

t

ərəfindən 2003-cü ildə  irəli sürülmüş Aralıq dənizində  yerləşən  ərəb dövlət-



l

ərinin də  əhatə  edildiyi  Yeni  Qonşuluq  Siyasəti  qarşıda  duran  problemin 

yumşaq  güc  vasitəsilə  həll edilməsinə  yönəlmiş  konsepsiya  idi.  2007-ci ildə 

Fransa prezidenti Sarkozinin ir

əli sürdüyü və Aralıq dənizinin ətrafında yerlə-

şən dövlətlərin  əməkdaşlığını  nəzərdə  tutan  Aralıq  dənizi  ittifaqı  layihəsi də 

eyni h

ədəfə  -  Şimali  Afrika  və  Qərbi Asiyada yerləşən dövlətlərin  Aİ-nin 



c

ənub dövlətləri ilə sıx əlaqələrini qurmaqla demokratik inkişafı dəstəkləməyə 

istiqam

ətlənmişdir [4, 45-61]. 



Dem

əli,  Yaxın  Şərqin  ərəb dövlətlərində  daxili  etnik  münaqişələrin 

alovlanması, regional və beynəlxalq aləmə təsirləri üçün olduqca ciddi əsaslar 

mövcuddur v

ə proses davam etməkdədir. Sosial-siyasi və sosial-iqtisadi şərtlər 

uyğun  olduqda  “ovqat  demokratiyası”  adlandırdığımız  proses  hərəkətə  baş-

layır:  ilk  öncə  əhalinin  kiçik  qrupları  etiraza  başlayır,  daha  sonra  bu  qruplar 

t

ərəddüd edən və bitərəf insanları da öz arxasınca aparır və kütlə psixologiyası 



işə  düşür;  proses  qarşısıalınmaz  xarakter  alır.  Beləliklə,  Yaxın  Şərqdəki 

üsyanlar bir anda, qısa zaman hüdudunda baş verməmişdir.  

Daxili  etnik  münaqişələrin  inkişaf  dinamikasının  ikinci  mərhələsində 

subyektl


ərin maraqlarındakı ziddiyyət artıq elə bir həddə çatır ki, onu müşahidə 

etm


əmək qeyri-mümkündür.  Bu  zaman  daxili  qarşıdurma  tərəflərin normal 

qarşılıqlı fəaliyyətinə mane olan ciddi amilə çevrilir. Tərəflər də öz növbəsində 

aşkar  qarşıdurma  vəziyyətinə  keçirlər. Məhz  bu  zaman  münaqişə  subyekt-

l

ərinin praktik güc tətbiq etmələri  qaçılmaz  olur.  Bir  çox  tədqiqatçılar  belə 



hesab  edir  ki,  münaqişənin  inkişafının  bu  mərhələsində  “zorakılıq”  amilinə 

xüsusi diqq

ət yetirmək lazımdır [8, 36-45]. Qeyd etmək lazımdır ki, münaqişə 

zamanı gücün tətbiq edilməsi sərhədləri müəyyən məhdudiyyətlərin qoyulma-

sından  tutmuş,  kütləvi  qırğın  silahının  istifadəsinədək dəyişə  bilir. Bu mər-

h

ələdə  zorakılıq  yalnız  silah  tətbiqi ilə  həyata keçirilmir, zorakı  xarakter 



daşıyan  digər vasitələrdən də  istifadə  edilir.  Bu  baxımdan  mühakimələrimizi 

Yaxın Şərq, Cənub-Şərqi Asiya regionlarında zaman-zaman baş qaldıran daxili 

etnik münaqişələrin nümunəsində daha da möhkəmləndirə bilərik.  

Bu  gün  Suriyada  silahlı  münaqişələrin  başlamasından  üç  ildən  artıq  bir 

vaxt  keçir.  Aparılan  araşdırmalar  göstərir ki, 15 mart 2011-ci ildən Suriyada 

davam ed


ən münaqişə milyondan çox suriyalını qaçqın salıb, 100 mindən çox 

insanın  həyatına  son  qoyub,  lakin  münaqişəyə  son qoymaq istəyən hələ  də 

yoxdur. Londonun Beyn

əlxalq Strateji Araşdırmalar İnstitutunun “Hərbi balans 

– 

2012”  adlı  illik  hesabatında  bildirilir  ki,  2012-ci ildən Suriyada vəziyyət 



yavaş-yavaş  üsyançıların  xeyrinə  dəyişməklə  yanaşı,  region  dövlətləri üçün 

t

əhlükəli bir vəziyyət yaratmışdır [14, 12-14]. Məlumatların təhlilindən görün-



düyü kimi, Suriyada 2011-ci ild

ən  başlanmış  daxili  gərginlik beynəlxalq 

miqyasda da ciddi narahatlıq predmetinə çevrilmişdir.  

Daxili etnik konfliktl

ərin regional dinamikasının xarakterik cəhətlərindən 

 

173 




biri d

ə  münaqişənin  əsas subyektlərindən  başqa,  əvvəldə  də  qeyd etdiyimiz 

kimi, dig

ər dünya dövlətlərinin də prosesdə yaxından iştirak etməkdə maraqlı 

olmasındadır. Və belə olan halda dünya siyasi müstəvisində ümumi bir müna-

qişə zənciri yaranmış olur. Məsələn, biz bu dediklərimizi Balkan regionunda, 

Yaxın  Şərq, Cənub-Şərqi Asiya, eləcə  də  MDB məkanının  bir  çox  dövlət-

l

ərində  müşahidə  edə  bilərik.  Avropanın  beş  böyük  yarımadasından  biri  olan 



Balkan  yarımadası  Mərkəzi Avropaya və  Aralıq  dənizinə  qədər uzanan 

geostrateji mövqeyi il

ə əsrlər boyu olduğu kimi bu gün də geosiyasi baxımdan 

beyn


əlxalq platformalarda əhəmiyyətini mühafizə  etməkdədir.  Avropanın 

geosiyasi m

ərkəzlərindən  biri  olması,  Asiya  və  Afrikaya  coğrafi  yaxınlığı  və 

Avropadan Orta Şərqin zəngin yeraltı ehtiyatlarına gedən tranzit yolların keçid 

nöqt

əsində  yerləşməsi regionun daima maraq mərkəzinə  çevrilməsinə  gətirib 



çıxarmışdır. Son illərdə Qərbi Balkan regionunda cərəyan edən proseslər, re-

gionun geostrateji mövqeyi v

ə Avropa məkanındakı geosiyasi roluna baxmaya-

raq, burada yeni iğtişaş və iqtisadi problemlərin davam etdiyini sübut edir. 

Daxili etnik konfliktin regional dinamikası haqqında fikirlərimizi ümumi-

l

əşdirərək, bir daha qeyd etmək olar ki, daxili etnik münaqişələr əvvəla dövlə-



tin z

əifləməsinə  gətirib  çıxarır.  Daxili  etnik  münaqişələrin nəticələri adətən 

c

əmiyyətin bütün sahələrinə  nüfuz edir. Gərginliyi etibarilə  ölkə  sərhədlərini 



aşaraq  qonşu  dövlətləri daim təhdid edir, regional sülh və  təhlükəsizliyin 

b

ərpasında  ciddi  əngəllər törədir.  Daxili  etnik  münaqişələr  özünün  inkişafı 



prosesind

ə bir sıra fəsadlara yol açır. Belə fəsadlar sırasında daxili etnik müna-

qişənin alovlandığı ölkə vətəndaşlarının təqib, qırğın, müharibə təhlükəsindən 

qaçaraq qonşu dövlətlərə kütləvi axını, qaçqın problemləri, müharibənin özü ilə 

g

ətirdiyi iqtisadi problemlər, vahid hakimiyyətin  yoxluğu  şəraitində  getdikcə 



d

ərinləşən qeyri-sabit  şəraitin hökm sürməsi, eləcə  də  daxili  etnik  münaqişə-

l

ərin dövlətlərarası müharibələrə gətirib çıxarmasını xüsusilə qeyd etmək olar. 



 

 

ƏDƏBİYYAT 

1.

 



Амелин В.Н. Социалоия политики. М.: Моск. Ун-т, 1992 

2.

 



Дмитриев А.В., Кудряцев В.Н. Введение в общую теорию конфликтов. Ч. 1. М., 1993. 

3.

 



Marshall, Monty G., Gurr, Ted Robert, (2003), Peace and Conflict 2003: A Global. Survey 

of Armed Conflicts, Self-Determination Movements, and Democracy, CIDCM,. Universi-

ty of Maryland, February 2003, p. 12-16. 

4.

 



 H

əmidov S. Yaxın Şərqdə siyasi çevrilişlər və İran // Strateji Təhlil, sayı 3, Noyabr 2011, 

s. 45-61. 

5.

 



Joane N. `Ethnic Nationalism: Politics, Ideology, and the World Order`, International 

Journal of Comparative Sociology, no.34, March 1993, p.103-112. 

6.

 

James R., Juliet K. Global Politics. New York: Houghton Mifflin Company, 2008. 



7.

 

Коротаев  А.В.,  Зинкина  Ю.В.  Египетская  революция 2011 года. Структурно- демо-



графический анализ // Азия и Африка сегодня, 2011 №6, с.10-16. 

8.

 



Гусейнов А. Понятия насилия и ненасилия // Вопросы философии, 1994, № 6, 36-45. 

9.

 



Галкин  А.А.  Общественная  стабильность:  некоторые  теоретические  подходы. 

МЭиМО, 2006, №9, с.57-58.  

 

174 



10.

 

Rosen B.R., Ross A.L. Competing Vision for U.S. Grand Strategy // International Securi-



ty. 1996/1997, Vol.21.No 3 p.5-53. 

11.


 

Страны мира. авт.-сост. Ч.М.Адамчик. Минск: Харвест, 2010. 

12.

 

События в Северной Африке и на Ближнем Востоке: причины и следствия // Миро-



вая экономика и международные отношения, 2011 №7, с. 11-26. 

13.


 

События в Северной Африке и на Ближнем Востоке: причины и следствия // Миро-

вая экономика и международные отношения, 2011 №8, с. 52-66. 

14.


 

The Military Balance-2012: The annual assessment of global  military capabilities and 

defence economics, p.12-14. 

15.


 

Bush talks of first war of 21st century //  

        http://www.theguardian.com/world/2001/sep/14/september11.usa8  

16.


 

Васильев А.М. Цунами революций // Азия и Африка сегодня, 2011 №3,стр.2-19. 

17.

 

World Bank. World Development Indicators Online. Washington, DC//  



        www.data.worldbank.org/ indicator/ 

18.


 

World Energy Outlook 2012 // Iraq Energy Outlook, Special Report of International Ener-

gy Agency, p. 1-3. 12 November, 2012  

 

 



 

 

СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ ВНУТРЕННИХ РЕГИОНАЛЬНЫХ ЭТНИЧЕСКИХ 

КОНФЛИКТОВ НА СОВРЕМЕННОМ ЭТАПЕ 

 

А.С.МАМЕДОВ  

 

РЕЗЮМЕ 

 

В статье сравнительным образом исследуется региональная динамика внутренних 

этнических конфликтов на современном этапе. Она иллюстрирует, как на современном 

этапе  этнические  конфликты  являются  одним  из  ведущих  факторов  на  Земном  шаре. 

Они  относятся  к  сложным,  изнурительным  и  трудноразрешимым  проблемам.  Срав-

нительное  исследование  внутренних  этнических  конфликтов,  относящихся  к  Кавказ-

скому, Балканскому или же Ближневосточному региону показывает, что конфликты та-

кого  типа  приводят  к  расшатыванию  основ  государства.  Они  преодолевают  границы 

страны, постоянно подстрекают соседних государств и наносит серьезный ущерб регио-

нальному миру и безопасности.Сравнительное исследование показывает, что этнические 

конфликты  вышеупомянутых  регионов  в  своем  развитом  этапе  привели  к  целой  серии 

побочных явлений. 



 

Ключевые  слова:  внутренние  этнические  конфликты,  региональная  динамика, 

современный период, Ближний Восток, Кавказ, Балканы 



 

 

175 




COMPARATIVE ANALYSIS OF REGIONAL DYNAMICS  

OF ETHNIC CONFLICTS IN THE MODERN TIME 

 

A.S.MAMMADOV 

 

SUMMARY 

 

The article researches the regionl dynamics of internal ethnic conflicts in the modern 

period. It is shown that the ethnic conflicts in the world today have become one of the factors 

leading to instability. They are more complex, confusing, exhausting and more difficult to 

solve. A comparative study of ethnic conflicts on the Caucasus, the Balkans, as well as Middle 

East shows that, first of all, such conflicts lead to weakening of state. Tensions at the borders of 

a  country  are  a  threat  for  neighboring countries  and  undermine regional peace and security. 

Comparative studies show that the  ethnic conflicts in the mentioned regions  paved  a  way for 

the development of a series of consequences. Among these persecution, slaughter mass flow of 

citizens to neighboring countries to escape the threat of war as well as refugee problems, eco-

nomic problems brought about by war must be emphasized. 

 

Keywords: internal ethnic conflict, regional dynamics in  modern era, the Middle East, 

the Caucasus, the Balkan 

 

 

 



 

 

 



176 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə