Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 68,52 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü68,52 Kb.
#32138


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

 

UOT 94”19/... 

UOT 341.7 

 

“ƏRƏB BAHARI” ABŞ-ın GEOSİYASİ MARAQLARI 



KONTEKSTİNDƏ 

 

N.C.ƏSƏDOV  

Azərbaycan Dillər Universiteti 

n_asadov@mail.ru 

 

2010-

cu ildən başlayaraq bu günə qədər davam edən və geosiyasi proseslərə cox güclü 

təsir edən “ərəb baharı” Şimali Afrikanın siyasi vəziyyətində köklü dəyişikliklərə səbəb oldu. 

Bu  proseslər  ABŞ-ın  Yaxın  Şərq  siyasətində  fərqli  istiqamətin  formalaşdığını  göstərdi. 

Məqalədə ABŞ prezidentləri C.Buş və B.Obamanın Yaxın Şərq siyasəti müqayisəli təhlil edilir 

və ABŞ-ın geosiyasi maraqları araşdırılır.  

 

Açar sözlər: ABŞ, Suriya, demokratiya, islahat, Afrika  

 

Artıq üç ildən artiq davam edən və dünya mətbuatında ”ərəb baharı” kimi 



ad

landırılan proseslər 18 dekabr 2010-cu ildə Tunisdə Məhəmməd Buəzizi adlı 

bir gəncin özünü yandıraraq öldürməsindən sonra başladı. Bundan sonra küçə-

lərə çıxan tunislilər işsizlik, korrupsiya və yoxsulluğun aradan qaldırılması ilə 

əlaqədar  şüarlar  səsləndirməyə  başladılar.  Hakimiyyət  qüvvələri  ilə  xalq 

arasındakı toqquşmalar insan tələfatlarına səbəb oldu. Nəticədə iqtisadi şüarlar 

siyasi  şüarlarla  əvəz  olunmağa  başladı  [2].  Ölkə  başçısının  son  islahatları  da 

heç  bir  nəticə  vermədi.  Artıq 23  ildir dövləti  “analoqu olmayan iqtisadi yük-

səliş”ə  çatdıran  müsəlman  monarxlarından  biri  Zeynalabdin  bin  Əli  qaçmağa 

məcbur oldu. Demək olar ki, əksəriyyətinin  monarxlar tərəfindən  idarə olun-

duğu  və  xalqının    amansızcasına  istismar  olunduğu  digər  ərəb  ölkələrində 

inqil


abın qələbəsi təkanverici qüvvə oldu.  

Ərəb  baharının  nəticəsi  ən  yaxşı  halda  demokratik  rejimlərin  bərqərar 

olduğu  müsəlman dövlətinin  yaranması ola  bilər. Bu quruluş kimin  marağın-

dadır? Təbii ki, ilk öncə 22 dövlətdə yaşayan ərəb xalqının. Beynəlxalq nöqteyi 

nəzərdən  baxdıqda  isə  mürəkkəb  bir  görüntü  yaranır. “Demokratiya ixrac 

məhsulu ola bilər” deyərək çox keçmədən isə “demokratiyanı müsəlman dün-

yasına  yaymaq”  ideyası  ilə  çıxış  edən  Riçard  Xaasın  xələflərini  yəqin  ki,  bu 

gediş  qane  edir.  “Demokratiya  kartof    deyil  ki,  onu  planlaşdırdığın  yerdə 

əkəsən”  [7]  deyən,  Rusiya  Federasiyasının  keçmiş  xarici  işlər  naziri  Sergey 

 

125 




İvanovun  xələflərini  isə  yəqin  ki,  bu  kartofun  ixrac  məhsulu  olması  narahat 

edir.  “İlanın  ağına  da  qarasına  da  lənət”  deyən  teokratik  ərəb  şeyxləri,  İran 

mollaları və Çin sosialistləri də Rusiyanın narahatlığını bölüşürlər. Demokrati-

ya

nı özləri icad etsə də, onu amerikanlardan öyrənən avropalıların, “Demokra-



ti

ya  bərbad  bir  dövlət  formasıdır.  Lakin  təəssüf  ki,  digərləri  də  bir  o  qədər 

bərbaddır”  deyən  dahi  siyasətçisi  Çörçilin  müasirlərinin

 

isə  ABŞ-ı  dəstəklə-



məkdən başqa  əlacı yoxdur. 

Məlumdur  ki,  ABŞ  dünyanın  super  gücü  olaraq  xarici  siyasətini  təkcə 

prezidentlərin  öhdəsinə  verməz,  dolayısı  ilə  siyasət  prezidentdən  prezidentə, 

pa

rtiyadan  partiyaya  dəyişməz.  Seçkilərdə  qalib  gəlmiş  prezident  bu  fikrə 



düşsə belə onu bu fikrindən daşındırarlar (C.Kennedini misal göstərmək olar). 

ABŞ-da xarici siyasətin formalaşmasını təmin edən beyin mərkəzləri fəaliyyət 

göstərir  [6].  Onlar  dünyanın  istənilən  regionunda  istənilən  dövlət  haqqında 

bütün məlumatlara sahib olmaqla, bu məlumatların təhlilini aparmaqla  dövlə-

tin xarici siyasətini müəyyən edirlər. Belə bir uzunmüddətli fəaliyyətin nəticə-

sini hər dəfə seçkilərdə qalib gəlmiş prezidentə uyğun olaraq formalaşdırmaq 

qarşısıalınmaz qarışıqlıq yarada bilər. Əsas siyasi xəttdən vaz keçmədən üslub 

dəyişdirməklə bu strategiya öz varlığını qoruyub saxlayır.  

Buna görə də, əslən, radikal və təcavüzkar siyasət yürüdən və qatı xris-

tian olan C.Buşdan sonra  müsəlman ölkəsi  Keniyadan olan  ABŞ-ın  ilk qara-

dərili  prezidenti  Barak  Hüseyn  Obamanın  hakimiyyətə  gəlməsini  müsəlman 

aləminin xilası kimi dəyərləndirən islam ümməti tezliklə bu gəlişin də dövlətin  

bir nömrəli məqsədi olan “ABŞ-ın dominantlığı və ona rəqib ola biləcək gücün 

meydana  gəlməsinə  imkan  verməmə”yə  xidmət  edəcəyini  anlayacaqdılar. 

Sadəcə olaraq Buş adminstrasiyası ABŞ-ın xarici siyasətinin əsas problemlərini 

həll  etdikdən  sonra  (Əfqanıstan  və  İraq  müharibələri)  ABŞ-a  qarşı  yönəlmiş 

olan  mənfi  münasibətin  aradan  qaldırılması  ABŞ-ın  imperialist  maraqlarının 

ümumbəşəri maraqlardan üstün olmadığını göstərmək üçün humanist Obamaya 

ehtiyac var idi. Bütün dünyaya bir sıra dinc məqsədlərindən danışaraq bu yolda 

əməli  addımlar  atan  Obama  adminstrasiyası  mənfi  imici  yox  etməklə  yanaşı 

ABŞ-ın maraqlarını da həyata keçirməyə başladı. 

2001-2009-

cu  illər  ərzində  ABŞ-a  başçılıq  etmiş  C.Buşun  20  sentyabr 

2002-


ci  ildə  nəşr  olunmuş  49  səhifəlik  Milli  Təhlükəsizlik  Strategiyasında, 

xarici siyasətdə önəm veriləcək əsas məsələlər 7 bölmədə öz əksini tapdı. Eyni 

məsələlər  Obamanın  4  iyun  2009-cu  ildə  Qahirədəki  çıxışında  əsas  başlıqlar 

kimi qeydə alınmışdır. Bunlar, Əfqanıstan və İraqdakı vəziyyət, Fələstin prob-

lemi,  başda  nüvə  olmaqla  kütləvi  qırğın  silahlarının  yayılması  problemi, 

demok


ratiyanın dünyaya yayılmasını təmin etmək, din azadlığının dünyada hər 

kəs  üçün  təmin  edilməsi,  qadın  hüquqlarının  qorunması  və  qloballaşmanın 

iqtisadi fürsətlərindən yararlanmaq [8]. 

Buş doktrinasının həyata keçirilməsində Buşun istifadə etdiyi sərt üslub 

Barak Obamanın siyasətində özünü göstərmir,  lakin eyni siyasət davam  etdi-

rilir.  Barak  Obamanın,  hakimiyyətə  gəlməmişdən  əvvəl  vəd  verdiyi  dəyişim, 

 

126 



üslub dəyişkənliyindən  başqa  bir  şey olmadı. Əksərən  belə olur,  müxalifətdə 

olan


da  həqiqət  deyilir,  iqtidara  gələndə  həqiqətdən  qaçılır.  Seçki  kompa-

niyalarında  xalq,  sülh,  demokratiya,  iqtidarda  öz  yerini  dövlət,  müharibə  və 

bürokratiyaya verir [4]. 

Obamanın dəyişiklik deyərək hakimiyyətə gəlməsi bir 

sıra  vədlər  verməsinə  səbəb  oldu.  Bu  vədlər  Buşun  prezidentliyi  dövründə 

bütün dünyada, xüsusən də müsəlman aləmində ABŞ-a qarşı yaranmış nifrəti 

aradan qaldıra bilərdi. Çünki bu vədlərə ABŞ qoşunlarının İraqdan çıxarılması, 

əksəriyyətini  müsəlman    məhbuslar  təşkil  edən  Quantanamo  həbsxanasının 

ləğv  olunması,  İsrail-Fələstin  problemində  Fələstini  bərabərhüquqlu  dövlət 

kimi tanımaq məsələsi aid idi. Artıq  birinci prezidentlik dövrünü başa  vuran 

B.Obamanın 4 illik fəaliyyətində bu vədlərdən yalnız birinin həyata keçirilməsi 

ABŞ qoşunlarının  2012-ci ilə qədər İraqdan çıxarılması ilə bağlı vədi  2011-



ci  ilin  dekabrın  18-də  yerinə  yetirildi.  Quantanamo  hərbi  bazasının  2010-cu 

ildə  bağlanması  ilə  bağlı  sərəncam  verməsinə  baxmayaraq  bu  sərəncamın 

yerinə  yetirilməməsi  və  2012-ci ilin sentyabr ayında  Fələstini  vaxtilə  Buşun 

debatlar  üçün  klub  adlandırdığı  BMT-yə  qəbul  olunması  məsələsində  107 

dövlətin lehinə səs verməsinə baxmayaraq ABŞ-ın İsrailin yanında yer alaraq 

[3] əleyhinə səs verməsi Obamanın da məqsədlər baxımından idealist, vasitələr 

b

axımından isə realist siyasətə sadiq qaldığını göstərdi.  



Hakimiyyətə gəlişinin ilk altı ayını Buşdan miras qalan iqtisadi böhranın 

aradan qaldırılması və bu məsələ ilə avropalı müttəfiqlərinin başını qatan Oba-

ma  Müsəlman  dünyasına  böyük  müraciətə  hazırlaşırdı.  Buşun  siyasi  fəaliy-

yətini  yalnız  tənqid  etməklə  belə  müsbət  imic  qazana  biləcəyini  bilən  Barak 

Obamanın  C.Buş  adminstrasiyasının  aqressiv  siyasətinin  əksi  olaraq,  sülh  is-

ma

rıcları bir müddət dünya ictimaiyyətinin diqqətini yayındırmağa kömək etdi. 



Yüz gün bitdi, iqtisadi böhran bitdi, ancaq insanlar

dəyişiklik deyəndə nələrin 

nəzərdə  tutulduğunu,  prezidentin  2009-cu  ilin  aprel  ayının  6-7-də  Türkiyəyə 

[9]  və  2009-cu ilin iyunun 4-də  Misirə  etdiyi  səfərlərindəki  çıxışlarından 

öyrəndi.  Buş  adminstrasiyasından  sonra,  Yaxın  Şərqin  ABŞ-ın  siyasi  maraq 

hədəfindən çıxarılacağına ümid edən müsəlmanların ümidi, B.Obamanın Misir 

universitetlərindəki çıxışı ilə boşa çıxdı. Bu çıxış ABŞ-ın ən azı 4 il daha Yaxın 

Şərqi  həyati  maraq  dairəsinə  saldığını  göstərdi:  zorakı  ekstremizm,  İsrail-

Fələstin  münaqişəsi, İranın  nüvə proqramı, Əfqanıstanda antiterror müharibə, 

İraq məsələsi, dini azadlıq və s. məsələlər haqqında nitqi bunu sübut edir.  

Əsas siyasi silahı demokratiya olan ABŞ-ın digər rəqiblərinə qarşı üstün-

lüyü  də  elə  demokratiya  oldu.  Demokratik  quruluşa  keçid  uğrunda  mübarizə 

aparan xalqı dəstəkləməkdən asan nə ola bilər ki?  

Başqa bir uğur isə, Çinlə bağlıdır. Çin Xalq Respublikasının son on ildə 

dünyanın iqtisadi cəhətdən nəhəng dövlətləri hesab olunan Almaniya və Yapo-

ni

yanı  arxada  qoyaraq  ABŞ-ın  ardınca  ikinci  pilləyə  yüksəlməsi,  qarşıdakı 



onil

likdə  də  dünya  liderinə  çevrilməyi  hədəfləməsi  rəsmi  Vaşinqtonu  ciddi 

narahat etməyə başlayıb. İndi Vaşinqtonun qarşısında duran ən başlıca vəzifə 

Pekinin i

ddialarının  qarşısını  almaqdır.  Bu  səbəbdən  də,  Vaşinqton  bir  neçə 

 

127 




istiqamətdə  fəal  iş  aparmağa  başlayıb  ki,  onlardan  biri  də  Çini  enerji  mən-

bələrinə  çıxışdan  məhrum  etmək  və  yaxud  da  onu  tamamilə  məhdudlaşdır-

maqdan  ibarətdir.  Bunu  ABŞ-ın  maliyyə  nazirinin sabiq müavini Pol Kreyq 

Robertsin açıqlamasından da görmək olar. ABŞ-ın Liviya ilə bağlı mövqeyini 

şərh  edərkən  sabiq  nazir  müavini  deyib  ki,  Vaşinqtonun  əsas  məqsədi  Çini 

Aralıq dənizi regionundan sıxışdırıb çıxarmaqdır.  

Məsələ ondan ibarətdir ki, son illər Çin bu regiona çox böyük məbləğdə 

sərmayələr yatırmaqla enerji qaynaqlarını ələ keçirməyə başlamışdı. Son illər 

Liviya,  Anqola,  Sudan,  Fil  Dişi  Sahili  və  Nigerin  əsas  tərəfdaşına  çevrilən 

Çinin  bu  ölkələrin  təbii  sərvətlərini  öz  əlinə  keçirməklə  yanaşı,  həm  də  öz 

ideologiyasını bu regiona yayması Vaşinqtonu qəti hərəkətlərə sövq edirdi. Bir 

neçə il əvvəl Niger Çinlə müqavilə bağlayaraq uran və neft yataqlarını Pekinin 

istifadəsinə verdi. Ötən il bu ölkədə baş verən çevriliş nəticəsində Çin şirkətləri 

böyük  itkilərə  məruz  qaldılar.  Bundan  əvvəl  isə  Çin  Sudanda  tayfalararası 

münaqişələrin  alovlanması  və  ölkənin  bölünməsi  nəticəsində  bu  ölkədəki 

mövqelərini itirmişdi.  

Fil  Dişi  Sahilinin  sabiq  prezidenti  Qbaqbo  ölkəsində  kəşf  edilən  neft 

yataqlarını  Çinlə  bölüşməsinin  "qurban"ı  oldu.  Ötən  ilin  sonunda  bu  ölkədə 

keçirilən prezident seçkilərində Qərbin dəstəklədiyi Uattara qalib gəldi. Ancaq 

Qbaqbonun seçkinin nəticələrini tanımaqdan imtina etməsi Qərbin müdaxiləsi 

ilə  nəticələndi  və  Çinlə  əməkdaşlıq  bu  tiranı  da  hakimiyyətdən  saldı.  Eyni 

proses Liviyada da müşahidə olunur. Bir müddət əvvəl Liviya diktatoru Müəm-

mar  Qəddafi  ABŞ-ın  Çini  regiondan  sıxışdırıb  çıxarmaq  üçün  region  ölkələ-

rinin  liderlərini əməkdaşlığa çağırmasına qoşulmamış  və Pekinlə əməkdaşlığı 

gücləndirmişdi  [1].  Liviyanın  şərqində  əllidən  artıq  layihə  həyata  keçirən  və 

layihələrə böyük məbləğdə sərmayə qoyan Çin şirkətləri inqilab dalğasının bu 

ölkəyə sıçraması nəticəsində yüz milyonlarla dollar itiriblər. Həmin şirkətlərin 

itkiləri daha da artmaqdadır. Neft idxalında Afrikanın payının artmaqda davam 

etməsi və yaxın illərdə bunun ümumi neft idxalatının 25 faizini təşkil edəcəyi 

də rəsmi Vaşinqtonu regionda güclənməyə və rəqiblərini sarsıtmağa vadar edən 

əsas  amillərdəndir.  Bunun  üçünsə  ən  asan  yol  region  ölkələrinin  despot 

liderlərinə qarşı mübarizə aparan müxalifəti dəstəkləmək və onun hakimiyyətə 

gəlişini  təmin  etməkdir.  İndi  məlum  olur  ki,  2008-ci  ildən  başlayaraq  ABŞ 

Şimali Afrika və Yaxın Şərq ölkələrindəki müxalifət qüvvələri ilə fəal şəkildə 

işləyib  və onlara külli  məbləğdə  maliyyə  yardımı edib. Çox  maraqlı  məqam-

lardan  biri də odur ki,  məhz 2008-ci  ildə  ABŞ silahlı qüvvələrinin Birləşmiş 

Afrika  Komandanlığı  yaradılıb.  Qısa  adı  "Afrikom"  olan  bu  komandanlığın 

qarşısında duran əsas vəzifə isə regiondakı vəziyyəti nəzarətdə saxlamaqdır. [5] 

Bu  komandanlıq  ABŞ  şirkətlərinin  işlədiyi  ərazilərdə  asayişi  bərpa  etməklə 

yanaşı, həm də Çinin aqressiv ekspansiyasına qarşı mübarizə aparan diplomatik 

korpusa  və  biznes  dairələrinə  də  lazımi  dəstəyi  göstərir.  Elə  həm  də  bu 

səbəbdəndir ki, Vaşinqtonun gördüyü tədbirlər artıq öz nəticəsini verir və Çin 

son  on  ildə  Şimali  Afrika  və  Yaxın  Şərqdə  qazandığı  mövqeyin  əhəmiyyətli 

 

128 




hissəsini  "ərəb  baharı"  nəticəsində  itirib.  ABŞ-ın  mövqeləri  isə  əhəmiyyətli 

dərəcədə güclənməkdədir. 

 

Digər bir rəqib Rusiyanın proseslərə nə dərəcədə müdaxilə edə biləcəyi-



ni demək üçün Rusiyanın öz daxilində gedən proseslərin səngiməsi lazım idi. 

Rusiyada  keçirilən  Duma  seçkilərinin  ABŞ-ın  dövlət  katibi  Hillari  Klinton 

tərəfindən  tənqid  edilməsi  Putinin  təmsil  etdiyi  partiyanın  qələbəsini  şübhə 

altına  salmaqla geniş etiraz aksiyaları  ilə  müşayiət olundu. Öz daxili  işlərinə 

başı  qarışan  Rusiya  adminstrasiyasının  siyasi  liderlərinin  də  mövqeləri  bir-

birindən  kəskin  fərqləndi.  Qərbin,  BMT  Təhlükəsizlik  Şurasının  mandatına 

uyğun olaraq, Liviya diktatoru Müəmmar Qəddafiyə qarşı hərbi əməliyyatlara 

başlaması  Rusiya  rəhbərliyində  təmsil  olunan  siyasi  liderlər  tərəfindən  fərqli 

qarşılandı.  Əgər  prezident  Dmitri  Medvedev  Liviya  diktatoruna  qarşı  hərbi 

əməliyyatları dəstəkləyirdisə, baş nazir Vladimir Putin Qərbin Liviyaya hərbi 

müdaxiləsinə sərt reaksiya verərək, onu orta əsr "Xaç yürüşləri" ilə müqayisə 

etdi.  Liviyada  Müəmmar  Qəddafi  əleyhinə  mübarizə  aparan  qüvvələr  isə 

Putinin bu bəyanatına Rusiya bayraqlarını yandırmaqla cavab verdilər. Liviya 

müxalifətinin  Benqazidə  qurduğu  Milli  Keçid  Şurası  isə  bəyanat  yayaraq 

Qəddafi  dövründə  bağlanmış  müqavilələrə  münasibətin  bu  gün  üsyançılara 

bəslənən  münasibətdən  asılı  olacağını  bildirdi.  Benqazidəki  müxalifət  açıq 

şəkildə bildirir ki, kim onlara dəstək versə, Liviyanın sərvətlərinin istismarında 

iştirak edəcək. Qəddafini dəstəkləyən və ya tərəfsiz qalmağa cəhd edənlər isə 

Liviyadan  getməli  olacaqlar.  Buşun  ya  bizim  yanımızdasınız  ya  da  bizim 

qarşımızda  prinsipi  məsələnin  qəlizləşdiyini  görən  Kreml  dərhal  hərəkətə 

keçdi. Əvvəlcə prezident Dmitri Medvedev Putinin fikirinin Rusiyanın siyasəti 

olmadığını açıq  bəyan etdi. Bunun ardınca  isə prezident  xüsusi  nümayəndəsi 

Mixail  Markelovu  Liviyaya  göndərdi.  Markelovun  qarşısında  qoyulan  əsas 

vəzifə  isə Benqazi  ilə  münasibətlər  yaratmaqdan  ibarət  idi. Tripoli  ilə  yanaşı 

Benqazidə  də  olan  Markelov  hər  iki  tərəfin  humanitar  yardım  haqqındakı 

xahişlərini  nəzərə ala biləcəklərini  bəyan etdi və  Rusiyanın  Liviyada savaşan 

hər iki tərəfə eyni münasibət bəslədiyini nümayiş etdirməyə çalışdı [1].  

Markelovun  Liviya  səfərinin  ardınca  müxalifətin  Benqazidə  qurduğu 

hökumətin  üzvləri  Moskvada  peyda  oldular  və  onlar  hörmətlə  qarşılandılar. 

Bunun  ardınca  prezident  Dmitri  Medvedev  Müəmmar  Qəddafinin  hakimiy-

yətdən  çəkilməsi  üçün  vasitəçilik  etməyə  çalışdı.  Onun  bu  missiyası  uğurlu 

alınmasa  da,  Rusiyanın  Liviya  ilə  bağlı  siyasətində  hansı  dəyişikliklərin  baş 

verməsini görmək baxımından əhəmiyyətli məqamdır. Rəsmi Moskvanın BMT 

Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamənin qəbuluna və sanksiyaların 

tətbiqinə qarşı çıxması, prezident Dmitri Medvedevin Bəşər əl-Əssədlə telefon 

danışığı zamanı ona öz dəstəyini vəd etməsi bu ölkədə də Rusiya əleyhinə aksi-

yalara  səbəb  oldu.  "Əl-Cəzirə"  telekanalının  Suriyadan  yayımladığı  görüntü-

lərin  birində  Bəşər  əl-Əssəd  hakimiyyətinə  qarşı  mübarizə  aparan  qüvvələrin 

Rusiya  bayraqlarını  yandırması  aydın  görünürdü.  Bu  dəfə  isə  prezidentin 

səhvini baş nazir Vladimir Putin düzəltməyə çalışdı. Belə ki, Fransa baş naziri 

 

129 



ilə  görüşdə  Putin  Bəşər  əl-Əssədə  qarşı  təzyiqlərin  artırılmasının  vacibliyi 

haqqında  bəyanat  verməklə  vəziyyəti  düzəltmək  istədi.  Bütün  bunlar  isə 

göstərdi ki, Rusiya Şimali  Afrika  və Yaxın Şərqdə baş verən proseslərə təsir 

etmək  gücündə  deyil  və  hadisələrin  arxasınca  sürünür.  Liviyada  milyardlarla 

dollarlıq müqavilələri və tenderləri itirən Rusiya getdikcə daha çox geri çəkilir 

və  Yaxın  Şərqdəki  mövqelərini  sürətlə  itirir  [1].  İran  kimi  Rusiyanın  da  son 

ümidi Suriyadır. Suriya ətrafındakı proseslərin bu qədər uzanması isə iki cəbhə 

arasındakı rəqabətin hələ ki, qalibinin olmamasından irəli gəlir. 

 

ƏDƏBİYYAT 

1.

 



Сəfərov X. ABŞ rəqiblərini "Ərəb baharı" ilə vurur http://www.mia.az/news/16547.html  

2.

 



Tunis inqilabi(2010-2011),  http://az.wikipedia.org/wiki/Tunis 

3.

 



http://aran.irib.ir/xeberler/yaxin-serq/item/1307 

4.

 



Akyeşilmen Nezir “Obama doktrini” 06.06.2009 

http://www.yenisafak.com.tr/yorum/?i=190739 

5.

 

Африканское командование вооруженных сил США ru.wikipedia.org/wiki/ 



6.

 

Уткин А.И. Американская стратегия для ХХ века. М.: Логос, 2000, 272 стр. 



7.

 

Gause F., “Can Democracy Stop Terrorism?” //Foreign Affairs”, September/October 2005, 



vol.84, 71 p. 

8.

 



Obama adopts the Bush Doctrine. By Charles Krauthammer | May 23, 2011. 

WASHINGTON, http://articles.chicagotribune.com/keyword/bush-doctrine4243   

9.

 

Remarks-By-President-Obama To The-Turkish parliament,      



http://www.whitehouse.gov/the_press_office/  

 

 



«АРАБСКАЯ ВЕСНА» В КОНТЕКСТЕ ГЕОПОЛИТИЧЕСКИХ  

ИНТЕРЕСОВ США. МЕНЯЮТСЯ ЦЕЛИ ИЛИ СРЕДСТВА?  

 

Н.Дж.АСАДОВ 

 

РЕЗЮМЕ 

 

«Арабская  весна»  имеющая  сильное  влияние  на  геополитичесие  процессы,  на-

чавшись в 2010 году, продолжается и  сегодня, стала причиной коренных изменений в 

Северной Африке. Эти процессы показали формирование новых направлений в полити-

ке США относительно Ближнего Востока. В статье изучаются геополитические интере-

сы  США,  также  проведен  сравнительный  анализ  политики  Дж.  Буша  и  Б.  Обамы  на 

Ближнем Востоке. 

 

Ключевые словa: США, Сирия, демократия, реформа, Африка 

 

 

130 




THE "ARAB SPRING" IN THE CONTEXT OF GEOPOLITICAL 

INTERESTS OF THE UNITED STATES  

 

N.J.ASADOV 

 

SUMMARY 

 

The Arabian spring making a deep influence on the geopolitical process beginning from 

2010 caused radical changes in the political radical changes in the political position of North Af-

rica. This process indicated the formation of a new direction in the USA’s Middle East policy. 

The article makes a comparative analysis of the USA’s Middle East policy pursued by presidents 

Bush and Obama is and studies in its USA’s geopolitical interests. 

 

Key words: USA, Syria, democracy, reform, Africa 

 

 



 

 

 

131 



Yüklə 68,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə