Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 107,62 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü107,62 Kb.
#32379


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

 

UOT 94(470); “16/18” 

 

XVIII ƏSRDƏ RUSİYANIN BEYNƏLXALQ  

VƏZİYYƏTİ VƏ XARİCİ SİYASƏTİNDƏ CƏNUB İSTİQAMƏTİ 

 

M.P.OSMANLI  

Bakı Dövlət Universiteti 

meharet.osmanli@mail.ru 

 

Məqalədə Rusiyanın XVIII əsrdə Avropa ölkələri ilə münasibətləri, Avropada baş verən 

ümumavropa  münaqişələrində  iştirakı,  Osmanlı  dövləti  ilə  qarşılıqlı  əlaqələrini  beynəlxalq 

aspektdə  inkişafı  öyrənilmişdir.  Həmçinin  Rusiyanın  beynəlxalq  sistemdəki  yerinin  hansı 

proseslərlə  şərtləndiyi  göstərilmişdir.  Bu  məqalədə  öyrənilən  digər  bir  məsələ  XVIII  əsrdə 

Rusiyanın xarici siyasətinin cənub istiqamətidir. Cənub siyasəti XVIII əsrdə isti dənizlərə çıxış 

əldə  etmək,  Krıma  sahib  olmaq,  Qafqaz  və  Balkanlarda  möhkəmlənmək  məqsədinə  xidmət 

edirdi.  Burada  rusların  bu  siyasətinin  Osmanlı  dövlətinin  maraqları  ilə  hansı  səviyyədə 

toqquşduğu və bu problemin hansı yollarla həll edildiyi araşdırılmışdır. 

  

Açar sözlər: Rusiya, siyasət, vəziyyət, Cənub, istiqamət 

 

Vestfal müqaviləsindən Fransa burjua inqilabına qədər olan dövrdə Av-



ro

pada beynəlxalq  münasibətlər sistemi  kifayət qədər sabit  idi. Hər  hansı  bir 

dövlətin digər dövlət üzərində  hegemonluğuna  son qoyulmuşdu. XVIII əsrdə 

baş vermiş müharibələr qüvvələr arasındakı mövcud tarazlıqda yalnız qismən 

dəyişikliklər yaradırdı. Bu cür dəyişikliklər Prussiyanın güclənməsi və Polşa-

nın  bölüşdürülməsi,  müstəmləkələr  və  dənizlər  uğrunda  İngiltərə  və  Fransa 

arasındakı mübarizənin birincinin xeyrinə həll olması ilə əlaqədar baş verirdi. 

Beynəlxalq münasibətlər sistemində Rusiya da mühüm yer tutmağa çalışırdı.  

XVII əsrin sonlarından etibarən Rusiya beynəlxalq münasibətlərdə daha 

fəal  iştirak  etməyə  başladı.  1697-ci  ildə  Osmanlı  dövləti  əleyhinə  Avstriya, 

Venesiya  və  bir  neçə  alman  dövlətindən  ibarət  yaradılmış  Müqəddəs  liqaya 

rəsmən  daxil  oldu.  Liqanı  yeni  iştirakçılar  cəlb  etməklə  möhkəmləndirmək 

istəyən  rus  diplomatiyası  o  dövr  üçün  yenilik  olan  bir  tədbir  həyata  keçirdi: 

1697-1698-

ci illərdə Avropaya “Böyük səfirlik” göndərdi. I Pyotrun da tərki-

bin


də olduğu bu səfirlik ilk dəfə idi ki, öz gözləri ilə Avropadakı siyasi vəziy-

yətlə tanış olurdu.  

Şimal müharibəsində əldə edilən qələbə Rusiyanı Avropanın güclü döv-

lətləri sırasına daxil etdi. Bundan sonra o, beynəlxalq münasibətlərin inkişafına 

 

90 



daha fəal təsir göstərməyə başladı. Onun bu və ya digər alyansa daxil olması 

qüvvələrin  ciddi  şəkildə  artmasına  gətirib  çıxarırdı  ki,  bu  da  öz  növbəsində, 

ittifaqlar sisteminin transformasiyasına və Avropada tarazlığın bərpasına təkan 

verirdi


.  Sonrakı  illərdə  rus  diplomatiyası  müxtəlif  konqreslərdə  bilavasitə 

iştirak edərək bir çox hallarda Avropada sabitliyin saxlanmasına kömək edirdi. 

Belə ki, Rusiya XVIII əsrin ilk 30 ilində Avropa bir-biri ilə mübarizə aparan iki 

düşərgəyə  -  Vyana  (Avstriya  və  İspaniya)  və  Hannover  (İngiltərə,  Fransa  və 

Prussiya) 

bloklarına  bölünəndə  Avropada  ümumi  sabitliyin  bərpası  naminə 

1728-1731-

ci illərdə Suassonda keçirilən konqresin fəal iştirakçısı oldu.  

XVIII  əsrdə  Rusiyanın  beynəlxalq  münasibətlərin  inkişafına  təsiri  daha 

aydın  özünü  göstərməyə  başladı.  Öz  tarixlərinin  çətin  dövrlərində  Avropa 

dövlətləri  kömək  və  vasitəçilik  üçün  Rusiyaya  müraciət  edirdilər.  Məsələn, 

İspaniya  (1701-1714),  Polşa  (1733-1735),  Avstriya (1740-1748)  irsi  uğrunda 

müharibələr  kimi  ümumavropa  münaqişələrində  Rusiyanın  mövqeyi  daha 

təsirli, bəzən isə hətta həlledici olurdu.  

Rusiya 1757-

ci  ildən  Avstriya,  İsveç  və  Fransa  ilə  birlikdə  Prussiyaya 

qarşı Yeddiillik müharibədə iştirak etdi. Rus ordusu 1757-ci ildə Prussiya ordu-

sunu Qross-

Eqersdorf kəndi yaxınlığında məğlub etdi. 1758-ci ildə Keniqsberq 

ələ keçirildi  və Çorndorf  yaxınlığında II Fridrixin əsas qüvvələri darmadağın 

edildi. 1760-

cı  ildə  Berlin  tutuldu.  Prussiya  fəlakətin  astanasında  idi.  Lakin 

hakimiyyətə gələn III Pyotr müharibəni dayandırdı və Rusiyanın ələ keçirdiyi 

bütün torpaqları geri qaytardı [1,123].  

II Yekaterina hakimiyyətə gəldikdən sonra Avropa dövlətlərinin maraq-

larından asılı olmayaraq, milli maraqları nəzərə alıb öz sisteminə uyğun hərə-

kət etmək fikrində idi. I Pyotrdan sonra o da özünün Avropada münsif olaca-

ğını  elan  etmişdi.  Onun  diplomatiyasının  devizi  belə  idi:  “Bütün  dövlətlərlə 

dost  olmaq  lazımdır  ki,  zəifin  tərəfində  olmaq  imkanını  həmişə  öz  əlində 

saxlayasan”, “özünün hər iki əlini sərbəst saxlayasan və heç kimin quyruğun-

dan  tutub  getməyəsən”.  II  Yekaterina  Polşa,  şərq  və  alman  məsələlərinin 

həllində məhz bu prinsiplərə əsaslanırdı [2].  

Rusiyanın Şərqi Avropada üstünlük əldə etmək uğrunda mübarizəsi Reç-

Pospolitanın Prussiya, Avstriya və Rusiya arasında bölüşdürülməsi ilə ayrılmaz 

əlaqəli  idi.  Rusiyanın  Polşada  mövqeyi  hələ  Şimal  müharibəsi  dövründən 

kifayət  qədər  möhkəm  idi.  Lakin  buradakı  anarxiya  və  özbaşınalıq  digər 

Avropa dövlətlərinin, xüsusən də Prussiya və Avstriyanın onun daxili işlərinə 

qarışmasına şərait yaradırdı. Fransa da Rusiyanın Avropada təsirinin zəifləmə-

si

nə çalışırdı. Bunun üçün isə Rusiyanın qərb sərhədlərində ona düşmən olan 



dövlətlərdən maneə səddi yaratmaq istəyirdi.  

Polşa  məsələsi  III  Avqustun  1763-cü  ildə  vəfatından  sonra  daha  da 

kəskinləşdi. Belə ki, hər bir maraqlı tərəf hakimiyyətə öz əlaltısını gətirməyə 

çalışırdı.  Prussiya  bu  məsələdə  müvəqqəti  olaraq,  Rusiya  ilə  ittifaq  qurmaq 

istəyirdi.  Bununla  o,  Polşadan  Baltik  sahillərinin  qoparılmasına,  beləliklə  də 

qərbi Polşa torpaqlarının şərqi Prussiyaya birləşdirilməsinə Rusiyanın razılığını 

 

91 



almaq ümidində idi. Prussiya çoxdan bəri bu torpaqlara göz dikmişdi. Hələ I 

Pyotrun dövründə üç dəfə Polşanın bölüşdürülməsini təklif etmişdi. Bununla da 

Rusiya Belorusiya və Ukrayna torpaqlarını ələ keçirə bilərdi. Lakin çar bundan 

imtina  etmişdi  [3,  575].  Rusiyanın  Prussiya  ilə  yaxınlaşması  1764-cü  ildə 

imzalanmış ittifaq barədə saziş ilə rəsmiləşdi. Müqavilənin gizli maddələrində 

Osmanlı  dövləti  ilə  müharibə  olacağı  təqdirdə  Prussiya  tərəfindən  Rusiyaya 

maliyyə yardımı ediləcəyi, İsveçdə vahid fəaliyyət, Polşa konstitutsiyasında hər 

hansısa  bir  dəyişikliyin  olmasına  imkan  verməmək  nəzərdə  tutulurdu.  Bu 

müqavilə Fransa və Avstriyanın rəhbərlik etdiyi şərq baryerinə qarşı Rusiyanın 

Prussiya, İngiltərə, eləcə də İsveç, Danimarka və Reç-Pospolitanın iştirakı ilə 

yaratdığı şimal sistemi üçün əsas oldu. Prussiyanın Polşa işlərinə daxil olması-

na icazə verən Rusiya, digər tərəfdən Reç-Pospolitada siyasi təsirini saxladı və 

Avropada nüfuzunu möhkəmləndirməyə davam etdi [4, 331]. Bu 1768-ci ildə 

Osmanlı dövləti ilə başlamış müharibə ilə əlaqədar olaraq vacib idi.  

Rusiyanın  nüfuzunun  Avropada  artması  Prussiya  və  Avstriyanı  narahat 

edirdi.  Bu  iki  dövlət  qitədə  arzuolunan  tarazlığı  saxlamaq  üçün  Rusiyanın 

Polşada təsirini zəiflətmək məqsədilə razılığa gəlmişdilər. II Fridrix və II İosif 

II Yekaterinaya Türkiyə ilə müharibəni başa çatdırması və rus ordusunu Dunay 

knyazlıqlarından  çıxartması  əvəzində  Reç-Pospolitanın  şərq  rayonlarını  tut-

mağı təklif edirdilər. Təbii ki, onlar da Polşa torpaqlarından öz paylarını almalı 

idilər. Belə bir demarş Avropa dövlətləri koalisiyasının Rusiyaya qarşı çıxacağı 

hədəsi  ilə  də  möhkəmləndirilirdi.  Bu  “dostcasına”  xəbərdarlıq  boş  sözlər  de-

yildi. 1771-

ci  ilin  yayında  yaradılmış  Avstriya-Türkiyə  müdafiə  ittifaqı  II 

Yeka

terinanı  güzəştə  getməyə  və  Polşanın  bölüşdürülməsinə  razılıq  verməyə 



məcbur  etdi.  Lakin  imperatriça  Reç-Pospolitanın  siyasi  müstəqilliyinin 

tamamilə məhv olmasını istəmirdi və buna görə də, onun ərazisinin həddindən 

artıq kiçildilməsini məqsədəuyğun hesab etmirdi.  

Polşanın birinci bölüşdürülməsi 1772-ci ilin iyul ayında Rusiya, Avstriya 

və Prussiya arasında üç ikitərəfli akt ilə təsdiqləndi. Rusiyaya Reç-Pospolitanın 

şərq  əyalətləri  (Şərqi  Belorusiya),  Avstriyaya  Kiçik  Polşa  və  Qalisiya, Prus-

siyaya  isə  qədim  Polşa  torpaqları  olan  Qdansk,  Pomorye  və  Böyük  Polşa 

torpaqları keçdi. Xüsusi bir manifestlə tərəfləri Polşanı bölüşdürməyə məcbur 

edən  səbəblər  elan  edilirdi.  Avropanın  gözündə  belə  bir  işğala  könüllülük 

görün


tüsü  vermək  üçün  bildirilirdi  ki,  guya  Polşa  seymi  özü  bölüşdürülmə 

ideyasını  dəstəkləyib.  Belə  görünürdü  ki,  bütün  maraqlı  tərəflər  üçün  bu 

ziddiyyətlərin həllində daha məqbul variantdır. Əslində isə şimal ittifaqı iflas 

etdi ki, bu da Avropada Rusiyanın təsirinin zəifləməsinə, Prussiya və Avstri-

y

anın isə mövqeyinin güclənməsinə gətirib çıxardı. 



Lakin 1778-1779-

cu illərdə bavar irsi uğrunda Avstriya-Prussiya müha-

ribəsi dövründə Rusiyanın Avropa səhnəsində rolu yenidən artdı. 1779-cu ildə 

Teşen  konqresində  döyüşən  tərəflər  arasında  münaqişənin  yoluna qoyulma-

sında vasitəçi kimi çıxış edən II Yekaterina Avropada tarazlığı bərpa edən sülh 

şərtlərini diktə etdi. Uzlaşdırılmış sülh alman xalqının Müqəddəs imperiyasının 

 

92 



quruluşunun  dəyişməzliyini  təsdiq  etdi.  Bavariya  öz  müstəqilliyini  saxladı. 

Rusiya bu 

müqavilə  ilə  Avropada  müəyyən  olunmuş  siyasi  statusun  qarantı 

oldu. Bu isə 1648-ci il Vestfal sülhünü təsdiqlədi və Rusiyaya alman dövlətləri 

arasındakı mübahisələrdə münsif olmaq hüququ verdi. Bundan sonra imperat-

riçanın Avropada və xüsusilə də, Almaniyada nüfuzu müstəsna dərəcədə artmış 

oldu.  

Polşada  sonrakı  hadisələr  konstitutsiyanın  qəbulu  və  geniş  demokratik 



hərəkat ilə bağlı idi. Bu, II Yekaterinaya müstəqilliyin müdafiəsi bəhanəsi ilə 

Polşaya qoşun çıxartmağa əsas verdi [5, 188].  

1792-ci ilin dek

abrında Polşanın yenidən bölüşdürülməsinin təşəbbüskarı 

yenə də Prussiya oldu. Peterburq 1791-ci il mayın 3-də qəbul olunmuş polyak 

konstitutsiyasında  yakobinlərin  təsirini  gördü  və  Prussiyanın  tələbləri  ilə 

razılaşmalı oldu. Fransa kralı XVI Lüdoviqin edamı isə bu prosesi sürətləndir-

di. 1793-

ci  ilin  yanvarında  Rusiya  və  Prussiya  Avstriyanın  xəbəri  olmadan 

Polşanın  ikinci  bölüşdürülməsi  barədə  razılığa  gəldilər.  Müqaviləyə  görə 

Prussiya Polşanın bütün həyati əhəmiyyətli torpaqlarını (Qdansk, Torun, Varta 

və Visla çayları arasındakı Polşa torpaqları) aldı. Rusiyaya  isə Belorusiya  və 

Sağsahili  Ukraynası  keçdi.  Beləliklə,  Ukrayna  və  Belorusiya  torpaqlarının 

1654-


cü ildən başlayan Rusiyaya birləşdirilməsi prosesi başa çatdı. Bu dəfə də 

Polşa seymi  müqaviləni ratifikasiya etdi [6]. Bu  vaxtdan etibarən Polşa kralı 

Stanislavın  hakimiyyəti  uydurma  bir  hakimiyyətə  çevrildi.  Formal  olaraq, 

müstəqil Polşa kimi qalan ərazilərin taleyi də əvvəlcədən həll olunmuşdu.  

Ölkədə  Tadeuş  Kostyuşkonun  qiyamı  rus  və  pruss  qoşunları  tərəfindən 

yatırıldı.  Bu  da  yenidən  Polşanın  bölüşdürülməsi  məsələsini  qaldırmaq  üçün 

Prussiya və Avstriyaya bəhanə oldu. II Yekaterina da bu dövlətlərin Rusiyaya 

qarşı  hər  hansısa  bir  düşmənçilik  fəaliyyətindən  ehtiyat  edərək  bununla  razı-

laşdı.  Lakin  Rusiyanın  bufer  ölkə  kimi  formal  olaraq  müstəqil  olan  Polşanın 

varlığına ehtiyacı vardı. 1795-ci ilin oktyabrında baş verən üçüncü və sonuncu 

bölüşdürülmə nəticəsində Qərbi Belorusiya, Litva, Kurlandiya Rusiyaya, Qərbi 

Ukrayna və Krakov Avstriyaya keçdi. Varşava ilə birlikdə 48 min km

2

 

əraziyə 



sahib olan Prussiya isə daha çox xeyir əldə etmiş oldu [7, 547]. Bu dəfə heç 

rəsmiyyət  də  nəzərə  alınmadı.  Seym  çağırılmadı.  Reç-Pospolita  öz  varlığını 

itirdi.  Xüsusi  Peterburq  konvensiyası  1797-ci  yanvarın  26-da bundan sonra 

Polşa krallığı adının işlədilməməsinə qərar verdi [8, 358].  

Reç-

Pospolitanın  bölüşdürülməsindən  danışarkən  qeyd  etmək  lazımdır 



ki, bu ümumavropa miqyasında baş verən bir hadisə idi. Hər halda bu işə bütün 

Avropa cəlb olunmuşdu. Çoxəsirlik tarixə və mədəniyyətə sahib olan böyük bir 

Avropa  dövlətinin  tarix  səhnəsindən  silinməsi  nəticəsində  qitədə  beynəlxalq 

münasibətlərin  quruluşu  dəyişdi.  Polşanın  bölüşdürülməsi  son  nəticədə  XIX 

əsrdə Avropada müstəqil siyasi qüvvələrin diqqət mərkəzində duracaq və hər 

iki dünya müharibəsinin səbəblərindən biri olacaq polşa məsələsinin meydana 

gəlməsinə səbəb oldu. 

Fransa  burjua  inqilabı  da rus diplomatiyasının cəlb olunduğu  bir  silsilə 

 

93 



ziddiyyətlər əmələ gətirdi. İlk əvvəl II Yekaterina Parisdə baş verənlərə elə də 

ciddi  əhəmiyyət  vermirdi.  Hesab  edirdi  ki,  bu  sadəcə  bir  xalq  çıxışıdır  və 

günahkar yalnız kral özüdür. Lakin 1791-ci ildə Fransa kralının qaçışı və sonra 

həbs  olunması  vəziyyəti  dəyişdi.  İmperatriça  ilk  antifransız  koalisiyasının 

yaradılmasının  və  legitizm  prinsipinin  qurulmasının  qatı  tərəfdarı  kimi  çıxış 

etdi. Avropa dövlətlərinin mövqeyi ilə həmfikir olan Rusiya bununla Avstriya 

və Prussiyanın diqqətini Polşa  məsələlərindən  yayındırmağa çalışırdı. I Pavel 

hakimiyyətə gəldikdən sonra isə Fransa ilə sülhün tərəfdarı kimi çıxış etdi və 

hətta Direktoriya ilə II Yekaterina dövründə kəsilmiş diplomatik münasibətlə-

rin  bərpası  haqqında  danışıqlara  başladı.  Lakin  Napoleonun  Aralıq  dənizi 

sahillərindəki işğallarından sonra rus imperatoru da ümumi təhlükəsizlik üçün 

fransızların sakitləşdirilməsinin vacibliyini anladı. 1798-ci ildə məhz I Pavelin 

dəstəyi ilə yeni antifransız koalisiyası yaradıldı. Koalisiyanın üzvləri İngiltərə, 

Avstriya, Türkiyə və Rusiya oldu. Müttəfiqlərin razılığına əsasən 1798-ci ilin 

payızında  Rusiya  Uşakovun  komandanlığı  altındakı  Qara  dəniz  eskadrasını 

Aralıq dənizinə göndərdi. Bu eskadra İon adalarını, Korfu qalasını ələ keçirdi. 

1799-

cu ildə rus dənizçiləri Neapol və Romaya daxil oldular [9, 110].  



Quruda  isə  müttəfiq  qoşunları  Suvorovun  komandanlığı  altında  hərəkət 

edirdilər.  1799-cu  ilin  yazında  avstriya  və  rus  ordusu  İtaliya  yürüşünü  başa 

çatdırdı.  Milan  və  Türini  fransızlardan  azad  etdi.  Lakin  tezliklə  müttəfiqlər 

arasında  münasibətlər  gərginləşdi.  Avstriya  Rusiyanın  nüfuzunun  İtaliyada 

möhkəmlənməsindən ehtiyat edərək onun ordusunun İsveçrəyə göndərilməsinə 

nail  oldu.  Suvorovun  dəstəsi  Alp  dağlarını  keçərək  Sen-Qotard  və  Şeytan 

burnunda düşməni məğlub etdi. Bununla da Rusiyanın müharibədə iştirakı başa 

çatdı [10].  

I  Pavelin  siyasətindəki  dəyişikliyin  bir  səbəbi  müttəfiqlər  arasındakı 

ziddiyyətlər idisə, digər səbəbi Fransadakı çevriliş idi. Hakimiyyətə Napoleon 

Bonapart keçdi və öz qüvvəsi ilə inqilabın öhdəsindən gəldi. Rusiya Fransa ilə 

yaxınlaşmağa  başladı.  Onun  bu  siyasəti  rus  zadəganlarının  bir  hissəsini  ona 

qarşı  qaldırdı  və  imperatorun  qətli  üçün  bəhanə  oldu.  I  Pavelin  1801-ci  ildə 

öldürülməsi Rusiya tarixində yeni bir səhifə açmış oldu. 

XVIII  əsrdə  Rusiyanın  beynəlxalq  sistemdə  yeri  beş  əsas  proses  ilə 

müəyyənləşmişdi: 

1. 

Qüdrətli  Asiya  dövlətlərinin  siyasi  gücsüzlüyünün  aşkara  çıxması. 



Rusi

yanın  sistemli  şəkildə  Asiyanın  şərq  və  cənub  sərhədlərinə  tətbiq  etdiyi 

təzyiqlər bu dövlətlərin süqutu prosesini labüd edən daxili prosesləri reallaşdırdı. 

 2. 


Asiyada əldə edilən təhlükəsizlik Rusiyaya bütün gücünü qərb məsə-

lələrinə  yönəltməyə  imkan  verdi.  Nəticədə,  XVIII  əsrin  əvvəllərində  İsveç, 

son

larında Osmanlı cinahı dəf edildi, Polşa məsələsi dağıdıldı. 



3. 

Şərq  baryeri  dövlətləri  ilə  mübarizədə  rus  hökuməti  XVIII  əsrdə  iki 

şərqi  alman  dövləti  –  Avstriya  və  Prussiya  ilə  yaxınlaşdı.  Rusiya  Avropada 

başqa dəstək tapa bilmədi. Ona görə də ən yaxşı halda Avstriya və Prussiyanı 

bir-

birinə qarşı qoya bildi və son nəticədə başa düşdü ki, onun şərq baryeri ilə 



 

94 



mübarizəsinin bəhrəsi ona yox, Avstriya və Prussiyaya qaldı. Pribaltikada isveç 

irsindən Prussiya, Balkanlarda türk irsindən  Avstriya, polşa  irsindən hər  ikisi 

istifadə  etdilər.  Nəticədə,  bu  iki  dövlət  Avropa  diplomatiyasında  Rusiyaya 

qarşı sipər oldular. 

4. 

Bütün XVIII əsr ərzində yalnız Yeddiillik müharibə dövrü istisna ol-



maqla, rus-

fransız münasibətləri durmadan pisləşdi. Fransa tarixçisi Rambo bu 

münasibətləri  aşağıdakı  kimi  dövrləşdirir.  1654-cü  ilədək  Rusiya  bizim  üçün 

əhəmiyyətsizdir;  1654-1726-cı  illərdə  bizim  üçün  nisbətən  fərqlidir,  çünki 

şərqdəki müttəfiqlərimizə hücum edir; 1726-1756-cı illərdə o, nəinki müttəfiq-

lərimizin  düşmənidir,  həm  də  bizim  düşmənimizdir  (Avstriya  Habsburqların 

müttəfiqidir);  1756-1775-ci  illərdə  Yeddiillik  müharibədə  Prussiyaya  qarşı 

bizimlə  müttəfiq  olsa  da,  Avropada  qüvvələr  tarazlığı  üçün  təhlükə  yaradır; 

1775-1789-

cu illərdə Fransa sanki başa düşür ki, Rusiya köhnə sistemin dağıl-

ma

sın  başa  çatdırıb,  yeni  sistemin  əhəmiyyətli  elementi  olacaq.  Rusiyanın 



1788-1790-

cı  illərdə  şərq  baryerinə endirdiyi  son  məhvedici  zərbələr  həm də 

Fran

sanın Şərqi Avropadakı siyasətinin məhvi demək idi. 



5. 

XVIII  əsrin  sonlarında  Fransanın  çiyinləri  üstündə  duran  beynəlxalq 

sistem zəiflədiyindən İngiltərə önə çıxmağa başladı. O, Rusiyaya qarşı yeni bir 

baryer  nəzərdə  tuturdu  ki,  bu  da  Prussiya  və  Avstriyadan  ibarət  olmalı  idi. 

Köhnə baryerdən isə yalnız Türkiyə bura daxil ediləcəkdi. Çünki Qara dənizə 

çıxışı  bağlayırdı.  Lakin  ingilislər  hesab  edirdilər  ki,  Rusiyanın  Avropada 

təsirinin artmasını dayandırmaq üçün əsas vasitə yeni bir baryerin yaradılması 

deyil,  XVIII  əsrdə  Asiyada  Rusiya  üçün  yaranmış  əlverişli  şəraitin  məhv 

edilməsidir [11, 223].  

Osmanlı imperiyası da dünya ölkələri sistemində və eləcə də Rusiya ilə 

münasibətlərində özünəməxsus yer tuturdu. İmperiya belə demək olarsa, üçlü 

təbiətə malik idi. Bizans imperiyasının varisi kimi o, həm qərbə, həm də şərqə 

qarşı  dururdu  və  tarixən  Rusiyaya  daha  yaxın  idi.  Balkan  yarımadasının, 

xüsusən  də  Moldaviya  və  Valaxiyanın,  eləcə  də  Dardanelin,  yəni  Rusiyanın 

Avrop

aya qarşı yaratdığı şərq baryerinin üzvü idi. Nəhayət, müsəlman dünyası 



və türk xalqları ilə sıx əlaqələri səbəbindən Çingiz xanın birbaşa və bilavasitə 

varisləri  olan  xalqların  qərb  dünyası  ilə  sərhədində  dayanırdı.  XVIII  əsrdə 

Osmanlı imperiyası Asiyanın Avropadakı mücəssəməsi idi [12, 276].  

Əgər nəzərə alsaq ki, XVIII əsrin əvvəllərində Şərqi Avropa baryeri özü-

nün Şimal-İsveç  halqasından  məhrum oldu  və  maneə  yalnız Türkiyədən asılı 

qalmışdı, onda başa düşmək olar ki, nəyə görə şərq məsələsi, yəni türk məsə-

ləsi  XVIII  əsrin  sonlarında  ümumdünya  beynəlxalq  siyasətinin  mərkəzində 

dururdu.  

Vahid rus dövlətinin yaradılması prosesi başladığı vaxtdan etibarən Rusi-

ya

nın  xarici  siyasətində  cənub  istiqaməti  xüsusilə  fərqlənməyə  başladı.  Bu 



siya

sət  əsrlər  boyu  öz  mahiyyətini  dəyişsə  də,  həmişə  diqqət  mərkəzində 

olmuşdur.  Belə  ki,  əvvəllər  cənub  istiqamətində  aparılan  siyasət  cənubdan 

gələn təhlükənin dəf edilməsinə yönəldilmiş, daha sonra isə isti dənizlərə çıxış 

 

95 



əldə etmək, Krıma sahib olmaq, Qafqaz və Balkanlarda möhkəmlənmək məq-

sədinə xidmət etmişdir [13].  

XVII-

XVIII  əsrin  qovşağında  Rusiyanın  xarici  siyasətində  cənub 



istiqaməti daha çox ön plana çıxdı.  Bu dəyişikliyin  səbəblərindən  biri  hakim 

sinfin sosial-

iqtisadi  və  daxili  siyasətinin  inkişafı  idi.  Çünki  bu  dövrdə  eyni 

vaxtda həm feodalizm, həm də kapitalizm münasibətləri inkişaf edirdi. Kəndli-

lərin  istismarı  hesabına  kənd  təsərrüfatı  məhsulları  xeyli  artmışdı.  Manufak-

tura


ların hesabına isə xırda əmtəə istehsalı genişlənmişdi. Bütün bunlar daxili 

və xarici ticarətin yüksəlişinə səbəb olmuşdu. Bu isə öz növbəsində kənd təsər-

fatı məhsullarının daşınmasında, eləcə də cənub sərhədlərinin müdafiəsində 



Qara dənizə çıxış və Krım yarımadasına sahib olmaq məsələlərinin xüsusi əhə-

miyyət kəsb etməsinə gətirib çıxarmışdı.  

Rusiyanın cənub  istiqamətindəki  siyasətinin XVIII əsrdə  fəallaşmasının 

səbəblərindən biri də bu dövrdə Osmanlı dövlətində getdikcə özünü göstərmə-

yə  başlayan  tənəzzül  idi.  Belə  ki,  Türkiyənin  əvvəlki  qüdrətini  qismən 

itirməsindən  istifadə  etməyə  çalışan  Rusiya  Qara  dənizə  çıxış  əldə  etmək  və 

Krıma sahib olmaq niyyətini həyata keçirməyə başladı [14, 93].  

 

Qara  dənizə  çıxış  əldə  etmək  uğrunda  atılmış  ilk  addım  1695-1696-cı 



illərin Azov yürüşləri oldu. Bir neçə uğursuz yürüşdən sonra, nəhayət 1696-cı 

ildə  Azov  qalası  ruslar  tərəfindən  alındı.  Don  çayının  mənsəbində  yerləşən 

Azov qalasının ələ keçirilməsi dənizə çıxış üçün imkan verirdi ki, bu da Azov-

Qara  dəniz  hövzəsində  Portanın  tək  hökmranlığını  məhdudlaşdırırdı.  Lakin  I 

Pyotr müha

ribəni  daha  da  genişləndirmək  üçün  Türkiyə  əleyhinə  Avropa 

dövlətlərindən  ibarət  koalisiya  yarada  bilmədi.  Nəticədə  Rusiya  Osmanlı 

dövləti  ilə  1700-cü  ildə  İstanbul  müqaviləsini  imzalamalı  oldu.  Müqaviləyə 

görə  Azov  qalası  Rusiyaya  keçdi.  Lakin  Rusiya  onu  uzun  müddət  əlində 

saxlaya bilmədi. I Pyotrun 1711-ci il Prut səfəri uğursuzluqla nəticələndikdən 

sonra  qalanı  Türkiyəyə  qaytarmalı  oldu.  Bundan  sonra  Rusiya  Qara  dənizlə 

bağlı planlarını bir müddət təxirə saldı [15, 26].  

Rusiyanın  Qara  dənizdən  və  Xəzər  dənizindən  keçən  mühüm  ticarət 

yollarını  tutmaq  və  Prut  müqaviləsinə  görə  itirdiyi  əraziləri  geri  qaytarmaq 

məqsədi  1736-1739-cu  illəri  əhatə  edən  növbəti  rus-türk  müharibəsinə  səbəb 

oldu. Bu müharibə nəticəsində 1739-cu ildə imzalanmış Belqrad müqaviləsinə 

görə  Azov  qalası  Rusiyaya  keçsə  də,  o,  qalanı  möhkəmləndirmək  və  Azov 

dənizində donanmaya sahib olmaq hüququ əldə edə bilmədi. 

XVIII əsrin ikinci yarısında Rusiyanın xarici siyasətində cənub istiqamə-

ti, xüsusilə Qara dəniz problemi daha  inadkar  xarakter aldı. II Yekaterinanın 

hələ I Pyotrun dövründə qarşıya qoyulmuş mühüm strateji məqsədi həyata ke-

çirmək cəhdi Türkiyə ilə iki böyük müharibənin baş verməsinə gətirib çıxardı. 

1768-1774-

cü  illər  müharibəsi  nəticəsində  rus  gəmilərinə  Qara  dənizdə 

ilk dəfə olaraq üzmək ixtiyarı verildi, rus ticarət gəmiləri boğazlardan sərbəst 

keçmək  hüququ  aldı.  Bununla  da,  Rusiya  Qara  dəniz  dövlətinə  çevrildi.  Bu 

müqavilə rusları Qara dənizə gətirərək onlara Qafqaza və Kubana sərbəst çıxış 

 

96 




verdi. Krımın işğalı üçün əlverişli şərait yaratdı. 

Rusiya Qara dəniz  sahillərində  möhkəmləndi  və  burada  hərbi donanma 

yara

daraq,  qalalar  tikərək  özünün  cənub  sərhədlərinin  təhlükəsizliyini  təmin 



etmək imkanı qazandı. Eyni zamanda ölkənin xarici ticarəti üçün də perspek-

tiv


lər açıldı. Dnepr, Don, Kerç kimi  vacib çayların  mənsəbinə sahib olan rus 

tacirləri digər ölkələrlə öz ticarət əlaqələrini genişləndirdi. Bütün bunlar, eləcə 

də boğazların rus ticarət gəmiləri üçün açılması Rusiyanın cənub sərhədlərinin 

inkişafını təmin etdi. 

Bu mü

qavilə Qara dəniz problemini qismən həll etmiş oldu və Rusiyanın 



qarşısına  yeni  tələblər  qoydu  -  Bosfor  və  Dardanel  boğazlarının  rus  hərbi 

gəmiləri  üçün  açılması.  Bundan  sonra  Rusiya  məhz  bu  məqsədinin  həyata 

keçməsi üçün səy göstərməyə başladı. 

Kiçik Qayn

arca müqaviləsinə əsasən Krım müstəqil elan edilsə də o, öz 

istiqlaliyyətini  müdafiə  edə  bilmirdi.  Türkiyənin  yardımından  məhrum  olan 

xanlıq  daxilən  zəifləmişdi.  Bundan  istifadə  edən  II  Yekaterina  1783-cü  ildə 

Krımın Rusiyaya birləşdirilməsi haqqında fərman verdi. Krımın birləşdirilməsi 

Rusiya  üçün  çox  böyük  əhəmiyyət  kəsb  edirdi.  Əbəs  yerə  Avstriya  kralı  II 

İosifin qardaşı Leopold Toskanski Rusiyanın Krım yarımadasından İstanbulun 

taleyi üçün təhlükə yaratdığını deməmişdi [16, 408]. Osmanlı dövlətinin buna 

etirazı  növbəti  müharibə  üçün  bəhanə  oldu.  1787-1791-ci  illərdə  baş  vermiş 

müharibənin  sonunda  imzalanmış  Yassı  müqaviləsinə  görə  isə  Rusiya  geniş 

ərazilər ələ keçirdi, Şimali Qara dəniz ətrafı ərazilərdə möhkəmləndi, həmçinin 

Bosfor və Dardanel boğazlarından sərbəst keçmək hüququ aldı. Bu bir tərəfdən 

ölkənin  müdafiə  qabiliyyətini  artırdı,  digər  tərəfdən  isə  Qara  dəniz  limanları 

vasitəsi  ilə  rus  məhsullarının  daşınmasına  imkan  yaratdı.  Rusiyanın  Aralıq 

dənizi ölkələri ilə əlaqələri genişləndi.  

Rusiyanın xarici siyasətindəki cənub istiqamətində digər bir məsələ Qaf-

qaz idi. Burada da onun əsas rəqibi Osmanlı dövləti oldu. Rusiya İsveçlə apar-

dığı  Şimal  müharibəsini  uğurla  başa  çatdırdıqdan  sonra  Qafqaz  öz  nüfuz 

dairəsinə  daxil  etmək  üçün  tədbirlər  görməyə  başladı.  Bu  isə  öz  növbəsində 

həm  Şimali,  həm  də  Cənubi  Qafqazda  Rusiya  və  Osmanlı  dövləti  arasında 

dəfələrlə  müharibə  şəraitinin  yaranmasına  səbəb  olurdu.  XVIII  əsrin  birinci 

yarısında Rusiya Qafqazda elə  bir ciddi  nailiyyət əldə edə bilməmişdi. Lakin 

əsrin  ikinci  yarısında  vəziyyət  dəyişdi.  Rusiya  ilə  Osmanlı  dövləti  arasında 

1768-1774-

cü illərdə baş vermiş müharibə nəticəsində imzalanmış Kiçik Qay-

narca müqaviləsinə əsasən Böyük və Kiçik Kabarda üzərində Rusiya himayə-

çiliyi elan olundu. Bu aktla hüquqi 

cəhətdən Kabardanın Rusiyaya birləşdiril-

məsi  başa çatdı. 1774-cü  ildə osetinlər, 1781-ci  ildə  isə çeçen-inquşlar Rusi-

yanın tərkibinə daxil edildilər. Birinci rus-türk müharibəsindəki qələbələrindən 

sonra  Qara  dənizin  şimal  sərhədlərində  və  Şimali  Qafqazda  xeyli  möhkəm-

lənən  Rusiya  Gürcüstanın  da  işğalına  dair  öz  planlarını  həyata  keçirməyə 

başladı. 1783-cü ildə Georgiyevsk qalasında Rusiya ilə Kartli-Kaxetiya çarlığı 

arasında  traktat  imzalandı.  Bu  müqavilə  ilə  Şərqi  Gürcüstan  Rusiyanın 

 

97 




himayəsini qəbul etdi. Türkiyə isə ikinci rus-türk müharibəsindən sonra bunu 

tanımalı oldu [17].  

Beləliklə,  Rusiya  XVIII  əsrin  sonlarında  xarici  siyasətindəki  cənub 

istiqaməti ilə bağlı qarşısına qoyduğu məsələlərin bir qismini həll etmiş oldu. 

Belə ki, uğrunda uzun illər boyu mübarizə apardığı Qara dənizə çıxış əldə etdi. 

Boğazlardan  özünün  ticarət  və  hərbi  gəmilərini  keçirmək  hüququ  qazandı. 

Ölkəsinin  iqtisadi  cəhətdən  güclənməsi  üçün  mühüm  əhəmiyyət  kəsb  edən 

Şimali Qara dəniz sahillərində, Şimali Qafqazda möhkəmləndi.  



 

ƏDƏBİYYAT 

1.

 



Анисимов Е.В. Россия в середине XVIII в. М.: Мысль, 1988, 237 с. 

2.

 



Виноградов В.Н. Дипломатия Екатерины Великой // www.vivosvoco.ru 

3.

 



Соловьев С.М. История России с древнейших времен. М.: Мысль, 1965, 670 с.  

4.

 



История дипломатии. М.: АСТ, 2009, 943 с. 

5.

 



История внешней политики России в XVIII веке. М.: Наука, 1998, 548 с 

6.

 



Николаев В. Польский вопрос // www.zavtra.ru 

7.

 



Стегний А.С. Разделы Польши и дипломатия Екатерины II 1772-1795. М.: Меж. от-

нош. 2002, 673 с. 

8.

 

Ключевский В.О. Курс русской истории. М.: Вече, 2004, 448 с. 



9.

 

Россия в XVIII-XX веках. Москва: Университет, 2000, 254 с. 



10.

 

Измозик В.С. Империя в XVIII веке // www.naukomania.ru 



11.

 

Поршнев Б.Ф. К вопросу о месте России в системе европейских государств в XV-



XVIII 

веках. М.: Моск. Университет, 1948, 275 с. 

12.

 

Haluk Gürsel Tarih boyunca türk-



rus ilişkileri. İstanbul: Ak Yayınları, 1968, 837 s. 

13.


 

Мзареулов А.М. Южное направление во внешней политике России //www.viperson.ru  

14.

 

Троицкий С.М. Россия в XVIII веке. М.: Наука, 1982, 254 с. 



15.

 

Орешкова С.Ф. Русско-турецкие отношения в начале XVIII в. М.: Наука, 1972, 205 с.  



16.

 

Брикнер А.Г. История Екатерины // М.: СВАРОГ и К., 2000, 618 с. 



17.

 

Назаров М.В. Георгиевский трактат // www.rusidea.org  



 

МЕЖДУНАРОДНОЕ ПОЛОЖЕНИЕ  

РОССИИ В ХВЫЫЫ ВЕКЕ И ЮЖНОЕ НАПРАВЛЕНИЕ 

ВО ВНЕШНЕЙ ПОЛИТИКЕ 

 

М.П.ОСМАНЛЫ 

 

РЕЗЮМЕ 

 

 

В  статье  изучаются  развитие  основных  аспектов  международных  отношений 

России со странами Европы, а также её участие в общеевропейских конфликтах и вза-

имные связи с Османской империей. Также показаны, какие процессы обусловили место 

России в системе международных отношений. Следующий вопрос данной статьи явля-

ется Южное направление во внешней политике России ХВЫЫЫ веке. Южное направление 

в политике ХВЫЫЫ века служила целью выхода к теплым морям, захватить Крым и укре-

пить свое влияние на Кавказе и на Балканах. Здесь также исследуются вопросы, связан-

ные столкновением интересов России и Османской империи в этих регионах. 

 

Ключевые слова: Россия, политика, положение, Юг, направление 

 

 

 



 

 

 



 

 

 



 

 

 



98 


 

 

EXTERNAL SITUATION OF RUSSIA AND THE SOUTHERN  

DIRECTION IN ITS FOREIGN POLICY IN THE XVIII CENTURY 

 

M.P.OSMANLI 

 

SUMMARY 

 

The relations of Russia with the European countries in the XVIII century, its participa-

tion in the European conflicts occurring in Europe, development of the mutual relations with 

Ottoman State in external aspect are studied in the article. The processes conditioning the posi-

tion of Russia in the international system are specified as well. Further, the article studies the 

southern direction of Russian foreign policy in the XVIII century. The southern policy served 

the purpose of  accessing  to the hot seas, possessing  the Crimea, and strengthening  in the 

Caucasus and the Balkans.  

The ways of the solution of the clash of interests of Russia and the Ottoman Empire in 

these regions are illustrated as well. 



 

Key words: Russia, policy, situation, South, direction

 

 



 

 

 



99 

Yüklə 107,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə