Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 218,16 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü218,16 Kb.
#57040


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

 

UOT 94 “04/15” 

 

XVI ƏSRDƏ HİND OKEANI UĞRUNDA  

OSMANLI - 

PORTUQALİYA RƏQABƏTİ 

 

N.B.MƏMMƏDOVA  

Bakı Dövlət Unviersiteti 

nazile.mamedova@gmail.com 

 

XVI əsrdə Hind okeanı bölgəsi uğrunda mübarizə aparan əsas tərəflər Osmanlı imperiyası 

və Portuqaliya idi. Portuqaliyanın burada möhkəmlənməsi hələ XV əsrin sonunda baş vermişdi, 

Osmanlılar isə 1517-ci ildə Misiri ələ keçirdikdən sonra Qırmızı dəniz vasitəsilə Hind okeanına 

çıxış əldə etmək üçün mübarizələrində Portuqaliyanın ciddi rəqabəti ilə qarşılaşmışdılar. 

Hind okeanı bölgəsi uğrunda Osmanlı-Portuqaliya rəqabəti çərçivəsinə Səfəvilər dövlə-

ti, Moğol imperiyası və Venesiya respublikası da qatılmışdı. Bütün XVI əsr ərzində bu rəqabət 

qanlı müharibələr və diplomatik qarşıdurmalarla müşayiət olunmuşdur. 

 

Açar sözlər: Hind okeanı, Hörmüz, Osmanlılar, Portuqaliya, müstəmləkəçilik   

 

Osmanlı  imperiyasının  Hind  okeanı  bölgəsində  başlıca  problemi  portu-



qal

ların burada güclənməsi və Şərqlə ticarəti Qırmızı dəniz və İran körfəzindən 

Ümid Burnuna keçirmələri cəhdi idi. Üstəlik, portuqallar Osmanlı ticarətinə də 

müdaxilə  etməkdən  çəkinmirdilər.  İran  körfəzinə  çıxışda  yerləşən  Hörmüzün 

və  Qırmızı  dənizin  çıxışında  yerləşən  Ədənin  ələ  keçirilməsi  portuqalları 

Osmanlılardan  üstün  etmişdi.  Bundan  əlavə,  portuqallar  Tunisi  də  tutmaq 

niyyətində idilər. 

Bombeydəki limana əsaslı baxış keçiriləndən sonra 1531-ci ilin əvvəllə-

rin

də  bu  donanma  qubernator  Nunu  da  Kunyanın  rəhbərliyi  ilə  Damanı  ələ 



keçir

di və Diuya yaxınlaşdı. 16 fevral 1531-ci ildə Diuya hücum başladı, lakin 

şəhəri almaq mümkün olmadı və martın 1-də portuqallar mühasirəni dayandır-

dılar (10, 194). 

1534-

cü ildə Lissabondan daha iki eskadra göndərildi: onlardan biri 1500 



nəfərlik  heyəti  olan  12  gəmidən,  digəri  isə  -  Alfonsu  de  Souzanın  rəhbərliyi 

altında 5 gəmidən ibarət idi. Hindistanda olan digər gəmilərlə öz donanmasını 

birləşdirən de Souza Damana  istiqamət götürdü. Şəhər  və  şəhərin donanması 

portuqallar tərəfindən darmadağın edildi, şəhərin müdafiəçilərinın demək olar 

ki, hamısı məhv edildi (10, 194). 

 

Bu  hadisədən  sonra  Kambeyin  sultanı  Bahadur-şah  (1529-1537) sülh 



 

84 



istədi və buna qarşılıq olaraq Nunu da Kunya öz tələblərini irəli sürdü:  

 



sultanın  asılılığında  olan  torpaqlar  həmişəlik  Portuqaliya  kralının 

mülkiyy


əti elan edilirdi

 



Portuqal  hakimiyy

ətinin icazəsi olmadan heç bir gəmi Kambeydən 

Qırmızı dənizə üzə bilməz; 

 



bütün g

əmilər portuqallara gömrük ödəməli idi

 

Kambeyd



ə hərbi donanma saxlamaq olmazdı (8, 176). 

Moğol  imperatoru  Humayunla  müharibədə  dəstəyə  ehtiyacı  olan  Baha-

dur-

şah  bu şərtlərlə razı oldu və Diuda  fort salmaq üçün portuqallara  yardım 



edəcəyini də öhdəsinə götürdü. 1534-cü ilin sentyabrında müqavilə imzalandı; 

müqaviləyə  görə,  Portuqaliya  kralı  və  Kambey  sultanı  Bahadur-şah  hərbi 

ittifaqa girirdilər, bunun üçün isə Diuda fort salınırdı. 

Bundan sonra Nunu da Kunya fonrtun tikintisinə başladı və 1535-ci ilin 

noyabrında  başlayan  inşaat  işləri  1536-cı  ildə  başa  çatdı.  Fortun  başında  isə 

900 nəfərlik qarnizonun komandanı Manuel de Souza yətin edildi (10, 195). 

Diu fortunun inşasından sonra portuqallar bu bölgədə özlərini daha rahat 

hiss  etməyə  başladılar;  hətta  Kalikutun  və  Koçinin  yerli  hakimləri  arasında 

1536-

cı ildə baş vermiş qarşıdurmaya da müdaxilə etməkdən çəkinmədilər. Elə 



həmin  il  Martin  Alfonsu  de  Souza  qubernator  Nunu  da  Kunyanın  əmri  ilə 

Damanı işğal etdi (9, 307). 

Təbii ki, portuqalların bu özbaşınalıqları yerli əhalinin, həmçinin hakim-

lərin  böyük  narazılığı  ilə  qarşılandı.  1537-ci  ilin  martında  Nunu  da  Kunya 

Dehliyə  gələrək  Bahadur-şahla  danışıqlar  apardı,  lakin  danışıqlar  gedişində 

sultan öldürüldü. Bahdur-

şahın qətlindən sonra Dehli  sultanının  varislərindən 

biri Mir Məhəmməd Zaman 5000 nəfər tərəfdarını toplayaraq taxta əyləşdirildi. 

Portuqaliya hakim dairələri onu sultan kimi tanımaları müqabilində sahilboyu 

zolağı tələb etdilər (10, 196). Lakin tezliklə Məhəmməd Zaman Moğol impera-

toru ilə döyüşdə darmadağın edilərək ona tabe oldu. 

1538-ci 


ildə sultan Süveyşdən Qırmızı dənizə böyük bir eskadra göndərə-

rək Osmanlı türklərinin qüvvələləri ilə birləşdi. Ədənə gələn sultanın donanma 

başçısı Süleyman-paşa Ədənə gəldi və şəhəri türk sancağına tabe etdi. Beləlik-

lə, Qırmızı dənizə giriş Osmanlı imperiyasının əlinə keçdi (10, 197). 

 

Lakin tezliklə Osmanlı-Hind ittifaqı üçün böyük təhlükə yarandı: Hind 



okeanında portuqallarla döyüşə girmək əvəzinə Süleyman-paşa əlverişli külək-

dən  istifadə  edərək,  Hind  okeanını  keçdi  və  Hindistanın  qərb  sahilinə  yaxın-

laşdı. 1538-ci ilin sentyabrında Süleyman-paşa 600 yeniçəri Diu adasına çıxar-

dı və buradakı portuqal qalasını mühasirəyə aldı (9, 308). Portuqaliya qarnizo-

nunun  başında  Antoniu  da  Silveyra  dururdu.  Döyüş  xeyli  gərgin  keçdi  və 

türklərin  qələbəsi  üçün  şərait  yarandı;  lakin  gözlənilmədən  başlayan  qasırğa 

Süleyman-

paşanı öz donanmasını kiçik Mahuva limanına çəkməyə məcbur etdi.  

1538-

ci il sentyabrın 28-də Diuya geri dönən türklər Fransişku Paşeku-



nun  komandanlığı  ilə  portuqal  donanmasının  hücumu  ilə  qarşılaşdı.  Osmanlı 

 

85 




qüvvələri çox yaxşı döyüşürdülər və artıq portuqalların müqavimət göstərmələ-

ri üçün güc

ləri qalmamışdı. 1538-ci il oktaybrın 4-də qalaya hücum başladı və 

bu hücum 20 gün çəkdi (10, 197). 

Çətin vəziyyətə düşmüş portuqallara Qoadan yardım göndərildi. Bu yar-

dımın qarşısını ala bilməyən Osmanlı qüvvələri 1538-ci il noyabrın 5-də geri 

çəkilməli  oldular.  Süleyman-paşanın  donanması  Hind  okeanını  keçərək  Qır-

mızı dənizə geri dönməli oldular. 1538-ci il noyabrın 6-da isə Qarsia de Noron-

yanın komandanlığı ilə portuqal donanması Qoadan Diuya gəldi (10, 198). 

Sultan Süleyman Hind okeanında portuqalların  belə cəzasız qalması  ilə 

barışmaq  istəmirdi. O, Qırmızı dənizə  nəzarət etsə də, İran körfəzində böyük 

porblemlərlə  üzləşmişdi.  Hörmüz  limanı  və  Hörmüz  körfəzi  hələ  də  portu-

qalların  əlində  idi,  bu  səbəbdən  də  Bağdad  ilə  Bəsrə  arasında  hərbi-dəniz 

əməliyyatları üçün əlaqəni qurmaq çətinləşmişdi. 

Osmanlı  imperiyasının  İran  körfəzi  və  Hind  okeanı  bölgəsində  vəziy-

yətini pozitiv tərəfə dəyişən hadisə yalnız 1550-ci ildə baş verdi: belə ki, həmin 

il Bəsrə sultanı Əl-Qatif və Bussora limanlarını ələ keçirməyi başardı və İran 

körfəzinin  ərəb sahillərinə  nəzarəti öz əlinə  aldı  (4, 128). Sultan Süleymanın 

nəhəng  planı  isə  İran  körfəzinin  hər  iki  sahilinin  ələ  keçirilməsini  nəzərdə 

tuturdu.  Hörmüzün  portuqalların  əlindən  çıxması  İranla  Ərəbistan  arasında 

dəniz  əlaqələrinin  bərpası  demək  olardı.  İlk  addım  kimi  sultan  Süleyman  əl-

Qatif limanını möhkəmləndirmək qərarına gəldi. Burada ağır artilleriya saxla-

yıb limanda böyük sayda gəmini müdafiə etmək olardı. 

Lakin bu zaman Hörmüzün əmiri, hansı ki, Səfəvilərin vassallığını saxla-

mışdı və Osmanlı imperiyasının buraya yaxınlaşmasında maraqlı deyildi, Qoa-

ya  xəbər göndərərək portuqallardan  yardım  istədi. Vitse-kral Alfonsu de No-

ronya (1551-

1554) dərhal şura çağırdı və Hörmüzə 7 qaleon, 12 hərbi qaleon və 

1200 nəfərlik ordu göndərilməsi qərara alındı.  

1551-ci il aprelin 1-

də - kral Alfonsu de Noronyanın qardaşı oğlu Antonio 

de  Noronyanın  eskadrası  Qoadan  çıxdı  və  Hörmüzə  kurs  götürdü  (10,  199). 

Aprelin sonu portuqal donanması Hörmüzə gəlib çıxdı. Hörmüzdəki yerli ha-

kimiyyət onlara yardım etdi və 3 min əsgəri portuqal komandanlığının sərənca-

mına verdi (10, 199). 

1551-


ci il iyunun sonlarına doğru birləşmiş Portuqaliya-Hörmüz donan-

ma

sı Hörmüzdən çıxdı  və əl-Qatifin mühasirəsinə qatıldı. 8 gün ərzində qala 



atəş  altında  saxlandı.  Əl-Qatifdəki  Osmanlı  qüvvələri  böyük  müqavimət 

göstərsələr də, qalanı itirdilər. Antonio de Noronya əl-Qatifin idarəçiliyni Ras 

Şərəfəyə verdi (3, 126). 

Əl-Qatif kampaniyasından sonra Antonio de Noronya 18 gəmilik eskadra 

ilə  İran  körfəzinə  daxil  oldu  və  Fəratın  yuxarı  ətraflarına  doğru  istiqamət 

götürərək buradakı türkləri qovmaq qərarına gəldi. Bu arada Portuqaliya kralı 

don III Juan Venesiy

adan  və  Romadan  Osmanlıların  yeni  hücumu  haqqında 

xəbərdarlıq aldı. 1552-ci ilin mayında Qırmızı dənizə daxil olan gəmilər də bu 

xəbəri təsdiqlədilər. 

 

86 



1552-

ci ilin ortalarında Süveyşdən çıxan 16000 əsgərdən ibarət Osmanlı 

eskadrasına məşhur admiral Piri Rəis komandanlıq edirdi. Piri bəyin eskadrası 

25 gəmidən ibarət idi. Həmin ilin avqustunda türk eskadrası Ərəbistanın cənub 

sahillərinə çatdı və Məsqəti mühasirəyə aldı (10, 203). Daha iki gəmi Hörmüzə 

yönəldi.  Xəbəri  eşidən  Hörmüzün  komendantı  şəhəri  təxliyə  etmək  qərarına 

gəldi (3, 309). 

1552-


ci  il  avqustun  sonlarında  qalanın  müdafiəçilərinə  yardım  gəldi. 

1552-


ci  il  oktyabrın  sonlarında  isə  vitse-kral  80  gəmidən  ibarət  eskadra  ilə 

Qoadan  Hörmüzə  gəldi.  Piri  bəy  öz  nümayəndəsini  Məsqət  komendantının 

yanına göndərərək portuqallardan tabe olmalarını tələb etdi. Məsqətin komen-

dan


tı  Juan  de  Lijboa  Piri  Rəisin  tələblərilə  razılaşdı  və  qalanı  təslim  etdi. 

Məsqət hadisəsi Piri Rəisdə belə bir təsəvvür yaratdı ki, portuqalların qalaları o 

qədər güclü müdafiə olunmur və onları almaq asan olacaq. Bu səbəbdən, Piri 

Rəis sultan Süleymanın tələb etdiyi kimi, Bəsrəyə gedib qüvvələrini möhkəm-

ləndirmədi, birbaşa Hörmüzə yollandı. 1552-ci il sentyabrın 17-də Hörmüzün 

mühasirəsi başlandı (10, 204). Qalanın atəşə tutulması bir neçə gün çəkdi. 

Hörmüzün komendantı Alvaru de Noronya öz əsgərlərinə nəyin bahasına 

olursa olsun, qalanı osmanlı türklərinə təhvil verməməyi tapşırdı: “Mən Portu-



qa

liyanın Şərqdə ən qiymətli mirvarisi (kursiv bizimdir – N.M.) olan Hörmüzlə 

risk  edə  bilmərəm”  (10,  207,  qeyd  46).  Bu  səbəbdən,  Hörmüzün  müdafiəsi 

üçün portuqallar Qoadan daha böyük yardım tələb etdilər.  

Yardım  1552-ci  ilin  noyabrında  gəldi.  Daha  sonra  portuqal  admiralı 

Alfonsu  de  Noronya  Bəsrəyə  girişi  bağladı.  Bundan  xəbər  tutan  Piri  Rəis 

sultanın qəzəbindən qorxaraq böyük bir qənimətlə İstanbula geri döndü. Lakin 

sultan Süleyman öz admiralını əfv etmədi və Piri Rəis Hörmüzdəki məğlubiy-

yətə və Bəsrəni itirdiyinə görə edam edildi (5, 189). 

Osmanlı imperiyası Qırmızı dəniz və İran körfəzi ilə bağlı planlarından əl 

çəkməmişdi.  Piri  Rəisin  məğlubiyyətindən  sonra  sultan  Süleyman  Qırmızı 

dənizdə  portuqalların  əhatəsinə  düşmüş  türkləri  xilas  etmək  üçün  təcrübəli 

kapitan  Ali  bin  Hüseyni  təyin  etdi.  7  dekabr  1553-cü  ildə  Ali  bin  Hüseyn 

Bağdada  gəldi.  Buradan  o,  kiçik  bir  gəmidə  Bəsrəyə  istiqamət  götürdü  və 

1554-


cü ilin fevralında bu limana çıxdı (6, 401). 

Bu  zaman  Portuqaliyanın  Qoadakı  vitse-kralı  türklərlə  yeni  döyüşə 

böyük  hazırlıq  görmüşdü.  1554-cü  ilin  martında  vitse-kral  Qırmızı  dənizə  6 

q

aleon, 25 fustas və 1500 nəfər əsgərdən ibarət eskadra göndərdi (10, 210). Elə 



həmin  vaxt Bernardina de Souzanın da 5 gəmidən  ibarət donanması Bəsrəyə 

istiqamət götürdü. 

Həlledici döyüş 25 avqust 1554-cü ildə baş verdi: elə ilk saatlardan por-

tu

qallar  nəzarəti  öz  əllərinə  aldılar.  Ali  bin  Hüseyn  mühasirəyə  düşməmək 



üçün gəmilərinə açıq dənizə çıxmaq əmri  verdi.  Osmanlı donanması Daman 

yaxınlığında lövbər sala bildi. Buradan türk gəmiləri Surat limanına istiqamət 

götürdülər.  Suratda  Qucaratın  müsəlman  hakimləri  türk  kapitanına  Osmanlı 

hakimiyyəti  altına  keçmək  barədə  niyyətlərini  bildirdilər.  Ali  bin  Hüseynin 

 

87 



məlumatlarına  görə,  onun  olduğu  bütün  müsəlman  mülklərində  eyni  təkliflə 

rastlaşdı (10, 212).  

Beləliklə,  Hind  okeanı  bölgəsinin  müsəlman  hakimləri  tərəfindən 

portuqalların müstəmləkəçi ekspansiyasına qarşı Osmanlı imperiyası ilə briləş-

mək imkanı yarandı. 

1559-


cu  ildə  1200  nəfərlik  türk  eskadrası  Bəhreyn  qalasını  mühasirəyə 

aldı.  Bəhreyn  şeyxi  Morado  portuqallardan  yardım  istədi  və  yardıma  gələn 

portuq

al qüvvələri Osmanlı qüvvələri  ilə döyüşdə ağır məğlubiyyətə uğradılar. 



Bəhreyn qalası Osmanlı hakimiyyətinə keçdi. Bu hadisə böyük nəticələri olan bir 

hadisə  oldu.  Osmanlılar tərəfindən  Bəhreynin  ələ  keçirilməsi  və  Bəsrənin  geri 

qaytarılması ilə Portuqaliyanın dənizlərdəki ağalığı zəiflədi. 1561-ci ildən başla-

yaraq  Hörmüzdən  çıxan  portuqal  gəmiləri  hərbi  eskortla  müşayiət  olunmağa 

məcbur qaldılar (10, 215). Türklərin İran körfəzində artan hərbi gücü Səfəvilərlə 

Osmanlı  imperiyasını  da  bir-birinə  xeyli  yaxınlaşdırdı.  Səfəvi  şahı  Təhmasib 

vəfatınadək (1576-cı il) 1555-ci il Amasya sülhünü iki dəfə yenilədi (2, 261). 

XVI  əsrin  80-ci  illərinə  doğru  portuqalların  bölgədə  vəziyyəti  xeyli 

zəiflədi. Ələlxüsus 1581-ci ildə Portuqaliya krallığının İspaniyaya birləşməsilə 

(7,  170)  onun  bütün  müstəmləkə  mülklərinin  II  Filipin  nəzarətinə  keçməsi 

vəziyyəti bir qədər də ağırlaşdırdı. 

Hörmüzün  portuqal  ağalığı  altında  vəziyyətinə  gəlincə,  1513-cü  ildən 

etibarən portuqal müstəmləkəçilərinin tam nəzarətinə keçən Hörmüzün iqtisadi 

vəziyyəti Avropa müəlliflərinin əsərlərində qüdrətli bir dönəm kimi qiymətlən-

dirilir (3-

60). Lakin əvvəlki fəsillərdə də qeyd etdiyimiz kimi, strateji əhəmiy-

yətli liman və böyük ticarət mərkəzi olan Hörmüz portuqalların gəlişinə qədər 

art


ıq  çiçəklənən  bir  şəhər  idi  və  onun  yüksəlişi  müstəmləkəçilərlə  heç  bri 

vəchlə bağlı ola bilməzdi. 

XVI əsrin 60-cı illərindən başlayaraq bölgə uğrunda gedən Osmanlı-Por-

tu

qaliya  müharibələri  isə Hörmüzün  iqtisadi  inkişafına  mane olan  bir  məqam 



idi. Rusi

ya  tarixçisi  A.M.Xazanov  yazır  ki,  “Portuqallar  rasist  deyildilər  və 

bütün  irqlərə  eyni  gözlə  baxırdılar”  (10,  215).  Lakin  Portuqaliyanın  Hind 

okeanı  bölgəsinin  yerli  əhalisinə  qarşı  tutduğu  divan,  görünür  ki,  tarixçinin 

nəzərindən qaçmışdır.  

Hörmüzün əhalisinə qarşı portuqalların “mərhəmətinə” gəlincə, bu, əhali-

nin onlara müqavimət göstərməməsi və illik xəracı vaxtlı-vaxtında ödəməsi ilə 

bağlı idi. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, 1581-ci ildə Hörmüzün por-

tu

qal xəzinəsinə verdiyi gəlir 51 milyon gümüş reys, buraya sərf olunan xərc 



isə yalnız 11 milyon olmuşdur, yəni limanın gətirdiyi gəlirin saldosu 40 milyon 

reys idi (3, 246). Hörmüzün Səfəvilər tərəfindən geri alınması ərəfəsində isə bu 

rəqəm bir qədər də artaraq 172.000 qızıl serafin olmuşdur (3, 246).  

Göründüyü  kimi,  Hörmüz  Portuqaliya  üçün  əvəzedilməz  gəlir  mənbəyi 

idi və bu “mənbəyə” qarşı portuqalların xeyli mərhəmətli siyasəti anlaşılandır. 

 

 

88 




ƏDƏBİYYAT 

1.

 



Gözəlova Y.H. Orta əsrlərdə Avrasiyanın beynəlxalq ticarət əlaqələri. Bakı: Təhsil, 2011, 

296 s. 


2.

 

Mahmudov Y.M. Azərbaycan diplomatiyası. Bakı: Təhsil, 2006, 416 s. 



3.

 

Martins O. Los hijos de Don Juan I. Buenos Aires: Macau, 1996, 248 p. 



4.

 

Morais C.A.de. Cronologia Gerl da India Portuguesa. Lisboa: Difel, 1993, 151 p.   



5.

 

Roberts J.M. Dünya Ta



rihi. I Cilt. Çevireni İ.Erman. İstanbul: KB, 2011, 418 s. 

6.

 



Yılmaz Öztuna. İslam Devletleri ve Hanedanları. Cilt 1. Ankara: KB, 1989, 1044 s. 

7.

 



История  средних веков: в 2 т. Под ред. С.П.Карпова / Учебник.Т.1-2. 2-е изд. М.: 

МГУ, 2011, т.1, 640 с., т.2, 432 с. 

8.

 

Кенигсбергер Г. Европа Раннего Нового времени. М.: Весь мир, 2006, 387 с. 



9.

 

Магидович  И.П.  Очерки  по  истории  географических  открытий.  Т.1.  М.:  Учебно-



педагогическое изд-во Министерства Просвещения РСФСР, 1967, 288 с. 

10.


 

Хазанов А.М. Португалия и мусульманский мир (XV-XV вв.). М.: РАУ - Универси-

тет, 2003, 320 с. 

 

ОСМАНО-ПОРТУГАЛЬСКОЕ  

СОПЕРНИЧЕСТВО В ИНДИЙСКОМ ОКЕАНЕ В XVI ВЕКЕ 

 

Н.Б.МАМЕДОВА  

 

РЕЗЮМЕ  

 

В XVI веке основными силами, противоборствующими за лидерство в Индийском 

океане,  являлись  Османская  империя  и  Португалия.  Укрепление  Португалии  в  этом 

регионе произошло в конце XV века: После завоевания Египта в 1517 году, Османская 

империя встретила достойного  соперника в борьбе за выход в Индийский  океан через 

Красное море. 

Османо - португальское соперничество за Индийский океан охватило также госу-

дарство  Сефевидов,  империю  Моголов  и  Венецию.  Весь  XVI  век  прошел  кровавыми 

войнами и дипломатическим противоборством за этот регион. 

 

Ключевые слова: Индийский океан, Ормуз, османы, Португалия, колониализм 

 

OTTOMAN-PORTUGUESE RIVALRY IN THE INDIAN  



OCEAN IN THE XVI CENTURY 

 

N.B.MAMMADOVA   

 

RESUME 

 

In the XVI century the major powers opposing for leadership in the Indian Ocean, were 

the Ottoman Empire and Portugal. Strengthening of Portugal in the region occurred in the late 

XV century, after the conquest of Egypt in 1517, the Ottoman Empire had met his match in the 

struggle for access to the Indian Ocean through the Red Sea. 

Ottoman  -  Portuguese competition for the Indian Ocean seized the Safavid, state the 

Mughal Empire and Venice. All the XVI century was bloody wars and diplomatic confronta-

tion over this region. 



 

Keywords: Indian Ocean, Ormuz, Ottoman, Portugal, colonialism 

 

89 



Yüklə 218,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə