Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi elml



Yüklə 225,31 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü225,31 Kb.
#68659


113 

 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№1      

 

Sosial-siyasi elml

ər seriyası   

 

2012 

 

 

 

 

UOT 338 / 338.1 / 339.727                            

 

BİRBAŞA XARİCİ İNVESTİSİYALARIN MAHİYYƏTİ VƏ  ONLARIN 

AZƏRBAYCAN İQTİSADİYYATINA CƏLB EDİLMƏSİ 

 

L.V.

ABIŞLI 

Bakı Dövlət Universiteti 

abishli@gmail.com 

 

M

əqalədə xarici birbaşa investisiyaların nəzəri-metodoloji xüsusiyyətləri, inkişaf mər-

h

ələləri qeyd edilmiş, xarici investisiyaların müxtəlif mənbələrdə verilmiş tərifləri müqayisəli 

şəkildə  göstərilmişdir.  Xarici  investisiyaların  xarakterik  xüsusiyyətləri  qeyd  edilmiş,  onların 

dünya v

ə Azərbaycan üzrə inkişaf dinamikası təhlil edilmişdir. 

 

Açar sözl

ər:  xarici  investisiyalar,  iqtisadi  artım,  dinamik  inkişaf,  Azərbaycan iqtisa-

diy


yatı, kapital axını 

 

Az



ərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investiyalardan danış-

mazdan 


əvvəl xarici birbaşa investisiyalar anlayışına aydınlıq gətirmək lazım-

dır. Belə ki, Beynəlxalq Valyuta Fondunun metodikasına görə birbaşa xarici 

investisiyalar el

ə  xarici investisiyalar hesab edilir ki, həmin  investisiyaların 

h

əcmi,  daha  doğrusu,  ümumi investisiya kütləsində  xüsusi çəkisi investora 



iştirak etdiyi investisiya prosesinin obyektinin fəaliyyətində mühüm qərarların 

q

əbulunda iştirakına imkan verən səviyyədə olsun. Lakin, xarici investisiyalar 



is

ə sahibkarlıq gəliri və ya faiz əldə etmək üçün bir ölkədən çıxardılaraq digər 

ölk

əyə yatırılan kapital vəsaitləri  kimi başa düşülür [4, 101]. 



Xarici  birbaşa  investisiyaları  xarakterizə  edən  ən məhşur  tərif Ümum-

dünya Ticar

ət Təşkilatının (ÜTT) verdiyi tərifdir: birbaşa xarici investisiyalar 

o tip investisiyalardır ki, investor olan şəxs bir ölkənin rezidenti olmaqla öz 

aktivl

ərini  başqa  ölkədə  o  şərtlə  yerləşdirir  ki,  həmin aktivlər üzərində  tam 



n

əzarət hüququnu  özündə  saxlamış  olsun  [9].  Bununla belə,  birbaşa  xarici 

inves

tisiyaların UNİCDAT-ın təsnifatındakı yeri belədir: birbaşa xarici inves-



tisiyalar el

ə xarici yatırımlardır ki, onun vasitəsi ilə bir ölkənin subyektləri di-

g

ər ölkə  ilə  dərin  əməkdaşlıq  fəaliyyətinə  girərək xarici ölkədəki obyektdə 



(mü

əssisədə) təsərrüfatın təşkilinə nəzarət edə bilirlər. Bununla belə aşağıdakı 

şərtlər də ödənilməlidir: 

-

 



xarici investor mü

əssisənin ümumi elan edilmiş səhmlərinin dəyərinin 

10-20%-i m

əbləğində həmin müəssisənin səhmlərinə sahib olmalıdır; 




114 

 

-



 

əssisənin gəlirlərinin bölgüsündən  sonra  öz  payına  uyğun  həmin 



əssisəyə reinvestisiya etməlidir; 

-

 

əgər xarici investor filial yaratmaqla investisiya həyata keçiribsə, onda 



“ana” firma filiala b

ərabər hüquqlu maliyyə  rejimi tətbiq etməlidir (xüsusən 

borc v

ə kredit sahəsində) [4, 102-103]. 



Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq və bir qədər ümumiləşdirmə 

aparaq    birbaşa  xarici  investisiyaların  reallaşmasının  aşağıdakı  formalarda 

h

əyata keçirildiyini qeyd etmək olar: 



-

 

resipient ölk



ədə yerləşən şirkətin bir hissəsini əldə etmək yolu ilə; 

-

 



kapitalın  “ana”  şirkətdən resipient ölkədə  yerləşən törəmə  şirkətə 

ötürülm


əsi yolu ilə; 

-

 



tör

əmə şirkətlərin gəlirlərinin reinvestisiya edilməsi yolu ilə; 

-

 

“ana” şirkətlərin resipient ölkələrdə  yerləşən törəmə şirkətlərinə uzun 



müdd

ətli və qısa müddətli borclar verməsi yolu ilə və s. 

Praktikada  birbaşa  xarici  investisiyaların  digər  reallaşma  formaları  da 

rast g


əlinir,  lakin  şəxsin  ayrıca  şəkildə  digər ölkənin  şirkətini  alması  və  ya 

dig


ər hərəkətləri kimi rast gəlinən hallar istisna kimi qəbul olunur. Belə  ki, 

bel


ə hallar dünya üzrə reallaşan birbaşa xarici investisiyaların ümumi həcmi-

nin c


əmi 5%-ni təşkil edir [2, 12]. 

Birbaşa  xarici  investisiyalar,  ümumiyyətlə  hansı  formada  həyata keçi-

rilm

əyindən  asılı  olmayaraq  əsasən  iki  yolla  reallaşdırılır.  Birinci  resipient 



ölk

ədə  yeni  şirkətin  formalaşdırılması  yolu  ilə, ikincisi isə  artıq  mövcud 

şirkətlərin alınması və ya birləşdirilməsi yolu ilə. 

Birbaşa xarici investisiyalara məxsus xarakterik xüsusiyyətləri aşağıdakı 

kimi qeyd etm

ək olar: 

1)

 

Birbaşa  xarici  investisiyaların  həyata keçirilməsi ilə  investor mövcud 



bazara tezlikl

ə çıxmaq imkanını praktiki olara itirir. 

2)

 

Portfel investisiyalarından fərqli olaraq investisiyaların böyük həcmi və 



risk d

ərəcəsinin böyüklüyü. 

3)

 

İnvestisiya  qəbul edən ölkələrə  əlverişli  olan  investisiya müddətinin 



böyü

k olması. 

Son on beş il ərzində inkişaf edən ölkələrin iqtisadiyyatına cəlb edilmiş 

inves


tisiyaların tərkibində birbaşa xarici investisiyaların xüsusi çəkisi artmaq-

da

dır. Bu illər ərzində dünya ölkələri xarici investisiyaların ölkə iqtisadiyyatı-



na c

əlb edilməsi, investisiya mühitinin yaxşılaşdırması məqsədilə bir çox isla-

hatlar yerin

ə yetirdilər. Bunun nəticəsi kimi ötən illər ərzində birbaşa xarici in-

ves

tisiyaların həcmi dəfələrlə artdı. 2006-cı ildə dünya üzrə birbaşa xarici in-



ves

tisiyaların  həcmi  1.3  trilyon  dollara  çatdı.  Birbaşa  xarici  investisiyaların 

2006-

cı ildəki həcmi 2005-ci illdəkindən 38% artıq idi. İnkişaf etmiş ölkələrin 



iq

tisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 45%, inkişaf 

etm

əkdə olan ölkələrdə 21% və iqtisadiyyatları keçid dövründə olan ölkələrdə 



is

ə  68%  artmışdır  [8, 3-4].  Buna rəğmən  birbaşa  xarici  investisiyaların  cəlb 

edilm

əsində iri və güclü iqtisadiyyatı olan ölkələr liderlik edir. Bu dedikləri-




115 

 

miz dünya üzr



ə mövcud statistik göstəricilərdə öz əksini tapır. Belə ki, birbaşa xa-

rici investisiyaların cəlb edilməsində ilk yerləri ABŞ və Böyük Britaniya tutur. 

Xarici  investisiyaları  cəlb edən ölkələrdə  iqtisadiyyatın  statik  inkişafı 

zaman keçdikc

ə  dinamik  inkişafla  əvəz olunur. Bunun üçün həmin ölkələr 

hökm


ən öz qanunvericiliklərində xarici investisiyalar üçün elə mühit yaratma-

lıdırlar ki, cəlb olunmuş birbaşa xarici investisiyalar ölkə iqtisadiyyatının dina-

mik inkişafının təmin edən xarakterdə olsunlar. Bu zaman yalnız qanunverici-

likd


ə  yox, həm də  xarici investisiya siyasətinin tənzimlənməsində  köklü 

d

əyişikliklər olmalıdır. Bu isə kompleks məsələdir və bir ilin işi deyildir. Bu 



prosesi h

əyata keçirmək üçün dövlət hökmən xarici və daxili ticarət və rəqabət 

siyas

ətinə, xarici şirkətlərin ölkədə törəmə və filiallarının açılması ilə əlaqədar 



hüqiqi rejim

ə, transmilli kompaniyalarla əlaqəli siyasətə və digər bu qəbildən 

olan m

əsələlərə yenidən baxmalıdır. 



Ümumiyy

ətlə, birbaşa xarici investiyaları ölkəsindən çıxarılmasını təmin 

ed

ən dövlətlər yəni donor ölkələr bunu xarici ölkədə öz ölkəsinə nisbətən daha 



çox g

əlir əldə etmək məqsədilə edirlər. 

Birbaşa  xarici  investisiyaları  qəbul edən ölkələr yəni resipient ölkələr 

bunu aşağıda qeyd olunan  səbəblərə görə edirlər : 

-

 

birbaşa  xarici investisiyalar ölkə  iqtisadiyyatına  əlavə  kapital  axınını 



t

əmin  edir,  iqtisadiyyatın  proporsiyalarının  müsbət istiqamətdə  dəyişməsinə 

t

əsir edir, sahibkarlıq və istehsalat sahəsində inkişaf templərini sürətləndirir. 



-

 

birbaşa  xarici  investisiyalar  ölkəyə  portfel,  borc  kapitalı  kimi  digər 



kapital axınlarının cəlb edilməsini stimullaşdırır. 

-

 



birbaşa  xarici  investisiyalar  hesabına  formalaşmış  şirkətlər xarici 

ticar


ət axınlarının həcminin artmasını təmin edirlər. 

-

 



birbaşa xarici investisiyalar texnologiyaların axınını stimullaşdırır. 

Birbaşa xarici investisiyalar həm donor ölkə üçün həm də resipient ölkə 

üçün eyni zamanda 

əlverişli  ola  bilir.  Keçid  iqtisadiyyatlı  ölkələrdə  iqtisadi 

islahat

ların  müsbət nəticələrindən  biri  kimi  külli  miqdarda  birbaşa  xarici 



inves

tisiyaların cəlb edilməsi hesab edilir. Keçid iqtisadiyyatlı ölkələrdə əlve-

rişli investisiya mühitnin yaradılması təkcə makroiqtisadi sabitliyə deyil, həm 

d

ə institusional islahatların həyata keçirilməsinə imkanlar yaradır. Bu islahat-



lara öz

əlləşdirmə, struktur dəyişikliyi,  hüquqi  və  vergi  sisteminin  islahatları 

aiddirl

ər.  


Bunlarla yanaşı, birbaşa xarici investisiyaların cəlb edilməsi ölkəyə yeni 

idar


əçilik və təşkilatçılıq sistemlərinin gətirilməsinə səbəb olur. Birbaşa xarici 

investisiyaların  həm də  multiplikativ  effekti  vardır.  Belə  ki,  əgər bir sahəyə 

birba

şa  xarici  investisiya  cəlb  edilmişdirsə, onda müəyyən vaxtdan sonra 



h

əmin sahəyə  yardımçı, ona xammal və avadanlıq verən sahələrə investisiya 

axını baş verir. 

Az

ərbaycan  iqtisadiyyatına  cəlb  edilmiş  birbaşa  xarici  investisiyaların 



h

əcmi ildən-ilə artır. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” sazişi Azər-

bay

can  iqtisadiyyatına  birbaşa  xarici  investisiyaların  axınına səbəb oldu. 




116 

 

Bunun m



əntiqi  davamı  olaraq  yuxarıda  qeyd  olunan  multiplikator effektinə 

uyğun  olaraq  cəlb  edilmiş  xarici  investisiyaların  həcmi yüksələn xətlə  artdı. 

Dedikl

ərimizə misal olaraq aşağıdakı statistik göstəriciləri göstərə bilərik: 



 

C

ədvəl 1 



 

Xarici investisiyalar (mlyn. ABŞ dolları) [10] 

  

2005 

2006 

2007 

2008 

2009 

2010 

C

əmi xarici investisiya 

4 893.2  5 052.8  6 674.3  6 847.4  5 468.6  8 247.8 

o cüml


ədən: 

Maliyy


ə kreditləri 

698.4 


983.5  1 576.6  2 357.9  1 438.3  3 405.9 

Neft s


ənayesinə 

3 799.9  3 422.3  4 003.3  3 350.7  2 412.7  2 955.3 

Birg

ə və xarici investisiyalı müəssisələr 



230.5 

368.4 


439.1 

494.1  624.4 

659.6 

Neft bonusu 



17 


68.2 

3.5 


Dig



ər investisiyalar 

163.4 


261.6 

587.1 


641.2  992.2  1 225.0 

 

C



ədvəldən də göründüyü kimi, ildən-ilə Azərbaycan iqtisadiyyatına cəlb 

edilmiş xarici investisiyaların həcmi artır. 

Xar

ici birbaşa investisiyaları həyata keçirən mühüm subyektlərdən biri 



transmil

li korporasiyalardır. Onların son on illiklər ərzində dünya iqtisadiyya-

tında, dünya təsərrüfatının qloballaşmasında və həmçinin kapitalın beynəlxalq 

h

ərəkətində  rolu olduqca artmışdır.  Bunu  isbat  etmək  üçün  saysız-hesabsız 



statistik göst

əriciləri misal kimi çəkə bilərik. Amma statistik göstəriciləri təhli-

l

ə keçməzdən əvvəl transmilli korporasiyaların yaranma və fəaliyyəti haqqında 



söz açmağa bir qədər ehtiyac vardır. 

Az

ərbaycan  Respublikasının  iqtisadiyyatına  xarici  investisiyaların  cəlb 



edilm

əsini  stimullaşdıran  əsas amillər  haqda  qısaca  olaraq  bunları  qeyd  edə 

bil

ərik:  əvvəla,  ölkə  iqtisadiyyatına  xarici  investisiyaların  cəlb edilməsinin 



başlıca səbəbi iqtisadiyyatda uzun müddət mövcud olmuş durğunluq və böhran 

v

əziyyətindən  çıxarmaq,  həmçinin ölkədaxili  yığımların  məhdud səviyyədə 



olmasına  rəğmən  xarici  investisiyaların  hesabına  sahibkarlığın  investisiya 

aktivliyini artırmaqdır. Bundan əlavə ölkə iqtisadiyyatı böhran vəziyyətindən 

çıxdıqdan  sonra  belə  ölkədə  geniş  maliyyə  sistemi və  ona  uyğun  maliyyə 

institutları  yarandıqdan  sonra  belə  xarici investisiyalara böyük ehtiyac 

duyulur. Çünki banklardan alınan vəsaitlər “bahalı vəsait” kimi qəbul olunur 

v

ə  sahibkarlar bank kreditlərindən  çox  xarici  investorların  partnyorluğuna 



üstünlük verirl

ər. Bununla belə bir çox sahələrdə vəsaitin dövr müddəti uzun 

olduğundan banklar həmin sahələrə vəsait ayırmaqdan boyun qaçırırlar, lakin 

xarici investorlar üçün bu sah

ələr cəlb edici ola bilir. 

nya kapital bazarında investisiyalara olan tələb təklifi üstələdiyindən 



xarici  investisiyaların  ölkə  iqtisadiyyatına  cəlb edilməsi ölkləri bu sferada 

f

əaliyyətlərini bir daha artırmağa sövq edir.  



N

əhayət, inkişaf yoluna qədəm qoymuş iqtisadiyyata xarici investisiya-

lar hava kimi, 

su kimi lazımdır. Məhz cəlb edilmiş xarici investisiyaların hesa-




117 

 

bına fəaliyyət göstərən müəssisələrdə əsas kapitalın yeniləşdirilməsi və isteh-



sa

latın  genişləndirilməsində  iri həcmlərdə  cəlb  edilmiş  xarici  investisiyalar 

müst

əsna rol oynayırlar. 



Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsində mühüm təsir 

edici qüvv

əyə  yerli  qanunvericilik  bazasıdır  ki,  həmin  qanunvericilik  bazası 

xarici investorların fəaliyyət  çərçivəsini müəyyən edir. Bu baxımdan “İnvesti-

siya  f

əaliyyəti  haqqında  Azərbaycan  Respublikasının  qanununun  dördüncü 



madd

əsi xüsusi qeyd olunmalıdır: 

Az

ərbaycan  Respublikasının  və  xarici olkələrin vətəndaşları  və  huquqi 



şəxsləri, vətəndaşlığı olmayan şəxslər, habelə dövlətlər investisiya fəaliyyəti-

nin subyektl

əri (investorları və iştirakçıları) ola bilərlər [11].  

Müasir  iqtisadi  inkişafın  əsas xüsusiyyətlərdən  biri  kapitalın  ölkələr 

arasında hərəkətinin həcminin artmasıdır. Qloballaşma və regional inteqrasiya 

kapita


lın  mobilliyinin  kəskin  artmasına  səbəb  olur.  Əsrlərin  astanasında  iri 

beyn


əlxalq  kapital  qovuşmaları  ilə  xarakterizə  olundu.  İnkişaf  etməkdə  olan 

ölk


ələrin  sırasına  yenilərinin  qatılması  yeni  inkişaf  etməkdə  olan  bazarların 

meydana g

əlməsinə səbəb oldu və bununla da kapitalın mobilliyi artdı. 

Dünya iqtisadiyyatının  genişlənməsi ilə əlaqədar olaraq inkişafa zəmin 

yaradan resurslardan istifad

ə imkanlarıda artır. Lakin, əvvəlki kimi bu kapital, 

m

əhdud sayda resurslarının sahibləri - inkişaf etmiş ölkələrin “əlində” cəmləş-



mişdir. 

Dünya üzr

ə  yığımların  məhdudluğu  investisiyalara  olan  tələbatı  artırır. 

Bununla da n

əinki,  İEÖ  (inkişaf  etmiş  ölkə)  –  də  həm də  İEOÖ  (inkişaf 

etm


əkdə olan ölkə) – də kapitalın dövr etməsinə tələbat yaradır. İnkişaf etmiş 

dünya ölk

ələri həm daxili həm də  xarici investisiyaların  hüquqi  şəraitinin 

t

əsbiti məsələsində xeyli irəliləyişə nail olublar. Bu sahədə mühüm faktorların 



əyyən edilməsinə rəğmən daxili və xarici investisiyaların arasında onların 

hüquqi  şəraitlərdəki bəzi fərqliliyə  əsaslanan rəqabət mövcuddur. Bu 

tendensiya güclü siyasi v

ə  iqtisadi risklərə  sahib  olan  İEOÖ  yaratmalı 

olduqları mühitə və onun formalaşması prosesinə güclü təsir edir.  

XX 

əsrin sonunda başlayaraq  İEÖ – in iqtisadiyyatına  yönələn birbaşa 



investisiyaların həcmi artdı. Yəqin ki, bu tendensiya müvəqqəti xarakter daşı-

yır. Lakin İEÖ – in investisiya ixracının başlanmasını proqnozlaşdırmaq hələ 

ki,  qeyri-mümkündür. Bununla bel

ə,  investisiya  axınlarının  istiqamətləri qa-

baqcadan mü

əyyən qədər özünü büruzə verir. Çünki birbaşa xarici investisi-

yalar şəksiz ki,  yatırımlar üçün daha  yaxşı investisiya mühiti formalaşdırmış 

v

ə  hökumət, ictimaiyyət, biznes tərəfindən  xarici  investisiyalara  qarşı  dəqiq 



mövqe seçilmiş ölkələrə doğru axacaqdır. 

İnvestisiyaların  cəlb edilməsinin  metodlarının  fərqliliyinə  baxmayaraq, 

öz iqtisadiyyatına külli miqdarda investisiya cəlb edən ölkələrin ümumi cəhət-

l

əri  mövcuddur:  yatırımların  etibarlı  qorunması;  investorlarla  uzun  müddətli 



etibarlı  əlaqələr;  investisiyaların  kritik  həcmi və  perspektiv inersiyalı  artımı. 

Keçid dövründ

ə olan ölkələrdə xarici kapitalın ölkəyə cəlb edilməsi problemi-



118 

 

nin h



əlli  onların  inkişaf  məqsədlərinin və  vəzifələrinin  uzlaşdırılmasından 

asılıdır. Keçid iqtisadiyyatlı ölkələr birbaşa xarici investisiyaların ölkəyə cəlb 

olunması uğrunda rəqabət aparırlar. Onlar yaxşı anlayırlar ki, xarici investisi-

ya

lar  iqtisadiyyatın  modernləşməsi və  maliyyə  problemlərinin həllində 



əvəzsizdirlər. Bir çox ölkələr üçün xarici investisiyalar həm də bazar institutla-

rının formalaşmasında vasitə rolunu oynayırlar. 

Ölk

ədə xarici investisiyaların həcmi elə səviyyədə olmalıdır ki, investisi-



ya

nı  qəbul edən ölkənin  iqtisadiyyatının  effektivliyi  təmin olunsun. Beynəl-

xalq investisiya r

əqabəti mübarizəsində  investorlara daha liberal investisiya 

rejimi t

əklif edən ölkə qalib olur. Onu da qeyd edək ki, investisiya stimulları 

v

ə  onların  investisiya  cəlb etməsindəki rolu nisbidir. Tədqiqatlar göstərir ki, 



investisiya  stimulları  ölkənin  İEÖ  ya  da  İEOÖ  olmasından  asılı  olmayaraq 

əksər hallarda investisiya cəlb edilməsi prosesinə təsir etmirlər. 



 

ƏDƏBİYYAT 

1.

 



Az

ərbaycanın Statistik göstəriciləri - 2007. ARDSK, Bakı: “Səda”, 2007, 728 s. 

2.

 

Борисов Д.Б. Прямые иностранные инвестиции в экономику развивающихся стран 



Азии и Африки. М.: Гуманитарий, 2005. 164 s. 

3.

 



Зубченко Л.А. Иностранные инвестиции. М.: Экономисть, 2006, 160 s. 

4.

 



Игонина Л.Л. Инвестиции. М.: Экономистъ, 2005, 478 s. 

5.

 



Инвестиции / Под ред Чиненова М.В. М.: «КНОРУС», 2007, 248 s. 

6.

 



Инвестиции  /  Под.  ред.  В.В.  Ковалева,  В.В.  Иванова,  В.А.  Лялина.  М.: ТК  Велби, 

2003, 440 s. 

7.

 

Нешитой А.С. Инвестиции. М.: Дашков и К, 2007, 5-е изд, 372 s. 



8.

 

World Investment Report  - 2007. Geneva: «United Nations Publication», 2007, 294 s. 



9.

 

Report of the Committee on Trade-realted investment measures. 2003, WTO. 



www.wto.org/english/tratop_e/invest_e.htm 

10.


 

www.azstat.org/publications/azfigures/2011/az/020.shtml 

11.

 

www.ier.az/upload/file/qanunvericilik/qanunlar/Inv.pdf 



 

СУЩНОСТЬ ПРЯМЫХ ИНОСТРАННЫХ ИНВЕСТИЦИЙ И ПРИВЛЕЧЕНИЕ 

ИХ В ЭКОНОМИКУ АЗЕРБАЙДЖАНА 

 

Л.В.АБЫШЛЫ 

 

РЕЗЮМЕ 

 

В данной статье проанализировано сущность прямых иностранных инвестиций и 

дано определение к ним. В том числе определена роль прямых иностранных инвестиций 

в экономике Азербайджанской Республики. Помимо этого в статье отмечены основные 

пути и мотивации в привлечении прямых иностранных инвестиций в экономику слабо-

развитых стран. 

 

Ключевые слова: прямые иностранные инвестиции, экономический рост, динамичное 

развитие, экономика Азербайджана, приток капитала 



 

 


119 

 

ESSENCE OF DIRECT FOREIGN INVESTMENTS AND THEIR INVOLVEMENT 



INTO THE ECONOMY OF AZERBAIJAN  

 

L.V.ABISHLI 

 

SUMMARY 

 

The article analyzes the essence of direct foreign investments and comparison of their 



definitions by different international organizations. The  role of direct foreign investments in 

the  economy of the Azerbaijan Republic  is also studied.  Furthermore, the article  shows  the 

basic ways and motivations of involvement of direct foreign investments into the economy of 

poorly developed countries. 



 

Key words: foreign direct investment, economic growth, dynamic development, Azer-

baijan economy, capital flows 



Yüklə 225,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə