Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial-siyasi



Yüklə 111,99 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü111,99 Kb.
#26772


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Sosial-siyasi 

elmlər seriyası   

 

2014 

 

 



 

 

UOT – 342; 324.4; 342.8; 342.84; 324 



 

AZƏRBAYCANIN KONSTİTUSİYA TARİXİNDƏ  

XALQ HAKİMİYYƏTİNİN HÜQUQİ TƏNZİMİ 

 

C.A.SÜLEYMANOV 

Azərbaycan Respublikası DİN-in Polis Akademiyası 

jeyhunsa@hotmail.com 

 

Bəşəriyyətin tarixi hər bir xalq üçün böyük sərvətdir. Bu tarixi unudan cəmiyyət xoşbəxt 

gələcəyini təmin edə bilməz. Bu gün ictimai həyatın müxtəlif sahələrində geniş istifadə olunan 

demokratiya (xalq hakimiyyəti) məfhumu da qədim və zəngin tarixə malikdir. Antik dünyada 

yaranan  və  2500  ildən  çox  tarixi  olan  demokratiyanı  öyrənmədən  ona  iddia  etmək  düzgün 

olmazdı.  Bəşər  sivilizasiyasının  ayrılmaz  tərkib  hissəsi  olan  qədim  dövlətçilik  təcrübəsinə 

malik  Azərbaycan  xalqının  da  tarixində  demokratik  ənənələrin  formalaşması  və  bəşər  cə-

miyyətinin inkişafına böyük töhfə verməsi tarixi həqiqətdir. Ölkəmizdə demokratiyanın gələcək 

inkişafında,  qloballaşan  dünyada  Azərbaycanın  layiqli  yer  tutmasında  bu  ibrətamiz  tarixin 

öyr

ənilməsinin böyük əhəmiyyəti danılmazdır. 

 

Açar sözlər: xalq, hakimiyyət, seçkilər, xalq suverenliyi, demokratiya 

 

Çoxəsrlik  dövlətçilik  tarixinə  malik  olan  Azərbaycan  cəmiyyəti  qədim 



dövrlərdən  başlayaraq  bu  günə  qədər  zəngin  bəşəri  dəyərləri,  demokratik, 

humanist,  xeyirxah,  ədalətlilik  ənənələri  ilə  daimi  seçilmişdir.  Məsələn, 

qədimdə,  Manna  dövlətinin  ilkin  dövrlərində  dövlət  hakimiyyəti  sistemində 

mövcud  olan  Ağsaqqallar  Şurası  o  dövr  üçün  xarakterik  olan  qeyri-məhdud 

hökmdar  hakimiyyətinin  məhdudlaşdırılması  baxımından  önəm  daşıyırdı  və 

respublika  dövlət  idarəçilik  formasının  elementlərini  özündə  ehtiva  edirdi. 

Eləcə  də  şəhər  əhalisinin  hüquqlarının  müdafiəçisi  kimi  çıxış  edən  əxilər 

qardaşlıq  təşkilatının  mövcudluğunu,  o  cümlədən  orta  əsrlərdə  Azərbaycan 

ərazilərini əhatə edən Hülakilər dövlətinin ilkin dövrlərində dövlət başçılarının 

ali  Monqol  qurultayında  seçilməsini,  Səfəvilərin  hakimiyyəti  dövrlərində 

dövlət  idarəçilik  sistemində  məşvərətçi  statusa  malik  olan  “Məclisi-Əla”nın 

(Ali  Məclisin)  dövlət  həyatının  mühüm  məsələləri  ilə  bağlı  qərarların  qəbul 

edilməsində hökmdar iradəsinə təsirini müasir demokratik idarəçilik sisteminin 

elementləri  kimi  qiymətləndirmək  olar.  Azərbaycanın  çoxəsrlik  dövlətçilik 

tarixində yuxarıda qeyd olunan və digər demokratik ənənələrin mövcudluğuna 

 

21 




baxmayaraq  xalq hakimiyyəti termini  ilk dəfə olaraq Azərbaycan Xalq Cüm-

huriyyətinin 1918-ci il İstiqlal Bəyannaməsində öz hüquqi ifadəsini tapır.  

Bu  mühüm  tarixi  sənəd  Konstitusiya  aktı  statusuna  malik  olan  Azər-

baycan Cümhuriyy

ətinin ilk hüquqi sənədi idi.  

İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı (xalq 

cümhuriyyəti formasında) bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi 

ərazinin  hüdudları  müəyyənləşdirilmiş,  həmçinin  dövlətin  əsas  fəaliyyət 

prinsip

ləri öz əksini tapmışdı. Burada demokratik dövlətə məxsus atributların - 



hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının 

təmin edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi 

mənsubiyyətindən  asılı  olmayaraq  azad  inkişafı  üçün  şərait  yaradılması,  ən 

nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin dövlət fəaliyyətinin əsasını təş-

kil etməsinin  bəyan edilməsi  suveren, demokratik, hüquqi dövlət  yaradılması 

istəyini nümayiş etdirirdi.  

Azərbaycan  Cümhuriyyətinin  İstiqlal  Bəyannaməsində  göstərilir  ki, 

“...


Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cə-

nubi-


Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir 

dövlətdir.  Müstəqil  Azərbaycan  dövlətinin  idarə  forması  Xalq  Cümhu-

riyyətidir”.  

Xüsusilə  vurğulamaq  yerinə  düşər  ki,  bu  tarixi  sənəd  yalnız  xalqın 

hakimiyyətini bəyan etməklə məhdudlaşmır. Burada xalq hakimiyyətinin həya-

ta keçirilmə mexanizmləri də müəyyənləşdirilir. AXC Konstitusiya Aktı ölkədə 

xalq  hakimiyyətinin  həyata  keçirilməsinin  bilavasitə  və  nümayəndəli  forma-

larını təsis edirdi. Belə ki, Bəyannamənin 6-cı bəndində deyilir ki, “Müəssislər 

Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və 

Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur”. 

Konstitusiya Aktında bəyan olunan müddəaları reallaşdırmaq üçün Azər-

baycan Xalq Cümhuriyyətinin Milli Şurası parlamentin  yaradılması  haqqında 

qanun  və  1919-ci il iyulun 21-də  Azərbaycan  Xalq  Cümhuriyyətinin  parla-

menti - 


Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamə qəbul etmişdir. Bu 

əsasnaməyə  görə  Məclis  cinsindən  asılı  olmayaraq  20  yaşına  çatmış  bütün 

respublika  vətəndaşlarının  bərabər,  birbaşa  və  gizli  səsvermə  yolu  ilə  iştirak 

etdiyi seçkilər vasitəsi ilə seçməli idi (6, 285). 

AXC Konstitusiyasının qəbul edilməsində, dövlət quruculuğunda, qanun-

çuluğun  möhkəmləndirilməsində,  hüquq  institutlarının  təşəkkülündə  böyük 

əhəmiyyət kəsb edə biləcək Müəssislər Məclisinə seçkilər 1920-ci il aprelin 20-

nə  təyin  edilmişdi.  Lakin  1920-ci  ilin  yazından  başlayaraq  yaranmış  böhran 

seçkilərin keçirilməsinə imkan vermədi (6, 292). 

AXC dövründə qəbul olunan Azərbaycanın dövlət müstəqilliyi haqqında 

Konstitusiya Aktı, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti, hökuməti və 

bayrağı  haqqında  konstitusiya  xarakterli  qanunlar  və  digər  siyasi-hüquqi 

sənədləri müəyyən qədər Azərbaycanın Konstitusiya quruculuğunun başlanğıcı 

kimi  qiymətləndirmək  olar.  1920-ci il aprelin 28-də  Azərbaycan  Xalq  Cüm-

 

22 



huriy

yəti süquta uğradı, Azərbaycanda sovetlər hakimiyyəti quruldu və Azər-

baycan Sovet Sosialist Respublikası yarandı. 1921-ci il mayın 19-da I Ümum-

azərbaycan sovetlər qurultayında Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul 

edildi.  Bu  konstitusiya  sovetlər  ideyası  əsasında  fəaliyyət  göstərir,  Azər-

baycanda so

sializm cəmiyyətinin qurulmasını bir vəzifə olaraq qarşıya qoyur, 

respublikada sovet hakimiyyətinin qələbəsini, sovet hakimiyyətinin simasında 

proletariatın diktaturasını, torpaq, sənaye, bank və sairlərin milliləşdirilməsini 

qanuniləşdirirdi.  Konstitusiya  5  bölmə,  15  fəsil  və  104  maddədən  ibarət  idi. 

Azərbaycan SSR-in 1921-ci il Konstitusiyasının “Ümumi müddəalar” adlanan 

birinci bölməsində göstərilir ki, Azərbaycan SSR ərazisində bütün hakimiyyət 

şəhər  və  kənd  sovetlərində  birləşən  ölkənin  bütün  zəhmətkeş  əhalisinə 

məxsusdur. 

Azərbaycan  SSR-in 1921-ci  il  Konstitusiyası  ölkə  zəhmətkeşlərinin 

hakimiyyətini  bəyan edir və bu  hakimiyyətin  həyata keçirilməsində əsas rolu 

onlar  tərəfindən  seçilmiş  sovetlərə  aid  edirdi.  Burada  xalq  hakimiyyətinin 

bilavasitə  forması  olan  referendum  nəzərdə  tutulmurdu.  Bu  Konstitusiyaya 

görə zəhmətkeşlər hakimiyyəti 18 yaşına çatmış Azərbaycan SSR vətəndaşları 

tərəfindən seçilmiş sovetlər vasitəsilə həyata keçirilməli idi (2). 

Lakin həmin dövrün seçki qanunvericiliyinə görə, əhali bilavasitə yalnız 

kənd  və  şəhər  sovetlərini  seçirdi.  Seçkilər  isə  daha  çox  dekorativ  səciyyə 

daşıyırdı. 

Belə  ki,  sovetlərə  nümayəndələrin  göndərilməsi  bolşevik  kommu-

nistlərinin iradəsi əsasında müəyyən edilirdi. 

Azərbaycan SSR-nin 1921-ci il Konstitusiyasında xalq anlayışı, zəhmət-

keş anlamı ilə əvəz olunurdu. Zəhmətkeşlər deyəndə fəhlələr, əməkçi kəndlilər, 

öz əməyi ilə yaşayan, ev təsərrüfatları ilə məşğul olan və birincilərin məhsuldar 

əməyini  təmin  edən  vətəndaşlar  və  sovet  ordusunun  əsgər  və  matrosları 

nəzərdə tutulurdu. 

Yalnız bu kateqoriya şəxslərə seçkilər vasitəsilə öz hakimiyyətini həyata 

keçirmək  ixtiyarı  verilirdi. Əhalinin digər təbəqələri siyasi  hüquqlardan  məh-

rum  idi. Maddi  gəlir əldə etmək  məqsədi  ilə  muzdlu əməklə  məşğul olanlar, 

zəhmətsiz  gəlir  hesabına  yaşayanlar,  alverçilər,  kommersiya  vasitəçiləri, 

kapitalın faizləri, müəssisələrin gəlirləri hesabına yaşayanların seçki hüquqları 

məhdudlaşdırılırdı. 

O  cümlədən  dini  fəaliyyətlə  məşğul  olanlar,  keçmiş  polis  və  jandarm 

qüvvələrinin işçiləri də siyasi hüquqlardan məhrum edilirdilər. Bu dövrdə AXC 

dövründə məsul vəzifələr tutmuş şəxslərə, eləcə də müxtəlif partiyaların, siyasi 

cərəyanların  və  qrupların  üzvlərinə  qarşı  repressiv  tədbirlər  görülürdü.  Azər-

baycanda  yerləşən  Qırmızı  ordu  hissələrinin  bəzi  komandirləri  Azərbaycan 

hökumətinin  yerli  orqanları  ilə  hesablaşmır,  özlərini  əslində  müstəmləkəçilər 

kimi  aparırdılar.  Hədsiz  rekvizisiyalar,  müsadirələr,  mürtəce  əhval-ruhiyyəli 

hərbiçilərin  təhqiramiz  hərəkətləri,  milli  adət  və  ənənələrin  təhqir  olunması 

əhalinin müəyyən hissəsinin bolşeviklərə olan rəğbətini nifrətə çevirmişdi.  

 

23 




Azərbaycanda  fəaliyyət  göstərən  müxtəlif  siyasi  partiyalar  və  ictimai 

birliklər sıxışdırılır, onların üzvləri təqib olunurdu (6, 450) 

1936-

cı ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olundu. Bu Konstitusiya 



SSRİ-də istismarçı siniflərin və istehsal vasitələri üzərində xüsusi mülkiyyətin 

ləğv edildiyini, sosializmin əsaslarının qurulduğunu elan edirdi. 

Sonralar qeyd olunurdu ki, guya sosializmin bu konstitusiyada təsbit edil-

miş əsasları sovet xalqının sonrakı yaradıcı fəaliyyəti nəticəsində inkişaf etmiş 

sosializm cəmiyyətinin qurulması üçün təməl oldu. SSRİ-nin 1936-cı il Konsti-

tusiya  əsasında  1937-ci  il  martın  14-də  9-cu  fövqəladə  Ümumazərbaycan 

sovetlər qurultayı Azərbaycan SSR-in yeni Konstitusiyasını qəbul etdi. 

Yeni Konstitusiya 14 fəsil və 155 maddədən ibarət idi. Əvvəlki Konsti-

tusiyadan  fərqli  olaraq  Azərbaycanın  1937-ci  il  Konstitusiyası  bir  sıra  yeni 

fəsilləri – “ictimai quruluş”, “Vətəndaşların əsas hüquq və vəzifələri”, “Naxçı-

van MSSR-

in ali dövlət hakimiyyəti oraqnları”, “DQMV-nin dövlət hakimiy-

yəti orqanları”, “Məhkəmə və prokurorluq” adlanan fəsilləri ehtiva edirdi.  

Əvvəlki  Konstitusiyada  olduğu  kimi,  Azərbaycanın  1937-ci il Konsti-

tusiyasında demokratiya  və  xalq  hakimiyyəti terminlərindən  istifadə olunmur 

və  Azərbaycan  SSR-də  bütün  hakimiyyətin  Əməkçi  Deputatlarının  Sovetləri 

şəxsində şəhər və kənd əməkçilərinə məxsus olması bəyan olunurdu (3). Buna 

baxmayaraq  bu  Konstitusiya  Azərbaycan  SSR-in  əvvəlki  əsas  qanunundan 

fərqli  olaraq  zəhmətkeşlərin  hakimiyyətinin  tənzimi  sahəsində  bəzi  pozitiv 

müddəaları ilə fərqlənirdi. Belə ki, ilk dəfə olaraq, Azərbaycanın Konstitusiya 

tarixində bilavasitə demokratiyanın əsas institutu sayılan referendum, məhz bu 

konsti


tusiyaya  daxil  edilmişdir.  Azərbaycan  SSR-in 1937-ci il Konstitusi-

yasının 33-cü maddəsində deyilirdi ki, Azərbaycan SSR Ali Sovetinin Rəyasət 

Heyəti  bütün  xalqın  rəyini  soruşur,  referendum  keçirir  (3).  Lakin  1937-ci il 

Konstitusiyası burada referendumu ictimai rəy sorğusu ilə eyniləşdirirdi. Bu isə 

düzgün  sayıla  bilməz.  Belə  ki,  referendum  və  ictimai  rəy  sorğusu  fərqli 

müstəqil demokratiya institutlarıdır. 

Xalq hakimiyyətinin digər bilavasitə institutu sayılan seçkilərə gəldikdə 

isə  1937-ci il Konstitusiyasının  “Seçki  sistemi”  adlı  XII  fəslin  141-ci mad-

dəsində  qeyd  olunurdu  ki,  bütün  əməkçi  deputatları  Sovetlərinə:  Azərbaycan 

SSR  Ali  Sovetinə,  Naxçıvan  MSSR  Ali  Sovetinə,  DQMV  Sovetinə,  rayon, 

şəhər  kənd  sovetlərinə  deputatlar-seçicilər  tərəfindən  gizli  səs  verməklə 

ümumi, bərabər və müstəqil seçki hüququ əsasında seçilir. 

Bu  qanunda  bütün  hakimiyyət  orqanlarının  gizli  səsvermə  yolu  ilə 

ümumi, müstəqil və bərabər seçki hüququ əsasında təşkili nəzərdə tutulurdu.  

Yeni  seçki  sistemini  müəyyən  edən  Konstitusiyanın  müddəalarına 

müvafiq olaraq 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı milli, irqi, dini, 

cinsi  mənsubiyyətindən  asılı  olmayaraq,  sosial  və  əmək  vəziyyətindən,  təh-

silindən  və  keçmiş  fəaliyyətindən  asılı  olmayaraq  seçkilərdə  iştirak  etmək 

hüququna m

alik idilər. 21 yaşına çatmış şəxslərin Respublikanın Ali Sovetinə 

deputat seçilmək hüququ təsbit olunurdu. 

 

24 




Bundan  əlavə,  yeni  qanunla  qolçomaq  adlandırılan  varlı  kəndli  təbəqə-

sinin övladları, əvvəllər imtiyazlı olmuş zadəgan təbəqələrinin nümayəndələri 

ictimai-

faydalı  əməklə  məşğul  olduğu  və  vicdanla  çalışdığı  hallarda  yaşayış 

yeri  üzrə  rayon  icraiyyə  komitələri  tərəfindən  onların  seçki  hüquqları  bərpa 

olunurdu.  

Xalq hakimiyyəti kontekstində bu konstitusiyada olan yeniliklərdən biri 

də  əsas  qanunda  nəzərdə  tutulan  deputatın  geriyə  çağırılması  institutudur. 

Konstitusiyanın  150-ci  maddəsində  qeyd  olunurdu  ki,  hər  bir  deputat  öz  işi 

haqqında  və  zəhmətkeş  deputatlar  Sovetinin  işi  haqqında  seçicilər  qarşısında 

hesabat  verməyə  məcburdur  və  seçicilərin  çoxluğunun  qərarı  ilə  qanunla 

müəyyənləşdirilmiş qayda üzrə hər bir zaman geri çağırıla bilər (3). 

Həmin  dövrdə  yuxarıda  göstərilən  demokratiya  institutlarının  konstitu-

sion təsbiti nə qədər cəlbedici görünsə də, lakin istər seçkilər, sorğu, istərsə də 

deputatın geriyə çağırılması institutları konyuktur xarakter daşıyırdı. 

Azərbaycan  dövləti  və  onun  xalqı  SSRİ  imperiyasında  mövcud  olan 

kommunist  rejimindən,  zorakı  marksizm  və  leninizm  ideologiyasından  tam 

asılı  vəziyyətdə  idi.  Seçkilər,  rəy  sorğusu,  deputatın  geriyə  çağırılması  isə 

SSRİ-nin qeyri demokratik rejimini gizlətmək üçün bir pərdə rolunu oynayırdı. 

Bu Konstitusiyanın son  fəsillərinin  birində (XI  fəsil)  vətəndaşların  əsas 

hüquqları  nəzərdə  tutulsa  da  real  həyatda  isə  xalqımız  Stalin  diktaturasının 

terroruna 

məruz qalmışdır.  

XX əsrin 60-cı  illərinin sonunda kommunizm cəmiyyətinə sürətli keçid 

ideyası  tədricən  iflasa  uğramış,  70-ci  illərin  əvvəllərində  “inkişaf  etmiş 

sosializm”  cəmiyyəti  üçün  yeni  Əsas  Qanunun  işlənib  hazırlanması  zərurəti 

ortaya çıxmışdı. Layihəsi üzərində uzun işləmələrdən sonra 1977-ci il oktyab-

rın 7-də Sovetlər birliyində yeni, sayca üçüncü Konstitusiya qəbul edildi. 1978-

ci il aprelin 21-

də isə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci 

sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Bu Konstitusiya 

11  bölmə,  22  fəsil  və  185  maddədən  ibarət  idi.  Əvvəlki  konstitusiyalardan 

fərqli olaraq Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası öz müsbət və həmin 

dövr  üçün  cəsarətli,  mütərəqqi  müddəaları  ilə  seçilirdi.  Bu  Konstitusiyanın 

“Dövlət və şəxsiyyət” adlanan ikinci bölməsi vətəndaşların hüquq və azadlıq-

larının  genişləndirilməsi,  onların  yeni  məzmunla  və  əlavə  maddi,  hüquqi 

təminatlarla  zənginləşdirilməsi  ilə  səciyyələnirdi.  Ən  əsası  isə  ulu  öndər 

Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edən bu Qanunun gerçəkləşdiril-

məsi üçün ölkədə yaxşı zəmin yaradılmışdır.  

İlk  dəfə  olaraq  ölkəmizin  Konstitusiya  tarixində  “xalq  hakimiyyəti”  və 

“demokratiya”  terminləri  məhz  Azərbaycan  SSR-in 1978-ci il Konstitusiya-

sında qəbul olunmuşdur. Burada deyilirdi ki, Azərbaycan SSR-də bütün haki-

miyyət xalqa məxsusdur. Xalq dövlət hakimiyyətini Azərbaycan SSR-in siyasi 

əsası  olan  xalq  deputatları  sovetləri  vasitəsilə  həyata  keçirir  (4).  Həmin 

Konstitusiyanın  digər  maddəsində  isə  deyilir  ki,  sovet  dövlətinin  təşkili  və 

fəaliyyəti  demokratik  mərkəziyyət  prinsipinə:  aşağıdan  yuxarıyadək  bütün 

 

25 



dövlət hakimiyyəti orqanlarının seçkili olması, onların xalqa hesabat verməsi, 

yuxarı  orqanların  qərarlarının  aşağı  orqanlar  üçün  məcburi  olması  prinsipinə 

uy

ğun surətdə qurulur. 



İlk  dəfə  olaraq  məhz  bu  konstitusiyada  xalq  hakimiyyətinin  bilavasitə 

demokratiya  institutu  olan  referendum  düzgün  olaraq  ümumxalq  səsverməsi 

kimi təsbit edilmişdir (4). 

Bu Konstitusiyanın müsbət tərəflərindən biri də odur ki, o referendumu 

ictimai rəy sorğusundan və qanun, qərar layihələrinin müzakirəsindən fərqlən-

dirirdi,  həmçinin  referendumla  yanaşı  xalq  hakimiyyətinin  bilavasitə  demok-

ratiya forması sayılan qanun və qərar layihələrinin ümumxalq müzakirəsini də 

ehtiva edirdi. 

İlk dəfə məhz bu Konstitusiyada xalq hakimiyyətinin təmin olunmasında 

mühüm  rol  oynanan  vətəndaşların  petisiya  hüququ,  vətəndaşların  siyasi 

partiyalarda birləşmək hüququ kimi yeni siyasi hüquqlar bəyan olunurdu (4). 

Lakin bütün bunlara baxmayaraq bu konstitusiy

anı  hələ sovet məfkurə-

sindən,  marksizm-leninizm  ideologiyasından  azad,  müstəqil  Azərbaycan 

dövlətinin konstitusiyası adlandırmaq qeyri-mümkün idi. 

Bu  dövrdə  Azərbaycan  xalqının  suverenliyi,  dövlətimizin  müstəqilliyi 

SSRİ imperiyasının kommunist rejimli xarakteri ilə xeyli məhdulaşdırılırdı.  

Xalq  hakimiyyəti  bəyan  olunsa  da  onun  institutları  olan  referendum, 

seçkilər, deputatların geriyə çağırılması formal xarakter daşıyırdı, vətəndaşlara 

yalnız  bir  partiyada  -  kommunist  partiyasında  birləşmək  imkanı  verilirdi, 

sərbəst toplaşmaq azadlıqları ciddi təqib olunurdu. 

SSRİ imperiyasının məcburi ideologiyası, zorakılıq siyasəti Azərbaycan 

dövlətinin  tam  müstəqil  olması,  xalqın  suveren  hüquqlarını  təmin  etmək 

imkanlarını  xeyli  məhdudlaşdırırdı.  Bütün  bunlara  baxmayaraq  ulu  öndər 

Heydər  Əliyevin  Azərbaycanda  birinci  hakimiyyəti  illərinə  təsadüf  edən  bu 

Konstitusiya  və onun  əsasında ölkədə aparılan  siyasət - Azərbaycan  xalqının 

sosial-

iqtisadi,  mədəni  və  elmi-texniki  inkişafı,  vətəndaşların  maarifləndiril-



məsi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması ilə səciyyələnirdi. 

Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında bəyan olunan demokra-

tik  institutlar,  ölkəmizdə  dövlət  quruculuğu,  sosial-iqtisadi  və  mədəni,  elmi-

texniki sahələrdə görülən böyük işlər XX əsrin sonunda Azərbaycanda dövlət 

müstəqilliyinin  və  xalq  suverenliyinin  bərpa  olunması,  eləcə  də  demokratik 

institutların  yaranması  və  möhkəmləndirilməsi  üçün  əsaslı  zəmin  yaratmış 

oldu.  

XX əsrin sonunda beynəlxalq aləmdə baş verən mühüm hadisələr keçmiş 



s

ovetlər  məkanına  da  öz  təsirini  göstərdi  və  70  ildən  artıq  SSRI  dövlətinin 

tərkibində  yaşayan  xalqlar  öz  müstəqilliyi  uğrunda  mübarizəyə  başladı.  Bu 

proses 80-

cı  illərin  sonunda  xüsusilə  kəskinləşdi  və  sovetlər  dövlətinin 

dağılması  beynəlxalq  aləmdə  yeni  müstəqil  dövlətlərin  yaranmasına  səbəb 

oldu. Belə dövlətlərdən biri də Azərbaycan Respublikasıdır. 

 

26 




XX  əsrin  sonunda  SSRİ-nin  dağılmasının  labüdləşdiyi  bir  məqamda  – 

1991-ci il avqustun 31-

də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessi-

yasında  “Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyinin  bərpa  edilməsi 

haqqında  Bəyannamə”  qəbul  edildi.  Lakin  bu  dövrdə  Azərbaycan  xalqı  “de-

yure”  öz  müstəqilliyini  qəbul  etsə  də,  “de-fakto”  ölkədə  “marionet”  rejim 

yarandı.  18  oktyabr  1991-ci  il  tarixində  Azərbaycan  Respublikasının  Milli 

Şurası (Ali Soveti) dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. 

Lakin həmin dövrdə siyasi hakimiyyətdə təmsil olunan rəhbər şəxslər hələ də 

SSRİ-nin yenidən bərpa olunması ümidləri ilə yaşayırdı və bu Aktın referen-

dum

a  çıxarılmasını  bütün  səyləri  ilə  ləngidirdilər.  Yalnız  SSRİ-nin denonsa-



siyası  haqqında  müqavilə  imzalandıqdan sonra onlar  xalqın tələbi  ilə  Konsti-

tusiya Aktının təsdiqinin referenduma çıxarılmasına məcbur oldular.  

Xalqımız tərəfindən 29 dekabr 1991-ci ildə “Azərbaycan Respublikasının 

Dövlət  Müstəqilliyi  haqqında  Konstitusiya  Aktı”nın  təsdiq  edilməsi  respub-

likanın  müstəqil  dövlətçiliyinin  hüquqi  əsasını  möhkəmləndirdi.  Yeni  Kons-

titusiyanın  hazırlanması  üçün  başlanğıc  sayılan  bu  Akt  respublikanın  dövlət 

quruluşunun,  siyasi  və  iqtisadi  quruluşunun  əsaslarının  təsbitini  nəzərdə  tu-

turdu.  


Bu  Konstitusiya  Aktının  preambulasında  deyilir  ki,  Azərbaycan  Res-

publikasının  Ali  Soveti  Azərbaycan  Milli  Şurasının  1918-ci  il  mayın  28-də 

qəbul etdiyi İstiqlal  Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik 

prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq bu Aktı qəbul edir.  

Bu gün bəzi insanlar bu müddəaya əsaslanaraq belə bir fikir söyləyirlər 

ki, Azərbaycanda parlamentli respublika idarəçilik forması olmalıdır.  

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, Konstitusiya Aktı heç də hü-

quqi varisliyi nəzərdə tutmur, burada prinsip və ənənələrin varisliyindən söhbət 

gedir və bu prinsiplər hazırkı Konstitusiyamızda ehtiva olunur. Azərbaycanın 

yeni konstitusiya 

layihəsi hazırlanan zaman ulu öndər Heydər Əliyev belə bir 

fikir  söyləmişdir:  “Biz  Konstitusiyamızda  elə  bir  idarəetmə  forması  qəbul 

etməliyik ki, həm ümumbəşəri dəyərləri, xarici ölkələrin müsbət təcrübəsini, o 

cümlədən  Azərbaycan  xalqının  dəyərli  dövlətçilik  təcrübəsini  özündə  ehtiva 

etməlidir” (5).  

Digər  tərəfindən  ADR-in  tarixi  bizim  üçün  yalnız  burada  qəbul  olunan 

müsbət, demokratik ənənələri ilə deyil, həm də o dövrün çatışmazlıqlarının da 

öyrənilməsi üçün çox ibrətamizdir. ADR-in idarəçilik sistemində olan boşluq, 

qeyri  sabitlik,  ziddiyyətlər  ölkənin  müstəqilliyinin  zəifləməsinə  və  süqutuna 

xeyli  dərəcədə  öz  təsirini  göstərmişdir.  Elə  müasir  dövrdə  də  bəzi  xarici 

ölkələrin təcrübəsi göstərir ki, parlamentli respublika idarəçilik forması tez-tez 

hökum


ət böhranına səbəb olur.  

Hesab edirəm ki, yeni müstəqilliyini əldə etmiş dövlətlər üçün bu forma 

daha  çox  dərəcədə  qeyri  sabit  və  siyasi  böhranlarla  müşahidə  olunan  siyasi 

hakimiyyətin yaradılmasına səbəb ola bilər.  

 

27 



Azərbaycanda 1991-1993-cü illərdə mövcud olan siyasi böhran ölkəmizi 

ağır, qeyri-sabit vəziyyətə saldı, vətəndaş müharibəsi ilə üzləşdirdi və nəinki, 

konstitusiyanın qəbul edilməsi mümkün oldu, hətta müstəqilliyimizin itirilməsi 

təhlükəsi  yarandı.  Belə  bir  ağır  vəziyyətdə  xalqın  təkidli  tələbi  ilə  yenidən 

hakimiyyətə qayıdan Heydər Əliyevin böyük və yorulmaz siyasəti nəticəsində 

ölkədə  vətəndaş  müharibəsinin  qarşısı  alındı,  dövlət  müstəqilliyi  qorundu, 

erməni təcavüzünün qarşısı alınaraq atəşkəs əldə edildi. 1993-1994- cü illərdə 

ölkə daxilində baş verən terror aktlarının, dövlət çevrilişlərinə cəhdlərin qarşısı 

alındı və müstəqil Azərbaycan Konstitusiyasının qəbulu üçün zəmin yaradıldı. 

2 may 1995-

ci  ildə  Azərbaycan  Respublikasının  Milli  Məclisi  yeni 

Konstitusiya  layihəsini  hazırlayan  komissiyanın  tərkibini  təsdiq  etdi.  Dövlət 

komissiyası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni konstitusiyanın 

layihəsini hazırladı və bu layihə ümumxalq müzakirəsinə vermək üçün, 1995-ci 

il oktyabrın 15-də mətbuatda dərc edildi. Azərbaycan ictimaiyyəti yeni kons-

titusiya  layihəsinin  müzakirəsində  böyük  fəallıq  göstərərək  konstitusiya  layi-

həsinə  2450  təklif  verdi.  1995-ci  il  noyabrın  12-də  keçirilən  referendumda 

müstəqil  Azərbaycan  dövlətinin  ilk  Konstitusiyası  qəbul  olundu.  Bu  Kons-

titusiyanın  memarı  ümummilli  liderimiz  Heydər  Əliyevin  təbirincə  desək: 

“...Baxmayaraq ki, Azərbaycan xalqının 80 illik Konstitusiya tarixi vardır, bu 

gün  biz  müstəqil  Azərbaycanın  ilk  Konstitusiyasını  qəbul  etdik...”  (5). 

Ümumxalq səsverməsi bütün seçki dairələri üzrə səs verənlərin yüksək fəallığı 

şəraitində keçmişdir. Səsvermədə iştirak etmiş 3566277 seçicidən 3267538 nə-

fəri, yəni, 91,9 faizi təklifə “Hə” cavabı verərək müstəqil Azərbaycan Respub-

likasının  ilk  Konstitusiya  layihəsinin  qəbul  olunmasına  tərəfdar  çıxmışdır. 

Bel


əliklə,  Azərbaycan  xalqının  çoxəsrlik  dövlətçilik  taixində  müstəqil  dövlə-

timizin  ilk  Konstitusiyası  qəbul  olundu  və  27  noyabr  1995-ci  ildə  qüvvəyə 

mindi. 

Tariximizə  Heydər  Əliyev  Konstitusiyası  kimi  daxil  olan,  ölkəmizin 



siyasi-

iqtisadi  və  sosial-mədəni  həyatında  baş  verən  dəyişikliklərin  qanuni 

nəticəsi  olaraq  qəbul  edilən  Konstitusiyada  respublikamızın  müstəqilliyinin 

qorunub  möhkəmləndirilməsinə,  dövlətçiliyin  inkişafına,  insan  və  vətəndaş 

hüquqlarının təmin edilməsinə xüsusi diqqət ayrılmışdır. Konstitusiyamızın ən 

böyük  əhəmiyyəti  ondan  ibarətdir  ki,  o,  dövlətçiliyimizin  inkişafını  istiqa-

mətləndirməklə yanaşı, həm də xalqımızın uzun illər boyu həsrətində olduğu, 

ən nəhayət, ağır itkilər bahasına olsa da, əldə etdiyi və bu gün qətiyyətlə qoru-

mağa  və  inkişaf etdirməyə çalışdığı  suverenliyi  qanunvericilik  yolu  ilə təsbit 

etdi.  Dövlətimizin  Əsas  Qanunu  Azərbaycanın  beynəlxalq  aləmdə  bərabər-

hüquqlu subyekt olduğunu sübuta yetirdi və çoxəsrlik dövlətçilik ənənlərimizə 

əsaslanaraq,  yeni  demokratik,  hüquqi  və  dünyəvi  dövlətin  qurulmasına  geniş 

təminat verdi. 

Müstəqil  Azərbaycanın  1995-ci  il  Konstitusiyası  həm  daxili,  həm  də 

xarici strukturuna görə əvvəlki konstitusiyalardan əsaslı şəkildə fərqlənirdi. 

 

28 




Birincisi,  bu  müstəqil  dövlətin  konstitusiyasıdır  və  bu  əsas Qanun 

Azərbaycan xalqının suverenliyini bəyan edirdi.  

İkincisi, yeni konstitusiyamız marksizm – leninizm məfkurəsindən, kom-

munizmin-

totalitar rejimin təsirindən uzaq bir konstitusiyadır.  

Üçüncüsü, bu konstitusiya özündə həm insan hüquqları, xalq suverenliyi, 

hakimiyyətlər  bölgüsü,  parlamentarizm,  konstitusiya  məhkəmə  nəzarəti  me-

xanizmi,  Prezidentlik  institutu,  yerli  demokratiya  və  s.  kimi  ümumbəşəri 

dəyərləri,  həm də  xalqımızın dövlət quruculuğu  sahəsində əldə etdiyi  müsbət 

təcrübəni inteqrasiya edir.  

Dördüncüsü, bu konstitusiya birbaşa hüquqi qüvvəyə malikdir və özündə 

ehtiva  etdiyi  ümumbəşəri  dəyərlərin  real  təmin  olunma  mexanizmlərini 

müəyyən  edir.  Azərbaycanda  yaşayan  hər  kəs  konstitusiyada  təsbit  olunmuş 

hüquq və azadlıqlarının təmin olunmasını dövlətdən tələb edə bilər; 

Beşincisi, bu konstitusiya ümumxalq səsverməsi (referendumla) yolu ilə 

qəbul edilmişdir. 

İlk dəfə olaraq Azərbaycanın Konstitusiya tarixində ölkəmizin 1995-ci il 

Konstitusiyasında  xalq  suverenliyini,  xalq  hakimiyyətinin  həyata  keçirilməsi 

formalarını tənzimləyən “Xalq hakimiyyəti” adlı xüsusi bir fəsil yarandı. 

Xalq  hakimiyyətinin  əsaslarını  tənzimləyən  normaların  əsas  qanunun 

birinci  fəslində  yerləşdirilməsi  bir  daha  təsdiq  edir  ki,  Azərbaycanda  xalqın 

iradəsi, maraqları hər şeydən üstündür, alidir.  

Azərbaycan  Respublikasının  yeni  konstitusiya  layihəsini  hazırlayan 

komissiyanın  iyunun  5-də  keçirilən  ilk  iclasında,  yeni  konstitusiya  layihəsini 

hazırlayan  komissiyanın  sədri  Ümummilli  lider  Heydər  Əliyev  öz  nitqində 

qeyd edir ki, “K

onstitusiya  birinci  növbədə  dövlətin,  hakimiyyətlə  xalqın 

arasında olan  münasibətləri özündə əks  etdirməlidir. Hakimiyyət bölgüsü, ali 

icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə 

söykənməli,  seçkilər  yolu  ilə  təmin  olunmalıdır.  Dövlət  xalqın  işi  olmalıdır. 

Xalq  dövlət  üçün  yox,  dövlət  xalq  üçün  olmalıdır  və  bu  prinsiplər 

Konstitusiyamızın əsasını təşkil etməlidir” (5). 

Bu  gün  biz  qətiyyətlə  deyə  bilərik  ki,  ümummilli  liderimiz  Heydər 

Əliyevin  bu  ideyaları  həm  Konstitusiyamızın,  həm  də  dövlət  aparatının 

təşkilinin və fəaliyyətinin əsasını təşkil edir. 

Xalq  hakimiyyətinin  tənzimi  sahəsində  müstəqil  Azərbaycan  Respub-

likası Konstitusiyasının aşağıdakı fərqli xüsusiyyətlərini göstərmək olar:  

1)

 



burada 

xalq  hakimiyyətinin  hüquqi  əsaslarını  tənzimləyən  “Xalq 

hakimiyyəti” adlı yeni fəslin yaranması müşahidə olunur;  

2)

 



konstitusiya 

sosial hakimiyyətin bir növü kimi “xalq hakimiyyəti”nin 

mövcudluğu  faktını  bəyan  etməklə  məhdudlaşmır.  Əsas  Qanunda 

xalq hakimiyyətinin suveren xarakteri ifadə olunur;  

3)

 

yeni 



Konstitusiyada  “xalq”  anlayışının  hüquqi  definisiyası  verilir. 

Əsas  Qanunun  1-ci  maddəsinin  2  hissəsində  deyilir  ki,  Azərbaycan 

xalqı  Azərbaycan  Respublikasının  ərazisində  və  ondan  kənarda 

 

29 




yaşayan,  Azərbaycan  dövlətinə  və  onun  qanunlarına  tabe  sayılan 

Azərbaycan Respublikasının vətəndaşlarından ibarətdir;  

4)

 

ilk 



milli  Konstitusiyamız  xalqın  iradəsinin  ifadəsi  formasına  görə 

xalq  hakimiyyətinin  həyata  keçirilməsinin  iki  əsas,  bilavasitə  və 

nümayəndəli demokratiya formalarını fərqləndirir; 

5)

 



yeni 

Konstitusiya  xalq  hakimiyyətinin  həyata  keçirilməsinin 

aşağıdakı bilavasitə demokratiya institutlarını təsis edir: referendum, 

seçkilər, xalqın qanunvericilik təşəbbüsü hüququ; 

6)

 

xalq 



hakimiyyətinin nümayəndəli demokratiya formasına gəldikdə isə 

Azərbaycanın  yeni  Konstitusiyasında  parlamentarizm  institutuna 

mühüm yer verilmişdir; 

7)

 



İlk  dəfə  olaraq  Azərbaycanın  Konstitusiya  tarixində  yeni  Əsas 

Qanunda ölkəmizdə yerli demokratiyanın yaradılması bəyan edilir və 

yeni özünüidarəetmə sisteminin əsasları müəyyən olunur; 

8)

 



Xalq hakimiyyətinin toxunulmazlığı və onun mənimsənilməsinin yol-

verilməzliyi  məsuliyyəti  dövlətimizin  yeni  Konstitusiyası  səviy-

yəsində möhkəmləndirilmişdir. 

Yuxarıda qeyd olunan səciyyəvi cəhətlər  müstəqil  Azərbaycan  Respub-

likasının ilk milli Konstitusiyasının demokratik xarakterini bir daha təsdiqləyir. 

 

ƏDƏBİYYAT 

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2009.  

2. Azərbaycan Respublikasının 1921-ci il Konstitusiyası. www.preslib.az 

3. Azərbaycan Respublikasının 1937-ci il Konstitusiyası. www.preslib.az 

4. Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası. Bakı, 1980. 

5. Qanunçuluq №1-2. Bakı, 1996. 

6. Xəyyam İsmayılov: Azərbaycanın dövlət və hüquq tarixi. Bakı, 2006.  

 

ПРАВОВОЕ РЕГУЛИРОВАНИЕ НАРОДОВЛАСТИЯ В ИСТОРИИ  



КОНСТИТУЦИИ АЗЕРБАЙДЖАНА  

 

Дж.А.СУЛЕЙМАНОВ 

 

РЕЗЮМЕ 

 

В статье отмечается, что в истории Азербайджанского государства в 1921, 1937, 

1978  и  1995  годах  были  приняты  несколько  Конституций.  Однако  началом  истории 

юридической конституции нашего государства можно считать правовые акты конститу-

ционного характера, принятые в 1918-1920 гг. Азербайджанской Демократической Рес-

публикой. Впервые в истории нашей страны термин «народовластие» был юридически 

закреплен в Конституционном Акте о независимости Азербайджана от 1918 года. 

После лишения государственной независимости и образования Советской власти 

в 1921, 1937 и 1978 годах были приняты конституции АССР. 

Среди вышеуказанных законов, особо следует выделить Конституцию 1978 года, 

которая отличается некоторыми прогрессивными идеями в области регулирования основ 

народовластия. 

 

30 



В  конце  ХХ  века  после  обретения  государственной  независимости  в  1995  году 

была  принята  новая  конституция  Азербайджанской  Республики,  которая  содержит  от-

дельную главу относительно регулирования основ народовластия, основных форм осу-

ществления  народного  суверенитета.  Согласно  данной  конституции  единственным  ис-

точником государственной власти в Азербайджане является народ Азербайджана. 

 

Ключевые слова: народ, власть, выборы, народный суверенитет, демократия  



 

THE LAWFUL REGULATION OF PEOPLEPOWER IN THE HISTORY 

 OF AZERBAIJAN CONSTITUTION  

 

J.A.SULEYMANOV 

 

SUMMARY 

 

The  article  shows  that  several constitutions were adopted in the history of Azerbaijan 

government in 1921, 1937, 1978 and in 1995. However, the beginning of the juridical constitu-

tion of our state is considered the legal acts of constitutional character adopted in 1918-1920 by 

the Azerbaijan Democratic Republic. For the first time in the history of our country the term 

“people’s  power” was juridically  fixed  in the Constitutional Act  about the Independence of 

Azerbaijan in 1918. 

Constitutions of the  Azerbaijan Soviet Socialist Republic were adopted in 1921, 1937 

and 1978 after the formation of the Soviet state. 

The Constitution of 1978 is more remarkable with its progressive ideas in the field of 

the regulation of people’s power.  

The new constitution of the Independent Azerbaijan Republic was adopted at the end of 

the XX century, after the Republic regained its independence. All the Azerbaijani people took 

active parts in the discussion of the Draft of the present Constitution. 

According to the new Constitution all power was given to the people, to all the citizens 

of Azerbaijan and the Constitution guarantees equal rights to all the citizens of the Azerbaijan 

Republic. 

 

Key words: people, power, elections, sovereignty, democracy 

 

 

 



 

 

 



31 

Yüklə 111,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə