Baki universitetiNİn xəBƏRLƏRİ №1 Sosial



Yüklə 63,07 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü63,07 Kb.
#42668


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1   

 

Sosial-

siyasi elmlər seriyası   

 

2015 

 

 

 

 

 

UOT 343.9 

 

PSİXİ ANOMALİYALI CİNAYƏTKARIN  

ŞƏXSİYYƏTİ – HÜQUQİ VƏ TİBBİ MEYARLARI 

 

K.N.SƏLİMOV*, G.Ç.GƏRAYBƏYLİ**,  

A.R.RƏSULOV***, T.Z.RZAYEV*** 

Bakı Dövlət Universiteti*  

Azərbaycan Tibb Universiteti** 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi***  

1 nömrəli Respublika Psixiatriya Xəstəxanası 

dr.rzayev@hotmail.com 

 

Hazırki məqalədə son 10 ildə Azərbaycanda anlaqlılığı istisna etməyən vəziyyətdə, yəni 



məhdud anlaqlı vəziyyətdə, cinayət törətmiş şəxslərin şəxsiyyəti, törətdikləri əməllər və onlarda 

daha  çox  rast  gəlinən  psixi  pozuntular  araşdırılmışdır.  Müəyyən  olunmuşdur  ki,  cəmiyyətdə 

psixi  anomaliyalı  şəxslərin  cinayət  əməlinə  təhrik  olunması,  onlardan  qrup  üzvləri  kimi  "is-

tifadə olunma" halları az deyildir (47,8%). Bundan başqa həmin şəxslərin törətdikləri sosial 

təhlükəli əməllərin xarakterini tədqiq etdikdə müəyyən olunmuşdur ki, cinayətin törədilməsində 

əsas motivlərdən biri də ətrafdakılar tərəfindən kiçik bir təhqir və ya iradlar olmuşdur. Bunlar 

isə  ümumilikdə  psixi  pozuntulu  şəxslərin  digərləri  tərəfindən  hər  hansısa  bir  sosial  təhlükəli 

əmələ  istiqamətləndirmə  kimi  qiymətləndirilə  bilər.  Həmçinin  cəmiyyətdə  cinayətə  meylli 

qrupların psixi anomaliyalı şəxslərdən sosial təhlükəli əməllərin törədilməsində "istifadə olun-

ma"  halları,  həmin  insanların  gələcəkdə  cinayətə  meylli  şəxsiyyət  kimi  formalaşmasına  təsir 

göstərir. 

 

Açar sözlər: məhdud anlaqlılıq, psixi anomaliyalar, cinayətkarın şəxsiyyəti 

 

Hüquq  mühafizə  orqanları  hələ  ki,  psixi  patologiyalı  şəxslərlə  işlərin 



həyata keçirilməsi, onlar tərəfindən cinayətlərin törədilməsinin qarşısının alın-

ması, həmin cinayətlərin istintaqı və məhkəmə baxışı, həmçinin bu cür patolo-

gi

yalı məhkum olunmuş şəxslərin islahı üzrə zəruri tövsiyyələrə malik deyillər 



[2, 3, 4]. 

Bununla bağlı psixi anomaliyalara malik olan cinayətkarın şəxsiyyə-

tinin  öyrənilməsinə  ehtiyac  yaranır.  Bundan  əlavə,  Azərbaycan  Respublikası 

“İnsan hüquqları xartiyası”, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi 

haqqında Avropa konvensiyası” kimi beynəlxalq paktlara qoşulmuşdur, onların 

müddəaları  Azərbaycan  Respublikasının  Konstitusiyasına  (maddə151)  əsasən 

prioritet hesab edilir. Həmçinin bu tədqiqat üçün “İşgəncənin və qeyri-insani 

 

21 




və  ya  ləyaqəti  alçaldan  rəftarın  və  ya  cəzanın  qarşısının  alınması  haqqında 

Avropa Konvensiyası” mühüm əhəmiyyət kəsb edir. 

Məhbusların sosial və psixoloji adaptasiyası probleminə həsr olunan, el-

mi ədəbiyyatın analizi göstərdi ki, cinayətkarlığın sosial hal kimi araşdırılması, 

səbəbləri  və  onunla  mübarizə  sahəsində,  həmçinin  sosioloji  və  kriminaloji 

sahələrdə  kifayət  qədər  təcrübə  toplanılmışdır.  E.Dyurkgeym, P.Sorokin, 

R.Merton,  T.Parsons,  Z.Freyd  və  başqalarının,  cinayətkarlığın  sosiologiyası 

sahəsindəki araşdırmalarını klassik hesab etmək olar [1, 6, 9]. 

Psixi anomaliyalı cinayətkarın şəxsiyyət problemini cinayət mexanizmin-

də  tədqiq  edərkən,  biz  onu  cinayətkarın  şəxsiyyətinin  ümumi  xarakteristika-

sından ayırmırıq. Cinayətkarın şəxsiyyətinin tədqiq edilməsi problemi inzibati 

xarakter daşıyır. O, cinayət-hüquqi elmləri, kriminalistika, kriminologiya və s. 

elmlərin çərçivəsində öyrənilir. 

Anlaq


lılığın  məhdud  olması  problemində  aktual  yeri  Y.M. Antonyan, 

Q.V.  Nazarenko,  İ.A.  Kudryavtsev,  S.  Şişkov  tərəfindən  aparılan  tədqiqatlar 

tutur.  Psixiatr  və  psixoloqlar  arasında  bu  problem  üzrə  ən  məşhur  işlərin 

müəllifləri sırasında P.B. Qannuşkini, Q.V. Morozovu, B.V. Şostakoviçi, V.N. 

Kud

ryavtsevi və digərlərini göstərmək olar [10] 



Psixi  anomaliyalara  malik  olan  cinayətkarın  şəxsiyyətinin  kriminoloji 

xarakteristikası  üçün  törədilmiş  cinayətlə  şəxsiyyət  arasında  qanunauyğun 

əlaqələrə işarə edən, çoxsahəli əlamətlərdə - qanunsuz, cəmiyyət üçün təhlükə 

törədən  hərəkətin  nəticələrində  təzahür  edən  elementlərin  müəyyən  edilməsi 

zəruridir. Bu mənada, psixi anomaliyalara malik olan cinayətkarın şəxsiyyətini 

yalnız əlamət əmələ gətirən obyekt – törədilmiş cinayət haqqında informasiya 

mənbəyi kimi deyil, həmçinin, onun istintaqı və açılması üçün mühüm vasitə 

kimi öyrənmək lazımdır. 

Cinayətkarın şəxsiyyəti – şəxsiyyətin mahiyyətini, onu xarakterizə edən 

əlamətlərin, xüsusiyyətlərin, əlaqələrin və münasibətlərin mürəkkəb komplek-

sini, onun inkişaf prosesində təzahür edən və sosial və fərdi həyat şəraitindən 

götürülən, bu və  ya digər dərəcədə cinayətin törədilməsinə və  gizlədilməsinə 

təsir göstərən əxlaqi-psixoloji və mənəvi durumunu ifadə edən anlayışdır. 

Əksər hallarda narkotik vasitələrdən istifadə edən cinayətkarlar psixopa-

tik  xüsusiyyətlərə  malik  olurlar  [5,  8].  Bu  xüsusiyyətlər  daha  çox  psixi  ano-

maliyalara malik olan cinayətkarların şəxsiyyətləri üçün səciyyəvidir. 

Hüquqi  tənzimləmənin  çətinlikləri  anlaqlılıq,  anlaqsızlıq  və  məhdud 

anlaqlılıq  institutlarının  kompleks,  elmi-nəzəri  araşdırmalarının  (Cinayət-hü-

ququ, Kriminologiya, Psixologiya, Psixiatriya, Fəlsəsfə və s. aspektlərində) ki-

fayət qədər olmamasından irəli gəlir. İndiyə qədər anlaqlılıq-anlaqsızlıq və bu 

cinayət-hüquq  anlayışlarının  yeni  inzibati  qanunvericiliklə  əlaqələndirilməsi 

elmdə araşdırılmamışdır [7]. 

Anlaqlılığı  istisna  etməyən  psixi  pozuntu  halında  cinayət  törədən  şəxs-

lərlə münasibətdə, Azərbaycan Respublikasnın məhkəmə-istintaq təcrübəsinin 

 

22 



tədqiqi  və  ümumiləşdirilməsinin  nəticələrinə  görə,  tərəfimizdən  aşağıdakılar 

müəyyən edilmişdir. 

Məlumdur  ki,  təbabətdə  anlaqlılığın  məhdud  olmasının  meyarı  tibbi 

meyar


dır, yəni anlaqlılığı istisna etməyən psixi pozuntu, həmçinin psixi vəziy-

yət cinayətin törədilməsi anına cinayətkar davranışın motivasiyasına təsir gös-

tərir və istintaq zamanı şəxslərin davranışını müəyyən edir. 

Məqalədə  istifadə  olunmuş  materiallar  əsasən  Azərbaycan  Respublikası 

Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının məcburi 

müalicə  şöbələrində  müalicədə  olan  xəstələr  və  həmin  xəstəxananın  arxiv 

məlumatlarından və AR SN Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin arxiv 

materiallarından götürülmüşdür. 

Tədqiqat zamanı əsasən anamnezin analizi, kliniki-psixopatoloji və məh-

kəmə-psixiatrik qiymətləndirilmə, sosial-kriminoloji analiz, metodlarından isti-

fadə olunub.  

Belə ki, qeyd olunan 10 il ərzində AR SN 1 saylı Respublika Psixiatriya 

Xəstəxanasında AR CM-nin 22-ci maddəsi ilə məcburi müalicəyə göndərilmiş 

şəxslərin tibbi və kriminal anamnezinin tədqiqi göstərmişdir ki, həmin şəxslə-

rin böyük əksəriyyəti 25-34 yaş qrupu arasında, orta təhsilli, ailəli, işləməyən 

şəxslər  olmuşdur.  Eyni  zamanda  irsiyyəti  30,4%  hallarda  psixi  xəstəliklərlə 

ağırlaşmış, psixonevroloji dispanserdə qeydiyyatda olmaqla, 65,2% halda əv-

vəllər  psixi  pozuntudan  əziyyət  çəkən  və  30,4%  halda  anamnezdə  keçirilmiş 

kəllə beyin travmasının olması müəyyən olunmuşdur. Spirtli içki qəbul edən-

lər,  narkotik  maddə  qəbul  edənlərdən  daha  çoxluq  təşkil  etmişdir.  Bu  da  öz 

növbəsində cinayət hadisəsinin məhdud anlaqlı vəziyyətdə törədilməsində tibbi 

anamnestik göstəricilərin, eyni zamanda zərərli vərdişlərin rolunun az olmadı-

ğının göstəricisidir.  

Bu  qrup  şəxslərin  kriminal  anamnestik  göstəricilərinə  görə  isə  60,9%-i 

ilk dəfə cinayət məhsuliyyətinə cəlb olunmuş və 52,2% tək halda, qalan 47,8% 

isə  qrup  halında  cinayət  əməli  törətmiş  şəxslər  olmuşdur.  Buradan  da  aydın 

olur ki, cəmiyyətdə psixi anomaliyalı şəxslərdən hər hansısa bir cinayət əməli-

nin həyata keçirilməsində, onlardan "istifadə olunma" halları da az deyildir. 

İbtidai istintaq prosesində aparılan dindirmələr zamanı 12 şəxs (52,2%) 

təqsirləndirilən  şəxs  əməllərindən  peşman  olduqlarını  bildirmiş,  11  şəxs 

(47,8%) isə əksinə peşmançılıq hissini keçirmədiyini bildirmişdir, lakin onlar 

da həmin əməli törətdiklərini etiraf etmişlər. 5 şəxs (21,7%) hətta bunu zəruri 

addım kimi qiymətləndirmişlər; 8 şəxs (34,7%) öz günahını etiraf etməmiş, 4 

şəxs (17,4%) günahını qismən etiraf etmiş, 11 şəxs (47,8)% isə cinayət əmə-

linin törədilməsini tam olaraq etiraf etmişlər. Cinayət işlərinin mütləq əksəriy-

yətində 20 təqsirləndirilən şəxsin (87%) psixi pozğunluğu bərədə məlumatlar 

ibitdai  istintaq  zamanı  müəyyən  edilmişdir,  cinayət  işlərinin  3  şəxsdə  (13%) 

psixi kənarlaşmalar haqqında məlumatlar cinayət işlərinə məhkəmə baxışı za-

manı müəyyən edilmişdir. Bununla bağlı, ibtidai istintaqın ilkin mərhələsində 

 

23 




təqsirlərindirilən şəxsin psixi natamamlığının müəyyən edilməsi problemi əhə-

miyyət kəsb edir. 

Həmin  şəxslərin  törətdikləri  əməllərin  xarakterinə  gəldikdə  isə  əsasən 

ölüm və ya ölümə cəhd, sağlamlığa zərər vurma, xuliqanlıq, oğurluq və narko-

tik 

vasitələrin  istifadəsi  olmuşdur.  Bu  hal  onu  göstərir  ki,  bir  qayda  olaraq, 



həmin  şəxslərin  psixi  durumu  kifayət  qədər  dayanıqsızdır.  Yəni  ətrafdakılar 

tərəfindən  kiçik  bir  təhqir  və  ya  irad,  eyni  zamanda  onların  psixi  pozuntulu 

şəxs  olduqlarını  nəzərə  alaraq  digərləri  tərəfindən  hər  hansısa  bir  sosial  təh-

lükəli  əmələ  istiqamətləndirmə  -  psixi  anomaliyalara  malik  şəxslərdə  qeyri-

adekvat aqressiya reaksiya

sı yaradır. Qeyd olunan faktlar isə mahiyyət etibarı 

ilə onların gələcəkdə şəxsiyyətə və cəmiyyətə qarşı cinayət əməli törətməsinə 

səbəb ola bilir. 

Quldurluq kimi cinayət işlərində psixi anomaliyalara malik olan məhkum 

olu


nmuş şəxslərin bütün hallarda bu cinayətlər başqa şıxslərlə əlbir olmaqla tö-

rədilmişdir. Tərəfimizdən tədqiq edilən məhkum olunmuş şəxslərin kateqoriya-

larının cinayət qrupundakı rolu, mahiyyət etibarı ilə cinayətlərin və quldurluq 

əməllərinin təşkilatçıları tərəfindən müəyyən edilən rol funksiyalarının icrasına 

gətirib çıxarırdı.  

Şəxsiyyətə qarşı törədilən cinayətlər barədə cinayət işləri ilə tanışlıq gös-

tərdi ki, təqsirləndirilən şəxslər əvvəlcədən cinayətin törədilməsinə hazırlıq iş-

ləri görməmişlər. Bütün hallarda cinayət əməli münaqişənin – davanın, savaş-

ma

nın, zərərçəkmiş şəxslər tərəfindən təhqirin baş verməsi anında törədilmiş-



dir.  Psixi  anomaliyalara  malik  olan  şəxslərin  davranış  xarakterinin  mahiyyət 

etibarı ilə onların psixi xəstəliyinin diaqnozu ilə izah edilməsi faktı diqqət cəlb 

edir. Bu cür davranış əsasən üzvü mənşəli və digər qrup şəxsiyyət pozuntuları 

(psixopatiyalar) üçün səciyyəvidir. 

Tədqiq  edilən  məhkum  olunmuş  şəxslərdə  bu  və  ya  digər  psixi  pozun-

tuları aşkar edən məhkəmə-psixiatrik ekspertizalarının nəticələri üzrə məlumat-

lar aşağıdakı kimi olmuşdur (Cədvəl 1). 

Cədvəl 1 



XBT-

10 üzrə diaqnozlar cədvəli 

F0  Üzvi psixi pozuntular 

39,2% 

F2 

Şizofreniya, şizotipik və sayıqlama pozuntuları 



8,7% 

F3 

Əhval-ruhiyyə pozuntuları (Affektiv pozuntular) 



4,3% 

F6 

Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozuntuları 



43,5% 

F7 

Ağıl zəifliyi (kəmağıllıq) 



4,3% 

XBT-

10* Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı 

 

Cədvəldən də göründüyü kimi, məhdud anlaqlı şəxslər arasında daha çox 



rast  gəlinən müxtəlif tipli şəxsiyyət pozuntuları və üzvü mənşəli (baş beynin 

travma və ya digər xəstəlikləri nəticəsində yaranmış) pozuntular təşkil edir. 

Beləliklə,  aparılan  tədqiqatlar  əsasında  müəyyən  olunmuşdur  ki,  anlaq-

lılığı istisna etməyən vəziyyətdə cinayət törətmiş şəxslərdə rast gəlinən yuxarı-

 

24 



da  göstərilən  psixi  pozuntular  təyin  olunmuş  məcburi  müalicə  tədbirlərindən 

son


ra psixi vəziyyətlərindən asılı olmayaraq (istər məcburi ambulatoriya müşa-

hidəsinə ehtiyac olduqda, istərsə də ehtiyac olmadıqda) 81,7% halda CÇM-nə 

göndərilirmişdir.  

Bununla yanaşı, qalan cəmi 18,3% şəxs məhkəmə qərarı əsasında yaşayış 

yeri  üzrə  məcburi  ambulatoriya  müşahidəsi  və  psixiatr  müalicəsinə  göndəril-

mişdir. Bunun da səbəbi həmin şəxslərin törətdikləri cinayət əməlinə görə məh-

kəmə tərəfindən qısa müddətə təyin olunmuş cəza müddətinin bitməsi olmuş-

dur.  Beləliklə  də  hər  bir  halda  cəzaçəkmə  müəssisələrində  məhkum  edilmiş 

şəxslər  arasında  ambulator  qaydada  psixiatrik  yardımın  təşkil  olunması məq-

sədəmüvafiqdir. 

 

Nəticələr: Beləliklə, aparılan analizlər aşağıda göstərilən nəticələrə gəl-

məyə əsas verir. 

1.

 

M



əhdud  analaqlı  vəziyyətdə  cinayət törətmiş  psixi  anomaliyalı  şəxslər 

anlaqsız vəziyyətdə cinayət törətmiş psixi pozuntusu olan şəxslərdən fərqli 

olaraq tör

ətdiyi əməlin mahiyyətini dərk edərək, öz günahını qismən və ya 

tam etiraf edir, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini bildirirlər. 

2.

 



Eyni zamanda qeyd etm

ək  lazımdır  ki,  anlaqlılığı  istisna  etməyən vəziy-

y

ətdə  (məhdud  anlaqlı)  cinayət törətmiş  şəxslərdə  rast gəlinən psixi po-



zuntular öz nozoloji göstr

əricilərinə görə daha çox müşahidə olunan şəxsiy-

y

ət  pozuntularıdır  ki,  bu  da  öz  növbəsində  digər xroniki ruhi xəstəliklərlə 



b

ərabərləşdirilməyən və  uzun müddətli müalicə  tələb etməyən psixi po-

zuntulardır. 

3.

 



C

əmiyyətdə  cinayətə  meylli  qrupların  psixi  anomaliyalı  şəxslərdən sosial 

t

əhlükəli əməllərin törədilməsində "istifadə olunma" halları, həmin insanla-



rın gələcəkdə cinayətə meylli şəxsiyyət kimi formalaşmasına təsir göstərir. 

 

ƏDƏBİYYAT  

1.

 



Аргунова Ю. Н. Вопросы принудительного лечения ограниченно вменяемых лиц // 

Независимый психиатрический журнал, 1999, №4, с. 40–43. 

2.

 

Зайцева О.В. Рецидивная преступность лиц с психическими отклонениями: Дис. ... 



канд. юрид. наук: 12.00.08. М.: РГБ, 2003, 253 c. 

3.

 



Колесниченко  А.Н.  Научные  и  правовые  основы  расследования  отдельных  видов 

преступлений: Автореф. дисс. д-ра юрид. наук. Харьков, 1967, 27 с. 

4.

 

Корецкий Д.А., Тулегенов В.В. Криминальная субкультура и ее криминологическое 



значение. СПб.: 2006, 243 с. 

5.

 



Рубинштейн С.Л. Бытие и сознание. М.: 1957, 327 c.. 

6.

 



Семенцова И.А. Уголовная ответственность лиц с психическим расстройством, не 

исключающим  вменяемости:  автореф.  дис.  ...  канд.  юрид.  наук  /  И.А.  Семенцова. 

М.: 1999, 14 с. 

7.

 



Судебная медицина. Лекции заслуженного профессора С.А.Легонина. М.: 1894, с. 15. 

8.

 



Философская энциклопедия. Т.3, М.: Советская энциклопедия. 1964, 584 c. 

9.

 



Шибутани Т. Социальная психология. РнД.: 1998, с.483-502 

10.


 

Шишков С. О принудительном лечении осуждённых с психическими аномалиями // 

Российская юстиция, 1998, № 4, с. 49–50. 

 

25 




ЛИЧНОСТЬ ПРЕСТУПНИКА С ПСИХИЧЕСКОЙ АНОМАЛИЕЙ –  

ПРАВОВЫЕ И МЕДИЦИНСКИЕ КРИТЕРИИ  

 

К.Н.САЛИМОВ, Г.Ч.ГЕРАЙБЕЙЛИ, А.Р.РАСУЛОВ, Т.З.РЗАЕВ 

 

РЕЗЮМЕ 

 

В  настоящей  статье  рассматриваются  личности,  деяния  и  наиболее  часто  встре-

чаемые  психические  нарушения  лиц,  совершивших  преступления  в  состояниях,  не  ис-

ключающих вменяемость, т.е. в состоянии ограниченной вменяемости в течение послед-

них  10  лет  в  Азербайджане.  Было  установлено,  что  в  обществе  немало  случаев,  когда 

лица с психическими аномалиями подстрекаются на преступное деяние, «пользуют» ими 

как  членов  группы  (47,8%).  Кроме  того,  при  расследовании  характера  совершенных 

этими  лицами  социально  опасных  деяний  было  установлено,  что  одним  из  основных 

мотивов совершенных преступлений были незначительные оскорбления или замечания 

окружающих, что в целом могут быть оценены как направление лиц психическими от-

клонениями другими лицами на какое-либо социально опасное деяние, в том числе слу-

чаи  «пользования»  группами  с  преступной  наклонностью  лиц  с  психическими  анома-

лиями в совершении социально опасных деяний влияет также и на формирование в бу-

дущем этих людей как личностей с преступными наклонностями. 



 

Ключевые  слова:  ограниченная  вменяемость,  психические  аномалии,  личность 

преступника  

 

IDENTICAL – LEGAL AND MEDICAL CRITERIA  

OF OFFENDERS WITH PSYCHOLOGICAL ANOMALIES 

 

K.N.SALIMOV, G.Ch.GARAYBAYLI, A.R.RASULOV, T.Z.RZAYEV  

 

SUMMARY 

 

The paper studies the identity, acts and psychological disorders of persons having 

commited crimes under the states of limited responsibility within the last 10 years in Azerbai-

jan.  It was determined that, instigation  of persons with psychological anomalies  to criminal 

action in the community and their “use” as members of group are not rare (47,8%). Moreover, 

the analysis of the character of socially risky actions procreated by those persons showed that

one of the main motives in procreation of crime was a slight insult or criticizm.  

 

Key words: limited responsibility, psychological desorder, identity of offenders  

 

 



 

 

26 



Yüklə 63,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə