178
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
T
əbiət elmləri seriyası
2012
COĞRAFİYA
UOT 911.2
TÜRYANÇAY
QORUĞUNUN EKOLOJİ ŞƏRAİTİ VƏ ONUN
YAXŞILAŞDIRMA YOLLARI
T.O.
İBRAHİMOV*, N.N.İSMAYILOV**
Bakı Dövlət Universiteti*, MAKA-nın Ekologiya İnstitutu**
tahir1946”mail.ru
M
əqalə Türyançay qoruğunun müasir landşaftının tədqiqinə həsr olunub. Həmçinin
m
əqalədə qoruğun təbii şəraiti və ekoloji vəziyyətini yaxşılaşdırma yolları da şərh olunur.
Açar sözl
ər: landşaft, qoruq, relikt meşə, ardıc ağacı.
Hazırda respublikamızda bitki və heyvanat aləminin elə növləri vardır
ki, onların nəsli kəsilmək və azalmaq üzrədir. Bunun qarşısını almaq üçün
1958-ci ilin may
ayının 6-da Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsa-
s
ən yaradılmış Türyançay Dövlət Qoruğu məhz bu baxımdan böyük əhəmiyyət
da
şıyır.
Qoruğun sahəsi 12356 hektardır. Şimaldan Üçüncü dövr yaylası cənub-
dan is
ə Şirvan düzü ilə sərhədlənərək, yarımsəhra, yarımbozqır və bozqır bit-
kil
ərdən ibarət böyük bir tala əmələ gətirir. Ərazinin qərb sərhədi Əlicançay-
dan
başlayıb, ensiz zolaq şəklində (5-6 km) şərqə tərəf uzanaraq (35-40 km)
Türyançayda
qurtarır.
Qoruqda Üçüncü dövr
florasından qalmış relikt ardıc və saqqız ağacla-
rından ibarət seyrək meşələr mühafizə olunur. Bu meşələr ərazidə bütöv mas-
siv
şəklində olmayıb, ayrı-ayrı sahələr şəklində dağ tirələrinin şimal, şimal-
şərq və şimal-qərb yamaclarında, suayrıcı hissələrində, dərələrin kənarlarında,
çay
ların terraslarında, 200-600 metr yüksəklikdə çox mürəkkəb relyef şəraitin-
d
ə inkişaf etmişdir. Cənub yamacların aşağı hissələrində isə ardıc, saqqız
ağaclarına və bəzi kol bitkilərinə tək-tək qruplar şəklində rast gəlinir. Həm də
onlar
əyri gövdəli və ya budaqları yerə yatmış halda olurlar.
Qoruqda ümumi
meşə sahəsi 7504 hektardır. Bundan 4666 hektarı meşə
il
ə örtülmüş sahədir. Həmin sahənin də 92,4%-i ardıc ağaclarından ibarət
179
meşəlikdir. Ardıc ağaclarında üstün yeri orta yaşlı, saqqız ağaclarında isə
cavan
ağaclıqlar tutur. Ümumiyyətlə, ardıc ağaclarının cavan, saqqız ağacları-
nın isə yetişməkdə olan, yetişmiş və yaşı ötmüş növləri yoxdur. Bu meşəliklə-
rin boniteti dördüncü v
ə beşinci, doluluğu isə 0,38-dir.
T
əsvir etdiyimiz bu relikt meşələri bir növ Üçüncü dövr florasının
“muzeyi” v
ə yaxud “yadigarı” adlandırmaq olar. Geobotaniki tədqiqatlara görə
vaxtil
ə bu meşələrin Şərqi və Cənubi Qafqazda, respublikamızda isə Üçüncü
dövr
yaylasında və Qobustanda geniş sahədə yayılması ehtimal olunur. Bunu
Bin
əqədidə, Pirallahı adasında, Salyan şəhəri yaxınlığında tapılmış Dördüncü
dövr çöküntül
ərində qırlaşmış ardıc meşələrinin qalıqları və eləcə də Qobus-
tanda bu gün
ə qədər qalan ardıc ağacları sübut edir. Hazırda Mil düzündə
qalmış tək saqqız ağacı, Qarabağ düzündəki Sultanbud saqqız meşəsi, eləcə
d
ə Samuх rayonu yaxınlığında qazıntı və tapıntıları da göstərir ki, həmin
sah
ələrdə bu meşələr geniş areal əmələ gətirmişlər. Xüsusilə Mingəçevir su
anbarının yaradılması ilə əlaqədar olaraq xeyli sahədə ardıc və saqqız ağacları
su
altında qalmışdır. Bütün bunlar göstərir ki, gələcəkdə bu meşələrin ta-
mamil
ə azalması qorxusu vardır.
Qoruq
meşəliyində ən qiymətli ağac, hündürlüyü 6-7,5 metr, kök boğa-
zında diametri isə 35 sm-ə çatan pulcuqlu və iynəli ardıc ağaclarıdır. Pulcuqlu
ardıcların ağıriyli və çoxmeyvəli, iynəli ardıcların isə qırmızı meyvəli növləri
vardır. Ümumiyyətlə, respublikamızda bitən 6 növ ardıcın 4 növünə qoruq
ərazisində rast gəlinir. Bunlar əsasən gövdələrinin quruluşuna, yarpaqlarına
(iyn
ələrinə), meyvələrinin rənginə və s. əlamətlərinə görə bir-birindən fərqlə-
nirl
ər. Onların bəziləri piramida, bəziləri isə yerə sərilmiş və ya sürünən for-
ma
sında olurlar. Meyvələrinin qırmızımtıl, göyümsov, iynələrinin yaşılaçalan,
gü
müşü, oduncağının isə kərpici rəngi olur. Meyvələri çox gec, adətən ikinci
ild
ə yetişir.
Ardıc uzunömürlü ağac olub, min ildən çox yaşayır. Onun oduncağının
asan
mişarlanması, yaxşı yonulması və pardaxlanması, 400-500 il çürüməməsi
v
ə s. xüsusiyyətləri vardır.
Ərazidə ardıc əsas meşəəmələgətirən ağac cinsidir. Onun güclü kök sis-
temi, böyük
susaxlayıcı və torpaqqoruyucu əhəmiyyəti vardır. Elastikli və
xoşa gələn balzam iyli oduncağı isə olduqca qiymətlidir. Onun oduncağından
h
ələ qədim zamandan bəri tikintidə, kömüründən isə dəmirçilik sənətində
istifad
ə olunmuşdur. İndi də bu ağacın oduncağından Cənubi Qırğızıstanın
yüks
ək dağlıq zonalarında tikinti, yanacaq materialı kimi və bəzən musiqi
al
ətlərinin hazırlanmasında geniş istifadə olunur.
Ümumiyy
ətlə, sənayedə ardıc ağacının bütün hissələrindən istifadə olu-
nur. Onun
taxtası, qatranı, yarpaqları (iynələri), meyvəsi və s. xalq təsərrüfa-
tında, təbabətdə efir yağı istehsalında, yeyinti və boya sənayesində işlədilən
çox qiym
ətli xammaldır.
180
Ardıcın budaqları iynələri və qoza meyvələrinin tərkibində 5%-ə qədər
efir
yağı vardır. Bu təbabətdə ən qiymətli və az tapılan xammal hesab olub,
müalic
ə işlərində geniş istifadə olunur.
Ardıcın qozalarının (meyvələrinin) tərkibində əsasını qlükoza təşkil edən
40%-
ə qədər şəkər vardır. Keçmiş SSRİ-nin Avropa hissəsində bitən adi
ardıcın iynələri maldarlıqda vitaminli yemləmə kimi işlədilir.
A
rdıc meşələrinin səhiyyə–gigiyena əhəmiyyəti əvəzedilməzdir. Bir
hektar
ardıc meşəsinin ayırdığı fitonsid maddələri böyük bir şəhərin havasını
t
əmizləmək və bir çox zərərverici mikroblardan zərərsizləşdirmək qabiliyyətinə
malikdir. Ümumiyy
ətlə, ardıcın iynələrinin buraxdığı fitonsidlər havanı zərərli
ionlardan t
əmizləyir, insanı bir sıra mikrobların zərərli təsirindən qoruyaraq,
müxt
əlif xəstəliklərin müalicə olunmasında orqanizmə əlverişli təsir göstərir.
Qoruqda
əhəmiyyətinə görə ikinci yeri saqqız ağacları tutur. Saqqız da
ardıc kimi quraqlığa davamlı və nisbətən torpağa az tələbkardır. Hazırda möv-
cud olan
saqqız ağaclarının xeyli hissəsi əvvəlki meşə quruluşu hesabatlarında
yoxdur. Bu da onu göst
ərir ki, bu ağacların təbii bərpası ardıca nisbətən daha
intensiv gedir. Xüsusil
ə qoruq yaradıldıqdan sonra ərazinin şimali-qərb
hiss
əsində saqqız ağacları daha sürətlə çoxalır.
Qoruğun ikinci böyük əhəmiyyətli sahəsi onun faunasıdır. Burada
sürün
ənlərin 10, quşların 93, məməlilərin isə 11 növü yaşayır. Quşların bir də
xeyirli c
əhəti ondadır ki, onlar toxumları bir yerdən başqa yerə aparmaqla təbii
b
ərpanın inkişafında insanların yaxın köməkçisi olublar. Sürünənlərdən isə ən
xeyirlisi z
əhərli gürzədir. Son zamanlara kimi ən «zərərli» sayılan gürzənin
z
əhərindən indi təbabətdə ən qiymətli dərman kimi istifadə olunur. Həm də
maraqlı burasıdır ki, qoruqda yaşayan sürünənlərin əksəriyyəti və quşlardan
əsasən kəkliklər burada mövcud olan divarşəkilli «bedlend» sahələrdə
yaşamağa uyğunlaşmışlar.
Qeyd etm
ək lazımdır ki, qoruğun torpaqlarının da, faunasının da gələcək
taleyi bu relikt
meşələrdən asılıdır. Akademik H.Ə.Əliyev göstərirdi ki, «Əgər
Bozdağın ardıc və saqqızağacı meşəsi olmasaydı, ağappaq mərmər kimi parıl-
dayan gill
ər eroziya nəticəsində çoxdan əriyib itmişdi». Əlbəttə, torpağı və
bitki örtüyü
pozulmuş ərazidə heyvanat aləmi də ya kasıblaşar və yaxud da
tamamil
ə yox olar.
Qoruğun relikt ardıc və saqqız meşələri respublikamızın florasının
tarixind
ən xəbər verir. Bu meşələr relyefi kəskin parçalanmış, quru iqlim olan
bu yerl
ərə xüsusi gözəllik verir, torpaq eroziyasının qarşısını alır. Bəzən adam
60-70 d
ərəcədə meylliyi olan sıldırımlı yamaclarda, yay aylarında temperatu-
run 40 d
ərəcəyə qədər çatdığını gördükdə təəccüblənir ki, bu ağaclar nə qədər
quraq
lığa davamlı və torpağa tələbkardır.
Hazırda qoruq ərazisində meşəbitmə şəraiti o qədər də əlverişli deyildir.
Xüsusil
ə ardıc ağaclarının bütün növlərində təbii bərpa zəif gedir. Həmin
ağacların bol toxum verməsinə baxmayaraq, toxumların bir hissəsi torpağın
üz
ərinə düşdükdə rütubətin çatışmazlığından quruyur, digər hissəsi isə,
181
xüsusil
ə çoxmeyvəli ardıcların toxumlarının göbələk xəstəlikləri ilə zədələn-
m
əsi cücərməyə mənfi təsir göstərir. Başqa bir səbəb də, çox meylli yamaclar-
da
düşən toxumlar çox vaxt səthi axının təsirinə məruz qalaraq, dərə və çay
yataqlarına doğru aparılır.
T
əbii bərpanın inkişafına mənfi təsir göstərən amillərdən biri də qoruq
ərazisinin şimaldan və həm də cənubdan otlaq sahələri ilə əhatə olunmasıdır.
Doğrudur qoruq yaradıldıqdan sonra ağac, kol və ot örtüyünün tərkibi xeyli
yaxşılaşmış, su və külək eroziyasının inkişafı xeyli dərəcədə zəifləmişdir.
Lakin bununla b
ərabər ərazinin şimal-şərq hissəsində Vladimirovka və
Astraxanovka
yaşayış məntəqələri tərəfdən və cənubdan bütün sərhədboyu
Oğuz rayonunun otlaq sahələrinin yerləşməsi qoruq rejiminin pozulmasına
s
əbəb olur. Odur ki, həmsərhəd rayon təşkilatları və qoruq rəhbərliyi qoruq
rejiminin
pozulmasına qarşı geniş kütləvi-izahat işləri aparmalı, bilərəkdən
qoruqda qanunsuz h
ərəkət edənlərə qarşı isə ciddi tədbir görməlidirlər.
Əvvəllər ərazinin cənub sərhədi boyu yerləşmiş yaşayış məntəqələrinin
əhalisi də qoruq ərazisində yanacaq kimi istifadə etmək üçün qırıntı aparmışlar.
Lakin son ill
ərdə həmin yaşayış məntəqələrinə qaz kəməri çəkilmiş, əhalinin
yanacağa olan ehtiyacı təmin edilmiş, bu da meşəqırmanı xeyli azaltmışdır.
H
ələ vaxtilə AMEA-nın Coğrafiya İnstitutunda xeyli elmi-tədqiqat işləri
yerin
ə yetirilmişdir. Bununla əlaqədar olaraq görülmüş işlərdən biri də mərhum
akademik H.
Ə.Əliyevin rəhbərliyilə Türyançay qoruğunda aparılmış irimiqyaslı
torpaq-eroziya t
ədqiqatının başa çatdırılmasıdır. Tədqiqatın nəticəsində irimiq-
yaslı (1:25000) torpaq – eroziya xəritələri tərtib edilmiş və əlaqədar təşkilatlara
t
əqdim olunmuşdur. Həmin xəritələr və verilmiş təkliflər ərazidə mövcud relikt
meşələrin mühafizəsini, bərpasını yaxşılaşdırmaq və torpaq örtüyündən daha
s
əmərəli istifadə olunmasına kömək etmək üçün dəyərli vəsaitdir.
Aparılmış tədqiqatların nəticəsində verilmiş bəzi təklifləri, qoruğun bu
günü v
ə gələcəyi haqqında fikirləşərək çıxardığımız mülahizələrlə birləşdirib,
qoruğun ekoloji şəraitini yaxşılaşdırmaq məqsədilə aşağıdakı məsləhətləri
tövsiy
ə edirik.
1.
Ərazinin şimal-qərb hissəsinin təbii sərhədi mal-qaranın qoruq
ərazisinə daxil olmasına imkan verir. Həm də şimal-şərq hissədən və bütün
c
ənub sərhədi boyu mal-qaranın qoruq ərazisində otarılması müşahidə edilir.
Bizim fikrimizc
ə həmin ərazilərdən otlaq sahələri kimi istifadəni ləğv etməklə
v
ə eləcə də mal-qara binələrini köçürməklə qoruğa olan antropogen təsirlərin
qarşısını qismən almaq olar.
2.
Türyançaydan şərqə doğru uzanan, qoruğun təbiətinə tamamilə oxşar
olan ardıc və saqqız meşələrilə örtülmüş ərazinin də meşə təsərrüfatının
tabeliyind
ən alınıb Türyançay dövlət qoruğuna birləşdirilməsi məqsədəuyğundur.
3.
Ərazinin hər iki çaydan (Türyançay, Əlicançay) kənarda yaşayan hey-
vanat al
əmi sudan korluq çəkir. Bir neçə azsulu bulaqlar (Dadibulaq, Duzlubu-
laq, Süleymand
ərəsi bulağı və s.) onların ehtiyacını ödəmir. Ona görə də çox
vaxt k
əkliklər və bəzi heyvanlar ərazinin cənub hissəsindən keçən suvarma
182
kanallarına (Şirvan kanalı, Ərəbbəsrəarx, Saqqızarx, Ərəbocaqarx və s.) su
içm
əyə gəlirlər. Belə vəziyyət bəzən onların ovlanması ilə nəticələnir. Bunun
qarşısını almaq üçün qoruq ərazisinin orta hissəsinə Ərəbocaq kəndinin yaxın-
lığından keçən Şirvan kanalından su kəməri çəkmək burada ekoloji şəraiti yax-
şılaşdırmağa zəmin yaradar.
Göst
ərilən tədbirlər həyata keçirilərsə, keçmişimizdən qalmış yadigar
s
ərvətimizi bir əmanət kimi saxlayıb, gələcək nəslə çatdırmaqla təbiətə müna-
sib
ətdə öz borcumuzu yerinə yetirmiş olarıq.
ƏDƏBİYYAT
1.
Банников А.Г., Рустамов А.К. Охрана природы. М.: Колос, 1977, с.206.
2.
Budaqov B.
Ə.Təbiəti qoruyaq, Bakı: Elm, 1977, 73 s.
3.
Əliyev H.Ə., Həsənov X.H. Təbiətin keşiyində, Bakı: Maarif, 1993, 310 s.
4.
Заповедники Кавказа. М.: Мысль, 1990, с.366.
5.
İbrahimov T.O. Landşaftı qoruyaq, Bakı: Mars-Print, 2003, 220 s.
6.
İbrahimov T.O. Azərbaycanın qoruqları, Bakı: BDU, 2008, 155 s.
7.
İbrahimov T.O. Azərbaycan qoruqlarının landşaftı, I hissə, Bakı: Mars-Print, 2010, 336 s.
8.
İbrahimov T.O. Azərbaycan qoruqlarının ekoloji problemləri, I hissə. Bakı: Mars-Print,
2011, 256 s.
9.
Труды заповедников Азербайджана. М.: Лесная промышленность, 1965. в. 254 с.
10.
Труды заповедников Азербайджана. М.: Лесная промышленность, 1967. в.2, 143 с.
ЭКОЛОГИЧЕСКИЕ УСЛОВИЯ ТУРЬЯНЧАЙСКОГО
ЗАПОВЕДНИКА И ПУТИ ИХ ОПТИМИЗАЦИИ
Т.О.ИБРАГИМОВ, Н.Н.ИСМАИЛОВ
РЕЗЮМЕ
Статья посвящена исследованию экологических условий Турьянчайского запо-
ведника. Были проанализированы экологические условия основных охраняемых видов
фауны и флоры. А также рассмотрены проводимые в настоящее время природо-
охранные мероприятия. Предложен план действий, направленный на сохранение эколо-
гических условий охраняемых в заповеднике реликтовых видов растений и животных.
Ключевые слова: ландшафт, заповедник, экологические, условия, реликт.
ECOLOGICAL
CONDİTİONS OF TURYANCHAY RESERVE AND
WAYS OF THEIR OPTIMIZATION
T.O.IBRAHIMOV, N.N.ISMAYILOV
SUMMARY
The article is devoted to the research of ecological conditions of Turyanchay reserve.
Ecological conditions of the protected species of fauna and flora have been analysed. The present
nature protection actions are considered as well. The plan of action directed to preserve ecological
conditions of relic kinds protected in reserves of plants and animals is offered.
Key words: landscape, natural reserves, ecological, conditions, relic
Редаксийайа дахил олду:1 0
.02.2012 г.
Чапа имзаланды
: 29.03.2012 г.
Dostları ilə paylaş: |