Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml



Yüklə 82,76 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü82,76 Kb.
#23051


 

133 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2013 

 

 



 

 

UOT 94(3) 

 

YUNAN MƏSKƏNLƏRİ VƏ RİZƏ QIZ QALASI 

 

A.

Ə.MEHDİYEVA 

Az

ərbaycan Dövlət Pedaqoji Universiteti 

ayten-69@mail.ru 

 

Q

ədim zamanlardan müxtəlif tarixi abidələrlə zəngin olan Türkiyə ərazisində yerləşən 

Riz

ənin Pazar mərkəzindəki Qız qalası xüsusilə fərqlənir. Quru ilə tədricən əlaqəni itirən kiçik 

bir yarımadada inşa olunan bu qala qədim ilahələrə həsr edilmişdir. Lakin ideologiyalar və 

dinl

ərin dəyişməsi  Qız  qalasının  xarakteri  və  mahiyyətinin bütünlüklə  dəyişməsinə  səbəb 

olmuşdur. 

 

Açar sözl

ər: Milet, Delfa orakulu, yunan məskənləri, Qara dəniz sahilləri, Qız qalası, 

Batum 


 

Q

ədim “yunan möcüzəsi” hesab olunan Böyük yunan kolonizasiyası (e.ə. 



VIII-VI 

əsrlər) yunanlar və digər xalqların tarixində mühüm rol oynamışdı. Bu 

prosesd

ə  yunanlar Egey dənizi hövzəsindən  başlayaraq  Aralıq  və  Qara dəniz 



sahill

ərində  ümumi  əhalisi 1,5-2 milyon nəfər olan yüzlərlə  koloniyanın 

(apoykiya) 

əsasını  qoymuşdular.  Bir  neçə  istiqamətdə  aparılan  məskunlaşma 

prosesind

ə şimal-şərq istiqamətində baş verən hadisələr, xüsusilə fərqlənmişdi. 

Bu zaman varlı yunan şəhəri Milet aparıcı rol oynamışdı. Milet məskunlaşma 

prosesind

ə 80 [1, 77], 90 [2, 42] və hətta 100-dən artıq [3, 96-97] məntəqə və 

kolo


niyanın  əsasını  qoymuşdu.  Miletin  kolonizasiya  prosesində  fəal  iştirakı 

onunla izah edilir ki, bu prosesd

ə  iştirak  edənlərin tərkibində  yalnız  Milet 

v

ətəndaşları deyil, həmçinin Milet koloniyalarının əsasının qoyulmasını özləri 



üçün 

əlverişli sayan digər yunan şəhərlərinin  əhalisi də iştirak edirdi [3, 99]. 

Bir çox Qara d

əniz  sahili  şəhərlərinin  Miletin  koloniyası  olması  iqtisadiyyat, 

siyasi  quruluş,  sosial  struktur  və  mədəniyyətdə  oxşar  cəhətləri  formalaşdır-

mışdı. Bu prosesi doğuran səbəbləri araşdıran ingilis tədqiqatçısı Obri Qvinn 

antik mü

əllif Fukididin (I,10,2) məlumatına  əsaslanaraq göstərirdi ki, ilk 

ioniyalı kolonistlər Miletdən çıxdıqları zaman Yunanıstanda hələ şəhərlər yox 

idi, 


əhalinin əksəriyyəti kəndlərdə yaşayırdı, ölkənin  iqtisadi həyatında ticarət 

v

ə sənətkarlıq aparıcı rola malik deyildi. E.ə.VIII  əsrdə salınan koloniyaların 



tarixini öyr

ənən müəllifə görə, məhz erkən koloniyalar və onların metropoliya-

ları  arasında  ticarət  əlaqələri  sonrakı  ticarət  əlaqələrinin  yaranmasına  səbəb 



 

134 


olmuşdu. Fikrini sübut etmək üçün o, Milet və Sinop arasında münasibətlərə 

müraci


ət etmişdi. Belə ki, koloniyanın əsasının qoyulduğu zaman Milet ticarət 

m

ərkəzi kimi yenicə formalaşmağa başlayırdı [4, 12]. Dövrünün gözəl şəhərlə-



rind

ən olan Sinopun əsasını  qoyan  miletli  dənizçilər  bu  şəhərdə  tamamilə 

möhk

əmləndikdən sonra Qara dənizin müxtəlif sahillərini mənimsəmək üçün 



buraya kolonistl

ər göndərməyə  başladılar  [5,  3].  Bu  yolla  öz  koloniyaları  ilə 

t

əmasda olan Sinop və onun formalaşdırdığı sistemə qoşulan Amis qədim dövr-



d

ə  yaxşı  tanınan,  müxtəlif  metallarla zəngin  olan  rayonları  mənimsəyir və 

Qara d

əniz  bazarlarına  müxtəlif məhsullar  ixrac  edirdi.  İri  istehsal  və  tranzit 



ticar

ət mərkəzləri kimi bu şəhərlər Şərqi Aralıq dənizi sahili dövlətlər, Ön Asi-

ya, Misir, Kiçik Asiya, C

ənubi Qafqaz, Egey dənizi adaları, Balkan yarımadası 

v

ə Pont ölkələri ilə əlaqə saxlayırdı. 



Bu prosesl

ərdə yenilikləri müsbət qarşılayan, təşəbbüskarlığı baxımın-

dan f

ərqlənən  İoniya  sivilizasiyasının  Şərqlə  Avropa  arasında  aralıq  mövqe 



tutması müxtəlif tikililərdə, şəhər planlarında, hətta dini-mənəvi dəyərlərdə öz 

əksini  tapmışdı.  Bunu  əsas götürən R.Y.Vipper göstərirdi ki, kolonizasiya 

prosesi olmasaydı, Yunanıstan tarixi olmazdı [4, 3]. E.ə.V-IV əsrlərdə Qara də-

niz sahili polisl

əri Egey mərkəzləri olan Milet, Afina və Samosun nüfuz dairəsi-

n

ə daxil idi [6, 3]. Digər yunanlara nisbətən Şərqə yaxın olan ioniyalılar coğrafi 



bilikl

ərə  əsaslanaraq Qərbi  Avropadan  çıxan  ilk  məskunlara çevrildilər. Xarici 

oxşarlığa  əsaslanan,  yunan  memarlığında  daha  çox  təkrarlanan  Şərq təsiri 

Herodotun bu t

əsirə öz heyranlığını bildirməsinə səbəb olmuşdu [7, 78-79].  

 

Yunan şəhər-dövlətləri koloniyaların yerini müəyyən edərkən dövrünün 



böyük nüfuz sahibi Delfada yerl

əşən Apollon orakuluna müraciət edirdi. Xəri-

t

ədə  yunan məskənlərinin yerləşmə  qanunauyğunluqlarına  diqqət yetirdikdə, 



Delfa orakullarının bilik və zəkasının yüksək səviyyədə olması barədə təsəvvür 

yaranır: bu proses olduqca planauyğun və hərtərəfli düşünülmüş şəkildə aparıl-

mışdı [2, 39].   

Antik dövrd

ə  gələcəyi görmə  formalarından  biri  kahin-orakulun  allahın 

adından xəbər verməsi sayılırdı. Geniş mənada xəbərin verildiyi yer və ya mət-

nin özü d

ə orakul kimi qəbul edilə bilərdi. Delfa pifiyası istisna olmaqla, qədim 

orakullar kişilərdən seçilirdi. Orakullar Yunanıstana Qədim Şərq ölkələrindən 

g

əlmişdilər. Onlardan ən qədimi Meroe (Misir) orakulu hesab olunurdu. Mero-



ed

ən sonra Fiv (Misir) və Ammonlu Zevsin (Liviya) orakulu gəlirdi [8]. Yuna-

nıstanda Dodon, Delfa orakulları böyük nüfuz sahibi sayılırdı. Herodota görə, 

Elladanın ən qədim orakulu Dodon şəhərində (Epir) olmuşdu (I 46; II 52, 55, 

57) [9, 27, 128-129]. Güman ki, o, yunanlar Elladaya g

ələnə qədər yaranmışdı. 

Yunanlar onu Torpaq ilah

əsi Geya ilə bağlamışdılar. Ən qədim orakullar xto-

nik ibad

ətlə bağlı idi. Elida, Piza və Kritdə Zevs orakulları, Kolofon yaxınlığın-

da v

ə Delosda Apollon orakulları fəaliyyət göstərirdilər. Yunan allahları arasın-



da  Şərq panteonundan götürülən  allahların  özünəməxsus  yeri  olmuşdur. 

Bunlardan Afrodita v

ə Apollonu xüsusi qeyd etmək lazımdır [10, 106]. Miletdə 

yerl


əşən Branxid orakulu həm Apollon, həm də Artemida ilə bağlı idi. Orakula 


 

135 


sivillalara (xüsusil

ə  Eritreya və  İtaliyada  Kumey)  aid  kəlamlar da daxil idi. 

Ellinizm dövründ

ə  yunan  dünyasının  sərhədlərində  yerləşən sivillalar orakul-

larla r

əqabət aparırdılar [11]. 



Qeyd etdiyimiz kimi, 

Böyük yunan kolonizasiyası dövründə yunanların 

f

əal xarici siyasəti mədəni əlaqələr və dini təsəvvürlərin yerli inamlar əsasında 



gen

işlənməsinə  və  yeni allahların  yaranmasına  səbəb  olurdu.  Çoxsaylı  şəhər-

dövl

ətlərə parçalanan Yunanıstanda vahid panteonun olmaması, hər bir polisin 



öz mifl

əri və allahlar iyerarxiyasının olması ilə yunan mifoloji sistemi mürək-

k

əb xarakter alırdı. Eyni zamanda şəhərlərin Delfa, Delos və b. dini mərkəz-



l

ərlə siyasi ittifaqı vahid allahlar panteonunun yaranması, oxşar mifoloji süjet-

l

ərin  formalaşması  və  s.  şərait  yaradırdı.  Belə  dini-mifoloji  qaydaların  əsas 



götürüldüyü Yunanıstanda Zevsin iradəsini insanlara çatdıran Apollonun adı ilə 

bağlı çoxsaylı orakullar var idi. Onların arasında xüsusi fərqlənən Delfada yer-

l

əşən Apollon orakulu ilə Oykumenanın hər yerindən gələn insanlar məsləhət-



l

əşirdilər.  

Antik dövrd

ə çox tanınan orakul dünyanın omfalı (mərkəzi) hesab olunan 

Delfada yerl

əşirdi. Burada işıq (günəş) allahı Apollon ilan Pifona qalib gələrək 

özünün orakulunu yerl

əşdirmişdi.  Orakulların  qeyri-adiliyi  onların  qapı  kimi 

q

əbul  olunmasında  idi  [11].  Pifiya  adlanan  kahinələr məbədin yerləşdiyi 



ərazidən çıxan qazlarla nəfəs alaraq trans vəziyyətinə düşdükdə onun dedikləri 

əsasında qoyulan problemin mümkün həlli yolları barədə “məlumat verilirdi”. 

Bu hadis

ələrin həqiqətə uyğunluğu haqqında birmənalı nəticə çıxarmaq çətinlik 

yaradır. Belə ki, orakulların mühakimələrinin arxasında kifayət qədər real hadi-

s

ələr dayanırdı. Onlar yalnız gələcəyi “açmır”, müdrik nəticələr çıxara bilmə-



dikl

əri  zaman  allahların  adından  insanları  idarə  edirdilər. Hakimiyyət nüma-

y

əndələri dövlət işlərini idarə edə bilmədikdə orakulların xidmətindən istifadə 



edirdil

ər. Ona görə  yunan tarixində  orakullar siyasi institutlar kimi fəaliyyət 

göst

ərirdilər.  



Böyük yunan kolonizasiyası dövründə yunanlarda mədəni əlaqələrin və 

dini t


əsəvvürlərin  genişlənməsi ilə  yanaşı  ümumi  allahların  yaranması  baş 

verirdi [10,  106-107]. Buna baxmayaraq, yunan mifoloji-dini sistemi Q

ədim 

Yunanıstanda  vahid  panteonun  olmaması,  hər  bir  şəhər-dövlətin öz mif  və 



allahlar sistemini yaratması vəziyyəti daha da gərginləşdirirdi. Yalnız şəhərlə-

rin dini-ibad

ət mərkəzləri ilə (Delfa, Delos və b.) siyasi ittifaqları vəziyyəti də-

yi

şirdi.  Mühüm  işlərə  başlamazdan  əvvəl  yunan  şəhər-dövlətləri  başçıları  və 



çarların məsləhətləşdikləri orakullar siyasi baxımdan pərakəndə halda yaşayan 

yu

nanlarda milli birlik şüurunun qorunub saxlanılması və ümumyunan tədbirlə-



rinin keçirilm

əsində mühüm rol oynayır, kənd təsərrüfatını himayə edir, yeni 

torpaqların tutulmasına rəhbərlik edirdilər. Bu mürəkkəb sistem Yunanıstan və 

onun  koloniyalarında  özünəməxsus kahinlər sisteminin yaranmasına  səbəb 

oldu. Yunanlar allahlar al

əmi ilə insanlar arasında əlaqə yaradan, ibadət edən

qurbanverm

ə  və  digər adətləri həyata keçirənləri  kahin  adlandırırdılar.  Lakin 

Yunanıstanda kahinlər, Şərq ölkələrindəki kimi, ayrıca bir təbəqə kimi forma-



 

136 


laşmadı. Cəmiyyətdə kahinlərə hörmətlə yanaşılır, onların müəyyən cins, yaş, 

m

ənşəyi və  yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olması, müəyyən hərəkət-



l

ərdən çəkinməsi tələb edilsə də, kahinlik ömürlük deyildi, xüsusi hazırlıq tələb 

etmirdi, qeyri-adi bilikl

ərə sahiblik vacib sayılmırdı [8, 219]. Kahinlər ibadətlə 

bağlı məsələlərdən baş çıxarmalı idi. Bu isə adi vətəndaşların da kahin vəzifə-

sini yerin

ə yetirməsinə şərait yaradırdı. 

Bel


ə dəyərlərin daşıyıcıları olan yunanlar artıq e.ə. II minilliyin sonundan  

Qafqazın  Qara  dəniz sahillərinə  müxtəlif xarakterli səfərlər təşkil  edirdilər. 

“Prometey” v

ə “Arqonavtlar” adlı qədim yunan əsatirlərində e.ə. II minilliyin 

sonu-  I minilliyin 

əvvəlində  Qafqazın  Qara  dəniz sahillərində  yerləşən 

ölk

ələrin yunanlarla əlaqələri haqqında kifayət qədər məlumatlara rast gəlinir 



[12, 80]. Bu prosesd

ə fərqlənən miletlilər e.ə. VIII əsrdə  Atina (Pazar) yeri adı 

veril

ən  ərazinin mövqeyini yüksək qiymətləndirərək,  Qafqazın  Qara  dəniz 



sahill

ərində  fəaliyyətlərini davam etdirmək məqsədilə  onu mərkəz  koloniyası 

şəklinə salmış [13] və  e.ə.VI əsrdə Fasis (Poti) və Dioskuria (Suxumi) koloni-

ya

larının əsasını qoymuşdular.  



Müasir dövrd

ə  Türkiyə  dövlətinin  ərazisinə  daxil olan bu torpaqlarda 

müxt

əlif  xalqlar  yaşamış  və  burada çoxsaylı  abidələr  yaratmışdılar.  Həmin 



abid

ələrin bəzisi zamanın sınağına tab gətirmiş və dövrümüzə gəlib çatmışdır. 

Bu abid

ələr arasında Qara dəniz sahillərində yerləşən Pazar ilçə ( inzibati böl-



gü) m

ərkəzindəki Rizə Qız qalasının özünəməxsus yeri vardır. Rizə Qız qalası-

nın xarakterik cəhətlərindən biri onun dənizin içində, quru ilə əlaqəsi olmayan 

qaya parçası üzərində inşa edilməsidir. 

Qız  qalalarının  coğrafi  mövqeyinə  əsasən  qruplaşdırılması  aparılarkən 

onların  bir  qisminin  dəniz və  göllərdə, çay ətrafında  inşa  edilməsi  faktı  ilə 

üzl

əşirik.  Bu  tip  Qız  qalalarına  İstanbul  boğazları,  Beyşehir  gölü,  Çandarlı, 



Silifk

ə  yaxınlığı,  Ceyhun  çayı  sahili  və  Rizənin Pazar ilçə  mərkəzində  rast 

g

əlinir [14, 962]. T.Baykara bununla əlaqədar  olaraq  Qız  və  xatun  adları  ilə 



bağlı  olan  və  dünyanın  bir  sıra  yerlərində  rastlanan  adaların  adını  çəkir. 

Bunlardan Apolyont gölünd

ə ( Bursa) və Budapeştdə Tuna üzərində Qız qala-

la

rı, İzmir gölündə Xatun adası və s. göstərmək olar (14, 964). Azərbaycanda 



da xatun-

xatın adı ilə bağlı yer adları çoxdur: Xatunbəyli (Ağdərə), Xatıncan 

(Tovuz), Xatınbulaq (Füzuli) və b. Xatun sözü kat – un sözlərinin birləşməsin-

d

ən yaranmışdır. “Un” qədim və müasir türk dillərində sifət düzəldən şəkilçi-



dir. Kat-katta sözü is

ə, güman ki, tarixən odla bağlı olub, “od yiyəsi”, “ocaq sa-

hibi” m

əzmununu bildirirdi [15, 134]. Tədqiqatçı  Y.M.Murzayev  xatın  sözü-



nün q

ədim türk dilində “çay” mənasını daşıdığını, sonrakı dövrdə isə bu məna-

nın  unudulduğunu  göstərmişdi  [16,  190-192]. Beləliklə, xatun sözü Mahmud 

Kaşğarinin göstərdiyi kimi, “xan arvadı” mənasını daşımazdan əvvəl “od yiyə-

si”, “ocaq sahibi” v

ə  “göl, çay” mənasını  bildirən bu söz “hökmdara məx-

sus”,“hökmdara xas” kimi m

ənalarda işlənmiş və tədricən qadınlıq məzmunu 

k

əsb etmişdi. Bu da qədim dünyagörüşünə əsaslanırdı. Belə qız və qadın adları 



il

ə bağlı abidələrə müxtəlif qədim və müasir şəhərlərin ətrafında rast gəlinir.   




 

137 


M

əhz bu qədim  ideyaların  daşıyıcısı  olan  Qız  qalasından  fərqli olaraq, 

Riz

ə  ərazisindəki  qalaların  əksəriyyəti müdafiə  xarakteri  daşıyan  tikililərdir. 



Onlardan Riz

ə  qalası  böyük  əhəmiyyətə  malik  olmuşdu.  İnşa  tarixi  dəqiq 

bilinm

əyən bu qala VI əsrdə yenilənmiş, XIII əsrdə Trabzon dövləti dövründə 



son şəklini almışdır. İç qala və əhalinin yaşadığı hissə olmaqla 2 hissəyə ayrı-

lan bu qalaya b

ənzər tikililər Şərqi Qara dəniz hövzəsində Trabzon və Giresun 

qalalarıdır  [17].  Rizənin sərhədlərində  inşa  olunan  qalalar  strateji  nöqtələrdə 

yerl

əşdirilmişdi.  Bu  qalalar  ərazini qorumaq, əlaqə  saxlamaq, kifayət qədər 



əsgəri qüvvələri yerləşdirmək  üçün  inşa  edilmişdi.  Onlardan  Bozuk  qala  və 

Pazar ilç

əsi Yücəhisar kəndindəki Cihr qala  nisbətən kiçik ölçülü olub, gözətçi 

qüll


ələrinə malik idi. Pazar ilçəsində kiçik bir ada üzərində qurulan Qız qalası 

bu qalalardan qüll

əsinin olmaması ilə fərqlənmişdi. 

Qız qalası Pazar (Atina) ilçə mərkəzinin qərbində kiçik bir yarımada üzə-

rind

ə qurulmuşdur. Qayalıq əsası üzərində qurulan bu qalanın quru ilə əlaqəsi 



k

əsilmişdir. Təxminən 7x7 metr həcmində olan  bu qalanın qapısı qərbə tərəf 

açılır.  Qalanın  cənub  divarları  yıxılmışdır.  Uçmamış  divarlarda  mağzal  pən-

c

ərələri və yuvarlaq kəmərli üst qat pəncərələri qalmaqdadır. Qalanın inşa tari-



xinin araşdırılması bu ərazinin coğrafi mövqeyi, tarixi inkişafı və s. kimi faktor-

ların araşdırılması zərurətini ortaya çıxarmışdı. Bu regionun özünəməxsus coğrafi 

şəraiti burada salınan yunan şəhərlərinin inkişafına ciddi təsir göstərmişdi. 

H

ələ antik müəllifi Flavi Arian (95-175) bu ərazinin Atina adlandırılma-



sı,  yunan  ilahəsi məbədinin burada yerləşməsi  nəticəsində onun Atina adlan-

dırılmasını bildirmişdi. Müəllif öz dövründə Atinada yerləşən qalanın əhəmiy-

y

əti məsələsinə  də  toxunmuş,  qalanın  müdafiə  məqsədi  daşımadığını,  yalnız 



g

əmilərin küləkdən  qorunduğu  bir  məkan  olmasını  göstərmişdi  [12]. Türk 

əllifi Kemal Karadənizli isə  Atinanı  qədim mədəniyyət mərkəzi Petra ilə 



əlaqələndirmişdi [12]. 

  Bizans v

ə  Trabzon  imperiyalarının  tərkibində  olan Atina müxtəlif 

Qafqaz xalqlarının lazlar-mergellər, abxazlar və gürcülərin hücumlarına məruz 

qalmış, 1461-ci ildə Osmanlı imperiyasının torpaqlarına çevrilmişdi. 1854-cü 

ild


ən bələdiyyəyə  çevrilən  Atina 1864-1877-ci illərdə  Batum  sancağına  bağlı 

t

ək ilçə  olmuşdu.  1877-ci  il  Osmanlı-Rusiya  müharibəsindən sonra Batum 



ruslara  keçmiş,  bu  ərazilər isə  ayrılaraq  əvvəl Goruh, daha sonra Rizə  ilinə 

verilmişdi. 1915-ci ildə Rusiya imperiyası tərəfindən tutulan bu torpaqlar 1918-

ci ilin martında yenidən türklərə qaytarılmışdı. 1928-ci ildə  ilçənin Atina adı 

r

əsmi olaraq Pazarla əvəzlənmişdi [12]. 



Bel

əliklə, Atina (Pazar) adlı yerdə Qız qalası kimi bir abidənin mövcud-

lu

ğu yunan kolonizasiyası prosesində yunanların  miqrasiya etdikləri ərazilərə 



yalnız iqtisadi, siyasi, sosial deyil, həmçinin mifoloji və dini inamlarını gətir-

m

əsi ilə bağlı idi. Dini ritualların həyata keçirilməsində çətinliklərin yaradılma-



ma

sı, yeni məskənsalma prosesində yunanların öz şəhərlərində üstünlük təşkil 

ed

ən  dini  inamlarını  və  müvafiq ibadətlərini ön plana keçirməsi, yunan 



kolonizasiyası  prosesinə  Delfa orakulunun rəhbərlik etməsi Afina, Apollon, 


 

138 


Artemida v

ə s. allah və ilahələrə səcdəgah və məbədlərin yaradılması zərurətini 

ortaya çıxarırdı. Yerləşdiyi ərazinin belə yunan ilahəsinin adını daşıdığı bu qala 

q

ədim inamlara əsasən  toxunulmazlıq  simvolu  kimi  adi  insanların  toxuna 



bilm

ədiyi yerdə  -  dənizdə  inşa  edilməli  idi.  Bu  baxımdan  yanaşdıqda  Afina 

ilah

əsinin şərəfinə inşa olunan qalanın coğrafi mövqeyi və yerləşdiyi ərazi bu 



t

ələblərə tamamilə cavab verirdi.   

Antik sivilizasiya arxa plana keçdikd

ən, 393-cü ildə  Roma imperatoru 

Feodosi t

ərəfindən  Delfa orakulu və  b. bütpərəst məbədlər  bağlandıqdan, 

sonrakı  dövrlərdə  Türkiyə  ərazisində  türk-islam mədəniyyətinin  daşıyıcıları 

hakim mövqe tutduqdan sonra yunan ilah

ələrinə  həsr olunan abidələrin  adı 

d

əyişilmiş, hətta onların adlarından ilahələrin adı götürülərək yalnız Qız qalası 



kimi dövrümüz

ə  gəlib çatmışdı.  Lakin  insanlar  öz  dinini  dəyişsələr də, tarixi 

faktlar müxt

əlif  formalarda  qalmışdı.  Bu  baxımdan  Rizə  Qız  qalası  istisna 

deyil. Qeyd olunan  

ərazilərin vaxtilə daxil olduğu Batum şəhəri salınmamış-

dan uzun ill

ər əvvəl Qız qalasının mövcud olması faktı xalqın yaddaşında ilişib 

qalmışdı.  Sonralar  bu  qala  mərkəz olmaqla onun ətrafında  yaşayış  məskənləri 

(k

ənd, qəsəbə) salınmış, sonda onlar böyüyərək Batum şəhərinə çevrilsə də, XIX 



əsrdə hələ də Batum şəhəri əhali arasında “Qız qalası” kimi tanınırdı [18, 61]. 

 

ƏDƏBİYYAT 

1.

 



Норман Дэвис. История Европы. М.:АСТ: Транзиткнига, 2005, 943 с. 

2.

 



Куманецкий Казимеж. История культуры древней Греции и Рима. Пер. с польского 

В.К.Ронина. М.: Высшая школа, 1990, 351 с.   

3.

 

История древней Греции. Под ред.В.И.Кузищина. М.: Высшая школа, 2001, 399 с. 



4.

 

Яйленко В.П.Греческая колонизация VII-III вв. до н.э. М.: Наука, 1982, 312 с. 



5.

 

Максимова М.И. Античные города юго-восточного Причерноморья. Синопа. Амис. 



Трапезунт. М.-Л.: АН СССР, 1956, 472 с. 

6.

 



Кузищин  В.И.  История  Древней  Греции.  Учебное  пособие  для  студ.  высш.  учеб. 

заведений. М., Изд-ский центр «Академия», 2006, 480 с. 

7.

 

Мансуелли Гвидо. Цивилизации древней Европы/ Гвидо Мансуелли в соавторстве в 



Раймоном Блоком. Екатеринбург: У-Фактория, 2007, 560 с. 

8.

 



http: // prophecies.ru/oracle.html 

9.

 



Геродот.  История.  Пер.  и  примеч.  Г.А.Стратановского.  М.,  АСТ,  Хранитель,  2006, 

672 стр. 

10.

 

Гуленков К.Л., Новиков С.В., Селиванова Н.Л., Стрелков А.В. Древняя Греция: Пу-



теводитель по истории. М.: Эксмо, 2003, 576 с. 

11.


 

http:// ru.wikipedia.org/wiki 

12.

 

Əliyev  Q.Ə.  Qafqaz  tarixi  (ən qədim zamanlardan XVIII əsrin sonunadək).  I hissə:  Ali 



m

əktəblər üçün dərslik. Bakı: Elm, 2009, 448 s. 

13.

 

http:// www. addk.org 



14.

 

Baykara Tuncer. Bir türk gerçeği: Kızkulesi. Ankara, Türk Tarih Kurumu Basımevi, 1981, 



969 s. 

15.


 

M

əlikov İ.S. Qədim xett və Azərbaycan dil uyğunluqları. Azərbaycan filologiyası məsələ-



l

əri. Bakı: Elm, 1983, s. 128-136 

16.

 

Мурзаев Е.М. Очерки топонимики. М.: Мысль, 1974, 382 с. 



17.

 

http: //www. rizekulturizm.gov.tr 



18.

 

Mehdi



yeva A.Ə. Ə.Cavadın taleyində üç Qız qalası // «Ulduz» jurnalı. Ədəbiyyat və sənət 

d

ərgisi, 1992, № 5-6, s.60-61 




 

139 


ГРЕЧЕСКИЕ КОЛОНИИ И ДЕВИЧЬЯ БАШНЯ В РИЗЕ 

 

А.А.МЕХТИЕВА 

 

РЕЗЮМЕ 

 

Среди  башен,  находящихся  на  территории  Турции,  которая  ещё  с  древнейших 



времён богата многочисленными культурными памятниками, особенно выделяется  Де-

вичья башня, расположенная в центре Пазар в Ризе. Сооружённая на маленьком полу-

острове, который потерял  связь с сушей, эта башня была посвящена древним богиням 

(Афине, Артемиде и др.). Однако изменение идеологии и религии полностью перемени-

ло характер и предназначение этой башни.   

 

Ключевые  слова:  Милет,  Дельфийский  оракул,  греческие  колонии,  побережье 

Черного моря, Девичья башня, Батуми 



 

THE GREEK COLONIES AND MAIDEN TOWER OF RIZE 

 

A.A.MEHDIYEVA 

 

SUMMARY 

 

The Maiden Tower situated in Pazar center of Rize, on the territory of Turkey is  rich 



with numerous cultural monuments. This tower, built on a small peninsula, the connection of 

which with a land was cut, was devoted to the ancient goddesses (Athena, Artemida and etc.). 

However changes in the ideology and the religion have completely changed the character and 

the intent of the Maiden Tower.  



 

Key  words:  Millet,  Delphic  Oracle,  the  Greek  colony,  Black  Sea  coast,  Maiden 

Tower, Batumi 



Yüklə 82,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə