Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml



Yüklə 143,53 Kb.
Pdf görüntüsü
tarix14.03.2018
ölçüsü143,53 Kb.
#31325


 

45 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2013 

 

 



 

 

TARİX 

 

 

UOT 94”16/18” 

 

BERLİN MÜQAVİLƏSİNİN 61-ci MADDƏSİ:  

BAXIŞLAR VƏ MÖVQELƏR 

 

İSMAYIL MUSA 

Bakı Dövlət Universiteti 

İsmayıl_musa@rambler.ru 

 

 

”Berlin konqresind

ə Avropa ermənilərə həqiqi muxtariyyət verməsə 

d

ə onlara öz məqsədlərinə yetişməyə şərait yaradacaq bir maddə 

bağışlamışdı (Berlin konqresindəki erməni təmsilçilər heyətinin 

t

ərcüməçi-katibi N.Çeras) [1,29].

  

 

 



M

əqalədə  böyük və  maraqlı  dövlətlərin “erməni məsələsi”ni Berlin konqresində  bey-

n

əlxalq münasibətlərə  gətirməsi məsələləri  araşdırılır.  İşdə  başlıca  diqqət Berlin müqavilə-

sinin 61-ci madd

əsinə dair elmi-siyasi baxışların təhlilinə yönəldilmişdir. Burada Osmanlı və 

dig

ər dövlətlərin arxivlərinin müəyyən materialları təhlil edilmişdir. 

 

 Açar sözl



ər: Berlin, konqres, müqavilə, 61-ci maddə, kilsə, erməni  

 

Berlin  konqresinin  (orada q



əbul edilən müqavilənin  LXI  maddəsinin) 

erm


ənilər üçün nəticələrinə və bundan sonra görülməsi lazım bilinən işlərə dair 

baxışlara xülasə verən Topciyan ”Gənc türklər və ermənilər” əsərində (Tiflis, 

1919,  erm

ənicə)  yazırdı  ki, ”Berlindən  sonra  Hırimyan  moizələri  ilə  xalqa 

azadlıq  və  müstəqillik  üçün  çalışmağın  vacibliyini  aşılamağa  davam  edirdi; 

Narbey 


uğursuzluğun  səbəbini  xalqın  biganəliyində  və  çalışmamasında  gö-

rürdü.  Varjabedyan  da  müst

əqillik  üçün  hazırlanmaq  öyüd-nəsihətini  verirdi; 

N.Çeras  v

ə  b.  da  xaricilərə  bel  bağlamamaq,  millət  olaraq  hazırlanmaq  və  iş 

görm


ək;  Katiba  (Qafqazlı  erməni  şairi  –  İ.M.)  boyun  əyməmək,  azadlığı 

kims


ədən  dilənməmək,  silahla  almaq  yollarını  göstərirdilər;  Raffi  (Salmaslı, 

tarixi  romanlar  mü

əllifi  –  İ.M.)  də  əsərləri  ilə  ermənilərə  bu  hərəkətlər  üçün 

lazım  olan  planları  anladırdı; həyat  (?!  –  İ.M.)  isə  xalqı  bu  xitablardan  çox, 




 

46 


əməli şikayətlərə və müdafiə təşkilatına, silahlanmağa sövq edirdi”(2,69). 

“Berlin 


uğursuzluğu”nun  səbəblərinin  araşdırıldığı  və  durumdan  çıxış 

yollarının arandığı erməni qurumlarından biri də onların Milli Məclisi olmuş-

dur.  Bunu  onun  dördüncü  v

ə beşinci iclaslarının materiallarından, yəni proto-

kol

larından da görmək mümkündür. Adı çəkilən qurumun Protokol dəftərində 



əksini tapan və E.Uras tərəfindən də elmi dövriyyəyə (2, 255-266) daxil edilən 

h

əmin sənədlər “erməni məsələsi”nin yetişdirilməsi prosesini araşdırmaq üçün 



xeyli  materiallar  verir. Erm

əni milli məclisinin - İstepan Arslanyanın sədrliyi 

il

ə keçən - dördüncü iclasında onun 12 üzvü, o cümlədən də 3 nəfər vartabet 



(yüks

ək dərəcəli rahib) tərəfindən sorğu verilmişdi. Həmin sorğuya, yəni “er-

m

əni məsələsi”nə dair də qərar qəbul edən Berlin ali məclisi (konqresi) haq-



qında  bilgi  verilməsi  istəyinə  əsasən  beşinci  iclasda  (21.VII.1878)  patriarxın 

yazılı bəyanatı oxundu (dinlənildi). 

Bizc

ə, bu yazılı bəyanatı əslində “erməni məsələsi”nin ortaya çıxarılma-



sının  kiçik  “salnaməsi”  də  adlandırmaq  olar.  Burada  San-Stefano  (Yeşilköy) 

müqavil


əsinin (3.III.1878) XVI maddəsinə “gətirib çıxaran proseslər”, oradan 

da 61-ci madd

əyə “aparan yollar” və Berlin konqresinin ermənilər üçün nəticə-

l

əri, irəlidə görüləsi vacib sayılan işlər və s.-dən bəhs edilirdi. Patriarx N.Var-



jabedyanın yazılı bəyanatını şərti olaraq “üç bölüm”ə də ayırmaq mümkündür. 

Onun  birincisind

ə  (61-ci  maddəyə  “aparan  proseslərdən”  bəhs  edən  hissədə) 

patriarx  önc

ə duyğusal-təbliğati məqamlara (“millət, keçmiş, gələcək, tarix və 

onun  m


əhkəməsi  qarşısında, “erməni  millətini  və  Ermənistanı  ayaqda  tutan 

ataların ruhları və xatirələri önündə məsuliyyət, borc hissi”) və s. toxunurdu. 

Bu  “bölüm”d

ə və bütövlükdə yazılı bəyanatda güdülən başlıca məqsəd-

l

ərdən biri də “erməni məsələsi”nin “yaşını artırmaq” idi (və buna da təəccüb-



l

ənməyə əsas yoxdur, çünki o, erməni xislətinə tam yaraşan bir hərəkət, istək 

sayıla bilər). Patriarxın “kəşfi”nə görə, “erməni məsələsi” indiki şəkildə özü-

özlüyünd


ə  yaranmamış  və  Şərq  məsələsindən  bu  surətlə  çıxmışdı: ”Hələ  nə 

Bosniya-Herseqovina,  n

ə  də  Bolqarıstanın  siyasi  durumu  problemi  yox  ikən, 

on ild


ən bəri (yəni 1868-ci ildən – İ.M.) bir erməni məsələsi vardı. Bu məsələ 

Erm


ənistanda  (?!  –  İ.M.)  məruz  qaldıqları  düşmənçiliklərdi  (?!  –  İ.M.).  İş 

hökum


ətlə millət arasındaydı. Millət davamlı olaraq siyasi məclisləriylə, millət 

(erm


ənilər – İ.M.) vəkillərindən meydana gələn heyətləri və patriarxları ilə bu 

zülml


ərin  (?!  –  İ.M.)  aradan  qaldırılmasını  Osmanlı  hökumətindən  istəmişdi. 

Erm


əni məsələsi yalnız bu idi”.  

Göründüyü kimi, 

əlavə izahına əsla ehtiyac duyulmayan, tarixi həqiqətlə-

ri  t


əhrif  edən  –  yalanlarla  dolu  bir  baxış  ortaya  qoyulmuşdu.  Bu  kimi  möv-

qeyini 


açıqlayan  N.Varjabedyan  Balkanların  adları  çəkilən  xalqlarının  silahlı 

üsyanlar  etdikl

ərini, Avropanın “axan qanlar”a müdaxiləsinin lazım gəldiyini, 

Osmanlı ilə qonşu olan digər böyük imperatorluğun (Rusiya nəzərdə tutulur – 

İ.M.)  xristianlıq  naminə  hamıdan  artıq  səsini  yüksəltdiyini  və  dövlətlərin  İs-

tanbulda  bir  konfrans  (söhb

ət  Tərsanə  toplantısından  gedir  -  İ.M.)  keçirdik-

l

ərini vurğulayırdı.  




 

47 


Patriarxın özünün verdiyi “erməni milləti nə etdi?” kimi ritorik suala ca-

vabı  da  tarixi  gerçəklikləri  yenə  əks  etdirməsə  də  düşündürücü  idi: “Qanun-

lardan  k

ənara  çıxmadı  (Onda  bəs  ermənilərin,  rus-türk  savaşları  zamanı  baş 

vur

duqları hərəkətləri, vaxtaşırı təkrarlanan Zeytun üsyanları və s. kimin aya-



ğına  yazmaq  lazımdır?  –  İ.M.).  Ermənilər  Osmanlı  idarəsində  olmaqdan 

m

əmnunsalar da ancaq durumlarından üzgündürlər və razı deyildirlər. Xristian-



ların  vəziyyətinin  islahı  söhbəti  getdiyindən  ermənilər  də  hal  və  şəraitlərinin 

rahatlanmasını bu ümumi islahatdan gözləməkdəydilər”. 

“Erm

əni  məsələsi”nin  və  bunu  yetişdirən  “halların  (durumun)” 1868-ci 



ild

ən  mövcud  olmasına  dair  iddialarla  razılaşmaq  mümkün  deyildir.  Və  bu 

kimi  mülahiz

ələr  (əslində  yalan  və  iftiralar) 1983-cü  ildə  İzmirdə  keçirilən 

“Türk  tarixind

ə  ermənilər”  simpoziumunda  K.Gürün  və  digərləri  tərəfindən 

tutarlı  dəlillərlə  təkzib  olunmuşdur  (3,  15-27).

 

Bununla 


əlaqədar  olaraq  bəzi 

m

əqamları  qeyd  etmək  istərdik. “Erməni  məsələsi”nin  hələ  1868-ci  ildən  or-



tada oldu

ğundan dəmvuran patriarx Varjabedyanın özü Layardla 1877-ci ildəki 

görüşündə (1, 154) ermənilərin türk idarəsindən məmnun olduqlarını, Rusiyaya 

qatılmaqdansa Osmanlı idarəsində qalmağı üstün tutduqlarını və heç bir şikayət 

etm

ədiklərini  bildirmişdi.  Elə  həmin  dövrə  aid  erməni  araşdırmalarında,  mə-



s

ələn, O.Oskanyanın ABŞ-da çap edilən “Sultan və xalqı” kitabında və M.Dad-

yanın Fransada 1867-ci ildə “Revue des Deux Mondes” toplusunda nəşr olunan 

m

əqaləsində, habelə digər çoxlu tədqiqatlarda ermənilərin Osmanlıdakı həyat-



larından  razılıqları  və  böyük  dövlətlər,  ələlxüsus  da  Rusiya  tərəfindən  qızış-

dırılmaları etiraf olunurdu (3, 16-20; 4).  

Bunu bir daha t

əkrarlamaq məcburiyyətindəyik: əslində “erməni məsələ-

si” deyil

ən bir şey – Osmanlıda (tarixən bütün türk dövlətlərində, o cümlədən 

Az

ərbaycanda) ermənilərə bir millət kimi əlahiddə problemlər mövcud olma-



mışdır. Sadəcə böyük - maraqlı dövlətlərin geostrateji məqsədlərinin və erməni 

kils


əsinin  maraqlarının  gerçəkləşdirilməsi  zərurəti  bir  vasitə  kimi  “erməni 

m

əsələsi”ni yaratmışdı. Bu işdə erməni kilsəsi, şübhəsiz, mühüm rol oynamış-



dı. Burada rus generalı-diplomatı A.Mayevskinin aşağıdakı fikrinə qatılmamaq 

olmur: “Erm

əni ruhani başçılarının din xüsusunda çalışmaları, demək olar ki, 

yox  kimidir.  Ancaq  milli  fikirl

ərin  (alt  qatlarında  tamamilə  başqa  məqsədlər 

güdül


ən – İ.M.) yayılması sahəsində olduqca çox xidmətləri vardı” (5, 123). 

N.

Varjabedyanın “erməni məsələsi”nin başlanğıcını San-Stefano və Ber-



lin müqavil

ələrindən (XVI və LXI maddələrin qəbulundan) təxminən on il əv-

v

ələ (1868-1869-cu illərə) aparıb çıxarması bir başqa, maraqlı problemdir. Bu-



na gör

ə də, burada bir çox türk (K.Gürün və b.), habelə erməni (H.Pasdırmac-

yan, O.Oskanyan, M.Dadyan) t

ədqiqatçılarının gəldikləri və bizim də qatıldığı-

mız bir nəticə üzərində dayanmaq lazım gəlir. Belə ki, patriarxın bu baxışının 

kökünü 


əslində XIX əsrin 50-60-cı illərində ümumerməni kilsəsində və onun 

ətrafında cərəyan edən proseslərdə axtarmaq daha düzgün olardı. Məsələ bura-

sındadır ki, o illərdə erməni kilsəsinin baş qolu (qriqorian məzhəbi) müəyyən 

probleml


ərlə üzləşmişdi və bəzi sıxıntılar keçirirdi. Yəni ki, Osmanlının türk və 


 

48 


erm

əni  əhalisi  arasında  çox  da  ciddi  problemlər  olmadığı  halda  qriqorian 

kils

əsi və onun təmsil etdiyi toplumun içində baş verən hadisələr – sonu xeyli 



t

əhlükəli görünən – düşündürücü rahatsızlıqlar yaradırdı.  

Bir  t

ərəfdən,  kilsədaxili  parçalanmanın  (elə  erməni  dini  qurumlarının 



XIX 

əsrin 50-60-cı illərinə aid sənədlərinin (6) təsdiqlədiyi kimi) dərinləşməsi 

(katolik  m

əzhəbinə keçənlərin 1831-ci ildəki ayrılmalarına 28 il sonra protes-

tant

ların da qopmalarının əlavə olunması) qriqorianların sayını əhəmiyyətli də-



r

əcədə azaltmaqla patriarxlığın siyasi mövqelərinə də zərbə vurur və onun nü-

fuzuna  ciddi  x

ələl gətirirdi. Digər tərəfdən də, Osmanlının İslahat fərmanının 

(1856) erm

ənilərə verdiyi imtiyazlar və habelə erməni toplumu ilə patriarxlığın 

ara

sında  bu  vaxtdan  etibarən  başlayan  mübahisənin  (erməni  Milli  Məclisinin 



t

ərkibi  –  zadəganlarla  peşə  sahiblərinin  nisbəti  və  s.  məsələlərlə  bağlı  ixti-

lafların) “Erməni Milləti Nizamnaməsi”nin (7) qəbulu ilə (1863) yekunlaşması 

qriqorian  kils

əsini  tarixi  təhlükə  ilə  üzləşdirmişdi.  Belə  ki,  o,  dünyəvi  haki-

miyy


ətini itirə və patriarx isə sadəcə dini lider statusunda qala bilərdi.  

Göründüyü  kimi, 

patriarxlığın  gələcəyi  və  nüfuzu,  əldən  verdiyi  bəzi 

imkanların  qaytarılması,  onun  dünyəvi  hakimiyyəti  və  din  pərdəsi  altındakı 

siyasi 

oyunlarının  perspektivi  sual  altına  düşmüşdü.  Belə  bir  təhlükənin 



qarşısının alınması təcili tədbirlər görülməsini tələb edirdi. Buna görə də, ”xilas 

olmaq v


ə qurtuluş yolunu tapmaq” üçün tezliklə və mütləq Osmanlı daxilində 

“muxtar Erm

ənistan” qurulması naminə təbliğata başlamaq lazım idi.  

Bel


ə bir tarixi “missiyaya” isə Hırimyan 1869-cu ildə patriarx seçkiləri 

il

ə bağlı “Şərqi Anadoluda (onlara görə, Hayastanda – İ.M.) erməni xalqının 



h

əyat hüququ qazanması” adı altında aparılan hərtərəfli fəaliyyətlə təkan verdi. 

Bu  “missiya-f

əaliyyət” isə Nerses Varjabedyanın, burada incələdiyimiz yazılı 

b

əyanatında, “on ildən bəri bir “erməni məsələsi” vardı” kimi qələmə verilirdi. 



Ayrı  sözlə  desək, 1878-ci  ildəki  patriarxın  (Nersesin)  on  il  bundan  əvvəl  də 

mövcud 


olduğunu  iddia  etdiyi  “erməni  məsələsi”  onun  1869-cu  ildəki  həm-

karının (Hırimyanın) “muxtar Ermənistan davası”ndan başqa bir şey deyildi.  

N.

Varjabedyanın  həmin  yazılı  bəyanatının  şərti  olaraq  “birinci  bölüm” 



adlandırdığımız  hissəsində  digər  mühüm  məsələ  kimi  müəyyənləşdirdiyimiz 

m

əqam  ermənilərin  16-cı  maddəni  San-Stefano  müqaviləsinə  necə  daxil 



etdirm

ələrinə gətirilən açıqlamalarla bağlıdır. Bütün bu müddətdə heç də boş 

durmadığını  vurğulayan  patriarx  İstanbul  (elçilər)  konfransından  istədiklərini 

ala bilm


ədiklərini bir daha xatırlatmağı da unutmamışdı. Söz gəlişi, bu sənəddə 

“özün


əməxsus hiss və keyfiyyətlərə sadiq qalan Osmanlı millətinin bir müddət 

böyük 


düşməni  geri  qovması  (söhbət  “93  hərb”indən, yəni Rusiya ilə  1877-

1878-ci ill

ərdə aparılan müharibədən gedir – İ.M.) və qəhrəmancasına dayan-

ması ilə bütün dünyanı heyran etməsi” də etiraf olunur. Patriarx “93 hərbi”nin 

n

əticələrinin  Osmanlını  fövqəladə  dərəcədə  həyəcanlandırdığını  söyləməklə 



ya

naşı ondan sonrakı danışıqlar mərhələsini ermənilər üçün “ölüm-dirim” mə-

s

ələsi  kimi  səciyyələndirmişdi. “Ümumi  şərtlər  arasında  erməni  millətinin 



adının  belə  olmaması”nın  doğurduğu  ümidsizliyin  dəf  olunması  mühüm  bir 


 

49 


uğur sayılırdı. 

Patriarxın yazılı bəyanatının San-Stefano müqaviləsinin XVI maddəsinin 

qazanılması və ondan sonrakı prosesləri əks etdirən növbəti (şərti olaraq ikinci) 

bölümünd


ə  də  “erməni  məsələsi”nin  əsl  mahiyyətini  açıqlayan  məqamlar 

çoxdur. 


1.  Burada  yen

ə  də  “erməni  məsələsi”nin  ortaya  çıxarılmasının  və  onun 

16-

cı  maddə  vasitəsi  ilə  dövlətlərarası  münasibətlərə  gətirilməsinin  “səbəb-



l

əri”nə dair köhnə bayatılar təkrarlanırdı. Bütün dövlətlərdə təsadüf edilən “də-

y

ərsiz məmurlar və onların pislikləri” halını (tezisini) prinsipial müddəa səviy-



y

əsinə qaldıran Nerses bunu millətlərarası münasibətlər müstəvisinə daşıyırdı. 

Yazılı bəyanatda bu halın sultan və hökumət tərəfindən də təsdiqləndiyi (?! – 

İ.M.)  yazılırdı.  Eyni  zamanda  “dəyərsiz  məmurlar”ın,  kürdlər  və  çərkəzlərin 

h

ərəkətləri  ilə  yanaşı,  indiyədək  türk  məmurlar  tərəfindən  idarə  olunan  Er-



m

ənistanda (?! – İ.M.) yaşayan ermənilər üzərində bir bəla (fəlakət və müsibət) 

olduğu bildirilirdi. “Ermənistan”da öz millətlərindən olan heç bir məmura rast 

g

əlinmədiyini diqqət önünə dartan patriarx “erməniliyə” sadiq qalaraq Osmanlı 



idar

əçiliyinin  ən  yüksək  dairələrinə  belə  doluşan  çoxsaylı  soydalşarını  qeyd 

etm

əyi “unudurdu”. 



Xüsusi maraq 

doğuran məqamlardan biri də “Şərq məsələsi”nin konteks-

tind

ə milli problemin həlli variantları ilə əlaqədar idi. Bununla bağlı isə 1877-



1878-ci  ill

ər rus-türk müharibəsinin “Şərq məsələsi”nin (o axarda da “erməni 

problemi”nin) h

əllində yeni situasiya yaratdığı qeyd olunurdu. Savaşdan əvvəl-

ki 

variantın təhlilini verən patriarx istər-istəməz tarixi erməni yalanının üstünü 



malı olmuşdu. Belə ki, onun yazılı bəyanatında əksini tapan aşağıdakı fikirlər 

erm

ənilərin heç də “məmur özbaşınalıqlarından qurtulmaq davası” aparmadıq-



larını aşkarlayırdı:  

 



indiki sultan  taxta 

çıxarkən – savaşdan öncə gözəl təşəbbüs göstərərək 

qanuni, 

əsasi və bərabərlik prinsipləri ilə “Şərq məsələsi”ni həll etmək istədi;  

 

siyasi  v



ə  idarə  işlərində  din  fərqini  qaldırdı  (Belə  ayrı-seçkilik  heç 

əvvəllər də olmamışdı və Osmanlıdakı dini etiqad sərbəstliyi və ermənilərin ən 

yüks

ək vəzifələri tutmaları da buna sübutdur – İ.M.);  



 

hökum



ət öz məmurluqlarını bütün təbəəsi arasında bərabər olaraq böldü 

v

ə yalnız bir fərqi (hər kəsin qüdrəti və şəxsi qiyməti) qəbul etdi.  



2. Patriarx 1877-1878-ci ill

ər müharibəsində Rusiyanın qələbəsinin “Şərq 

m

əsələsi”nin (o sıradan “erməni problemi”nin) yeni şəkildə həllinə şərait ya-



ratdığını bildirdi. Bu zaman Balkanlardakı dəyişikliklərin “Ermənistan”a da şa-

mil 


olunmasını  istədiyini  gizlətməyən  Varjabedyan  16-cı  maddənin  onların 

milli  problemini  bütünlükl

ə həll etmədiyini yazırdı. Həm bunu, həm də digər 

bir  amili  (“gözl

ənilən təhlükəni”), yəni işin bitmədiyini, bəlkə də yeni başla-

dığını  da  diqqət  önünə  aldıqlarını  xatırladırdı.  Burada  söhbət  yeni  müharibə 

ehtimalının və Yeşilköy müqaviləsindən sonra Fərat çayıboyu bölgədə kəskin-

l

əşən rus-ingilis rəqabətinin 16-cı maddə üçün də “problemlər” doğura bilmə-




 

50 


sind

ən gedirdi.  

Nerses

ə görə, bölgədəki siyasi durum Böyük Britaniyanın maraqları ilə 



sıx əlaqədardı; buna görə də İngiltərə nə qədər erməni dostu olsa, fayda güd-

m

əsə (?! - İ.M.) və bu hisslər altında 16-cı maddənin yazılmasına rəhbərlik (?! 



İ.M.) etsə də Rusiyanın öz mənfəətləri baxımından bölgədə yeni siyasi şərait 

yaratmaq  ist

əməsi ilə razılaşmadı. Və ermənilərin bundan irəli gələn qorxusu, 

y

əni 16-cı maddənin ləğvi, yaxud da dəyişdirilməsi məsələsi gündəmə gəlmişdi 



(Patriarx l

əğvdən danışan “siyasi ağızlar”ın olduğunu xüsusi ilə vurğulayırdı). 

Lakin  madd

ənin ləğvinin ingilislər kimi azad millət üçün “insaniyyətsizlik və 

q

əddarlıq ola biləcəyi” baxımından yalnız bir yol qalırdı: onu ermənilər – Er-



m

ənistan (?! – İ.M.) üçün yazılan bir islahat maddəsi şəklinə salmaq  və “er-

m

əni  problemi”ni  “Şərq  məsələsi”ndən  ayırmaq,  yəni  sırf  “erməni  məsələsi” 



etm

ək. 


Buna 

yetişilməsi üçün Berlin konqresi ərəfəsi rəhbər tutulan “prinsiplər” 

v

ə onun gedişində görülən işlərlə bağlı da maraqlı açıqlamalar patriarxın bəya-



na

tında özünə yer almışdı. Həmin “prinsiplərə” görə, ermənilər unudulmuş ad-

la

rını yalnız öz səyləri hesabına xatırlada bilməzdilər. Buna görə də “qeybol-



muş keçmiş və şanlı (?! - İ.M.) bir millətin nəvələri olduqlarını, özlərini dərk 

etdikl


ərini və hüquqlarını qorumağı bacardıqlarını Avropaya bildirməli idilər. 

Patriarxın konqresdəki işlərlə (uğurlarla) bağlı açıqlamaları da diqqətçəkicidir: 

h

ər  dövlətdən  ümidlər  və  rəsmi  vədlər  alınması;  Fransa  heyəti  başçısının 



(Vaddinqtonun)  erm

ənilərin davasının təmsilçisi və müdafiəçisi olması; “yük-

s

ək şəxslərin ən yüksəyi və diplomatların ən ustası olan məclis rəisi”nin (Bis-



markın)  ermənilərin  problemlərini  xüsusi  olaraq  incələməsi  və  ilk  gündən 

etibar


ən onların işlərinə önəm verərək təmsilçilərin təqdim etdikləri sənədləri 

(layih


ə, statistika materialları və s.) gündəliyə salması. 

Patriarxın  yazılı  bəyanatının  bu  hissəsində  ingilis-türk  müqaviləsinin 

(1878-ci il “Kipr 

sazişi”nin) konqresin ümumi nəticələrində və “erməni məsə-

l

əsi”ndə yeni mərhələ açması da nəzərdən keçirilirdi. Patriarxın sazişə və onun 



n

əticələrinə dair gəldiyi qənaətə görə: 

 

Avropa dövl



ətlərinin də əvvəlcədən sezmədikləri bu yeni siyasətə görə 

erm


əniləri suçlu saymaq düzgün və haqlı olmazdı; 

 



Türkiy

ə üçün böyük lütfkarlıq və ermənilərə görə də faydalı sayılan bu 

saziş  Berlin  konqresində  Yeşilköy  müqaviləsinin 16-cı  maddəsi  ilə  məşğul 

olun


masını əngəllədi; 

 



saziş ermənilərlə bağlı İngiltərəyə xüsusi bir himayə məsuliyyəti versə 

d

ə, onların məsələsinin tam və bütöv şəkildə gözönünə alınmasına maneə oldu; 



 

erm



ənilərin  problemlərinin  (?!  –  İ.M.)  həllinə  dair  Rusiyanın  təklikdə 

verdiyi  v

ədi  bütün  böyük  dövlətlərin  kollektiv  təminatı  və  nəzarəti  ilə  əvəz 

etdi. 


N.

Varjabedyanın  bəyanatının  şərti  3-cü  bölümündə  Berlin  konqresi  və 

orada  bağlanan  müqavilənin 61-ci  maddəsinin  ermənilər  arasında  yaratdığı 



 

51 


fikir 

ayrılıqları və gələcək fəaliyyətin yolları (üsul-vasitələri) şərh edilir, onlara 

münasib

ət bildirilirdi. Sənəddən bu da aydın olur ki, patriarx əsasən “narazı-



lar”a  (“b

ədbinlər”ə) bəzi mətləbləri anlatmağa və onları ümidləndirməyə çalı-

şırdı. Sözgəlişi, elə Osmanlı və Rusiya erməni mətbuatında həmin dövrdə və 

sonralar 

çıxan  yazılarda  da  təbliğat  işinə  diqqəti  artırmaq  tələb  edilirdi.  Mə-

s

ələn, Qafqaz ermənilərinin öncüllərindən sayılan Q.Arzruni Tiflisdə ermənicə 



çıxan  “Mşak” (“Fəhlə”)  qəzetində  (1880,  №160)  yazırdı  ki,  ermənilər  Berlin 

konfransına kürdləri, assurları, yezidləri erməni etdikdən (?! – İ.M.) sonra qüv-

v

ətli bir millət halında müraciət etsəydilər və silah işlətməyə, qan tökməyə qa-



dir,  qabiliyy

ətli kimi görünsəydilər konqresdən mütləq indikindən çoxunu ala 

bil

ərdilər və onların türkiyəli soydaşları da siyasi həyata layiq bir millət kimi 



tanınardılar) (2,254).  

Patriarx  ”

əgər  bacarmayacaqdıqsa  niyə  başladıq?”  kimi  sorğuya  ”hansı 

mill


ət ani bir şəkildə öz arzularına çatmışdır? sualı ilə cavab vermişdi. O həm-

çinin  “mill

ət  davası”nı  “bir  gün  bacarmaq”  ümidi  ilə  sürdürməyi  məsləhət 

görürdü. 

Ünvanına  söylənilən  iradları  isə  “mən  bu  işə  öz-özümə  təşəbbüs 

etm


ədim. Məndən əvvəl millətin ümumi arzusu mənimkindən daha şiddətli və 

güclüydü.  M

ən  ancaq  bu  arzunu  irəli  aparmaq  üçün rəhbərliyi  üzərimə 

götürdüm” fikri il

ə rədd edirdi. Patriarxın fikrincə, LXI maddədə acınacaqlı bir 

şey varsa o da ermənilərin probleminin həllini qismən gecikdirməsi, ümidlərini 

t

əmin  etməməsi  və  gələcək  üçün  də  mükafat  verməməsi  idi.  İncələdiyimiz 



s

ənəddə həmin maddəyə daxildən və xaricdən edilən etirazların mahiyyətinə də 

toxunulurdu.  

Daxild


ən  olan  etirazlar  ermənilərin  bəzilərindən  qaynaqlanırdı.  Həmin 

etirazlar  is

ə  “çünki  az  istədik, az  aldıq,  millətin  arzularına qüsurlu tərcüməçi 

olduq. V


ə hətta qəsdən, düşürənək, bilərək bu arzuların nöqsanlı tərzdə idarəsi 

üçün 


çalışdıq” kimi ifadə edilirdi. Nersesə görə, millətdə təbii bir etimadsızlıq 

durumu yaratmaq ist

əyənlər öz soydaşlarından girov kimi istifadə edilməsində 

bu  haldan  d

əlil-sübut olaraq faydalanmağa çalışırdılar. Onun belələrinə öyüd-

verici  v

ə  təbliğati  səpkili  cavabı  da  olmuşdu:  altı  aydan  bəri  çalışanların  hə-

yatları  boyu  bu  cür  işləmədiklərini,  millət  üçün  kiminin  varını-sərvətini, 

kiminin d

ə nüfuzunu və şan-şöhrətini qurban verdiklərini, millətin layihəsindən 

t

ək bir hərfin çıxarılmaması naminə şəxsiyyətlərini və mənfəətlərini nə cür heç 



saydıqlarını, nə indi, nə də gələcək üçün heç bir şan və şöhrət ummayaraq necə 

d

ə  müqəddəs  bir  vətənsevərlik  atəşiylə  hərəkət  etmiş  olduqlarını  və  mənim 



bildikl

ərimi bilsəydi belə bir etirazı önə sürməklə vicdanı titrərdi.  

Özünün 

yazılı  bəyanatından  da  göründüyü  kimi,  patriarx  xaricdən  səs-



l

ənən  etirazlara  daha  çox  hiddətlənmiş  və  onlardan  hədsiz  qayğılanmışdı. 

Çünki h

əmin etirazların məzmunu patriarxlığın “millət davası”nın mahiyyətini 



yaxşıca  açıqlayan  və  bizcə, “erməni  məsələsi”nin  də  tarixinə  gur  işıq  salan, 

onun  kökünü 

qazıyan  bir  mövqe  (baxış)  sayıla  bilər: “Patriarxınızın  milli 

problem 


adı  verdiyi  məsələ  özünün  icad  etdiyi  bir  şeydir  və  millətin  buna 

qarışacağı  yoxdur”.  Nersesin  buna  cavabı  isə  “əzabkeş  xalq”  əfsanəsinə 




 

52 


əsaslanırdı:  bu  xarici,  erməni  millətinin  xeyli  illərdən  bəri  qopardığı  sonsuz 

f

əryadları eşitməmişdir və erməni Milli Məclisinin millət adından mənə verdiyi 



v

əzifəni bilmir. Patriarx öz bəyanatında səsləndirdiyi “sultanın təsdiqləməsi və 

onun hakimiyy

əti altında “Ermənistan və ermənilərin idarəsi” millətin problemi 

deyilmi?” v

ə “Şərqdə bir erməni milləti olduğunu Avropanın bilməsi üçün mil-

l

ətlər məclisinə (Berlin konqresi nəzərdə tutulur – İ.M.) müraciət etməsəydim, 



m

əni  bağışlardınızmı?”  kimi  ritorik  suallarla  soydaşlarını  “haqsız  və  milləti 

danan etiraza” cavablar verm

əyə çağırırdı. 

N.Va

rjabedyanın qənaətincə, erməni milləti Berlin konqresində aşağıda-



kılara nail olmuşdu:  

 



möht

əşəm (?! - İ.M.) adı ilk dəfə bir müqaviləyə düşdü (bu artıq San-

Stefano 

sazişində baş vermişdi – İ.M.); 

 

bir 



sazişlə  zülmlərdən  və  haqsızlıqlardan  (olmayan  şeylərdənmi?  – 

İ.M.) qurtuldu; 

 

g



ələcəyinin toxumu qüvvətləndi; 

 



Avropa 

xalqı və hökumətləri tərəfindən tanındı və sevildi (?!-İ.M.). 

Bütün bu 

uğurlardan sonra “qeybolma, bacarıqsızlıq, talesizlik, ümidsiz-

lik, n

əticəsizlik, üzü üstə buraxılmaq” kimi hallardan bəhs olunması ilə razılaş-



mayan patriarx “indinin özünd

ə də böyük kürsülərdən Avropa dövlətlərinə er-

m

ənilər barədə suallar verildiyini” vurğulayırdı. Konqresin sonlarına yaxın ora-



da

kı nümayəndə heyətlərinə və İstanbuldakı səfirlərə (Layard və b.) edilən şi-

kay

ətlərin verdiyi nəticə —  məlum  maddənin (LXI)  qazanılması da sənəddə, 



problemin  tamam

ən  həll  edilməməsi  qeydi  ilə,  diqqətönünə  çəkilirdi.  Nerses 

61-ci madd

ə ilə yanaşı ingilis himayəsini də ermənilərin qazancları sırasına da-

xil edirdi. Ümumiyy

ətlə, onun yazılı bəyanatında ingilis himayəsi və s. məsə-

l

ələrə geniş yer verilməsi heç də təsadüfi olmayıb, bir sıra amillərlə şərtlənirdi: 



a) “m

ənfəətləri,  məqsədi,  sevgisi  bilinən  böyük  ingilis  milləti”nin 

himay

əsinə  “erməni  məsələsi”nin  həlli  üçün arzu  edilən  yön  verilməsi  işində 



erm

ənilərin öz qüvvələrinə ümidin olmaması heç kimə sirr deyildi; 

b)  Berlin  konqresinin  q

ərarının (61-ci maddənin) təsiri ilə “gözlərimizi, 

ümidl

ərimizi Rusiyaya döndərmək lazım deyildimi?” sualına cavab istəyənlər 



(“b

ədbinlər”) də nəzərdən qaçırıla bilməzdi. Çünki onların Osmanlı Avropası – 

Balkan 

xalqlarının  çarlığın  himayəsi  ilə  “müstəqilliyə  qovuşmaları  təcrübə-



si”nd

ən yararlanmağa meyllənmə təhlükəsi vardı. Yeri gəlmişkən, “erməni mə-

s

ələsi”nin “həlli”nə dair “rus təcrübəsi”nin ilkin nəticələri, yəni Eçmiədzin ka-



to

likosluğunun  durumu,  milli  assimilyasiya  və s.  artıq  göz önündə  idi. Digər 

t

ərəfdən də, LXI maddə ilə “erməni məsələsi”ni əldənverən Rusiyanın onlarla 



bağlı  artıq  dəyişilməkdə  olan  (əlbəttə,  ki,  müvəqqəti)  siyasətinin  konturları 

görünürdü.  Bel

ə  ki,  M.Ökenin (8,  80-81)  obrazlı  ifadəsi  ilə  desək,  Rusiya 

1877-1878-ci ill

ər müharibəsi ərəfəsində “Yatmış gözəl” kimi qiymətləndirdiyi 

erm


əni millətçiliyinin “Frankşteyn canavarı”na çevrilməsindən narahat olaraq 

“erm


əni  məsələsi”nin  onun  üçün  yarada  biləcək  daxili  problemlərdən  xeyli 


 

53 


qayğılanırdı.  Buna  görə  də  o,  Osmanlıda  həyata  keçirilməsi  nəzərdə  tutulan 

“erm


əni islahatı”nda əsla maralı deyildi. Çünki o, həm də Türkiyə erməniləri-

nin, 


İngiltərənin himayəsi ilə, müstəqillik-muxtariyyət “qazanmaları”nın çarlıq-

dakı  soydaşlarına  təsirini  nəzərə  alırdı.  Habelə  “əzabkeş  xalq”ın  Anadolu  və 

Qafqazdakı hissələrinin bir-biri ilə işbirliyinə girərək birləşmələri ehtimalından 

ehtiyatlanırdı. Bu məqamlara dair mülahizələr rus diplomatiyasında da özünə 

yer  almaqda  idi. 

Araşdırmaçı  M.Koublierin  ingilis  “Mavi  kitabı”ndan  əldə 

ed

ərək özünün “Berlin müqaviləsindən bəri Şərq işləri” əsərində (Paris, 1899) 



izahını  verdiyi  –  az  sonrakı  dövrdə  (XIX  əsrin  sonlarına  yaxın)  söylənilən 

fikirl


ər də bunu təsdiqləyir (2, 270-272). E.Urasın da üzərində dayandığı həmin 

açıqlamalar (2,270-272)  sırasında  Rusiyanın  Londondakı  səfirinin: “Erməni 

suçludur, xeyir arzulayan deyildir. 

Yalnız Qafqazda deyil, hər yerdə qəbahətli-

dir. 

İmperatorluğun ərazi bütövlüyü üçün təhlükəlidir”, habelə “Sərhədlərimizə 



yapışıq  ikinci  bir  Bolqarıstan  istəmirik”  və  xarici  işlər  naziri  Levanov-Ros-

tovskinin “biz erm

ənisiz Ermənistan istəyirik” kimi məqamlar xüsusilə önəmli 

v

ə  düşündürücüdür.  Bütün  bunlara  görə  də,  patriarxlıq  ingilis  himayəsi  ilə 



qazanılacaq nəticələrlə ruspərəstlərin neytrallaşdırılmasını istəyirdi və buna da 

çalışırdı; 



c) 

İngiltərə himayəsinin ciddi şəkildə əldə edilməsinə habelə (ən əsası da) 

Şərq (erməni) məsələsi”nin həllində onun başlıca sözsahibinə çevrilməkdə ol-



ma

sı  möhkəm  əsaslar  verirdi.  Az  sonrakı  dövrə  aid  bir  sənəd



(9)

  – 


artıq  İn-

gilt


ərənin Baş naziri olan Solsberinin, İstanbuldakı ingilis səfiri vasitəsi ilə, Os-

manlı sədrəzəmi Səid paşaya çatdırılan məktubu (25.VI.1895) bu məsələyə tam 

a

ydınlıq  gətirilməsinə  imkan  yaradır.  Orada  yazılırdı: “Nə  Almaniya,  nə  İta-



liya,  n

ə Avstriya İngiltərənin Şərq məsələsindəki siyasətinə əngəl ola bilməz-

l

ər.  Fransa  Rusiyaya  sadiqdir.  Osmanlı  dövlətinin  davamını  təmin  edən  şey, 



yalnız  və  yalnız  İngiltərənin  Rusiya  ilə  mütəffiq  olmaması,  anlaşmamasıdır. 

Əgər ittifaq olur və onlar anlaşırlarsa təhlükə son nöqtəsinə, dərəcəsinə gələr. 

Osmanlı dövləti sona yetər” (XX əsrin əvvəllərində həqiqətən də belə oldu). 

Nerses  h

ələ  bu  açıqlamadan  xeyli  əvvəl,  yəni  Berlin  konqresindən  az 

sonra  Mançester  erm

əni  komitəsinə  (Q.Papazyana)  ünvanladığı  məktubda 

(2,252-253) “

İngiltərənin Asiyada bir neçə milyon (?! – İ.M.) ermənini rusların 

qucağına  atmaqla  nə  qazanacağını  anlamadığını”  yazmışdı.  Həmçinin  onun 

h

ərtərəfli  və  daimi  himayəsinin  əldə  olunmasına  çalışmağı  tövsiyə  etmişdi 



(H

əmin  məktuba  “Əlavə”də  konqres  maddəsində  (LXI)  nə  Ermənistan,  nə 

erm

əni şəhəri, nə də islahat (patriarx burada yenə də yanlışlığa yol verir; çünki 



islahat  sözü  orada 

vardır  –  İ.M.)  kəlmələrinin  olmadığı  vurğulanırdı.  Habelə 

avropalıların, Türkiyənin ancaq yaxşı məmurlar seçilməsi ilə islah ediləcəyini 

v

ə bu olmadıqca da türk məmurlarla bunun alınmayacağını (?! – İ.M.) indi də 



anlamadıqları diqqətə yetirilirdi).  

N.

Varjabedyanın, görüləsi vacib olan işlərlə bağlı, Q.Papazyana verdiyi 



tövsiy

ələr də nəzəri cəlb edir: ingilis ictimaiyyəti ilə iş aparılması; parlamentdə 

hökum

ətə sorğular verilməsi və “erməni davası”na mərdliklə yardım göstərmiş 




 

54 


iki  hörm

ətli  (şərəfli)  kübar  lorddan  (Dizraeli  və  Solsberidən  söhbət  gedir  – 

İ.M.) bu işdə istifadə olunması; ictimaiyyətin – qəzetlərlə, mitinqlərlə, toplantı-

larla,  parlamentd

əki  sorğularla  “erməni  davası”  üçün  hökumətə  təsir  göstər-

m

əsi və s. Patriarxın, səs çoxluğu ilə qəbul edilən, məlum  yazılı bəyanatı da 



“tarixi 

çağırış”la qurtarırdı: “Başladığımız işi davam etdirək. Gələcək üçün ha-

zırlanaq. Ermənistana (?! – İ.M.) gedək”. Həmin çağırışın davamı olaraq müx-

t

əlif  ölkələrə  (Hindistan, “Ermənistan”,  İngiltərə,  Rusiya,  Türkiyə,  Avstriya, 



İran) səpələnən ermənilərlə əl-ələ vermək, çeşidli peşə sahibi (müəllim, kilsə 

ada


mı, sərmayədar, tacir, sənətkar və b.) olan soydaşlara “Ermənistan”a yığış-

maq m


əsləhət bilinirdi.  

Bel


ə bir vacib cəhəti də vurğulamağa ehtiyac görürük: konqres bitər-bit-

m

əz istər N.Çeras və N.Varjabedyanın həmmillətlərinə ünvanladıqları çağırış-



larda  n

əzərdə tutulanların həyata keçirilməsinə, istərsə də bütövlükdə “erməni 

m

əsələsi”nin həlli”nə yönəlik tədbirlərə dair çoxlu yeni layihə, əsasnamə, bə-



yannam

ə, təlimatlar və s. Hazırlanmasına (10) başlanılmışdı. Burada yalnız bir 

t

əlimatda ifadə olunan çox maraqlı, “erməniliyi” yetərincə səciyyələndirən mə-



qam

ları diqqətə yetirməklə kifayətlənirik. İstanbul erməni patriarxlığının “İsla-

hat komis

siyası” tərəfindən 1879-cu ilin ortalarında yepiskopluqlara göndərilən 

h

əmin təlimatda (11, 181-182, 48-49)



 

olduqca mühüm “tövsiy

ələr“ verilirdi: 

 



“erm

əni  məsələsi”nin  yaşadıla  bilməsi  üçün  bütün  məzhəblərdən  olan 

erm

ənilər bu sahədə birlikdə olmalıdırlar; 



 

m



əktəblərdəki  uşaqların  beyinləri  Ermənistan  məsələsi  ilə  doldurul-

malıdır; 

 

m



əktəb olmayan kəndlərdə keşişlər uşaqlara heç olmazsa imza atmağı 

öyr


ətməlidirlər. Oxuyub-yazmağı bacarmayan böyüklərə də yazmağı öyrətsin-

l

ər ki, heç olmazsa imzalarını ata bilsinlər. Çünki bu sonra lazım olacaqdır; 



 

harada  olursa-olsun 



qarşıya  çıxan  avropalı  yolçular  (sərnişinlər)  gülər 

üzl


ə qarşılanmalı, onların qulluqlarında durulmalı, ermənilərin qonaqpərvərliyi 

göst


ərilməlidir.  Onlara  keçmiş  ermənilik  hekayətləri  anladılaraq  erməni 

davasına (Hai Tahd) yardımçı olmaları təmin edilməlidir 

 Berlin  konqresi  v

ə  onun  qəbul  etdiyi  müqavilənin  61-ci  maddəsi  ilə 

“erm

əni  davası” (“Hai Tahd”) yeni  bir  mərhələyə  daxil  oldu.  Çoxsaylı  arxiv 



s

ənədlərinin (12) də təsdiqlədiyi kimi, “erməni məsələsi” konqresdən sonrakı 

dövrd

ə  –  XIX  əsrin  qalan  hissəsi  boyu  da  “Anadolu  islahatı”  və  ya  “İslahat 



m

əsələsi” adı altında ardıcıl və sistemli şəkildə davam etdirildi. 



 

ƏDƏBİYYAT 

1.

 



Şimşir B. İngiliz Belgelerinde Osmanlı Ermenileri (1856-1880). İstanbul: Bilgi Yayınevi, 

1986, 509 s.  

2.

 

Uras E. Tarihte Ermeniler ve “Ermeni Meselesi”. 



İstanbul: Belge Yayınları, 1987, 798 s.  

3.

 



Gürün K. Erm

əni məsələsi, yaxud bir problem necə yaradılır? / Türk Tarihinde Ermeniler 

Sempozyumu

nun materialları. İzmir, 1983, s.15-27. 

4.

 

Bu  bar



ədə  ətraflı  məlumat  üçün  baxın:  İlter  E.  Türk-Ermeni  İlişkileri  Biblioqrafyası. 

Ankara, 1997, 492 s. 




 

55 


5.

 

Maevski A. Van. Bitlis Vilayetleri Askeri 



İstatistiği. İstanbul, 1912, 151 s. 

6.

 



Türkiy

ə  Cumhuriyyeti  Başbakanlık  Osmanlı  Arşivi  (T.C.BOA).  Hariciye  Nezareti, 

Endikatör: MÜ-83, iç no: 23 610/80; Siyasi-III, Kutu no: 1329; 

İdari-I, Karton no:13447/1. 

7.

 

T.C.BOA, Buyruldu Defteri



, №5, vv. s.44-57. 

8.

 



Öke M. Ermeni Sorunu, 1914-1923. Ankara, 1991, 319 s. 

9.

 



Osmanlı  Arşivi.  Yıldız  Tasnifi.  Ermeni  Meselesi.  Talori  Olayları,  Cilt  I,  s.XIV;  Said 

Paşa’nın “Hatırat”ı, C.I, s.271. 

10.

 

T.C.BOA, Dosya: 



Yıldız Esas Evrak, Dosya no: Kısım-36, Evrak-334, no: Zarf-50, Karton 

no: 97, iç no: 72-74, 78-79; 

Kısım-33, Evrak-1719, iç no: Zarf-73, Karton no: 91.  

11.


 

Hocaoğlu  M.  Tarihte  Ermeni  Mezalimi  ve  Ermeniler,  İstanbul, 1976, 372 s. ;İlter  E. 

Ermeni Kilisesi ve Terör, Ankara, 1996, 234 s. 

12.


 

T.C.BOA,  Dosya: 

Yıldız  Esas  Evrak,  Dosya  no:  Kısım-31,  Evrak-323,  iç  no:  Zarf-108, 

Karton  no: 80, Evrak-2004,  iç  no:  Zarf-45, Karton  no: 83; 

Kısım-35; Evrak-2344, iç no: 

Zarf-50,  Karton  no: 97; Hariciye  Nezareti,  Endikatör:  Tercüme  Siyasi,  Karton  no: 13, 

Dosya: 1, iç no: 8600/257 v

ə s.  


   

СТАТЬЯ 61 БЕРЛИНСКОГО ДОГОВОРА: ВЗГЛЯДЫ И ПОЗИЦИИ 

 

И.М.МУСА 

 

РЕЗЮМЕ 

 

В статье исследуются научно-политические вопросы связанные со статьей 61 Бер-

линского  договора.  Здесь  раскрывается  сущность  «армянского  вопроса»,  сформулиро-

ванной этой статьей. 

Далее  в  ней  рассматриваются  главные  цели  великих  держав  (Англии,  России  и 

др.) в деле создания «армянского вопроса». Статья написана на основе изучения и анали-

за  многочисленных  дипломатических  документов  Османской  империи  и  западных 

государств.  

 

 

Ключевые слова: Берлин, конгресс, договор, статья 61, церковь, армянин 



 

 

ARTICLE 61 of BERLIN AGREEMENT: VIEWS AND POSITIONS 



 

I.M.MUSA 

 

SUMMARY 

 

The article studies scientific-political questions on Article 61 of Berlin Agreement. The 



essence of “ the Armenian question” is revealed. 

Furthermore, the article analyzes the major goals of great powers (as England, Russia 

etc.) in the formation of the “Armenian question”. The article researches a number of relevant 

diplomatic documents of the Ottoman Empire and Western states.  



 

Key words: Berlin, congress, agreement, Article 61, church, Armenian 

 

Yüklə 143,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə