Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml



Yüklə 83,5 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü83,5 Kb.
#50290


175 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

 

UOT 94 (479.24) 

 

M

İRMƏHƏMMƏD KƏRİM MİRCƏFƏR  

ƏL-BAKUVİ VƏ MAARİFÇİLİK 

 

Ə.R.FƏRHADOV 

AMEA Milli Az

ərbaycan Tarixi Muzeyi  

al304f@yahoo.com 

 

M

əqalədə  XIX  əsrin  II  yarısı-XX  əsrin  əvvəllərində  yaşamış  müsəlman mütəfəkkir-

l

ərdən biri olan Mirməhəmməd Kərim Mircəfər əl-Bakuvinin elmi ideyaları tədqiq edilmişdir. 

Mirm

əhəmməd Kərim Mircəfər  əl-Bakuvi  qazı  olmuş,  elmi,  pedaqoji  fəaliyyətlə  də  məşğul 

olmuşdur.  Ərəb dilini öyrənmənin çətinliyini nəzərə  alan mütəfəkkir müsəlmanların  Quranı 

daha yaxşı anlamaları üçün üçcildlik Quran təfsiri – “Kəşfül-həqayiq” əsərini yazmış və bu 

əsəri Tiflisdəki Kaspi mətbəəsində nəşr etdirmişdi. əl-Bakuvi hər cür xurafata, Qurana zidd 

olan h

ər cür ideologiyaya qarşı olmuş, Quranın doğru anlaşılmasını müsəlman cəmiyyətinin 

birl

əşməsində, problemlərinin həll olunmasında əhəmiyyətli bir vasitə saymışdır.  

 

Açar sözl

ər:  Mirməhəmməd Kərim Mircəfər  əl-Bakuvi, “Kəşfül-həqayiq”, islam, 

maarifçilik 

 

XIX 


əsrin II yarısı və XX əsrin əvvəlləri Azərbaycanda elm və aydınlan-

ma c


ərəyanının  inkişaf  etdiyi  bir  dövrdür.  Filosof  və  yazıçı  Mirzə  Fətəli 

Axundov (ö.t. 1878)  t

ərəfindən başlanan, Cəlil Məmmədquluzadə (ö.t. 1932) 

v

ə onun redaktoru olduğu  “Molla Nəsrəddin” jurnalı tərəfindən davam etdiri-



l

ən maarifçilik və dünyəviləşmə cərəyanı, Əhməd bəy Ağayev (ö.t. 1939), Əli-

b

əy Hüseynzadə (ö.t. 1940) və onun redaktoru olduğu  “Füyuzat” (1906) jur-



na

lı tərəfindən davam etdirilən türkçülük-Turançılıq  fəaliyyətləri bu ərəfədə 

f

əaliyyətə başlamışdır. Adı çəkilən ziyalılar və onların davamçıları Azərbay-



canın  inkişaf  etmiş  mütərəqqi millətlər  sırasına  qoşulması  üçün  çıxış  yolları 

axtarır,  müxtəlif ideologiyalardan nicat umurdular. Bu dövrdə  Azərbaycanın 

xilas yolunu n

ə  Avropada, nə  də  sosializmdə  görən,  əksinə  onun islamın  

h

əqiqi köklərinə qayıdaraq xoşbəxt olacağına inanan  islamçı mütəfəkkirlər və 



din xadiml

əri də mövcud olmuşdur. Onların sırasında Mirməhəmməd Kərim 

Mirc

əfər  əl-Bakuvi (ö.t.  1938), Axund Mirzə  Əbu  Turab  (ö.t.  1910), Axund 



Molla Ruhulla Axundov (ö.t. 

1912) kimi ziyalılar da vardır. Onlar islam di-

ninin xurafatlardan t

əmizlənməsi, azərbaycanlıların  cəhalət xəstəliyindən sa-

ğalıb  mütərəqqi millətlər cərgəsinə  qoşulması  üçün  əvəzedilməz xidmətlər 



176 

göst


ərmiş, xalqımızın qəlbində əbədi iz qoymuşdular. Məsələn, Hüseyn Cavid 

(ö.t.  1941) Molla Ruhulla Axundovun ölümü il

ə  əlaqədar belə 

yazırdı:


 

“V

ətənpərvər üləmamızdan  Hacı  Molla  Ruhulla  həzrətlərinin vəfatı 



islam ruhu il

ə bəslənmiş hər bir vətəndaşı qəmgin və dilxor etdi” (



 

4). 


İslamçı  mütəfəkkirlərin  əsas nümayəndələrindən biri olan Mirməhəm-

m

əd Kərim Mircəfər əl-Bakuvi  1853-cü ildə Bakıda məşhur seyid nəslindən 



dünyaya g

əlmişdir.  əl-Bakuvinin  babası  İçərişəhər məscidinin  axundu  Ağa 

Seyid M

əhəmməd 1806-cı ildə general Sisianov komandanlığındakı rus ordu-



su

nun Bakını işğalından sonra təslimçiliyə qarşı çıxdığı üçün çubuqla döyülə-

r

ək  öldürülmüşdü  (4,  5).  Atasının  arzusu  ilə  əl-Bakuvi 1871-1881-ci illərdə  



Bağdadda ali dini təhsil aldıqdan sonra Bakıya dönmüş, burada uzun müddət 

İçərişəhərdə  Şah  məscidi  axundluğu,  1814-1918-ci illərdə  Bakı  quberniyası 

qazılığı,  Bakı  quberniyası  Şiə  məclisinin sədri kimi vəzifələrdə  çalışmışdır. 

Qeyd etm


ək  lazımdır  ki,  bu  dövrdə  Bakı  quberniyası  rus  işğalı  altında  olan 

Az

ərbaycanın üç quberniyasından biri idi. Bu cür yüksək səviyyəli din xadimi 



kimi onun s

əlahiyyətlərinə bu məsələlər daxil idi: axund rütbəsi almaq istəyən 

din xadiml

ərini imtahan edən komissiyaya sədrlik etmək; məscidlərin, ziyarət-

gah

ların,  vəqflərin, mədrəsələrin fəaliyyətinə  nəzarət etmək;  evlilik,  boşan-



maq, varislik v

ə  sair  şəriətlə  bağlı  məsələlərlə  məşğul  olmaq  və  xalqa izah 

etm

ək. 1918-ci ildə  Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra əl-



Bakuvi  öz arzusu il

ə rəsmi dini vəzifələrindən istefa vermiş (2, 168),  sərbəst 

t

ərcüməçilik fəaliyyəti ilə məşğul olmuşdu (9, 5). Maarifçi bir ruha sahib olan, 



xalqı hər zaman elmə təşviq edən, xurafata  qarşı mübarizə aparan mütəfəkkir 

eyni zamanda xeyriyy

əçilik tədbirlərində  də  yaxından  iştirak  edir,  varlıları 

xalqın  yardımına,  elm  və  mədəniyyətin  inkişafına  köməyə  çağırırdı.  Onun 

yaradıcısı olduğu “Hidayət“ xeyriyyə cəmiyyəti (1906) bu sahədə ilk ictimai 

t

əşkilat  olub  hökumət ilə  xalq  arasında  bir  növ  vasitəçilik  rolunu  oynayır, 



müs

əlmanların  rus  hökuməti tərəfindən qanunsuzluqlara məruz  qalmasına, 

müs

əlmanlararası qan davası və qətliamlara, cəhalətə qarşı mübarizədə mütə-



r

əqqi fəaliyyət göstərirdi. Cəmiyyətin  Bakının  bir  çox  kəndlərində  şöbələri 

f

əaliyyət göstərirdi (9, 5). əl-Bakuvi bütün həyatını  xalqının  aydınlanmasına 



h

əsr  etmiş  bir  şəxsiyyət olaraq təhsilin vacibliyi məsələsinə  diqqət çəkmiş, 

xüsusil

ə qızların təhsildən uzaq düşməsini millətin cəhalət və nadanlığa düçar 



olmasının əsas səbəblərindən biri kimi göstərmişdir. Onun özü şəxsi nümunə 

göst


ərərək öz imkanları hesabına Azərbaycan SSR EA-nın ilk prezidenti Mir 

Əsədulla  Mirqasımovu  (ö.t.  1958) Odessada Novorossiysk  Universitetinin  

tibb  fakült

əsində  oxutmuşdu  (9,  5).  Görkəmli Azərbaycan xeyriyyəçisi  Hacı 

Zeynalabdin Tağıyev (ö.t. 1924) də əl-Bakuvi ilə yaxın dostluq və işgüzarlıq 

münasib


ətlərində olaraq onun təşviqi ilə maariflənmə sahəsində işlər görməklə 

yanaşı, təhsil alan yoxsul tələbələrə təqaüd verilməsi kimi faydalı bir sahə ilə 

d

ə məşğul olmuşdur (3, 196-197).  



əl-Bakuvi  qızların  təhsil  almasına  qarşı  olan  cahil  bir  cəmiyyətdə  öz 

qızını  Tağıyevin  açdırdığı  “Ünas”  (Bakı  rus-müsəlman  qadın  məktəbi-1901) 




177 

m

əktəbinə (1, 238) qoymaqla xurafatçı cahil dindarların qəzəbinə tuş gəlmiş, 



h

ətta evi yandırılmış, öldürülmək təhlükəsi ilə qarşılaşmışdı (5, 15). əl-Bakuvi 

1907-ci il, aprelin 15-d

ə  mövludu-nəbəvi (Məhəmməd  peyğəmbərin  doğum 

günü)  münasib

ətilə  “Ünas” məktəbində keçirilən məclisdə çıxış edərək belə 

deyirdi: “Bizim c

əhalət və rəzalətdən xilasımız ancaq Quran vasitəsilə müm-

kündür. Quran is

ə  bizi elmə, mərifətə  təşviq  edir.  Fəqət biz Qurana qulaq 

vermirik. Bizim özümüz

ə müsəlman deməyimiz iftira və böhtandır, Qurandan, 

islamdan  xaric  bir  işdir  (9,  5).  əl-Bakuvi  xurafatçı  cahil  din  adamlarını  və 

onlara tabe olanları da tənqid edərək belə deyirdi: “Bu kimi şəxslər özləri cahil 

olub alim sur

ətinə daxil olublar. Böylə vəqtdə cahil cahili necə hidayət edib 

k

əmali-elm və mərifətə vasil edə bilir” (7, II c., 288). 



Elm öyr

ənmədə  kişi-qadın  fərqliliyinin  ortaya  qoyulmasına,  qadınların 

t

əhsildən kənar  tutulmasına  qarşı  çıxan  müəllif mövzu ilə  əlaqədar  yazır: 



“R

əsulullah (s.a.v.), arvadları zillət və rəzalətdən xalis edib onlardan ötrü bö-

yük haqlar q

ərar verib, İslam dinində kişi və qadın, hər ikisi şəriət qarşısında 

eyni d

ərəcədə  mükəlləf  olduqlarına  görə, elm təhsil etmələri sahəsində  də 



b

ərabər səviyyədə  mükəlləf  sayılmalıdırlar”  (7,  III  c.,  83).  əl-Bakuvi  pey-

ğəmbərin - “Elm Çində də olsa, qəbul edin” və “kişi və qadın, hər müsəlmana 

elm öyr


ənmək fərzdir”,  “beşikdən qəbrə  qədər elm təhsil  edin” və  digər 

h

ədislərini nümunə gətirərək belə deyir: “İnsanı hər bir təhlükədən nicat verən 



elmdir. V

ə əzaba düçar edən də cəhalətdir” (7, II, 422). 

əl-Bakuvi öz dövrünün təhsil  anlayışını  da  tənqid edərək, sadəcə  dini 

t

əhsilin yanlış olduğunu, bütün dünyəvi elmlərə əhəmiyyət verməyi təbliğ edir. 



əllif mövzu ilə  əlaqədar  əsərin müqəddiməsində  yazır:  “İslam alimləri 

t

ərəfindən  bu gün dini elmlərdən  başqa heç bir elm təhsil edilmir. Əlbəttə, 



dini elml

əri öyrənmək lazımdır, lakin bəşər həyatı üçün zəruri olan digər  elm-

l

ərin təhsili də vacibdir.  Bunların hamısını öyrənmənin vacib olduğuna dair 



Quranda  da ay

ələr vardır” (7, I c., Müqəddimə). Müəllif islam peyğəmbərin-

d

ən də  nümunələr gətirərək  elmin  şərəfini belə  izah edirdi:  Peyğəmbərimiz 



buyur

muş: alimlərin mürəkkəbi Allahu-Təala  yolunda  şəhid  olan  şəxslərin 

qanından fəzilətlidir. Burada məqsəd elə alimlərdir  ki, islama elm vasitəsi ilə 

xidm


ət edib tərəqqi versinlər (7, II c, 476). 

əl-Bakuvi  cəhalət və nadanlığın Quranın müsəlmanlar tərəfindən doğru 

d

ərk edilməsi  şəraitində  yox  olacağına  inanırdı.  Müəllif belə  yazırdı:  Əhli-



Quran Qurani-

şərifdə necə ki Allahu-Təala əmr edibdir, əgər təfəkkür edələr, 

z

əlalət və cəhalət vadisində heyvanlar kimi sərgərdan qalmazlar (7, II c., 3). 



əl-Bakuvi,  Axund  Mirzə  Əbu  Turab  kimi  din  xadimləri    xalq  arasında 

ria


yət edilən baş yarmaq, zəncir vurmaq kimi  bəzi “dini” əməllərin , sünnilik-

şiəlik  kimi  məzhəbpərəstliyin  təməlsiz,  islama  zidd  olduğunu  göstərərək 

müsəlmanları yanlış dini addımlardan çəkindirməyə çalışır, bunların günah və 

islamdan kənar olduğunu göstərirdilər ( 9, 5). 

Az

ərbaycan türklərinin ərəbcəyə olan nabələdliyi və ərəbcə öyrənmənin 



mür

əkkəbliyi  şəraitində  müsəlman  xalqı  və  Quran  arasındakı  sədləri  yıxmaq 




178 

v

ə  Quranın  doğru  anlaşılması  məqsədi ilə  “Kəşfül-Həqayiq” (“Həqiqətlərin 



k

əşfi”) adlı üç cildlik Quran təfsirini yazan mütəfəkkir bu əsəri ilə Azərbaycan 

müs

əlmanlarının  dini  maariflənməsi və  xurafatlardan  xilası  üçün  mədəni 



inqilab s

əviyyəsində  bir fəaliyyətə  imza  atmışdır.  əl-Bakuvi 1904-cü ildə  üç 

cildlik bu 

əsəri Tiflisdə, Kaspi qəzetinin Buxariyyə  mətbəəsində  Tağıyevin 

maliyy

ə yardımı ilə nəşr etdirmişdi.  



“K

əşfül-Həqayiq”  əsərinin nəşri  islam  aləmində  böyük  əks-səda yarat-

mışdı.  Özbəkistandan, Türkmənistandan,  Tatarıstandan,  Gürcüstandan  əl-

Bakuviy


ə bir çox hədiyyələr, İran və Osmanlı dövlətlərindən isə hədiyyələrlə 

yanaşı medallar da təqdim olunmuşdu. Kitabın bir nüsxəsi də Osmanlı  sultanı 

II  Əbdülhəmidə  (ö.t.  1918)  Hacı  Zeynalabdin  Tağıyev  tərəfindən təqdim 

edilmişdi.  Əsər  II  Əbdülhəmidin  “İttihadi-İslam”  (İslam  ittifaqı)  siyasətinə,  

müs

əlmanlar  arasındakı  məzhəb  ixtilaflarını  yox  edib,  onları    bir  dövlətdə 



birl

əşdirmək  arzusuna  uyğun  gəldiyi üçün sultan tərəfindən  əl-Bakuviyə  bir 

çox h

ədiyyələr də göndərilmişdi (6). 



Lakin müs

əlmanların  cahil  qalmasında  şəxsi  maraqları  olan  bəzi saxta 

din xadiml

əri əsərin nəşrinə qarşı kəskin hücuma keçmiş, Quranın ərəbcədən 

başqa dildə  olan nəşrini  günah  elan  etmişdilər (9, 5). Onlara cavab olaraq 

əllif belə  cavab verirdi: “Qurani-şərif cəmi yer üzündə  olan millətlərə 



Allahu-T

əala tərəfindən göndərildiyinə  görə  lazımdır  Qurani-şərifin hökmlə-

rini d

ərk etmək. Qurani-şərif ərəb dilində olmaq cəhətinə müxtəlif millətlərdən 



ötrü mümkün deyildir. Qurani-

şərifin məzmunu hər bir xalqın öz dilinə təfsir 

v

ə tərcümə olunmasa, ondan necə ki, lazımdır faydalana bilməzlər”. əl-Bakuvi 



farsca v

ə Osmanlı türkcəsindəki təfsirlərin də Azərbaycan üçün faydasızlığını 

bel

ə  izah edirdi: məsələn, fars dilində  bir neçə  təfsir  vardır  ki,  o  təfsirlərdə 



Qurani-

şərifi qrammatik və  filoloji cəhətdən izah edərək, Qurani-şərifin hik-

m

ətlərindən bəhs etməyiblər. Bəlkə milləti-islam arasında parçalanmaya səbəb 



olan sözl

ərdən bəhs olunubdur. Osmanlı türkcəsində olan  təfsirlər isə bizim 

Az

ərbaycan türk dilində  danışanlar  üçün  faydasızdır.  Buna  görə  də  özümə 



lazım  gördüm  ki  Azərbaycan türk dilində  bir təfsir  yazım,  tainki  aləmi-isla-

miyy


ət xadimlərinin  arasında  bizim  də  bir acizanə  xidmətimiz mövcud 

olsun (7, II c., 205). 

əl-Bakuvinin “Kəşfül-Həqayiq” əsərindən başqa “İran Şəhərlərinin Və-

ziyy


əti və  Təbrizdə  Gördüklərim” və  “Səlib Müharibəsi”(1913-nəşr)  adlı 

əsərləri və ərəb yazıçısı Corci Zeydandan (ö.t. 1914) etdiyi – “Harun ər-Rəşi-

din bacısı Abbasə”, “Əbül-Müslim Xorasani”, “Əmin və Məmun qardaşları”  

kimi bir çox t

ərcümələri olsa da Sovet hakimiyyəti dövründə yox edilərək döv-

rümüz


ə  gəlib  çatmamış,  lakin  “17  Ramazan”,  “Kərbəla  yanğısı”,  “Əzrayi 

Qureyş” kimi tərcümə əsərləri əlimizə keçmişdir (21, 200). “Kəşfül-Həqayiq” 

əsərinin nüsxələri  hazırda  AMEA  Əlyazmalar  İnstitunda  və  Türk Dili  Tarix 

Qurumunda qorunmaqdadır (6). 

“K

əşfül-Həqayiq “ əsərinin bizim üçün əhəmiyyəti adi bir Quran təfsiri 



əsəri olmaqdan daha  artıq müəllifin yaşadığı dövrü və bu dövrə qədərki tarixi 


179 

prosesi elmi, f

əlsəfi,  ictimai  baxımdan  təhlil etməsi, milli fəlakətlərin ortaya 

çıxma səbəblərini və həll yollarını göstərə bilməsidir. Azərbaycan həm sünni, 

h

əm  şiə  məzhəbinə  məxsus  insanların  əsrlərlə  bir  arada  yaşadığı  bir  ölkə  



olmasına görə həm yerli, həm də xarici qara qüvvələr tərəfindən bu iki məzhəb 

m

ənsubları  arasında  daima  ziddiyyətli məsələləri dərinləşdirməyə  çalışanlar 



olmuşdu. Rus işğalçıları da müsəlmanların vəhdətinin nə qədər təhlükəli oldu-

ğunu bildiyindən məzhəblərarası ədavəti daima canlı tutmağa, hətta körüklə-

m

əyə  çalışırdı.  Azərbaycan dilində  nəşr  olunan  bu  ilk  Quran  təfsirində  bu 



böyük müt

əfəkkirin nailiyyətlərindən biri də məzhəblərarası ziddiyyətləri, düş-

m

ənçilik yaradan təəssübçülüyü qabartmaqdansa, islamın bütünləşdirici ünsür-



l

ərini ortaya qoyaraq müsəlmanları  birliyə, tərəqqiyə, humanizmə  çağırması 

idi. Mü

əllif bu mövzu ilə  əlaqədar belə  yazır:  Ruhani rəislər, Qurani-şərifin 



hökml

ərini hər  şəxs  öz  arzusuna  uyğun  xalqa  yetirməkdən milləti-islam 

arasında məzhəb ixtilafı meydana gəldi. İttihad, ittifaq müsəlmanlar arasından 

götürülüb t

əfriqə və nifaqa səbəb oldu (7, II c, 60). 

əl-Bakuvi, adı nə olursa olsun, bütün xurafata, Quranın təsdiq etmədiyi 

h

ər hansı bir ideologiyanın, fikrin toxunulmazlığına qarşı çıxır və islam cəmiy-



y

ətinin bütün problemlərinin açarının yenə Quranın doğru dərkində görür və 

bel

ə yazırdı: “Ey müsəlmanlar, müsəlman şəxs gərək cəmi etiqadlarını Qurani-



şərifdən  əxz etsin. Hər bir söz ki, Qurana müxalif olsa, gərək onu kənara 

qoymaq, Qurani-

şərifin sözlərini kənara qoyub saxta olan sözlərə tabe olmaq 

islamdan xaricdir” (7, II c., 80). 

 

Quranın  ölülərə  göndərilmədiyini (7, II c., 288) irəli sürən  əl-Bakuvi 



insanları  Quran  oxumağa,  Qurandakı  əxlaqi və  maarifçi ünsürlərin bir həyat 

yolu olaraq q

əbul edilməsinə çağıraraq belə deyirdi: məgər uca peyğəmbəri-

miz  Quranı  ölülər üstündə  oxumağa  əmr  etmişdi?  Ya  cəhalət  xəstəliyinə 

tutulan  diri  şəxslərə  həyat verib dünya və  axirət  xoşbəxtliyini qazanmaqdan 

ötrü onun hökml

ərini öyrənməyi əmr buyurmuşdu? (7, II c., 477). əl-Bakuviyə 

gör


ə, Quranın işıqlı həqiqətləri  zülmət pərdəsi altında qaldığına görə, cəhalət 

müs


əlmanlar  arasında  yayılıb  nəticədə  onlar  arasında  ədalət və  insaf kimi 

f

əzilətlər öz  yerlərini nadanlığa tərk etmişdir. Quran elmi mədh etdiyi kimi, 



m

ərifət sahibi olmaq da elm vasitəsi ilə  mümkündür. Müəllif bu mövzuda 

peyğəmbərin  –  “müsəlman,  əlindən və  dilindən digər  insanların  amanda 

olduğu şəxsdir” hədisini nümunə gətirərək haqq və doğruluq yolunun əsasları-

nı ortaya qoyur.  Zalım və ədalətsiz şəxsləri tənqid edən müəllif belə deyir: bir 

şəxs öz misli insana 5 gün dünya həyatının  mənfəətindən ötrü zülm eyləyib 

Allahu-T

əala tapşıran əmanətə xəyanətkar ola, bu qisim zülm zülmün yüksək 

d

ərəcəsidir. Belə  şəxs insaniyyətdən kənar vəhşilər cərgəsinə  daxil  olmağa 



layiq v

ə insan surətində bir vəhşidir (7, II c., 100). 

Çox t

əəssüf ki, Azərbaycanın 1920-ci il aprelin 27-də Rusiya tərəfindən 



işğalindan  sonra    Azərbaycanda bütün mütərəqqi  ziyalılara  qarşı  işgəncələr, 

h

əbslər, qətllər  prosesi  başlamış,  bu  repressiya  dalğası  əl-Bakuvidən də  yan 



keçm

əmişdi. Sovetləşdikdən sonra bütün əşyaları hökumət tərəfindən əlindən 




180 

alınan əl-Bakuvi bağbanlıqla və sərbəst tərcümə fəaliyyəti ilə məşğul olmuş-

dur. 1933-cü ild

ə  ödəyə  bilmədiyi vergilər    ucbatından  evini  dövlətə  təhvil 

ver

ən  əl-Bakuvi Mərdəkana,  bağ  evinə  köçmüşdü.  Sovet  hökuməti bunu da 



ona çox gör

ərək,  bağı  onun  əlindən almış,  Mərdəkan  camaatının  yardımları 

say

əsində əl-Bakuvi orada sığınacaq tapmışdı. Lakin sovet repressiya aparatı 



bununla kifay

ətlənmək istəmirdi, xalqına xidmət edən hər bir mütərəqqi ziyalı 

kimi  o  da  hansısa  bir  yolla  məhv edilməli idi. 1938-ci ildə  “anti-sovet dini 

f

əaliyyətdə” təqsirləndirilən  əl-Bakuvi həbs edilərək,  qondarma  şahidlərin 



iddiası əsasında 1938-ci il, martın 2-də XDİK qərarı ilə ona güllələnmə hökmü 

verilmiş və 15.03.1938-ci ildə əmr icra edilmişdi (2, 159). 

 N

əticə olaraq, deyə bilərik ki, bir müsəlman din xadimi olaraq Mirmə-



h

əmməd Kərim Mircəfər  əl-Bakuvinin  əsl xidməti və  nailiyyəti  yazdığı  bu 

əsər ilə dövrümüzdə də mövcud olan bir çox bəlaların kökünü göstərə bilməsi 

v

ə islamın dünya mədəniyyətinə olan töhfəsini göstərərək,  elm və  mədəniy-



y

ətin insanı şərəfləndirdiyini ortaya qoyması olmuşdur.  



 

ƏDƏBİYYAT 

1.

 



Az

ərbaycan Tarixi: Ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər // Redaktor: İqrar 

Əliyev. Bakı: Elm, 1993, 284 s. 

2.

 



Babaşlı Məmmədəli. Axund Mir Məhəmməd Kərim Mircəfərzadə əl-Bakuvinin həyat və 

yarad


ıcılığı // Dövlət və Din, Bakı, 2008, mart, № 1 (5), s. 158-169.  

3.

 



Babaşov Memmedeli. Ahund Mir Muhammed Kerim el-Bakuvi`nin Hayatı ve Eserleri // 

Qafqaz Üniversitesi 1996-

1997  Haftalık  Seminerleri.  Bakü:  Qafqaz  Universetesi 

neşriyyati, 1998, 145 s. 

4.

 

Cavid  Hüseyn.  Nakamlıq.  “İqbal”  qəz.,  Bakı,  1912,  14  may,  №  59.  http:  // 



www.cavid.gen.az/04_11.php  

5.

 



C

əfərov Mirsəməd. İlk Quran Təfsirçimiz. “Zaman” qəz., Bakı, 1999, 28 sentyabr. 

6.

 

Dolunay  Ahmet.  Dinde  Şifahılık  Olmaz  //  Aksiyon  Haftalık  Haber  dergisi,  sayı:  295, 



29.07.2000, s 26-34. http://www.aksiyon.com.tr/detay.php?id=14153 

7.

 



əl-Bakuvi Mirməhəmməd Kərim Mircəfər. Kəşfül-Həqayiq.  3 cilddə, Tiflis: “Kaspi” 

q

əzetinin Buxariyyə mətbəəsi, h. 1322 (m. 1904), 2491 s. 



8.

 

İlkin Qılman. Bakının Üç Üləması. Bakı: “Ədəbiyyat və İncəsənət” qəz., 1990, 24 avqust 



№ 32, (2427). 

9.

 



M

əhərrəmov Nizami, Babaşov Məmmədəli. Qafqaz Müsəlmanlarının Atası, “Ədəbiyyat” 

q

əz.., Bakı, 1991, 8 fevral, № 6, (2453). 



10.

 

Məmmədquluzadə  Cəlil.  Baş  yarmaq  //  Molla  Nəsrəddin  jur.,  1907,  10  fevral  № 



6. http://gutenberg.aznet.org/23/26.txt; http://addm.az.iatp.net/bashyaz.html  

 

МИР МУХАММЕД КЕРИМ МИР ДЖАФАР 

АЛЬ-БАКУВИ И ПРОСВЕЩЕНИЕ 

 

А.Р.ФАРХАДОВ 

 

РЕЗЮМЕ 

 

Одним из мусульманских мыслителей Мир Мухаммед Керим Мир Джафар аль-

Бакуви,  живший  во  II  половине  XIX  –  начале  ХХ  вв.,  был  кадием,  занимался  препо-

давательской  деятельностью.  Учитывая  сложность  изучения  арабского  языка,  мысли-




181 

тель  с  целью  преодоления  для  мусульман  препятствий  в  восприятии  Корана  написал 

трехтомный  комментарий  к  Корану  –  «Кешфуль-  Хагаиг»  («Поиск  истины»)  и  издал 

этот почетный труд в Тифлисской типографии «Каспий». 

Аль-Бакуви выступал против любых предрассудков, искажений идеологии Ко-

рана под какими бы предлогами они не преподносились. Ключ ко всем проблемам ис-

ламского общества он видел только в правильном понимании Корана. 

В заключение можем сказать, что в указанном труде, являющимся основной за-

слугой и достижением Мир Мухаммеда Керима Мир Джафара аль-Бакуви как мусуль-

манского религиозного деятеля, выявлены корни из некоторых нынешних бед Азербай-

джана, представлено единство религиозных истин и разума, говорится об облагоражи-

вающем влиянии на человека науки и культуры.   

 

Ключевые слова: Мир Мухаммед Керим Мир Джафар аль-Бакуви, «Кешфуль - 

Хагаиг», ислам, просвещение 

 

MIR MOHAMMAD KARIM MIRJAFAR  

AL-BAKUVI AND ENLIGHTENMENT 

 

A.R.FARKHADOV 

 

SUMMARY 

 

One of the World Muslim thinkers, Mir Muhammad Karim al-Bakuvi who lived in the 



II half of XIX – early in XX centuries is an Islam thinker who was engaged in confessor and 

teaching activities. To knock down barriers in the complex situation between Muslims and 

Koran, in the true perception of Koran, the thinker wrote a three – volume commentary “Kash-

ful-Haqaiq” (“Discovery of Truth”) published in Tiflis. 

Al-Bakuvi opposed any prejudices, distortions of ideology of the Koran and considered 

the correct understanding of Koran as the key to all the problems of Islamic society.  

In conclusion, we can say that this work which is the main service and achievement of 

Mir Mohammad Karim Mirjafar al-Bakuvi as a Muslim religious figure indicates the roots of 

some existing problems in Azerbaijan and represents the unity of religious truth and wisdom, 

salutary influence of  science and culture on human. 



 

Key words: Mir Mohammad Karim Mirjafar al-Bakuvi, “Kashful-Haqaiq”, Islam, en-

lightenment  



Yüklə 83,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə