Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elml



Yüklə 95,28 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü95,28 Kb.
#10549
növüYazi


95 

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Humanitar elml

ər seriyası   

 

2012 

 

 

 

 

UOT 39; 572.9 

 

YAZIÇI-DEKABR

İST A.A.BESTUJEV-MARLİNSKİNİN  

ƏSƏRLƏRİNDƏ ETNOQRAFİK GÖRÜŞLƏR 

 

R.M.İBRAHİMOVA 



B

akı Dövlət Universiteti 

renaibrahimova@yahoo.com 

 

M



əqalə dekabrist-yazıçı A.A.Bestujev-Marlinskinin bədii irsindəki etnoqrafik görüşləri-

nin t

əhlilinə həsr olunmuşdur. Burada Qafqaz xalqları, o cümlədən azərbaycanlıların maddi 

m

ədəniyyəti,  yaşayış  məskənləri, evlər, milli geyimlər, yeməklər, nəqliyyat vasitələrinə  dair 

etnoqrafik m

əlumatlar  araşdırılmışdır.  Əhalinin  təsərrüfat fəaliyyəti, ailə  məişəti, dini gö-

rüşləri, xalq bayramları haqqındakı qeydlər etnoqrafik təhlilini tapmışdır. İslamın mütərəqqi 

ənənələri və onların əhalinin həyatında rolu, A.Bestujev-Marlinskinin etnoqrafiya sahəsindəki 

qabaqcıl fikirləri vurğulanmışdır. 

 

Açar sözl

ər:  etnoqrafiya, azərbaycanlılar,  təsərrüfat,  ailə  məişəti, maddi və  mənəvi 

m

ədəniyyət



 

 

Dekabrist  – 



yazıçı A.A.Bestujev-Marlinski Qafqazı öz bədii yaradıcılı-

ğında tərənnüm etmiş rus ədiblərindən biridir. O, təkcə şəxsi müşahidələri ilə 

kifay

ətlənməyib, xüsusi etnoqrafik ədəbiyyatdan istifadə etmişdir. Azərbaycan 



dilin

ə  yaxşı  bələd  olduğundan  yazılarında  külli  miqdarda  bu  dildəki etnoqrafik 

m

əhfumlara rast gəlinir. Ədib bu məfhumların mətndə təhlilini, onların rus dilində 



t

ərcüməsini vermiş və bu, onun əsərlərinin etnoqrafik dəyərini qat-qat artırır. 

Yazıçı dəfələrlə əsərlərində Azərbaycan xalqının mədəniyyətinə xas olan 

m

əfhumlardan bədii təsvirlərdə  istifadə  etmişdir.  Xüsusilə,  ədibin “Molla-



Nur” hekay

əsi etnoqrafik məlumatlarla zəngindir. Müəllif 1836-cı ildə yazdığı 

bu hekay

əni tarixən azərbaycanlıların  məskəni  olmuş  Dərbənd  şəhərinin 

t

əsvirindən başlayır: evlərin XIX əsrdə Qafqazda əsas inşaat materialı sayılan 



çiy k

ərpicdən  tikildiyini  yazır.  Evlərin  yastı  damına  qır  salınmış,  otaqların 

döşəməsi palazlar, yaxud həsirlərlə örtülmüşdür. Orta və varlı təbəqənin evlə-

rin: otağın bir küncündə qurulmuş buxara vasitəsi ilə qızdırırdılar, sərt soyuq-

larla is

ə  mis  manqalda  kömür  yandırılırdı.  Otağın  divarları  boyunca  insan 

boyu hündürlüyünd

ə qurulmuş ləmlərə qablar yığılırdı (2, 79). Ədib hekayədə 

“hörgülü” evd

ən yazır. Etnoqrafik ədəbiyyatda göstərilir ki, “hörgülü” yaxud 

“çovustan” tipli evl

ər  qamış  və  çubuq  hörgülü  olaraq  “qom  ev”,  “qarğı ev”, 




96 

“qamış ev” adlanır (7, 127). Yerli camaatın evləri adətən ikimərtəbəli və çox 

s

əliqəli olurdu, birmərtəbəli olan hörgülü evlər isə çöldən və daxildən əhənglə-



nirdi. A.Bestujev “Qafqaz oçerkl

əri”ndə  yazır  ki,  bəy evi rəiyyət evindən 

ancaq genişliyi və daş hasarı ilə seçilirdi. Sonra əhalinin təsərrüfat məşğuliy-

y

ətindən asılı olaraq yaşayış məskəni tipinin formalaşması qeyd olunur. Belə 



ki, Qutqaşen mahalında ipəkçiliyin yayılması səbəbindən geniş tut bağları ilə 

əhatə  olunmuş  evlər  nizamsız  və  pərakəndə  inşa  olunmuşdu.  “Molla-Nur” 

hekay

əsində  müxtəlif növ ev əşyalarının  adları  çəkilir: içməli su saxlamaq 



üçün misd

ən bardaq (2, 36), qazan, manqal, sandıq, billur qəlyan və güldan, 

ayna, v

ə aftafa-ləyən, tük balınc, ipək yorğan (2, 45, 55). 



Ədib Dərbənddəki tikililərdən söhbət açaraq şiələrə məxsus olan məscid-

l

ərin minarəsiz inşa olunduğunu, günbəzinin başına ulduz yaxud ələm sancıl-



dığını  yazır.  Sünni  –  müsəlmanları  məscidlərinin  damını  ay-para bəzəyirdi. 

Yazıçı  məscidləri ibadət  ocağından başqa,  dindarların  vaxtaşırı  toplaşıb  yeni 

x

əbərləri müzakirə etdikləri ictimai yer, uşaqların mollanın rəhbərliyi altında 



Qurani-K

ərimi öyrəndikləri təhsil ocağı kimi təsvir etmişdir (2, 140). 

D

ərbənd məscidinin dəhlizini güzgülər, güləbatın naxışlı pərdələr, üzə-



rind

ə Qurandan misralar yazılmış bayraqlar bəzəmişdi. Ədib “Molla-Nur” əsə-

rind

ə dəfələrlə su təchizatından yazıb, böyük minnətdarlıqla yol kənarında fəv-



var

ələr tikənləri yad edir və qeyd edir ki, xeyirxah şəxslər tərəfindən, böyük 

v

əsaitə  quraqlıq  yerlərdə  inşa  edilmiş  bu  içməli su mənbələri kiminsə  etdiyi 



əhdinə görə, yaxud mərhumun ruhuna ehsan olaraq tikilirdi. Fəvvarənin ətra-

fında dindarlar etdikləri günahlardan qurtulmaq, yaxud müjdələrinə  yetmək 

m

əqsədilə ağaclar əkirdilər. A.Marlinski bu adətləri müsəlman dünyasının ən 



insanp

ərvər, gözəl ənənəsi adlandırır (2, 42). Fəvvarələrə su tunc borularla axır-

dı. “Qafqaz oçerkləri” yazısında Qutqaşenə içməli suyun ağac borularla çatdırıl-

ma

sı  məlum  olur.  Əkin  sahələrinin  suvarılmasının  xüsusi  qaydaları  var  idi. 



Paylanan suyun miqdarı əkin sahəsinin ölçülərindən asılı olurdu (2, 144). 

Maddi m


ədəniyyət nümunələri haqda A.Bestujev-Marlinskinin yaradıcı-

lığında kifayət qədər məlumatlar vardır. Kişi geyim dəstindən “Molla – Nur” 

hekay

əsində  papaq, bəz köynək, atmaqol, ətəkləri  baftalı  çuxa,  atlas  arxalıq, 



ç

ərkəz yapıncısı, qurşaq, samur kürk, çalma, uzunboğaz hündürdabanlı çəkmə, 

zirehli köyn

ək, “Qafqaz oçerkləri”ndə Dağıstanda istehsal olunmuş sarı rəngli 

uzunboğaz çəkmə, uzunburun çarıq, badışın adları çəkilir. Baş geyimlərindən 

ağamirlərin – şiə seyidlərin yaşıl rəngli çalma, Həc ziyarətində olmuş hacılar 

papağın  üstündən  ağ  çalma  bağlayırdılar.  Sünni-müsəlmanların  baş  geyim-

l

ərində isə bu adətə riayət etmək mütləq idi (2, 26). Geyim dəstini soyuq və 



odlu  silahlar  tamamlayırdı.  Bunlardan  xəncər, tüfəng,  bıçaq,  qılınc  adına 

“Molla – Nur” hekay

əsində rast gəlinir. 

Qadın  geyimləri daha rəngarəng və  çeşidli  idi.  A.Bestujev  “Molla  – 

Nur” 

əsərinin qəhrəmanı Kiçiknənə adlı qızın əynində yaxasına qızıl pullar və 



k

əsmələr bənd  edilmiş  çəhrayı  rəngli,  geniş  qolları  qızıl  düymələri tafta 

köyn

əyin, üstündən gövdəsini kip  tutmuş  zərxara  arxalığın,  başında  zərif  ağ 




97 

r

əngli  örtüyün  olduğunu  yazır  (2,  43).  Bundan  başqa  ədib Dərbənd  qadın-



larının  geyim  dəstinə  ətəyi  baftalı  şalvar-çaxçurun,  başmaq,  yun  corablar, 

çalma, atlas don-

arxalıq, haşiyəli çadranın daxil olduğunu qeyd edir. Ənənəvi 

qadın  geyimlərinə  zinət  əşyaları  xüsusi  rövnəqlik verirdi. Hekayədə  bəzək-

l

ərdən “qızıl ğul” formalı qızıl sancaq, üzük, minalı sırğa, zəncirə bənd edilmiş 



qızıl  sikkələr və  ulduz kəsmələrdən ibarət  olan  boyunbağı,  baş  bəzəyi  – 

“baqı”nın adları çəkilir (2, 123). Azərbaycan qadınları ənənəvi olaraq kosme-

tik vasit

ələrdən istifadə  etmişlər. Bunlardan ənlik,  kirşan,  sürmə, gülyanaq, 

xınanın adlarına “Molla – Nur” hekayəsində rast gəlinir. Xına yaşlı kişilərin 

saqqallarına, qadınların və kiçik uşaqların saçlarına qoyulurdu (2, 54). 

Az

ərbaycan mətbəxi bütün Qafqazda zənginliyi və  ləzizliyi ilə  seçilir. 



A.Bestujev “Molla – Nur” 

əsərində yazır ki, axşam düşəndə Dərbənd sakinləri 

evl

ərinə, ocaq başına yığışanda ətrafı ətirli ədviyyatlı plovun qoxusu bürüyür-



dü.  Başqa  bir  parçada  plovu  kişmiş,  zəfəran və  kərə  yağı  ilə  hazırlanması 

yazılır.  Hekayədə  xəmir xörəklərindən  “qaşıq”  (sulu xəngəl)  xəngəlin  adı 

ç

əkilir və qeyd olunur ki, bu yemək süfrəyə sarımsaqla verilməlidir. Hazırlan-



ma qayda

sına görə  ən  sadə, lakin çox ləziz təam olan –  kababı  A.Bestujev 

hekay

ədə “şişlik” adlandırır. Ət yeməklərindən dolmanın həm toy və həm yas 



m

ərasimində süfrəyə qoyulduğu yazılır. Bu gün nadir hallarda hazırlanan alma 

dolma

sı haqda məlumat verilir. Heyvan şəriət qaydaları ilə kəsilməli idi, ancaq 



bel

ə olduqda ət halal sayılırdı. Müəllif çörəkbişirmə qaydasından söz açaraq 

çör

əyin gildən  qurulmuş  çırpı  ilə  yandırılan  yerüstü  təndirlərdə  bişirildiyini 



yazır. Əsərdə lavaş, buğda və darı çörəyi növləri qeyd olunur. Lavaş sarımsaq-

lı ayranla da yeyilərdi. Balıq növlərindən əsasən çay sularından tutulan şamayı 

balığın  adı  çəkilir.  Haqlı  olaraq  A.Bestujev  müsəlmanlara  pulcuqsuz  balıq 

yem


əyi qadağan olduğunu qeyd edir (2, 73).  

Şirniyyatlardan  Şərqdə  geniş  yayılmış  noğul  şirniyyatına  A.Bestijevin 

yazdığına görə qoz da əlavə olunur. Hekayədə dəfələrlə adı çəkilən qızıl gül 

suyu – gülab günd

əlik məişətin və dini mərasimlərin vacib atributu olmuşdur. 

Ən geniş yayılmış içki növü – şərbət olmuşdur. 

Ədib azərbaycanlıların süfrə mədəniyyətinə böyük diqqət yetirmişdir. O 

yazır  ki,  plovu  qaşıqla  yemək, stul üstündə  oturmaq  allaha  xoş  gəlməyən 

ad

ətdir. Qonaqlara ilk növbədə  təndir çörəyi, qoyun pendiri və  ayran təklif 



olunduğu “Molla – Nur” hekayəsində göstərilir. Məlumdur ki, ağartı məhsul-

ları həzmə müsbət təsir göstərən ərzaqdır.  

A.Bestujev bir neç

ə  nəqliyyat vasitələrindən söhbət  açır.  Atlar  əsasən 

minik üçün istifad

ə  olunurdu. “Qafqaz oçerkləri”ndə  yük  daşıyan  iri,  lakin 

yüngül t

əkərli  Bakı  arabaları,  ağır,  ləng hərəkət edən gürcü  arabaları,  çay 

sularından keçmək üçün bərədən yazılıb. 

A.Bestujev-

Marlinskinin  yaradıcılığını  təhlil edərkən təsərrüfat həyatı 

haqda m


əlumatlar əldə etmək mümkündür. “Molla – Nur” hekayəsində Dər-

b

ənd sakinlərinin  geniş  buğda  və  marena  əkin sahələrinin olduğu  yazılır. 



Toxuculuqda al-

qırmızı rəng kimi istifadə olunan marena təbii boyaq kökünü 




98 

qızıl  boya  adlandırırlar.  Eramızdan  çox  əvvəl becərilən bu texniki bitkinin 

XIX 

əsrin  əvvəllərində  əsas məskənlərindən biri Dərbənd  şəhərinin  ətraf 



ərazisi idi (1, 186, 187). A.Bestujev-Marlinski şəhər sakinlərinin əsasən əkin-

çilik v


ə  ticarətlə  dolandıqlarını  yazır.  Ən  böyük  gəliri isə  boyaq kökünün 

satışından əldə olunurdu. “Molla – Nur” hekayəsində Dərbənd ətrafında geniş 

badam,  nar,  şaftalı  bağlarının  olduğu  yazılıb. “Qafqaz oçerkləri”ndə  ədib 

Qubada üzümlükl

ərin  yaxşı  məhsul vermədiyindən  şərabçılıq  sahəsinin 

keyfiyy


ətli inkişaf etmədiyini qeyd edir.  

A.Bestujev  Qafqazda  olduğu  dövrdə  Dərbənd  əhalisinin xeyli hissəsi 

s

ənətkarlıqla  məşğul  olurdu.  Şəhərdə  ipək və  pambıq  parçalar,  mis  qablar, 



d

əmir  əşyalar  və  s. istehsal olunurdu (6, 267). “Molla –  Nur” hekayəsində 

deyilir ki, D

ərbəndin bazarlarındakı ticarət köşkləri eyni zaman sənətkarların 

emalatxanası  idi.  Burada  yunu  pardaqlayan,  toxucu,  silahsaz,  çəkməçi, zər-

g

ərlər çalışırdı. Xüsusilə də, əsərdə Qara-Qaytaqda Qubaçı kəndinin silahsaz-



ları  və  zərgərlərinin yüksək  ustalıqları  ilə  Qafqazda  şöhrət  qazandıqları  vur-

ğulanır  (2,  48-49). Bu ustalar istehsal etdikləri tüfəngləri  qızıl  və  gümüş 

oymalarla, minalı naxışlarla bəzəyirdilər. Belə bir qiymətli silah A.Bestujev-

Marlinskinin özün

ə  də  məxsus idi. “Molla –  Nur”  əsərində  İskəndər bəyin 

çadralıq  dama-dama  naxışlı  darayı  parça  bəxşiş  aldığı  deyilir.  Ədib  Quba 

haqqında  “Qafqaz  oçerkləri”ndə  deyilir ki, burada gözəl, çox keyfiyyətli 

xalçalar toxunur. Mü

əllif  yazır  ki,  general  Yermolov  yerli  sənətkarlar üçün 

Avropada  istehsal  olunan  xalçaların  naxışlarının  şəkillərini gətirmişdir  ki, 

buradakı rus hərbiçiləri və məmurları istədikləri xalçaları sifariş edə bilsinlər. 

Keçmişdə tikmə sənəti qadınlar arasında geniş yayılmış məşğuliyyət olmuşdu. 

Kiçikn

ənə  də  gələcək  nişanlısı  üçün  çaxmaq  daşı  kisəsi və  ovçu  əlcəyinin 



üz

ərinə güləbatın naxışları salır (2, 181). 

XIX 

əsrin  I  yarısında  ovçuluq  yardımçı  təsərrüfat məşğuliyyəti kimi 



möv

cud olmuşdu. “Molla – Nur” əsərində İskəndər bəyin baharda tərlan quşu 

il

ə  bildirçin  ovuna  çıxdığı  deyilir  (2,  41).  Etnoqraf  V.Əhmədova tərlanla ov 



növünü çox maraqlı idman və əyləncə kimi səciyyələndirir (3, 43). 

A.Bestujevin “Molla –  Nur” v

ə  “Qafqaz oçerkləri”  yazılarında  inək, 

öküz,  camış,  dəvə, at, qoyun bəslənilməsi söylənilir.  Əsas  nəqliyyat vasitəsi 

olan at cinsl

ərindən Qarabağ atının adı çəkilir (2, 38). Rahat yorğusu, surəti, 

göz

əl görünüşünə görə yüksək qiymətləndirilən Qarabağ atları bütün Qafqaz 



bölg

ələri,  Rusiyada  böyük  şöhrət  qazanmışdı.  Qafqaz  xalqlarında  ata  xüsusi 

münasib

ət yaranmışdı. At hər bir kişinin namus-qeyrətinin təcəssümü sayılırdı. 



M

əhz buna görə də “Molla – Nur” əsərində Səfər-Qulu adlı bir şəxsin düşmən-

l

əri atının quyruğunu kəsməklə sahibinin ləyaqətini ləkələyirlər.  



“Qafqaz oçerkl

əri” bütövlükdə A.Bestujevin yol təəssüratlarından xəbər 

verir. O, Quba, Qonaqk

ənd,  Şirvan,  Şamaxı,  Şəki,  Qutqaşenə  etdiyi səfərini 

m

əskənlərin təsvirinə, əhalinin məşğuliyyətinə həsr etmişdi. O, Şirvanı günəş-



li, Qafqazda 

ən bol buğda yetişən diyar, Şamaxını isə ipək məmləkəti adlandı-

rır.  Qutqaşen  haqqında  yazır  ki,  hündür,  damına  küləş  salınmış  evlər  geniş 



99 

meyv


ə və tut bağları ilə əhatə olunmuşdu. Quba haqqında yazır ki, bu məskə-

nin  beş  minə  qədər  sakini  var,  qızmar  yayda  ətraf  meşələr buraya sərinlik 

g

ətirir. A.Bestujevin təsvir etdiyi Dərbənd şəhərinin əhalisinin əksəriyyətinin 



müs

əlman olduğunu yazır.  

Şəriət  qanunları  ailə-nigah münasibətlərinə  dərindən sirayət edərək bir 

sıra  adətlərin yaranmasının  səbəbi  olmuşdur.  yazıçı  diqqətlə  əhalinin ailə 

m

əişətini müşahidə edib və bu haqda dəyərli fikirlər söyləmişdir. Haqlı olaraq 



o  yazır  ki,  Qafqazda  olmuş  bir  çox  müəlliflərin müsəlmanlar  arasında 

poliqamiyanın  geniş  yayılması  haqda  qeydləri  yanlışdır: bu nigahlar əsasən 

varlı və kübar ailələrdə bağlanır, çünki gəlin üçün böyük miqdarda başlıq tələb 

olunurdu. “Qafqaz oçerkl

əri”  yazısında  varlı,  yaşlı  kişinin  iki  cavan  arvadı 

olması,  yaxud  “Molla  –  Nur”  əsərində  Dərbəndin qala-bəyinin (polislərin 

başçısı) qoca olmağına baxmayaraq dörd arvadı və üç kənizi olduğu deyilir (2, 

144). Orta t

əbəqə və yoxsul ailələrdə monoqamiya hökm sürürdü. Lakin çox 

vaxt  yoxsul ail

ədə  evlənmək  müşkül  məsələyə  çevrilə  bilərdi. “Molla – 

Nur”da qadın başlıq ödəmək üçün pulu olmadığı səbəbdən oğlunun təkidlərinə 

baxmayaraq onu evl

əndirə bilmir. 

Yazıçının  başqa  qeydlərinə  görə  Şərq ölkələrində  olmuş  səyyahlar 

müs


əlman aləmində  cavan  qız  və  oğlanların  bir-birlərinin üzünü görməmiş 

nigah bağladıqlarını yazsalar da, bu qaydanı ancaq varlı və zadəganlar mühiti-

tin

ə aid etmək olar. Sadə insanlar arasındakı yaxın ünsiyyət subay oğlanlara 



qızları gözaltı etməyə imkan verirdi. Adətən qızlar on bir yaşa qədər üzlərini 

çadra altında gizlətmirdilər və buna görə də oğlanlar özlərinə gələcək nişanlı 

görüb-seç

ə  bilirdilər. “Molla –  Nur”  əsərində  İskəndər bəy Kiçiknənəni ilk 

d

əfə  təsadüfən fəvvarənn  yanında  görür  və  gözaltı  onu  özünə  nişanlı  seçir. 



H

əmin hekayədə ədib müsəlman qadınının ailədə vəzifələrini sadalayır: ləziz 

yem

əklər  bişirməyi  və  tikiş  işlərini bilməli,  ərinin  qayğısına  qalmalı,  onun 



əmrinə tabe olmalı və s. Ərli qadının yeganə əyləncəsi toy-nişanda, hamamda, 

m

əsciddə başqa qadınlarla görüşüb-söhbətləşmək idi (2, 129). “Molla – Nur” 



əsərində  Azərbaycan toy  adətləri  haqda  geniş  səpkili etnoqrafik məlumatlar 

vardır.  Qıza  elçi  düşən  adamın  cəmiyyətdəki sosial statusu mütləq nəzərə 

alınırdı. Əksər hallarda oğlan və qız eyni sosial təbəqədən olardılar. Kiçiknə-

n

ənin  əmisi  İskəndər bəyin evlənmək və  ailə  saxlamaq üçün kifayət qədər 



pulu,  adlı-sanlı  qohum-əqrəbası  olmadığına  görə  onun elçisinə  rədd  cavabı 

verir, çünki özün

ə  varlı,  arxalı  kürəkən istəyirdi. Tədqiqatçı  A.Məmmədov 

yazır  ki,  “Azərbaycanda  ənənəvi  olaraq  çoxsaylı  və  nüfuzlu  qohumları  olan 

adamın  cəmiyyətdə  nüfuzu yüksəlir. Bu amil qohumluq münasibətlərinin 

xarakterik xüsusiyy

ətidir” (5, 142). Cəmiyyətdə insanın dini statusuna da əhə-

miyy


ət verirdilər. Kiçiknənənin əmisi Ağamir nəslindən olduğu ilə öyünərək 

İskəndər bəylə  qohum  olmağı  özünə  layiq bilmir. Elçiliyə  adətən  oğlanın 

yaxın  qadın  qohumları  gedərdi.  İskəndər bəy  sevdiyi  qızın  elçiliyinə  xalası 

X

ədicə xanımı göndərir. A.Bestujev yazır ki, elçilik baş tutanda başlığın miq-



da

rı haqda danışıqlara başlayırdılar. Qızın qohumları başlığı böyük miqdarda 




100 

almağa  çalışırdı.  Ümumi  razılığa  gəldikdən  sonra  toydan  qabaq  başlığın  bir 

hiss

əsi  qız  evinə  cehizin  hazırlanması  üçün  verilirdi.  Ədib  müsəlman 



toylarının sadəliyindən söz açaraq, qeyd edir ki, toydan qabaq qızı təntənə ilə 

hamama aparırlar, sabahı gəlinin cehizləri musiqi sədaları altında bəyin evinə 

aparılır,  axşam  düşəndə  isə  gəlini  duvaq  altında  qohumları  və  musiqiçilərin 

müşayəti ilə  oğlanın  evinə  yola  salırlar.  Toydan  qabaq  molla  cavanların 

k

əbinini kəsir. Ədib İskəndər bəylə Kiçiknənənin toyunun təsvirində maraqlı 



ad

ətdən xəbər verir. Gəlini  ər evinə  yola salanda tüfənglərdən göyə  atəş 

açırdılar: Əgər gəlinin davranışında hansısa bir qüsur, nalayiq hərəkət olubsa, 

onda tüf


əngdən gülləni yerə atardılar.  

Ədib qadınların cəmiyyətdə vəziyyətindən söz açaraq yazır ki, qadınlar 

tamamil

ə  valideynləri,  qardaşları,  əmiləri,  dayıları  və  ərlərinin tabeçiliyində-



dirl

ər. Məsələn, Kiçiknənənin nigah məsələsini atasının əvəzi olan əmisi həll 

edir. Yazıçı qadınların alqı-satqı obyekti olduğunu da söyləyir. Belə ki, “Molla 

–  Nur” 


əsərində Dərbəndə aclıq üz verdiyi zaman atanın qızını iyirmi manat 

gümüş  pula  Məhəmməd-Rəsul  adlı  bir  kişiyə  satdığı  yazılıb  (2,  32).  Şiələr 

arasında  bağlanan  müvəqqəti nigah –  siğə  haqqında  “Molla  –  Nur” əsərində 

m

əlumat  vardır.  Hacı-Yusif  Bakıya  səfər edəndə  orada  bir  qadınla  dörd  ay 



müdd

ətinə nigah bağlayır (2, 123). 

XX 

əsrin  əvvəllərinə  qədər  Qafqazda  geniş  vüsət  almış  “qan  qisası” 



ad

əti “Molla – Nur” əsərində öz əksini tapmışdır. Camaat içində təhqir olun-

muş Kiçiknənənin əmisi öz şərəfini qorumaq üçün günahkarın qanını tökmək 

ist


əyir. Eyni cəza qatili də gözləyirdi.  

A.Bestujev-Marlinskinin az

ərbaycanlıların mənəvi dünyası haqda qeyd-

l

əri diqqətə layiqdir. Məlumdur ki, insan ibtidai dövrün ilkin mərhələlərində 



tamamil

ə  təbiətdən  asılı  vəziyyətdə  yaşamışdı.  Təbiətin məhsulu  sayılan 

insanda özünün 

ətraf mühitə, xüsusilə də, dörd ünsürə (su, od, hava, torpaq) 

t

əsir göstərmək qabiliyyətinə inam yaranmışdır. “Molla – Nur” əsərində Dər-



b

ənd şəhərinə üz vermiş quraqlıq zamanı icra olunan bir neçə ayinin keçiril-

m

əsi təfərrüatı  ilə  təsvir  olunur.  Yağışın  uzun  müddət  olmaması  Dərbənd 



əhalisinin əsas gəlir mənbəyi olan buğda və marena kökü məhsulunun məhv 

olması  demək  idi.  Aclıq,  səfalət  qorxusu  bütün  şəhəri lərzəyə  gətirmişdi. 

Ədibin qeydincə əvvəl məscidlərə toplaşıb Allahdan yağış diləyir, günahları-

nın bağışlanmasını istəyir, sonra isə açıq səma altında Allaha dua edirdilər ki, 

duaları  göylərə  tez  yetişsin.  Nəticəsi olmayanda isə  “Yağış  çağırma” qədim 

ayini icra etm

ək üçün cavan oğlanlar, yeniyetmələr yoların kəsişdiyi yerlərdə 

keç


ənlərdən şam və gülab pulu toplayırdılar. Oğlan uşaqlarından ən qəşəngini 

seçib  onun  paltarını  güllər və  ipək lentlərlə  bəzəyirdilər. Sonra bu izdiham 

küç

ələri bir-bir  dolaşıb  yağış  və  şeh  allahı  sayılan  “Qodu”nu  mahnılarla 



t

ərənnüm edirdi. Yazıçı mahnının mətninə əsərdə yer verib: 

“Qodu, Qodu, xoş gəldin 

Dalınca yağış gəldi. 




101 

G

əlin, ayağa dursana 



Çömç

əni doldursana.” 

M

ərasim iştirakçıları əl çalıb rəqs edir və ümidlə yağış gözləyirdilər (2, 



23). Etnoqrafik 

ədəbiyyatdan məlum olur ki, yağış uzun müddət kəsməyəndə 

is

ə “Günəşçağırma” mərasimi keçirilirdi (4, 127-130). Bu ayin də gözlənilən 



n

əticə vermədikdə başqa bir üsulla yağışı çağırmağa cəhd edirdilər. “Molla – 

Nur” hekay

əsində  çox  maraqlı  bir  ayin  haqda  məlumat  vardır.  Belə  ki, 

D

ərbənd sakinləri yığışıb, məsləhətləşib qərara gəldilər ki, şəhərin ən hörmətli, 



t

ərbiyəli əməli-saleh bir cavanı Şahdağın zirvəsindən bir qab qar gətirsin ki, 

bunu X

əzərin sularına qatsınlar. İnanca görə bu ayinin sonunda mütləq yağış 



yaymağa  başlayırdı  (1, 29). Hekayədə  İskəndər bəy bu təhlükəli səfərdən 

Şahdağın  qarını  gətirir və  böyük  insan  izdihamı  təntənə  ilə  dualar oxuya-

oxuya X

əzərin  sularına  qatır.  Bundan  sonra  tezliklə  Dərbəndə  bolluca  yağış 



yağır  (2,  113).  “Qafqaz  oçerkləri”ndə  amnistik təsəvvürlərlə  bağlı  bir  adətin 

t

əsviri  verilir.  A.Marlinski  Şamaxıya  gedən yolun kənarındakı  sərdabənin 



ətrafında yerə basdırılan ağac budaqlarına düyünlənmiş parça tikələrini görür. 

Ədib izah edir ki, belə sərdabələr şeyx yaxud pir, yəni allahın itaətində duran, 

əməli-saleh  adamların  qəbirləri üzərində  tikilirdi. Çox vaxt Məkkədə  vəfat 

etmiş  zəvvarlar  ya  yad torpaqda  qan  tökmüş  döyüşçüləri üçün də  sərdabələr 

ucaldılırdı.  Yoldan  keçən ölənin ruhuna dualar oxuyur, sonra əynindəki 

paltarından  bir  kiçik  parça  qopardıb  ağacın  budağına  bağlamalı  və  Allahdan 

uğurlu yol diləməliydi (2, 203). Bu yazı parçasında “ölülərin ruhuna sitayiş” 

v

ə “fetişizm”in əksi nəzərə çarpır. A.Bestujev islamın mahiyyəti, onun insan-



la

rın  həyatında  oynadığı  rolunu  ətrafl təhlil edir. Belə  ki,  o, “Molla –  Nur” 

hekay

əsində yazır ki, müsəlmanlar islam dininin naminə canlarından da keçər 



v

ə ölüm ayağında varidatının, adətən bir hissəsini yoxsullara yaxud mədrəsə-

nin x

əzinəsinə, su kəmərinin, ya da ki, su mənbəyinin (kəhriz, ovdan) inşasına 



s

ərf olunmasını  vəsiyyət edərdilər  (2,  42),  çünki  bu  xeyirxah  işlərdən  hamı 

faydalana bilir (8, 31): 

əsərin başqa parçasında müsəlmanların öz vəsaitlərinə 

m

əscid  inşa  etdirməsindən, Kərbəlaya gedən zəvvarlar  karvanına  maddi 



yardım  göstərmək  kimi  işlərindən söhbət  açılır.  A.Bestujev  müsəlmanların 

“Aşura”  qətl mərasimi haqda məlumat verir. O, imam Hüseynin Yezid 

t

ərəfindən Kərbəla yaxınlığında hicri təqviminin 61-ci ilinin məhərrəm ayının 



10-da q

ətlə yetirilməsi münasibətilə “qətl” mərasiminin hər il qeyd olunmasını 

yazır.  Onun  təsvirinə  görə,  Dərbənd  şəhərində  yaşayan  şiələr  şər  qarışanda 

çıraqlarla  işıqladırılmış  meydana  toplaşırlar.  İmam  Hüseynin  qətli səhnələri 

şəhər sakinlərinin  ifasında  canlandırılır.  Mərasim  iştirakçıları  isə  vaxtaşırı 

“Şah  Hüseyn,  vay  Hüseyn”  qışqıraraq  ağlaşırdılar  (2,  132).  Bu  əsərdə 

“Orucluq”  bayramı  haqqında  da  məlumat  vardır.  Orucluqda  səhər tezdən 

axşam düşənə qədər hətta tənbəkinin tüstüsünü də qoxumaq günah sayılırdı (2, 

27). Ədib bu əsərdə qurban bayramından da söhbət açır (2, 151). 



102 

A.Bestujevin  yaradıcılığında  xalq  musiqi  alətləri  haqqındakı  qeydlər 

ədibin bu sahədə məlumatlı olduğunu bildirir. O, qopuz, balaban, zurna, qaval 

al

ətlərinin müşayəti ilə toy mərasimi, xalq şənliklərinin keçirilməsini yazır. 



 

ƏDƏBİYYAT 

1.

 



Az

ərbaycan etnoqrafiyası, I c.,  Bakı: Elm, 1988, 451 s. 

2.

 

Бестужев-Марлинский А.А. Избран. произведения. Баку: Азернешр, 1990, c. 227.  



3.

 

Əhmədova V.Ə. XIX – XX əsrin əvvəllərində Azərbaycanda ovçuluq və balıqçılıq. Bakı: 



Elm, 2010, 158 s. 

4.

 



Иоакимов А. Из этнографического дневника. СМОМПК, Тифлис, вып. ЫХ, 1890, с. 210. 

5.

 



Мамедли А.Э. Современные этнокультурные процессы в Азербайджане: основные 

тенденции и перспективы. Баку: Университет Хазар, 2008, с. 245.  

6.

 

Mustafazad



ə T. Azərbaycan xanlıqlarının qısa tarixi. Bakı: Viktori nəşriyyatı 2011, s. 391. 

7.

 



H

əvilov H.A. Azərbaycan etnoqrafiyası. Bakı: Elm, 1991, s. 252. 

8.

 

R



əcəbli Q.Ə. Azərbaycanda su mənbələri və sudan istifadənin xalq üsulları. Bakı: Bakı 

Slavyan Universiteti, 2007, s.51. 

 

ЭТНОГРАФИЧЕСКИЕ МОТИВЫ В ТВОРЧЕСТВЕ  

ПИСАТЕЛЯ-ДЕКАБРИСТА А.А.БЕСТУЖЕВА-МАРЛИНСКОГО 

 

Р.М.ИБРАГИМОВА 

 

РЕЗЮМЕ 

 

В  статье  исследованы  этнографические  представления  в  литературном  твор-



честве  декабриста-писателя  А.А.Бестужева-Марлинского,  отражающие  сведения  об 

элементах  материальной  культуры  народов  Кавказа,  в  том  числе  азербайджанцев,  а 

именно:  поселениях,  жилищах,  одежде,  пище,  транспорте.  Анализированы  сведения  о 

хозяйственной  деятельности,  семейном  быте,  религиозных  представлениях,  народных 

праздниках. Отмечены прогрессивные традиции ислама и его значение в жизни населе-

ния, а также передовые идеи А.Бестужева-Марлинского в области этнографии. 



Ключевые  слова: этнография, азербайджанцы, хозяйство, семейный быт, мате-

риальная и духовная культура 



 

ETHNOGRAPHIC VIEWS OF LITERARY ACTIVITY OF THE 

WRITER-DECEMBRIST A.A.BESTUJEV-MARLINSKIY 

 

R.M.IBRAHIMOVA 

 

SUMMARY 

 

The  article studies the literary  activity of the writer-decembrist Bestujev-Marlinskiy 

who provides a vivid picture of elements of material culture of the Caucasian people, includ-

ing the  Azerbaijanis, notably,  their settlements, national clothes, food, transport. The author 

provides an ethnographic analysis of the data about agricultural activity, family relations, be-

liefs, national holidays. Progressive traditions of Islam and its place in the lives of the popula-

tion and paramount ideas of Bestujev-Marlinskiy regarding ethnography are also elucidated in 

the article. 



Key words: ethnography, Azerbaijani  people, agriculture, family relations, material 

and spiritual cultures 



Yüklə 95,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə