Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası 2010



Yüklə 46,64 Kb.
Pdf görüntüsü
tarix12.03.2018
ölçüsü46,64 Kb.
#31291


 

 144


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

 

AZƏRBAYCAN MƏTBUATINDA  

TRABLİS SAVAŞINA MÜNASİBƏT HAQQINDA  

(1911-1912-ci illər) 

 

S.F.BAXŞƏLİYEV  

 Azərbaycan Müəllimlər  İnstitutu 

Samir@mail.ru  

 

 

Məqalədə 1911-1912-ci illərdə Osmanlı Türkiyəsi ilə  İtaliya arasında baş vermiş 

müharibədən bəhs edilir. O dövrdə müstəmləkə senzurasının bütün məhdudiyyətlərinə bax-

mayaraq Şimali Azərbaycan mətbuatının demokratik orqanlarında - «İqbal», «Sədayi-Vətən» 

və digər qəzetlərdə bu müharibə ilə bağlı bir çox məqamlar geniş  işıqlandırılırdı. Bununla 

birlikdə o dövr Azərbaycan mətbuatında ayrı-ayrı müəllif yazılarına da yer verilirdi. Ümu-

miyyətlə, Trablisqərb savaşı  mətbuat səhifələrində «Osmanlı – İtaliya savaşı», «Türkiyə - 

İtaliya müharibəsi» və digər başlıqlar altında teleqraf xəbərləri  şəklində açıqlanmış, Türki-

yənin daxili durumuna dair yazılara da yer verilmişdi. 

 

 



XX yüzilin sonlarında gənc  İtaliya imperializmi tarix səhnəsinə  çıxdı. Bu 

imperializm gənc olmasına baxmayaraq yırtıcı  və acgöz xarakterə malik idi. İtaliya 

müstəmləkələr ələ keçirmək üçün fəallıq göstərməyə başladı. Ancaq o, bir qədər ge-

cikmişdi. Belə ki, İngiltərə  və Fransa artıq dünyanın bir bir çox ölkələrini müs-

təmləkəyə çevirmişdilər. Osmanlı dövlətinin Quzey Afrikadakı Trablisqərb bölgəsi 

(Benqazi də daxil olmaqla) hələ istila edilməmişdi. İtaliya Osmanlı imperatorluğunun 

Quzey Afrikadakı son torpaqları olan Trablisqərb vilayətini  ələ keçirməyi öz 

istilaçılıq məqsədinə çox münasib hesab edirdi.  

İngiltərə və Fransa kimi böyük dövlətlər İtaliyanı narazı salmamaq üçün onun 

bu niyyətinə «yaşıl işıq» yandırdılar. Xüsusilə,  İngiltərə böyük bir rəqib və  təhlükə 

kimi gördüyü Almaniyanın Quzey Afrikada möhkəmlənməsindən ehtiyat etdiyi üçün 

İtaliyanı belə bir addım atmağa əslində diplomatik yolla təhrik etdi. Türkiyə hökuməti 

İtaliyanın istilaçılıq məqsədini anlayaraq bölgədəki  İtaliya banklarının fəaliyyətini 

(XX yüzilin əvvəllərində) dayandırmışdı. Almaniya isə bundan istifadə edib, orada öz 

bankını açmaq istəyirdi. «Sədayi-Vətən» qəzetinin 2 yanvar 1912-ci il tarixli sayında 

İtaliyanın «Avanti» qəzetinə istinad edilərək  İtaliyanın açdığı savaşın səbəblərindən 

danışılarkən deyilirdi ki, Osmanlı dövləti  İtaliyanın Trablisqərbdəki banklarını bağ-

ladıqdan sonra Almaniya burada öz bankını açmaq istədi. Durum belə olduqda 

İngilətərə  İtaliyanın xarici işlər nazirinə  dərhal «Trablisi işğal etməyi təklif etdi, 

bunun əksi olarsa, İngiltərənin oranı işğal edəcəyi ilə təhdid etdi və dedi ki, heç vaxt 

İngiltərə izin verməyəcək ki, Germaniya (Almaniya –müəllif) Afrika sahillərində 

möhkəmlənsin» (5).  




 

 145


İtaliya Trablisqərbi  ələ keçirmək üçün ciddi şəkildə savaş hazırlığına başladı. 

1887-1909-cu illərdə İngiltərə, Fransa, Avstriya - Macarıstan, Almaniya və Rusiya ilə mü-

qavilələr imzalayaraq qarşıdakı savaş üçün əlverişli diplomatik şərait yarada bildi (2, 361).  

İtaliya 29 sentyabr 1911-ci il tarixində Osmanlı dövlətinə müharibə elan etdi. 

Beləliklə, Trablisqərb savaşı başlamış oldu. İtaliya ən müasir silahlarla təchiz edilmiş 

36 minlik ordunu Trablisqərb vilayətinə yeritdi (3). Bu qüvvə çox tezliklə istər canlı 

qüvvə baxımından, istərsə də silah və digər sursatla daim durmadan artırıldı. Bunun 

qarşısında bölgədə Osmanlı qüvvəsi çox az idi və silah ilə çox zəif təchiz edilmişdi. 

Bundan istifadə edən  İtalyan qüvvəsi 1911-ci ilin 18 və 20 oktyabrında Xams və 

Benqazi şəhərlərini ələ keçirdi (3). Bununla belə italyanlar donanmanın yardımından 

istifadə edərək sahil zolağında möhkəmlənə bildilər. İtaliyanın o zamankı baş naziri 

Giolittinin etirafına görə savaşda İtaliya tərəfindən 100 mindən çox qüvvədən istifadə 

edilmişdir. Trablisdəki türk qüvvələri isə 3-4 min nəfər idi (1, 29).  

Bölgədəki sayca çox az olan və zəif silahlanmış Osmanlı qüvvəsi yerli sənusilər 

ilə əlaqəyə girərək polkovnik Nəşət bəyin rəhbərliyi altında çox ağır şəraitdə müdafiə 

işlərinə başlayaraq bir neçə yerdə, o cümlədən Tobruk və Qərnədə qüvvətli müdafiə 

xətlərini qura bildi.  

Mərkəzdən – İstanbuldan  əlavə qüvvə, yardım göndərmək çox çətin idi. Belə 

ki, dəniz yolu İtaliyanın Osmanlı donanmasından dəfələrlə güclü olan donanmasının 

nəzarəti altında idi. Buna görə  də, quru yolla, Misir və Tunis vasitəsilə çox gizli 

şəkildə zabit, pul, silah və s. göndərmək mümkün oldu. Bu isə olduqca çətinliklə 

həyata keçirildi. Bütün bunlara baxmayaraq mərkəzdən göndərilən vasitəçilərin 

böyük təşkilatçılığı ilə yerli əhalidən, xüsusilə sənusilərdən də daxil olmaqla möhkəm 

müdafiə qüvvəsi yaradıldı. İtaliya ordusu gözləmədiyi müqavimətə rast gələrək sahil 

zolağında ilişib qaldı və ölkənin içərilərinə doğru irəliləyə bilmədi.  

Trablisqərbin müdafiə qüvvəsi  əsas hücuma keçərək  İtaliya ordusunu tələfata 

uğradırdı. «Sədayi - Vətən» qəzetinin yenə 1912-ci il 2 yanvar tarixli sayında bildi-

rilirdi ki, Xomsda türk və yerli ərəblərin birləşmiş  dəstəsi  İtaliyanın 1500 nəfərdən 

ibarət kəşfiyyat qrupuna hücum edərək onu darmadağın etmiş, sağ qalanlar isə 

qaçmışlar» (5). «Sədayi –Vətən» qəzetinin 1912-ci il 3 yanvar tarixli sayında isə 

«Meydan-i mücahiddən bir səda» başlığı ilə bir zabitin (türk) məktubu dərc edilmişdi. 

Bölgədə istilaçılara qarşı müqavimət ruhunun nə  qədər yüksək olduğu məktubdan 

aydınca görünür. Zabitin – kapitan Xəlilin atasına yazdığı məktubda deyilir:  

«Əziz atam, əfəndim! Səlamətlik müjdənizi verən məktubunuzu iki gün bundan 

qabaq aldım. Ərz-i təşəkkür eyləyib əllərinizdən öpürəm. Biz 43 gündür ki, düşmən 

ilə vuruşmaqda varıq, daima vəhşi və haqşünas (haqq-say itirən-müəllif) italyanları 

əzməkdəyik. Qüvvətimiz və  vəsaitimiz nə qədər az isə də, düşməni ciddi bir şaşqın 

hala salmışıq. Bunu deyə bilərəm ki, İtalya qoşunu dava qiymətincə heç zada dəy-

məyən və adətən qorxaq bir qonşudur. Qoşunumuz və ərəblər axırıncı adamımız qa-

lıncaya qədər müdafiədə olmağa və dava müddətində ölməyə hazırdırlar. Yevropanın 

(Avropanın – müəllif) mədəni pərdəsi altında  İtaliyanın oynamaq istədiyi bu səlib 

müharibəsi faciəsinin aləmi-islamiyyət üçün nə böyük bir mənanı  əhatə etdiyini af-

rikalılar çox cəld duydular, ona görə də, bu gün hərbi – müqəddəs elan etdilər. Düş-

mənin müqabilində bir ovuc əsgər ilə on beş - iyirmi min ərəb mücahidi durub» (6).  

Türk zabitlərinin, gördüyü tədbirlər nəticəsində yerli əhali vətən uğrunda silaha 

sarıldı. Qəzet səhifələrində bununla bağlı geniş  məlumatlar verilir. «Sədayi- Vətən» 




 

 146


bildirirdi ki, «italyanların xətti hərəkəti üstündə olan ərəb kəndlərinin tamam silah 

götürən kişləri kəndlərdən çıxıb gediblər» (4).  

Bilindiyi kimi, hərbi əməliyyatlarda təyyarədən ilk dəfə istifadə edən italyanlar 

olub. Onlar mövqeləri havadan bombardman edirdilər. Bundan başqa təyyarədən 

təbliğat vasitəsi kimi də istifadə olunurdu. «Sədayi –Vətən»in verdiyi məlumatdan 

aydın olur ki, İtaliyanın «hava maşınçıları ərəblərin çadırları, qurulan yerlərə havadan 

intibahnamələr töküb onları İtaliyaya itaət etməgə dəvət ediyorlar» (5). Ancaq onların 

bu təbliğatı bir nəticə vermir, yerli əhalinin təmsilçiləri silaha sarılıb istilaçılar ilə 

bərabər olmayan qüvvə şəraitində vuruşurdular.  

Qəzet səhifələrində italyanların yerli əhaliyə qarşı amansız, vəhşicəsinə dav-

randıqları da əksini tapıb. Trablisqərb savaşının iştirakçısı olan kapitan Xəlil bəyin 

yuxarıda haqqında danışılan məktubunda italyanların qatilliyindən söz açılır. 

Məktubun müəllifi canlı şahidi olduğu bir səhnəni belə təsvir edir: «Qoyub çıxdığımız 

şəhərin kənarında dörd yüz uşaq nəşi tapdıq. Aramızda öylə atalar var idi ki, qoyun 

kimi  əl-ayağı bağlanıb kəsilmiş ölənlərinin meyitini tapırdılar. Artıq irəli gedə 

bilmədik ki, qalan ailələrin necə olduğunu bilək» (6).  

Yuxarıda qeyd etmişdik ki, İstanbuldan Trablisqərbə lazım olan həcmdə yardım 

göndərmək mümkün deyildi. Könüllülər, pul və müəyyən miqdarda hərbi material 

çox çətinliklə gizli şəkildə Misir və Tunis ərazilərindən göndərilirdi. Könüllülər və 

ianə yardımı digər müsəlman ölkələrindən də gəlirdi. Bütün bunlar haqqında qəzet sə-

hifələrində məlumatlar yerləşdirilib. «Sədayi-Vətən»in bir xəbərində deyilir ki, Misir 

höküməti Misir vasitəsilə Trablisqərbə gizli şəkildə yardım göndərilməsinə qarşı 

şiddətli tədbirlər görürdü. Məsələn, bir dəfədə  sərhəddə böyük bir silah karvanı ilə 

Türkiyənin on nəfərdən ibarət zabit və əsgəri saxlanılmışdı (5). O zaman Misir artıq 

İngiltərənin müstəmləkəsi idi. Bu tədbirlər də  İngiltərənin təzyiqi ilə  həyata keçi-

rilirdi. «Sədayi–Vətən»in 24 fevral 1912-ci il tarixli sayında da Trablisqərb sərhədi 

yaxınlığında yardıma gedən bir çox müsəlmanın həbs edilərək  İskəndəriyyəyə 

aparıldığı bildirilir (7). Qəzetin 3 dekabr 1911-ci il tarixli sayında isə Trablisqərbə 

getmək məqsədilə Tunisdə  sərhədi keçmək istəyən bir neçə Türkiyə  əsgərinin 

həbsindən danışılırdı (4).  

Deyildiyi kimi, İtaliya qüvvəsi Trablisqərbin sahil zolağında ilişib qalmış  və 

ölkənin içərilərinə doğru irəliləyə bilmirdi. Bu isə  İtalyan hərbçilərinin ruhdan 

düşməsinə,  İtaliya hökümətinin təşvişinə, məyusluğuna səbəb oldu. İtaliya müxtəlif 

vasitələrlə Osmanlı dövlətini özünün xeyrinə sülhə razı salmağa çalışır, Osmanlı 

dövləti isə belə bir sülhə heç bir halda razılıq vermirdi. Bu məsələdə böyük dövlətlər 

Türkiyəyə qarşı  səmimilik göstərmir, necə deyərlər, diplomatik oyun oynayırdılar. 

Onlar guya vasitəçilik edir, əslində isə ciddi addımlar atmırdılar. İtaliyanın Osmanlını 

sülh danışıqları masasının arxasında oturmağa məcbur etmək üçün təbir təzyiq va-

sitəsi isə boğazlara, Rodos və Oniki adalarına hücum planı idi. Bütün bunlar zamanın 

bir sıra dövri mətbuatında aydınca əksini tapıb. «Sədayi-Vətən»in 24 fevral 1912-ci il 

tarixli sayında Parisdən alınan məlumatlara  əsasən Osmanlı hökumətinin  İtaliya ilə 

Trablisqərbin ilhaqına  əsaslanan bir sülhə  qətiyyən razı olmadığı bildirilirdi (7). 

Qəzetin bundan iki gün sonrakı sayında isə, Osmanlı hökumətini sülhə məcbur etmək 

üçün İtaliya donanmasının boğazlara hücuma hazırlaşdığından və  hər an boğazlarda 

savaş başlaya biləcəyindən, buna görə  də, Osmanlı hökuməti tərəfindən ticarət 



 

 147


gəmilərinin gecə boğaza girməsinə yasaq qoyulduğundan danışılırdı. Buradan aydın 

olur ki, Türkiyə ictimaiyyəti alçaldıcı sülhü təhqir sayır (8).  

Çar senzurasına baxmayaraq sözü gedən dövrdə Rusiyanın Türkiyəyə qarşı 

münasibətinin iç üzü də mətbuat səhifələrində əksini tapıb. Buradan məlum olur ki, 

İtaliyanın təhdidi qarşısında Osmanlı hökuməti boğazları bağlamışdı ki, bu da 

xüsusilə Rusiyanın ticarətinə  zərbə vurmuşdu. Osmanlı hökuməti boğazları açmaq 

üçün Rusiyanın qarşısına belə bir şərt qoyur: Rusiyanın gəmiləri boğazlardan növbə 

ilə bir – bir keçəcək (ancaq Qara dəniz donanmasına aid olan), bunun əvəzində 

Rusiya kapitulyasiya və yolları təmir hüququndan imtina edəcək və Balkanlarda əmin 

- amanlığı təmin edəcək (4).  

«İqbal» qəzetinin dərc etdiyi bir yazıda Rusiya – Türkiyə münasibətlərinə 

xüsusi diqqət yetirilirdi. Buradan aydın olur ki, Rusiya Osmanlı hökumətindən 

Urmiyadakı  hərbi qüvvəsini çıxarmağı  tələb edir, əks halda quru yolla Kürdüstana 

hərbi qüvvə yeridəcəyi bildirilirdi (9).  

«İqbal» savaş dövründə Türkiyənin daxili durumu və bu duruma İtaliyanın 

münasibəti ilə bağlı maraqlı yazı dərc etdirir, məlumatlar verirdi. Sözü gedən dövrdə 

ümumiyyətlə, ikinci məcburiyyət dövründə ölkədə bir-birinə qarşı əks mövqedə duran 

əsas siyasi partiyalar «İttihad və Tərəqqi» və «Hürriyyət və İtilaf» idi. Qərbin digər 

dövlətləri kimi, İtaliya da «İttihad və Tərəqqi»yə mənfi münasibət bəsləyirdi. «İqbal» 

bildirirdi ki, İtaliya müxalifətçi «Hürruriyyət və  İtilaf»ın tərəfində olub onun qalib 

gəlməsini istəyirdi. Çünki mülkiyyətçi ruhlu «İttihad və  Tərəqqi» Trablisqərb 

savaşında  İtaliyaya qarşı barışmaz mövqedə dururdu ki, bu da İtaliyanın işinə 

yaramırdı. Qəzet hətta, «İtalyanların ümidi kimdə?» kimi başlıqda bu məsələyə xüsusi 

diqqət çəkərək bu ümidin «Hürriyyət və İtilaf» da olduğunu göstərirdi (9). «İqbal»ın 

məlumatı bəhs olunan dövrdə Türkiyənin daxili durumunu da aydınlaşdırırdı.  

Böyük dövlətlərin təzyiqi və Balkan savaşının başlaması ilə bağlı olaraq 

Osmanlı höküməti 1912-ci il 15-18 oktyabr tarixində  İtaliya ilə Trablisqərbin istila 

edilməsinə əsaslanan sülh müqaviləsini imzalamalı oldu. Əslində İtaliya hərbi qüvvə 

hesabına qalib gəlmədi. Yaranmış beynəlxalq şərait onun xeyrinə oldu.  

1911-1912-ci il Trablisqərb savaşı dövrün Azərbaycan mətbuatında geniş 

şəkildə  işıqlandırılmışdı. Çarizm senzurasının təzyiqinə baxmayaraq savaşın iç üzü 

mümkün qədər doğru açıqlanıb. Senzuranın hücumundan yayınmaq üçün tez-tez 

xarici informasiya qaynaqlarının adları çəkilərək onlara istinadlar edilirdi.  

Bununla birlikdə o dövr Azərbaycan mətbuatında ayrı – ayrı müəllif yazılarına 

da yer verilirdi. Ümumiyyətlə, Trablisqərb savaşı  mətbuat səhifələrində «Osmanlı – 

İtaliya savaşı», «Türkiyə - İtaliya müharibəsi» və digər başlıqlar altında teleqraf 

xəbərləri  şəklində açıqlanmış, Türkiyənin daxili durumuna dair yazılara da yer 

verilmişdi. Təbii ki, bir məqalədə bunların təhlilinə toxunmaq mümkün deyil.  

 

ƏDƏBİYYAT 

1.

 



Hamdi Ertuna. 1911-1912-ci il Osmanlı İtalyan harbi ve Kolağazı Mustafa Kemal. Genel 

Kurmay A.T.A.S.E. Başkanlığı Yayınları. Ankara: 1984. 

2.

 

Türk Ansiklopedisi. c.31, MEB, Ankara: 1982.  



3.

 

http://www.bilgipasaji.com/forum/tarih-cografiya. 



4.

 

«Sədayi-Vətən» qəz., 1911, 3 dekabr 



5.

 

«Sədayi-Vətən» qəz., 1912, 2 yanvar 



6.

 

«Sədayi-Vətən» qəz., 1912, 3 yanvar 




 

 148


7.

 

«Sədayi-Vətən» qəz., 1912, 23 fevral 



8.

 

«Sədayi-Vətən» qəz., 1912, 26 fevral 



9.

 

«İqbal» qəz., 1912, 14 mart 



 

ОТЗЫВЫ О ТРАБЛИССКОЙ ВОЙНЕ В ОРГАНАХ ПЕЧАТИ  

СЕВЕРНОГО АЗЕРБАЙДЖАНА (1911-1912)  

 

С.Ф.БАХШАЛИЕВ 

 

РЕЗЮМЕ 

 

В статье указывается политика великих держав в отношении Османской империи, 

которая приводила к войне между Италией и Османской империей в 1911-1912 гг. На 

страницах  демократической  печати  Северного  Азербайджана  как  «Седайи  Ветен»  и 

«Игбал», и других, несмотря на все запреты царской цензуры, появились многие статьи, 

которые подробно описывали ход этой войны. Эти газеты под различными заголовками 

пытались  своевременно  известить  наших  соотечественников  о  положении  внутри 

Османской  империи.  Авторы  этих  статей  не  скрывали  свои  симпатии  османам  и 

огорчения по поводу их неудач на боевых фронтах.  

 

SOME ISSUES OF BALKAN WARS AND THEIR REFLECTİON  

IN NORTHERN AZERBAIJAN PRESS 

 

S.F.BAKHSHALIYEV 

 

SUMMARY 

 

Some issues on the course and results of Balkan wars of 1912-1913 with participation of the 

Ottoman Empire are described in the article. Articles published in various Azerbaijani 

newspapers of that period such as “Kaspiy”, “Irshad” etc. clearly illustrate painful reaction of 

the Azerbaijani people to the failure of Turks on the battle-front. Certain samples of consi-

derations and opinions of authors of that period about the reasons of unsuccessful policy of 

Young Turkic Government of the Ottoman Empire are reflected in the article as well. In the 

conclusion of the article, it is shown that the coverage of the war issues by our press in tsar 



censorship was of progressive character.

 

Yüklə 46,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə