Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası 2010



Yüklə 54,55 Kb.
Pdf görüntüsü
tarix14.06.2018
ölçüsü54,55 Kb.
#48968


 

 60


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

 

 

 

XVII YÜZİLLİKDƏ AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNDƏ  



KARVAN TİCARƏT YOLLARININ QORUNMASI 

 

S.A.MƏMMƏDOV 

Azərbaycan Dövlət Universiteti 

prof.mamedov@yahoo.com

 

Məqalədə ilk mənbələr və mövcud ədəbiyyat əsasında Qəsrir – Şirin (1639, 17 may) 

anlaşılmasından sonra Səfəvi – Osmanlı dövlətləri arasında yaranmış münbit şərait və Şah I 

Abbasın  daxili  siyasəti  sayəsində  yeni  karvansaraların  tikilməsi,  yolların  salınması,  Kiçik 

Asiyadan  keçən  Karvan  ticarət  yollarının  qorunması  sisteminin  yaranması,  habelə  Səfəvi 

dövlətinin  ticarət  və  iqtisadi  tarixi  öyrənilir,  vergi,  rəhdarlıq,  qəbalə  institutlarının  sərhəd 

qaydaları, mahiyyəti açılır və onun fəaliyyətinin konkret nəticələri aşkar edilir. 

 

Məlumdur ki, Səfəvi dövlətinin xarici ticarətinin inkişafı  və çiçəklənməsini 

Qəsri-Şirində (1639-cu il mayın 17-də) Osmanlı-Səfəvi anlaşılması ilə  əlaqələndi-

rirlər (1, 120). Çünki bu anlaşmaya əsasən XVII yüzilliyin 40-cı illərində Şimali İran, 

Kiçik Asiya, Azərbaycan və Mesopotamiyadan ticarət yolu ilə gedən karvanlar üçün 

lazımi şərait yaranmışdı. O da məlumdur ki, yeni hadisələr Səfəvi-Osmanlı dövlətinin 

xarici ticarətini reallaşdıran tacirlər üçün də əlverişli idi. Çünki sonuncular göstərilən 

yerlərdən keçən Təbriz-Simirna, Təbriz-Hələp ana xətti ilə alver etməyə daha çox 

üstünlük verirdilər (2, 65-70). Lakin daxili ticarətin inkişafı təkcə Səfəvi-Osmanlı an-

laşmasından sonra yaranmış münbit şərait deyildi, eyni zamanda I Şah Abbasın 

iqtisadi inkişaf və ticarət siyasəti ilə bağlı idi. Yeni karvansaraların tikilməsi, yeni 

yolların salınması, ticarət yolları üzərində olan quldurlara qarşı amansız mübarizə 

Səfəvi dövlətinin xarici siyasətinə müsbət təsir etdi (3, 25). Bu islahatlar sırasında 

yolların qorunması sisteminin yaranması Səfəvi dövlətinin ticarət və iqtisadi tarixində 

az öyrənilmiş məsələlərdən biridir. Aşağıda ilk mənbələrdə olan faktlar və məlumatlar 

əsasında bu iqtisadi və sergi institutunun (sərhəd qaydaları) mahiyyətini açmağı  və 

onun fəaliyyətinin konkret nəticələrini üzə çıxarmağı qarşıya məqsəd qoymuşuq. 

İlk tarixi qaynaqların (sənədli materiallar və tarixi qaynaqlar, Avropa səy-

yahları, tacirlər və misionerlərin yol qeydləri, Qərbi Avropa ticarət təşkilatları agent-

lərinin hesabatları, Səfəvi tacirlərinin gündəlikləri və s.) demək olar ki, hamısı bir 

ağızdan sübut edirlər ki, XVII yüzilliyi Osmanlı dövləti ilə müqayisə etdikdə Səfəvi 

dövləti  ərazisindən keçən karvan ticarət yolu ilə ticarətin reallaşması üçün kifayət 

qədər əlverişli şərait vardı. I Şah Abbasın dövründən başlayaraq, bütün XVII yüzillik 

ərzində  səyyahlar bu barədə  məlumat verirlər. Məsələn, 1609-cu ildə Karmenil 

missionerləri Redemod və Benius ticarət karvanı ilə Türkiyədən Səfəvi sərhədinə 



 

 61


keçərək bildirirlər ki, onlar Səfəvi torpağında olduqlarına görə "müsəlman həmkarları 

onlara xüsusi qonaqpərvərlik göstərirlər, oğrular burada təqib edilirlər" (4, 174). 

1612-cı ildə ingiltərəli səyyah Robert Koverdi yazır: "… orada (Səfəvi dövlətində - 

S.M.) talan olmaqdan qorxmadan səyahət etmək olar. Çünki orada oğru haqqında 

eşitmək təəccüblü sayılır" (5, 84). Uzun illər  Şərq ölkələrini gəzən, Yaxın  Şərqin 

karvan yollarını bütün Avropa səyyahları  və tacirlərindən daha yaxşı bilən məşhur 

fransız səyyahı  və taciri Jan Batist Tavernier qeyd edir: "Bütün İranda (Səfəvi 

dövlətində - S.M.) səyyahların təhlükəsizliyi, qayda ilə qanun əla qorunur" (6, 683). 

Lakin Qərbin, demək olar ki, bütün tədqiqatçıları kimi biz də  təkcə Avropa 

səyyahlarının, tacirlərin və missionerlərin məlumatlarına  əsaslansaq, həqiqətən də, 

Səfəvi dövlətinin karvan yolları üzərində qayda-qanun və təhlükəsizlik hökm sürürdü 

- deməyə məcburuq. Əslində isə vəziyyət tamamilə belə deyildi, belə də ola bilməzdi. 

Qeyd etdiyimiz kimi, Səfəvi dövlətində  təşkil olunmuş karvan ticarəti Osmanlı 

dövləti ilə müqayisədə yüksək səviyyədə idi. Avropa səyyahları  və tacirləri Səfəvi 

dövlətinin karvan yollarının təhlukəsizliyindən danışarkən elə bunu nəzərdə tuturlar. 

Avropa səyyahları, həmçinin müasir təsviri qaynaqlar Osmanlı Türkiyəsi ərazisindən 

keçən beynəlxalq tranzit ticarət yolunun nə  dərəcədə qorunmaması  və  təhlukəli 

olması barədə çoxlu faktlar gətirirlər. İ.B.Tavernier bu barədə yazır: "Türkiyədə bö-

yük quldur dəstələri tacirlərin yolları üzərində dayanır, onları talayır, çox hallarda 

öldürürdülər" (6, 2). Lakin tacirlərin həyatı və malları təkcə quldurlar tərəfindən təh-

lükə altında deyildi, yerli hakimlər də karvan tacirlərinə eyni talançı münasibət bəslə-

yirdilər. Çox hallarda hətta kimlərin - quldur dəstələrinin və ya yerli kiçik hakimlərin 

tacirlərə daha çox zərər yetirdiyini ayırd etmək mümkün olmurdu. Hər hansı bəyin və 

ağanın adamları bir neçə yüz nəfər dağlara qalxır, meşələrə  çəkilir, tez-tez ticarət 

karvanları və tacirlərin üzərinə hücuma keçirdilər (7, 219). Təbrizli Arakelin Ərzurum 

hakimi Abaza paşanın çoxlu ticarət karvanlarını aldadaraq şəhərə toplaması və talan 

etməsi barədə məlumat verməsi buna misaldır (8, 573). Qriqor Daranaqsi əlavə edir 

ki, Abaza paşa 1624-cü ildə İstanbuldan qayıdan 700 nəfər culfalı taciri talan etdikdən 

sonra onlara deyir: "Bu sizə lazım idi, gedin yenidən qazanın" (9, 223). 

Vilayət hakimləri ticarət karvanlarının təhlükəsiz hərəkətlərini təmin etmək 

əvəzinə, özləri də quldurlarla birləşir, talan edilmiş malları bölmək məqsədilə ticarət 

yolları üzərindəki karvanların talan edilməsinə  şərait yaradırdılar. Kiçik qarətdən 

müəyyən vergi alırdılar (10, 159-160). Həmin müəllif sözünə davam edərək əlavə edir 

ki, vilayətlərin canişinləri tərəzi, çəki və ölçü vahidlərini tez-tez özbaşına dəyişir və 

bu bəhanə ilə də tacirlərdən iri məbləğdə pul alırdılar (10, 161). 

Osmanlı dövlətində kürdlər yaşayan bölgələrdən keçən tacirlər daha çox təh-

lükəyə məruz qalırdılar. Ticarətin reallaşması üçün lazımi maneələrdən biri də kiçik 

Asiyanın müxtəlif yerlərində yaranan kürd dərəbəyliyi idi. Onlar yaranmış xaosdan və 

hakimiyyətsizlikdən istifadə edərək müxtəlif ticarət mərkəzlərinə də basqın edirdilər. 

Buna görə də, ticarət həm də tənəzzül edirdi (11, 243). Kürd quldurluğu o qədər çox 

idi ki, ticarət karvanları üzərinə hücumlar o qədər adiləşmişdi ki, səyyahların çoxu 

kürdlərin sakin olduqları yerləri sadəcə olaraq "kürdlərin ölkəsi" adlandırırdılar" (12, 

155). Qriqor Daranaqsi də  Hələb-Təbriz ana ticarət xətti üzərində yerləşən Qamax 

şəhəri çevrəsində  fəaliyyət göstərən kürdlərin quldur dəstələri haqqında məlumat 

verir. Ümumən, "onların hamısını oğru və quldur" (9, 32) adlandırır. O, 1595-ci ilin 

talanını  təsvir edərək yazır: "…Səyyahlar hədsiz zərər çəkdilər" (9, 33) və yaxud




 

 62


1608-ci ildə  həmin Qamax bölgəsində  fəaliyyət göstərən digər quldur dəstəsinə 

başçılıq edən alay bəyini öldürdülər, sonra isə bir çox nahiyə hakimləri və səyyahlar 

vahiməyə düşdülər" (9, 34). Bununla birlikdə, bu və ya digər kürd bəyin quldur və ya 

vergi toplayan olmasını ayırd ermək çox çətin idi. Məsələn, Təbriz -Hələb ticarət ana 

yolu Nusarin bəyin himayəsində idi. O, müəyyən edilmiş rüsumdan əlavə ona hədiyyə 

verilməsini də tələb edirdi. Əgər tacirlər onun tələbini ödəməkdən imtina edərdilərsə, 

o özü şəxsən gələr və hər hansı bir dəyərli malı tələb edərdi. Tavernier 1676-cı ildə bu 

yolla bir dəvə yükü ingilis parçasını və iki dəvə yükü ərzağını itirmişdi (6, 309). 

Elə olurdu ki, müəyyən zaman kəsiyində bütün lazımi yollar hər hansı bir nəslin 

himayəsi və  nəzarəti altında olurdu. Başqa bir zamanda tamamilə hakimiyyətsizlik 

yaranırdı. Bu zaman düşmən nəslin nümayəndələri bir-birilə vuruşar və  hər biri, öz 

növbəsində, tacirlərdən daha çox mənfəət  əldə etməyə çalışırdı (13, 62). Belə 

hallarda, əgər ticarət karvanları öz yolları üzərində hər hansı bir nəslin quldur dəstəsi 

ilə rastlaşsaydı, onda bu böyük bədbəxtçiliklə  nəticələnərdi. Lakin belə  şəraitdə 

rüsum verməkdən xilas olmaq mümkün olurdu. Belə  şərait tacirlərin alverini 

reallaşdırmaq üçün təhlükəsiz yollar axtarmağa məsbur edirdi. Çox hallarda karvanın 

ərazisindən keçən tacir bu və ya digər nəslin nümayəndəsi ilə müqavilə bağlamağa və 

razılığa gəlməyə müvəffəq olur və kifayət qədər məbləğ ödəyirdi (13, 62-63). 

Osmanlı Türkiyəsi  ərazisindən keçən ticarət karvanlarına aid analoji faktlar 

kifayət qədər çoxdur (14, 35,45,47, 71-72). Lakin belə hesab edirik ki, bizim 

gətirdiyimiz faktlar onu təsdiq etməlidir ki, bu təmin olunmamış  vəziyyətlə yanaşı, 

Səfəvi dövlətinin tabeliyində təhlükəsizliyi ciddi olan karvan yollarının səyyahları və 

tacirlərin təhlükəsizliyi təmin olunmalı və sayları artmalı idi. 

Səfəvi dövlətində ticarət yollarının təhlükəsizliyini yol nəzarətçisi vəzifəsini 

yerinə yetirənlər (rəhdarlar) öhdəsinə götürdükləri (14, 71-72) yol nəzarəti rəhdərxa-

naları karvan yollarının müəyyən nöqtələrində  əsas etibarilə kiçik və böyük ticarət 

mərkəzlərində, həmçinin körpülərdə təhlükəli dağ keçidlərində və digər lazımlı nöq-

tələrində yerləşdirilirdi. Adətən bu rəhdərxanalar bir-birindən elə məsafədə yerləşdi-

rilirdilər ki, növbəti yolun üzərində yerləşən karvanların irəliləməsi vaxtı yaranmış 

təhlükə barədə  rəhdərxanaya təcili xəbər çatdırmaq mümkün olsun (6, 679-684). 

Tacirlər və səyyahlar bu və ya digər yük və malın çeşidinə görə müəyyən edilmiş tarif 

üzrə, rəhdarlara xüsusi vergi (vuch) ödəməli idilər. XVII yüzilliyin sonuna qədər bu 

məbləğlər kifayət qədər kiçik idi. Lakin əsrin sonunda vergilər xeyli artmışdı  və 

Səfəvi dövləti büdcəsinin doldurulmasında əsas hissəni təşkil edirdi. 

Səyyahlar və tacirlər basqınlara məruz qalanda yerli hakimlər talan edilmiş 

malları ya tapmalı, ya geri qaytarmalı  və yaxud da ticarət hesab kitabına uyğun 

qiymətlə onun dəfərini ödəməli idilər (15, 180). Qeyd edək ki, ingilis, holland və 

şərqi Hindistan cəmiyyətləri bu rüsumlardan azad idilər (6, 685).  

Şübhəsiz, I Abbasın (1587-1629) yaratdığı rəhdarlıq institutu öz dövrünə görə 

ticarət karvanlarının inkişafı üçün münbit şərait yaratmışdı.  Əlbəttə, böyük ticarət 

yolları üzərindəki quldurluğu və qarəti tamamilə aradan götürmək o qədər də asan 

deyildi (6, 72). Lakin Səfəvi dövləti  ərazisində tacirlər təkcə quldur basqınlarından 

deyil, habelə öz rəhdarlarının özbaşınalığından da çox əziyyət çəkirdilər. Səfəvi 

dövlətində mövcud olan "rəhdar" qəbalə sisteminin tətbiqi ilə elə bir şərait yaranırdı 

ki, qəbalə ilə rəhdarlıq hüququndan məhrum edilmiş şəxslər faktik olaraq əvvəlcədən 

nəzərdə tutulmuş tarifi nəzərə almadan, alverçilərdən istədikləri qədər qazanırdılar. 




 

 63


Rəhdarlar çox vergi verməyən şəxslərdən də vergi alırdılar. Diqqəti cəlb edən olur ki, 

yerli hakimlər verginin miqdarını artıra və ya endirə bilərdilər. Kənəkirli Zəkəriyyə 

İrəvanlı Xosrov xanın haqqında danışaraq bildirir ki, sonuncu rəhdarlıq üçün alınan 

vergini ləğv etmişdi. Başqa bir yerdə Z.Kənəkirli  İrəvanın digər xanı  Məhəmməd 

xanın haqqında danışarkən məlumat verir ki, o həmin vergini yenidən siyahıya daxil 

etdi (16, 44).  

Belə hallarda tacirlər ya bu şəraitlə barışmalı, yaxud rəhdarları qanuna riayət 

etməyə  dəvət etmək üçün yuxarı instansiyalara müraciət etməli idilər. Bu barədə 

rəhdarların özbaşınalıqları ilə  əlaqədar olaraq tacirlərin  şikayətlərinə cavab olaraq 

verilmiş  şah fərmanları son dərəcə  dəyərlidir. Bu fərmanların sayı 10-dan artıqdır. 

Onlar Şah Səfi (1629-1642) və Şah II Abbas (1642-1666) tərəfindən verilmişdir (17, 

f.6, 22, 24-25, 27, 29, 34, 57, 109, 120-121). Bu sənədlər traferat xarakteri daşıdığına 

və  əslində biri digərini təkrar etdiyinə görə, nümunə üçün onlardan birinin tərcü-

məsini veririk. Bu fərman 1046-cı ildə (1636) Şah Səfi tərəfindən verilmişdir (18, 

329) və maraqlı məqamları özündə əks etdirir. Bunlar verginin (vcuh-e rahdari) ümu-

mi miqdarını müəyyənlədirməyə imkan verir. Fərmanda rəhdarların bir dəvə yükün-

dən (vache sotor), bir qatır yükündən (vache astar) və bir eşşək yükündən (vache 

xarakə) aldıqları  məbləğlər adbaad göstərilir. Buna uyğun olaraq da 100, 50 və 25 

dinar müvafiq yük parçadan (ağ parça) və 50, 25 və 10 dinar isə müvafiq yük xırdavat 

mallarından (sofqat - bar) alınırdı. 

"Dünyanı  təslim edən fərman ona görə elan edildi ki, Culfalı Xoca Səfər 

məruzə edərək ipəkdən, parçadan və digər mallardan rəhdarlıq haqlarının (vcuh-e 

rahdari), divanın qərarına uyğun olaraq aşağıdakı kimi olduğunu bildirdi: 

Parça və ipək - 

dəvə yükündən - 100 dinar 

qatır yükündən - 50 dinar 

uzunqulaq yükündən - 25 dinar 

Xırdavat mallar -  

dəvə yükündən - 50 dinar 

qatır yükündən - 25 dinar 

uzunqulaq yükündən - 10 dinar 

  

Bu haqda o, yuxarıda göstərilən vergi verənlərin adından müqəddəs fərman 



verilməsini xahiş etdi ki, parça və ipəyin rəhdarlığı (haqqı) (rəhdari) divanın verdiyi 

qərara əsasən alınsın və ondan artıq tələb olunmasın. Ona görə də, yuxarıda göstərilən 

rəhdarlıq haqlarının divanın  əmrinə görə alınmaları  və  əlavə  tələblərlə  əziyyət ver-

məmələri barədə yolların gözətçilərinə göstəriş verdik. Hər bir diyarın vəziri və ha-

kimi bu işə lazımi kömək etməli, bunu öz vəzifəsində ciddi bir sərəncam kimi qəbul 

etməlidir. 

1046-cı ilin səfər ayının 29-u (1636-cı il oktyabrın 2) uğurla qurtardı. 

Bu qəbildə  sənədlərin çoxluğu onu göstərir ki, rəhdarlar  əslində  şah fərman-

larını  nəzərə almırdılar və tacirlərlə istədikləri kimi rəftar edirdilər. Bu vaxtdan 

etibarən Səfəvi və Osmanlı dövlətində elə bir fərq yox idi. Burada rüsum toplayanlar 

ticarət rüsumlarının müəyyən edilmiş miqdarda alınması üçün İstanbuldan alınan 

fərmana məhəl qoymur və hörmət etmirdilər (18, 329). Səbəbi də o idi ki, burada da, 

həmçinin dövlət xəzinəsinə iri məbləğlər ödəməklə  və rüsum toplamaq hüququnu, 

qəbaləni əldə edənlər üç ildə istənilən miqdarda mənfəət əldə etməyə çalışırdılar (19, 

77). Lakin bütün bu çatışmayan cəhətlər rəhdarların gündəlik özbaşınalıqları ilə 



 

 64


yanaşı, rəhdarlıq institutu, tam olmasa da, Osmanlı və Səfəvi dövlətinin sərhədlərində 

tacirlərə  şəxsi təminat verirdi (20, 155). Amerika şərqşünası R.Seyyori rəhdarlığın 

roluna qayıdaraq yazır: "Məlumdur ki, bu, çox halda tacirlərin şəxsiyyətini və malını 

qoruyurdu" (21, 192). Lakin əlavə edək ki, göründüyü kimi, var-dövlətin təhlükəzliyi 

o qədər də möhkəm deyildi. 

Rəhdarlıq  İnstitutu və vergilərin alınmasının qaydaları o qədər dərin kök at-

mışdı ki, Səfəvi dövlətindən sonra da, bu institut XIX əsrin sonuna qədər, Osmanlı 

dövlətində isə XX əsrin əvvəllərinə qədər mövcud idi (22, 134). 

 

ƏDƏBİYYAT 

1.  Q.Hovhannisyan.  Erməni  azadlıq  fikri  tarixinə  dair  oçerklər. 2 kitab. II kitab. Erevan, 

1959,  s.120 (erməni  dilində);  И.П.Петрушевский.  Очерки  по  истории  феодальных 

отношений в Азербайджане и Армении в XVI - начале XIX вв. М.-Л.:Наука, 1949, 384 

с.; В.Байбуртян. Армянская колония Новой Джульфы в XVII в.; 1969, 169 с. 

2. V.Papazyan. XVII yy. Təbriz-Hələp ticarət yolu. Erm.SSR EA "Xəbərlər", (ictimai elmlər), 

1985, № 2, 120 s. 

3. Hafez F.Farmayan. The Beginning of Modernization in Iran (The Policies and Reforms of 

Shah Abbas I (1587-1629) Utah, 1969, 25 p. 

4. A.Chronicle of the Carmelits in Persia and the Papal Mission of the XVII and XVIII 

Centuries. Vol. I. London, 1639, p.174 

5. The travels of Captain Robert Coverte Philadelphia. 1931, p.84 

6. Les six voyaqes de dean Batiste Tavernier en Turquie. En Perse et aux indes. T.I, Paris, 

1692, 685 p. 

7. Ricaut. Histore de IETAT present de Emprie Ottoman. Paris, 1670, 219 p.; H.Anasyan. 

XVII yy. Qərbi Ermənistanda azadlıq hərəkatı. İrəvan 1961, 69 s. (erməni dilində) 

8. Arakel Davriyesi. Tarih. Baqarşabat, 1896, s. 573; Arakel Davriyesi. Tarih. Moskva, 1973, 

624 s. (rusca) 

9. Qriqor Daranaqsi. Xronika. Yeruselim, 1915, 223 s. (qədim erməni dilində) 

10. Michel Febvre. I"Efat present de la Turquie. Paris, 1675, 170 p. 

11. M.Zülalyan. Batı Ermənistan XVI - XVII yy. İrəvan, 1980, 423 s. (erməni dilində) 

12. D.Ross. Sir Anthoni Shirley and his Persian Adventure. London, 1933, 155 p. 

13. N.Steensgaard. The Asian trade Revolution of the Seventeenth Century. Chicago and 

London, 1974, 70 p. 

14. Zəkəriyyə Əylisli. Gündəlik, İrəvan, 1938, 159 s. (qədim erməni dilində) 

15. Zəkəriyyə Sarkavak (Kənəkirli) tarixi. Vağarşabad, 1870, 175 s. (qədim erməni dilində) 

16. Tadhikirat al-muluk. A Manual of Safavid Administration. London,1943, p.180 

17. Matenadaran. Yeni Culfanın sənədləri, f.6, sənəd 22, 24-25, 27,29,34, 557, 109, 120-121 

18.  Кальди  Д.  Данные  к  истории  левантийской  торговли  в  начале XVII столетия. 

Восточные источники по истории народов юго-восточной и Центральной Европы. II. 

т. II, М.: Вост. лит.-ра, 1969, 329 с.; N.Stusgard. Consuls and Nations in the Sevant from 

1570 to 1650 - Scandinavian Economic History Review. Vol XV, №1-2, 1967, 22 p. 

19.  Кальди  Д.  Надь  турецкие  реестровые  книги  мукатаа  как  исторические  источники. 

Восточные источники по истории народов юго-восточной и Центральной Европы. М.: 

Вост. лит.-ра, 1964, 77 с. 

20. Путешествия Шардена по Закавказью в 1672-1673 гг. Тифлис: 1902, 171 с. 

21. R.Savory. Iran under the Sfafrids. Cambridge, 1980, 192 p. 

22. N.Qaroyans. İran erməniləri. Tehran, 1968, 134 s. (erməni dilində) 

 



 

 65


ОХРАНА КАРАВАННЫХ ТОРГОВЫХ ПУТЕЙ  

В ГОСУДАРСТВЕ СЕФЕВИДОВ В XVII ВЕКЕ 

 

С.А.МАМЕДОВ 

 

РЕЗЮМЕ  

 

В  статье  говорится  о  том,  что  развитие  института  рахдарства,  основанного 

Шахом  Аббасом I, создало  благоприятные  перспективы  для  караванной  торговли.  На 

основе  исследования  многочисленных  первоисточников  показано,  что  в  государстве 

Сефевидов институт рахдарства и правила сбора охрана караванной торговли пустили 

такие глубокие корни в налогов, что этот институт просуществовал до конца ХIХ века.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

GUARDING OF CARAVAN TRADE ROADS İN THE STATE  

OF SEPHEVIDS IN XVII CENTURY 

 

S.A.MAMMADOV 

 

SUMMARY 

 

The article deals with the development of rakhdar institute founded by Shakh Abbas I 

and its favourable perspectives for caravan trade. On the basis of numerous investigations it is 

shown that rakhdar institute established in the state of Sephevids existed till the end of the 



XIX century. 

 

Yüklə 54,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə