Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası



Yüklə 432,91 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü432,91 Kb.
#68124


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

 

UOT 94 (479.24) 

 94 

′′04/15′′ 



AZƏRBAYCANIN ORTA ƏSR ŞƏHƏRLƏRİNDƏ  

SƏNƏTKARLIQ TƏŞKİLATLARI 

 

B.A.RƏCƏBOVA 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 

SELAVİ 81@ ru 

 

Orta  əsrlər dövründə Azərbaycanın orta əsr  şəhərlərində  sənətkarlığın müxtəlif 

sahələri mövcud olmuşdur. Bunu istər yazılı mənbələrə, istərsə də arxeoloji qazıntıların nəti-

cələrinə əsasən müəyyənləşdirmək olar. Bu sənət sahələri üzrə bir sıra emalatxanalar fəaliy-

yət göstərmişdir. Bu emalatxanalarda çalışan ustalar sənətkarlıq təşkilatlarında birləş-

mişdilər. 

 

Açar sözlər: Azərbaycan, sənət, şəhər, təşkilat, sənətkarlıq təşkilatları 

 

Arxeoloji qazıntılar nəticəsində kifayət qədər istehsalat kompleksləri, 

sənətkarların əmək alətləri və ləvazimatları, xammal qalıqları, yarım fabrikat-

lar, istehsal çıxarları, eləcə də çoxsaylı sənətkarlıq nümunələri aşkar lanmışdır 

(1, 112).  

Bu istehsal kompleksləri arasında Beyləqan, Bakı, Şabran kimi şəhərlər-

də zərgərliyə aid olan emalatxana qalıqları aşkar olunmuşdur. 

Beyləqanın şimal-şərq qala divarları yanında aparılan qazıntılar zamanı 

kiçik otaq aşkar edilmişdir (5, 104). Buradan bir neçə  ədəd gil qəlib, mis 

çıxarları  və bir sıra alətlər tapılmışdır. Digər otaqdan ərinmiş metalı tökmək 

üçün qab, qızılın əyarının yoxlanılması üçün istifadə edilən məhək daşı, mis və 

tuncdan yarımfabrikat bəzək əşyaları (sırğa, üzük, bilərzik) tapılmışdır. Bütün 

bu əşyayi-dəlillərə əsaslanaraq Minkeviç – Mustafayeva bu otaqlardan birinin 

zərgər emalatxanası olduğunu ehtimal edir (5, 104). 

Belə tip sənətkarlıq emalatxanalarının olması orta  əsr  şəhərləri üçün 

xarakterik olmuşdur. Belə ki, 2002-ci ildə  Şabranın qala divarının  şimal 

hissəsində aşkar  olunmuş VIII bürcün xarici divarı sahəsində aşkara çıxarılan 

sənətkarlıq emalatxanası buna misal ola bilər. Bakı şəhərində isə indiki Hüsü 

Hacıyev küçəsində «Misgər məhəlləsi», «Zərgər palanı» adlanan məhəllələr 

olmuşdur. Heç təsadüfi deyil ki, burada inşaat işləri zamanı çoxlu mis 

qazıntıları, misgərlik sənəti məhsulları və əmək alətləri tapılmışdır (4, 35). 

 

166




Ən iri zərgərlik emalatxanalarının Təbriz şəhərində yerləşməsi haqqında 

məlumatlar vardır. Belə ki, burada zərgərlər xüsusi raştada yerləşirdi. Onların 

dükan və emalatxanaları bir-birinin yanında olur, «zərgər bazarı» adlanırdı. 

Bəzi mənbələrə əsaslanıb, deyə bilərik ki, Təbrizdəki sənətkarlıq məhəl-

lələrindən biri Qaraağac adlanırdı  və o şəhərin qərbində yerləşirdi. Buradakı 

Mehdəmin məhəlləsində tacirlər, zərgərlər, qiymətli daşlarla işləyən cəvahir-

sazlar və dərzilər  yerləşmişdi (3, 57). 

Azərbaycanın iri feodal şəhərlərində karxanalar fəaliyyət göstərirdilər. 

Karxanalar demək olar ki, bütün sahələri özündə birləşdirirdi. Burada 

bədii ornamentdən başlayaraq, qızılla tikmə peşələri var idi. Sənətkarlar, bazar 

cərgələrində olduğu kimi yerləşdirilirdi. Şarden yazır ki, şahın karxanalarında 

hər bir sənətə aid olan sənətkarlar təhkim olunmuşdu. Lazım olanda sənət-

karlar işi öz evlərində və yaxud digər yerlərdə yerinə yetirə bilərdilər (3, 92). 

Hər bir karxana sənətin növünə uyğun adlanırdı. Məsələn, zərgərxana – 

zərgərlik emalatxanası, misgərxana - misgərlər emalatxanası,  əsləhxana-silah 

emalatxanası və s. 

Bu emalatxanalarda çalışan ustaların emalatxana daxilində öz qayda-

qanunları olmuş və onlar sənətkarlıq təşkilatlarında birləşmişlər. 

İri Azərbaycan feodalları da belə karxanalara sahib idilər. Onların hər 

biri öz üzərində başçıya və əsas ustaya – usta başına malik idilər. Karxana irsi 

xarakter daşıyırdı. Belə ki, XVII əsrdə zərgərlik emalatxanalarında zərgərbaşı 

vəzifəsini Mir Məhəmməd Seyid və onun törəmələri tuturdu (3, 92).      

Arxeoloji etnoqrafik materiallardan və yazılı  mənbələrdən məlum olur 

ki, Azərbaycanda bu dövrdə  sənətkarlar, daha doğrusu, sənətkar təşkilatları 

ölkənin həyatında mühüm ictimai mövqe tutur və xüsusilə  şəhərlərin idarə 

olunmasında böyük nüfuza malik idilər. Məhz bu dövrdə «Oğuznamə»nin (XI 

əsr) müəllifi hakim dairələrə tövsiyyə edirdi ki, «uşaqlarınıza sənət öyrədin», 

Nizami Gəncəvi isə  kərpickəsən ustanın dili ilə  gənclərə başqasından asılı 

olmamaq üçün özgəyə  əl açmamaq üçün sənətlə, zəhmətlə  məşğul olmağı 

məsləhət görürdü (1, 115). 

Bəzi tədqiqatçıların fikrincə, son orta əsrlərdə  şəhərlərdə  sənətkarların 

böyük  əksəriyyəti «əsnaf», «möhtərizə», «ozan» adlarıyla məlum olan peşə 

təşkilatlarında birləşirdilər. Lakin Qərbi Avropanın sex təşkilatlarından fərqli 

olaraq onların fəaliyyət sahəsi məhdud olub, əsasən vergilərin bölüşdürülməsi 

və ödənilməsindən ibarət idi. 

Bəzi mənbələrə əsaslansaq belə nəticə çıxartmaq olar ki, 1) sənətkarların 

əksəriyyəti tək işləyənlər; 2) Əsnaflarda fəaliyyət göstərənlər; 3) İri feodal 

kitabxanlarında (karxanlarda) çalışanlar idi. 

Müsəlman  əsnaflarında müxtəlif sənət sahələrinin himayədarları 

olmuşdur ki, bunlardan 32 müqəddəs şəxsiyyətin adları Evliya Çələbi tərəfin-

dən göstərilmişdir (3, 65). 

Tək işləyən sənətkarlar da, əsnaflarda fəaliyyət göstərənlər kimi müxtəlif 

vergi və feodal mükəllifiyyətlərini ödəməli idilər. Əsnaflara daxil olmuş sənət-

 

167




karlar bazar cərgələrində özləri üçün dükan-emalatxana icarəyə götürür. Bun-

lar feodallara məxsus olurdu ki, onlar sənətkar və tacirlərdən icarə haqqı alır-

dılar. Bəzi sənətkarların emalatxana və dükanları isə dini idarələrə məxsus idi. 

Ümumiyyətlə, orta əsr sənətkarları dinə bağlı insanlar olmuşdur. Onların 

özlərini aparmaq qaydaları bir növ risalələlərdə öz əksini tapmışdı. Risalələr 

bir növ sexlərdə yazılı  təlimatları  əvəz edirdi. Risalələrin nə vaxt meydana 

gəlməsi haqqında yazılı mənbələrdə heç bir məlumat yoxdur. Risalə ərəb sözü 

olub, mənası göndəriş, məktub, qanun deməkdir. 

Sənətkarlara risalələri gündə beş dəfə oxumaq təklif olunurdu. Şeyxlər, 

naib və ustalara üçüncü, dördüncü və beşinci günlər göstərilən nizamnamə və 

qaydaları sənətkarların iclasında oxumaq göstərilirdi. 

Risalələr və digər sənədlərdə  sənətkarlıqla məşğul olan usta və 

şagirdlərin qarşısına qoyulmuş bir sıra vəzifələr öz əksini tapmışdı. Şagirdliyə 

qəbul üçün vahid yaş  dərəcəsi yox idi. Şagirdin yaşı usta tərəfindən və vali-

deynlər tərəfindən müəyyən edilirdi. Şagirdin fiziki sağlamlığı və işin xarak-

terindən asılı olaraq  zərgərlik sənətinə  qəbul olunmuş  şagirdin görmə 

fəaliyyəti yaxşı olmalı idi. 

Bəzi mənbələrə  əsaslanaraq  şagirdlər üçün 12-15 yaş  həddi qoyulurdu. 

Şagird ustanın bütün tələblərini diqqətlə yerinə yetirməli idi. Usta şagirdini 

istədiyi vaxt ustalığa keçirə bilərdi. O, bunu o vaxt lazım bilirdi ki, şagird artıq 

sənətinə aid bir sıra bilikləri əldə etmiş olurdu. 

Məlum olduğu kimi emalatxana və yaxud karxanalarda sənətkarlar öz 

şagirdləri ilə birgə çalışırdılar. Evdə çalışan zərgərlər bəzən tək və yaxud 

şagirdi ilə işləyirdi. 

XVI əsr mənbələrində şahın kənizlərindən söhbət açılır ki, onları qızıl-

tikmə  işini öyrənmək üçün Təbriz ustalarına verirdilər ki, şagirdlik  dövrünü 

keçirdikdən sonra müəyyən vaxtla şah emalatxanalarında (karxanalarda) 

işləsinlər (6, 77). 

Bəzi tədqiqatçıların yazdığına görə  şagird hüquqi cəhətdən azad idi. 

Lakin bizə elə gəlir ki, onun vəziyyəti iqtisadi cəhətdən ustadan asılı idi. Usta 

şagirdə istədiyi qədər məvacib ayıra bilərdi.  Şagirdin ustalığa keçməsi «qur-

şaqbağlama» ayini ilə  həyata keçirilirdi. O, müxtəlif terminlərlə azərbay-

canlılarda «qurşama» yaxud «kuyşama», ərəblərdə «sədd», iranlılarda «mian-

bəstə», «kəmər-bəstə» adlanırdı (3, 70). 

Hələ XII əsrdə  Rəvəndi bədii sənət nümayəndələrinin «qurşaqlama» 

mərasiminə riayət etmələri haqqında məlumat vermişdir (3, 8. 70). Bu 

mərasimin yaranma səbəbləri hələ ki, elmi cəhətdən izah olunmayıb. Yalnız 

onu ehtimal etmək olar ki, qurşaq yəni kəmərlənmək bütün xalqlarda bir 

qoruyucu vasitə olmuşdur. Ola bilər ki, bu ayin vasitəsi ilə ilk növbədə sənəti 

öyrənmiş insanı pis qüvvələrdən qorumaq üçün qurşaqlama ayini 

keçirilmişdir. Sonrakı dövrdə bu ayin islam dini ilə  Həzrət  Əlinin adı ilə 

əlaqələndirilmişdir. Heç təsadüfi deyil ki, Azərbaycanda gəlin köçən qızların 

belinə qurşaq bağlamaq adəti hələ də davam edir. 

 

168




Orta  əsrlərdə Azərbaycanda hər hansı bir sənətkarlıq, yaxud peşə 

nəsildən-nəsilə keçirdi. Çox vaxt bacarıqlı  sənətkarları onların oğulları  və 

nəvələri əvəz edirdi. Bununla yanaşı onlar bir sıra vergi və mükəllifiyyətləri də 

yerinə yetirməli idilər. Ümumiyyətlə, sənətkarlıq, sənətkarların vəziyyəti, 

onların həyat tərzinin öyrənilməsi, ölkə iqtisadiyyatının inkişafı ilə üzvü 

surətdə bağlı olmuşdur. Orta əsrlər dövründə Azərbaycanda 100-dən artıq 

sənət ixtisası üzrə  sənətkarlar çalışırdılar (9, 362). 

Bu sənətkarların  əksəriyyəti,  əxi cəmiyyətində birləşmiş  və  sərbəst 

işləməyə üstünlük verirdilər. 

Aparılan tədqiqatlara və  əldə olunan ədəbiyyata  əsasən orta əsrlərdə 

Azərbaycanın bəzi  şəhərlərində  sənətkarlıq təşkilatlarının olması haqqında 

məlumatlar toplamaq mümkün olmuşdur. Bu ilk növbədə orta əslərdə  Əxi 

təşkilatları ilə  əlaqədardır. Həmin təşkilat eyni zamanda dini cərəyanlarla 

birlikdə  fəaliyyət göstərmişdir. «Əxi» qardaşlıq cəmiyyəti üzvlərinin adları 

Nardaran piri abidələri kompleksində də vardır. 

Abşeronun Kürdəxanı  kəndindəki XV əsrin I yarısına aid zaviyyənin 

Şeyx  Əxi  Şirəmanın adı  çəkilən kitabəsində  də onun Əxi təşkilatının üzvi 

olduğu göstərilir (8, 239). 

Əxi ərəbcə «mənim qardaşım» deməkdir. Bu təşkilat XI əsrdə artıq Ön 

Şərqin bir çox ölkələrində yayılmışdı. XIV əsrdə əxilər Kiçik Asiyanın ictimai 

həyatında mühüm rol oynayırdılar (2, 119). 

Tədqiqatçıların əksəriyyəti Əxi cəmiyyətinin Azərbaycanda yarandığını 

və oradan Kiçik Asiyaya keçdiyini göstərirlər (3, 12). 

 

ƏDƏBİYYAT 

1.

 

Azərbaycan arxeologiyası. 6 cilddə. VI c., Bakı: Şərq-Qərb, 2008, 630 s. 



2.

 

Aşurbəyli S.B. Bakı şəhərinin tarixi. Bakı: Elm, 1998, 356 s. 



3.

 

Гейдаров М.Х. Социально-экономические отношения и ремесленные организации в 



городах Азербайджана в ХЫЫЫ-ХВЫЫ вв. Баку: Элм, 1987, 211 с. 

4.

 



İbrahimov F.Ə. Azərbaycanın orta əsr  şəhərlərində metalişləmə  sənəti (IX-XIII əsrlər). 

Bakı: Elm, 1988, 176 s. 

5.

 

Минкевич-Мустафаева  Н.В.  Раскопки  ремесленного  квартала  Байлакана  МИА, 



№133. М-Л: Елм, 1965, 100-101 с. 

6.

 



Петрушевский И.П. Очерки по истории феодальных отношений. ЛГУ. 1949, 382 с. 

7.

 



Onullahi S.M. XIII-XVII əsrlərdə  Təbriz  şəhəri (sosial-iqtisadi tarix) Bakı: Elm, 1982, 

278 s. 


8.

 

Rəcəbova B. Azərbaycanın ənənəvi sənətkarlıq məmulatı və istehsalı tarixindən (IV-XVII 



əsrlər). Bakı: Elm, 2009, 348 s. 

9.

 



Иологлу  Г.  Религиозно-мусульманское  братство  ахи  в  Азербайджане / Кавказ  ар-

хеология и этнология. Международная научная конференция 11-12 сентября, 2008. 

Азербайджан. Шамкир. Материалы конференции. Баку, 2009, 362 с. 

 

 



169


РЕМЕСЛЕННЫЕ ОРГАНИЗАЦИИ В СРЕДНЕВЕКОВЫХ  

ГОРОДАХ АЗЕРБАЙДЖАНА 

 

Б.А.РАДЖАБОВА 

 

РЕЗЮМЕ 

 

В эпоху средневековья в городах Азербайджана развивались различные виды ре-

месла. Об этом говорят данные письменных источников, а так же результаты археоло-

гических раскопок. 

В  городах  существовали  мастерские  по  разным  ремеслам.  Работающие    в  этих 

мастерских мастера-ремесленники объединялись в общественные организации. 



 

Ключевые слова: Азербайджан, ремесло, город, организация, ремесленные орга-

низации 


 

HANDICRAFT ORGANIZATIONS IN MEDIEVAL CITIES 

 

B.A.RAJABOVA 

 

SUMMARY 

 

Different kinds of workmanship developed in medieval cities of Azerbaijan that are 



reflected in historical sources and revealed through archaelogical excavations. 

In the cities, there were workshops on different handicrafts, master-workmen of which 

united in social organizations. 

 

Kew word: Azerbaijan, trade, social organizations, trade organizations 



 

 

170



Yüklə 432,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə