Baki universitetiNİn xəBƏRLƏRİ №2 Humanitar elmlər seriyası



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü0,5 Mb.
#76517


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Humanitar  elmlər seriyası 

  2011 

 

 

 

 

UOT 81

36 



İNGİLİS DİLİNİN LÜĞƏT TƏRKİBİNİN ZƏNGİNLƏŞMƏSİNDƏ 

ALINMA SÖZLƏR VƏ ONLARIN ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ 

 

Ə.Ə.SƏFƏROVA  

Bakı Dövlət Universiteti 

сафаровааркиназ_@маил.ру

 

Məqalə ingilis dilinin lüğət tərkibindəki alınma sözlərə həsr edilmişdir. Alınma sözlərin 

tarixi göstərir ki, ingilis xalqının həmişə digər xarici ölkələrlə mədəni, siyasi və iqtisadi əlaqə-

ləri olmuşdur. Bu da dilin lüğət tərkibinin zənginləşməsinə  səbəb olmuşdur. Alınma sözlər 

dilin lüğət tərkibinə həm yazılı, həm də şifahi formada keçmişdir.  

 

Açar sözlər: təhsil, lüğət tərkibi, dövrlər, əlaqələr, alınma sözlər 

 

Respublikamız müstəqillik  əldə etdikdən sonra dövlətimiz təhsilin in-

kişafına çox böyük yer vermiş  və hal-hazırda dövlət siyasətində  təhsil  əvəz-

edilməz sahəyə çevrilmişdir. 

Respublika Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin  90  il-

lik yubileyinə həsr edilmiş mərasimdə qeyd etmişdir:  «Təhsil hər bir ölkənin 

inkişafında ciddi rol oynayır və biz də bu yolu seçmişik. Təbii sərvətlər tü-

kənəndir, ancaq təhsil, bilik və elm hər bir ölkənin güclənməsinə töhfə verən 

əbədi amillərdir. Müstəqilliyimizi  əbədi və dönməz etmək üçün təhsilin 

səviyyəsi ən vacib işlərdən biridir və Azərbaycanda bu istiqamətdə çox lazımlı 

işlər görülür». 

Cəmiyyətimizin hərtərəfli inkişafı Respublika sakinlərində, eləcə də təh-

sil sahəsində çalışan adamlarda xoş hisslər oyatmışdır.  İndii hər bir kəs 

Respublikamızın tərəqqisi və daha da çiçəklənməsi üçün əlindən gələni əsirgə-

məməyi özünə borc bilir. Ölkəmizdə yüksək bilikli, geniş dünyagörüşünə ma-

lik insanlar yetişdirmək hamının borcudur. Hal-hazırda beynəlxalq əlaqələrin 

xeyli genişləndiyi və xarici ölkələrlə  mədəni  əlaqələrin inkişaf etdiyi müasir 

şəraitdə elmin, texnikanın, mədəniyyətin müxtəlif sahələrində çalışan mü-

təxəssislərin və geniş  zəhmətkeş kütlənin xarici dilləri öyrənməsinə xüsusi 

əhəmiyyət verilir. Dünya xalqları arasında əməkdaşlıq gündən-günə  artır. Bu 

əlaqələrin möhkəm bünövrə üzərində qurulmasına xarici dil bilməyin böyük 

əhəmiyyəti vardır. Xalqlar arasında əlaqələrin yaradılması üçün xarici dil bil-

mək körpü rolunu oynayır. 

 

11




Artıq suveren inkişaf yoluna qədəm qoymuş Respublikamız xarici ölkə-

lərlə, firmalarla əməkdaşlıq edir. Beynəlxalq əməkdaşlıq yeni keyfiyyət kəsb 

etməyə başlamışdır. Bəşəriyyət qarşısında yeni, siyasi-iqtisadi, ekoloji prob-

lemlər meydana çıxmışdır. Bütün bu qlobal problemlərin birgə həlli üçün xari-

ci dillərin əhəmiyyətinin ətraflı şərhinə ehtiyac yoxdur. İctimai həyatımızın elə 

bir sahəsi yoxdur ki, orada xarici dilləri bilmədən qarşıya  qoyulan məsələləri 

müvəffəqiyyətlə həll etmək mümkün olsun. Seçdiyi ixtisasdan asılı olmayaraq 

hər bir adam xarici dillərdən heç olmasa birini yaxşı bilməlidir. 

Müdrik babalarımız çox gözəl deyib:  «Nə qədər çox dil bilsən, o qədər 

də adamsan». Burada S.Ə.Şirvaninin də məşhur bir kəlamını yada salmaq olar. 

Öyrən, rusca – almanca, 

Möhtac olma dilmanca. 

Məlumdur ki, ingilis dilinin tədrisi müstəqil və bitmiş kursdur. Kursun 

öz məzmunu və strukturu var. Bu proqram ingilis dilinin ali məktəbdə 

öyrədilməsini orta məktəb bilikləri əsasında inkişaf etdirilməsini nəzərdə tutur. 

Belə ki, orta məktəb ingilis dilinin öyrədilməsi üçün bünövrə qoyur, ali 

məktəb isə  gələcək mütəxəssisin ixtisas meyli istiqamətində onu inkişaf 

etdirir.  İndii çıxış yolunu ingilis dilini bilməkdə görən mütəxəssislərimiz 

beynəlxalq aləmə çıxmaq üçün bu dili öyrənməkdən başqa bir yol olmadığına 

tam inanmışlar. 

Hər  əsrin sonunda latın, yunan, ərəb, ispan, alman, fransız dillərinin 

öyrənilməsi, biri digərini əvəz edə – edə yayılırdısa, iki əsr ərzində ingilis dili, 

əvəzsiz, dəyişilməz olaraq dünya beynəlxalq dili kimi status almış və bu dilin 

öyrənilməsi müstəqillik qazanmış respublikamızda da geniş yayılmağa başla-

mışdır. İngilis dilinin bütün dünyada bu qədər geniş yayılmasına səbəb yalnız 

vaxtilə qüdrətli dəniz imperiyası olmuş Böyük Britaniya dövlətinin aparmış 

olduğu qlobal müstəmləkəçilik  siyasəti deyil, həm də bu dilin xeyli asanlıqla 

mənimsənilə bilməsi olmuşdur. 

Məlumdur ki, ingilis dili dünya dilləri içərisində  zəngin lüğət ehtiyatı 

olan dillərdən biridir. Xalqın iqtisadi – siyasi və mədəni həyatında baş verən 

dəyişikliklər, yeni istehsal üsulları, yeni texniki tərəqqi elmi nailiyyətlər, kənd 

təsərrüfatındakı  əsaslı dönüş, ictimai quruluşun dəyişməsi, elm, mədəniyyət, 

ticarət, ədəbiyyatın inkişafı, dövlətin yaranması və s. bu kimi hadisələr ingilis 

dilinin lüğət tərkibinə  təsir edərək, onun daha da zənginləşməsinə  səbəb ol-

muşdur (2, 83). 

Xalqın həyatının inkişafında baş verən dəyişikliklər öz əksini, ilk növbə-

də dilin lüğət tərkibində tapır. Qeyd etmək lazımdır ki, dilin lüğət tərkibinin 

inkişafı prosesi xalqın tarixi inkişafı ilə vəhdət təşkil edir. Xalqın tarixini izləmə-

dən lüğət tərkibindəki inkişaf meyllərini aşkar etmək mümkün deyildir (5, 135). 

Bu dil nəsildən-nəslə keçərək öz daxili inkişaf qanunlarına əsasən dəyiş-

miş və təkmilləşmişdir. 

Müasir ingilis dili öz inkişafı prosesində uzun və mürəkkəb bir yol 

keçmişdir. İngilis dilinin tarixini bir qayda olaraq üç dövrə bölürlər (10, 5-6): 

 

12




I - Qədim ingilis (və ya anqlosakson) – V-IX əsrlər (449-1100-cü illər) 

Bu dövrdə german qəbilələri Britaniyanı  fəth etmiş, yerli qəbilələrin 

dilləri sıxışdırılıb aradan çıxarılmış, gəlmə qəbilələrin – german qəbilələrinin 

dili hakim mövqe tutmuşdur. Müasir ingilis dilinin german dilləri qrupuna 

daxil olması bununla izah edilir. Məhz buna görə də müasir ingilis dilində bir 

sıra cüzi tələffüz fərqi olan sözlərə rast gəlinir ki, onlar alman dilindəki mə-

nalarını bu gün də saxlamışlar. 

bruder – brother 

alt – old 

winter – winter 

sommer – summer  və s. 

II  - Orta ingilis  - 1100-cü ildən – 1500-cü ilədək (XII-XV əsrlər) 

olan dövr 

Bu dövr fransız dilində danışan normanların  İngiltərəni fəth etməsi ilə 

xarakterikdir. Bu da ingilis dilində bir çox fransız sözlərinin dilin lüğət 

tərkibinə keçməsi ilə əlaqədardır. 

ocean, social, machine, commence, chief etc. 

III  -  Yeni ingilis  - XV əsrdən bu günə qədər 

Göründüyü kimi ingilis dili 1500 ildən artıqdır ki mövcuddur. Eyni za-

manda həmin dövrlərdə xalqın ictimai şüuru inkişaf etdikcə, ümumi intel-

lektual səviyyə yüksəldikcə, dilin lüğət tərkibi durmadan dəyişmiş və zəngin-

ləşmişdir. Dilin öz milli bazası hesabına ingilis dilinin lüğət tərkibi daha da 

inkişaf etmiş  və etməkdədir (6, 292). Bundan başqa dilin lüğət tərkibi latın, 

yunan, italyan, ispan, fransız, alman, rus, eləcə də şərq dillərindən keçən sözlər 

hesabına daha da zənginləşmişdir. 

Tarixdən məlumdur ki, XV əsr Avropada İntibah (Renessans) dövrü 

kimi qeyd edilmişdir. Həmin dövrdə yunan və Roma qədim  ədəbiyyatına 

maraq getdikcə artmağa başlamış və latın dili beynəlxalq dil hesab olunmuşdu. 

Alınma sözlərin etimologiyasından aydın olduğu kimi XVI əsrin əvvəllərində 

ingilis xalqı Avropa xalqları ilə  əlaqələr yaratmışdılar. Ticarət, səhiyyə, 

ədəbiyyat və başqa bu kimi hadisələrlə bağlı yeni sözlər dilin lüğət tərkibinə 

keçmişdir. Ən vacib əməkdaşlıqlar roman və qerman dilləri vasitəsilə yaradı-

lırdı. XVII və XIX əsrlərdə Britaniyada xarici ticarət əlaqələrinin möhkəmlən-

məsi ilə  əlaqədar, demək olar ki, dünyanın bütün dillərindən ingilis  dilinin 

lüğət tərkibinə müxtəlif sözlər keçmişdir (1, 141). 



1.

 

Latın və yunan dillərindən keçən sözlər 

XVI – XVII əsrlərdə Latın və yunan dillərindən külli miqdarda söz ingi-

lis dilinin lüğət tərkibinə keçmişdir. Latın mənşəli sözlər, əsasən ədəbiyyat va-

sitəsilə dilə keçmiş, getdikcə öz formasını itirmiş və sadəcə olaraq adiləşmişdir. 

Animal, student, fact, picture  və s. 

Yunan sözləri ingilis dilinin lüğət tərkibinə XVI – XVII əsrlərdə daxil 

olmuşdur. Demək olar ki, onların əksəriyyəti elmi terminlər hesab olunur. Mə-

 

13




sələn, philology, gymnastics, physics, dialogue, comedy, epizode, cosmos və 

s. (1, 141). 

Renessans dövründən sonra da alimlər XVIII-XIX əsrlərdə ingilis dilinin 

lüğət tərkibinə keçən yüzlərlə kimyəvi, bioloji, tibbi və texniki terminlərin 

məhz latın və yunan dillərinə mənsub olduğunu aydınlaşdırmışlar (1, 142). 

Kimya – acetic, caustic, silica (latın), creosol (yunan) 

Fizika – electron, phase (yunan), nucleus, transformation (yunan) 

Tibbi – diagnosis, psychiatry, streptomycin (yunan), appendicits, 

penycillin, bronchitis (latın) 



Texniki terminlər – radiator, projector (latın), commutator, diode, trio-

de (yunan) 

Bir çox yeni terminlər latın və yunan söz kökləri vasitəsilə yaranmışdır. 

Belə sözlər XIX əsrdən hal – hazıra kimi sözdüzəltmə formasını itirməmişlər. 

Məsələn, yunan dilindən tele (far) uzaq; 

Telescope, teletype, telephone 



auto (self) – yeni avtomatik cihazlar ifadə etmək üçün 

məsələn, automobile, autocycle, antocardioqraph  və s. phon (sound)  - 

səs – texniki terminlərin işlədilməsində 

phonograph, microphone, telephone, phonology 



II. Yeni ingilis dövründə roman dillərindən keçən sözlər 

1.  İtalyan alınma sözləri – İntibah hərəkatının mənbəyi olan İtalyan 

dilindən Avropa dillərinə, eləcə  də ingilis dilinə çoxlu sözlər keçmişdir. Bu 

dövrdə İtaliya ədəbiyyatı, incəsənəti və musiqisinə böyük maraq olduğu üçün 

bu dili öyrənmək lazım gəlirdi. İtalyan dilindən keçən sözləri aşağıdakı kimi 

qruplaşdırmaq olar (1, 144): 

İncəsənət və  ədəbiyyat – bust, costume, studio, sonet, profile, model, 

scenario, replika və s.  

Memarlıq – balcony, corridor, fresco  və s. 

Musiqi – aria, bass, cantata, concerto, duet, opera, trio, piano, solo, sona-

ta, violencello  və s. 

Müxtəlif sözlər – carnival, macaroni, qazette, umbrella   və s. 

2.

 



Fransız dilindən alınma sözlər  (1, 145). 

İngilis dilinin lüğət tərkibinə keçən fransız alınma sözləri demək olar ki, 

orta dövrə yəni XI-XVI əsrlərə (1100-1500-cü illər) təsadüf edir. Həmin dövr 

danışıqları fransız dilində olan normanların İngiltərəni fəth etməsi ilə xarakte-

rikdir. Məhz bu dövrdə bir sıra fransız mənşəli sözlər dilin lüğət tərkibinə keç-

mişdir. 


Məsələn, chief, cause, commence  və s. 

XVII-XVIII  əsrlərdə Fransa mədəni və siyasi sahədə  Qərbi Avropada 

xeyli irəlidə idi. Fransız dili diplomatiya və aristokrat cəmiyyyətində əsas rol 

oynayırdı. Fransız sözləri  şəxsi məktublarda, dövlət yazılarında və eləcə  də, 

fransız yazıçılarının tərcümələrində geniş işlədilirdi. Fransız sözləri ədəbiyyat və 

incəsənətdə, kommersiyada, moda və siyasi həyatda özünü daha çox göstərirdi. 

 

14



XVIII əsrin sonunda Fransa burjua inqilabının başqa xalqlara da böyük 

təsiri oldu və bununla əlaqədar başqa xalqlar kimi, ingilis dilinin lüğət tərkibi-

nə də çoxlu fransız mənşəli sözlər keçdi. 

Aristokrat,  demokrat, regime, commune  və s. 

XIX  əsrdə bir çox fransız sözləri qəzet və jurnallarda da üzə  çıxmağa 

başladı. Yeni İngilis dövründə fransız dilindən keçən sözləri təxminən aşağı-

dakı semantik qruplara ayırmaq olar: 

Diplomatiya və sosial həyat – picnik, secretariat, communique, etiquet-

te, attache. 



Hərbi terminlər – briqade, corps, manoeuvre  və s. 

Ticarətlə bağlı sözlər – capital, finance, dividend, currency  və s. 

İncəsənət və ədəbiyyat – ballet, ensemble, attic, silhouette  və s. 

Ərzaq, içki və geyim modaları  – blouse, beret, soup, compote, cafe, 

restaurant, menu, champaign  və s. 



3.  İspan dilindən keçən sözlər (1, 145): 

1492-ci ildə Kolumb Amerikanı kəşf etdikdən və Şimali, Cənubi Ameri-

kada çoxlu müstəmləkələr yerləşdikdən sonra İspaniya Avropada Ən varlı öl-

kələrdən biri oldu. İngiltərə hərbi – dəniz qüvvələri möhkəmləndiyi dövrdə hər 

iki ölkə yaxın əlaqələr yaratmağa başladılar. Artıq XVI-XVII əsrlərdə ticarət-

lə, siyasətlə və silahlarla bağlı müqavilələr bağlanmış və bununla əlaqədar in-

gilis dilinin lüğət tərkibinə müxtəlif sözlər keçmişdir. 

Hərbi dəniz və hərbi terminlər – parade, grenade  və s. 

Ticarətlə bağlı – cargo, embargo, sherry  və s. 

Başqa sözlər -  guitar, matador, junta  və s. 

XV əsrin sonundan başlayaraq İspaniya və Portuqaliya yeni kəşf edilmiş 

ərazilər üçün müəyyən yollar açdı və Qərbi Hindistan,  eləcə də  Şimali Ame-

rikada müstəmləkələr yaratdı. Onların doğma dillərindən bir çox söz əvvəl is-

pan dilinə, sonra isə ingilis dilinə keçdi. Şimali Amerikada yaşayan müstəmlə-

kələri uzaq qərbdə yaşayan ispan danışıq dilli əhali ilə əlaqə yaratdıqdan sonra 

xalqın həyatı ilə bağlı sözlər dilin lüğət tərkibinin daha da zənginləşməsinə 

səbəb olmuşdur: 

tobacco, tomato, potato, chocolate, banana, cacao, hammock  və s. 

4.  Portuqal dilindən keçən sözlər (1, 146): 

Digər Roman dillərinə nisbətən portuqal dilindən ingilis dilinin lüğət 

tərkibinə az söz keçmişdir. 

XVI  əsrdə portuqaliya, Hindistanda, eləcə  də  Şərqi və  Qərbi Afrika 

sahillərində müstəmləkələr yaratdı. İngilis əsgər və tacirləri Portuqaliya əhalisi 

ilə müxtəlif əlaqələr yaradaraq, onlardan çoxlu sözlər öyrənmiş və onları İngil-

tərəyə gətirmişlər. Həmin sözlər XVI əsrdən bəri dilin lüğət tərkibinə keçmiş-

dir: mandarin, verandah, zebra, buffalo, tank  və s. 

Yeni İngilis dövründə bir çox sözlər German qrupu dillərindən dilin lü-

ğət tərkibinə daxil olmuşdur. 

 

15



1. Alman dilindən keçən sözlər - Bu sözlərin əksəriyyəti elm və mədəni 

nailiyyətlərlə bağlıdır. Belə ki, dildə olan sözlərin əksəriyyəti alman mənşəli-

dir. XVI əsrdə almanlar mədənlərdə  işləmək üçün İngiltərəyə  gətirilmişdir. 

Mineralogiya və geologiya ilə bağlı terminlər XVI əsrdən başlamış və XVIII 

əsrdən daha intensiv yayılmağa başlamışdır: 

nickel, zink, cobalt, lehm, quartz  və s. 

Alman alınma sözlərinin əksəriyyəti təkcə terminoloji xarakter daşıma-

mışdır. Sonralar Kalka yolu ilə  də ingilis dilinin lüğət tərkibinə çoxlu sözlər 

keçmişdir. Bu ən çox fəlsəfi və siyasi terminlərə aiddir. Müxtəlif dillərə tərcü-

mə olunmuş Kantın,  Hegelin, Marks və Engelsin əsərlərində bunu aydın gör-

mək olar: 

Class struggle  (Klassenkampf) 

Superman (Übermensch) 

World market (Weltmarkt) 

Masterpiece (Masterstück)  və s. 

Bundan başqa yeni ingilis dilinin lüğət tərkibində müxtəlif alman 

mənşəli sözlər də mövcuddur: 

iceberg, kindergarten, poodle, rucksack  və s. 

II Dünya Müharibəsi illərində Hitler rejimi və faşist ordusu ilə bağlı 

ingilis dilinin lüğət tərkibinə xeyli söz keçmişdir: 

fuhrer, fau, nazi, gestapo, Reichstag, bunker  və s.  (1, 146) 

2. Holland dilindən keçən sözlər - İlk sözlər Orta İngilis dövrünə 

təsadüf edir. Həmin vaxt Holland fəhlələri müxtəlif peşələrdə  işləmək üçün 

İngiltərəyə gələrək orada yaşayırlar. Əsas Holland alınma sözləri rəssamlıq və 

gəmiçilik (naviqasiya) ilə bağlıdır. Dənizçilik üzrə terminlər  əsasən XIV 

əsrdən üzə çıxmağa başlamış və XVII əsrə kimi, yəni iki ölkə arasında gedən 

dəniz döyüşlərinin sonuna kimi davam etmişdir. 

Məsələn, yacht, boom, dock, cruise, cruiser leak və s. 

XVI-XVII  əsrlərdə Holland rəssamlığı öz yüksək zirvəsinə çatdıqdan 

sonra incəsənətlə bağlı terminlər dilin lüğət tərkibinə keçmişdir: 

Easel, landscape, etch  və s. 

Holland alınma sözlərinin içərisində bir neçə  hərbi terminlər də 

mövcuddur. Bu da XVII əsr müharibələrində İspan hökmranlığına qarşı ingilis 

əsgərlərinin Holland əsgərlərinə köməklik etdikləri dövrlə bağlıdır: 

Məsələn, drill, onslaught, furlough, knapsack  və s.  (1, 147) 



3.  Rus dilindən keçən sözlər (1, 148): 

İngilis dilinin lüğət tərkibinə ilk rus alınma sözləri XVI əsrdən keçməyə 

başlamışdır. Bu demək olar ki, XVI əsrin ortalarında ingilis və rus əlaqələri 

yarandıqdan sonra baş vermişdir. 1554-cü ildə Moskva kompaniyası Rusiya 

ilə ticarət əlaqələri yaratmış, tacir və səyyahlar rus həyatı, adət – ənənələri ilə 

tanış olmuşlar. Demək olar ki, rus sözlərinin çoxu rus həyat tərzinin spesifik 

xüsusiyyətləri ilə bağlı yeni ingilis dilinin lüğət tərkibinə keçmişdir. 1917-ci il 

inqilabından əvvəl keçən sözləri təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: 

 

16



Sosial əlaqələrlə bağlı – boyar, tsar… 

Təbiətlə bağlı – tayga, beluga, tundra..  

Pul vahidi- rouble, copeck… 

İçkilər – vodka, kvas… 

Müxtəlif sözlər – samovar, shuba, troyka, Astrakhan  və s. 

1917-ci il inqilabının qələbəsindən sonra da ilk sosialist dövlətinin 

yaranması ilə  əlaqədar rus dilindən külli miqdarda söz kapitalist dünyasına 

keçə bilmişdir: 

bolshevik, komsomol, sputnik, kolkhoz, sovkhoz 

İngilis dilinin lüğət tərkibinə keçmiş rus alınma sözləri kalka yolu ilə də 

əmələ gəlmişdir: 

five - year plan; wall – newspaper, hero of Labour, state – farm, collecti-

ve – farm  və s. 

Bir qisim rus alınma sözləri artıq dünyanın bir çox dillərində ümumişlək 

söz kimi özünə yer tapmışdır. Bəzi rus mənşəli alınma sözlər ingilis və başqa 

dillərdə təxminən aşağıdakı kimi işlədilir: 

 

ingilis  alman  fransiz italyan isveç 



komsomol komsomol 

  komsomol 

komsomol 

komsomol 

kolkhoz kolkhos 

kolkhoze colchos  kolchos 

bolshevik bolschewik bolscevik bolscevik bolsjevik 

 

4.  Başqa dillərdən keçən sözlər (1, 148): 

Təxminən XVII əsrin əvvəllərində ilk ingilis müstəmləkələri öz dillərini 

Şimali Amerikaya gətirmişlər. Tezliklə bu bütün Şimali Amerikanı bürüyür və 

Hindistan, Avstraliya, Yeni Zelandiya və  Cənubi Afrikaya qədər çatır. Bu 

yerlərin müstəmləkəçiləri Britaniya xarici ticarət  əlaqələrinin inkişafı ilə 

əlaqədar olaraq dünyanın bir çox yerlərindən müxtəlif sözlər gətirməyə 

başlamışlar. Bunların  əsas hissəsi  əsasən ingilislərin bu yerlərdə istehsal 

etdikləri mallar, gördükləri heyvan və quşlar, yeni növ bitkilər və müşahidə 

etdikləri yeni adət  ənənələrlə bağlı sözlər idi. Bu sözlərin çoxu ilk dəfə 

səyahətlə bağlı kitablarda tapılmışdır. 

Qeyd etmək lazımdır ki, alınma sözlərin çoxu məhdudlaşmışdır. Demək 

olar ki, ingilis müstəmləkəçiləri Şimali Amerika hindularından təxminən 200-

dən artıq söz qəbul etmişlər. 

Məsələn, totem, moccasin, tepee, wigwam  və s. 

Bundan başqa  Şərqi və Orta Asiya, eləcə  də dünyanın müxtəlif 

dillərindən yeni ingilis dilinin lüğət tərkibinə çoxlu sözlər keçmişdir. 



Hindistan – sari, jungle, rupee, cashmere, shampoo, cot  və s. 

Çin – china, tea, ginseng  və s. 

Yapon –kimano, soya, jiu-jitsu… 

Fars – bazaar, dervish, caravan… 

Türk – bey, effendi, pasha, turkey… 

 

17




Ərəb – algebra, harem, zero, minaret, sherbet, mohair, zofa… 

Mərkəzi və Qərbi Afrika – chimpansee, gorilla, zebra, baobab… 

Cənubi Afrika – gnu, strek… 

Polıneziya – kivi, taboo, tattoo… 

Malaziya – gong, bamboo, orang – outan  və s. 

5.

 

Azərbaycan dilindən keçən sözlər. 

XX əsrin sonundan elm və texnikanın gözlənilməz inkişafı, müxtəlif öl-

kələrlə əlaqələrin yaranması, sənaye, kənd təsərrüfatı, mədəniyyətin və mədəni 

əlaqələrin böyük sürətlə inkişafı, Azərbaycanda beynəlxalq  əlaqələrin möh-

kəmlənməsinə güclü təkan vermişdir. Artıq suveren inkişaf yoluna qədəm 

qoymuş Respublikamız xarici ölkələrlə, firmalarla əməkdaşlıq edir. Bazar 

iqtisadiyyatına keçid dövründə bu əməkdaşlıq yeni keyfiyyət kəsb etməyə baş-

lamışdır. İstər-istəməz bir çox Azərbaycan sözləri ingilis dilinin lüğət tərkibinə 

keçmişdir: 

manat, mugam, tar, pyty, parcha-bozbaşh, dushbara, dovga, pilaff, ka-

bab, lyulya-kabab, shakerbura, pakhlava, fasali, shor-qoqal  və s. (9, 161). 

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, dilin lüğət tərkibinə yeni 

söz və ifadələrin daxil olması, sözlərin yeni məna kəsb etməsi və s. dil hadi-

sələri ingilis xalqının tarixi izlərini lüğət tərkibində  həkk etmiş  və möhkəm-

ləndirmişdir. Alınma sözlər dilin orijinallığına, müstəqilliyinə  əngəl törət-

məmiş, əksinə onun inkişafına və zənginləşməsinə səbəb olmuşdur. Bu sözlər 

artıq ingilis dilinin inkişafında böyük rol oynayır (1, 149). 

 

ƏDƏBİYYAT 

1.

 

Расторгуева Т.А.,  Жданова И.Ф. History of the English language. М.: Высшая школа, 



1972, 175 s. 

2.

 



Ильиш Б.А.  История английского языка. М.: Наука, 1968, 316 s. 

3.

 



Смирницский А.И. История английского языка. М.: МГУ, 1965, 285 s. 

4.

 



Уилсон  М.  Е.А. The Modern Russian Dictionary for English speakers. М.:  Русский 

язык, 1982, 715 s. 

5.

 

Həsənov H.Ə. Müasir Azərbaycan dilinin leksikası, Bakı: Maarif, 1999, 308 s. 



6.

 

Babayev A.M. Dilçiliyə giriş, Бакы: Maarif, 1992, 502 s. 



7.

 

Azərbaycan Milli Elmlər Akademiyası    Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, II c. 



Bakı: Şərq-Qərb,  2006, 790 s. 

8.

 



Məmmədova N.M.  Country Study. Bakı: BDU? 1993, 143 s. 

9.

 



Mehrəliyev A.Ə. Danışıq kitabçası. Bakı: Nüybar, 1994, 165 s. 

10.


 

Nağıyeva N.M., Cənizadə S.S., Popova P.V., Barsuk R.Y.. English, Bakı: Maarif, 1971, 315 s. 



 

 

18




ЗАИМСТВОВАННЫЕ СЛОВА В РАСШИРЕНИИ СЛОВАРНОГО ЗАПАСА  

АНГЛИЙСКОГО ЯЗЫКА И ИХ СТИЛИСТИЧЕСКИЕ КАЧЕСТВА 

 

А.А.САФАРОВА 

 

РЕЗЮМЕ 

 

 



Статья посвящена заимствованным словам и их стилистическим качествам в анг-

лийском языке. 

История заимствованных слов в словарном составе английского языка отражает 

культурные, политические и экономические связи английского народа с другими наро-

дами. Заимствованные слова перешли в английский язык на основе писменной  и уст-

ной формы.   



 

Ключевые  слова:  образование,  словарный  состав,  период,  взаимоотношение,  

заимствованные слова  



 

BORROWINGS IN THE ENRICHMENT OF THE ENGLISH VOCABULARY AND 

THEIR  STYLISTIC PECULIARITIES 

 

A.A.SAFAROVA 

 

SUMMARY 

 

This article is dedicated to the problems of borrowings in the English vocabulary. The 

history of borrowings in the English language reflects cultural, political and economical 

relations of the English nation with other foreign countries. 

The borrowings entered the language through oral and written forms and enlarged the 

English vocabulary. 



 

Key words: education, word-stock, periods, relationship, borrowings 

                                     

 

 

 

 

 

 

 

 



19

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə