Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml



Yüklə 102,49 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü102,49 Kb.
#5755


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2   

 

Sosial-siyasi elml

ər seriyası   

 

2015 

 

 

 

 

PSİXOLOGİYA 

 

UOT 159.9 

 

SOMATİK XƏSTƏLƏRİN İDENTİKLİYİNİN  

PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ 

 

E.İ.ŞƏFİYEVA, S.A.ALLAHYAROVA 

Bakı Dövlət Universiteti 

shafiyeva@mail.ru 

 

Məqalədə  somatik  xəstələrin  identikliyinin  araşdırılması  məqsədilə  əvvəlcə  somatik 

identiklik anlayışı açıqlanmışdır. Sonra somatik xəstəliyin ağırlıq dərəcəsindən, gedişindən və 

proqnozundan  asılı  olaraq  insanda  xəstəliyə  münasibətin  formalaşması,  onu  qiymətlən-

dirmənin yaranması səciyyələndirilir. Həmçinin somatik xəstəliklər insanın sosial mühitdə olan 

statusuna 

mənfi  təsir  göstərərək  onun  psixi  imkanlarının  aşağı  enməsi,  digər  insanlarla 

ünsiyyətinin məhdudlaşması, obyektiv aləmdə baş verənlərə marağın itməsi qeyd edilir.  

 

Açar sözlər: somatik identiklik, xəstəliyin daxili mənzərəsi, anozoqnoziya, hipernozoq-

noziya, xəstəliyi qiymətləndirmə, xəstəliyə münasibət, somatik xəstələrdə ağrı simptomu 



 

Psixi 


sağlam insan somatik halını dərk etməli, bununla bağlı öz sağlamlıq 

səviyyəsini qiymətləndirməyi bacarmalıdır. Bu somatik identiklik deməkdir və  

onun davra

nışında müxtəlif cür təzahür edir: bir halda laqeydlik, digər halda – 

özünə  qarşı  çox  diqqətli olma, üçünsü  halda  –  özünə  düzgün  münasibətdə 

təzahür  edir.  İnsanın  öz  sağlamlığına  münasibəti  onun  fərdi  –  psixoloji 

xüsusiyyətlərindən,  yaşından,  həyatı  boyu  keçirdiyi  xəstəliklərdən,  həyat  və 

əmək şəraitindən, fiziki imkanlarından və s. səbəblərdən asılıdır. 

X

əstəlik  insanın  ətraf  mühitə,  özünə  münasibətini, motivasiya-tələbatlar  



sistemini v

ə cəmiyyətdə onun statusunu  dəyişir. Xəstə sağlam adamdan daxili 

or

qanların işində və əhval-ruhiyyəsində keyfiyyətcə dəyişikliklərin olması ilə 



f

ərqlənir.  Bu  zaman  maraqların,  motorikanın,  nitqin,  gələcəyə  planların,  adi 

h

əyat  ritminin,  nevrotik  simptomlarla  müşaiyət  olunan  psixi  fəaliyyətin 



d

əyişməsi  baş  verir. Xəstəliyin  gedişi,  patogenezi,  müalicəsi və  proqnozu 

cinsind

ən və yaşından asılı olaraq somatik xəstələrin identikliyini yaradır. Eyni 



diaqnozlu  somatik x

əstələrin  identikliyi xəstəliyin gedişindən və proqnozun-

dan  asılı  olaraq  onların  hər birində  təkrarlanan  davranışında  da  təzahür edir. 

Eyni ağrıları yaşama, eyni sxemlə müalicə kursu keçmə,  eyni sahənin həkim-

 

117


 


müt

əxəssisin  yanına  getmə, eyni xəstəlik  əlamətlərindən  şikayət etmə  və  s. 

somatik x

əstələrin identikliyinin psixoloji xüsusiyyətlərini  formalaşdırır. 

Doğrudur,    insanın  fərdi-psixoloji xüsusiyyətlərndən  asılı  olaraq  xəstəliyə 

münasib


ətdə  müəyyən fərqlər olsa da (kimi xəstəlyi  şişirdərək ipoxondrik 

reaksiyalar verir, kimi laqeyd olaraq “harda qırılarsa qırılar” deyir və həkimə 

gec müraci

ət edir, kimi həkimə inamının az olmasından türkəçarələrə üstünlük 

verir v

ə s.),  onun simptomları, gedişi və proqnozu oxşar olur. Bu baxımdan,  



somatik x

əstəlik  insanda  davranış  identikliyi  yaradır.  Müəyyən xəstəliklər 

zamanı təyin olunan pəhrizlər, insanın vərdiş etdiyi həyat tərzinin dəyişməsi

zahiri görk

əmin dəyişməsi, daimi həkim nəzarətində  olma bu xəstələrin 

davranış identikliyinə və müəyyən psixoloji xüsusiyyətlərinin formalaşmasına 

s

əbəb olur. Somatik xəstəlik insanın şəxsiyyətinə də təsir edir. Somatik xəstəlik 



v

ə şəxsiyyətin bir-birinə qarşılıqlı təsiri iki formada baş verir (1):  

1) 

şəxsiyyətin xəstəliyə reaksiyası və onunla bağlı şəxsiyyətin dəyişməsi 



(psixogen, nevrotik, h

əyəcanlı-depressiv reaksiyalar keçirmək);  

2) 

şəxsiyyətin özünün xəstəliyə təsiri (xəstəlik faktorunu düzgün duymaq 



v

ə  dözmək) və ya xəstəliyin dərki.  

Şəxsiyyət  xüsusiyyətlərindən  asılı  olaraq  xəstəliyə  münasibətin 

variantları mövcuddur: 

1)  astenodepressiv  –  emosional  qeyri-sabit,  dözülm

əz həyəcanlı, məyus, 

sarsılmış; 

2) psixoastenik – h

əyəcanlı, qorxu, ağır nəticələr gözləmə; 

3) ipoxondrik – h

əyəcan və şübhə  ilə  xəstəliyin olmasına əminlik; 

4)  isterik  -  x

əstəliyin  şişirdilməsi,  özünə  diqqət  və  hörmət  tələbetmə, 

fantaziyalarla x

əstəliyi böyütmə; 

5) eyforik anozoqnoziya - öz x

əstəliyinə diqqətsizlik, müayinədən imtina, 

sağlamlığına laqeydlik. 

Şəxsiyyətin xəstəliyə  reaksiyasına bir neçə amil təsir göstərir: 

1) diaqnozun xarakteri; 

2) fiziki görm

ənin dəyişməsi; 

3) ail

ədə və cəmiyyətdə şəxsiyyətin yerinin dəyişməsi; 



4) h

əyatda əmələ gələn məhdudiyyətlər; 

5) müali

сə və сərrahi əməliyyatın vaсibliyi. 

Şəxsiyyətin xəstəliyə münasibəti onun yaşından asılıdır: 

 1) cavanlarda x

əstəlik gələcək planları alt-üst edir; 

2) orta 


yaşlarda - arzu və  niyyətlərin yerinə yetməsinə maneə  yaradır; 

3) qo


сalarda-zəruri sonluğun olması kimi qəbul edilir. 

Ad

ətən  onkoloji,  vərəmli  və  psixi  xəstələrdə  anozoqnoziya  (xəstəliyi 



inkar etm

ə) müşahidə olunur. 

Psixi 

sağlam,  güсlü  şəxsiyyətlər  xəstəlik  faktını  düzgün  qavrayıb,  onu 



müali

сə etməyə  və  sağaltmağa çalışırlar. 

Somatik  x

əstəliklər  şəxsiyyətin  xariсi  görkəmini  dəyişərsə,  bu  zaman 

x

əstəliyə  qarşı  psixogen  reaksiyalar  və  sui-qəsd  kimi  nevrotik  reaksiyalar, 



 

118


 


hissiyatsızlıq və s. müşahidə olunur. Neyrodermitlər, ekzema, üz yanıqları və s. 

x

əstəliklər zamanı qipernozoqnoziya, yəni xəstəliyi güсlü həyəсanla keçirmə, 



«ür

əyinə salma» müşahidə olunur. 

1.

 

X



əstənin  həyəсanlarında  xəstəliyin  özünü  büruzə  vermə  xüsusiyyətləri 

x

əstəliyin daxili mənzərəsini (7) təşkil edir. Xəstəliyin daxili mənzərəsinin 2 

s

əviyyəsi mövсuddur: 



1) senzitiv-x

əstəlik nətiсəsində əmələ gələn bütün duyğular və hisslər; 

2)  intellektual  – 

duyğular  əsasında  xəstənin  öz  fiziki  halı  və  xəstəliyə 

verdiyi psixoloji reaksiya haqda fikirl

əri.  


X

əstəliyin  daxili  mənzərəsində  xəstənin  şəxsiyyəti,  onun  ictimai  və 

m

ədəni  səviyyəsi,  sosial  mühiti  və  tərbiyəsi  öz  izini  qoyur.  Xəstənin  daxili 



al

əmi  insan  şəxsiyyətinin  son  dərəcə  fərdi  təzahürüdür.  Digər  tədqiqatlarda 

x

əstəliyin daxili mənzərəsi xəstəliyin şüurlu  yaşantısı kimi nəzərdən keçirilir. 



E.A.

Şevalyov  qeyd  edir  ki,  psixi  mənzərənin  tərkibinə  “xəstəlik  yaşantısı”, 

uyğunlaşma reaksiyası” kimi ifadə edilən özünə, öz xəstə vəziyyətinə, ətraf-



dakılara  münasibət  daxildir.  O,  xəstəliyin  “yaşantısını”  və  “dərk  edilməsini” 

f

ərqləndirir. Tənqid olmadığı halda xəstəliyin dərk edilməsi olmur, xəstəliyin 



yaşantısı olur.  

Dig


ər  müəlliflər,  Koneçnı  və  Bouxal  xəstəliyin  daxili  mənzərəsinin 

strukturunda bir neç

ə tərəfi qeyd etmişlər (6): 

1) senzitiv t

ərəf – lokal ağrılar və pozulmalar; 

2) emosional – qorxu v

ə həyəсan; 

3) iradi – x

əstəliklə mübarizəyə сəhd; 

4)  rasional  v

ə  informativ  –  xəstəlik  haqda  biliklər  və  onun  qiymət-

l

əndirilməsi. Xəstəliyin gedişində əsas məsələ gözləmələrin və alınan nəticələrin 



müqayis

ə  edilməsidir.  Bir  çox  müəlliflər  (A.V.Snejevski,  A.E.Liçko,  Q.K.Uşa-

kov) x

əstəliyin daxili mənzərəsinin məzmununun pasient və həkimin qarşılıqlı 



münasib

ətlərinin  xüsusiyyətlərindən,  xəstənin  və  həkimin  bir-birinə  münasi-

b

ətdə  gözləmələrinin  və  tələblərinin  rolundan,  xəstənin  öz  xəstəliyinin 



s

əbəblərini  başa  düşməsindən,  sosial  statusa  görə  xəstəliyə  reaksiyadan  asılı 

olduğunu deyirlər (7,10, 11).  

V.V.Nikolayeva  psixi  x

əstələrin subyektiv şikayətlərini onların fəaliyyə-

tinin obyektiv göst

əriciləri ilə müqayisə etmiş və müəyyən etmişdir ki: 

1)  x


əstələrin  şikayətlərinin  öyrənilməsi  qüsurun  ağırlığı  və  xəstənin  öz 

x

əstəliyi  haqqında  təsəvvürləri  arasında  birbaşa  asılılığın  olmamasını  aşkar 



edir; 

2)  pasiyentl

ərin  şikayətlərinin  öyrənilməsi,  eksperiment  zamanı  onların 

mövqeyi 


şəxsiyyətin pozulma dərəcəsi haqqında mühakimə yürütməyə imkan 

verir; 


3) x

əstələrin özünü qiymətləndirməsinin və xəstəliyin daxili mənzərəsinin 

xüsusiyy

ətlərinin öyrənilməsi onların kompensasiya və adaptasiya məsələsinin 

h

əllində əhəmiyyətə malikdir. 



X

əstəliyin daxili mənzərəsi müalicə və sosial əmək adaptasiyası zamanı 

 

119


 


(x

əstəliyə ipoxondrik münasibət olduqda sosial əmək dezadaptasiyası, xəstəliyə 

passiv münasib

ət zamanı isə peşə vərdişlərinin enməsi müşahidə olunur) böyük 

rol 

oynayır (9).  



Ail

ədəki  qarşılıqlı  münasibətlər,  xəstəlik  tapılan  şəxsi  ailə  üzvlərinin 

qavrama  v

ə  anlaması,  bu  zaman  yaranan  abı-hava  və  xəstə  şəxsin  reaksiya 

verm

ə tipi arasında sıx əlaqənin olduğu aşkarlanmışdır. 



X

əstəliyə  münasibət  klinik  və  sosial  bərpa  üçün  böyük  əhəmiyyət  kəsb 

edir.  X

əstəliyə  münasibətin  psixoloji  diaqnostikası  üçün  eksperimental–

psixoloji metodikalar kompleksind

ən, Veksler metodikasından, semantik diffe-

rensial v

ə s. metodlardan istifadə etmək lazımdır. Xəstəliyə və eksperimental–

psixoloji t

ədqiqatlara münasibət tipi arasında müəyyən qarşılıqlı əlaqə vardır:  

1)  x

əstəliyə  adekvat  münasibəti  olan  xəstələrdə  tədqiqata  rasional, 



ehtiyatlı yanaşma qeyd olunur.  

2) x


əstəliyə ipoxondrik reaksiya zamanı – tədqiqata eqosentrik yönəlişlər 

olur (t


ərifə nail olmaq, diqqət cəlb etmək). 

3)  x


əstəliyə  panik  reaksiya  olduqda  tədqiqat  zamanı  özlərini  ehtiyatlı, 

neqativ 


aparırlar.  

4) passiv olanlar is

ə az təşəbbüskar olurlar. 

Snejnevski A.V. (10,s 54-601), Liçko A.E. (7, s.1195-1198.), 

Uşakov Q.K. 

(11) , Ayers S., Baum A., McManus Chr. (12) Heijmans M., de Ridder D.  (13) 

x

əstəliyin  daxili  mənzərəsinin  həkim–xəstə  münasibətlərindən,  onların  bir-bi-



rind

ən  gözləmə  və  tələbetmə  rolundan,  xəstənin  xəstəliyin  səbəbini  düzgün 

anlamasından və s. asılı olduğunu qeyd etmişlər. 

Hər  bir  xəstəliyin  müaliсəsində,  xəstənin  sosial-əmək  reabilitasiyasında  və 

bərpaediсi təlimin aparılmasında xəstəliyin daxili mənzərəsi böyük rol oynayır. 

Hazırda müxtəlif somatik xəstəliklər psixoloji simptomlarla, somatik və 

psixi 

ağırlaşmalarla,  uzun  müddət  ərzində  ambulator və  ya stasionar  şəraitdə 



müalic

ə  ilə  müşaiyət  olunur.  Bu  zaman  xəstənin  həm  xəstəliyə,  həm  də 

sağlamlığa baxışları dəyişir.  

A.B.Kvasenko  v

ə  Y.Q.Zubaryevin  (4)  fikrinсə  xəstəlik  zamanı  pasientin 

x

əstəliyə reaksiyasının formalaşması və dinamikası psixoloji nöqteyi–nəzərdən 



üç  m

ərhələdən ibarətdir: 

-sensoloji; 

-

qiymətləndirmə; 



-

xəstəliyə  münasibət. 

Müsir  elmi  yanaşmaya  və  müşahidələrimizə  əsasən  bunu  somatik  

xəstələrin  identikliyinin  yaranma  mexanizmi  adlandıra  bilərik  (E.İ.Şəfiyeva, 

S.A.Allahyarova). 

Sensoloji 

mərhələdə xəstə əmələ gələn narahatlığa, ağrılara qarşı əmələ 

gələn  hisslər  nətiсəsində  şəxsi  çatışmazlıqları,  xəstəliyi  haqda  aldığı  məlu-

matlara 

reaksiyaları ilə diqqəti сəlb edir. 

İnsanın orqan və sistemlərinin işində müəyyən ahəngsizlik, onların ara-

sında əlaqələrin pozulması, morfofunksional dəyişikliklər müəyyən subyektiv 

 

120


 


hissl

ər,  qeyri-müəyyən  hallar  yaradır.  Somatik  xəstəliklərdən  xəbər  verən  bu 

hissl

ər narahatlıq, xoşagəlməz duyğular, bəzən konkret yerinin çətin təyini ilə 



diqq

əti сəlb edir. Əhval-ruhiyyənin dəyişməsi, psixofizioloji tonusun pozulma-

sı çox zaman bəzi somatik xəstəliklərin erkən simptomlarıdır (4). Belə narahat-

lıqlar – qorxma, həyəcanlanma halları koynestopatiya adlanır və yeni başlayan 

somatik  x

əstəliklər  zamanı  emosional  reaksiyalarda  özünü  göstərən  psixoloji 

d

əyişikliklərdir.  Bu  zaman,  həmçinin,  bədənin  ayrı-ayrı  lokal  nahiyyələrində 



ağrılar da (ürəkdə., mədədə, bağırsaqda, böyrəkdə və s.) qeyd oluna bilər. Ağrı 

is

ə patologiyanın göstəriсilərindən biri kimi insanın psixofizioloji hallarından 



biridir.  Sistem 

yanaşma  nəzəriyyəsinə  əsasən  ağrı  orqanizmin  inteqral  funk-

siyası  olub,  onu  zərərli  amillərin  təsirlərinə  qarşı  səfərbər  edir.  Somatik  xəs-

t

ələrdə ağrılarla, ümumi narahatçılıqla yanaşı ahəngsiz (disqarmonik) proseslər 



v

ə  biososial  uyğunlaşma  pozulur.  Nətisədə  emosional–iradi  keyfiyyətlər, 

yaradıсı aktivlik, fəaliyyətə təhrik edən motivlər dəyişilir. 

Ağrı  subyektiv  olsa  da,  obyektiv  reallığı,  yəni  mərkəzi  sinir  sistemində 

ged

ən  dəyişiklikləri  əks  etdirir,  ali  sinir  sistemində  gedən  prosesləri  göstərir. 



Orqanizmd

ə  olan  xoşagəlməz  proseslərin  siqnalı  olan  ağrı  ona  fərdi  reaksi-

yalarla 

müşaiyət olunur. Ağrını gözləmə, ondan qorxma, və yuxusuzluq halları 

ona 

hissiyyatı artırır. Ağrını bütün orqanizm hiss etsə də, onun yerli təzahürləri 



d

ə  olur.  Ağrının  diapazonu  çox  genişdir:  zəif  duyğulardan  başlamış  dözül-

m

əzliyə  qədər  ola  bilər.  Ağrı  –  elementar  affektiv  hiss  kimi  qorxu  emo- 



siyasına çox yaxındır. Ağrı, qorxu və depressiya arasında qarşılıqlı əlaqə möv-

сuddur.  Son illər ağrının üç psixoloji səviyyəsi olduğu qeyd edilir. 

Birin

сi  səviyyədə  ağrı  adi  fizioloji  hiss  kimi  müəyyən  xüsusiyyətlərlə 



müşaiyət olunur.  

İkinсidə – onun emosional–motivasiya təzahürləri olur.  

Üçün

сüdə – ağrının dərketmə və qiymətləndirmə aspekti əsas olur (3). 



Beləliklə, sensoloji mərhələ ağrılar, narahatlıq müəyyən orqanların işində 

pozulmalarla 

müşayiət olunur. 

Somatik  x

əstəliklərin  psixoloji  baxımdan  dərkinin  ikinсi  mərhələsi–

qiym

ətləndirmə olub, sensoloji vəziyyətin emalı nətiсəsində baş verir. Düzgün 

qiym


ətləndirmək üçün xəstə hansı xəstəliyə düçar olduğunu dəqiq bilməlidir. 

H

ər bir xəstəlik xariсi və daxili amillərin təsiri altında orqanizmin funksiya və 



strukturlarının  zədəsi  fonunda  davam  edır.  Xəstəlik  mühitə  uyğunlaşmanın 

aşağı enməsinin nətiсəsi olub, xəstənin azad həyat fəaliyyətini məhdudlaşdıran 

bir hal

dır  (2, 290). 



M

əlumdur  ki,  orqanizmdə  gedən  fiziki,  fizioloji  dəyişikliklər  mütləq 

insanın  psixi  halına  da  təsir  edir.  Bu  baxımdan,  psixi,  fiziki  və  fizioloji  pro-

sesl


ərin vəhdəti mövсuddur. Somatik və psixoloji proseslərin qarşılıqlı təsiri və 

əlaqəsi  xəstəliyi  vahid  psixosomatik  proses  kimi  dərk  etməyə  imkan  yaradır, 

y

əni xəstəlik zamanı somatik və psixi sferaların hər ikisini vəhdətdə öyrənmək 



lazımdır. Somatik xəstəliklərin somatik aspektlərinin öyrənilməsində R.A.Luri-

y

anın «xəstəliyin daxili mənzərəsi» anlayışı böyük yer tutur. Buraya xəstənin 



 

121


 


öz  x

əstəliyi haqda hiss və duyğuları, onun insanın əhval-ruhiyyəsinə təsiri və 

x

əstəliyin səbəbləri haqda təsəvvürləri daxildir (8). 



Bir  çox  t

ədqiqatlar  somatik  xəstəliklərə  xəstənin  reaksiyasını  araşdır-

mışlar.  Məsələn,  xəstənin  xəstəliyə  münasibətini  V.N.Myasişev  (1960), 

K.A.Skvarsov  (1958) «x

əstəliyə  münasibət»,  E.K.Krasnuşkin  (1950)  və 

L.L.Roxlin  (1952), «x

əstəliyi  dərk  etmə»,  S.S.Libix  (1977) «xəstəlik  kon-

sepsiyası», N.D.Lakosina və Q.K.Uşakov (1976), İ.V.Moxina (1978) «xəstəliyə 

reaksiya» 

adlandırmışlar. 



Üçün

сü mərhələ–xəstəliyə münasibətin formalaşması adətən onun fərdi 

inkişafı və tərbiyəsi prosesində baş verir. Çünki o, uşaq yaşlarından ətrafdakı 

insanların  xəstələnmələrini  görür  və  onda  xəstəlik  anlayışı  formalaşır.  Sosial 

mühitlə şərtlənən bu proses mürəkkəb, təzadlı və dinamik xarakter daşıyır. Ona 

görə də hər insanda xəstəlik haqda anlayış sosial və şəxsi qiymətləndirmənin 

məhsuludur. Somatik xəstəlikdən asılı olaraq onlara olan şəxsi münasibət və bu 

zaman yaranan «

mən» obrazı dəyişir. 

Xəstəlik  şəxsin ətraf mühitdə olan insanlara, şeylərə və özünə münasibə-

tini 


dəyişir, сəmiyyətdə onun sosial statusunun aşağı enməsi ilə nətiсələnir. Bu 

zaman, 


maraqların, motorikanın, nitqin, gələсəyə planların, adi həyat ritminin 

dəyişməsi  baş  verir.  Somatik  xəstəliklər  zamanı  psixi  fəaliyyətin  dəyişməsi 

psixonevroloji simptomlarla 

müşaiyət olunur. 

Somatik 

xəstəliklər zamanı psixi amillərin təzahürü onların ətraf aləmlə 

münaqişəli münasibətlərində və çətin sosial uyğunlaşmalarında özünü göstərir. 

Bir  çox  somatik 

xəstəliklər  zamanı  psixi  amil  patofizioloji  dəyişikliklərlə 

müşaiyət  olunur.  Bu  zaman,  somatik  xəstələrdə  depressiya,  affektiv  hallar, 

qorxular,  yuxu 

və  iştaha  pozuntusu,  özünü  və  ətrafdakıları  təhrif  olunmuş 

qavrama, 

gələсəyə yönəlmiş məqsədlərin olmaması, ölüm haqda düşünсələrin 

artması və s. müşahidə olunur. 

Somatik x

əstəliklər zamanı  psixi  fəaliyyətin dəyişilməsi tez-tez nevrotik 

simptomlarla  t

əzahür edir. Bir sıra hallarda psixosomatik xəstəliklər (hiperto-

niya,  ateroskleroz, 

şəkərli  diabet)  psixoüzvi  pozuntuların  əmələ  gəlməsinə 

g

ətirib  çıxarır.  Uzun  sürən  xəstəliklər,  stasionarda  aylarla  qalmaq  xəstədə 



şəxsiyyət  dəyişikliklərinə  səbəb  olur.  Xarakterin  dəyişməsi  həm  müalicəyə 

mane olur, h

əm də əlilliyə gətirib çıxarır. Artan intoksikasiya zamanı psixoloji 

pozuntular 

yaranır (yuxunun, iştahanın pozulması, ağlağanlıq, qorxular və s.). 

B

əzi somatik xəstəliklər depressiv vəziyyətlə müşayiət olunur (spastik və 



xoralı kolit zamanı). Ağır somatik xəstəliklər zamanı kəskin psixotik vəziyyət, 

düşüncənin pozulması, karlaşma, bəzən amensiya müşahidə olunur. 

Xora  x

əstəliyi,  kolit,  hipertoniya,  ürək  çatışmazlığı  zamanı  nevrotik 



simptomlara  v

ə  xarakterin  patoloji  əlamətlərinə  təsadüf  edilir.  Hipertoniya 

x

əstəliyi,  ateroskleroz  zamanı  yaranan  psixozlar,  psixi  dəyişikliklər 



aşağıdakılardan asılıdır: 

1) somatik x

əstəliklərin beyin fəaliyyətinə təsir edib etməməsindən; 

2) x


əstəliyin ağırlıq dərəcəsindən. 

 

122



 


Somatik  x

əstələrdə  psixi  pozuntuların  yaranmasında  orqanizmin  reak-

tivliyi v

ə şəxsiyyət xüsusiyyətləri də böyük rol oynayır. 

Şəxsiyyətin  və  onda  yaranmış  somatik  xəstəliyin  qarşılıqlı  təsiri  belə 

t

əzahür edir: 



1) x

əstəliklə əlaqədar şəxsiyyətdə yaranmış dəyişikliyə onun reaksiyası; 

2) psixogen nevrotik h

əyəcanlı - depressiv reaksiyaların olması;  

3) 

şəxsiyyətin özünün xəstəliyə təsiri;  



4) x

əstəliyin   səbəb və nəticəsinin düzgün yaşanması. 

Somatogen  x

əstəliklərlə  əlaqədar  yaranan  eyforiya  zamanı  xəstə  öz 

v

əziyyətini  qiymətləndirə  bilmir.  Bir  sıra  somatik  xəstəliklər  zamanı  (hiper-



toniya, 

şəkərli diabet, ateroskleroz)  baş  beyində intellektual fəaliyyətin enmə-

sin

ə gətirib çıxaran üzvi dəyişikliklər inkişaf edir və nəticədə xəstəliyi düzgün 



qiym

ətləndirmə aşağı enir. Güclü, müvazinətli,  psixi  sağlam insanlar xəstəliyə 

düzgün reaksiya verir, ona üstün g

əlməyə çalışırlar.  

Anozoqnoziya – müxt

əlif xarakterli şişlər, vərəm, psixi xəstəliklər zamanı 

x

əstəliyin  inkar  edilməsidir. (xüsusilə  qohumlar  tərəfindən  ağırlığına  və 



t

əhlükəsinə görə xəstəliyi inkar etmə olur). 

Hipernozoqnoziya–x

əstəliyi  həddindən  artıq  həyəcanlı  yaşamadir. 

X

əstəlik  qəflətəndən  yaranan  zaman  belə  hal  olur  və  birdən-birə  əmək  fəa-



liyy

əti, həyat stereotipləri pisləşir. Xüsusilə somatik xəstəlik zahiri görünüşün 

d

əyişməsinə  səbəb  olursa,  bu  zaman  xəstəliyə  psixogen  reaksiyalar  yaranır. 



Üzün 

yanması,  ekzema,  neyrodermit,  dəmrov  zamanı  sui-qəsd  fikirləri  kimi 

nevrotik  reaksiyalar 

müşahidə  olunur.  Müəyyən  dövrdə  xəstələrdə  xarakterin 

patoloji  xüsusiyy

ətləri  əmələ  gəlir–tez  təsirlənmə,  tez  özündən  çıxma, 

şizoidlik, sensitivlik və s. müşahidə olunur. 

Görm


ənin,  eşitmənin  pozulması  zamanı  astenik  pozuntular  zəminində 

paranoyal 

əlamətlər  (zəif  eşidənlərin  sayıqlaması),  ağır  pozuntuları  olan 

x

əstələrdə  ipoxondrik  əlamətlər  əmələ  gəlir.  Tibb  işçilərinin  sağlam,  gümrah 



görünüşünə qibtə ilə yanaşdıqlarından belə xəstələr tərslik edir, kobud davranış 

nümayiş etdirirlər. Xəstəliyə adekvat reaksiya xəstənin şəxsiyyətin strukturun-

dan,  premorbid  xüsusiyy

ətlərindən  asılıdır.  Məsələn,  infantil  qeyri–yetkin 

şəxslərdə  xəstəliyi  inkar  etmə  və  ya  xəstəliyə  qapanma  müşahidə  olunur. 

Astenik,  h

əyəcanlı  –  şübhəli  şəxslərdə  hətta  çox  da  ciddi  olmayan  xəstəlik 

zamanı təşviş yaranır.  

Xəstəlik  ağrının  yaranmasına  səbəb  olur.  Əgər  ağrılar  güclü  deyilsə, 

yayındırıcıdırsa,  ağrıkəsici  verməyə  çalışmaq  lazım  deyil.  Xroniki  ağrılar 

zamanı  ağrı  duyğusuna  öyrəşmə  yaranır.  Narkomaniya  zamanı  müşahidə 

olunan 


narahatlıq zamanı böyük dozalarda ağrıkəsici, yuxu dərmanını ehtiyatla 

təyin etmək lazımdır. Belə hesab edirlər ki, insan bədəninin hər bir orqanı öz 

psixi 

proyeksiyasına  malikdir.  Məsələn,  emosional  vəziyyətlər  zamanı  ürək 



fəaliyyəti ritminin, ürək əzələlərinin qan təchizatının dəyişməsi yaranır.  

Somatik 


xəstəliklər  insanın  sosial  mühitdə  olan  statusuna  mənfi  təsir 

göstərərək onun  psixi  imkanlarının aşağı enməsinə, digər insanlarla ünsiyyə-

 

123


 


tinin 

məhdudlaşmasına, obyektiv aləmdə baş verənlərə marağın itməsinə və öz 

daxili 

aləmi ilə ətraf mühiti əlaqələndirməsinin itməsinə səbəb olur. 



Beləliklə,  somatik  xəstələrin  identikliyi  onların  psixi  xüsusiyyətlərində 

özünü göstərir. Sağlamlığında ilk dəfə narahatlıq, problem   yaşayan  insanda 

qoyu

lan  diaqnozdan sonra müəyyən ustanoka yaranır və somatik statusunda, 



şəxsiyyət xüsusiyyətlərində, gələcək plan və məqsədlərində  dəyişiklər yaranır 

ki, bu da onun davranışında təzahür edir.  

 

ƏDƏBİYYAT 

1.

 



Şəfiyeva E.İ. Klinik psixologiya. Bakı: 2002 

2.

 



БМЭ. Изд.3-е, М., 1976, Т.3, с.290 

3.

 



Кассиль Г.Н. Внутренняя среда организма. М.: 1978 

4.

 



Квасенко А.В.. Зубарев Ю.Г. Психология больного. Л.: Медицина, 1980 

5.

 



Клиническая психология. Словарь / под ред. Н.Д.Твороговой. М.: Пер Сэ, 2007. 

6.

 



Конечный Р., Боухал М. Психология в медицине. Прага: 1983. 

7.

 



Личко А.Е., Иванов Н.Я. Медико-психологическое обследование соматических боль-

ных // Журнал невропат. и психиат. 1980, вып. 8, с.1195-1198. 

8.

 

Лурия  Р.А.  Внутренняя  картина  болезни  и  ятрогенные  заболевания.  М.:  Медицина, 



1977 

9.

 



Николаева  В.В.  Влияние  хронической  болезни  на  психику:  психологическое  иссле-

дование. М.: Моск. ун-т, 1987. 

10.

 

Снежневский  А.В.  Симптоматология  психических  заболеваний.  Психиатрия.  М., 



1968, с.54-601 

11.


 

Ушаков Г.К. Пограничные нервно-психические расстройства. М. 1978 

12.

 

Ayers S., Baum A., McManus Chr. (Eds.). Cambridge handbook of psychology,  health and 



medicine. Cambridge: University Press, 2007. 

13.


 

Heijmans M., de Ridder D. Assessing illness representations of chronic illness: explorations 

of  their  disease-specific  nature //  Journal  of  Behavioral  Medicine. 1998. Vol. 21.  P. 485–

503. 

 

ПСИХОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ИДЕНТИЧНОСТИ  



СОМАТИЧЕСКИХ БОЛЬНЫХ  

 

Э.И.ШАФИЕВА, С.А.АЛЛАХЯРОВА 

 

РЕЗЮМЕ 

 

В статье, в первую очередь, для исследования  идентичности соматических боль-

ных рассматривается понятие соматической идентичности. Затем,  в зависимости от сте-

пени тяжести, протекания  и прогноза соматической болезни рассматривается формиро-

вание у человека отношения к болезни и ее оценивания. Также отмечается, что сомати-

ческие болезни отрицательно влияют  на статус в социуме, способствуют уменьшению 

психических возможностей, сужению общения с другими людьми и  пропаданию инте-

реса к происходящему в объективном мире.  

 

Ключевые слова: соматическая идентичность, внутренняя картина болезни, ано-

зогнозия, гипернозогнозия, оценивание болезни, отношение к болезни, болевой симптом 

соматических больных 

 

 

124



 


PSYCHOLOGICAL CHARACTERISTICS  

OF THE IDENTITY OF SOMATIC PATIENTS 

 

E.I.SHAFIYEVA, S.A.ALLAHYAROVA 

 

SUMMARY 

 

The article, studies the psychological characteristics of the identity of somatic patients. 



Depending on the severity, course and the prognosis of the disease the formation of the attitude 

to the disease and its evaluation  are characterized. It is also noted that somatic illnesses 

adversely affect  the  patient’s  status in the  society, reduces  his  mental capabilities, narrows  

communicating with other people and causes loss of interest  in  what is happening in the 

objective world. 

 

Key words: somatic identity, internal picture of the disease, anosognosia, evaluation of 

the disease, related to the disease, a painful symptom of somatic patients 

 

 



 

 

 



125

 

Yüklə 102,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə