Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml



Yüklə 97,27 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü97,27 Kb.
#7030


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2 

 

 

Sosial-siyasi elml

ər seriyası   

 

2014 

 

 

 

 

POL

İTOLOGİYA 

 

 

UOT 342.34 

 

S

İYASİ DEMOKRATİKLƏŞMƏNİN MƏZMUNU VƏ SPESİFİK 

XÜSUS

İYYƏTLƏRİ 

 

E.B.HACALIYEV 

AMEA-

nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu  

elnurhacali@mail.ru 

 

M



əqalədə  siyasi demokratikləşmənin məzmunu, mahiyyəti və  spesifik xüsusiyyətləri 

açıqlanır, bu prosesi şərtləndirən obyektiv və subyektiv xarakterli amillər araşdırılır, eləcə də 

bütövlükd

ə demokratik cəmiyyət quruculuğunun sosial-siyasi dəyərləri təhlil edilir. 

 

Açar sözl

ər: siyasi demokratiya, siyasi, demokratikləşmə, demokratik təsisat, parlament, mod-

el 


 

Siyasi demokratikl

əşmə hər şeydən əvvəl, demokratik cəmiyyətin təşəkkü-

lü v


ə möhkəmlənməsinə istiqamətlənən çoxistiqamətli siyasi dəyişikliklər pro-

sesidir. Bütövlükd

ə demokratikləşmə prosesi demokratiyanın konkret tarixi tipi 

il

ə müəyyənləşir. Müasir dünyada siyasi demokratikləşmə prosesinin qloballaş-



ma

sı ilk növbədə neoliberal demokratiya modeli ilə bağlıdır. Bununla yanaşı, 

qlobal siyasi prosesin neoliberal demokratikl

əşməsi bir sıra mühüm problem-

l

ərlə şərtlənir. Analitiklər qloballaşma dövründə “demokratiyanın zərərli oldu-



ğunu” iddia edirlər.  

Qloballaşma şəraitində cəmiyyətin ənənəvi demokratik təşkilinin transfor-

masiyasi perspektivi xüsusi h

əyəcan doğurur. Demokratiyanın ənənəvi modeli 

v

ətəndaşların  böyük  əksəriyyətini qane edən ümumi mənafeyə  əsaslanmaqla 



xalq hakimiyy

əti prinsipini başlıca meyar kimi qəbul edir. Qloballşma ilə əlaqə 

k

əsb edən texnoloji inqilab mənafelərin diferensasiyasına, dəyərlərin fərdiləşdi-



rilm

əsinə imkan yaradır ki, insanlar və ayrıca şəxsiyyətlər onları öz davranışın-

da r

əhbər tuturlar. 



M

ənafelərin  (maraqların)  diferensasiyası  vətəndaş  cəmiyyətinin parçalan-

ma

sını, ictimai həmrəyliyin və razılığın aradan qaldırılmasını şərtləndirir. Belə 



şəraitdə demokratik siyasi təsisatların rolu  azalır və onların demokratik idarə 

olun


ması  zərurəti  yaranır.  Liberal  demokratiya  sisteminin  formal  saxlandığı 

82 


 


t

əqdirdə, onun məzmunu keyfiyyətcə dəyişir. Bu hal o zaman baş verir ki, və-

t

əndaş iradəsi funksiyası minimal həddə düşür və vətəndaş fəallığı azalır. Nə-



z

ərə çarpan belə vəziyyət ictimai həyatın bütün sahələrində, eləcə də siyasi sfe-

rada v

ə siyasi demokratiyanın formalaşması prosesində neqativ təsirini təzahür 



etdirir. N

əticə etibarilə, insanların ictimai və demokratik siyasi həyatda real iş-

ti

rakı  əhəmiyyətli dərəcədə  məhdudlaşır.  Beləliklə,  ənənəvi  demokratiyanı 



onun liberal m

ənasında tədricən avtoritarizmin yeni forması əvəz edir (1, 12). 

Bunu müasir siyasi demokratiya statusu nümun

ələri iddiasında olan ölkələrə və 

qlo

ballaşan dünyada liberal demokratiyanın inkişaf meyli təsdiqləyir. Bununla 



əlaqədar  xeyli tətqiqatçı  belə  qənaətə  gəlir ki, neoliberal siyasi  qloballaşma 

prosesi iqtisadi v

ə informasiya xarakterli qloballaşmadan əhəmiyyətli dərəcədə 

ge

ri qalır. Əlbəttə, bu proses siyasi demokratikləşmə prosesinə mənfi təsirdən 



d

ə  yan keçmir. Qlobal proseslər çərçivəsində  demokratik meyllərin üstünlük 

t

əşkil etməsi heç də xüsusilə, demokratik tranzit ölkələrində əks antidemokratik 



prosesl

ərin  aradan  qalxmasını  şərtləndirmir, bu isə  belə  fikir yürütməyə  əsas 

verir ki, demokratikl

əşmə prosesi müəyyən durğunluğa məruz qalır. Müəyyən 

d

ərəcədə bu onunla əlaqələndirilir ki, neoliberal qloballaşma demokratik idarə-



etm

ə prinsipini məhdudlaşdırır, hakimiyətin yeni əksərazi mənbəyini yaradır… 

Bel

ə şəraitdə siyasi demokratiya təsisatları bəzən avtoritar praktikanı pərdələ-



m

əyə istiqamətlənir (2, 27). 

Neoliberal 

qlobal demokratiyanın ziddiyyətli xarakteri tələb edir ki, tətqi-

qat

çı demokratik siyasi qloballaşmanın alternativ modelinin əsaslandırılmasına 



diqq

ət yetirsin. Bu baximdan artıq Qərb siyasi elminin tətqiqatçılarının demok-

ra

tiyanın digər, neoliberal tipindən fərqlənən, transmilli demokratiyanın forma-



laşmasının əsası kimi çıxış etməyə qadir olan demokratiyanın alternativ mode-

linin n


əzəri cəhətdən  əsaslandırılmasına  cəhdi nəzərə  çarpır.  Belə  ki, Con 

Dray


zek işləyib hazırladığı “deliberativ (məsləhətçi) demokratiya” nəzəriyyə-

sind


ə hər şeydən əvvəl, demokratiyanın liberal şərhini tənqid etməklə, bu mo-

deli siyasi m

ənafelərin sadəcə birləşdirilməsi forması hesab edir. 

Bu n


əzəriyyənin  başlıca  tezisi  ondan  ibarətdir ki, burada məsləhətçi de-

mokrat


iyanın  dövlət və  onun formal seçki hüququ mexanizmindən kənarda 

möv


cudluğunun əhəmiyyəti bildirilir və bu mexanizmin əsl demokratik plüra-

lizml


ə, siyasiləşmiş vətəndaş cəmiyyəti ilə əvəz olunması qeyd edilir, belə əvə-

zedilm


ə vətəndaşın azad iradəsinin təminatı kimi nəzərə çatdırılır. 

Dreyzek bel

ə nəzəri axtarışları ilə kifayətlənməyərək standart olmayan öz 

n

əzəri müddəalarının dünya siyasəti probleminə tətbiq olunmasını məsləhət bi-



lir.  O  demokratik  “autentilik”  konsepsiyasına  əsaslanır  və  bu konsepsiyanı 

“kommunikasiya vasit

əsilə həyata keçirilən demokratik nəzarətin dərəcəsi, sə-

viyy


əsi kimi” başa düşür. 

Siyasi demokratikl

əşmə ilə bağlı A.Yanq demokratik siyasi prosesin prose-

sual aspektini vurğulayaraq belə mövqedən çıxış edir ki, demokratik qərarların 

normativ legitimliyi kimins

ə demokratik qərarların qəbulu prosesinə nə dərəcə-

83 

 



d

ə cəlb edilməsinə, bu prosesdə hansı cəmiyyətdə iştirakına və həmin qərarla-

rın nəticələri üçün daşıdığı məsuliyyətə əsaslanır. 

Siyasi prosesd

ə real demokratik iştirakçılıq, problemlərin müzakirəsi çərçi-

v

əsındə vətəndaşların mənafeyi barədə təsəvvürləri təmin edən nümayəndəliyə 



aid edilm

əlidir, demokratik iştirakçılığın nümayəndəli demokratiya çərçivəsin-

d

ə qarşılıqlı siyasi fəaliyyət forması ilə məhdudlaşması nəzərə çatdırılır. 



A.Yanq demokratik proses

ə cəlb olunmağın real şəraitini yalnız siyasi işti-

rakç

ılığın sosial-iqtisadi amilləri ilə deyil, hər şeydən əvvəl, vətəndaşların bü-



tün s

əviyyələrdə  öz  siyasi  hüquqlarından  hüquqi  təminatla istifadə  etmələri, 

el

əcə də, şəxsiyyətin qlobal demokratik prosesdə iştirakına hüquqi təminat ve-



rilm

əsi ilə əlaqələndirir və əsaslandırır (3, 200-201). 

 Siyasi demokratikl

əşmənin ən mühüm ümumi şərti siyasi sabitlikdir. Siya-

si stabillik ölk

ənin idarə olunmasında, dövlət təsisatlarını saxlamaq şərtilə, qa-

nun ç

ərçivəsində cəmiyyətdə, islahatları, dəyişiklikləri nəzərdə tutur. Belə bir 



fi

kir mövcuddur ki, demokratiyanın sabitliyi adətən demokratiyaya birbaşa təd-

ric

ən keçilməsindən və ondan əhali üçün minimal istifadə edilməsindən asılı-



dır. S.P.Hantinqton qeyd edir ki, demokratiyanın həyat qabiliyyətini ideologi-

ya

laşdırılmış siyasi hərəkatın rəhbərliyi altında inqilabi yolla yaratmaq olmaz. 



O, 

yazır: “Avtoritar rejimə qarşı müxalifətdə olan inqilabi qüvvələr özünü de-

mokratik hesab edir, lakin onlar hakimiyy

ətə gələrkən, əvvəlki rejimdən daha 

çox repressiv qaydalar t

əşkil edirlər”. 

Qlobal demokratikl

əşmənin gedişinə daxili şəraitlə yanaşı, müəyyən xarici 

amill

ər də təsir göstərir. Müasir siyasi nəzəriyyə siyasi demokratikləşməyə, so-



sial-siyasi transformasiyaya t

əsir göstərən xarici şəraitin və amillərin məcmu-

su

na aşağıdakıları aid edir. 



- müasir dünyada demokratiyaya normativ münasib

ətin yayılması; 

- yeni beyn

əlxalq təsisatlaşmış demokratikləşmə mühitinin təşəkkülü; 

- s

ivil inkişafın qərbləşmə istiqamətinə dövlətin geniş mədəni təsiri; 



dünyanın xeyli ölkələrində real surətdə baş verən demokratik hüquq və 

azad

lıqların genişlənməsi; 



- birqütüblü beyn

əlxalq sistemin iflasi; 

-  avtoritarizmd

ən daha demokratik idarəetmə formasına keçıd üçün spesi-

fik 

əlverişli stimullaşdırma yaradan beynəlxalq imkan. 



Qlobal demokratikl

əşmə prosesinə beynəlxalq amillərin təsiri ilə bağlı müx-

t

əlif konsepsiyalar və fikirlər mövcuddur. Bu mənada F.Şmitter və L.Uaymxedin 



mövqel

əri maraq doğurur. Bu tədqiqatçılar daxili siyasi nəticələrin əldə edilməsinə 

t

əsir göstərən dörd analitik kateqoriya və ya üsul müəyyənləşdirmişlər: 



- n

əzarət-açıq şəkildə pozitiv və ya neqativ sanksiyalar tətbiq etməklə, xa-

rici siyas

ət vasitəsilə bir ölkənin digər ölkədə demokratiyanı reallaşdırılması; 

-  diffuziya  -  bir ölk

ənin digərinə  «neytral»  məcburetmədən kənar, bəzən 

is

ə beynəlxalq kanallar vasitəsilə təsiri; 



razılaşma - yeni demokratik normalar doğuran beynəlxalq proseslərin və 

84 

 



da

xili qrupların qarşılıqlı fəaliyyətinin mürəkkəb dəsti; 

- “öyr

ətmə” (şəraitlə əlaqələndirmə); 



- beyn

əlxalq təsisatlar tərəfindən sərfəli xüsusi mənfəət şəraiti müəyyənləş-

dirm

ək.  


F.Şmitter qeyd edir ki, nəzarət və diffuziya beynəlxalq praktikada kifayət qə-

d

ər çoxdan mövcuddur, razılaşma və “öyrətmə” isə demokratikləşmənin üçüncü 



dalğası gedişində təzahür etmişdir. Bu tədqiqatçı hesab edir ki, demokratikləşmə 

dalğası müvafiq olaraq məhz diffuziya prosesi ilə şərtlənir (4, s. 194). 

Qeyd etm

ək lazımdır ki, nəinki demokratiyanın təşəkkülü və inkişafı, eləcə 

d

ə, siyasi demokratikləşməyə  təsir göstərən bütün səbəb və  amillər bu və  ya 



dig

ər formada elitar dairələrin  düşüncə  tərzində  təzahür edir. Elitar dairələr 

m

ənsub olduqları ölkələrdə demokratik siyasi qaydaların  yaradılmasını qarşı-



larına  məqsəd qoyurlar. Belə  düşüncə  tərzi elə  ideal təsəvvürlərin  əsas rol 

oynamasını müəyyənləşdirir ki, əslində praktiki siyasətlə möhkəmləndirilir və 

sosial reallığın yaradılması mənbəyini təşkil edir. 

Müxt


əlif ölkələrdə həyata keçirilən demokratikləşmə təcrübəsinin təhlili və 

ümumil


əşdirilməsi bu prosesin modelinin tipik nümunələrini fərqləndirməyə 

im

kan yaradır. Adətən demokratikləşmənin britaniya variantı klassik model he-



sab olunur. H

əmin modelin mahiyyəti ondan ibarətdir ki, monarxiya hakimiy-

y

əti tədricən məhdudlaşdırılır, vətəndaşın və parlamentin hüququ genışlənir. İlk 



başlanğıcda vətəndaş hüququ (şəxsi hüquq), sonra siyasi hüquq, daha sonra isə 

so

sial hüquq reallaşır. Tədricən seçki senzi məhdudlaşdırılır və aradan qaldırı-



lır. Bu modeli xətti demokratiya adlandırırlar. O, demokratiyanın tədricən, bir 

istiqam


ətli genişləndirilməsini ifadə edir. Xətti demokratiyadan əhəmiyyətli də-

r

əcədə fərqlənən digər model dövri model hesab olunur. O siyasi elitanın de-



mok

ratiyasına  formal pozitiv münasibətdə  demokratik və  avtoritar idarəetmə 

for

malarının  əvəzlənməsini nəzərdə  tutur. Belə  halda xalq tərəfindən  seçılən 



hökum

ət ya hərbiçilər tərəfindən devrilir və yaxud özü hakimiyyəti qəsb edir. 

Dövri modell

ə müqayisədə demokratikləşmənin başqa bir modeli-dialektik 

model daha perspektivlidir. O da dövri model kimi keçid siyasi rejiml

ər üçün 


qeyri sabitliyi il

ə səciyyələnir. Lakin dialektik modelin fərqləndirici cəhəti on-

dan ibar

ətdir ki, burada demokratiyaya keşid artıq kifayət qədər yetkin daxili 

z

əminin təsiri altında həyata keçirilir. 



Lakin demokratikl

əşməyə bu və ya digər mövqedən yanaşılmasına baxma-

ya

raq, ona aid yaradılan hər hansı model demokratiyaya daxilən xas olan zid-



diyy

ətləri nəzərdən qaçırmamalıdır. Praktiki dəyişikliklərdə həmin ziddiyyətlə-

r

ə etinasızlıq layihələşdirilən məqsədləri şübhə altına ala bilər, dövlətin resurs-



la

rının  tükənməsinə, kütlələrin və  ya  elitanın  demokratik  cəmiyyət ilə  bağlı 

ümidsizliyin

ə, hətta demokratik rejimlərin totalitar və avtoritar rejimlərə çevril-

m

əsinə  gətirib  çıxara  bilər. Bu ziddiyyətlər  yalnız  demokratiyanın  formal  və 



real 

əsaslarının üst-üstə düşməməsi ilə deyil, eləcə də ümumi hakimiyyətin öz 

t

əbiətinə xas olan daxili münaqişələrlə (insanların real qeyri-bərabərliyi, haki-



85 

 



miyy

ət təsisatlarının  statusunun  şəxsiyyətin statusu üzərində  üstünlüyü və  s.) 

şərtlənir. İtaliya nəzəriyyəsi N.Bobbio bu ziddiyyətləri obrazlı şəkildə, demok-

ra

tiyanın “yerinə yetirilməyən vədləri” adlandırmışdır.  



Politoloji 

ədəbiyyatda geniş statistik materialların müqayisəli təhlili əsasın-

da demokratikl

əşmənin başlıca zəmini və yolları belə müəyyənləşdirilir; iqtisa-

di, sosial, m

ədəni, dini və eləcə də xarici siyasi zəmin. Siyasi demokratikləş-

m

ənin ən əhəmiyyətli yollarından biri bütövlükdə industrial və iqtisadi inkişa-



fın nisbətən yüksək inkişaf səviyyəsidir. İqtisadi göstəricilərə görə hazırda de-

mokratik ölk

ələr avtoritar və totalitar dövlətləri əhəmiyyətli dərəcədə qabaqla-

yırlar. Lakin demokratiya ilə iqtisadi inkişaf səviyyəsi arasında bilavasitə asılı-

lıq səbəbi yoxdur.  

İndustrial inkişaf səviyyəsindən demokratiyanın digər zəmini hesab olunan 

urbanizasiyanın  yüksək dərəcəsi də  asılıdır.  Kənd  əhalisi ilə  müqayisədə  iri 

şəhərlərin sakinləri demokratiyaya daha hazırlıqlıdır.  

Demokratikl

əşmənin daha bir mühüm şərti kütləvi kommunikasiyanın in-

ki

şaf etməsidir. Bu, mətbuatın, radio və televiziyanın yayılması ilə səciyyələ-



nir. Böyük 

ərazisi və yüksək sayda əhalisi ilə fərqlənən ölkələrdə kütləvi kom-

mu

nikasiyasız praktiki olaraq demokratiya qeyri-mümkündür. 



Demokratikl

əşmənin digər əhəmiyyətli zəmini vətəndaşların rifahının yük-

s

ək səviyyədə olmasıdır. O, sosial münaqişələrin yumşaldılmasına imkan yara-



dır. İctimai bolluq cəmiyyətin demokratikləşməsinə əlverişli təsir göstərir. 

Siyasi demokratiya t

əsisatları da müxtəlifdir. Onlara aiddir: parlament de-

mok


ratiyası;  demokratik  seçki  sistemi;  kütləvi informasiya vasitələri; nüma-

y

əndəli demokratiya təsisatları; siyasi partiyalar; ictimai-siyasi təşkilatlar; yerli 



özünüidar

ə orqanları; təzyiq qrupları və b. 

Siyasi  demokratiyanın  özündə  əks etdirdiyi və  siyasi demokratikləşməni 

şərtləndirən ən əhəmiyyətli demokratik təsisatlardan biri parlament hesab olu-

nur. Parlament t

əsisatında  siyasi  demokratiya  aydın  şəkildə  öz  əksini  tapır. 

Demok

ratiyanın başlıca prinsipləri olmaq etibarilə xalqın suverenliyi, çoxluğun 



idar

əetməsi, nümayəndəlik, plüralizm paralamentarizmin bazasını təşkil edir. 

Parlament öz f

əaliyyətini demokratik prinsiplər və dəyərlər zəminində həyata 

keçir

ən hər bir dövlətin zəruri atributudur. O, yüksək seçkili nümayəndəli orqan 



olmaqla, 

əhalinin sosial və  siyasi cəhətdən fəal  qruplarını  təmsil edən nüma-

y

əndələr  hesabına  formalaşır.  Bu  demokratik  təsisatda qərarların  qəbulu mexa-



nizmi d

ə “çoxluq” prinsipi ilə qəbul edilir (azlığın fikrinə hörmət etməklə yanaşı). 

Parlament mür

əkkəb və ziddiyətli fenomendir. Elə buna görə də, tədqiqat-

lar onu q

əti və birdəfəlik qiymətləndirməkdə çətinlik çəkirlər. Əlbəttə, ümumi 

s

əpkidə parlament xalqın hüquqi və siyasi mənafeyinin ifadəsi kimi mənalandı-



rılır. Parlamentin səlahiyyəti bir tərəfdən onun hüquqi mövqeyini, ölkənin siya-

si h


əyatında rolunu müəyyən edən mühüm amildir, digər tərəfdən ümumilli nü-

may


əndəli təsisat olmaq etibarilə, parlamentin dövlət hakimiyyətinin digər 

or

qanları ilə qarşılıqlı münasibətlərin zəruri şərtidir. 



86 

 



Parlament c

əmiyyətin əksəriyyətini təmsil etdiyi və onun iradəsini həyata ke-

çirdiyi üçün dövl

ət hakimiyyətinin legitimliyinin ən əhəmiyyətli təsisatıdır. Siyasi 

legitimlik c

əmiyyəti maraqlandıran siyasi qərarların qəbul edilməsi ilə reallaşır. 

Ayrılıqda parlamentin, bütövlükdə hakimiyyətin legitimliyi hələ onların sə-

m

ərəli siyasi təsisat olmasına əsas vermir. Qanuna əsaslanan, xalqın iradəsi ilə 



for

malaşan legitim hakimiyyət səmərəli olmaya da bilər. Legitim hakimiyyətin 

v

ə onun qollarının (eləcə də qanunverici təsisat olan parlamentin) səmərəli cə-



h

ətlərdən biri məhz demokratik prinsiplər və  dəyərlər  əsasında  inkişaf  etmiş 

müasir c

əmiyyət qurulmasına nail olmaqdan ibarətdir. Rəsmi hakimiyyətin le-

gitimliyinin, «qanunililiyinin c

əmiyyət tərəfindən  etiraf  olunması  siyasi  haki-

miyy

ətin  fundamental  xarakterikasıdır».  Politoloji  tədqiqatlarda belə  xarakte-



ris

tika  «legitimlik»  (latınca  legitumus  sözündən götürülüb qanuni deməkdir) 

an

layışında  əksini  tapır.  «Hakimiyyətin  legitimliyi»  anlayışını  elmə  ilk dəfə 



asir politologiyanın patriarxı adlandırılan böyük alman politoloqu Maks Ve-

ber b

əxş etmişdir. Veber bildirirdi ki, legitimlik heç də həmişə bütün hallarda 



eyni z

əminə, kökə malik olan birtipli proses deyildir. 

Siyasi hakimiyy

ətin və xüsusilə onun qanunverici orqanı olan parlamentin 

legitimliyi mühüm 

əhəmiyyət kəsb edir. Siyasi demokratikləşmə  prosesi təs-

diql

əyir ki, cəmiyyətin hakimiyyəti müdafiə etməsi, ona inam nümayiş etdir-



m

əsi hakimiyyətin, eləcə də qanunverici hakimiyyətin səmərəliliyi üçün vacib 

şərtdir. Belə  səmərəliliyi təmin edən siyasi amillərdən biri məhz  başlıca  de-

mokratik t

əsisat sayılan parlament demokratiyasıdır. Qeyd etmək vacibdir ki, 

v

ətəndaşların siyasi hakimiyyətin qanuniliyinə zəif inamı bu hakimiyyətin qey-



ri-

sabitliyini  şərtləndirən  başlıca  səbəblərdən biridir. Heç də  təsadüfi deyildir 

ki, bu v

ə ya digər siyasi hakimiyyət xalqın inamını, etimadını qazanmağa cəhd 

edir. Bu c

əhət siyasi demokratikləşmənin modern mərhələsində getdikcə xüsusi 

əhəmiyyət kəsb edir. 

Siyasi demokratikl

əşmənin modern mərhələsi bir sıra başlıca meyllərlə sə-

ciyy


ələnir. Həmin meyarlardan birincisi, siyasi hakimiyyətin demokratikləşmə-

si prosesinin intensivliyinin gücl

ənməsidir.  Başqa  sözlə, bilavasitə  zorakılığa 

əsaslanan siyasi hakimiyyət ictimai konsensusa və özünüidarəyə əsaslanan ida-

r

əçilik forması ilə əvəz olunur. Hakimiyyət münasibətlərində siyasi demokra-



tikl

əşmə meylinin güclənməsi həmin münasibətlərə ictimai hərəkatların, qeyri-

siyasi birlikl

ərin təsirinin artması və posttotalitar ölkələrdə vətəndaş cəmiyyəti-

nin t

əşəkkülü və inkişafı təsdiqləyir. 



İkinci meyl sivil və demokratik hakimiyyətin mütləq əlaməti kimi legitim-

lik amilinin yüks

əlməsində təzahür edir. Bütün ölkələrin hakimiyyət strukturla-

rı siyasi hakimiyyətin legitimliyini təmin etmək məqsədilə maksimal səy göstə-

rirl

ər, başqa sözlə, cəmiyyət tərəfindən onun qanuni xarakterinin etiraf olunma-



sına çalışırlar. 

Üçüncü meyl siyasi hakimiyy

ətin təşəkkülü və fəaliyyətinin köklü cəhətlə-

rind


ən biri olmaq etibarilə, hakimiyyətin bölünməsi sisteminin formalaşmasını 

87 


 


s

əciyyələndirir. Müasir suverenlik ideyasında belə bir prinsip öz əksini tapıb ki, 

hakimiyy

ət özünün hər hansı qolu, (eləcə də parlament) və ayrıca şəxsiyyət tə-

r

əfindən ölkədə antidemokratik rejimin təşəkkülünə yol verməməlidir. Bu prin-



sip real sur

ətdə hakimiyyətin bölünməsi sistemində təcəssüm olunmuşdur. Ha-

kimiyy

ətin bölünməsi onun üç başlıca və bərabər mahiyyətli qollarının – qa-



nunverici, icraedici v

ə  məhkəmə  hakimiyyətinin  mövcudluğunu  və  qarşılıqlı 

f

əaliyyətini nəzərdə tutur. Söhbət hakimiyyətin bölünməsinə əsaslanan təsisat-



laşdırılmış hakimiyyətdən gedir. Hakimiyyətin bölünməsi siyasi hakimiyyətin 

bütün növl

ərinin və  qeyri-siyasi hakimiyyətin fəaliyyətinin  prinsipial  şərti və 

başlıca mexanizmidir. 

Dördüncü meyl hakimiyy

ətin müxtəlif qolları arasında ziddiyyətlərin art-

ma

sını əks etdirən neqativ prosesi ifadə edir. Bu meyl bütün ölkələrdə iqtisadi 



v

ə siyasi sabitliyə təsir göstərir. Nəhayət, sonuncu meyl hakimiyyət strukturları 

apa

ratının yüksək sürətlə bürokratikləşməsində nəzərə çarpır. Bu proses faktiki 



olaraq bütün ölk

ələrdə təzahür edir və neqativ nəticələr doğurur. 

Bürokratik aparat siyasi sistemin başlıca ünsürlərindən biridir. Bürokratik 

hakimiyy


ətdə təmsil olunanlar cəmiyyətdəki rollarını aydın başa düşür və möv-

cud sosial sistemd

ə  ümümi mənafelərin təcəssümü  olmağa  cəhd etsələr  də, 

prak


tikada onun spesifik maraqlarının formalaşması prosesi baş verir. 

Siyasi demokratikl

əşmənin prinsipləri və təsisatları siyasi təcrübədə işlənib 

ha

zırlanmış müxtəlif demokratik texnologiyalarda reallaşır. Bu texnologiyaya, 



başqa sözlə proseduraya seçkilər, səsvermə, plebist, referendumlar, danışıqlar, 

kompromisl

ər və s. aiddir. Hazırda birbaşa seçkilərə üstünlük verilməsi heç də 

t

əsadüfi deyil. Çünki əvvəllər geniş istifadə olunan dolayı seçkilər seçki prose-



dur

larının  (texnologiyalarının)  demokratikliyini  əhəmiyyətli dərəcədə  azaltdı. 

Onlardan istifad

ə  edilməsi ilk növbədə, seçicilərin  xeyli hissəsinin seçkilərin 

keçirilm

əsində şəxsən iştirak etmək, onların gedişinə və nəticələrinə bilavasitə 

t

əsir göstərmək imkanlarının məhdudlaşdırılması ilə bağlıdır. Birbaşa seçkilər 



is

ə  seçicilərin onlarda həqiqətən  ümumi  iştirakı  imkanlarını  yaradır  və  seçki 

kom

paniyasının tam legitimliyini təmin edir. 



Bütöv ictimai hadis

ə olan demokratiyada seçkilər ən ümumi prosedur kimi 

əhəmiyyət kəsb edir. Demokratiyanın tamlığı xeyli dərəcədə seçkilərin özünün 

tex


nikasından, parlamentin seçilməsi yollarından, digər hakimiyyət və idarəet-

m

ə orqanlarının seçilməsi qaydalarından, seçicilərin bərabərhüquqlu seçim də-



r

əcəsindən, ümumi seçki hüququna necə əməl edilməsindən, açıq və  ya gizli 

s

əsvermədən və digər texnologiyalardan asılıdır. 



Siyasi demokratikl

əşmə təsisatları sistemində kütləvi informasiya vasitələri 

özün

əməxsus  əhəmiyyətə  malikdir. Adətən «hakimiyyətin dördüncü qolu» ad-



lan

dırılan KİV-dən kənarda demokratiya ağlasığan deyil. KİV hakimiyyət struk-

turları  ilə  bilavasitə  bağlıdır,  onlar  bir-biri ilə  qarşılıqlı  əlaqəyə  malikdir.  KİV 

el

əcə də siyasətin ayrılmaz tərkib hissəsidir. Həyat fəaliyyətinin digər növlərinə 



nisb

ətən siyasət xüsusi məlumat mübadiləsi vasitələrinə daha çox ehtiyac duyur. 

88 

 



Bel

ə ehtiyac ilk öncə, siyasətin öz təbiətindən irəli gəlir və vətəndaşların qrup 

m

əqsədlərinin və maraqlarının həyata keçirilməsi baxımından vacibdir. 



KİV müasir demokratik cəmiyyətin ən əhəmiyyətli təsisatlarından biri he-

sab olunur. KİV cəmiyyətin bütün sferalarına və təsisatlarına, siyasətə, mənəvi 

h

əyatın formalarına əhəmiyyətli təsir göstərir. O, demokratik siyasi rejimlərdə 



c

əmiyyətin siyasi demokratikləşməsi baxımından çox önəmli rol oynayır. Müa-

sir politologiyada KİV nəinki hakimiyyətin dördüncü qolu, eləcə də böyük ar-

bitr (hakim) kimi d

əyərləndirilir. 

Demokratik siyasi sistemin kütl

əvi informasiya vasitələrinə tələbatı bilava-

sit


ə onun funksiyalarından, siyasətin agentlərindən (subyektlərindən), demok-

ratik siyasi q

ərarların qəbul edilməsi üsullarından və digər demokratik mahiy-

y

ətli amillərdən asılıdır. V.P.Puqaçev və A.İ.Solovyovun qeyd etdikləri kimi, 



KİV xeyli demokratik və totalitar ideyaların həyata keçirilməsini praktik cəhət-

d

ən reallaşdırdı (5, 311). O, hakimiyyətin legitimliyinin və həyata keçirilməsi-



nin üsullarını əhəmiyyətli dərəcədə dəyişdi. KİV demokratik hakimiyyətin hə-

yata keçirilm

əsi texnologiyasının təkmilləşdirilməsinə də ciddi təsir göstərir. 

 

ƏDƏBIYYAT 

1.

 



Галкин А.А. Поступ глобализации и кризис глобализма // Полития,  2002. № 2, с.8-15.  

2.

 



Вебер А.Б. Нелиберальная глобализация и ее оппоненты // Полития,  2002. Т.25 -№2. с.24-31. 

3.

 



Sruikshank B. Inclusion and Democracy // American Political Science Review. 2002. vol. 

96 – No. 

1. Р. 196-208.  

4.

 



Мухаев Р.Т. Теория политики М.,Юнити-Дана. 2005, 625 с.  

5.

 



Пугачев В.П, Соловьев А.И. Введение в политологию М. Аспект Пресс. 2010, 448 с.  

 

СОДЕРЖАНИЕ И СПЕЦИФИЧЕСКИЕ ОСОБЕННОСТИ ПОЛИТИЧЕСКОЙ 

ДЕМОКРАТИЗАЦИИ 

 

 

 

 

 

 

 

Э.Б. ГАДЖАЛИЕВ 

 

РЕЗЮМЕ 

 

В статье раскрываются содержание, сущность и специфические особенности поли-

тической демократизации,  исследуются обуcлавливающие этот процесс объективные  и 

субъективные факторы, а также, в целом, анализируются социально-политические цен-

ности строительства демократического общества.  

 

Ключевые слова: политическая демократия, политический, демократизация, демо-

кратический институт, парламент, модель 



  

89 


 


CONTENTS AND SPECIFIC FEATURES OF POLITICAL DEMOCRATIZA-

TION 

 

E.B.HAJALIYEV 

 

SUMMARY 

 

The article reveals the contents, essence and specific features of political democratization, 

examines objective and subjective factors which cause these processes  and analyzes  socio-

political values of the construction of democratic society. 



 

Key  words:  political democracy, political, democratization, democratic institute, parlia-

ment, model 



 

 

90 



 

Yüklə 97,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə