Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml



Yüklə 113,51 Kb.
Pdf görüntüsü
tarix05.12.2017
ölçüsü113,51 Kb.
#14108


 

90 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Sosial-siyasi elml

ər seriyası   

 

2013 

 

 

 

 

FƏLSƏFƏ

 

 

 

UOT: 101.1; 1:001.89 

 

E

LMİ İNQİLABLAR VƏ RASİONALLIQ TİPLƏRİNİN QARŞILIQLI 

ƏLAQƏSİNİN ƏSAS ASPEKTLƏRİ 

 

Ə.B.MƏMMƏDOV, A.Ə.ƏZIZOVA  

Bakı Dövlət Universiteti 

 Mamadov.aziz@gmail. com 

Almas1959@

yahoo.com 

 

M

əqalə  müasir  epistemologiyanın  mühüm  bir  probleminin  –  elmi inqilablar və  elmi 

rasionallıq tiplərinin qarşılıqlı əlaqəsinin məntiqi-metodoloji təhlilinə həsr edilmişdir. Qarşıya 

qoyulan v

əzifəni  reallaşdırmaq  məqsədilə  məqalədə  əvvəlcə  elmi  inqilabların  tipləri, daha 

sonra is

ə  elmi  rasionallığın  dinamikası  öyrənilmiş  və  tədqiq olunan problemlərin kəsişmə 

nöqt

əsində elmi inqilablar ilə rasionallıq tiplərinin üzvi əlaqəsi aşkar edilmişdir.Bu kontekstdə 

m

əqalədə  klassik, qeyri-klassik və  postqeyri-klassik  rasionallığın  mahiyyəti və  inkişaf 

dinamikası özünə yer almışdır. 

 

Açar sözl



ər: İnqilab, elmin mənzərəsi, elmin idealları, rasionallıq, klassik rasionallıq, 

qeyri-


klassik rasionallıq, postqeyri-klassik rasionallıq, sinergetika. 

 

Elmin n


ə olması, onun müasir mədəniyyətin digər sahələrindən, məsələn, 

texnika v

ə incəsənətdən hansı cəhətlərinə görə fərqlənməsi, elmin struktur və 

c

əmiyyət  haqqında  rolu  məsələsi XXI əsr  filosoflarının  yaradıcılıqla  inkişaf 



etdirdiyi m

əsələlər arasında mərkəzi yerlərdən birini tutmaqla mühüm evristik 

v

ə metodoloji əhəmiyyət kəsb edir. Ənənəvi leksikonda bilik, fəaliyyət, sosial 



instutut, akademik sistem, elmi-

texniki inqilab kimi başa düşülən elmin ictimai 

şüur  formaları  sistemində  kəsb  etdiyi  aşkar  üstünlük  təsadüfi  olmayıb,  onun 

müasir c


əmiyyətin sosial həyatında oynadığı həlledici rol ilə , elmin dünyanın 

d

ərk olunmasına və onun məqsədəuyğun dəyişdirilməsinə doğru istiqamətlənən 



insan f

əaliyyətinin ən yüksək forması olması ilə şərtlənir [2, 81-85]. 

Hazırda elmin inkişaf məntiqini müəyyən edən müxtəlif metodoloji proq-

ramlar mövcuddur. Onlardan “falsifikasiya” metodunu, verifikatsisiya prinsipi-

ni, T.Kunun “paradıqmalar”konsepsiyasını və İ.Lakatosun “tədqiqatlar proqra-

mı”ni ayrıca qeyd edə bilərik [3, 3-20; 4, 135-155; 10, 92-105]. Aralarındakı 




 

91 


bir  sıra  ciddi  fərqlə  baxmayaraq sonuncu hər  iki  konsepsiyanın  mərkəzi 

ideyasını elm tarixinin “elmi inqilab” adlanan düyün nöqtəsi təşkil edir. Bu gün 

elm tarixind

ə  elmi  inqilabların  baş  verdiyini  və  onların  intellektual  əhəmiy-

y

ətini inkar edən adam çətin  ki,  tapılsın.  Lakin,  belə  hallarda “elmi inqilab” 



anlayışı müxtəlif mənalarda işləndiyindən məsələyə aydınlıq gətirmək məqsədi 

il

ə “elmi inqilab” termininin məna çalarlarını qısaca da olsa, aydınlaşdırmaqa 



ehtiyac duyulur. “İnqilab” sözünün hərfi mənası “çevriliş” deməkdir (5, 4-6). 

Elm


ə tətbiq edildikdə bu anlayış elmin bütün elementlərinin, o cümlədən, fakt-

la

rın, qanunların, nəzəriyyələrin , metodalrın, dünyanın elmi mənzərəsinin radi-



kal d

əyişməsini ifadə edir. Bəs görəsən, faktların dəyişməsi nə deməkdir? Qəti 

əyyən edilmişdir ki, faktların dəyişməsi əsla mümkün deyil, burada söhbət 



fakt

ların özünün deyil, onların təfsirinin, interpretasiyasının, izahının dəyişmə-

sind

ən gedir. Elmi inqilabdan danışarkən belə bir nüansı da nəzərdən qaçırmaq 



olmaz ki, elmd

ə köklü inqilabi dəyişikliklərdən yalnız o halda danışmaq olar 

ki, bu d

əyişiklik elmin təkcə prinsip, metod və nəzəriyyələrini deyil, həm də, 

onun baza elementl

ərinin ümümiləşdirilmiş  ifadəsi  kimi  çıxış  edən konkret 

m

ənzərəsini  ehtiva  etmiş  olsun.  Elmi  inqilab  -  elmin  inkişafının  elə  mərhə-



l

əsidir ki, bu zaman onun elmi mənzərəsi və metodologiyası ilə yanaşı, tədqiqat 

strategiyası da ciddi dəyişikliyə uğrayır [5, 42-44]. 

Elmin 


əsasları  mürəkkəb system olub, bir neçə  komponentdən təşkil 

olunur. Onlardan başlıca olanları aşağıdakılardır: 

a)  dünyanın  konkret  elmi  mənzərəsi  (dünya  haqqında,  onun  ümumi 

xass


ələri və  qanunauyğunları  haqqında  elmi  anlayışlar  və  qanunlar  əsasında 

formalaşan bütöv təsəvvürlər sistemi);  

b) elmi t

ədqiqatın  idealları  və  metodları(elmi  fəaliyyətin məqsədləri, 

onların reallaşdırılması üsulları);  

c) Elmi t

ədqiqatın məqsədlərini, norma və ideallarını əsaslandıran fəlsəfi 

ideyalar v

ə prinsiplər, başqa sözlə elmin fəlsəfi əsasları, elmi inqilablar necə və 

n

ə üçün baş verir? 



 

Bu sualın ən konkret və lakonik cavabını bir amerikan fiziki və elm ta-

rixçisi T.Kunun “ Elmi inqilabların strukturu” kitabında tapa bilərik.T.Kun el-

min  inkişaf  mərhələlərini iki dövrə  ayırır:  “normal  elm”  və  “elmi inqilab-

lar”dövrü [3]. Elmi f

əaliyyətin və  ya  paradiqmanın  müəyyən modelini qəbul 

ed

ən elmi ictimaiyyət nümayəndələri məhz bu model çərçivəsində  bütün 



probleml

əri həll etməyə  çalışırlar.  Paradiqmanın  məzmununa nəzəriyyələr, 

metodoloji normalar, d

əyəri  standartlar,  dünyağörüşü  quraşdırmaları  və  s. 

komponentl

ər daxildir. Mövcud paradiqma çərçivəsində həlli mümkünsüz olan 

problem v

ə  məsələlər  ortaya  çıxdıqda  elmin  normal  dövrü  başa  çatır  və  bu 

zamandan etibar

ən köhnə  paradiqma  “dağılaraq”  öz  yerini  yeni  paradiqmaya 

verir. T.Kunun t

əbirincə elmi inqilablar bu yolla baş verirlər. 

Dünyanın elmi  mənzərəsində baş vermiş radikal dəyişiklikləri dəqiq və 

birm


ənalı  qeydə  almaqla elm tarixində, xüsusilə  təbiətşünaslıq  sahəsində  bir 

neç


ə  fundamental  inqilabı  seçib  ayırmaq  olar.Əğər  bu  inqilabları  onların  baş 


 

92 


verm

əsində daha əhəmiyyətli rol oynamış alimlərin adı ilə adlandırsaq onları 

müvafiq olaraq Aristotel, Nyuton v

ə Eynşteyn inqilabları adlandıra bilərik. 

B

əşəriyyətin mənəvi həyatında elmin yaranması ilə nəticələnən birinci elmi 



inqilab miladdan 

əvvəl VI-IV əsrlərdə baş vermişdir.Bu inqilabın tarixi əhəmiyyəti 

ondadır  ki,  onun  ğedişində  insanlar  elmi  idrakı  dünyanın  dərkinin və  nəzəri 

m

ənimsənilməsinin diğər formalarından fərqləndirməyi öyrənmişlər [1, 6-27]. 



Elm antik dövrün böyük filosofu Aristotelin 

əsərlərində (“Fizika”, “Siya-

s

ət”, “Metafizika”, “Orqanon” və s.) daha aydın başa düşülməyə başlanmışdır. 



Aris

totelin elm qarşısında böyük xidmətlərindən biri bundan ibarətdir ki, o, sü-

but haqqinda t

əlimi-biliyin  alınmasının  və  sistemləşdirilməsinin  başlıca  aləti 

sa

yılmış formal məntiqi yaratmış, “kateqoriya-anlayışlar” aparatını işləyib ha-



zırlamış,  elmi  tədqiqatların  təşkilinin  qanunlarını  müəyyənləşdirmiş,  təbiət 

elml


ərini-fizika, riyaziyyat, biologiya və  s. bilik sahələrini bir-birindən  ayır-

maq


la  onların  ayrı-ayrı  predmetlər üzrə  diferensiallaşmasına  başlanğıc 

vermişdir.  

Onun elmi bilikl

ərin  normaları  üçün  təklif  etdiyi  sxem,elmi  idrakın 

t

əsvir, izahat, anlama,əsaslandırma  üsülları  min  illər  ərzində  dünya alimləri 



t

ərəfindən minnətdarlıq hissi ilə qarşılanmış, formula etdiyi klassik məntiq isə 

özünün m

əna və əhəmiyyətini bu gündə qoruyub saxlamaqdadır. 

Dünyanın  antik  elmi  mənzərəsinin  mühüm  bir  fraqmenti  Kainatın 

strukturu  haqqında  geosentrik  təlim üzərində  qurulmuşdur.  Kainatın  məşhur 

yunan astronomu K.Ptolomeyi

n adı ilə bağlı olan geosentrik sistemi naməlum 

dünyanın dərki yolunda atılmış çətin və cəsarətli bir addım kimi bəşər tarixində 

baş vermiş birinci elmi inqilabın ayrılmaz tərkib hissəsi olmuşdur. 

Elm tarixind

ə  ikinci qlobal inqilab XVI-XVIII  əsrlərdə  baş  vermiş  və 

Kainatın geosentrik sistemindən heliosetrik sistemə keçid başlıca çıxış nöqtəsi 

olmuşdur. Heliosentrik sistem dünyanın elmi mənzərəsinin aydın nəzərə çarpan 

əlamət olsa da, bu yenilik həmin dövrdə  baş  vermiş  kardinal  dəyişikliklərin 

mahiyy


ətini qabarıq əks etdirə bilməmişdir. Buna görə də, ikinci qlobal inqila-

bın təbii-elmi fikirdə yaratdığı dəyişikliyin ümumi mənasının görkəmli nüma-

y

əndələri  H.Kopernik,  Q.Qaliley,  İ.Kepler,  R.Dekart,  İ.Nyüton,  R.Huk  və  b. 



olmuş klassik təbiətşünaslığın formalaşması kimi ifadə etmək daha dürüst olar-

dı. Təbiət haqqında mütləq həqiqətin qazanılması klassik elmin idealı, müşahi-

d

ə  olunan hadisələrin  determinasiya  olunması  isə  onun  idrakı  metodu  sayıl-



mışdır. 

Klassik elm ç

ərçivəsində  dünyanın  elmi  mənzərəsi mexaniki xarakter 

daşımış,  təbiət və  insan  haqqında  biliklər isə  mexanikanın  fundamental 

qanunlarına müncər edilmişdir [2, 62-72]. 

Xatırladaq  ki,  klassik  elm  idraka  subyektdən kənarda və  ondan  asılı 

olmadan mövcud olan obyektl

ərin təfəkkürdə inikası kimi baxılan materialist 

f

əlsəfənin ideya və prinsiplərinə söykənmişdir. 



Dünyanın  eksperimental-riyazi təbiətşünaslığı  və  klassik  rasionallıq 

üz

ərində yüksələn mexaniki mənzərəsi bu inqilabın başlıca yekunu olmuşdur. 




 

93 


Elm  bu  inqilabın  dalğalarında  praktiki  olaraq XIX əsrin sonunadək 

inkişaf etmişdir. Bu müddət ərzində dünyanın artıq qərarlaşmış ümumi mənzə-

r

əsini tamamlayan və  onu daha da mürəkkəbləşdirən  bir  sıra  böyük  kəşflər 



edil

miş  və  bu kəşflər sayəsində  mexaniki və  fiziki hadisələrin öyrənilməsinə 

yön

əldilən klassik elmdən  daha  nizamlı  təşkil  olunmüş  qeyri-klassik elmə 



keçid prosesi baş vermişdir. 

Sosial h


əyatın mənəvi iqlimində biologiya, kimya, geologiya kimi funda-

mental elml

ərin meydana gəlməsi dünyanın mexaniki mənzərəsinin ümumelmi 

v

ə ümumdünyagörüşü olması ideyasını aradan qaldırmışdır.Bu dövrdə geologi-



ya v

ə  biologiya elmləri  dünyanın  elmi  mənzərəsinə  onun mexaniki mənzərə-

sind

ə rast gəlinməyən inkişaf ideyasını daxil etmişlər. Bu dövrdə elmin fəlsəfi 



əsaslərında da ciddi dəyişikliklər baş vermişdir. 

Bu m


ərhələdə  fəlsəfənin mərkəzi problemləri  aşağıdakılar  olmuşdur: 

müxt


əlif elmlərdə  təmərküzləşmiş  elmi  biliklərin  diferensiyasıyası  və  inteq-

rasiyası məsələsi; elmi tədqiqat metodlarının nisbəti; elmlərin təsnifatı və onun 

bölgü prinsipl

ərinin axtarılması. Klassik elmin idrakı məqsədlərinə gəldikdə isə 

tanınmış  rus  filosofu  V.S.Stepin  belə  hesab edir ki, mütəsəkkil elmin 

q

ərarlaşması dövründə bu məqsədlərdə əsaslı dəyişikliyə uğramışdır [9, 24-38]. 



Elmin 

əsaslarını lərzəyə salan üçüncü qlobal inqilab XIX-XX əsrin qovşağında, 

XX 

əsrin ortalarına davam etdirmişdir.Bu inailabın gedişində baş vermiş əsaslı 



d

əyişikliklər elmin müxtəlif sahələrini  əhatə  etmişdir:  fizikada  relyativist  və 

kvant n

əzəriyyəsinin  işlənib  hazırlanmasının,  biologiyada  genetika,  kimyada-



kvant kimyası və s. bu qəbildəndir. Bütün bu dəyişikliklər sayəsində əsasları 

klassik elmin 

əsaslarından əhəmiyyətli dərəcədə fərqlənən qeyri-klassik təbiət-

şünaslıq formalaşıb. Qeyri-klassik elmdə klassik ideallar və normaları da də-

yişikliyə uğradı. Bu halda təfəkkür obyekti kimi deyil, yəni təbii halında deyil, 

cihazla qarşılıqlı təsirdə nümayiş etdirdiyi halda öyrənirdi.  

Yeni inqilabın gedişində elmin fəlsəfi əsasları da ciddi dəyişikliyə uğradı: 

F

əlsəfə elmi biliyin tarixən dəyişməsi ideyasını irəli sürüb, həqiqətin nisbiliyi 



prinsipini t

əsdiq etdi və  idrak prosesində  subyektin fəallığı  haqqında  təsəv-

vürl

əri işləyib hazırladı. Fəlsəfədə bir sıra problemlərin müvəffəqiyətli həllinə 



imkan ver

ən kateqoriyalar, o cümlədən, hissə, tam, səbəb, təsadüf, zərurət və s. 

kateqoriyaların məzmunu dəyişikliyə uğrayıb xeyli zənginləşdi.  

B

əşəriyyətin intellektual həyatında dördüncü elmi inqilab XX əsrin üçün-



cü rübünd

ə  başlayıb,  postqeyri-klassik elmin meydana gəlməsi ilə  müşayət 

olundu.  Elmin  inkişafının  bu mərhələsində  özünütənzimləyən sistemlər ilə 

yanaşı, özünü təşkil edən sistemlər də tədqiqat obyektinə çevridi. Tədqiqat ob-

yektinin d

əyişilməsi ilə əlaqədar olaraq sinergetika adlanan yeni bir inteqrativ 

elm h

əyata vəsiqə aldı. 



Bel

əliklə, biz elm tarixində baş vermiş inqilabların səciyyəvi xüsusiyyət-

l

ərinin  qısaca  da  olsa,  nəzərdən keçirdik. Bəşəriyyət tarixində  baş  vermiş 



radikal inqilablar rasionallıq tiplərinin dəyişiləsi ilə bağlı olmuşdur. 

Elmi rasionallıq – obyektiv həqiqətin alınmasına doğru istiqamətlənən və 




 

94 


“subyekt-idark vasit

ələri-obyekt” münasibətləri formasında təmsil olunan elmi 

f

əaliyyətin  halıdır.  Akad.  V.S.Stepin  elmin  tarixi  inkişafında  elmi  rasionallıq 



tipinin d

əyişməsi ilə  səciyyələnən xüsusi dövrləri qeydə  alaraq  rasionallıq 

tipl

ərinin  üç  olduğunu  göstərir:  klassik  rasionallıq,  qeyri-rasionallıq  və 



postqeyri-

klassik rasionallıq V.S.Stepin rasionallığın bu tiplərinn fərqləndiril-

m

əsinin aşağıdakı meyarlarını qeyd edir: a) elmin mənimsədiyi obyektlərin sis-



tem t

əşkillərinin xüsusiyyətləri.  Bu  baxımdan  o,  sistemləri sadə  sistemlərə; 

özünüt

ənzimləyən mürəkkəb sistemlərə; özünü təşkil edən mürəkkəb sistemlə-



r

ə  ayırır;  b)  rasionallığın  hər bir tipinə  məxsus olan tədqiqat  ideallarının  və 

normalarının (izahat, təsvir, əsaslandırma, biliyin strukturu və qurulması) siste-

mi; c) elmi bilikl

ərin tarixi dövrə uyğun olan mədəniyət sisteminə qoşulmasını 

idari f


əaliyyət üzərindəki fəlsəfi-metedoloji refleksiyanın spesifikliyi. 

Rasionallığın  inkişafının  tarixən  birinci  tipini  klassik  rasionallıq  təşkil 

etmişdir [8, 18-25]. Klassik rasionallıqda elmi tədqiqatın əsas obyektləri sadə 

sisteml


ər  olmuşdur.  Sadə  sistemlərin  əlamətdar cəhəti bundan ibarətdir ki, 

onlar az sayda elementl

ərdən təşkil  olunur  və  belə  sistemlərin hissələrinin 

xass


ələrinin cəmi bütövlüklə tamın xassəsini müəyyən edir. Klassik rasional-

lıqda  əşya  və  prosesin nisbəti xüsusi bir tərzdə  şərh olunur: əşyaya(cisim) 

proses

ə nəzərən birinci kimi baxılır, proses isə bir cismin digərinə təsiri kimi 



anlaşılır.  Klassik  yanaşmada  səbəbiyyət Laplas determenizmi ilə  müəyyən 

olunur. M

əkan və zamana obyektə nəzərən xarici şey kimi baxılır.  

Klassik  rasionallıqda  yalnız  fiziki  obyektlərə deyil, həmçinin bioloji və 

sosial obyektl

ərə də sadə mexaniki sistemlər kimi baxılmışdır.Bu fikrin həqiqi-

liyin

ə  inanmaq  üçün  Holbaxın  insan  və  cəmiyyət  haqqında  konsepsiyasının, 



Sen-Simonun v

ə  Füryenin ümumdünya cazibə  qanununu  insan  ehtiraslarına 

münc

ər etmək təşəbbüslərini, O.Kontun cəmiyyət nəzəriyyəsini sosial 



mexanika timsalında qurmaq cəhdini xatırlamaq kifayyətdir. 

Klassik rasionallıqda biliyin əsaslandırılmasının idealları və normaları da 

xüsusi formada şərh edilmişdir. Burada nəzəriyyənin əsaslandırılmasınin tələbi 

kimi iki prinsip ir

əli sürülmüşdü: birinci prinsip nəzəriyyənin təcrübi yolla təs-

diq edilm

əsi prinsipi,ikinci prinsip isə nəzəriyyənin fundamental postulatlarının 

əyani səciyyə  daşıması  prinsipi  olmuşdur.  Dünyanın  mütləq mənzərəsinin 

yaradılması fikri klassik rasionallığın ali ideyası sayılmışdır. 

Rasionallığın  inkişafının  ikinci  tipi  öz  ifadəsini qeyri-klassik rasional-

lıqda  tapmışdır  [7,  5-17]. Qeyri-klassik rasionallığın  əsas tədqiqat obyektinin 

mür


əkkəb özünütənzimləyən sistemlər təşkil  etmişdir.  Özünütənzimləyən 

mür


əkkəb sistemlər nisbi muxtariyyata malik altsistemlərdən təşkil olunur və 

bu altsisteml

ər  arasında  düz  və  əks  əlaqələr təsir göstərir. Özünütənzimləyən 

mür


əkkəb sistemlərin  ən  yaxşı  nümunələrinə  texnikada təsadüf etmək olar: 

avtomatik d

əzgahlar,avtomat-zavodlar, süni peyklərin və  kosmik gəmilərin 

idar


ə  sistemləri və  s. bu qəbildən olan özünütənzimləyən sistemlərdir.Canlı 

t

əbiətdə  və  cəmiyyətdə  də  onların  nümunələri mövcuddur: orqanizmlər, 



populyasiyalar, biogeosenozlar, sosial obyektl

ər və s. 




 

95 


Tam v

ə  hissə  kateqoriyaları  özünütənzimləyən mürəkkəb sistemlərdə 

yeni m

əna kəsb edir.Bu halda hissə tamın daxilində və ondan kənarda müxtəlif 



xass

ələr  nümayiş  etdirir.Özünütənzimləyən mürəkkəb sistemlərdə  tam nəinki 

onu t

əşkil  edən hissələrin xassələrindən  asılıdır,o  həm də  bu hissələrin 



xass

ələrinin müəyyən edir. 

Böyük,özünüt

ənzimləyən  mürəkkəb sistemlər üçün səbəbiyyət də  artıq 

Laplas determinizmin

ə müncər edilə bilməyib “ehtimal” və “məqsədli səbəbiy-

y

ət”  ideyaları  ilə  tamamlanır.  Bu  ideyalardan  birincisi  sistemin  davranışının, 



ikinci is

ə sistemin özünütənzimləməsi fəaliyyətin xarakterizə edir [6, 169-171]. 

T

ədqiq olunan obyektlərin yeni tipinə  uyğun  olaraq  elmi  rasionallığın 



yeni  idealları  və  normaları  da  formalaşmışdır.  İdraka  qeyri-klassik  yanaşma 

özünün 


ən qabarıq ifadəsinin biliyin relyativist kvant fizikasında təsdiq tapmış 

izahat,t


əsvir və sübut ideallarında və normalarında tapır. 

Qeyri-


klassik  rasinallığın  ideal  və  normalarının  epistemoloji  əsasını 

idrakın  yaradıcı  təbiəti  haqqında  təsəvvürlər təşkil  edir.  Burada  dərk edən 

z

əkaya artıq öyrənilən obyektdən kənarda mövcud olan şey kimi deyil,obyektin 



daxilind

ə yerləşən və onun tərəfindən determinə olunan fenomen kimi baxılır. 

Rasionallığın  inkişafının  üçüncü  mərhələsi postqeyri-klassik  rasionallıq 

adlanır. Postqeyri-klassik elmin inkişaf strategiyası özünütəşkiledən mürəkkəb, 

dissinativ sisteml

ər ilə  müəyyən olunur. Özünütənzimləyən sistemlər ilə 

müqayis

ədə özünütəşkiledən sistemlər bütövlüyün daha mürəkkəb tipini təşkil 



edir.Sistem obyektl

ərin  bu  tipinin  inkişafı  onunla  xarakterizə  olunur ki, bu 

inkişafın  gedişində  özünütənzimləmənin bir növündən digərinə  keçid prosesi 

baş  verir.Burada  özünütənzimləmə  sistemin  inkişafının  mahiyyəti kimi deyil, 

onun  yalnız  aspektlərindən,  dayanıqlı  hallarından  biri  kimi  çıxış  edir. 

Özünüt


əşkiledən mürəkkəb sistemlərin xarakterik cəhətləri onların mürəkkəb, 

açıq, qeyri-xətt, dissinativ və tarazlıq halından uzaq olmasıdır. Yuxarıda qeyd 

etdiyimiz kimi, özünüt

əşkiledən mürəkkəb sistemlərin  inkişafında  özünütən-

ziml

əmə  növlərinin müəyyən  ardıcıllıqla  bir-birini  əvəzləməsi hadisəsi  baş 



verir. Sistemin özünüt

ənzimləmə  növlərinin bir-birini  əvəzləməsi “dinamik 

xaos” adlanan faza keçidl

əridir. Bu keçidlərin  xarakteristikası  öz  ifadəsini 

qeyri-

tarazlıqlı  termodinamikada  və  sinergetikada  tapır.  Özünütəşkiledən sis-



teml

ərin digər bir səciyyəvi xüsusiyyəti onların elementlərinin təşkil səviyyələ-

rinin iyerarxiya prinsipi 

əsasında  qurulması  və  inkişaf  prosesində  yeni təşkil 

s

əviyyələri yarada bilməsidir. Həm də  yeni yaranan səviyyələr ilə  əvvəlki 



s

əviyyələr arasında baş verən əks əlaqə sayəsində yeni yaranan hər bir səviyyə 

daha 

əvvəl qərarlaşmış  səviyyələrə  təsir edərək,  onları  yenidən təşkilatlan-



dırmaqla sistemin bütövlüyünü yenidən təmin edir. Sistemdə yeni səviyyələrin 

yaranması  ilə  onun təşkili  diferensiallaşaraq  onda  yeni,  nisbi  müstəqil 

altsisteml

ər yaradır. Yeni yaranan altsistemlər isə öz növbəsində sistemin idarə 

blokunun yenid

ən qurulmasına, onda yeni nizam (qayda) və parametrlərin, düz 

v

ə əks əlaqələrin yeni tiplərinin meydana gəlməsinə səbəb olur. 



Özünüt

əşkiledən mürəkkəb sistemlərin tədqiqatçılar  tərəfindən sözsüz 




 

96 


q

əbul edilən  əlamətlərindən biri də  onların  açıq  sistemlər  olmasıdır  [6,  186-

192]. Amerikan kibernetiki Q.Ferster sinergetika yaranmazdan h

ələ xeyli əvvəl 

bu m

əsələni  qabardaraq  yazırdı  ki,əgər sistem onu enerji və  nizam ilə  təmin 



etm

ək iqtidarında olan ətraf mühitlə daima təmasda olmursa, deməli, “özünü-

t

əşkiledən sistem” anlayışı öz mənasını itirir. Açıq sistemlər elə sistemlərdir ki, 



onlar xarici mühitd

ən fasiləsiz olaraq maddə, enerji və informasiya qəbul edir 

v

ə bu mübadilə hesabina özlərinin müəyyən halını qoruyub saxlayırlar. Termo-



di

namikanın ikinci prinsipinə görə bircinsli və dayanıqlı hala can atan qapalı 

sisteml

ərdən fərqli olaraq açıq sistemlərin ətraf mühitdən qəbul etdikləri mad-



d

ə, enerji və informasiya axını onların qeyri-tarazlıq halında qalmasını təmin 

edir. Bel

ə sistemlərdə onların bütövlüyü üçün mühüm əhəmiyyət kəsb edən və 

onların  mühitlə  qarşılıqlı  təsirlərini fiksələyən  xüsusi  informasiya  strukturları 

formalaşır. Açıq sistemlərin fəaliyyətində qanunauyğunluq və zərurətlə yanaşı 

t

əsadüfi amillər, o cümlədən kiçik amplitudlu rəqslər-fluktuasiyalar da 



əhəmiyyətli rol oynayır. 

B

əzən flüktuasiyalar o dərəcədə güclü olur ki, onlar hətta sistemin təşkili-



ni poza da biliri

ər.  Flüktuasiyaların  maksimum  qiymətə  çatdığı  bifurkasiya 

nöqt

əsində  sistemdə  mikrostrukturlardan  makrostrukturlar  yaranır.  Özünütəş-



kiled

ən sistemlərin spektrinə yalnız funksiyalaşması baxımından deyil, həm də 

inkişafı baxımından öyrənilən bioloji obyektləri, müasir nano və biotexnologi-

ya

ları, hər şeydən əvvəl, gen mühəndisliyini, müasir layihələşdirmə sistemləri-



ni aid etm

ək olar. Özünütəşkiledən mürəkkəb sistemlərə  həmçinin insan-

kompyüter dialoqu t

əşkil  edən  müasir  kompyüter  şəbəkələri, “qlobal hörüm-

ç

əyi” - interneti, nəhayət, tarixi inkişafda götürülən bütün sosial obyektləri aid 



etm

ək olar. Mürəkkəb özünütəşkiledən sistemlərin dərk olunması üçün xüsusi 

kateqorial matritsadan istifad

ə olunur. Belə kateqoriyalar sisteminə özünütəş-

kiletm

ə, mürəkkəblik,  açıqlıq,  qeyri-xəttilik, dissipatsiya, attraktor, qəribə  at-



traktor, bifukatsiya, fraktal, nizam, xaos, entropiya, fluktuasiya v

ə s. anlayışlar 

aid edil

ə bilər. Özünütəşkiledən sistemlərin təsvirində hissə və tam anlayışları 

yeni m

əna kəsb edir [6, 171-182]. Sistemin təşkilinin yeni səviyyələri formala-



şarkən onun bütövlüyü yenidən qurulur və  onda yeni qayda parametrləri 

meydana çıxır. Başqa sözlə, bu halda tamın sistem keyfiyyətlərinin xüsusiyyət-

l

ərinin qeydə alınması artıq kifayət etmir, bu anlamı sistemin inkişafl müddə-



tind

ə onun bütövlük növlərinin dəyişməsi ideyası ilə tamamlamaq lazım gəlir. 

Özünüt

əşkiledən mürəkkəb sistemlərin nəzəri mənimsənilməsi həmçinin 



“s

əbəbiyyət”  kateqoriyasının  da  mənasının  genişləndirilməsini tələb edir. Si-

ner

getikada  bu  anlayış  imkanın  gerçəkliyə  çevrilməsi təsəvvürləri ilə 



əlaqələndirilir. 

Özünüt


əşkiledən sistemlərə tətbiq edildikdə məkan və zaman kateqoriya-

larının  yeni  səpgiləri  ortaya  çıxır.  Məlum olur ki, sistemdə  yeni təşkil 

s

əviyyəsinin  yaranması  onun  daxili  məkan-zaman strukturunun dəyişməsi ilə 



müşayət olunur. Sistemin diferensiallaşması və onda yeni səviyyələrin forma-

laşması isə hər bir səviyyənin özünəməxsus məkan-zaman strukturunun yaran-




 

97 


ma

sına  səbəb olur. Özünütəşkiledən sistemlərin mənimsənilməsi fəaliyyətin 

xüsusi  strategiyasını  da  tələb  edir.  İnsanın  özünütəşkiledən mürəkkəb 

sisteml


ərlə qarşılıqlı təsiri elə bir tərzdə cərəyan edir ki, nəticədə insanın həmin 

sisteml


ərə təsiri onlara nəzərən xarici amil kimi deyil, onların mümkün hallar 

sah


əsini geriyədönməz şəkildə dəyişdirən daxili amil kimi çıxış edir. 

Özünüt


əşkiledən açıq sistemlər haqqında yuxarıda söylədiyimiz mülahi-

z

ələr belə  qənaətə  gəlməyə  əsas verir ki, postqeyri-klassik elm xüsusi növ 



mür

əkkəb sistemlərlə  iş  görür.  Burada  dünyanın  elmi  mənzərəsi təbiətin və 

insanın təşəkkülü və tarixi inkişafı ideyası üzərində qurulur. Müxtəlif elmlərdə 

formalaşan  xüsusi  elmi  mənzərələr postqeyri-klassik elmdə  artıq  adekvatlıq 

iddiasında olmayıb, dünyanın ümumelmi mənzərəsinin yalnız nisbi müstəqqil 

fraqmentl

ərinə çevrilirlər. 

Yuxarıda biz elmi inqilablarla əlaqədar rasionallıq tiplərindən bəhs edib

onların intellektual təsvirini verdik.Deyilənlərə bunu da əlavə etmək istərdik ki, 

elmi rasionallığın tipi alimlərin elmi fəaliyyətinin “subyekt-tədqiqat vasitələri-

obyekt” kimi t

əsvir olunan və  obyektiv həqiqətin  alınmasına  doğru 

istiqam

ətlənən konkret halıdır. 



Rasionallığın elmi fəaliyyətdə “cubyekt-idrak vasitəsi-obyekt” kimi başa 

düşülən klassik tipi idrak obyektini adı çəkilən münasibətin başlıca komponenti 

kimi  seçib  ayırmış  və  bu halda subyektə, idrak vasitələrinə, tədqiqat 

metodlarına, idrakın ideal və normalarına aid nə varsa hmısını obyektin nəzəri 

izahından və təsvirindən sıxışdırıb çıxarmışdır. Bu kontekstdə obyekt haqqında 

qazanılmış  biliyin  məzmununda subyekt və  idrak vasitələri  haqqında infor-

masi

yaların iştirak etməməsi qazanılmış biliyin həqiqiliyinin və obyektivliyinin 



z

əruri  şərti kimi qəbul  edilmişdir.  Rasionallığın  klassik  tipində  idrakda 

subyektin f

əallığın  və  tədqiqat vasitələrinin(cihazların  və  modellərin) idrak 

prosesin

ə təsirinin nəzərə alınmaması elmin əsaslarının sosial-mədəni amillər 

il

ə dərk edilməsinin başa düşülməməsinə səbəb olmuşdur. 



Elmi rasionallığın klassik tipindən fərqli olaraq qeyri-klassik tipi tədqiqat 

vasit


ələrinin idrak obyektinə  təsirinin dərk edilməsi ilə  xarakterizə  olunur. 

Burada idrak vasit

ələrinin obyektə təsiri nəzərə alınaraq idrak prosesinin nəzəri 

izahına və təsvirinə daxil edilir. Başqa sözlə, qeyr-klassik rasionallıqda “sub-

yekt-idrak vasit

ələri-obyekt” sistemində  tədqiqatçının  diqqəti eyni zamanda 

h

əm obyektə, həm də idrak vasitələrinə yönəldilir, lakin belə bir fakt yenə də 



d

ərk edilməmiş qalır ki, tədqiqatın strategiyasını, onun formalaşması üsullarını, 

obyektl

ərin seçilib götürülməsini müəyyən edən məqsədlər mədəniyyətdə 



üstünlük t

əşkil edən dünyagörüşü və dəyəri amillər ilə necə şərtlənir. 

Rasionallığın  postqeyri-klassik tipində  belə  bir həqiqət dərk olunur ki, 

idrak prosesind

ə obyekt haqqında qazanılan biliklər yalnız onun idrak vasitələri 

il

ə  qarşılıqlı  təsirinin xüsusiyyətləri ilə  deyil, həm də  subyektin fəaliyyətinin 



d

əyəri-məqsədli strukturları ilə müəyyən olunur. 

Bel

əliklə, bəşəriyyətin mənəvi həyatında  baş  vermiş  elmi  inqilablar 



aliml

ərin fəaliyyət üsullarını dəyişərək rasionallıq tiplərinin bir-birini izləmə-




 

98 


sin

ə  səbəb  olmuşdur.  Lakin  bu prosesdə  yeni və  köhnə  rasionallıq  tipləri 

arasında  dərin  uçurum  yaranmır:  rasionallığın  hər bir yeni tipi əvvəlki tipi 

m

əhv etməyərək onun yalnız tətbiq sərhədlərini aşkara çıxarır. Buna görə də 



biz elmin inkişafının hazırki mərhələsini postqeyri-klassik dövr adlandırdıqda, 

bununla heç d

ə  rasionallığın  əvvəlki tiplərini sözün mütləq mənasında  inkar 

edib tarixin arxivin

ə  göndərmirik.  Onların  metodoloji  üsulları,  normaları  və 

idraki idealları mürəkkəblik dərəcəsi nisbətən az olan obyektlərin öyrənilməsi 

üçün özl

ərinin qnoseoloji və metodoloji dəyərlərini hələ də qoruyub saxlayır. 

 

ƏDƏBİYYAT 

1.

 



Грушевицкая Т.Г., Садохин А.П. Концепция современного естествознания. М.: 

ЮНИТИ-ДАНА, 2003, 670 с. 

2.

 

Ильин В.В. Философия науки. М.: МГУ, 2003, 360 с. 



3.

 

Кун Т. Структура научных революций. М.: АСТ, 2001, 288 с. 



4.

 

Лакатос  И.  Методология  научно-исследовательских  программ  //  Вопросы 



философии, 1995, №4, 135-155 с. 

5.

 



Лазарев  Т.В.,  Трифонова  М.К.  Структура  познания  и  научная  революция.  М.: 

Высшая школа, 1980, 192 с. 

6.

 

S



əmədova R.M., Məmmədova Ə.B. Sistemli yanaşma və sinergetik paradiqma. Bакı: 

Eлм, 2012, 279 с. 

7.

 

Степин 



В.С. 

Саморазвивающиеся 

системы 

и 

постнеклассическая 



рациональность // Вопросы философии, 2003, №8, 5-17 с. 

8.

 



Степин  В.С.  Научная  рациональность  в  техногенной  культуре:  типы  и 

историческая эволюция // Вопросы философии, 2012, №5, с.18-25. 

9.

 

Степин  В.С.,  Кузнецова  Д.Ф.  Научная  картина  мира  в  кулmтуре  техногенной 



цивилизации. М.: ИФРАН, 1994, 384 с. 

10.


 

Lakatos I. Methodogy of scientific research programmes -  Gretocismand gromth of 

knowledge. Cambridge, 1970, p.92-105. 

 

ОСНОВНЫЕ АСПЕКТЫ ВЗАИМОСВЯЗИ НАУЧНЫХ РЕВОЛЮЦИЙ И  

ТИПОВ РАЦИОНАЛЬНОСТИ 

 

А.Б.МАМЕДОВ, А.А.АЗИЗОВА 

 

РЕЗЮМЕ 



 

Статья  посвящена  одной  из  важнейших  проблем  современной  эпистемологии  – 

анализу взаимно логико-методологических взаимосвязей научных революций и научных 

рациональных  типов.  Для  реализации  поставленной  цели  в  начале  статьи  даны  типы 

научных  революций,  затем  изучена  динамика  научного  рационализма,  и  в  точке 

соприкосновения изучаемых проблем установлена органическая связь между научными 

революциями  и  рациональными  типами.  В  этом  контексте  в  статье  даны  сущность 

классического,  неклассического  и  пост  неклассического  рационализма  и  динамика  его 

развития. 

 

Ключевые  слова:  революция,  научная  картина,  научные  идеалы,  рационализм, 

классический  рационализм,  неклассический  рационализм,  пост  неклассический 

рационализм, синергетика 

 



 

99 


THE MAIN ASPECTS OF MUTUAL RELATIONS OF THE TYPES OF SCIENTIFIC 

REVOLUTIONS AND RATIONALITY 

 

A.B.MAMMADOV, A.A.AZIZOVA 

 

SUMMARY 

 

The presented article is devoted to the important problem of epistemology- logical and 

methodological analyses of the logics of scientific revolution and scientific rationalism and 

their mutual relation. For the realization of the aim, firstly the types of scientific revolutions 

and then the dynamics of scientific rationalism have been learned and the connections between 

scientific revolutions and types of rationalism from the point of view of intersection have been 

discovered as well. In this context,  in the presented article the essence and development 

rationalism of classical, non-classical and post non-classical points have got their expressions. 

 

Key words: revolution, the view of science, the ideals of science, rationalism, classical 

rationalism, non-classical rationalism, post non-classical rationalism, synergetics 



 

 

Yüklə 113,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə