Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml



Yüklə 126,07 Kb.
Pdf görüntüsü
tarix05.04.2018
ölçüsü126,07 Kb.
#35995


 

120 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Sosial-siyasi elml

ər seriyası   

 

2013 

 

 

 

 

İQTİSADİYYAT

 

 

UOT 338.242.4 

 

AZƏRBAYCANDA DÖVLƏT BÜDCƏSİ XƏRCLƏRİNİN İQTİSADİ 



ARTIMA TƏSİR MƏSƏLƏLƏRİ  

 

AĞA-KƏRİM HACIYEV 

AMEA İqtisadiyyat İnstitutu 

a.h.haciyev@gmail.com

 

 

M

əqalədə  Azərbaycanda dövlət büdcəsi xərclərinin  iqtisadi  artıma  təsiri və  onun 

t

əkmilləşdirilməsi istiqamətləri araşdırılır.  

Elmi 

ədəbiyyatda mövcud olan yanaşmalara əsasən dövlət büdcəsi xərclərinin iqtisadi 

artıma  təsir məsələləri,  neft  ixracı  ölkələri  timsalında,  dəqiqləşdirilərək göstərilir ki, dövlət 

büdc

əsi xərclərinin optimal səviyyəsi hər bir ölkənin iqtisadi xüsusiyyətləri nəzərə  alınaraq 



əyyənləşdirilməlidir.  

M

əqalənin sonunda Azərbaycanda büdcə  prosesinin təkmilləşdirilməsi üçün istifadə 

oluna bil

əcək büdcə  qaydaları,  o  cümlədən dövlət büdcəsinə  edilən transfertlərin səviyyəsi 

t

əhlil olunur.  

 

Açar sözl

ər: ÜDMdövlət büdcəsi xərcləriiqtisadi artım, makroiqtisadi sabitlik, dövlət 

büdc


əsi kəsri  

 

Giriş.  Məlumdur  ki,  iqtisadi  artım  və  makroiqtisadi tənzimləmə 

siyas


ətlərində  seçilmiş  hədəf, mexanizm və  istifadə  edilən alətlər ölkədə 

investisiya mühiti v

ə sosial-iqtisadi inkişafın fərqli səviyyələrini təmin edir. Bu 

s

əbəbdən də, istər  inkişaf  etməkdə  olan, istərsə  də  inkişaf  etmiş  ölkələrdə 



yaranmış  konkret  iqtisadi  şəraitdən  asılı  olaraq  makroiqtisadi  siyasətin  əsas 

mexanizm v

ə  alətlərinin istifadə  isriqamətləri ilə  iqtisadi  artımın  sürəti və 

iqtisadiyyatda struktur d

əyişiklikləri  arasında  qarşılıqlı  əlaqələrin təhlili və 

qiym


ətləndirilməsi daima aktuallığını saxlayan tədqiqat məsələlərindəndir.  

İqtisadi nəzəriyyədə istər iqtisadi artım, istərsə də makroiqtisadi stabilləş-

dirm

ə  siyasətlərinin  reallaşdırılmasında  fərqli  yanaşmalar  mövcuddur.  Ən 



ümumi şəkildə onlar aşağıdakı kimi qruplaşdırıla bilər: 

-

 



iqtisadi artım siyasəti: 1) daxili tələbin genişlənməsinə əsaslanan tələb 

iqtisadiy

yatı  variantı;  2)  daxili təklifin  genişlənməsinə  əsaslanan təklif iqtisa-

diyyatı variantı; 


 

121 


-

 

makroiqtisadi stabill



əşdirmə  siyasəti: 1) ortodoksal variant, iqtisadiy-

yatın  stabilləşdirilməsi və  inflyasiyanın  səviyyəsinə  nəzarət  milli  valyutanın 

nominal mübadil

ə  məzənnəsi, faiz dərəcəsi və  büdcə  kəsrinin səviyyələrinin 

t

ənzimlənməsi üzrə; 2) qeyri-ortodoksal variant, stabilləşdirmənin  təmin 



olunması dövlət tərəfindən qiymətlərin və gəlirlərin səviyyəsinə birbaşa və sərt 

n

əzarətin həyata keçirilməsi üzrə; 3) qarışıq  variant, birinci və  ikinci 



variantların eyni zamanda tətbiqi üzrə.  

Elmi 


ədəbiyyatda makroiqtisadi tənzimləmənin iki istiqaməti – pul-kredit 

v

ə büdcə-vergi siyasətlərinin iqtisadi artımın və makroiqtisadi stabilləşdirmə-



nin t

əmin olunmasında əhəmiyyəti üzrə fərqli baxışlar mövcuddur. Lakin əgər 

pul-kredit siyas

əti rejimlərinin iqtisadi artım və makroiqtisadi stabilləşdirmədə 

yeri v

ə təsir istiqamətləri üzrə bir mənalı yanaşma müəyyənləşibsə, büdcə xərc-



l

ərinin səviyyəsi və strukturu üzrə dəyişikliklərin iqtisadi artım və makroiqtisa-

di stabill

əşdimədə yeri və təsiri istiqamətləri üzrə, bu cür birmənalı yanaşma 

mövcud d

eyil. Bu baxımdan da büdcə xərcləri siyasəti, iqtisadi artım və makro-

iqtisadi sabitlik m

əsələlərinin  qarşılıqlı  əlaqələrinin təhlili və  qiymətləndi-

rilm

əsi makroiqtisadi siyasətdə araşdırılan mühüm tədqiqat məsələlərindəndir.  



Az

ərbaycanda  əsaslı  iqtisadi  islahatların  başlandığı  ilk  dövrlərdən 

etibar

ən müxtəlif illərdə  fərqli  iqtisadi  artım  və  stabilləşdirmə  strategiyaları 



reallaşdırılıb.  Belə  ki, 1995-1999-cu illər  –  reallaşdırılan  sərt büdcə  xərcləri 

siyas


əti, 2000-2003-cü illər  –  balanslaşdırılmış  büdcə  xərcləri siyasəti ilə

2004-2008-ci ill

ərdə isə ekspansionist büdcə xərcləri siyasəti ilə əvəzlənib və s. 

Bütün bu siyas

ətlərin  iqtisadi  artıma  təsir istiqamətlərinin qiymətləndiilməsi 

onların  mövcud  nəzəri  yanaşmalar  üzrə  təhlilini və  bu  əsasda, Azərbaycan 

üçün m

əqbul  yanaşma  istiqamətinin müəyyənləşdirilməsini tələb edir. 



M

əqalədə, bu baxımdan, Azərbaycanda büdcə xərcləri siyasəti və iqtisadi artım 

m

əsələlərinin qarşılıqlı əlaqələri araşdırılır. 



Büdc

ə  xərcləri siyasəti,  iqtisadi  artım  və  makroiqtisadi sabitlik. 

İqtisadi  nəzəriyyədə  dövlət xərclərinin  iqtisadi  artıma  təsirinə  iki fərqli 

yanaşma mövcuddur: 1) Keyns nəzəriyyəsinə əsaslanan yanaşmalara müvafiq 

olaraq dövl

ət xərclərinin  artımı  və  məcmu tələbin  genişlənməsinin iqtisadi 

artımı sürətləndirməsi; 2) “yeni klassik” nəzəriyyələrə əsaslanan yanaşmalara 

müvafiq  olaraq  iqtisadi artıma  dövlət xərclərinin səviyyəsindən daha çox, bu 

x

ərclərin strukturu və onun təkmilləşdirilməsinin təsir göstərməsi istiqamətləri.  



Empirik t

ədqiqatlarda dövlət xərclərinin (və  ya dövlətin ölçülərinin) 

iqtisadi  artıma  təsirinin qiymətləndirilməsi məsələlərinə  yanaşmalar  bir  sıra 

nisbi parametrl

ərin - ilk növbədə, büdcə xərclərinin ÜDM-də payı; büdcə sek-

torunda m

əşğul olanların iqtisadiyyatda təmin olunmuş ümumi məşğulluqdakı 

payı; dövlət büdcəsi üzrə həyata keçirilən investisiyaların ümumi investisiya-

lar

dakı payı və s.- qiymətləndirilməsi üzrə aparılır. Araşdırılan əsas suallar sı-



ra

sında isə: a) dövlətin nisbi ölçüləri ilə iqtisadi artım templəri arasında asılı-

lığın mövcudluğu; b) bu asılılığın (əgər mövcuddursa) forma və istiqamətləri; 

c)  iqtisadi  artım  sürətinin dəyişməsi ilə  bu  əlaqələrin xarakterində  baş  verən 




 

122 


d

əyişikliklər;  d)  iqtisadi  artım  sürəti  baxımından  dövlətin optimal ölçülərinin 

mövcudluğu və s. göstərmək olar. Əldə olunmuş nəticələr baxımından empirik 

t

ədqiqatları 3 qismə ayrılır:  



 

büdc



ə  xərclərinin  artım  sürətinin yüksəlməsi  iqtisadi  artımı  zəiflədir 

(başqa sözlə, dövlətin ölçülərinin  artım  sürəti  iqtisadi  artım  templərini 

z

əiflədir);  



 

dövl



ətin ölçüləri ilə  iqtisadi  artım  arasında  dayanıqlı  əlaqə  mövcud 

deyil;  


 

dövl



ətin ölçüləri ilə iqtisadi artım arasında birbaşa və müsbət əlaqələr 

mövcuddur  (başqa  sözlə, dövlətin müxtəlif istiqamətlər üzrə  həyata keçirdiyi 

büdc

ə xərcləri sürətləndikcə iqtisadi artım sürətlənir). 



Dövl

ətin iqtisadiyyatda fəaliyyətinin  miqyasını  xarakterizə  edən  ən 

ümumil

əşdirilmiş  göstərici  -  dövlət büdcəsi vasitəsi ilə  maliyyə  resurslarının 



yenid

ən bölgüsünün miqdarı və ya dövlət büdcəsi xərclərinin ÜDM-də payının 

s

əviyyəsidir. Bu istiqamətdə tədqiqatlar sırasında, ilk növbədə, iqtisadi nəzəriy-



y

ədə “Vaqner qanunu” kimi tanınan, ölkədə adam başına düşən ÜDM-in (milli 

g

əlirin) artım sürəti ilə dövlət büdcəsi xərclərinin artım sürəti arasında asılılığın 



mövcudluğu qanununa əsaslanan araşdırmaları göstərmək lazımdır [1]. Vaqner 

qanununa  müvafiq  olaraq  iqtisadi  artım  büdcə  xərcləri  artımının  sürtlənməsi 

amili  kimi  çıxış  edir  və  iqtisadi  artımın  sürətlənməsi dövlətin ölçülərinin 

artmasını şərtləndirir. Qanun, hal-hazırda, da bir sıra empirik təhlillərin nəticə-

l

əri ilə təsdiqlənir. Mövcud statistik məlumatlar üzrə aparılmış təhlillərə əsasən 



z

əif inkişaf etmiş ölkələrdə dövlət gəlirlərinin ÜDM-də xüsusi çəkisi, orta he-

sab

la, 21,8%; orta inkişaf səviyyəsinə çatmış ölkələrdə 29,8%; yüksək inkişaf 



s

əviyyəsinə  malik ölkələrdə  isə  38,7% (müvafiq olaraq, dövlət xərclərinin 

ÜDM-d

ə payı isə 27,3%; 33,0% və 40,3%) təşkil edir [2]. Aydımdır ki, Vaqner 



qanunu statistik m

əlumatlar üzrə  empirik təsdiqini tapsada, qanun, universal 

xarakter  daşımır  və  mövcud nəzəri  yanaşmalar  baxımından  əsaslandırmaya 

malik deyil.  

Bundan 

əlavə, istənilən ölkədə dövlət xərclərinin yalnız müəyyən həddə 



kimi yüks

əlişi halında qanunauyğunluq öz qüvvəsini saxlayır, bu həddən sonra 

is

ə-  yox. Beləki,  Vaqner  qanunu  formalaşdırılmış  halda  aşağıdakı  qeyri-xətti 



asılılıqla xarakterizə oluna bilər: G=a*(ÜDM)

b

, burada ÜDM-



istehsal olunmuş 

Ümum daxili m

əhsul, G-istehlak olunmuş ÜDM-in tərkibində dövlət xərcləri, a 

v

ə b isə, müvafiq parametrlər olaraq, a>0, b>1 şərtlərini ödəyir. Parbola şəkilli 



əyri onu ifadə  edirki, sürətlənən dövlət xərclərinin  artımının  müəyyən 

h

əddindən sonra istehsal olunmuş ÜDM bütünlükdə dövlət sektoru tərəfindən 



istehlek lunmalıdır). 

Qanunun t

ətbiqinin məhdudluğu  bir  sıra  tədqiqatlarda da qeyd olunur. 

Bel


ə ki, [3,4] göstərilir ki, iqtisadi baxımdan yüksək inkişaf səviyyəsinə malik 

ölk


ələrdə  belə  qanununa  uyğunluq  müşahidə  olunmur,  yalnız  zəif  inkişafa 

malik ölk

ələrdə  o,  öz  doğruluğunu  saxlayır.  Bu cür məhdudiyyətin mövcud-



 

123 


luğunu, ilk dəfə,  Riçard Army (Richard Armey) və  Riçard Rana  (Richard 

Rahn) mü


əyyənləşdirib. Onlar göstərib ki, həqiqətən iqtisadi artım templəri ilə 

büdc


ə xərclərinin ÜDM-də payının artımı arasında parabolik (əksinə çevrilmiş 

U  şəkilli  asılılıq)  mövcuddur  və  müəyyən “təpə” nöqtəsindən sonra dövlət 

x

ərclərinin artımı iqtisadi artıma mənfi təsir göstərir.  



Uzun ill

ər müxtəlif ölkələrin statistik məlumatları üzrə dövlət xərclərinin 

iqtisadi artıma təsirinin ən səmərəli səviyyəsini Djerald Skalli (Gerald Scully), 

Armi-Rani 

əyrisi üzrə  23% səviyyəsində  müəyyənləşdirib.  Bu  nöqtə  elmi 

ədəbiyyatda, hal-hazırda da, Skalli əyrisi adlanır [5].  

Az

ərbaycanda  iqtisadi  artımın  bərpasının  ilk  illəri, 1996-cı  ilin  ikinci 



yarısı  və  1997-ci ilin  əvvəllərindən etibarən, ÜDM-in  artım  sürəti ilə  büdcə 

x

ərclərinin artım sürəti arasında asılılıq müşahidə olunur (şək.). Belə ki, 1997-



2004-cü ill

ər, ÜDM-in zəif  artım  sürəti  şəraitində, dövlət büdcəsi xərclərinin 

ÜDM-d

ə  payı,  orta  hesabla  16,7%;  2006-2012-ci illər,  ÜDMin  artımının 



sür

ətləndiyi illərdə isə - 27,4% təşkil etmişdir. 



 

Şək. Dövlət büdcəsi xərclərinin ÜDM-də payı 

 

Əgər  Skalli  yanaşması  baxımında  bu  səviyyə  qiymətləndirilərsə, bu 



halda, Az

ərbaycanda, dövlət büdcəsi xərclərinin  iqtisadi  artıma  müsbət 

t

əsirinin səmərəli həddini ötdüyünü qeyd etmək olar. Lakin, ümumilikdə götür-



dükd

ə, retrospektiv təhlillərə əsaslanaraq, iqtisadi artımın mümkün istiqamət-

l

əri və tənzimləmə mexanizmlərinin mahiyyəti araşdırılmadan, dövlət büdcəsi 



x

ərcləri səviyyəsinin qiymətləndirilməsi, büdcə xərclərinin srtukturunun nəzərə 

alınma zəruriliyini itirir. Bu isə alınmış nəticələrin praktiki istifadə baxımından 

əhəmiyyətini  azaldır.  Başqa  sözlə,  bu  yanaşmalarda  ölkədə  iqtisadi  artımın 

sür

ətlənməsi ilə  büdcə  xərcləri siyasətinin keyfiyyətinin və  büdcə  xərclərinin 



s

əmərəliliyinin yüksəlməsi, daha məsuliyyətli büdcə  xərcləri siyasətinin 

reallaşdırılıb-reallaşdırılmaması sualı açıq saxlanır. Bu səbədəndə, digər qrup 

  

   

18,

6

15,

4

17,

3

16,

2

15,

2

15,

4

17,

3

17,

6

17,

1

20,

2

21,

5

26,

8

30,

4

28,

3

30,

8

33,

6

0

10000

20000

30000

40000

50000

60000

1997

1998

1999

2000

2001

2002

2003

2004

2005

2006

2007

2008

2009

2010

2011

2012

0,00

5,00

10,00

15,00

20,00

25,00

30,00

35,00

40,00

ÜDM (mln.manatla)

Dövlət büdcəsinin xərcləri (mln.manatla)

Dövlət büdcəsinin xərclərinin ÜDM-də payı(%-lə)



 

124 


t

ədqiqatlarda  [5], hər bir ölkənin  yalnız  özünə  məxsus “Skalli nöqtəsi” 

əyyənləşdirilməsi zəruriliyi göstərilir.  



Bundan 

əlavə, dövlət xərclərinin optimal səviyyəsi, heç də bu xərclərin 

minimum s

əviyyəsi və  ya gəlirlərin sürətli  artımına  müvafiq  olaraq  xərclərin 

sür

ətli artırılmasının zəruriliyi anlamına gəlmir (baxmayaraq ki, birinci halda, 



iqtisadiyyatda vergi yükünün daha kiçik s

əviyyəsi, ikinci halda isə, daxili 

t

ələbin  genişlənməsi, və  deməli iqtisadi fəaliyyət  üçün  daha  münbit  şərait 



t

əmin olunur). Ölkədə, istər real, mövcud maliyyə  vəziyyətindən  çıxış 

etm

əyərək dövlət xərclərinin yüksəlməsi, istərsə  də  iqtisadi  inkişafda  xüsusi 



əhəmiyyətə  malik istiqamətlərin tələb olunan səviyyədən az maliyyələşdiril-

m

əsi, orta müddətli perspektivdə  iqtisadi  artıma  mənfi təsir göstərən 



amill

ərdəndir. Bu səbəbdən də, hər bir ölkədə yaranmış konkret iqtisadi şərait 

v

ə  perspektiv  inkişaf  meylləri ÜDM-də  dövlət xərclərinin  payının  optimal 



s

əviyyəsini müəyyənləşdirir. 

Son iki onillikd

ə  MDB məkanı  bir  sıra  tədqiqatçıların  araşdırmalarında 

(ondan 

əvvəlki illərdə isə, bir sıra beynəlxalq elm mərkəzlərində aparılan tədqi-



qatlarda) dövl

ətin ölçülərinin iqtisadi artıma təsiri, o cümlədən, büdcə xərcləri-

nin artımı ilə iqtisadi artım arasında qarşılıqlı əlaqələrinin qiymətləndirilməsinə 

k

əskin fərqli yanaşmalar mövcud olub. Beləki, bir qrup tədqiqatlarda (2), döv-



l

ətin ölçülərinin iqtisadi artıma mənfi təsiri; digər qrup tədqiqatlarda isə dövlə-

tin ölçül

ərinin optimal səviyyəsi və onun azalması zəruriliyi göstərilir. Belə ki: 

-

 

iqtisadi artım templəri və dövlətin ölçüləri arasında statistik əlaqələrin 



qurulması  və  müxtəlif qrup ölkələr üçün bu ölçülərin minimum, maksimum, 

optimal, izafi böyük v

ə izafi kiçik səviyyələrinin müəyyənləşdirilməsi üzrə ən 

qabarıq  tədqiqatlar  aparılıb.  İllarionovun  fikirlərinə  əsasən  iqtisadi  artım 

templ

əri birbaşa olaraq dövlət xərclərinin səviyyəsindən asılıdır və bu xərcləri-



nin s

əviyyəsi artdıqca iqtisadi artım templəri azalır. Onun İqtisadi Əməkdaşlıq 

v

ə  İnkişaf  Təşkilatı  (İƏİT)  ölkələri  timsalında,  40  illik  statistik  baza  üzrə 



apardığı  təhlillər göstərir ki, dövlət xərclərinin ÜDM-də  payının  1%  artması, 

iqtisadi artım templərini 0,1% azaldır. Dövlət xərcləri ilə iqtisadi artım arasında 

formalaşdırılmış  qeyri-xətti reqressiya modelinə  müvafiq olaraq, 2000-ci ilin 

əvvəllərinə, bu ölkələr üçün dövlətin optimal ölçüləri aşağıdakı kimi müəyyən-

l

əşdirilmişdir: zəif inkişaf etmiş ölkələrdə dövlətin ölçülərinin ÜDM-də payı, 



t

əqribən 15%; orta inkişaf səviyyəli ölkələr üçün 17%; yüksək inkişaf səviyyəli 

ölk

ələr üçün isə  24% təşkil  edir  (  Rusiya  üçün  aparılmış  hesablamaların 



n

əticələri göstərir ki, dövlət xərclərinin böhran həddi ÜDM-in 36-38%-i 

s

əviyyəsindədir və bu həddən sonra iqtisadi artımın dayanıqlığı pozulur).  



-

 

Zadornov, dövl



ət xərcləri ilə  iqtisadi  artım  arasında  müsbət  asılılığın 

mövcudluğunu  göstərir. Aparılmış  araşdırmaların  nəticələrinə  müvafiq olaraq 

dövl

ət xərcləri,  iqtisadi  artımın  təmin  olunması  məqsədi ilə, özəl sektor və 



biznesin  inkişafı  üçün  şəraitin  yaradılması,  iqtisadiyyatda  daxili  tələbin və 

istehsalın genişlənməsinin stimullaşdırılması üçün şəraitin yaradılmasını təmin 

etm

əlidir. Dövlət xərcləri, makroiqtisadi vəziyyətdən  asılı  olaraq,  sənaye və 




 

125 


ümumiyy

ətlə  iqtisadiyyatda məhsuldarlığın  yüksəldilməsi üçün istifadə 

olunduqda iqtisadi artım bir mənalı sürətlənir. 

Lakin ist

ər birinci qrup, istərsə də ikinci qrup yanaşmalar əsasında büdcə 

x

ərcləri siyasətinin səviyyəsi və  strukturunun təkmillədirilməsi istiqamətləri 



müzakir

ə  predmeti  olmadığından,  onların  praktiki  istifadə  imkanları 

m

əhdudlaşır. 



Bir sıra tədqiqatlarda uzun illər büdcə xərcləri ilə iqtisadi artım arasında 

əlaqələrin öyrənilməsi və  qiymətləndirilməsi məqsədi ilə  mürəkkəb statistik 

modell

ərin əsasında aparılır. Lakin bu modellərin strukturu mürəkkəbləşdikcə, 



onlarda olan qüsurlar v

ə qeyri-dəqiqlik də artır. Bu modellərin əsasını, dövlətin 

t

əsir edə bildiyi faktorlarla (idarəedici parametrlərlə), son nəticələri müəyyən-



l

əşdirən parametrlər  arasında  əlaqələrin  qurulması  təşkil  edir.  Müxtəlif 

ssenaril

ər üzrə fiskal siyasətin formalaşdırılması sxemi qiymətləndirilir. Lakin 

ist

ənilən halda qurulan model müəyyən iqtisadi nəzəriyyənin müddəalarına 



söyk

ənməlidir.  Bu  baxımdan  da,  kəmiyyət xarakterli ekonometrik modellər 

ayrı-ayrı nəzəriyyələrin praktiki əhəmiyyətinin qiymətləndirilməsi baxımından 

maraq doğura bilər. 

Bel

əliklə, istər müxtəlif ölkələrin müqayisəsi əsasında, istərsə də ayrıca 



götürülmüş  bir  ölkənin retrospektiv məlumatlarının  təhlili  əsasında  dövlət 

x

ərclərinin ÜDM-də  payının  dəyişmələrinin ÜDM-in  yaxın  və  orta müddətli 



perspektiv

ə  dinamikasına  təsirinin qiymətləndirilməsi  üçün bu ölkələrdə 

formalaşmış iqtisadi şərait mütləq nəzərə alınmalıdır - büdcə xərcləri, bir qayda 

olaraq, f

ərqli iqtisadi inkişaf səviyyəsinə və iqtisadiyyatının fərqli strukturuna 

malik ölk

ələrdə fərqli səviyyə və bölgü strukturuna malik olur . Bu baxımdan 

da, inkişaf etmiş bazar iqtisadiyyatlı ölkələr (ilk növbədə, bank sistemi və fond 

bazarlarının yüksək inkişaf səviyyəsinə çatmış ölkələr); ixrac strukturunda təbii 

resursların, o cümlədən enerji resurslarının payı az olan ölkələr; iqtisadiyyatın-

da yüks

ək diversifikasiyaya, yüksək və  dayanıqlı  iqtisadi  artıma  malik  olan 



ölk

ələr ilə inkişaf etməkdə olan və ixracının əsasını enerjidaşıyıcılar təşkil edən 

ölk

ələr fərqləndirilməli, müqaisə  və  qiymətləndirilmələr eyni qrupa daxil 



ölk

ələr üzrə aparılmalıdır. Məsələn, iqtisadiyyatının əsasını enerji daşıyıcıların 

ixracı təşkil edən inkişaf etməkdə olan ölkələrdə ekspansionist büdcə siyasəti 

reallaşdırıldığı  və  bu ölkələrin büdcə  xərcləri  strukturunda  geniş  manevr 

imkanları  olduğu  halda,  iqtisadi  artımı  enerjidaşıyıcıların  idxalına  əsaslanan 

ölk


ələrdə  büdcə  xərcləri  strukturunda  manevr  imkanları  məhdud olur. Bu 

baxımdan  da  hər  bir  konkret  baxılan  ölkədə  mövcud  iqtisadi  şəraitdən  asılı 

olaraq dövl

ət xərclərinin məqbul səviyyəsi və  strukturu müəyyənləşdirilir  və 

ist

ənilən halda, büdcə  siyasətində  daynıqlığın  təmin  olunması  orta  müddətli 



perspektivin 

əsas məslələrindən biri kimi çıxış edir. 



Enerji daşıyıcıların ixracına əsaslanan iqtisadiyyatlarda büdcə siyasəti-

nin 

əsas məsələləri. İqtisadiyyatın əsasını təbii ehtiyatların istehsalı və ixracı 

t

əşkil  edən bütün ölkələrdə  qısa  və  orta müddətli perspektivə  dövlət büdcəsi 



x

ərcləri siyasətinin  formalaşması  bir  sıra  başlanğıc  şərtlərlə  məhdudlanır.  Bu 




 

126 


şərtlər  sırasına,  ilk  növbədə: 1) bərpa  olunmayan  ehtiyatların  istismarı 

(istehsalı) müddətinin məhdudluğu və bu səbəbdən, baxılan sahədən büdcəyə 

stabil daxilolma müdd

ətlərinin məhdudluğu (adətən təbii ehtiyatların istehsalı 

v

ə ixracı müddəti, müxtəlif ölkələrdə bir neçə və hətta, bir onilliklə məhdudla-



na bil

ər); 2) iqtisadiyyatda gəlirlərin, o cümlədən, büdcə  gəlirlərinin dünya 

bazarlarındakı  konyukturadan  asılılığı  daxildir.  Belə  ki, bu ölkələrdə  büdcə 

daxil


olmaları xərcləri dövrü olaraq bazar konyukturası təzyiqləri ilə üzləşdiyin-

d

ən, büdcə gəlirlərində yaranan sapmaların büdcə xərcləri səviyyəsi və struk-



turu üçün yaratdığı qeyri-müəyyənliklər dövlət maliyyəsinin idarə olunmasının 

əsas problemlərindən birinə çevrilir.  

Dünya  bazarlarında  konyukturanın  kəskin dəyişməsi  neft  ixracı  ölkələ-

rind


ə  büdcə  xərcləri  kanalı  üzrə  iqtisadi subyektlərin gəlirlərinə  əhəmiyyətli 

t

əsir göstərir və  büdcə  xərclərində  yarana biləcək dövrlük ölkədə  dayanıqsız 



iqtisadi  artımı  müəyyənləşdirə  bilər. Budan əlavə, neft-qaz sektoru təkcə 

makroiqtisadi göst

əricilərin (ÜDM, dövlət büdcəsi gəlirləri və s.) formalaşma-

sında deyil, eyni zamanda iqtisadiyyatın həm real, həm də maliyyə sektorunun 

ayrı-ayrı  sahələrinin gəlirlərinin  formalaşmasında  iştirak  edir.  Azərbaycanda 

2000-2012-ci ill

ər ərzində, orta hesabla, neft-qaz sektorunun ümumi buraxılı-

şında  aralıq  istehlakın  payı  7-12% səviyyəsində  olub.  İqtisadiyyatın  digər 

sah

ələrinə  ödənişlərin bu cür yüksək həddi  şəraitində, neft-qaz sektorunda 



ümu

mi  buraxılış  səviyyəsinin dəyişməsi,  birbaşa  olaraq  ölkə  iqtisadiyyatının 

dig

ər sahələrinin gəlirlik, və  müvafiq olaraq büdcə  daxilolmalarının  səviyyə-



l

ərində dəyişikliklərlə əlaqədardır. Bundan əlavə, neft-qaz sektorunun bank və 

sığorta sahələrində əməliyyatları maliyyə sektorunun fəaliyyətinə əhəmiyyətli 

d

ərəcədə təsir göstərir. Bütün bu səbəblərdən də orta müddətli perspektivə döv-



l

ət büdcəsinin təbii ehtiyatların istehsalı və bazar konyukturasından asılılığının 

aradan  qaldırılması  həmin ölkələrdə  iqtisadi siyasətinin  əsas məsələlərindən 

birin


ə çevrilir.  

Az

ərbaycanda 2000-ci illərin  ortalarından  başlayaraq dövlət büdcəsi 



x

ərclərinin neft gəlirlərindən  asılılığı  sürətlə  artmağa  başlayıb.  Bu  asılılıq  iki 

istiqam

ət üzrə  müəyyənləşir:  1)  ARDNF-dən edilən və  illər üzrə  artan 



transfertl

ər; 2) neft-qaz  sektorunun  birbaşa  və  dolayı  vergiləri. 2012-ci ilin 

yeku

nları üzrə büdcə daxilolmalarının 75%-ni neft sektorundan daxil olmalar 



y

əşkil edir (beləki, ARDNF-in birbaşa transferləri – 50%; vergi və digər daxil-

olmalar – 25%. T

əbii ki, dövlət büdcəsinin neft gəlirlərindən bu dərəcədə yük-

s

ək asılılığı, orta müddətli perspektivə, ölkədə iqtisadi artım və makroiqtisadi 



sabitlik üçün ciddi riskl

ər  yaradır.  Problemin  həlli və  səmərəli büdcə  siyasə-

tinin formalaşdırılması aşağıdakı qarşılıqlı əlaqəli məsələlərin həlli ilə bağlıdır: 

1)

 



orta müdd

ətli perspektivə zəruri büdcə öhdəliklərinin ödənilməsi və 

büdc

ə xərcləri səviyyəsində dayanıqlığının təmin olunması; 



2)

 

maliyy



ə  bazarında  tənzimlənən  əsas makroiqtisadi parametrlərin  – 

inflyasiya,  manatın  nominal  mübadilə  məzənnəsi, faiz dərəcəsi və 

dövl

ət borcu səviyyələrində  yarana  biləcək kəskin meyllərin 




 

127 


qarşısının alınması; 

3)

 



dövl

ət büdcəsinin neft-qaz gəlirlərindən  asılılıq  səviyyəsinin dəqiq 

qiym

ətləndirilməsi;  



4)

 

neft-qaz g



əlirlərindən  asılılığı  azalda  biləcək büdcə  xərcləri siyasəti 

metodologiyasının hazırlanması. 

Elmi 

ədəbiyyatda  neft  ixracı  ölkələrində  dövlət büdcəsi xərclərinin 



forma

laşmasına  ən ümumiləşdirilmiş  yanaşma,  bütün  istehsal  dövrü  ərzində 

yaradılan  neft  gəlirlərinin illər üzrə  bərabər bölgüsünü nəzərdə  tutur (yəni, 

neft-


qaz istehsalı və qiymətlərin yüksək səviyyələri şəraitində gəlirlərə qənaət 

olun


ması və istehsalın azalması və qiymətlərin aşağı səviyyələri şəraitində on-

ların istifadə edilməsi). Bu yanaşma, dövlətin orta müddətli perspektivə büdcə 

öhd

əliklərinin  ardıcıl  olaraq  yüksəlişi  şəraitində, xüsusi aktuallığa  malikdir. 



Bel

ə  ki, Azərbaycan  şəraitində  həyat səviyyəsi göstəriciləri üzrə  (minimum 

əmək haqqı, yaşayış minimumu, əmək pensiyaları, sosial ödəniş səviyyələri və 

s. üzr


ə) müəyyənləşdirilmiş konseptual inkişaf meylləri və onların ardıcıl yük-

s

əlişi üzrə müəyyənləşirilmiş meyllər, yaranacaq öhdəliklərin yerinə yetirilməsi 



üçün neft g

əlirlərinin və  büdcə  xərclərinin idarə  olunmasına  daha  əsaslı 

yanaşmanın müəyyənləşdirilməsini zəruri edir.  

Dövl


ət büdcəsi xərclərinin dayanıqlı artımı, dövlət büdcəsində gəlirlərin 

dayanıqlı  artımını,  gəlir və  xərclərin uzunmüddətli  tarazlığının  təmin 

olunmasını  tələb edir. Təbii ki, dövlət büdcəsi gəlirlərinin həlledici dərəcədə 

neft g


əlirlərindən asılılığı dövlət büdcəsində tsiklik meylləri müəyyənləşdirir. 

Bir  sıra  zəif  və  orta  inkişaf  səviyyəsinə  malik ölkələrdə  məhz tsiklə  uyğun 

büdc

ə siyasəti, inkişaf etmiş ölkələrdə isə tsiklə əks (və ya anti-tsiklik) büdcə 



siyas

əti  reallaşdırılır.  Neft-qaz  ixracı  ölkələrinin təcrübəsi göstərir ki, büdcə 

qaydaları fərqli prinsiplərə əsaslana bilər. Belə ki: 

-

 



neft-qaz g

əlirlərinin stabil pay hissəsinin istifadəsi qaydası. Bu prinsipə 

müvafiq olaraq, neft g

əlirlərinin büdcəyə transfert olunan hissəsi qeyri-neft və 

ya ümumi ÜDM-in stabil faizi nisb

ətində  müəyyənləşir.  Büdcə  tarazlığının 

qo

runmasının mühüm şərti kimi neft gəlirlərinin yalnız bir hissəsinin istifadəsi 



çıxış  edir.  Müəyyən dövrdən sonra, neft gəlirlərinin  azalması  ilə, qeyri-neft 

ÜDM-in ümumi ÜDM-d

ə  payı  artır.  Bu  istiqamətdə  aparılmış  hesablamalar 

göst


ərir ki, neft gəlirlərinin dövlət büdcəsinə  transfertinin optimal səviyyəsi 

ümumi  neft  daxilolmalarında  yaranan  gəlirlərin  diskontlaşdırılmış  payı 

s

əviyyəsindədir. 



Neft g

əlirlərindən sabiq pay nisbətinin istifadəsi  bir  sıra  neft  ixracı 

ölk

ələrində (məsələn, Qazaxstanda) tətbiq olunur. Bu ölkələrdə: 1) bütün neft 



g

əlirləri yığım fondunda toplanaraq, büdcə xərclərinin sərt müəyyənləşdirilmiş 

hiss

əsinin maliyyələşdirilməsində  istifadə  olunur; 2) qəbul  olunmuş  inkişaf 



konsepsiyasına  müvafiq  olaraq  orta  müddətli perspektivə, büdcə  kəsrinin 

t

ədrici azalması şəraitində, büdcə xərclərinin artım tempi ilə nominal ÜDM-in 



artım  templəri  tarazlaşdırılır  (məsələn, Qazaxstanda neft fondundan təmin 

olunan transfertl

ərin səviyyəsi büdcə kəsrinin ÜDM-də maliyyələşdirilən 3-4% 



 

128 


s

əviyyəsinin, 2-3%-ə qədər endirilməsini nəzərdə tutur). 

-

 

neft-qaz g



əlirlərinin tam qorunması prinsipi. Bu prinsipə müvafiq ola-

raq dövl


ət büdcəsinin qeyri-neft kəsri toplanmış neft vəsaitlərinin təmin etdiyi 

real g


əlirin səviyyəsini  aşmamalıdır.  Başqa  sözlə, bu prinsip neft gəlirlərinin 

tam h


əcmdə  toplanması  və  qorunmasına  əsaslanır  və  təmin olunacaq neft 

g

əlirlərinin ümumi həcminin qiymətləndirilməsini tələb etmir. 



Göst

ərilən prinsipin istifadə olunduğu ölkələr sırasında Norveçi qeyd et-

m

ək olar. Bu ölkənin istifadə etdiyi büdcə xərcləri strategiyasına müvafiq ola-



raq dövl

ət büdcəsinin qeyri-neft kəsri ölkənin neft fondunda toplanmış aktiv-

l

ərin 4% həcmini (və  ya maliyyə  bazarlarında  mövcud  olan  LİBOR 



s

əviyyəsini) aşmamalıdır.  

-

 

 orta qiym



ət prinsipi (və ya büdcənin struktur tarazlıq prinsipi). Dünya 

t

əcrübəsində büdcənin struktur tarazlığı, iqtisadi tsikllərin təsiri amilindən asılı 



olmayan büdc

ə xərcləri siyasətinin formalaşdırılması qaydası kimi qiymətlən-

dirilir.  

 Dövl


ət büdcəsində  struktur  balansın  formalaşması  konsepsiyasına 

müvafiq olaraq dövl

ət büdcəsinin xərcləri dövlət gəlirlərinin o səviyyəsində 

plan


laşdırılır  ki,  həmin səviyyəyə  ÜDM-in konyuktura ilə  müəyyənləşən 

d

əyişiklikləri təsir edə  bilmir.  Başqa  sözlə, ÜDM-in tsiklinə  müvafiq olaraq 



artan g

əlirlər müvafiq stabilləşdirmə  fondunda anti-tsiklik məqsədlər üçün 

c

əmlənir. Bu zaman, büdcə qaydalarında gələcək öhdəliklərin icrası ilə bağlı, 



qanunvericilikl

ə  müəyyənləşən səviyyədə  büdcə  profisiti müəyyənləşə  bilər 

(m

əsələn, Çili təcrübəsində bu, 0,5-1% səviyyəsindədir) və büdcə kəsri yalnız 



müst

əsna hallarda müəyyənləşmiş həddi aşa bilər.  

Bu cür t

əcrübələr göstərir ki, büdcə  xərcləri siyasətinin  reallaşdırılma-

sında  büdcə  qaydaları  xüsusi  əhəmiyyətə  malikdir, dəqiq müəyyənləşdirilmiş 

qaydaların olmaması dövlət maliyyəsinin dayanıqsızlığına gətirir və büdcə qay-

daları mütləq əks tsiklik xarakter daşımalıdır. Labüd ki, bu tip konsepsiyaların 

Az

ərbaycanda  reallaşdırılması,  ölkədə  müvafiq  institusional  strukturların 



yaradılmasını, büdcə prosesinin onun tələblərinə uyğun müəyyənləşdirilməsini, 

büdc


ə  parametrlərinin hesablama  metodologiyasının  hazırlanmasını,  proqnoz-

ların  müstəqil mütəxəssislər tərəfindən  aparılmasını  və  digər zəruri 

elementl

ərin mövcudluğunu tələb edir. 



 

ƏDƏBİYYAT 

1.

 



Балацкий  Е.В.  Закон  Вагнера,  кривая  Армии-Рана  и  парaдокс  бережливости  // 

«Обшество и экономика», №9, 2010, с.80-97. 

2.

 

Илларионов  А.,  Пиваварова  Н.  Размеры  государства  и  экономический  рост  // 



«Вопросы Экономики», №9, 2002, c.18-36.  

3.

 



Durevall D., Henrekson M. The Futile Quest for a Grand Explanation of  Long-Run 

Government Expenditure// Research Institute of Industrial Economics, IFN Working 

Paper, 

№818, 2010. 



4.

 

Mitchell D. The Impact of Government Spending on Economic Growth/ Heritage 



Foundation, 2005 (

http://www.heritage.org/Research/Reports/2005/03/The-Impact-of-




 

129 


Government-Spending-on-Economic-Growth

). 


5.

 

Hunter L.A. The Leviathan Project/ The Institute for Social Choice and Individual, 



Values, 2008 (

http://www.socialsecurityinstitute.com/uploads/File/The-Leviathan-Project-

Web.pdf

). 


 

ЗАДАЧИ ОЦЕНКИ ВЛИЯНИЯ РАСХОДОВ ГОСУДАРСТВЕННОГО БЮДЖЕТА 

НА ЭКОНОМИЧЕСКИЙ РОСТ В АЗЕРБАЙДЖАНЕ 

 

АГА-КЕРИМ ГАДЖИЕВ 

 

РЕЗЮМЕ 

 

В  статье  исследуются  вопросы  влияния  расходов  государственного  бюджета  на 

экономический рост и направления их совершенствования в Азербайджане.  

На базе анализа существующих подходов в научной литературе, по влиянию го-

сударственных  расходов  на  темпы  экономического  роста,  для  нефте-экспортирующих 

стран  конкретизируется  задача  определения  оптимального  уровня  государственных 

расходов и указывается, что данный уровень для каждой страны зависит от структурных 

особенностей экономики.  

В конце статьи приводятся возможные направления совершенствования бюджет-

ных  правил  в  Азербайджане,  включающие  оценку  трансфертов  в  государственный 

бюджет.  

 

Ключевые  слова:  ВВП,  расходы  государственного  бюджета,  экономический 

рост, макроэкономическая стабильность, дефицит государственного бюджета 

 

THE TASKS ASSESSING THE IMPACT OF STATE BUDGET ALLOCATIONS FOR 

ECONOMIC GROWTH IN AZERBAIJAN 

 

AGA-KARIM HAJIYEV 

 

SUMMARY 

 

The article studies the influence of questions of state budget expenditures on economic 

growth and the direction of improvement in Azerbaijan. 

Based on the analysis of existing approaches in the literature, the impacts of state 

spendings on economic growth are assessed on the sample of oil-exporting countries and it is 

concretized that the problem of determining the optimal level of public spendings must be 

defined due to structural characteristics of the economy of each country. 

İn  conclusion,  possible  directions  of  improvement  of  the  budget  rules  in  Azerbaijan, 

including the assessment of transfers to the state budget are analyzed. 

 

Key words: GDP, expenditures of the state budget, economic growth, macroeconomic 

stability, state budget deficit 



 

 

 

 

 

Yüklə 126,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə