128
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Sosial-
siyasi elmlər seriyası
2012
PSİXOLOGİYA
UOT 159.9: 316.37
STRESS VƏ ŞƏXSİYYƏTLƏRARASI MÜNAQİŞƏLƏRİN
HƏRBÇİLƏRİN PSİXİ SAĞLAMLIĞINA TƏSİRİ
E.İ.ŞƏFİYEVA
Bakı Dövlət Universiteti
shafiyeva@mail.ru
Məqalədə hərbçilərin psixi sağlamlığına mənfi təsir göstərən amillər araşdırılmışdır.
Burada
hərbçilərin xidməti fəaliyyətinin stressogen amillərin təsiri altında keçməsi, şəxsiyyət-
lərarası münasibətlərin xüsusiyyətləri və hərbi kollektivlərdə münaqişələr təhlil edilmişdir.
Həmçinin məqalədə hərbi kollektivlərdə sağlam iqlimin qorunub saxlanılması üçün psixopro-
filaktik tədbirlər verilmişdir.
Açar sözlər: hərbçilərin psixi sağlamlığı, hərbi kollektivdə stress, hərbçilərin şəxsiy-
yətlərarası münasibətləri, hərbi kollektivlərdə şəxsiyyətlərarası münaqişələr, hərbi kollektiv-
lərdə münaqişələrin psixoprofilaktikası
Hərbçilərin psixi sağlamlığının əsasını sosial davranış, əmək fəaliyyətinin
məhsuldarlığı, şəxsiyyətlərarası münasibətlər, şəxsi sərvət meylləri, yaradıcılıq,
mövcud mənəvi, intellektual və iradi imkanların həyata keçirilməsi, şəxsiyyətin
təkamülü təşkil edir. Məlumdur ki, Ümumdünya Səhiyyə Təşkilatı sağlamlıq an-
layışını belə açıqlamışdır: «Sağlamlıq təkcə xəstəliyin və ya fiziki qüsurun ol-
maması deyil, bu həm də fiziki, psixi və sosial uğurlu fəaliyyət deməkdir» (7).
Son dövrlər cəmiyyətdə gedən sosial, siyasi, iqtisadi, ekoloji dəyişiklik-
lər insanların psixi sağlamlığına təsir etmişdir. Psixi pozulmaların profilak-
tikası məqsədilə yeni tədbirlər planı hazırlanmışdır və 2015 ilədək onun real-
laşması nəzərdə tutulmuşdur (8).
Hərbçilərin psixi sağlamlığının keyfiyyəti onların fərdi psixoloji xüsu-
siyyətlərinin və orqanizmlərinin daxili vəziyyətlərinin cəmi ilə təyin olunur.
Başqa sözlə, bioloji, psixoloji və sosial – mühit amillərinin qarşılıqlı təsiri psi-
xi sa
ğlamlığın əsasını təşkil edir (irsi əlamətlər, tərbiyə şəraiti, hərbi hazırlığın
keyfiyyəti, xarakter tipi, vərdişlər, döyüşlərdə stressi yaşama bacarığı, psixi
zədələr və s.).
129
Hərbçi hazırlığı prosesi Azərbaycan Respublikası Silahlı Qüvvələrin İn-
tiz
am və Daxili Xidmət Nizamnamələri çərçivəsində aparıldığından onlarda
müəyyən fiziki və psixi çətinliklərlə müşayiət olunur. Başqa sözlə, bu zaman
həyat ritmi dəyişir, ailə və evdən ayrılma, nizamnamə qaydalarına tabe olma,
yük
sək məsuliyyət hissi, məişətdə müəyyən narahatlıqlar, yeni coğrafi iqlim
və ağır təlim şəraitində fəaliyyət göstərmə (qapalı mühitdə işləmə, küy, vib-
rasiya, elektromaqnit şüalanma, əməliyyat fəaliyyəti, və s.) müşahidə olunur.
Hərbçilərin psixi sağlamlığını şərtləndirən əsas amillər sırasına sosial-iq-
tisadi şəraitin pisləşməsi, həyat səviyyəsinin aşağı enməsi, stressogen amillərin
artması, milli və etnik münaqişələr, lokal müharibələr daxildir. Nəticədə
bunlar hərbçinin psixi sağlamlığına pis təsir göstərir, yəni onların davranışında
kobudluq, öz şəxsi məqsədlərini güdmə, mənəviyyatsızlıq, nizamnaməyə
cavab verməyən şəxsiyyətlərarası münasibətlər, aqressivlik, depressiya halları
və zərərli maddələrdən sui-istifadə artır (6, 197).
N.A.Əliyev, S.S.Gözəlov qeyd edirlər ki, adətən hərbçilərdə «qorxu və
hay-
küy kimi emosional reaksiyalar əsasən real təhlükə şəraitində meydana
çıxır, çalışmaq lazımdır ki, bir hay-küyçü başqasına təsir edə bilməsin. Böyük
Vətən müharibəsinin tarixi göstərir ki, hərbi kollektivlərin, bölmələrin, hərbi
hissələrin təşkilatçılığının bu cəhətdən möhkəm, sarsılmaz olması, hay-
küyçylərin tez aradan götürülməsi nəticəsində qarşıya qoyulmuş tapşırıq tez
yerinə yetirilir» (1, 60)
Döyüş zamanı hərbçiyə digər sosial-psixoloji amillər də təsir edir: əsgə-
rin davranışına onun milli və dini mənsubiyyəti, kiçik və böyük qrup tərki-
bind
ə olması, mənəvi gücü, tənha aparılan kəşfiyyat və s.
Barabanşikov A.B. psixologiyanın ordu üçün vacibliyini qeyd edərkən
Uxaç-Oqoroviçin (1911) “H
ərbi psixologiya” kitabına istinadən yazır: “Hərb
s
ənətində uğurun dörddə üç hissəsi mənəvi gücdən və ancaq dörddə bir hissəsi
döyüşə lazım olan maddi vasitələrdən asılıdır» (5).
Əsgərə lazım olan keyfiyyəti aşılayarkən (cəsarət, qətiyyətlilik, bir-biri-
n
ə qarşı dözümlülük və s.) birgə fəaliyyət zamanı hətta əvvəllər qorxaq olan
əsgər də o biri yoldaşlarına baxıb cəsarətlənəcək və nümunəvi davranışlı hərb-
çiy
ə çevriləcək. Belə hərbi kollektivlərdə qarşılıqlı münaqişələr az olur və tez
d
ə çözülür. Hələ Əmir Teymur vəsiyyətlərində yazırdı: «Səltənət işlərində,
h
ərbi qulluqçularla, rəiyyətlə bağlı məsələlərdə başqalarının sözlərinə və əməl-
l
ərinə baxıb, ölçü götürmək olmaz. Vəzirlər, əmirlər bir adamın haqqında yax-
şı-yaman söz söyləmiş olsalar, onları dinləmək lazımdır, lakin ölçü götürəndə
t
ələsmək olmaz, çatdırılan söz sınanmalı, həqiqət ortaya gətirilməlidir» (2, 63).
İstənilən kollektivlərdə müşahidə olunan aktual problemlərdən biri də
mü
naqişələrin yaranması, onların qarşısının alınması və qrupda normal qar-
şılıqlı münasibətlərin həm bərpası, həm də qorunub saxlanmasıdır (9, 6-10).
H
ər hansı cəmiyyətdə, qrupda və ya kollektivdə inkişaf köhnə ilə təzə-
nin, qanunauyğunluqla təsadüfün, şəxsi ilə ictimainin toqquşması nəticəsində
baş verir.
130
Zabitl
ərin digər hərbçilərlə qarşılıqlı münasibətlərinin təhlili zamanı baş
ver
miş ziddiyyətlər onların əhval-ruhiyyəsinə və bütövlükdə kollektivin fəaliy-
y
ətinə təsir edir. Belə ziddiyyətlər münaqişələr adlanır. Münaqişə latın dilin-
d
ən tərcümədə toqquşma deməkdir və insanlar arasında ziddiyyətlə əlaqədar
ged
ən proses olub, hər kəsin öz maraqlarının, vərdiş və fikirlərinin müdafiəsi-
n
ə yönəlməsidir. Öz fikir və davranışının düzlüyünü sübut etməklə hərbçi kol-
lektivd
ə özünütəsdiqə nail olur. Münaqişə insanın cəmiyyətdə, kollektivdə
olan yerin
ə, nüfuzuna və şəxsi qüruruna təsir edir. Şəxsi və kollektiv məqsəd-
l
ərə nail olma zamanı münaqişələr maneəyə çevrilə bilər.
Münaqişədə iştirak edən hərbçilərin sayından asılı olaraq iki adam ara-
sında (rəis-tabeçilikdə olan və ya iki hərbçi), qrupda bir neçə hərbçi arasında,
qruplararası və bütün kollektivin cəlb edildiyi münaqişələr ayırd edilir.
Münaqişə edən tərəflərin psixoloji halından asılı olaraq münaqişələr
yüks
ək, orta emosional gərginliklə və ya heç bir emosional gərginlik olmadan
baş verə bilər.
İstənilən münaqişəyə narahatlıqla yanaşma insan psixologiyasının xüsu-
siyy
əti olduğundan hirs, hiddət, incimə, təəccüb, şübhələnmə kimi emosiyalar
yaradır və onu mübarizəyə itələyir. Emosional baxımdan idarə edilməyən
münaqişələr kəskin və kobud danışıqlarla, incikliklərlə, qarşılıqlı ittihamlarla
c
ərəyan edir. Münaqişə edən tərəf bu zaman etdiyi hərəkətdən sonralar
peşmançılıq da keçirə bilər.
Münaqişə dinamik proses olduğundan müəyyən mərhələlərdən ibarətdir:
1) mü
naqişənin başlanması; 2) münaqişənin gedişi; 3) münaqişəni aradan qal-
dırmaq üçün vasitələrin axtarılması; 4) onun sönməsi. Münaqişə ya kor-ko-
ran
ə, ya da kiminsə təşəbbüsü ilə yarana bilər. 1) O, başlayan kimi sönə bilər
(qısamüddətli münaqişə); 2) müəyyən müddət gedə bilər (müddətli münaqişə);
3) H
əlli uzanan, çıxılmaz nöqtəyə söykənən münaqişə (uzunmüddətli, sürünən
münaqişə). Münaqişə edən tərəflərin problemin həllinə düzgün yanaşmaması,
bir-
birini anlamaması, bir-birinə güzəştə getməməsi, onların kəskin emosional-
lığı və digər səbəblər nəticəsində uzunmüddətli ola bilər.
İstənilən münaqişə hərbi kollektivin normal həyat tərzini pozur. Ona gö-
r
ə də onu tez aradan qaldıraraq, kollektivi səfərbər edib, əlbir olaraq münasi-
b
ətləri normallaşdırmaq vacibdir.
Zabit kollektivl
ərində mübahisələr fikir ayrılıqları və hətta münaqişələr
müxt
əlif iş metodlarının, təlim-döyüş formalarının tətbiqi ilə bağlı problemlə-
rin h
əlli zamanı yaranır. Müəyyən etik normalara riayət etdikdə, subordinasiya
etikasını gözlədikdə, rəis öz üstünlüyünü çox qabartmadıqda və kiçik zabit öz
şəxsi fikrini söyləmə hüququna malik olduqda belə münaqişəli situasiyalardan
daha tez v
ə ağrısız çıxmaq olur. Belə işgüzar mübahisələrin həlli üçün vacib
şərtlər mövcuddur:
-
qarşılıqlı surətdə öz yoldaşını dinləmək, onun söylədiklərini
anlamaq, qiym
ətləndirmək və subyektivlikdən uzaq olmaq;
-
müsahibin fikirl
ərinə hörmətlə yanaşmaq;
131
-
müsahibin söyl
ədiklərində olan səhvləri nəzakətlə inkar etmək və öz
t
əkliflərini vermək;
-
t
ənqidi sakit qəbul etmək bacarığı və ilk növbədə faktları, əsas
müdd
əaları tənqid etmək;
-
tez v
ə qətiyyətlə öz səhvlərini anlamaq və söyləmək;
-
sonda
ən düz fikri qəbul etmək.
-
münaqişədən sonra xoşagəlməz psixoloji əhvalın qalmamasına əmin
olmaq v
ə ya lazım gələrsə üzr istəmək.
H
ərbi kollektivlərdə müşahidə olunan münaqişələr xidməti və qeyri-
xidm
əti xarakter daşıya bilər. Xidməti münaqişələr - rəislə tabeçilikdə olan
arasında, eyni rütbəli və ya vəzifəli hərbçilər arasında ola bilər. Tapşırıqların
v
ə təsərrüfat işlərinin bərabər bölünməməsi, xidmətin nəticələrinin obyektiv
qiym
ətləndirilməməsi, təlimdə olan çətinliklər, səlahiyyətləri aşdıqda, sosial
ədalət prinsipləri pozulduqda, kobudluq, şəxsi-qərəzlik olduqda, günün nizam-
intizam qaydaları pozulduqda münaqişə üçün zəmin yaranır.
V
əzifəli zabitlərlə o hərbçilər münaqişə edir ki, vəzifəlilərin nüfuzunu
q
əbul etmir, liderliyə can atır, ya kollektivdə xüsusi mövqeyilə seçilir. Kiçik
zabitl
ər nizamnamədən kənar qaydalarla hərbçini işləməyə məcbur etdikdə
münaqişə yaradırlar.
Qeyri-xidm
əti münaqişələr kollektivin fəaliyyətinin müxtəlif tərəflərini
əhatə edir. Bu əsasən şəxsiyyətlərarası münaqişələr olub, emosional və intellek-
tual uyuşmazlıq nəticəsində və ya xarakter xüsusiyyətlərilə əlaqədar əmələ gəlir
(13, 7). M
əsələn, münaqişələrin səbəbini və nizamnamədən kənar qarşılıqlı
münasib
ətlərin öyrənilməsi məqsədilə keçirilən tədqiqatlar göstərmişdir ki,
münaqişənin səbəbi kimi qarşılıqlı anlamanın olmaması, xarakterlərin uyğun
g
əlməməsi, pis əhval-ruhiyyə, kobudluq, müvazinətsizlik, paxıllıq, tənbəllik,
eqoistlik, lovğalıq, ədalətsizlik və digərini anlamamaq və s. müəyyən edilmişdir.
Ad
ətən münaqişənin yaranmasında zabitlər çox vaxt şəxsən özlərini gü-
nah
kar hesab etmişlər. Ancaq bəzi zabitlər münaqişənin yaranmasının günahı-
nı hər iki tərəfdə görmüş və ya günahkarın kim olduğunu deməkdə çətinlik
ç
əkmişlər.
Zabitl
ərin yarıdan çoxu münaqişə yaranmamışdan öncə onun qarşısının
alınmasını daha məqsədəuyğun hesab etmişlər. Digər zabitlər isə ya bir bəhanə
il
ə münaqişədən qaçmağı, dözümlü olmağı daha üstün tutmuşlar, ya da öz-
özün
ə münaqişənin həll olunacağına inandıqlarını söyləmişlər. Beləliklə,
h
ərbçilərin 1/3-i öz sözlərinə, hərəkətlərinə nəzarət etmir və münaqişənin
passiv iştirakçısına çevrilir.
H
ərbi kollektivdə baş verən münaqişələrin qarşısının alınması üçün
mü
əyyən üsullar təklif etmək olar.
Münaqişənin bəhanə və səbəbinin təhlili. Adətən bəhanə üzdədir,
s
əbəb isə çox vaxt gizlədilir, pərdələnir, səbəbi aydınlaşdırarkən əsasən, onun
xidm
əti və ya qeyri-xidməti olması aydınlaşdırılır.
Münaqişə situasiyasının psixoprofilaktikası. İstənilən münaqişəni önlə-
m
ək onu aradan qaldırmaqdan asandır. Münaqişənin ilk mərhələsində, yəni na-
132
razılığın, pis əhval-ruhiyyənin, depressiv halın ifadə olunduğu müddətdə zabit
aşağıdakı üsullardan istifadə edə bilər: təklikdə qeyri-rəsmi söhbət, münaqişə
ed
ən tərəflərlə dostcasına söhbət, xəbərdarlıq və ya münaqişədən çıxma ilə bağlı
tövsiyy
ələr, yumorla situasiyanı «yumşaltma». Münaqişəni önləmək dedikdə
h
ərbçilərin münasibətlərində mümkün olacaq ziddiyyətləri qabaqlamaq onların
tez v
ə asan aradan qaldırılması taktikasını müəyyən etmək başa düşülür.
Münaqişə iştirakçılarının fərdi keyfiyyətlərinin nəzərə alınması.
Söhb
ət zamanı zabit hərbiçilərin münasibətlərinin xarakterini və yaranma tari-
xini öyr
ənir. Məsələn, onların bir-birinə rəğbətinin olmaması və ya mənfi
r
əğbətlənməsi münaqişəyə səbəb ola bilər, münaqişə dostlar arasında tədricən
yetişə bilər və s.
Münaqişənin əsl məqsədlərinin aydınlaşdırılması. Münaqişələrin
şəxsi və ya kollektiv, eqoistik və ya işgüzar olması aydınlaşdırılmalıdır. Əgər
münaqişə hərbçinin hər hansı öz eqoistik niyyətlərini həyata keçirmək üçün
yaranıbsa, zabit ondan üzr istəməyi tələb edir. Əgər münaqişə kollektiv və ya
xidm
əti məqsədlərə söykənibsə, onda zabit tərəfləri inandırmağa çalışır ki, ilk
növb
ədə kollektivin maraqlarından çıxış etmək lazımdır.
Münaqişənin əsl səbəblərinin aradan qaldırılması. Adətən münaqişə
emosional g
ərginlik, birlik olmayan qruplarda baş verir. Bu qruplarda
nizamnam
ə qaydaları pozulur, nizamnaməyə zidd olan qarşılıqlı münasibətlər
olur. Şəxsi heyətdə uyuşma və emosional sabitlik olmur.
Zabit ilk növb
ədə burada psixoloji ab-havanı, idarəetmə üsulunu yaxşı-
laşdırır, hərbçilər arasında qarşılıqlı münasibətləri təkmilləşdirir, psixoloji
uyuşmanı pozan obyektiv və subyektiv səbəbləri aradan qaldırır.
Münaqişədə emosional tarazlığın yaranması. Zabit münaqişədən
x
əbər tutan kimi gərgin halda olan hərbçi ilə sakit söhbətə hazırlaşır. Bəzən
münaqişə edən tərəflərə sakitləşib, fikirlərini cəmləşdirmək təklif edildikdə bu,
g
ərginliyi aradan qaldırır. Bəzən əksinə də ola bilir. Lakin çox vaxt münaqişə
iştirakçıları səbrlə, təmkinlə, danışıqlar yolu ilə gərginliyi aradan qaldırır və
emosional tarazlıq yaradırlar.
Munaqişəni aradan qaldırmaq üçün pedaqoji üsullara riayət etmək.
Zabit s
ərbəst və ya kiminsə köməyi ilə münaqişəni həll etmək yollarını araşdı-
rır. Münaqişə edən tərəflərə təsir yollarından ən çətini onların yüksək gərgin-
likli v
ə həyəcanlı anlarında müəyyən davranışı düzgün seçib daha dözümlü,
bir-birin
ə hörmətlə yanaşmanı bacarmaqdır. Belə olduqda zabit mübahisəli iş-
l
əri yoluna qoya bilər, «razılıq imkanları»nı aydınlaşdırıb mübahisənin sərhəd-
l
ərini, onun əsas iştirakçılarını öyrənə bilər. Nəticədə isə o, tərəfləri açıq söh-
b
ətə dəvət edib, onlarla problemin həllinə və bir-birinə qarşı dözümlü olmağa
nail ola bil
ər.
Münaqişə edən tərəflərə təsir üsulunun seçilməsi. Bu üsulların seçil-
m
əsi zabitin münaqişənin gedişini proqnozlaşdırma bacarığından asılıdır. Mü-
na
qişə yerindəcə həll edilə bilər, yavaş-yavaş sönə bilər, aşağı və ya yüksək
emo
sionallıqla müşayiət oluna bilər, dəyişilib yeni münaqişəyə keçə bilər. Hər
d
əfə zabit hər iki tərəfin iddialarını nəzərə almaqla onları barışığa yönəltməli-
133
dir. Əgər münaqişə kollektivin maraqlarına toxunursa birgə fikir mübadiləsi
yolu il
ə münaqişənin bir və ya hər iki iştirakçı tərəflərini mühakimə etmək
olar. Münaqişəyə son qoymaq üçün tərəflərdən birini (tağımı, hissəni) müvəq-
q
əti olaraq başqa yerə köçürmək də olar.
H
ərbi kollektivlərdə müşahidə olunan münaqişələrin səbəbindən asılı
olaraq t
əklif olunan psixoloji üsullardan bir və ya bir neçəsini tətbiq etməklə
mü
naqişə ocağını söndürmək və qarşılıqlı münasibətləri bərpa etmək müm-
kündür. D.Masumoto psixologiya v
ə mədəniyyətin qarşılıqlı təsirini öyrənər-
k
ən qeyd edir ki, istənilən münaqişəli davranışda müəyyən mədəniyyət və
strategiya olur. Münaqişənin həllində həm etnik xüsusiyyətlərə söykənən
özün
əməxsus mədəni elementlər olur, həm də ənənəvi olaraq münaqişəni həll
ed
ə biləcək üçüncü şəxsin cəlb edilməsi zərurəti yaranır (10).
B
əzi alimlər döyüşün psixoloji modelini təsvir edərkən onun da özünə-
m
əxsus münaqişə situasiyası hesab etmişlər. İ.V.Sıromyatnikov və A.Q.Karaya-
ni hesab edirl
ər ki. döyüşün psixoloji modeli aşağıdakı elementlərdən ibarətdir:
-
münaqişə obyekti;
-
sosial statusu, formalaşmış münaqişə resursları (yönəlişləri, məqsəd-
l
əri, motivləri, psixofizioloji imkanları, münaqişə situasiyası və s.) olan
düşmən tərəflər;
-
döyüşə təsir edən qrup fenomenləri (fikirlər, əhval-ruhiyyə, ənənələr,
psixoloji iqlim şəraiti və s.);
-
münaqişə hərəkətləri (strategiya, hərəkətin forma və səviyyəsi, istifadə
olunan üsullar v
ə s.);
-
münaqişəni aparma yolları (adi silah və sursat, kütləvi qırğın silahları,
öldürücü olmayan silahlar);
-
münaqişə şəraiti (sosial, ekoloji-erqonomik, döyüş) (11).
P.İ.Sidorov və başqaları döyüş fəaliyyətini müşahidə edən bir çox tədqi-
qatçıların nəticələrinə istinad edərək qeyd edirlər ki, cəbhədə 40 sutkadan artıq
öndə qalmaq olmaz. 15-25 sutkadan sonra döyüşə uyğunlaşma pik nöqtəyə
çatır və 40 sutkadan sonra ruhi və fiziki yorulma baş verir. R.A.Qabriyel yazır
ki, 45 sutkadan sonra hərbçilər döyüş qabiliyyətini itirir. Amerika psixiatrları
R.Svonc və Y.Marşan yazırlar ki, 98% hərbçilərdə 35 sutkadan sonra bu və ya
digər agırlıq dərəcəsinə malik psixi pozuntular olur (12, 196-203) .
B
əzi müəlliflər isə qeyd edir ki, «hərbi» və «döyüş» nevrozları bir çox
psixi pozulmaların əsas səbəbidir. Müharibədə iştirak faktı özü «hərbi» nevroz
yaradır. Əfqanistan müharibəsi veteranlarının psixi sağlamlığını tədqiq edən
P.İ.Sidorov, S.V.Litvinsov, M.F.Lukmanov Z.Freydin fikirlərinə istinad edə-
r
ək qeyd edirlər ki, psixi pozulmaları «sülh» və «müharibə» dövrü «mən»in
m
əzmunları arasındakı münaqişələr yaradır. Ona görə də müharibədən sonrakı
nevrozları da baş beyində olan üzvü zədələr, müxtəlif mexaniki və bioloji
amill
ər yox, müharibə zədələri yaradır (12, 16-17).
Ümumiyyətlə, döyüş şəraitində psixi pozulmalar döyüş stressinin nəticə-
lərinə nisbətən az öyrənilmişdir. Fiqley Ch.R. və Williams T. bu faktı iki sə-
bəblə izah edirlər: 1) hərbi psixiatrları müharibə veteranlarının sülh dövrü sa-
134
kit həyata adaptasiyasının problemi heç vaxt maraqlandırmamışdır və 2) mülki
psixiatrlar v
eteranların xüsusi problemlərini dərindən öyrənməmişlər (15).
C.İ.Eskobar, B.P.Gersons və başqaları qeyri-adi stress şəraitində yaranan
halları «sağlam adamların normal reaksiyası» adlandırmışlar və ekstremal
situasiya yaşayan insanda heç bir mənəvi sıxıntı, sarsıntı və ya müəyyən
yünğül psixi pozulmalar yoxdursa bu heç də normal hal deyil söyləmişlər.
Bel
əliklə, onlar istənilən şəxsdə müəyyən emosional və mənəvi sıxıntıların
olmasını normal hal kimi qəbul edirlər (14, 265-266; 16, 742-748).
Müharib
ənin insana vurduğu zədəni tədqiq edən Hay Mak Manners (17)
qeyd edir ki, bu zaman h
ər bir döyüş iştirakçısı dağıdıcı qüvvəyə malik təhlü-
k
əni, inamsızlığı, dəhşəti hiss edir. O, müasir əsgərin, dənizçinin, təyyarəçinin
peşəsinə uyğun olaraq mövcud münaqişə ilə necə mübarizə apardığını diqqətə
çatdırır. Bu zaman Böyük Britaniya, Amerika ordusunda və İzrail müdafiə
qüvv
ələrində əsgərlərlə işin əsas hissəsi - onların motivləşdirilməsi, ruhlandı-
rılması kimi məsələlərin həlledici rolu qeyd edilir. Müəllif qeyd edir ki, sülh
vaxtı müntəzəm olaraq həm bu iş aparılmalıdır, həm də onların müasir silah və
sursatla, texnika il
ə işləmə vərdişləri aşılanmalıdır.
Ümumilikdə, zabitlərin psixi sağlamlığının əsas determinantları siyasi
sa
bitlik, iqtisadi uğur və cəmiyyətdə mənəvi saflaşmadır. İnsan ən ağır məhru-
miy
yətlərə, iztirablara o zaman dözür ki, onlara bir məna verə bilir, əsaslandı-
rır, özünün cəmiyyətə gərəkliliyini və cəmiyyət tərəfindən müdafiə olundu-
ğunu hiss edir, onu əhatə edənlərin diqqətini və hörmətini görür, həmçinin onu
anlayırlar və ona mənəvi dayaq dururlar.
Psixoloji baxımdan sağlam zabit formalaşdırmaq üçün həm onların pro-
fes
sional seçimi düzgün aparılmalıdır, həm də müntəzəm olaraq psixogigiyena
tədbirləri görülməlidir. Əsasən psixi sağlamlıq yoxlanılarkən onlarda psixi
pozuntuların olma ehtimalı və müxtəlif şəraitlərdə davranış formalarının
perspektivləri qiymətləndirilməlidir. Psixi vəziyyət və halın qiymətləndiril-
məsi, proqnozlaşdırılması nəticəsində hərbçilərin psixi sağlamlıq qrupları
formalaşır. Burada diaqnostik, proqnostik, qiymətləndirmə, ekspert rəyi və
ümumi qərar meyarına əsasən hərbçilər 3 qrupa aid edilir:
I qrup –
sağlam. Psixi funksiyaların pozulma əlamətləri yoxdur və
olmayıb. İnkişaf düzgün və ahəngdar gedib. Belə şəxslər hərbi xidməti optimal
psixi sağlamlıq tələb olunan yerlərdə keçə bilərlər.
II qrup –
praktiki sağlam. Şəxsiyyətin bəzi keyfiyyətlərinin zəifliyi və ya
yüngül pozuntusu müşahidə olunur. Belə hərbçilərin fərdi tərbiyəvi işə və
psixoloji tənzimə ehtiyacı olur.
III qrup –
patolojidən qabaqkı haldır. Belə hərbçilərdə psixi pozuntuya
səbəb ola biləcək zəmin vardır, lakin onlar xidməti vəzifələrini yerinə yetir-
məyə qadirdirlər. Sinir-psixi proseslərdə olan qeyri-sabitliklə əlaqədar olaraq
onların psixoloq tərəfindən aparılan sağlamlaşdırıcı psixokorreksiyaya və
bərpaedici terapiyaya ehtiyacları vardır. Belə zabitləri daha yüngül hərbi
rejimdə işləyən xidmətə keçirmək məqsədəuyğundur. Onları hərbi texnikanı
idarəetməkdən uzaqlaşdırmaq və digər gərgin işlərdən azad etmək məsləhətdir.
135
M.Arqayl insanların xoşbəxtliyini göstərən amilləri öyrənərkən belə qənaə-
tə gəlmişdir ki, psixi və fiziki sağlamlığın, pulun, sosial statusun, məşğulluğun,
istirahətin, ailənin, dostun olması müsbət ruhi vəziyyət yaradır və belə insanlar
özlərini xoşbəxt hesab edirlər (4). O, apardığı tədqiqatlara əsasən belə nəticəyə
gəlmişdir ki, xoşbəxt olmaq üçün psixi sağlam olmaq vacib şərtlərdən biridir.
Zabitlərin psixi sağlamlığını təmin etmək üçün psixogigiyena və psixo-
pro
filaktika tədbirlərinə xüsusi diqqət etmək vacibdir (3). Məlumdur ki, psixo-
gigiyena –
şəxsiyyətin psixi xüsusiyyətlərinin hərtərəfli inkişafı üçün optimal
şəraitin yaradılması yolu ilə psixi sağlamlığın profilaktik qorunmasıdır. Həyat
və əmək şəraitinin yaxşılaşdırılması, şəxsiyyətlərarası münasibətlərin düzgün
qurulması, ətraf aləmin zərərli təsirlərinə müqavimət göstərmə qabiliyyətinin
olması psixogigiyenanın düzgün aparılmasını göstərir. Psixoprofilaktika –
daha dar sahə olub, psixi pozuntuların qarşısını almağa və orqanizmə xəstəlik
ami
linin təsirini aradan qaldırmağa yönəlmişdir. Erkən diaqnostika, korreksi-
ya, müalicə vasitəsilə də psixi sağlamlığı qorumaq və əlilliyin qarşısını almaq
mümkündür. İstənilən döyüş və təlim fəaliyyəti zamanı stress vəziyyətində
olan zabitdə təhlükə hissindən başqa, 3 «düşməni» də olur: məlumatsızlıq,
qeyri–
müəyyənlik və köməksizlik. Ətrafda nə baş verdiyini, nə baş verəcəyini,
necə hərəkət etməyi bilməyəndə vəziyyətin psixoloji, hərbi – texniki və s.
nəticələri ağır olur. Bütün bu tipli stress amillərini zəiflətmək üçün aşağıdakı
kimi hərəkət etmək məsləhətdir: öz hərəkətlərinə nəzarəti gücləndirmək üçün
fik
ri və diqqəti cəmləmək; bütün hərəkətləri bacardıqca diqqətlə icra etmək;
özünü kənardan görməyə çalışmaq; kənardan bütün vəziyyəti təsəvvür etməyə
çalışmaq; emosiyalara uymadan öz şəxsi vəzifə və borcu haqda düşünmək
(mən kiməm? haradayam? nə etməliyəm?); emosional qiymət vermədən
vəziyyəti qabaqcadan özü üçün təsvir etmək; ətrafındakıları tam şəkildə dərk
etməyə cəhd göstərmək və s. çox vacibdir.
ƏDƏBİYYAT
1.
Əliyev N.A., Gözəlov S.S.. Şəxsi heyətin və hərbi kollektivlərin psixologiyasına döyüş
şəraitinin təsiri // Hərbi bilik jurnalı, 2000, №6, səh.58-63.
2.
Əmir Teymurun vəsiyyətləri. Bakı: Azərnəşr, 1991, 112 s.
3.
Şəfiyeva E.İ. Zabit hazırlığının sosial-psixoloji məsələləri, monoqrafiya, Bakı, 2006, 332 s.
4.
Аргайл М. Психология счастья. 2-е изд. СПб.: Питер, 2003, 272 с.
5.
Барабаншиков А.Б., Давыдов В.П.,Утлик Э.П., Феденко Н.Ф. Военная подготовка и
психология / Под ред. А.Б.Барабанщикова. М.: Воениздат, 1986, 239 с.
6.
Военная психология / Под ред. А.Г.Маклакова. СПб.: Питер, 2004, 464 с.
7.
ВОЗ. Основные документы. Изд. ХХIХ, Женева, 1968, 5 с.
8.
ВОЗ. Общая программа работы на 2006-2015 гг.: рассмотрение процесса и проекта
обзора. 9 декабря 2004, 13 с.
9.
Иванов И.Я. Ответственность офицера. М.: Воениздат, 1983, 118 с.
10.
Мацумото Д. Психология и культура. 1-е изд., СПб.: Питер, 2003, 720 с.
11.
Сыромятников И.В. и др. Прикладная военная психология. СПб.: Питер, 2005, 480 с.
12.
Сидоров П.И., Литвинцев С.В., Лукманов М.Ф. Психическое здоровье ветеранов
афганской войны. Архангельск: Издательский центр Архангельской государствен-
ной медицинской академии, 1999, 384 с.
136
13.
Bennis S.W. and Nanus B. Managing the Dream: Leadership in the 21-st Centrury //
Journal of Organisational Change Management, 1989, v. 2, p. 7.
14.
Escobar J.I. Posttraumatic stress disorder and the perennial stress-diathesis controversy //
J.Nerv. Ment.Dis. 1987.
Vol.175, №5, p. 265-266.
15.
Figley Ch.R. (Ed.) Stress disorders among Vietnam veterans. N.Y.: Brunner. Mazel,
1978, 345 p.
16.
Gersons B.P., Carlier I.V. Posttraumatic stress disorder: history of a recent concept // Brit.
J. Psychiat. 1992, №161, p.742-748.
17.
Hugh Mc.Manners. The scars of war. N.Y. Harper Collins Publishers, 1994, 448 p.
ВЛИЯНИЕ СТРЕССА И МЕЖЛИЧНОСТНЫХ КОНФЛИКТОВ
НА ПСИХИЧЕСКОЕ ЗДОРОВЬЕ ВОЕННОСЛУЖАЩИХ
Э.И.ШАФИЕВА
РЕЗЮМЕ
В статье раскрываются факторы, отрицательно влияющие на психическое здоро-
вье военнослужащих. Здесь раскрываются стрессогенность служебной деятельности
военных, особенности межличностных отношений и конфликты в воинских коллекти-
вах. Далее описываются необходимые психопрофилактические мероприятия для сохра-
нения здорового климата в воинских коллективах.
Ключевые слова: психическое здоровье военных, стресс в военных коллективах,
межличностные отношения военных, межличностные конфликты в воинских коллекти-
вах, психопрофилактика конфликтов в воинских коллективах.
INFLUENCE OF A STRESS AND THE INTERPERSONAL
CONFLICTS ON MENTAL HEALTH OF THE
MILITARY PERSONNEL
E.I.SHAFIYEVA
SUMMARY
The аrticle studies the factors negatively influencing mental health of the military
personnel. The stressful factors military in service, features of the interpersonal relations and
the conflicts in military collectives are revealed. Further more, necessary psychopreventive
actions for preservation of healthy climate in military collectives.
Keys words: mental health of the military personnel, stress in military collectives,
interpersonal relations of military personnel, interpersonal conflicts in military personnel,
psychopreventive actions conflicts within military collectives are described
Dostları ilə paylaş: |