Baki universitetiNİn xəBƏRLƏRİ №2 T



Yüklə 58,07 Kb.
Pdf görüntüsü
tarix24.10.2017
ölçüsü58,07 Kb.
#6500


 

 

57 



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

T

əbiət elmləri seriyası 

 

 

2012 

 

 



 

 

UOT. 598.2/9 

 

CƏNUBİ XƏZƏRİN QƏRB SAHİLİNDƏ QIŞLAYAN QUŞLARIN  

BİOTOPLARDAN İSTİFADƏ FORMALARI 

 

Ə.N.TAĞIYEV  

Bakı Dövlət Universiteti 

tağiyev_eko @ rambler.ru 

 

İlk  dəfədir ki,  Cənubi  Xəzərin  qərb  sahilində  qışlayan  quşların  biotoplardan  istifadə 



formaları  populyasiya səviyyəsində  araşdırılıb:  hərtərəfli istifadə  (ht),  yuvalama  (yv), 

yeml

ənmə (ym), gecələmə (g), dincəlmə (d). Quşların qışladığı ayrı-ayrı biotoplardan istifadə 

formalarının  öyrənilməsi  genetik fondun və  təbii  bioloji  müxtəlifliyin  qorunub  saxlanması 

probleminin h

əlli üçün vacibdir. 

 

Açar sözl



ər: qışlayan, biotopdan istifadə, hərtərəfli, yuvalama, yemlənmə, gecələmə, 

dinc


əlmə. 

 

Müasir dövrd



ə ətraf mühitin qorunması və təbii biosenozlardan səmərəli 

istifad


ənin elmi əsaslarla həyata keçirilməsi üçün genetik fondu bioloji 

müxt


əliflik səviyyəsində saxlamaq mühüm əhəmiyyət kəsb edir. 

Bioloji müxt

əliflik  haqqında  5  iyun  1992-ci il tarixli Beynəlxalq kon-

vensiya, Beyn

əlxalq  əhəmiyyətli su hövzələrinin, köçəri  quşların  qorunması 

konvensiyası (Ramsar, 1971), Azərbaycan Respublikasının 4 iyun 1999-cu il 

tarixli “Heyvanlar al

əmi haqqında”, Azərbaycan Respublikasının ətraf mühitə 

dair qanunlar toplusu (1,2) ”Bioloji müxt

əlifliyin və  onun genetik fondunun 

qorunması haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2002-

ci il tarixli (3) s

ərəncamının icrasına uyğun olaraq heyvanların trofik və bioto-

pik 


əlaqəsinə aid tədqiqatların aparılması tələb olunur. 

C

ənubi Xəzərin qərb  sahili  bir  çox  quşların  miqrasiya  istiqamətində 



yerl

əşir. Quşların bəziləri burada qışlamaq, bəziləri yuvalamaq, bəziləri yuva-

lama v

ə qışlama yerləri arasında qısa müddətli dincəlmək, bəziləri isə bütün 



ömürl

əri boyu burada oturaq yaşayır. 

C

ənubi Xəzərin qərb sahilində qışlayan quşların bəzi növləri kifayət qə-



d

ər, çoxu isə zəif öyrənilib. Lakin qışlayan quşların populyasiya səviyyəsində 

xüsusi planla öyr

ənilməsi, həm də  ərazidəki biotoplardan istifadə  formaları 

heç öyr

ənilməyib. Ornitoloji ədəbiyyatda bu ərazidə  qışlayan  quşların  bio-




 

 

58 



logiyası haqqında olan son məlumatlar Q.T.Mustafayev, N.A.Sadıqova (7,8), 

İ.R.Babayev (4,5,6) və Ə.N.Tağıyevin [9] əsərlərində qeyd edilib. 



 

Material v

ə metodlar 

Çöl  t


ədqiqatları  2005-2011-ci  illərdə  aparılıb.  Tədqiqatlar  Abşeron 

yarımadasından Astaraya qədər olan ərazini əhatə etməklə marşurut üsulu ilə 

piyada,  atla,  müh

ərrikli  və  mühərriksiz  qayıqlarla  və  avtomobillə  aparılıb. 

Durbind

ən və  Karl Zeis teleskopundan istifadə  olunub.Qışlayan  quşların 



biotoplardan  istifad

ə formalarını müəyyən etmək üçün dekabr, yanvar, fevral 

aylarında tədqiqatlar aparılıb. Zəngin biotoplar qrupu əsasən Qızılağac körfəzi, 

Kürün 


deltası və ona yaxın ərazilərdə müəyyən olunub. 

C

ənubi  Xəzərin  qərb  sahilində  aşağıdakı  əsas  biotoplar  qrupunu 



ayırmışıq: 

1.

 



Yulğun bataqlığı 

2.

 



Qamış bataqlığı 

3.

 



Cığ bataqlığı 

4.

 



Ç

əmənlik bataqlığı 

5.

 

Quru 



yulğun cəngəlliyi 

6.

 



Quru 

qamış cəngəlliyi 

7.

 

Böyük Q



ızılağac körfəzinin akvatoriyası 

8.

 



Kiçik 

Qızılağac körfəzinin akvatoriyası 

9.

 

X



əzərin akvatoriyası 

10.


 

Sahil 


qumluqları və qayalıqlar 

11.


 

Sahil boyunca olan göll

ər, gölməçələr və kanallar 

12.


 

Böyürtk


ən cəngəlliyi 

13.


 

Adalar 


14.

 

Yarımsəhra, bozqır, yarğanlar 



15.

 

Üzüm plantasiyaları 



16.

 

Meyv



ə bağları 

17.


 

Tarla v


ə bostanlar 

18.


 

K

ənd, qəsəbə, yollar və müvəqqəti tikililər 



19.

 

Köhn



ə platformalar 

 

N



əticələr və onların müzakirəsi 

C

ənubi Xəzərin qərb sahilində  yulğun  bataqlığından  qışlamaq  üçün 



istifad

ə  edən  quşlar  3  növdür.  Bunlardan  2  növü  hərtərəfli (Gallinago galli-

nago, Porzana porzana), bir növ Numenius arquata yem üçün istifad

ə edir. 


Qamış  bataqlığı  biotopundan  istifadə  edənlər də  3 növdür:  Podiceps 

grisegena yem, Porzana porzana v

ə Gallinago gallinago hərtərəfli istifadə edir. 

Cığ  bataqlığından  istifadə  edən  qışlayan  quşlar  4  növdür:  Gallinago 

gallinago, Limosa limosa, Tringa nebularia yem üçün, Porzana porzana is

ə 

h



ərtərəfli istifadə edir. 


 

 

59 



Quru  yulğun  cəngəlliyindən dincəlmək üçün istifadə  edənlər: Aquila 

clanga, Falco cherrug, Falco columbarius, Falco  pereqrinus yem üçün, Trog-

lodytes troglodytes yem v

ə  gecələmək, Scolopax rusticola gecələmək üçün 

istifad

ə edir. 


Troglodytes  troglodytes  quru  qamış  cəngəlliyi biotopundan həm 

gec


ələmək, həm də yem üçün istifadə edən bir növdür. 

Qışlayan  quşlardan  çoxunun  su-bataqlıq  quşları  olduğunu  nəzərə  alsaq 

gör

ərik  ki,  Böyük  Qızılağac  körfəzinin  akvatoriyasından  istifadə  edənlər 



çoxdur.  Akvatoriyada  qışlayan  quşların  əksəriyyəti bu biotopdan hərtərəfli 

istifad


ə  edir: Podiceps grisegena, Pelecanus onocrotalus, P.crispus, Gygnus 

olor, C. cygnus, C.bewickii, Anas crecca, A. strepera, A. penelope, A. acuta, 

A. clupeata, Aythya ferina, A. fuligula, A.marila, Bucephala clangula, Mergus 

merganser, Larus ichthyatus, L. argentatus, L. canus. Dinc

əlmək üçün istifadə 

ed

ən isə bir növdür (Anser anser). 



Kiçik  Qızılağac  körfəzinin  akvatoriyasından  hərtərəfli istifadə  edənlər 

Böyük  Qızılağac  körfəzində  olduğu  kimidir.  Təkcə  Canus bewickii Kiçik 

Qızılağac körfəzindən yemlənmək üçün yararlana bilmir. Larus ichtyatus isə 

h

ərtərəfli deyil, əsasən yem üçün istifadə edir. 



Sahil qumluq v

ə qayalıqlar biotoplar qrupundan qışlayan quşlar əsasən 

yem üçün yararlanırlar: Aquila helica, A.chrysaetos, Ascipiter gentilis, Falco 

cherrug, F.columbarius, F.peregrinus, Buteo buteo, Gallinago gallinago, 

Limosa limosa, Calidris alba, Numenius arquata, Tringa nebularia h

ərtərəfli, 

Larus ichthyatus gec

ələmək, Larus argentatus və Larus canus dincəlmək üçün 

istifad

ə edir. 


Sahil boyu göll

ər, gölməçələr və kanallar biotoplar qrupundan Podiceps 

grisegena, Anas crecca, A.strepera, A.penelope, A. acuta, A.clypeata, Falco 

pereqrinus, Gallinago gallinago, Numenius arquata, Limosa limosa, Larus 

ishthyatus, L.argentatus, L.canus yem üçün, Tunga nebularia is

ə  hərtərəfli 

istifad

ə edir. 


Böyürtk

ən cəngəlliyi biotopundan Aquila clanga, A. helica, A.chrysae-

tos, Ascipiter gentilus, Buteo buteo, Falco cherrug, F.columbarius, F.peregri-

nus, Regulus regulus,Scolopax rusticola, Tuto alba, Fringella coelebs, F.mon-

tifrongilla 

əsasən yem üçün istifadə edirlər. Üzüm plantasiyaları biotopundan 

Aquila helica, A. chrysaetos, Fringilla coelebs v

ə Fringilla montifrongilla yem 

üçün fayda

lanır. 


Meyv

ə  bağlar  biotopundan  Aquila  helica,  A.chrysaetos,  Ascipiter  gen-

tilis, Falco peregrinus, Regulus regulus yem kimi, Falco cherrug, F.colombari-

us, Scolorax rusticola, Fringilla coelebs, F. montifrongilla, Buteo buteo h

ərtə-

r

əfli, Corvus frugilegus, Troglodytes troglodytes və Regulus regulus yemlən-



m

ək və gecələmək üçün istifadə edir. 

Tarla v

ə bostanlar biotoplar qrupundan Anser anser, A.albifrons, A.ery-



thropus, Aquila clanga, Falco cherrug, Buteo buteo, Corvus frugilegus, Frin-


 

 

60 



gilla coelebs, F.montifrongilla yem üçün Troglodytes troglodytes yem v

ə 

gec



ələmək, Calidiris alba, Anthus pratensis hərtərəfli istifadə edir. 

K

ənd, qəsəbə, yollar və müvəqqəti tikililər biotoplar qrupundan qışlayan 



quşlardan  Falco  cherrug,  Falco  columbarius,  Larus  argentatus,  Larus  canus 

yem üçün, Corvus frugilegus v

ə  Regulus regulus yemlənmək və  gecələmək, 

Tuto alba, Fringilla coelebs, Fringilla montifrongilla h

ərtərəfli istifadə edir. 

C

ənubi Xəzərin qərbində yerləşən adalardan qışda istifadə edən quşlar-



dan Pelecanus onocrotalus, P. crispus, Anser anser, A. albifrons, A. Eryth-

ropus, Aquila glanga dinc

əlmək, Tringa nebularia isə hərtərəfli istifadə edir. 

Köhn


ə  platformalardan Larus ichthyatus gecələmə  və  dincəlmə, Larus 

argentatus, Larus canus gec

ələmək, Buteo buteo yemlənmək üçün istifadə 

edir. Aquila helica dinc

əlmək, Aquila chrysaetos dincəlmək və  gecələmək 

üçün yararlanır. 

Yarımsəhra,  bozqır,  yarğanlar  biotoplar  qrupundan  qışlayan  quşlardan 

Anser  albifrons,  A.erythropus,  Aquila  helica,  A.chrysaetos,  Falco  colum-

barius,  F.  pereqrinus,  Corvus  frugilegus,  Regulus  regulus,  Larus  ichthyatus, 

L.argentatus, L.canus, Tuto alba, Fringilla coelebs, F.montifrongilla yem üçün, 

Tetrax  tetrax,  Melanocorypha  leucoptera,  Alauda  arvensis,  Anthus  pratensis 

h

ərtərəfli istifadə edir. 



C

ənubi  Xəzərin  ümumi  akvatoriyasından  qışlayan  quşların  çoxu 

h

ərtərəfli  istifadə  edir:  Podiceps  grisegena,  Pelecanus  onocrotalus,  P.crispus, 



Cygnus  olor,  C.cygnus,  C.bewickii,  Anas  crecca,  A.strepera,  A.penelope, 

A.acuta,  A.clypeata,  Aythya  ferina,  Bucephala  clangula,  Mergus  merganser, 

Larus  argentatus,  Larus  canus.  Anser  anser  dinc

əlmək,  Anser  albifrons  və 

Anser  erythropus  dinc

əlmək  və  gecələmək,  Aythya  marila,  Aquila  clanda, 

Larus ichthyatus yeml

ənmək üçün istifadə edir. 

Ç

əmənlik  bataqlığından  Aquila  helica,  Gallinago  gallinago  Larus  ar-



gentatus,  Larus  canus yeml

ənmək, Numenius arquata, Limosa limosa, Tringa 

nebularia  h

ərtərəfli  istifadə  edir.  Beləliklə,  Cənubi Xəzərin qərb sahilində 

qışlayan  quşların  ən çox istifadə  etdikləri təbii biotoplar Böyük və  Kiçik 

Qızılağac  körfəzinin və  Xəzərin  akvatoriyasıdır.Ən  az  istifadə  olunan təbii 

biotoplardan  yulğun,  qamış,  cığ  bataqlığı,  quru  yulğun  və  qamış  cəngəlliyi, 

böyürtk


ən cəngəlliyi və demək olar ki, bütün antropogen biotoplar qrupudur. 

Bunun da 

əsas səbəbi  qışlamağa  gələn  quşların  böyük  əksəriyyətinin su-

bataqlıq quşları olmasıdır. 

 

ƏDƏBİYYAT 

1.

 



Az

ərbaycan  Respublikasının  ətraf muhitinə  dair qanunlar toplusu  /  H.S.Bağırovun 

redakt

əsi ilə. Bakı: El–Alliance, 2002, І c., 404 s.  



2.

 

Az



ərbaycan  Respublikasının  ətraf muhitinə  dair qanunlar toplusu  /  H.S.Bağırovun 

redakt


əsi ilə. Bakı: El–Alliance, 2002, ІІ c., 424 s.  

3.

 



Bağırov H.S. İlham Əliyevin uğurlu ekoloji siyasəti. Bakı: Şərq-Qərb, 2008, 399 s. 

4.

 



Babayev  İ.R.,  Əsgərov F.,  Əhmədov F.  Bioloji müxtəlifiik. Xəzərin Azərbaycan 

hiss


əsinin suda üzən quşları. Bakı: Nurlar, 2007,136 s. 


 

 

61 



5.

 

Babayev  İ.R.  Xəzər dənizinin Cənub-Şərqi  Şirvan  düzünə  həmsərhəd  hissəsində  qışda 



suda üz

ən quşların növ tərkibi, sayı, yayılması və onlara təsir edən amillər // Azərbaycan 

Zooloqlar C

əmiyyətinin əsərləri. І c., Bakı: Elm, 2008, s.601-606. 

6.

 

Babayev  İ.R.  Xəzərin  Abşeron-Qobustan  sahil  zolağında  qışda  sudaüzən  quşların  əsas 



toplan

tı yerləri, sayı və onlara təsir edən amillər // Azərbaycan Zooloqlar Cəmiyyətinin 

əsərləri. І c., Bakı: Elm, 2010, s.816-824. 

7.

 



Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları (təyinedici). Bakı: Çaşıoğlu, 2005, 

419 s. 


8.

 

Mustafayev  Q.T.,  Sadıqova  N.A.  Azərbaycan  faunasının  taksonomiyası  və  coğrafiyası 



(onurğalılar). Bakı: Bakı Universiteti, 2011, 207 s. 

9.

 



Tağıyev  Ə.N.  Cənubi Xəzərin qərb sahilində  quşların  biotopik  yerləşməsi.  Azərbaycan 

zooloqlar c

əmiyyətinin əsərləri. ІІІ c., Bakı: Elm, 2011, s.308-315. 

 

 

ФОРМЫ ПОЛЬЗОВАНИЯ БИОТОПАМИ ЗИМУЮЩИХ ПТИЦ 

НА ЗАПАДНОМ ПОБЕРЕЖЬЕ ЮЖНОГО КАСПИЯ 

 

А.Н.ТАГИЕВ  

 

РЕЗЮМЕ 

 

В работе впервые приведены формы пользования биотопами зимующих популя-

ций птиц на западном побережье Южного Каспия. Установлены биотопы используемые 

популяциями каждого вида птиц: для гнездования, питания, отдыха, ночевки, для все-

стороннего  использования  в  пределах  региона.  Такой  подход  необходим  для решения 

проблемы сохранения естественного биоразнообразия. 

 

Ключевые слова: зимующий, использование биотопов, всестороннее гнездова-

ние, кормовые, ночевка, отдых. 



 

 

FORMS OF USING HIVERNER BIRDS’ BIOTOPES IN THE 

WESTERN COAST OF THE SOUTH CASPIAN SEA 

 

A.N.TAGHIYEV 

 

SUMMARY 

 

The article is the first to provide the location and the using forms of hiverner birds’ bio-

topes in the western coast of the South Caspian Sea: comprehensive, nest, feeding, accommo-

dation, leisure. The study of forms of using hiverner birds’ biotopes for various purposes is the 

main issue for the solution to the problems of preservation of the natural biological diversity.  

 

Key words: wintering, use of biotopes, comprehensive, nesting, feeding, overnight, re-

laxation. 

 

 



Redaksiyaya daxil oldu:12.01.2012-ci il 

Çapa imzalandı: 31.05.2012-ci il 

Document Outline

  • Э.А.КАСУМОВ*, И.В.КАСУМОВА*,
  • Р.Э.КАСУМОВ *, Р.И.ХАЛИЛОВ**

Yüklə 58,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə