Baki universitetiNİn xəBƏRLƏRİ №2 Təbiət elmləri seriyası



Yüklə 165,75 Kb.
Pdf görüntüsü
tarix25.07.2018
ölçüsü165,75 Kb.
#59058


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2    

 

Təbiət elmləri seriyası 

 

 

2015 

 

 

 

YUBİLEY 

 

AZADƏLİYEV CƏBRAYIL− 80 

 

Geologiya-mineralogiy

a  elmləri  doktoru,  profes-

sor    Cəbrayıl  Əbdüləli  oğlu  Azadəliyev 29 noyabr 

1935-

ci  ildə  Qərbi  Azərbaycanın  Zəngəzur  mahalının 



Qafan rayonun

da  anadan  olmuşdur.  1954-cü  ildə  Gığı 

kənd tam orta məktəbində orta təhsilini 8 il ərzində əla 

qiymətlərlə  başa  çatdırmışdır.  C.Ə.Azadəliyev  Azər-

bay

can  Dövlət  Universiteti  (hazırda  Bakı  Dövlət  Uni-



versiteti) Geologiya-

coğrafiya fakultəsinin  «Geoloji 

syomka  və  faydalı  qazıntı  yataqlarının  axtarışı»  şöbə-

sini  fərqlənmə  diplomu  ilə  bitirmişdir.  Mühəndis-geo-

loq ixtisa

sına yiyələnən Cəbrayıl Azadəliyev tələbəlik illərində dövrünün tanın-

mış müəllimlərindən aldığı nəzəri bilikləri çöl təcrübələrində təkmilləşdirərək 

gənc yaşlarından bacarıqlı geolog kimi özünü tanıtdırmışdır. 1959-cu ilin iyun 

ayından akad. M.Ə. Qaşqayın şəxsi təşəbbüsü və inadlı təhriki ilə Azərbaycan 

MEA Geologiya (indi

ki Geologiya və Geofizika) İnstitutuna təyinat alır, 1961-

ci ildə əyani aspirant, sonra kiçik elmi işçi, böyük elmi işçi, böyük elmi işçi-

qrup rəhbəri kimi fəaliyyət göstərmişdir. 1986-cı ildən «Metasomatizm və filiz-

əmələgəlmə» şöbəsinə rəhbərlik etmişdir. 1966-cı ildə namizədlik, 1998-ci ildə 

doktorluq dissertasi

yalarını müdafiə etmiş və həmin ildən professordur. 1967-

ci il

dən eyni zamanda Bakı Dövlət Universitetinin «Faydalı qazıntıların geolo-



giyası» kafedrasında saathesabı qaydada pedaqoji fəaliyyətlə məşğul olmuş və 

1999-cu il

dən indiyədək kafedranın professoru vəzifəsində fəaliyyət göstərir.  

Prof.  C.Ə.Azadəliyev  metamorfizm,  metasomatizm  və  filizəmələgəlmə 

pro

seslərinin fiziki-kimyəvi analizi, filiz yataqlarının  geologiyası,  mineralo-



giyası  və  geokimyası,  endogen  metallogeniya, genetik mineralogiya  və  fiziki 

geokimya,  tətbiqi geologiya, geoekologiya kimi elm sahələrində  dəyərli  təd-

qiqatlar  aparmışdır.  Respublikada  metasomatik  mineraləmələgəlmə  proses-

lərinin öyrənilməsi sahəsində yeganə mütəxəssis olan C.Ə.Azadəliyev elmin bu 

mütərəqqi istiqamətini müvəffəqiyyətlə inkişaf etdirir. Alimin bu sahədə əldə 

etdiyi 20-

dən çox dəyərli elmi və tətbiqi nəticələr ən mühüm nailiyyətlər qis-

mində keçmiş SSRİ Elmlər Akademiyasının və Azərbaycan Milli Elmlər Aka-

demiyasının  illik  hesabatlarına  daxil  edilmişdir.  Prof.  C.Ə.Azadəliyev  Azər-

baycanın  geologiyasında  bir  sıra  yeniliklərə  imza  atmışdır.  Daşkəsən  skarn-

 

180 



dəmir yatağı əmələ gələrkən skarn metasomatozu zamanı kimyəvi komponent-

lərin filizdaşıyan hidrotermal məhlullar vasitəsilə metasomatoz zonasına miq-

dari gətirilmə-çıxarılma balansını ilk olaraq mütərəqqi metodla hesablayan və 

bu pro


sesdə  komponentlərin  geokimyəvi davranışını  təhlil  edən  C.Ə.Azad-

əliyev eyni zamanda skapolit mineralının izomorf marialit minalının Daşkəsən 

skarn-

dəmir yatağının skarnətrafı metasomatitlərində geniş yayıldığını, Ketam-



Kilit  zonasının  (Ordubad rayonu) skarnlarında  qalay  minerallaşmasını  müəy-

yən etmiş, eləcə də Kiçik Qafqaz regionunda ilk olaraq dəqiq tədqiqatlarla Mu-

rov

dağ  strukturunda yura-paleogen  yaşlı  vulkanogenlərin  regional  metamor-



fizmə uğramış fasiyalarında geniş yayılmış abissofob xassəyə malik pumpelliit 

mine


ralarını  aşkar  etmişdir. Alim Kiçik Qafqazın  filizdaşıyan  metasomatitlə-

rinin  geniş  genetik-formasion  təsnifatını,  Kiçik  Qafqazın  mezokaynozoy 

intruziyalarının kontakt-termal metamorfizmin petroloji-genetik modelini, mis-

porfir və skarn-dəmir filiz formasiyalarının geoloji-genetik və həcmi-geokim-

yəvi modellərini işləyib hazırlamış, bununla da gizli filiz yığımlarının birbaşa 

axtarışı  və  proqnozu  istiqamətində  mineraloji-geokimyəvi  və  metasomatik 

kriteri

lər  kompleksini  təklif  etmişdir.  Kiçik  Qafqazın  ultraəsasi  massivlərinin 



150  ildən  artıq  öyrənilmə  tarixində  onların  yan  süxurlarla  təmaslarında  yük-

səktemperaturlu termal  dəyişilmələrin  tipomorf mineral assosiasiyalarını  ilk 

ola

raq C.Ə.Azadəliyev kompleks presizion metodlarla öyrənib aşkarlamış, re-



gionun ultra

əsasi  massivlərinin  avtoxton-intruziv yolla formalaşdığını  təkzib 

olunmaz  dəlillərlə  əsaslandırmışdır;  alim,  həmçinin  yer  qabığında  kalsiumlu 

skarn


ların  əmələ  gəlməsinin konvergentliyi ideyasını  elmdə  ilk  olaraq  irəli 

sürmüşdür. Prof. Azadəliyev eyni zamanda ilk olaraq Kiçik Qafqaz regionunun 

tektonik-

maqmatik  inkişafı  ərzində  yer  qabığında  yaranmış  «filiz-maqmatik 

sistemlər»in  ayrılması  prinsiplərini  işləyib  hazırlayaraq,  maqmatik  kütlənin 

homo


drom təkamülü ilə əlaqədar bu sistemlərin hidrotermal fəaliyyətinin ikili 

xarak


terli  (maqmanın  özünün  təkamülü  ilə  bağlı  hidrotermal  məhlulların 

bilavasitə təkamülü) ideyasını irəli sürərək əyani olaraq əsaslandırmışdır. 

Prof.C.Ə.Azadəliyev  60-dan  çox  Beynəlxalq,  Ümumittifaq  və  Respub-

lika  miqyaslı  elmi  konfransların,  müşavirələrin,  sessiyaların  fəal  iştirakçısı 

olaraq maraqlı elmi məruzələrlə və konstuktiv təkliflərlə çıxış etmişdir. Meta-

somatik  filizəmələgəlmə  sahəsində  uzaq  xaricdə  və  SSRİ  məkanında  kifayət 

qədər  tanındığına  görə  C.Ə.Azadəliyev  vaxtilə  SSRİ  Elmlər  Akademiyasının 

Filiz


əmələgəlmə  Şurasının  Metasomatizm  seksiyasına  (1972),  həmin  Şuranın 

Metamor


fizm və Metamorfogen Flizəmələgəlmə Komissiyasına (1982), SSRİ 

Elmlər Akademiyasının Petroqrafiya Komitəsinin Metamorfizm Komissiyasına 

(1983) üzv seçil

ərək uzun illər fəaliyyət göstərmişdir. Cəbrayıl müəllim Ümu-

mittifaq Minera

logiya Cəmiyyətinin və  Azərbaycan Mineralogiya Cəmiyyəti-

nin  üzvüdür  (1960),  Azərbaycan Mineralogiya  Cəmiyyətinin vitse-prezidenti 

(1995) seçil

mişdir.  

Azərbaycan elminin inkişafında qazandığı nailiyyətlərə və fədakar əmə-

yinə  görə  möhtərəm  Prezidentimiz  İlham  Əliyevin  Sərəncamı  ilə  prof. 

 

181 




C.Ə.Azadəliyev «Tərəqqi» medalı və «Azərbaycan Respublikası Prezidentinin 

Fəxri Diplomu» ilə təltif edilmişdir; dəfələrlə Azərbaycan Milli Elmlər Akade-

mi

yasının Rəyasət Heyətinin, Yer elmləri bölməsinin, Geologiya və Geofizika 



İnstitutunun  rəhbərliyinin  «Fəxri  fərman»ları  ilə  mükafatlandırılmışdır.  Ame-

rika Bioqrafi

ya  İnstitutu  (ABŞ)  C.Ə.Azadəliyevi  «2000-ci  ilin  Adamı»  və 

«2001-


ci  ilin  Görkəmli  Elm  Xadimi»  elan  etmiş,  «Görkəmli  Nailiyyətlərinə 

görə Ömürlük Xatirə Medalı» və «Beynəlxalq Müvəffəqiyyət Tərif Qramotası» 

ilə təltif etmişdir.  

Prof. C.Ə.Azadəliyev 300-dən çox elmi əsərin, o cümlədən 5 monoqra-

fiyanın, dərsliklərin, dərs vəsaitlərinin, eləcə də bakalavriantlar və magistrant-

lar  üçün  tədris proqramlarının  müəllifidir, 25 elmi hesabatın,  o  cümlədən  10 

təsərrüfat müqaviləli işin elmi rəhbəri və məsul icraçısı olmuşdur. «Azərbayca-

nın geologiyası» çoxcildiyinin (rus dilində) 6-cı cildinin (2003, 2005) redaksi-

ya he

yətinin  üzvü,  «Azərbaycanın  geologiyası»  (Azərbaycan  dilində)  3-cil-



dliyin

də (2015) «Bərk faydalı qazıntılar» bölməsinin müəllifidir.  

Prof. C.Ə.Azadəliyev eyni zamanda gənc mütəxəssislərin və elmi kadrla-

rın hazırlanmasında fəal iştirak edir. Bir sıra monoqrafiyaların redaktoru, eləcə 

də elmi külliyatların və məcmuələrin redaktoru və redaksiya heyətlərinin üzvü 

olmuşdur. Geologiya və Geofizika İnstitutu Elmi Şurasının üzvüdür; müvafiq 

ixtisaslar üzrə Birdəfəlik Müdafiə Şurasına üzv təyin olunur. 

Prof.  C.Ə.Azadəliyev  bacarıqlı  təşkilatçı  və  ictimaiyyətçidir.  Uzun  illər 

Geologiya İnstitutunda Xalq Nəzarəti qrupuna rəhbərlik etmişdir. 1992-ci ildə 

Azərbaycan  EA  Azad  Həmkarlar  İttifaqlarının  yaradılmasının  fəal  təşkilatçı-

larından biri olaraq təşkilatın ilk Nizamnaməsini şəxsən hazırlayaraq Ədliyyə 

Nazirliyinin  Kollegiyasından  keşirtmiş,  İttifaqın  Kollegial  Rəyasət  Heyətinin 

həmsədri və Məclisinin sədri olmuşdur. 1997-ci ildən Geologiya  İnstitutunda 

Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının yaradıcısı və sədridir.  

Pr

ofessor  Cəbrayıl  Azadəliyev  mötəbər  və  şərəfli,  səmimi  və  mehriban 



bir ailənin başçısıdır: bir qız, iki oğul atası, 5 nəvə babası olaraq, özünün dediyi 

kimi, xoşbəxt insanlardandır.  

Dostları və həmkarları əziz Cəbrayıl müəllimi 80-illik yubileyi münasi-

bətilə səmimiyyətlə təbrik edərək, ona mənalı və sağlam ömür, möhkəm can-

sağlığı  və  ailə  səadəti,  elmi  və  pedaqoji  fəaliyyətində  daha  da  böyük  nailiy-

yətlər arzulayırlar! 

 

              

V.M.Babazadə, A.İ.Xasayev, M.İ.Çıraqov, Ə.Q.Novruzov, 

M

.N.Məmmədov, N.Ə.İmamverdiyev,   

B.H.Qələndərov,  S.A.İsayev,  H.M.Hüseynov. 

 

 

 

182 



Yüklə 165,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə