|
 Baki universitetiNİn xəBƏRLƏRİ №2 Təbiət elmləri seriyasıE.M.QURBANOV, V.M.ALOSMANOVA
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Təbiət elmləri seriyası
2014
UOT 581.9
BÖYÜK QAFQAZIN
ŞƏRQ HİSSƏSİNDƏ RAST GƏLİNƏN
GEOFİTLƏRİN ENDEMİZMİ
E.M.QURBANOV, V.M.ALOSMANOVA
Bakı Dövlət Universiteti
elshad_g@rambler.ru
Məqalədə Böyük Qafqazın şərq hissəsində rast gəlinən, Qafqaz və Azərbaycan
endemikləri hesab olunan bəzi geofitlərin bioekoloji xüsusiyyətləri, senozəmələgətirmədə
iştirakı verilmişdir. Böyük Qafqazın şərq hissəsində yayılmış geofit növlərdən səmərəli istifadə
edilməsi və qorunması üçün həmin növlərin taksonomik tərkibini müəyyənləşdirmək, Azər-
baycan
və Qafqaz floraları üçün hansı endemiklərin olduğunu dəqiqləşdirmək vacibdir.
Təd-
qiqat
ərazisində 1 Azərbaycan endemiki, 18 Qafqaz endemiki yayılmışdır. Qafqaz endemikləri
9
fəsilə, 15 cinsdə təmsil olunurlar. Bu fəsilələrdən səhləbkimilər (Orchidaceae Lindl.) fəsiləsi
4
cinslə təmsil olunaraq daha geniş yayılmışdır ki, onların da hər biri 1 növlə təmsil olunaraq,
əsasən, mezofit və mezokserofit mühitlərdə rast gəlinir.
Dostları ilə paylaş: |
|
|