Baki universitetiNİn xəBƏRLƏRİ №2 Təbiət elmləri seriyası



Yüklə 211,52 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix15.04.2022
ölçüsü211,52 Kb.
#85518
1   2   3   4   5   6   7   8
E.M.QURBANOV, V.M.ALOSMANOVA

Sternbergia colchiciflora Waldst. et Kit.

-

qışdaçiçəkləyən  şternbergiya 



növünün  bioekoloji 

xüsusiyyətləri.  Növ  ilk  dəfə  1803-1804-cü  illərdə  təsvir 

 

84 



olunmuşdur. Macar alimləri Valdstein və Kitaibel toplanmış herbari material-

ları  əsasında  yeni  növ  kəşf  edərək,  onu  kübar  əsilli  botanik-alim  Kaspar 

Şternberqin (1741-1837) şərəfinə adlandırmışlar. Baxmayaraq ki, bu növ 1601-

ci 


ildə Karl Kluzius tərəfindən təsvir olunmuş və 

Narcissus autumnalis minor

 

adlandırılmışdı. Sonralar, 1753-cü ildə Karl Linney 



Narcissus  autumnalis  mi-

nor

  növünü 



Sternbergia  lutea 

adlandırmışdır.  Rax,  Filippov,  Qorşkova  və 

A.A.Qrossheym 

Sternbergia Waldst. et Kit.

  cinsinin 

Aralıq  dənizinin  şərq 

hissəsində və Ön Asiyada rast gəlinən 12 növün yayıldığını göstərmiş və adla-

rını sadalamışlar (6). Bu növlər içərisində 

Sternbergia colchiciflora Waldst. et 

Kit. 

və 


S.fischeriana (Herb.) M. Roem. 

adları  da  qeyd  olunmuşdur.  İlk  dəfə 

1860-

cı ildə T.İrmiş təbii şəraitdə və herbari materialları əsasında 



Sternbergia 

Waldst. et Kit.

 

cinsinə aid növlərin soğanaqlarının morfologiyasını öyrənmişdir 



(8).  

S.colchiciflora

 

Şamaxı  rayonunun  Çinarlı  adlanan  ərazisində  (köhnə 



Kələndər-təpə  ərazisində  aşağı  dağ  qurşağında)  quru,  daşlı-çınqıllı  yamacda 

bitir. 


Təbii  şəraitdə  çiçəkləməsi  fevral-mart  aylarına  təsadüf  edir.  Birinci 

çiçəkaçmadan  5-10  gün  sonra  kütləvi  çiçəkləyirlər  və  15-20  gün  çəkir.  Eyni 

soğanağın çiçəkdaşıyıcı zoğları bir-birinin ardınca üzə çıxır. Kütləvi çiçəkləmə 

zamanı  qönçələri  açılmış  və  solmuş  çiçəkləri  də  müşahidə  etmək  olur.  Yan-

varın  əvvəlində  qönçələr  yarpaqlarla  birlikdə  torpağın  üzərinə  çıxır.  Zoğın 

yerüstü 


hissəsi bu zaman bir qədər qısa olur. Torpağın üstündə sarı rəngə çalan 

qönçələr tez böyüyür və çiçəkaltlığının yarpağını dəlib keçir. 4-5 gündən sonra 

qönçələr  artıq  tam  açılır,  axşama  doğru  hava  soyuduqca  bir  qədər  yumulur. 

Çiçəkdaşıyıcı gövdə getdikcə böyüyür. Dişiciyin ağzı tozcuğa olan həssaslığını 

2-3  gün 

saxlayır,  sonra  qonur  rəng  alır  və  quruyur.  Çiçəkləmənin  sonunda 

ləçəklər  daha  geniş  açılır,  çiçəkyanlığı  yuxarı  hissədən  solmağa  başlayır.  Çi-

çəkyanlığı solduqdan sonra  yumurtalıq məhv olur. Yumurtalıqda toxumluğun 

böyüməsi və toxumun inkişafı müşahidə olunmur. Çiçək yatağı bir az uzanır, 

torpağa doğru qövs şəklində əyilir, yarpaqlardan tez quruyur.  

Tədqiqat ərazisində Azərbaycan florası üçün endemik növ hesab olunan 

Sternbergia colchiciflora Waldst. et Kit.

-

qışdaçiçəkləyən  şternbergiya  növün-



dən başqa, Qafqaz florası üçün endemik hesab olunan 18 növə də rast gəlinir. 

Bu 


növlər  9  fəsilə, 15 cinsdə  təmsil  olunurlar.  Bu  fəsilələrdən  səhləbkimilər 

(

Orchidaceae Lindl.

fəsiləsi 4 cinslə təmsil olunaraq daha geniş yayılmışdır ki, 



onların da hər biri 1 növlə təmsil olunur:  şelkovnikov səhləbi (

Orchis  schel-

kownikowii  Woronow), 

koruşdil  ələoxşar



  (Dactylorhiza  amblyoloba  (Nevski) 

Aver.), 

Qafqaz 


tozbaş  səhləb

  (Cephalanthera  caucasica  Kraenzl.), 

Qafqaz 


qaşsəhləbi

 (Ophrys caucasica Woronow ex Grossh.) 

növləri, əsasən, mezofit və 

mezokserofit 

mühitlərdə rast gəlinir.

 

Şelkovnikov səhləbi (



Orchis schelkownikowii Woronow)

 Qobustan rayo-

nunun Sündü, 

Cabanı kəndləri ərazisində dağ-bozqır fitosenozlarının tərkibində 

rast 

gəlinir. 



 

85 



Koruşdil  ələoxşar

  (Dactylorhiza  amblyoloba  (Nevski)  Aver.)

 

Şamaxı 



rayonunun 

Əngəxaran kəndi ərazisində dağ yamacında Şmalhauzen xıncalausu 

(

O.schmalhauzen),

 adi 


canavargiləsi 

(Daphne mezereum L., Sp. pl.)

 

kolluğunda 



kələkötür  isitməotu  (

Erysimum  substrigosum  (Rupr.)

), 


ərəb  qarayoncası 

(Medicago  arabica  All.,  Fl.), 

çəmən  yoncası  (



Trifolium  pratense

),  tonqalvari 

çiy (

Lasiagrostis bromoides

növləri ilə bitki qruplaşmaları əmələ gətirir. 



Qafqaz 

tozbaş səhləb



  (Cephalanthera caucasica  Kraenzl.)

 

Şamaxı rayo-



nunun 

Qaleybuğurt  kəndi  ərazisində  Canut  meşəsində  sahil  tonqalotu  (



Bro-

mopsis riparia(Rehm.)

), barmaqvari cil (



Carex digitata L.),

 sibir 


zümrüdçiçəyi 

(

Scilla  siberica  Hav.),

  zümrüdvari 

puşkiniya  (



Puschkinia  scilloides  Adams.

), 


erkək  səhləb  (

O.mascula  (L.)L.

), 


sarımtıl  ələoxşar  (

Dactylorhiza  flavescens 

(C.Koch)Holub

), 


həqiqi yuvacıqotu 

(Neottia nidus-avis (L.) Rich.)

,

 

ağ bənövşə

 

(Viola alba Bess.)

əyri ramisia 



(Orthilia secunda (L.)) 

növləri ilə qruplaşmalar 

əmələ gətirir.

 

Qafqaz 


qaşsəhləbi

  (Ophrys  caucasica  Woronow  ex  Grossh.)

 

Şamaxı 



rayonunun 

Quşçu kəndində Laləzar adlanan yaşayış məntəqəsinin yaxınlığında 

çınqıllı-daşlı ərazidə, Çaylı kəndi ərazisindəki dərədə rast gəlinir.

 

Endemizmin analizinin 

əsasını onların genetik əlaqəsini və ehtimal olu-

nan m


ənşələrini müəyyən edən sistematik və  coğrafi münasibətlərinin qurul-

mas


ı təşkil edir. Tədqiqat ərazisinin endemik geofit növlərindən bir neçəsinin 

nadir v


ə nəsli kəsilmək təhlükəsi olduğundan, bu növlərin antropogen amillərin 

t

əsirindən qorunmasına böyük ehtiyac duyulur.  



 


Yüklə 211,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə