sistemlərin deqradasiyası, floranın bioloji müxtəlifliyinin tükənməsi, ayrı-ayrı
növlərin sıradan çıxması prosesi getdikcə sürətlənir. Hər hansı bitki örtüyü
endemizminin analizi bu floran
ın orijinallığı haqqında təsəvvürlər yaradır, eyni
zamanda florogenetik nöqteyi-n
əzərdən bəzi nəticələr çıxarmağa imkan verir.
Qafqaz regionunda
ən zəngin bioloji müxtəlifliyə malik olan Azərbaycan nadir
və endemik bitki növləri ilə seçilir. Respublikamız Qafqazın cənub-şərq
hissəsində, Ön Asiya, İran-Turan və Qafqaz yollarının kəsişdiyi ərazidə oldu-
ğundan Azərbaycan florasında çox bioloji müxtəlifliklərə rast gəlinir. Burada
müxtəlif relyef, iqlim, torpaq və bitki landşaftları yayılmışdır. Ərazinin əmələ
gəlməsində, floranın formalaşmasında, bitki örtüyünün təkamülündə və s.
problemlərin həllində endemik bitkilərin öyrənilməsinin böyük elmi əhəmiy-
yəti vardır. Böyük Qafqazın şərq hissəsində yayılmış geofit növlərdən səmərəli
istifadə edilməsi və qorunması üçün həmin növlərin taksonomik tərkibini
müəyyənləşdirmək, Azərbaycan və Qafqaz floraları üçün hansı endemiklərin
olduğunu dəqiqləşdirmək vacibdir. Ümumiyyətlə, endemikliyin dərəcəsi flora-
nın genezisinin göstəricisidir. Böyük Qafqazın şərq hissəsinin bitki örtüyünün
fərdilik xüsusiyyəti, özünəməxsusluğu haqqında fikir söyləmək üçün endemik
növlərin xüsusi çəkisi nəzərə alınmalıdır. Belə ki, Qafqazda 1153 endemik
növlər (A.A.Qrossheym) yayılmışdır ki, bu da onun florasının 19.3%-ni təşkil
edir (7).
Azərbaycan florasında isə 240 endemik, 350 növ subendemik
(Q.F.Axundov, 1973)
növlər yayılır ki, bu da onun florasının 5,8%-ni təşkil
edir (3, 4).
Endemik
növlərin qiymətləndirilməsi meyarlar (kriteriyalar), altmeyarlar
(
yayılma sahəsi (km
2
) (i),
məskunlaşma yeri (km
2
) (ii),
yayılma sahəsi və ya
məskunlaşma mühitinin keyfiyyəti (km
2
) (iii),
lokalitetlərin və populyasiyaların
sayı (iv), yetkin fərdlərin sayı (v)) və dərəcələr (kateqoriyalar) (CR–“Tam yox
olma
həddində olanlar”, EN–“Yox ola bilənlər”, VU–“Tez itə bilənlər”, NT–
“
Təhlükəliyə yaxın vəziyyətdə olanlar”, LJ–“Daha az təhlükəli vəziyyətdə
olanlar”)
əsasında aparılmışdır (1, 2, 5).
Ərazi üçün yeganə Azərbaycan endemiki hesab olunan
Sternbergia
colchiciflora Waldst. et Kit.
-
qışdaçiçəkləyən şternbergiya
növünün
qiymət-
ləndirilməsi belədir:
Növ:
Sternbergia colchiciflora Waldst. et Kit.
-
qışdaçiçəkləyən ştern-
bergiya
Qiymətləndirmə: CR / B1ab (v) + B2ab (v)
Qiymətləndirmənin əsaslandırılması: takson aşağıdakı göstəricilərə görə
tam yox olma
həddində olanlar kimi qiymətləndirilmişdir:
-
yayılma sahəsi 10 və ya 100 km
2
-
dən azdır, 1 lokaliteti var, antropogen
amillərin təsirindən (mal-qaranın düzgün otarılmaması, yayıldığı quru yamac-
ların torpaqlarının müxtəlif məqsədlər üçün zəbt edilməsi, habelə soğanaqları-
nın satış üçün qazılıb çıxarılması, çiçəklərinin vaxtsız yığılması) yetkin fərd-
lərin sayının azalması davam edir (v), mühafizə tədbirləri görülmür. Mühafizə
üçün
mədəni şəraitə köçürülməli, soğanaqlarının satışı qadağan olunmalıdır.
Dostları ilə paylaş: